Məhkəmə qərarları › İş №2(102)-2833/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2833/2025

09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2833/2025 09.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2nə və X9 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X7, X10, X4 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliyinin icra olunması, müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2025-ci il tarixli 2(103)1564/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. “Yaşayış binasında mənzil tikintisi haqqında” 17 may 2006-cı il tarixli müqavilə ilə Cavabdeh2 MMC ünvan 1 ünvanında yerləşən, həmin MMC tərəfindən tikilməkdə olan binanın ümumi sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsini payçı İddiaçı verməyi, payçı isə sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş hər 1 kv.m üçün 2500 ABŞ dolları razılaşdırılmaqla qeyri-yaşayış sahəsinin pay haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 MMC-nin maliyyə arayışına əsasən pay dəyəri olan ******* ABŞ dolları İddiaçı tərəfindən tam ödənilmiş, MMC-yə borcu qalmamışdır; 3. “Yaşayış binasında mənzil tikintisi haqqında” 18 sentyabr 20 11-ci il tarixli müqavilə ilə Cavabdeh2 MMC ünvan 1 ünvanında yerləşən həmin MMC tərəfindən tikilməkdə olan binanın 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən, girişdə solda 7ci və 8-ci sütunların arasında ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsini payçı Cavabdeh1 verməyi, payçı isə həmin sahəni qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş hər 1 kv.m üçün 2521 manat olmaqla, cəmi 300000 manat pay haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh2 MMCnin 18 sentyabr 2011-ci il tarixli maliyyə arayışına əsasən pay dəyəri olan 300000 manat Cavabdeh1 tərəfindən tam ödənilmiş, borcu yoxdur;

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı (bundan sonra mətndə-iddiaçı) iddiası təmin edilərək, Cavabdeh2 MMC tərəfindən tikilən Bakı şəhəri, Y asamal rayonu H.Cavid prospekti 46, 558-ci məhəllədə yerləşən binada ümumi sahəsi 500 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı iddia qaldıraraq, cavabdehlər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmış dır ki, iddiaçı və Cavabdeh2 MMC arasında müqavilənin bağlanmasından 17 il keçməsinə baxmayaraq, 500 kv.metr qeyri-yaşayış sahəsinin təhvil verilməsinə dair müqavilə öhdəliyi cəmiyyət tərəfindən yerinə yetirilməmişdir. Bu səbəbdən iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin Məhkəmənin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Lakin, sonradan məlum olmuşdur ki, iddiaçıya məxsus qeyri-yaşayış obyektinin bir hissəsi 18 sentyabr 2011-ci il tarixli müqavilə əsasında MMC tərəfindən Cavabdeh1 satılmışdır. Cavabdehlər arasında bağlanmış həmin müqavilə qanunsuz və əsassız olmaqla, iddiaçının mülkiyyət hüququnu pozur.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 02 sentyabr 2022-ci il tarixli, 2(004)3162/20 22 nömrəli qətnaməsi ilə (hakim A.S. Məmmədov) iddia təmin edilmiş, Cavabdeh2 MMC və Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq, iddiaçıya təhvil verilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 46, 558-ci məhəllədə binanın ikinci girişinin, birinci mərtəbəsində yerləşən, girişdən solda 7-ci və 8-ci sütunlar arasında, ümumi sahəsi 119 kv.m olan qeyriyaşayış sahəsinin dəyərini tam öd əməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MMC-nin mülkiyyətində olmayan əşya (qeyriyaşayış sahəsi) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin əmlak barədə X15 ilə 18 sentyabr 2011-ci il tarixli "yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına uyğun olmamışdır.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı haqlı olaraq, sahiblik və istifadə hüquqlarının pozulmasını iddia etməklə, cavabdehlər arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mənzil Məcəlləsinin 112.1-ci, Mülki Məcəllənin 152.1, 152.3, 152.5, 158.1.2, 324.1, 337.1, 337.2, 337.5, 425, 452.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

11. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(004)-3162/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində cavabdeh X8 qeydiyyat ünvanını ünvan 2 ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2B, mənzil 44 ün vanıdır. X15 ünvan 4da olmadığı üçün həmin sənədlər mülki işə aidiyyatı olmayan şəxs tərəfindən qəbul edilmişdir. Mülki işlə tanış olarkən, mülki işdə olan xəbərnamələri vətəndaşın özünün imza etməməsi bunu bir daha təsdiq edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsində qeyd edilir ki, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, tele fon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquq şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Lakin məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinin tələblərini pozaraq iddiaçının iddia ərizəsində cavabdehin ünvanı hissəsində qeyd edilən Bakı şəhəri, Hüseyn Cavid prospekti ev 46 ünvanının cavabdeh X14 aid olubolm aması hissəsini dəqiqləşdirməmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı olduğu halda iddia ərizəsi icraata götürülmüş və iddia təmin edilmişdir. Məhkəmənin mövqeyi bununla əsaslandırılmışdır ki, “iddiaçı haqlı olaraq, sahiblik və istifadə hüquqlarının pozulmasını iddia etməklə, cavabdehlər arasında bağlanmış xx.xx.2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsini və qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir. Belə ki, Konstitusiyası Məhkəməsi Plenumunun “AR Mülki Məcəllənin 178.8-c maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqın ı tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edirlər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir”. Halbuki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə tanış olarkən tarixi müəyyən edilməyən maliyyə arayışı, Araz-T.İ MMC-yə məxsus olmayan möhür vardır. Məhkəmə sübutları araşdırarkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78, 79, 87-ci maddəsinin tələblərini pozmuş, iddiaçının təqdim etdiyi arxiv arayışının tarixi barədə, təqdim edilən müqavilənin Araz-T.İ MMC-yə məxsus olub-olmamasını müəyyənləşdirməmişdir. Bundan başqa, Araz-T.İ MMC xx.xx.2022-ci il tarixli hazırlıq iclasında mülki işin dayandırılması barədə ərizə versə də məhkəmə 2(004)3162/2022 saylı mülki işin dayandırılmasına istər məhk əmə iclas protokolunda, istər məhkəmə qərardadı ilə, istərsə də məhkəmə qətnaməsində münasibət bildirməmişdir. Cavabdeh mülki işin dayandırılmasının səbəbi kimi Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2857/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verdiyi əsas götürmüşdür. Lakin məhkəmə buna baxmayaraq, iddiaçının təqdim etdiyi Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-2857/2020 saylı qətnaməsinə münasibət bildirmişdir. Qeyd edir ki, iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin cavabdeh X9 aid olduğunu bilə-bilə məhkəməyə təqdim etdiyi 2006-cı il tarixli müqaviləni əsas sübut kimi təqdim etmişdir. Lakin, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1373.2-ci maddələrində qeyd edilənləri nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində qeyd edilir ki, ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində qeyd edilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsi müddətin keçməsi ilə bağlı ərizənin verilməsi hüququnun pozulması anlamına gəlmişdir. Əlavə olaraq qeyd etmişdir ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli “yaşayış binasında mənzi tikintisi haqqında” müqaviləyə əsasən, Araz-T.İ” MMC ünvan 1 ünvanında yerləşən Araz-T.İ” MMC-nin tikilməkdə olan binasının 2-ci giriş, 1-ci mərtəbəsində yerləşən, girişdə solda 7-ci və 8-ci sütunların arasında ümumi sahəsi 119 m² olan qeyriyaşayış sahəsinin payçıya (Cavabdeh1) vermə yi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş hər 1 m² üçün 2521 manat olmaqla, cəmi 300.000 manat pay haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüş və öhdəliyi tam icra etmişdir. Cavabdehin məhkəmə iclasının gedişatından xəbərdar olmadığı üçün həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir.

13. Məhkəmə tərəfindən təyin edilərək keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə 24 may 2023-cü il tarixli rəyinə əsasən iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli müqavilədə və digər sənədlərdə iddiaçıya verilməsi nəzərdə tutulan sahə 500 kv.m qeyri-yaşayış sahəsidir. Baxış zamanı təqdim olunan sahənin 119 kv. metr olduğunu nəzərə alınaraq, iddiaçıya verilməsi nəzərdə tutulan 500 kv.m qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətini müəyy ən etmək mümkün olmamışdır. Cavabdeh2 MMC ilə və Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın birinci mərtəbəsində 2-ci girişdən solda, 7-ci və 8-ci sütunlar arasında yerləşir, hazırda mövcuddur, konfiqurasiyası və nisbi ölçüləri Cavabdeh2 MMC-nin direktoru R.S.Qazaxlı və “Payçı” Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş plansxemə uyğun olmaqla, sahəsi 119 kv.m təşkil edir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxem ilə, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi eyni olduğundan, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən iddiaçıya verilmiş qeyriyaşayış sahəsi ilə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsinin 119 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1067/2023 saylı, 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ş.A. Məmmədova - sədrlik edən və məruzəçi, P.A.Hüseynov və C.A.Yusifov) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(004)-3162/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.

15. Məhkəmə ekspert rəyinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxem ilə, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi eyni olduğundan, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən İddiaçı verilmiş qeyriyaşayış sahəsi ilə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011ci il tarixli “ya şayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsinin 119 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu da özlüyündə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının surət olaraq təqdim etdiyi və İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxemi 500,0 kv.m sahə üçün plan-sxem olmamışdır.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən 500,0 kv.m qeyri-yaşayış sahəsinin plan-sxemini təqdim etməmiş, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış bi nasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən Cavabdeh1 verilmiş 119 kv.metr qeyri-yaşayış sahəsinin ümumi plan sxeminin surətini təqdim etmişdir. Halbuki, iş materiallarından da göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən qeyri-yaşayış sahəsi 500,0 kv.m təşkil edir. Bu səbəbdən, yəni, iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyri-yaşayış sahəsinin plan-sxem ilə, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əlavə edilmiş qeyriyaşayış sahəsinin plan-sxemi eyni olduğundan, yuxarıda istinad o lunan ekspert rəyinə əsasən iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən iddiaçıya verilmiş qeyri-yaşayış sahəsi ilə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsinin 119 kv.metr hissədə üstüstə düşdüyü müəyyən edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci, maddəsi, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.3, 152.5, 158.1.2, 337.1, 337.2, 337.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217. 4, 372.1, 372.6, 372.7-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyasındakı birinci icraat

18. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(103)-1067/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli 2(102)4176/2023 qərarı (hakimlər E.Y.Şamayev - sədrlik edən və məruzəçi, Ə.M.Xıdırov, E.R.Vəliyeva) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(103)-1067/2023 nömrəli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.

20. Kassasiya instansiyası məhkəməsi qeyd etmiş dir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının subyektiv hüququnun olmamasını əsaslandırarkən iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə işin digər sübutları ilə yanaşı hüquqi qiymət verməmiş və bununla da, Mülki Prosessual Məcəllənin 88 və 101.7-ci maddələrinin tələblərini pozmuşdur. İş materiallarında olan ekspertiza rəyindən müəyyən olunur ki, tədqiqat yalnız 119 kv.m. qeyri-yaşayış sahəsi üzrə keçirilmişdir. Halbuki, iddiaçı müqavilə üzrə onun sahibliyinə 500 kv.m qeyri-yaşayış sahəsinin verilməsini və həmin sahənin 119 kv.m. hissəsinin cavabdehlər arasında bağlanmış müqavilənin predmetinin olmasını iddia etmişdir. Apellyasiya məhkəməsi iddiaçının müqaviləsi üzrə plan-sxemin təqdim edilməməsini qeyd etməkdə, Cavabdeh1 sahəsinin iddiaçının sahəsi ilə üst-üs tə düşməsinə dair ekspert rəyi ilə razılaşmamışdır.

21. Məhkəmə kollegiyasının hesab etmişdir ki, apellyasiya məhkəməsinin gəldiyi bu qənaət natamam araşdırmanın nəticəsi olmuşdur. Belə ki, iş materiallarına əsasən iddiaçı ilə bağlanmış 17 may 2006-cı il tarixli müqavilədə sonuncunun sahibliyinə verilən sahənin konfiqurasiyası, dəqiq yerləşmə nöqtələri və eyniləşdirməyi imkan verən digər məlumatlar öz əksini tapmamışdır. Əksinə, cavabdehlər arasında bağlanan 18 sentyabr 2011-ci il tarixli müqavilədə mübahisəli 119 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh2 MMC tərəfindən inşa edilən binanın 2-ci giriş, 1-ci mərtəbəsində, girişdə solda 7-ci və 8-ci sütunların arasında yerləşməsi göstərilmişdir. Qeyd olunmuşdur ki, işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən cavabdeh MMC-nin tikdiyi binanın qeyri-yaşayış sahəsinin ümumi ölçülərini müəyyən etmək üçün hər hansı araşdırma aparılmamışdır. Halbuki, binanın qeyri-yaşayış sahəsi ümumilikdə 500 kv.m. olduğu təqdirdə, faktiki olaraq onların hər birinin sahibliyinə verilən sahələr üst-üstə düşməlidir. Binanın qeyri-yaşayış sahəsinin ümumi ölçüsü 500 kv.m.dən artıq olduğu halda isə, qalan sahələrə münasibətdə MMC ilə işə cəlb olunmayan şəxslər arasında müqavilələrin mövcudluğu araşdırılmaqla, mübahisələndirilən sahələrin üst-üstə düşməsini müəyyən etmək mümkün olacaqdır.

22. Göründüyü kimi, iddiaçı etibarlılığı mübahisələndirilməyən müqavilə əsasında qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun yaranmasına istinad etdiyi halda, apellyasiya məhkəməsi həmin müqavilə üzrə nəzərdə tutulan sahənin naturada yerləşmə vəziyyətinin m üəyyən etmək mümkün olmamasını əsas götürüb, iddiaçının subyektiv hüquqa malik olmaması nəticəsinə gəlməklə, Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə almamış, əsassız olaraq tərəflər arasında mübahisəli hüquq münasibətlərinin qanuni əsasını müəyyən etməmiş və maddi hüquq normalarına əsasən iddiaya hüquqi qiymət verməmişdir.

23. Nəzərə alınmalıdır ki, iddiaçı mübahisəli sahə üzərində mülkiyyət hüququnun müqavilə bağlanılarkən sahənin dəyərini tam ödəməklə yarandığını, sonradan Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə həmin hüququnun bir daha təsdiq olunduğunu iddia edir. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli 119 kv.m. qeyriyaşayış sahəsi hazırda Cavabdeh1 faktiki istifadəsində olsa da, ona nə vaxt təh vil verilməsi iş üzrə araşdırılmamışdır. Halbuki, bu halların araşdırılması müvafiq maddi hüquq normasının tətbiqi nöqteyi-nəzərdən əhəmiyyətlidir.

24. Kassasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı maddəsinin birinci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 337.5, 452.1-cimaddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 101.7, 103.1, 217.3, 217.4, 416.1, 416.2, 418.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Təkrar apellyasiya baxışı zamanı cavabdeh MMC tərəfindən inşa olunmuş binanın qeyri-yaşayış sahəsinin ümumi konfiqurasiyası və ölçülərinin müəyyən olunması üçün layihə sənədlərin təqdim olunması tərəflərə təklif olunmuş, bu sənədlərin, eləcə də binanın 2-ci girişinin 1-ci mərtəbəsində mülkiyyət hüququ üzrə qeydiyyata alınmış qeyri-yaşayış sahələrinə dair sənədlərin alınması ilə bağlı müvafiq sorğular verilmiş və əlavə mühəndistexniki ekspertizası təyin edilmişdir.

26. Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 27 may 2024-cü il tarixli rəydə aşağıdakılar qeyd olunmuşdur: İddiaçıya aid sənədlərdə ona verildiyi iddia edilən 500 kv.m. qeyri-yaşayış sahəsinin yerləşmə vəziyyətinə dair heç bir məlumat olmadığına görə, həmin sahəni müəyyən etmək mümkün olmadı; "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 verilmiş qeyri-yaşayış sahəsi çoxmərtəbəli binanın birinci mərtəbəsində 2-ci girişdən solda, 7-ci və 8-ci sütunlar arasında yerləşir, konfiqurasiyası və nisbi ölçüləri "xxxx" MMC-nin direktoru R.S. Qazaxlı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə və həmin müqaviləyə əlavə edilmiş plan-sxemə uyğun olmaqla sahəsi 119 m2 təşkil edir; ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin (sahələrinin) ümumi sahəsi 488,4 m2 təşkil edir; ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində, girişdən solda 7-ci və 8-ci sütunlar arasında yerləşən qeyri-yaşayış sahəsinin öl çüsü 119 m2 təşkil edir.

27. Məhkəmə kollegiyasının sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilən sənədlərdən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində 144,8 m2 qeyriyaşayış sahəsi X5, 137,6 m2 qeyri-yaşayış sahəsi X3, 82 m2 qeyri-yaşayış sahəsi X2 adlarına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Həmin sənədlər tədqiq edilərkən müəyyən olunmuşdur ki, X5 adına qeydə alınmış əmlak binanın 2-ci girişinin 1-ci mərtəbəsində soldan 1-ci və 2-ci sütunların arasında, X3 adına qeydə alınmış əmlak binanın 2-ci girişinin 1-ci mərtəbəsində soldan 5ci və 6-cı sütunların arasında yerləşir.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 2(103)-1408/2024 saylı, 1 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov - sədrlik edən və məruizəçi X.A.Mərdanova, M.A.Məmmədov) cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, Yasamal Rayon Məhkəməsinin 2(004)-3162/2022 saylı iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmiş, "xxxx" MMC ilə X15 arasında bağlanmış “Yaşayış binasında mənzil tikintisi haqqında” 18 sentyabr 2011-ci il tarixli müqavilə etibarsız edildiyindən, həmin müqavilə üzrə ödənilmiş 300 000 (üç yüz min) manat "xxxx" MMC-dən alınaraq X9 qaytarılması qət edilmişdir.

29. Qeyd olunmuşdur ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 488,4 m2 olan qeyriyaşayış sahələrinin ümumilikdə 364,4 m2 hissəsi digər şəxs lərin (X5, X3 və X2) adlarına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İşin materiallarından aydın olur ki, qeyriyaşayış sahələrinin ümumilikdə 364,4 m2 hissəsinin adı çəkilən şəxslərin (onların sələflərinin) mülkiyyətinə verilməsinə 1 saylı Bakı İnzibati Məhkəməsinin qərarları əsas təşkil edir və iddiaçı tərəfindən həmin qərarlar mübahisələndirilmişdir.

30. Əvvəlki apellyasiya baxışı zamanı alınmış ekspert rəyi əsasında, iddiaçı və "xxxx" MMC arasında bağlanmış 17 may 2006-cı il tarixli müqaviləyə əsasən ona verilmiş qeyriyaşayış sahəsi ilə, "xxxx" MMC və X15 arasında bağlanmış 18 sentyabr 2011-ci il tarixli müqavilə üzrə X9 verilmiş qeyri- yaşayış sahəsinin 119 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir.

31. Beləliklə görünən odur ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən və mumi sahəsi 488,4 m² olan qeyriyaşayış sahələri faktiki olaraq tam şəkildə iddiaçıya satılmış, lakin onunla müqavilə bağlandıqdan 5 il sonra həmin qeyri-yaşayış sahələrinin 119 m²-lik hissəsinə dair X15 ilə də müqavilə bağlanmışdır.

32. Kassasiya instansiyası məhkəməsi də öz qərarında vurğulamışdır ki, binanın qeyriyaşayış sahəsi ümumilikdə 500 kv.m. olduğu təqdirdə, faktiki olaraq tərəflərin hər birinin sahibliyinə verilən sahələr üst-üstə düşməlidir

33. Hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir

34. Qeyd olunanlarda n göründüyü kimi, mübahisəsi gedən əmlakla bağlı həm iddiaçı, həm cavabdeh Əli Kərimli ilə müqavilələr bağlanmış, bununla belə, həmin əmlakın da daxil olduğu bütün qeyri-yaşayış sahələrinin qanuni qüvvədə olan məhkəmə qərarları əsasında iddiaçıya təhvil verilməli olduğuna göstəriş verilmişdir.

35. Bu həm də o deməkdir ki, mübahisəsi gedən qeyri-yaşayış sahəsinin iddiaçıya satılması ilə bağlı müqaviləyə qanuni qüvvədə olan məhkəmə aktı ilə qiymət verilmiş, onun irəli sürdüyü hallara hüquqi müəyyənlik gətirilmişdir - hüquqi müəyyənlik prinsipi isə digər ləblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə utur.

36. Göstərilənlərə əsasən kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir

37. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi əqdin etibarsızlığının hüquqi nəticələrini tətbiq edib tərəflərin əvvəlki vəziyyətə qaytarılmasını təmin etməməklə maddi hüquq normasının tələbini pozmuşdur. Belə ki, Əli Kərimli ilə "xxxx" MMC arasında bağlanmış əqd etibarsız hesab edildiyindən, belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməli idi.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “...Lakin işə təkrar baxan apelyasiya instansiya məhkəməsi alqı-satqı müqaviləsini etibarsız hesab etdik dən sonra ondan irəli gələn məsələləri həll etməmiş və Mülki Məcəllənin 337.5-ci maddəsinin müddəalarının tələblərinə zidd olaraq alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı tərəfindən mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla belə məhkəmə tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyan ın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı təcrübəyə görə də, əqdi etibarsız hesab edən məhkəmə, bu etibarsızlığın nəticələrini həmin iddia çərçivəsində həll tməli, bu zaman yaranan hər hansı qeyri-müəyyənliyə müvafiq sübutlar araşdırılmaqla qiymət verilməlidir.

40. Bu kontekstdə kollegiya hesab etmişdir ki, “Yaşayış binasında mənzil tikintisi haqqında” 8 sentyabr 2011-ci il tarixli müqavilə X8 Cavabdeh2 MMC-nə ödədiyi 300.000 manat həmin MMC-dən alınıb ona qaytarılmalıdır.

41. Kollegiya onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin mahiyyəti üzrə düzgün nəticəyə gəldiyindən və qətnamədə ləğv edilməli hissə olmadığından, yol verilmiş sözügedən səhv qətnamənin ləğvinə səb əb olmamalı, restitusiya ilə bağlı müddəa ətnaməyə lavə edilərək qətnamə müvafiq qaydada dəyişdirilməlidir.

42. X6 da izah etmişdir ki, o, ona vurulmuş ziyanın ödənilməsi üçün MMC-nə qarşı müvafiq iddia tələbi irəli sürmək hüququna malikdir.

43. Məhkəmə mövqeyini AR MM-nin 152.1, 152.4, 152.5, 157.2, 157.4, 157.8, 158.1, 158.2, 164.1, 165.1, 165.2, 324, 337.1, 337.2, 337.5, 339.1, 390.5, 404, 452.1-ci maddələrinə, AR MPM-nin 14.2, 77.1, 80, 81, 82.3, 88, 101.7, 102.1, 102.2, 103.1, 106.1, 217.3, 384.0.2, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat:

44. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il, 2(103)1408/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3876/2024 nömrəli iş üzrə 05 dekabr 2024-cü il tarixli qərarı ilə, (hakimlər V.T.Həsənov - sədrlik edən və məruizəçi,İ.Ə.Şəfiyev, Ə.A.Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsi Mülki kollegiyasının 2(103)-1408/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

46. Kassasiya instansiya məhkəməsi qərarıda qeyd etmişdir ki, baxılan iş üzrə apellyasiya instansiya məhkəməsinin “...mübahisəsi gedən qeyriyaşayış sahəsinin iddiaçıya satılması ilə bağlı müqaviləyə qanuni qüvvədə olan məhkəmə aktı ilə qiymət verilməsi və onun irəli sürdüy ü hallara hüquqi müəyyənlik gətirilməsinə dair nəticəsi Konsutusiya Məhkəməsinin bu qərarın 46-cı bəndində göstərilən mövqeyinə uyğun olmamışdır. Digər tərəfdən iddiaçı mübahisəli sahə üzərində mülkiyyət hüququnun müqavilə bağlanılarkən sahənin dəyərini tam ödəməklə yarandığını, sonradan Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə həmin hüququnun bir daha təsdiq olunduğunu iddia edir. Həmçinin nəzərə alınmalıdır ki, mübahisəli 119 kv.m. qeyriyaşayış sahəsi hazırda Cavabdeh1 faktiki istifadəsindədir, sahənin ona nə vaxt təhvil verilməsi iş üzrə əhəmiyyətli olan haldır. Hər nə qədərki iddiaçının maliyyə arayışında tarix olmadığından pay haqqının ödənilməsi tarixinin müəyyən edilməsi mümkünsüzdür, bu halda həmin arayışın digər sübutlarla birlikdə qiymətləndirilməsi v asitəsi ilə iddiaçının pay haqqını ödəyib-ödəməməsi, ödəmişdirsə bu ödənişin məhz hansı tarixdə icra edilməsinin müəyyən edilməsi zəruridir. Məhz bu qərarın 55-56-cı bəndlərində göstərilənlərin aydınlaşdırılmalı olması kassasiya məhkəməsi tərəfindən zəruri hesab edilmişdir. Nəzərə alınmalıdır ki, bu halların araşdırılması müvafiq maddi hüquq normasının tətbiqi nöqteyinəzərdən əhəmiyyətlidir. İşə təkrar apellyasiya icraatında baxılarkən həmin göstərişlərə uyğun da hər hansı araşdırma aparılmamış və bununla bağlı cavabdeh tərəfin dəlillərinə qiymət verilməmişdir.

47. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işin digər halları ilə müəyyən olunur ki, iddiaçının iddia ediyi ümumi sahənin 119 kv.m.-dən artıq qalan hissəsi üçüncü şəxslərlə bağlanmış müqavilələrlə özgəninkiləşdirilmiş, ayr ılmış sahələrə həmin şəxslərin mülkiyyət hüququ qeydə alınmışdır.

48. Təkrar apellyasiya icraatında işə baxan məhkəmə həmin şəxslərin adına daşınmaz əmlakın digər hissələrinin qeydə alınmasını müəyyən edir, lakin həmin şəxslərin işə cəlb edilməsi ilə bağlı məsələni tərəflərlə birlikdə müzakirə etmir. Belə müzakirənin aparılması və digər mülkiyyətçilərin işə cəlb edilməsi işin bütün hallarına qiymət verilməsinə şərait yaratmış olar və tərəflərin qarşılıqlı olaraq irəli sürdüyü dəlillərin qiymətləndirilməsinə yardım etmiş olardı. Eyni zamanda məhkəmələr nəzərə almalı idilər ki, üçüncü şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınması məhkəmə aktları əsasında aparılmışdır. Bu baxımdan həmin məhkəmə aktlarının qüvvədə olması, onlardan şikayət verilməsi, şikayət verilmişdirsə yenidən baxılıb baxılmaması aydınlaşdırılmalı olan məsələlərə aid olmuşdur.

49. Kassasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 337.5, 452.1-cimaddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 101.7, 103.1, 217.3, 217.4, 416.1, 416.2, 418.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat:

50. Təkrar apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürm əyən üçüncü şəxs X7 apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, hər üç müstəqil tələb irəli sürməyən üçüncü şəxs və cavabdeh X15 qeyri-yaşayış sahəsinə dair müqavilə bağladıqları tarixdən həmin sahəni mağaza kimi istifadə etmişlər. Daha sonra hər üç müstəqil tələb irəli sürməyən üçüncü məhkəmə qərarı ilə həmin sahənin mülkiyyətçisinə çevrilmişdir. İddiaçı 20 ilə yaxın müddət ərzində bir dəfə də olsun qeyri-yaşayış sahəsinin olduğu yerə gəlməmiş və maraqlanmamışdır.

51. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1564/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə, (hakimlər A.N. İmanov - sədrlik edən və məruizəçi, M.A.Məmmədov, F.Ş.Talışınski) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və birinci i nstansiya məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli, 2(004)3162/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin iddiaçıdan tutularaq cavabdeh X9 ödənilməsi, apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatlarının xərci olan 100 (yüz) manatın iddiaçıdan alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

52. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etməyib və mövgeyini belə əsaslandırıb ki, kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilə n göstərişlər əsasında araşdırmalar aparılmış, müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 488,4 m2 olan qeyri-yaşayış sahələrinin ümumilikdə 364,4 m2 hissəsi digər şəxslərin (X5, X3 və X2) adlarına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

53. Göründüyü kimi, ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2ci girişinin 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 488,4 m2 olan qeyri-yaşayış sahələri faktiki olaraq tam şəkildə iddiaçıya satılmış, lakin onunla müqavilə bağlandıqdan 5 il sonra həmin qeyri-yaşayış sahələrinin 119 m2-lik hissəsinə dair X15 ilə də müqavilə bağlanmışdır.

54. İşin faktiki halları ilə müəyyən edilib ki, mübahisəsi gedən əmlakla bağlı həm iddiaçı, həm ca vabdeh Əli Kərimli ilə müqavilələr bağlanmışdır. Bu halda isə, iddiaçı hazırkı iddia tələbi irəli sürülməsi üçün subyektiv hüquqa malik olmuşdur.

55. Kassasiya instansiya məhkəməsinin qərarında həmçinin qeyd edilmişdir ki, təqdim olunmuş, maliyyə arayışı və müqavilə kserosurət olmaqla, həmin sənədlərin əsli məhkəmələrə təqdim olunmamışdır. Müəyyən olunmuş bu fakt isə cavabdehin apellyasiya şikayətində iddia olunanların aydınlaşdırılmaması və aydınlaşdırılmasına cəhd edilməməsini aşkar olaraq sübut etmiş olur.

56. Kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq iddiaçından maliyyə arayışı və müqavilənin əsli tələb edilmiş və təqdim edilmiş sənədlərin əsli iş materiallarına əlavə edilmişdir. Həmin arayışın və müqavilənin əslində hər hansı qeyri-müəyyənlik (möhrün fərqli olması v ə.s) halları müəyyən edilməmişdir.

57. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, mübahisəli 119 kv.m. qeyri-yaşayış sahəsi hazırda Cavabdeh1 faktiki istifadəsindədir, sahənin ona nə vaxt təhvil verilməsi iş üzrə əhəmiyyətli olan haldır. Hər nə qədər ki, iddiaçının maliyyə arayışında tarix olmadığından pay haqqının ödənilməsi tarixinin müəyyən edilməsi mümkünsüzdür, bu halda həmin arayışın digər sübutlarla birlikdə qiymətləndirilməsi vasitəsi ilə iddiaçının pay haqqını ödəyib-ödəməməsi, ödəmişdirsə bu ödənişin məhz hansı tarixdə icra edilməsinin müəyyən edilməsi zəruridir.

58. Kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq ünvan 1 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan binanın 2-ci girişinin 1 ci mərtəbəsində yerləşən və ümumi sahəsi 488,4 m2 olan qe yriyaşayış sahələrinin ümumilikdə 364,4 m2 hissəsinin mülkiyyətçiləri X10, X7 və X4 mülki işə cəlb edilmiş və mübahisələndirilən sahələrin üstüstə düşməsi müəyyən edilmişdir. İddiaçının iddia ediyi ümumi sahənin 119 kv.m-dən artıq qalan hissəsi üçüncü şəxslərlə bağlanmış müqavilələrlə özgəninkiləşdirilmiş, ayrılmış sahələrə həmin şəxslərin mülkiyyət hüququ qeydə alınmışdır. Üçüncü şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair məhkəmə aktları qanuni qüvvəsini almışdır.

59. Həmçinin mülki işə cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslərdən biri X7 məhkəmə kollegiyasının iclasında vermiş olduğu izahatında bildirmişdir ki, hər üç müstəqil tələb irəli sürməyən üçüncü şəxs və cavabdeh X15 qeyri-yaşayış sahəsinə dair müqavilə bağladıqları tarixdən həmin sahəni mağaza ki mi istifadə etmişlər. Daha sonra hər üç müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə qərarı ilə həmin sahənin mülkiyyətçisinə çevrilmişdir. İddiaçı 20 ilə yaxın müddət ərzində bir dəfə də olsun qeyriyaşayış sahəsinin olduğu yerə gəlməmiş və maraqlanmamışdır.

60. Məhkəmə kollegiyası tərəfindən verilmiş suallara cavab olaraq iddiaçı tərəf bu halı təkzib etməmiş və bildirmişdir ki, müqavilə bağlandıqdan sonra keçən müddət ərzində mübahisəli əmlakın olduğu yerdə olmamışdır.

61. Kollegiya kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilən mövqeyi və Cavabdeh1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsində tərəf olmadığı nəzərə alaraq həmin qətnamənin hazırkı mübahisə üzrə tərəflərə münasibətdə predusiallıq daşımadığı qənaətinə gəlir və həmin hala d air əlavə araşdırmanın aparılmasına lüzum görmür.

62. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Həmin qərarda vurğulanmışdır ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şə xslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər.

63. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini araşdırıb, hesab edib ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinin müddəaları tətbiq edilməklə hüquq qiymət verilməlidir.

64. Belə ki, həmin normanın tələbinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlind ən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

65. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlər əsasında araşdırmalar aparılmış, iddiaçı tərəf vermiş olduğu izahatda maliyyə arayışında tarixin olmamasının tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas olmadığını və ödənişin müqavilə ilə eyni tarixdə icra olunduğunu bildirmişlər.

66. Kollegiya qeyd edib ki, bu halın əksini sübut edəcək hər hansı sübut işin halları ilə müəyyən edi lmir. Belə olan halda isə, iddiaçı tərəfindən pay haqqının ödənilməsi, məhz müqavilə bağlanıldığı tarixində, yəni 17 may 2006-cı ildə icra edilməsi qəbul edilməlidir.

67. Lakin işin digər mübahisəsiz halı da ondan ibarətdir ki, mübahisəli 119 kv.m. qeyriyaşayış sahəsi iddiaçıya təhvil verilməmiş, 18 sentyabr 2011-ci il tarixindən Cavabdeh1 təhvil verilmiş, qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən əsaslı təmir edilməklə 14 ilə yaxın müddət ərizində iikin olaraq ərzaq mağazası kimi, daha sonra isə paltar mağazası kimi cavabdehin istifadəsindədir. Bu hal tərəflər arasında mübahisələndirlimir.

68. Kollegiya hesab edib ki, qeyri-yaşayış sahəsinə dair müqavilə ilkin olaraq iddiaçı ilə bağlanmış olsa belə iddiaçıya deyil, cavabdehə təhvil verildiyindən və Cavabdeh1 tərəfindən əsaslı təmir edilərə k hazırda da onun istifadəsində olduğundan İddiaçı cavabdeh MMC-dən alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh1 təhvil verildiyi andan aradan qalxmışdır.

69. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin İİİ və İV hissələrinə, 60-cı maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.4, 152.5, 157.2, 157.4, 157.8, 158.1, 158.2, 164.1, 165.1, 165.2, 324, 337.1, 337.2, 337.5, 339.1, 390.5, 404, 452.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 101.7, 103.1, 217.3, 217.4, 416.1, 416.2, 418.1-ci maddələrinə istinad etməklə əsa slandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

70. İddiaçı (onun vəkili Vəkil5) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 2(103)-1564/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını və (və ya) işin təkrar apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

71. Kassasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etəklə əlavə olaraq belə əsaslanmışdır ki, hazırkı iş üzrə mübahisənin maddi hüququ əsası olan hazırkı iş üzrə məhkəmə tərəfindən qeyd edilən maddi hüquq normasının tələbləri açıq aşkar pozulmuşdur. Hazirki iş üzrə ilk öncə qeyd edim ki, kassasiya instansiyası tərəfindən işin faktiki halla rı yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Başqa sözlə iddiaçının qanunu qüvvəsini almış məhkəmə qətnaməsi ilə hüquqlarının tanındığı əmlak üzərində hüquq müəyyənedici fakt kimi çıxı ş edir və bunla bağlı cavabdehin həmin müqavilənin əslinin olmaması və ya etibarsız olmasına yönələn dəlilləri həmin qətnamə ilə təkzib edilir. Ali məhkəmənin qərarında ki göstərişlərdən biri isə məhz iddiaçının maliyyə arayışında tarixin olmaması ilə bağlı dəlillərinə münasibətdə aşağıdakı məqamları məhkəmənin diqqətinə çatdırılmasını istəyib və bildirib ki, məhz iş üzrə Yasamal Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsində isə iddiaçının təqdim etdiyi müqavilə və ödəniş faktı nəzərə alınaraq işin baxılmağa qəbul edilməsi qərara alınmışdır. Bu qətnamə hüquqi və faktiki əsaslara söykənmiş və iddianın mahiyyəti üzrə hüquqi qiymətləndirmə aparılmışdır. Balakişiyev Qəribin ifadəsi real faktlara əsaslanaraq iddiaçının MMC ilə hüquqi münasibətdə olduğunu, müqavilə bağlandığını və konkret sahənin iddiaçıy a ayrıldığını və ödənişində həmin tarixdə edildiyini təsdiq edir. Bu isə iddiaçının müqavilə öhdəliyini icra edərək həmin əmlakın dəyərinin sözügedən tarixdə edildiyini birbaşa sübut edir. Belə olan halda məhz maliyyə arayışında qeyd edilən qeyri-yaşayış sahəsinin dəyərini təşkil edən 1.250.000 ABŞ dolları məbləğində pul vəsaitinin 2006-cı il tarixdəki ödəniş kimi qəbul edilməklə, həmin tarixdən əmlakın mülkiyyətçisi olduğu sübut edilir. Bundan əlavə iş üzrə Ali məhkəmənin qərarında həmin əmlakın məhz hansı tarixdən cavabdehin istifadəsinə verilməsini məhz iş üzrə əmlakın dəyərinin iddiaçı tərəfindən əmlakın dəyərinin ödənilmə tarixi ilə qarşılıqlə şəkildə qiymətləndirilməsini göstərmişdir. Bunla bağlı isə bildiririk ki, həmin əmlakın dəyəri məhz 2006-cı il tarixd ən iddiaçı tərəfindən ödənildiyi sübut edildiyindən və həmin tarixdəndə əmlakın mülkiyyətçisi olduğunda həmin sahayə cavabdehin faktiki olaraq hansı tarixdən sahiblik etməsinin mənası qalmır, çünki, həmin tarixdən əmlakın mülkiyyətçisi məhz iş üzrə iddiaçı olmuşdur. İş üzrə apellyasiya məhkəmsi işin həmin halların araşdırsada nəticədə düzgün qiymətləndirmə aparmayaraq, əsassız qətnamə qəbul etmişdir. Hazırkı iş üzrə məhkəmə müvafiq olaraq sübutlar üzrə düzgün araşdırma aparmayaraq, əsassız və şəxsi mülahizdəyə əsaslanan qətnamə qəbul etmişdir.

72. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.1.2, 178.8, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 420-ci maddəsinə i stinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

73. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

74. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

75. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

76. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona veri lməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

79. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edil miş qüvvəsi yoxdur.

80. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

81. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

82. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

83. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olu nması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

85. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmir. Cavabdeh MMC mübahisənin obyektinə dair həm iddiaçı ilə, həm də Cavabdeh1la müqavilə bağladığı üçün sözügedən qeyri-yaşayış sahəsinə münasibətdə onlardan hansının üstün hüquqa malik olmasına Mülki Məcəllənin 452.1-ci maddəsi əsasında hüquqi qiymət verilməlidir.

86. Həmin maddəyə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasın ı və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır (§ 76).

87. İşin müəyyən edilmiş faktiki halları əsasında apelyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı, 17 may 2006-cı il tarixdə cavabdeh MMC ilə müqavilə bağlasa da, həmin cəmiyyət mübahisənin obyekti olan qeyri-yaşayış sahəsini 18 sentyabr 2011-ci il tarixdə bağladığı müqavilə əsasında Cavabdeh1 təhvil vermişdir və sonuncu həmin ildən sahəni sahibliyində saxlamaqla oradan mağaza kimi istifadə edir.

88. Belə olan halda, məhkəmə bu nəticəyə gəlmişdir ki, qeyri-yaşayış sahəsinə dair müqavilə ilkin olaraq iddiaçı ilə bağlanmış olsa belə iddiaçıya deyil, cavabdehə təhvil verildiyindən və Cavabdeh1 tərəfindən əsaslı təmir edilərək hazı rda da onun istifadəsində olduğundan İddiaçı qeyri-yaşayış sahəsinin cavabdeh MMC-dən alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyil. Belə ki, onun bu hüququ mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh1 təhvil verildiyi andan aradan qalxmışdır.

89. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

90. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin ar aşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

91. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

92. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

93. Göst ərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2025-ci il tarixli, 2(103)1564/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar