Məhkəmə qərarları › İş №2(102)-2835/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2835/2021

31.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2835/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Maraqlı şəxs2 Suraxanı Rayon şöbəsi) ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, əmək stajı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Maraqlı şəxs2 və kili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8050/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Maraqlı şəxs2 kassasiya şikayətinə dair işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Ərizəçi (bundan sonra - ərizəçi) xx.xx.1955-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuş, 1988-ci ildə məlum hadisələrlə əlaqədar yaşadığı rayonu məcburi surətdə tərk etmişdir. Ərizəçinin əmək kitabçasında olan qeydlərə əsasən o, 01.09.1984-cü il tarixdə Ararat rayonu, Şidli kəndində, N.Nərimanov adına kolxozda fermaya hesabdar təyin olunmuşdur. Əmək kitabçasında onun işdən azad olunmasına dair qeydiyyat aparılmamışdır. Ərizəçi 2019-cu ildə yaşa görə pensiya təyin olunması barədə ərizə ilə Maraqlı şəxs2 Suraxanı Rayon şöbəsinə müraciət etmiş, lakin həmin orqan pensiya təyin olunmasından imtina etmiş və öz imtinasını ərizəçinin sosial sığorta stajında və fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalının olmaması ilə əsaslandırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Ərizəçi məhkəməyə müraciət edərək (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Maraqlı şəxs2 Suraxanı Rayon şöbəsi) onun 01.09.1984-cü il tarixdən 07.12.1988-ci il tarixə qədər Ermənistan Respublikası Ararat rayonu Şidli kəndində N.Nərimanov adına kolxozun fermasında hesabdar işləməsi barədə iş stajının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 01.09.1984-cü il tarixdən 07.12.1988-ci il tarixə qədər Ermənistan Respublikası Ararat rayonu Şidli kəndi N.Nərimanov adına kolxozun fermasında hesabdar işləmişdir və bu barədə əmək kitabçasında işə qəbul olunduğu tarix qeyd edilsə də, işdən çıxmağı barədə heç bir qeyd olunmamışdır. Azərbaycanlıların deportasiyası ilə əlaqədar olaraq 07 dekabr 1988-ci il tarixdə yaşadığı Ermənistan Respublikası Ararat rayonu Şidli kəndini məcburi surətdə tərk etmişdir. Qeyd olunan tarixlərdə iş stajının məhkəmə qaydasında müəyyən edilməsi ona pensiyaya çıxmaq üçün lazımdır. Maraqlı şəxsin nümayəndəsi ərizəni qəbul etməyərək izahatında göstərmişdir ki, işə məhkəm ə qaydasında baxılmalı olmadığından iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, ərizəçinin işlədiyini təsdiq edən mübahisəli əmək kitabçası vardır. Bu isə, işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1966-cı ildən 1978-ci ilədək Ararat rayonu, Şidli kəndi, N.Nərimanov adına kolxozda əvvəlcə kolxozçu, 1979-cu ildən isə iqtisadçı vəzifəsində çalışmış X9, 1968-ci ildən 1988ci ilədək həmin kolxozda mexanizator işləmiş X5 və 1968-ci ildən 1988-ci ilədək həmin kolxozda kolxozçu işləmiş X2 birinci instansiya məhkəməsində işə baxılarkən şahid kimi dindirilmiş və öz ifadələrində ərizəçinin 01.09.1984-cü il tarxdən 1988-ci ilə qədər Ermənistan Respublikası Ararat rayonu Şidli kəndində N.Nərimanov adına kolxozda hesabdar işləməsini təsdiq etmişlər. Şahidlərin özlərinin qeyd olunan vəzifələrdə işləmələri onların əmək kitabçalarında olan qeydlərlə təsdiq olunmuş və həmin əmək kitabçalarının surətləri iş materiallarına əlavə olunmuşdur. Birinci instansiya məhkəməsi ərizəçinin əmək kitabçasında müvafiq dövrlə bağlı qeydin üzərinə vurulmuş möhür əksindəki yazıların yaxşı oxunmadığını əsas gətirərək onun həqiqiliyinin müəyyən olunması üçün iş üzrə məhkəmə-texniki ekspertizası təyin etmiş və 10.06.2020-ci il tarixli ekspert rəyi ilə ərizəçinin adına olan əmək kitabçasındakı 01.09.1984-cü il tarixli möhür əksinin sənəd üzərinə birbaşa vurulduğu müəyyən olunmuşdur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-930/2020 nömrəli iş üz rə 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim L.Talıbova) ərizə qismən təmin edilərək, ərizəçinin 01.09.1984-cü il tarixdən 1988ci ilə qədər Ararat rayonu Şidli kəndi N.Nərimanov adına kolxozda hesabdar işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmiş, ərizə qalan hissədə təmin olunmamışdır. Birinci instansiya məhkəməsi əsas sübut kimi şahid ifadələrinə, habelə məhkəməyə təqdim edilmiş sənədlərə istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçinin 01.09.1984-cü il tarixdən 1988-ci ilə qədər Ararat rayonu Şidli kəndi N.Nərimanov adına kolxozda işləməsi faktının müəyyən edilməsi məhkəmədə müəyyən edilməli olan faktdır və bununla bağlı sübutlar mövcud olduğundan ərizə qismən təmin edilməlidir. Məhkəmə maraqlı şəxsin iş üzrə icraata xitam verilməsinə dair mövqeyi ilə bağlı qeyd etmişdir ki, ərizəçinin əmək kitabçası mövcud olsa belə, onun işdən çıxması ilə bağlı əmək kitabçasında qeyd olmadığından ərizəçinin həmin faktı başqa qaydada əldə edə bilməsi məlum səbəblərdən qeyri-mümkündür. Məhkəmə öz mövqeyini MPM-in 14.2, 77.1, 88, 106.1, 217.4, 218.3, 307.1, 307.2.11, 308-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan əmək kitabçasına əsasən, ərizəçi 01 sentyabr 1984-cü ildə Ermənistan Respublikası Ararat rayonu, Şidli kəndi, N.Nərimanov adına kolxozda hesabdar vəzifəsində işə qəbul olunmuş, lakin, onun işdən azad edilməsi barədə əmək kitabçasında heç bir qeyd apa rılmamışdır. Şahidlər ərizəçini birgə işdən tanımalı və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin işləmələri barədə sənədləri olmalıdır. MPM-nin 308-ci maddəsinə əsasən, ərizəçinin işləməsini təsdiq edən əmək kitabçası mövcud olduğundan işə məhkəmə qaydasında baxılmamalıdır. Bu hal işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8050/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldi yi nəticə ilə razılaşmaqla apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına dindirilmiş şahidlərin əmək kitabçalarının təsdiq edilmiş surətləri əlavə olunmuşdur və həmin əmək kitabçalarında olan qeydlərlə dindirilən şahidlərin hüquqi əhəmiyyətli faktın müəyyən edildiyi 1984-1988-ci illərdə ərizəçi ilə eyni kənddə, eyni kolxozda işləmələri təsdiq olunmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsinin göstərdiyi kimi, ərizəçinin əmək kitabçası mövcud olsa belə, onun işdən çıxması ilə bağlı əmək kitabçasında qeyd olmadığından və ərizəçinin həmin faktı başqa qaydada əldə edə bilməsi qeyri-mümkün olduğundan ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etməkdə və birinci instansiya məhkəməsi həmin ərizəni icraata qəbul edib baxmaqda və yekun qərar qəbul etməkd ə haqlı olmuşdur. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Qətnamədən maraqlı şəxs kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Maraqlı şəxs (vəkil X3) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini və ərizənin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdi r. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi məsələ - əmək stajının müəyyən edilməsi ilə bağlı sənədlər mövcuddur. Ərizəçi əmək kitabçasını DSMF-nin Suraxanı Rayon şöbəsinə təqdim etmişdir. Odur ki, mövcud olan sənədlə - əmək kitabçası ilə bağlı hüquqi fakt müəyyən edilə bilməz. Məhkəmələr iş üzrə icraata xitam verməli olduqları halda prosessual pozuntuya yol verərək, ərizəni qismən təmin etmişlər. Şikayətdə qeyd olunmuşdur ki, 2006-cı ilədək qüvvədə olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaq ədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. İndiki halda isə, müəssisələrə dair arxiv sənədlərinin əldə edilə bilinməməsi səbəbləri tam araşdırılmamış, müstəqillik dövründən sonrakı dövrə aid edilən iş stajına dair əmək kitabçasında qeydlərin aparılmaması səbəbləri aydınlaşdırılmamışdır. Göründüyü kimi, məhkəmələr tərəfindən mülki prosessual qanunuvericiliyin tələbləri tam şəkildə icra edilməmiş, mübahisə obyektiv araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Ərizəçi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-nin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (maddə 307.1). Məhkəmə, qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların m üəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.11). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). “Əmək pensiyaları haqqında” Qanun Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019- cu il tarixli Qərarı...nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2- ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir....əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası hüquq normalarınının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin ə saslandırılması ilə razılaşır. Şikayətin digər dəlilləri tətbiq edilməli hüquq normalarına istinadla açıq-aşkar əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Maraqlı şəxs2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8050/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar