Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2835/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı5 cavabdehlər Şirinova (Hacməmmədova) Gültən Firudin qızına və Cavabdeh1 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı5 qarşı “mənzilə köçürülmə, maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-2835/22 Açar sözlər: istifadə hüququnun itirilməsi, mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızının məruzəsi i lə, Şamayev Elşad Yaquboviçdən və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı2, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı5 cavabdehlər X9 və Cavabdeh1 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair ilkin iddiası; iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı5 qarşı mənzilə köçürülmə, maneələrin aradan qaldırılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)8415/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı3 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Sahələrinin uçotu və bölünməsi İdarəsinin verdiyi 23 avqust 1973-cü il ta rixli, 130476 saylı orderə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Rəhman küçəsindəki 46 saylı evin 5 otaqlı 38-ci mənzil Şirinov Aslan Mədət oğluna verilmiş, orderdə Aslan Şirinovdan əlavə daha 6 nəfər ailə üzvünün adı qeyd olunmuşdur.
2. Şirinov Aslan Nədət oğlu xx.xx.2012-ci il tarixdə, arvadı X18 14 noyabr 2003-cü il tarixdə vəfat etmişdir.
3. İddiaçı2 Cavabdeh1 arasında olan nikah xx.xx.2008-ci il tarixdə ləğv edilmişdir.
4. İddiaçı2, İddiaçı3, İddiaçı1, X19, İddiaçı4, İddiaçı5, X12, Cavabdeh1, İddiaçı7 ünvan 1 ünvanda pasport qeydiyyatındadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı1, İddiaçı5 cavabdehlər Şirinova (Hacməmmədova) Gültən Firudin qızına və Cavabdeh1 qarşı istifadə hüq uqunun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4, həmçinin Cavabdeh1 azyaşlı oğlu X19 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsindəki 46 nömrəli evin 38 nömrəli mənzilindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıların qeydiyyatda olmaqla hazırda yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Rəhman küçəsindəki 46 saylı evin 5 otaqlı 38-ci mənzildə qeydiyyatda olan şəxslərdən Cavabdeh1 2008-ci ildən, X13 isə 2015-ci ildən ailə qurmaları ilə əlaqədar həmin mənzildən köçüb daimi olaraq başqa ünvanlarda yaşayırlar. Belə ki, ünvan 2 2021-ci il tarixli 01 nömrəli arayışa əsasən X14 2015-ci ildə həmin kəndin sakini X5 ilə rəsmi nikaha daxil olması ilə əlaqədar köçərək həmin kənddə eyni təsərrüfatda yaşayırlar. Qaradağ rayonu, Lökbatan qəsəbə icra nümayəndəliyinin verdiyi 12 mart 2021-ci il tarixli 111 nömrəli arayışa əsasən Cavabdeh1 həmin qəsəbədə 4-cü Massiv 20 Yanvar küçəsi ev 5 ünvanında yaşayır, (həmin evin sahibi X2 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan da xx.xx.2010-cu ildə X19 adlı uşaqları vardır). Cavabdehlər mənzildən köçməklə daimi olaraq başqa ünvanda yaşadıqlaırndan iddiaçılar onların yerinə də kommunal xərcləri ödəyir, onlar həmin ünvana gəlmədikləri üçün mənzilin sosial kirayə müqaviləsini də öz adlarına rəsmiləşdirə bilmirlər. Həmin şəxslərin ünvanda qeydiyyatda saxlanılmaları iddiaçılara seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi mə sələlərdə çətinliklər yaradır. Belə ki, onların qeydiyyatda olduqları ünvan kimi, onlara çağırış vərəqələri, seçki bildirişləri və s. də həmin ünvana gəlir və bu həm iddiaçıları narahat edir, həm də qeyd olunan sənədlər həmin şəxslərə vaxtında çatdırılmadığı üçün onların da hüquqlarının pozulmasına və vəzifələrinin yerinə yetirilməsinə şərait yaradır. Adları qeyd olunan şəxslər uzun müddətdir ki, daimi olaraq köçüb başqa ünvanlarda yaşadıqlarına görə onların həmin mənzildən istifadə hüquqları da itirilmişdir.
7. Cavabdeh1 iddiaçılar İddiaçı2, İddiaçı6, İddiaçı7, İddiaçı1 və İddiaçı5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin rədd edilməsi, Cavabdeh1 ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi, həmin mənzildən istifadə edilməsinə d air maneələrin törədilməsinin İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı6, İddiaçı7 qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 öz iradəsi ilə başqa yerə köçməmiş, qardaşı İddiaçı1 tərəfindən mənzildən məcburi çıxarılmışdır. Belə ki, Cavabdeh1 ikinci dəfə ailə qurduqdan sonra İddiaçı1 onu və yoldaşını mənzilə buraxmamış, İddiaçı1 məcbur qalaraq uzun müddət kirayədə və qayınanasına məxsus evdə yaşamışdır. Məhkəmədə iddia qaldırılan günə qədər İddiaçı1 öz evinə qayıtmaq və orada yaşamaq istəmiş, lakin İddiaçı1 ona icazə verməmişdir. İddiaçı1 Cavabdeh1 böyük olduğu və doğma qardaş olduqları üçün Cavabdeh1 ona qarşı iddia qaldırmaqdan çəkinmiş, evə köçürülmək mübahisəsini danışıqlar yolu ilə həll edilməsinə çalışmışdır. Lakin Cavabdeh1 qardaşı tərəfindən iddia qaldırıldığını öyrəndikdən sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə olman kommunal xidmətlərin ödənilməsi barədə qəbzlər də onu təsdiq edir ki, İddiaçı1 həmin mənzildən köçüb getməmiş, öz iradəsi ziddinə çıxarılmışdır. Onun və həyat yoldaşının mülkiyyətində heç bir daşınar və daşınmaz əmlak yoxdur. Cavabdeh1 başqa yaşamağa yeri və evi olmadığı, onun da həmin mənzildən istifadə hüququ olduğu üçün mübahisəli mənzilə köçürülməlidir. O, mərhum Şirinov Aslanın oğludur və iddiaçılar ilə birlikdə eyni hüquqlu vərəsəsidir və onun da mübahisəli mənzilə istifadə hüququ vardır.
9. Məhkəmə iclasında iştirakı Cavabdeh1 tərəfindən təmin edilmiş şahid X17 verdiyi ifadəsində bildirmişdir ki, Cavabdeh1 və İddiaçı1 onun qardaşıdır. Qardaşı evləndikdən sonra Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 46, mənzil 38-də yaşamamışdır. O, əvvəl kirayədə qalmış, sonra isə qayınanasının evində yaşamışdır. Hacməmmədova) Gültən Firudin qızı ailə qurduqdan sonra mübahisəli evdən çıxıb getmişdir. Onun heç bir əşyası həmin evdə qalmamışdır. Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 46, mənzil 38-də yaşamaq istəmişdir, lakin ikinci dəfə ailə qurduğu üçün həmin evə X6 gətirə bilməmiş, kirayədə yaşamışlar
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Aytən Novruzova) 27 may 2021-ci il tarixli, 2(005)-2404/2021 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edilməsi, cavabdehlər Şirinova (Hacməmmədova) Gültən Firudin qızının, Cavabdeh1 və o nun yetkinlik yaşına çatmayan oğlu X19 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 46, mənzil 38-ə istifadə hüquqlarının itirilməsi, iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin rədd olunması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş materialları, tərəflərin izahatları ilə müəyyən edilir ki, Cavabdeh1 ilə İddiaçı2 ilə nikahı pozulduqdan sonra (xx.xx.2008-ci il tarixdə), X10 adlı şəxslə ailə qurmuş (2009-cu il) bundan sonra Bakı şəhəri, Nərimanov rayonu, Rəhman küçəsindəki 46 saylı evin 38 saylı mənzilində yaşamamışdır. Eləcə də, ilk iddia tələbi üzrə cavabdeh X1 Elşən Ərəstun oğlu ilə nikaha daxıl olmuş, 2015-ci il tarixdən Şamaxı rayonu Ovculu kəndində yaşayır.
12. Məhkəmə tərəflər arasında mənzildən istifadə hüququ ilə bağlı münasibətlərin yaranması tarixini əsas götürüb, belə qənaətə gəlmişdir ki, hazırki mübahisəyə xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.
13. Məhkəmə işin faktiki hallarına əsasən hesab etmişdir ki, cavabdeh X8 və Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Lakin sonradan X12 və Cavabdeh1 həmin mənzili daimi əsaslarla tərk etmişlər və uzun müddətdir həmin mənzildə yaşamırlar. Onların hazırda həmin mənzillə hər hansı hüquqi bağlılığı qalmamışdır. Bu səbəbdən, onların mənzildən istifadə hüququ saxlanıla bilməz və onların bu hüququna xitam verilməlidir.
14. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, ilk iddia tələbi üzrə Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 46, mənzil 38-ə istifadə hüqu qlarının itirilməsi barədə tələb təmin olunduğu halda, məhkəmə yaşayış sahəsinə istifadə hüququ itirilən şəxsin mənzilə köçürülmə tələbini əsassız hesab edir.
15. Məhkəmə öz mövqeyini xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 54,60 və 87-ci maddəsi ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ilk iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli olan Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsindəki 46 saylı evin 5 otaqlı 38-ci mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və bu səbəbdən də mülkiyyətçidən söhb ət gedə bilməz, qeyd olunan mübahisəli mənzilin icarədarı atası Aslan Şirinov olmuş, atasına verilmiş orderdə Aslan Şirinovdan əlavə daha 6 nəfər ailə üzvünün adı qeyd olunmuş, o cümlədən o və İddiaçı1, hal-hazırda həmin ünvanda qeydiyyatdadır. Həmin evi daimi yox, müvəqqəti olaraq məcburiyyət qarşısında tərk etmişdir. Başqa yaşamağa yeri olmadığından qeyd olunan mənzilə köçüb yaşamaq istəyir. Mərhum atası Aslan Şirinovun bütün övladları hazırda notariusa müraciət etmişlər. Bununla bağlı, “ASAN” xidmətində vərəsəlik işi açılmışdır. O mübahisəli mənzili daimi yox, müvəqqəti olaraq tərk etmişdir. Daha konkret desə öz iradəsi ilə başqa yerə köçməmişdir, qardaşı İddiaçı1 tərəfindən mənzildən məcburi çıxarılmışdır. Belə ki, ikinci dəfə ailə qurduqdan sonra İddiaçı1 onu və yoldaşını mənzilə bura xmamış, məcbur qalaraq uzun müddət kirayədə və qayınanasına məxsus evdə yaşamışdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8415/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov, İ.Kərimli).
19. Məhkəmə hesab etmişdir ki, ilk iddiaçılar mübahisəli mənzildə yaşadıqlarından və daimi istifadəçilər olduğundan hazırki iddia ilə məhkəməyə müraciət etməkdə tam subyektiv hüquqa malik olmuşlar. Çünki, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinin 2ci cümləsi onlara bu hüquqi səlahiyyəti vermişdir. Bunun mübahisəli olmasını qarşı tərəf də israr etmir. Başqa sözlə iddiaçıların hazırki iddianı irəli sürmək üçün mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınmalı olması mütləq şərt deyildir. Yetər ki, həmin mənzildə yaşasın və istifadə hüquqları yaranmış olsun.
20. Mübahisəli mənzilə dair verilən orderdə Cavabdeh1 da adının olması xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından ona hansısa toxunulmaz bir hüquq vermir. Belə ki, Cavabdeh1 mənzilə adına order verilmiş şəxsin övladı və ailə üzvü ola bilər. Ancaq bu mənzildən istifadə hüququ mütləq hüquq kimi daimi və əbədi xarakterə malik ola bilməzdi. Bunun üçün ən azından qeyd olunan Mənzil Məcəlləsinin 53, 60 və 87-ci maddələrinin tələbləri nəzərə alınmalı idi.
21. Həmçinin, Cavabdeh1 mübahisəli mənzili daimi yox, müvəqqəti olaraq tərk etd iyini, daha konkret desə öz iradəsi ilə başqa yerə köçməməsini, qardaşı İddiaçı1 tərəfindən mənzildən məcburi çıxarılmasını, ikinci dəfə ailə qurduqdan sonra İddiaçı1 onu və yoldaşını mənzilə buraxmamasını, məcbur qalaraq uzun müddət kirayədə və qayınanasına məxsus evdə yaşadığını göstərsə də bu dəlillər həm həqiqi, həm inandırıcı və ağlabatan, həm də həyatı olmalıdır. Əks halda bu cür dəlillərdən yalnız kəlmə olaraq istifadə edilməsi onların həqiqiliyini təsdiq etmir. Belə ki, o, mənzili müvəqqəti olaraq tərk etməsinə və bunu öz iradəsi ilə etməməsinə dair məhkəməyə heç bir sübut təqdim etmir. Qardaşı İddiaçı1 onu mənzilə buraxmaması da sübuta yetirilməlidir. Ən azından ötən bu 12 ildə qardaşı İddiaçı1 ona qarşı mənzillə bağlı qanunsuz hərəkətləri olmuşdursa, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərdi, ancaq etməmiş yaxud etməsinə dair məhkəməyə hansısa sübut təqdim etməmişdir. Başadüşülən ola bilər ki, ikinci dəfə nikaha girdikdən sonra mübahisəli mənzildə birinci nikahdan olan övladları və keçmiş arvadı ilə birlikdə yaşamaq istəməyə bilər və yaşamaq üçün yeni qaynanasının evinə köçə bilər. Amma bu hallar ilk iddianın əsassızlığına və qarşılıqlı iddianın əsaslılığına qətiyyən əsas vermir. Bir daha qeyd olunur ki, əgər həqiqətən də mübahisəli mənzildən daimi yaşamaq üçün başqa mənzilə köçməmişdirsə, müvəqqəti, özü də məcburiyyət qarşısında getmişdirsə, buna dair istənilən bir sübut təqdim etmək imkanı olardı. Belə bir sübutların olmaması da onun gətirdiyi dəlillərin əsassızlığını təsdiq edir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 12 mart 1 999-cu il tarixli qərarında göstərmişdir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Ancaq hazırki iş üzrə Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar, yəni Cavabdeh1 daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsi təsdiq olunur və onun mübahisəli mənzildə uzun müddətdə, yəni 12 il ərzində yaşamamasının səbəbi də məhz yeni ailə qurması və yeni arvadı ilə birgə təsərrüfat aparmaq zərurəti olmuşdur. Başqa cür ola bilməsi də mümkünsüzdür. Çünki, birinci nikahı pozulur, yeni nikaha daxil olur və yeni nikahdan olan arvadı ola-ola keçmiş arvadı ilə bir mənzildə yaşayıb, birgə təsərrüfat aparması yaxud aparmaq istəməsi də ağlabatan deyildir.
23. Apellyasiya baxışı zamanı Cavabdeh1 mövqeyindən bəlli olmuşdur ki, əslində onun niyyəti heç də mübahisəli mənzilə köçərək orada həm keçmiş arvadı və uşaqları, həm də yeni arvadı və uşağı ilə birlikdə yaşamaq deyil, həmin mənzildən pay əldə etmək istəyidir. Ancaq bu vəziyyətdə əsl niyyəti ilə iddiası arasında ziddiyyət yaranır. Çünki, mənzildən pay almaq üçün, həmin mənzilə köçürülməyi tələb etmək məqsədinə çatmaq üçün düzgün vasitə deyildir. Bunu qarşı tərəf olan qohumları ilə ya məhkəmədən kənar həll edə bilərdi, yaxud da həqiqi istəyinə uyğun iddia ilə məhkəməyə müraciət edə bilərdi.
24. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “AR MM-nin 228.1 və 228.2-ci və AR Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına, AR Konstitusiya Məhkəməsinin xx.xx.2016-ci tarixli qərarına, Mənzil Məcəlləsinin 51, 54, 60, 87, Mülki Məcəllənin 152.1, 152.5, 158.1.2, 157.8, 262, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 1, 2, 9-cu maddələrinə istinad edərək əsaslandırmışdır.
25. Həmin qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 43, Mənzil Məcəlləsinin 60, 87-ci maddələrinə istinad edərək onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının gəldiyi nəticə işin hallarına uyğun deyildir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Cavabdeh İddiaçı1 adına hər hansı bir daşinmaz əmlak yoxdur, qaynanasına məxsus evdə müvəqqəti qeydiyyatsız yaşayır ki, bu daimi yaşayış hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazın dəlilləri
28. Kassasiya şikayətinə İddiaçı1 yazılı etirazı daxil olmuşdur. Etirazda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması, cavabdehin kassasiya şikayətinin rədd edilməsi xahiş olunur. Prossesual məsələlər
29. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
30. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
31. Maddə
48. Dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
32. Maddə
51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar- adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.
33. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlər inin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
34. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdir və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur.
35. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır.
36. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikd ir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı
37. Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçin in göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
45. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qə rardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Apellyasiya məhkəməsinin qətnaməsi yalnız iddianın Cavabdeh1 münasibətdə təmin edilməsi hissəsinə aid olduğundan, haz ırkı kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə yoxlanılan hissədə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
49. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
50. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəy yən edilməməsinə, sübutların düzgün qiymətləndirilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Bu hal kassasiya ic raatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
52. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Çirinov Fədail Aslan oğlu nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8415/2021 nömrəli iş üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.