Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2836/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, hasarın sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və tikilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2024-cü il tarixli 2(105)- 11/2024 nömrəli qətnaməsində n İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsində 0.055 ha torpaq sahəsinin mülkiyyətçisi İddiaçı adına qeyd olunmuşdur.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş 08 fevral 2019-cu il tarixli məktubuna əsasən, Abşeron rayonu Saray qəsəbəsində yerləşən iddiaçının mülkiyyətində olan 19 dekabr 2014-cü il tarixli * *********09 reyestr nömrəli, Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,055 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsi ilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. **********12 reyestr nömrəli, 0,02 ha torpaq sahəsinin planölçüdəki koordinatları belədir: (X-390698.2 Y4485564.49; X-390725.59 Y-4485537.87; X390718.69 Y-4485531.12; X-390684.25 Y4485552.85)
3. AN-İ seriyalı ******* №-li daşınmaz əmlakın alqısatqısı müqaviləsinə əsasən, X1 rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0,085921 ha olan torpaqdan 0,04 ha torpaq sahəsini 4000 (dörd min) manata Cavabdeh1 satmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş AA seriyalı, 031446 №-li torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən reyestr nömrəsi **********09 olan 0,055 ha torpaq sahəsinin hüquqi sahibi İddiaçıdır. 5. 27 mart 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardına əsasən, iddiaçı 26 fevral 2019-cu il tarixdə Abşeron Rayon Pİ-nə Abşeron rayonu Saray qəsəbəsində yerləşən ona məxsus 0.055 ha torpaq sahəsinin Fuad adlı şəxs tərəfindən zəbt edilərək hasarlanması barədə ərizə ilə müraciət etmiş, aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2008-ci il tarixdən etibarən Cavabdeh2 mülkiyyətinə verilmiş, sonuncunun oğlu X6 2014-cü ildə torpaq sahəsində e v tikdirmiş, 2018-ci ildə torpaq sahəsinə hasar çəkmiş və torpaq sahəsinə dəmir darvaza salmışdır. Bu zaman X6 bilməyərəkdən koordinantiarı səhv saldığından Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0.055 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2014cü il tarixdən etibarən X3 mülkiyyətinə verilmiş torpaq sahəsini hasara almışdır. Göründüyü kimi, adları qeyd edilən şəxslər arasında yaranmış mübahisə mülkimühakimə icraatı qaydasında məhkəmələr tərəfindən həll edilməlidir. Belə olan halda, əməldə cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilməli və İddiaçı tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.
6. ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşın maz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsində 0.04 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh1 adına qeyd olunmuşdur.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş AA seriyalı, 007941 №-li torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən reyestr nömrəsi **********18 olan 0,04 ha torpaq sahəsinin hüquqi sahibi Cavabdeh1dur.
8. JN-4144 nömrəli, 30800086 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0859 ha torpaq sahəsi Abşeron rayonu 1 saylı DNK-nun xx.xx.2005-ci il tarixli 4Ə/-1226 nömrəli qərarı ilə X2 ve rilmişdir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş 20 iyul 2018-ci il tarixli məktubdan müəyyən edilir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 14 may 2008-ci il tarixli **********15 reyestr nömrəli, Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,18 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsi ilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Torpaq sahəsinin planölçüdəki koordinatları belədir: (X-390776.25 Y4485587.68; X-390754.08 Y-4485565.74; X390712.64 Y-4485606.01; X-390734.75 Y4485627.89)
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Döv lət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsi tərəfindən verilmiş AA seriyalı, 009028 №-li torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən reyestr nömrəsi **********15 olan 0,18 ha torpaq sahəsinin hüquqi sahibi Cavabdeh2dur.
11. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Saray qəsəbəsində 0.18 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh2 adına qeyd olunmuşdur.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən verilmiş 02 iyun 2020-ci il tarixli məktubuna əsasən, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olmuş xx.xx.2014-cü il tarixli, **********05 reyestr nömrəli, 0.055 ha torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) keçirilmiş və müayinə baxışı zamanı məlum olmuşdur ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan xx.xx.2014-cü il tarixli, **********09 reyestr nömrəli, sənəd üzrə 0.055 ha torpaq sahəsinin 0.0058 ha hissəsi Cavabdeh1 tərəfindən və 0.0465 ha hissəsi isə Cavabdeh2 tərəfindən mişar daş ilə hüdudlanmış faktiki torpaq sahələri ilə üst-üstə düşür.Bundan başqa qeyd edilir ki, torpaq sahələrinin sənəd üzrə yerləşmələri ilə naturada yerləşmələri arasında fərq mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməs ində icraat:
13. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və tikilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış əsasında ona məxsus olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.055 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına, qanunsuz olaraq hasara alınmış mərzin cavabdehin hesabına sökülməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birgə yaşayır. Təxminən 8 il əvvəl Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Saray Bələdiyyəsindən 0,055 ha torpaq sahəsi almış, 2014-cü ildə isə həmin torpaq sahəsinə dair çıxarış əldə etmişdir. Torpaq sahəsini aldıqdan sonra heç bir tikinti işləri aparılmamış, hasara alınmamışdır. Təxminən 3 ay əvvəl sözügedən mülkiyyətində olan torpaq sahəsinə baxmaq üçün getdikdə, orada ona məxsus torpaq sahəsinin hasara alındığını görmüş və bu barədə maraqlandıqda qardaşı Səbuhi ona məxsus torpaq sahəsini Fuad adlı şəxsin hasara alaraq zəbt etdiyini bildirmişdir. Məsələyə aydınlıq gətirmək üçün Fuad adlı şəxslə telefon əlaqəsi zamanı o, həmin torpaq sahəsini zəbt etmədiyini, hasara aldığı torpaq sahəsinə onun sənədinin olduğunu bildirmişdir. Bundan sonra o ƏMDK DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müra ciət etmiş, ona məxsus 0,055 ha torpaq sahəsinin sərhədləri müəyyən edilərkən məlum olmuşdur ki, Fuad adlı şəxsin hasara aldığı torpaq sahəsi Cavabdeh1, Cavabdeh1 zəbt edərək hasara aldığı torpaq sahəsi isə ona məxsus torpaq sahəsidir. Bunun səbəbini soruşduqda isə sözügedən torpaq sahəsində sürüşmələrin olduğunu, bu səbəbdən də ona yenidən ƏMDK DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, torpaq sahəsinin sərhədlərinin yenidən dəqiqləşdirilməsini məsləhət gördülər. Belə olan halda o yenidən ƏMDK DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, nümayəndə GPS vasitəsi ilə torpaq sahəsini ölçərək, hər hansı bir sürüşmənin olmadığını, ona məxsus torpaq sahəsinin yerində olduğunu və Cavabdeh1 tərəfindən qanunsuz olaraq hasara alındığını bildirdi. Cavabdehə onun torpaq sahəsindən çıxmasını, qanunsuz olaraq tikdiyi hasarı sökməsini bildirdikdə cavabdeh torpaq sahəsini boşaltmaqdan imtina etmişdir. O, Abşeron Polis İdarəsinə müraciət edərək cavabdehin qanunsuz olaraq onun torpaq sahəsini zəbt etdiyini bildirdikdə, mülki xarakterli olduğuna görə mübahisənin məhkəmə qaydasında həll oluna biləcəyini bildirdilər.
15. Abşeron Rayon Məhkəməsinin 5 oktyabr 2020-ci il tarixli, 2(012)-143/2020 saylı (hakim C.Səfiyeva) qətnaməsi ilə iddia təmin olunmamışdır.
16. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus mübahisəli torpaq sahəsinə dair çıxarış üzrə torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların (sürüş mələr) qeydə alınması barədə nəticələri vətəndaşların həmin arazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikərək torpaqların hüquqi rejimini pozması, pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmaları nəzərə alınaraq mütəxəssis tərəfindən işin araşdırılması mümkün olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən verilmiş 02 iyun 2020-ci il tarixli rəydən göründüyü kimi, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olmuş xx.xx.2014-cü il tarixli, **********05 reyestr nömrəli, 0.055 ha torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) keçirilmiş və müayinə baxışı zamanı məlum olmuşdur ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan xx.xx.2014-cü il tarixli, **********09 reyestr nömrəli, sənəd üzrə 0.055 ha torpaq sahəsinin 0.0058 ha hissəsi Cavabdeh1 tərəfindən və 0.0465 ha hissəsi isə Cavabdeh2 tərəfindən mişar daş ilə hüdudlanmış faktiki torpaq sahələrinin üst-üstə düşməsi qeyd edilsə də, torpaq sahələrinin sənəd üzrə yerləşmələri ilə naturada yerləşmələri arasında fərqin mövcud olması qeyd edilmişdir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi torpaq sahələrinin sənəd üzrə yerləşmələri ilə naturada yerləşmələri arasında fərqin mövcud olması səbəbindən tərəflərin mülkiyyətində olan torpaq sahələrinin sənəd üzrə yerləşmələr i ilə naturada yerləşmələri arasında fərqin mövcud olması səbəbindən iddiaçının torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunması halını müəyyən etmək mümkün deyildir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 152.1-ci maddəsinə; Torpaq Məcəlləsinin 68-ci maddəsinə; Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 217.3, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
18. Qətnamədən narazı qalan iddiaçı birinci instansiya 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilmə sini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmadığından, nəticədə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təyin edilmiş ekspertiza üzrə mütəxəssisin verdiyi tamamilə əsassız, qeyri-obyektiv və anlaşılmaz rəyinə istinad edərək yalnış nəticəyə gəlmişdir.
20. Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2023-cü il tarixili 3-16-16/2-10/5927 №li ekspert rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il ta rixli 3-21-3-32/2-7309/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Dövlət Aktına əsasən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı, RX seriyalı çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində kənd təsərrüfatı təyinatlı İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmış 0,055 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı, MH seriyalı çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində kənd təsərrüfatı təyinatlı Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0,18 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən *** **** saylı, MH seriyalı çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində kənd təsərrüfatı təyinatlı Cavabdeh2 adına mülkiyyət hüququ ilə qeydə alınmış 0,18 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra mümkün olacaqdır.
21. Məhkəmə kollegiyası tərəfindən 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış xx.x x.2023-cü il tarixli cavab məktubuna əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən qeydiyyata alınmış faktiki torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması (dürüstləşdirilməsi) işləri yekunlaşdırılmamışdır.
22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-11/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A. Mahmudov, L.M.Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 5 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilk növbədə cavabdehin çıxarılmasını tələb etdiyi torpaq sahəsinin ona məxsus olduğunu sübut etməli olduğu halda bu halı sübut edə bilməmişdir. Bu o halda mümkün ola bilər ki, həmin ərazidə aparılmış yerquruluşu ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsi və elektron kadastr məlumat bazasına daxil edilməsi proseduru tam yekunlaşdırılmış olsun. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları və ekspert rəyi ilə təkzib olunduğundan, eləcə də iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğu öz təsdiqini tapmadığından, iddianı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
24. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edib ki, bu iddianın rədd edilməsi mü bahisəli ərazidə yerləşən qeydiyyata alınmış faktiki torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması (dürüstləşdirilməsi) işləri yekunlaşdıqdan sonra iddiaçının ona məxsus torpaq sahəsini zəbt etmiş şəxsə qarşı iddia qaldırmaq hüququnu istisna etmir.
25. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 157.2-ci maddəsinə, Azərbaycan Respublikası MPM-in 77.1, 119.1, 372.1, 372.7, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apelyasiya instansi məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)-11 \2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və hazırda cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilir.Bu hallar məhkəmə zamanı tam sübut edilməsinə baxmayaraq məhkəmənin iddiamı rədd etməsi qanunsuz olmaqla onun mülkiyyət hüququmu pozmuşdur. Məhkəmə bunu onunla əsaslandırmışdır ki, guya iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi torpaq sahəsinin ona məxsus olmasını sübut edə bilməmişdir, buna da səbəb guya texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar olmuşdur və bu uyğunsuzqluqlar aradan qaldırıldıqdan sonr a torpaq sahəsinin dəqiq məkanı müəyyən edilə bilər. Məhkəmə bu əsasla iddianı rədd etməklə maddi hüquq normasını,eləcə də iddiaçının mülkiyyət hüququmu kobud surətdə pozmuşdur. Belə ki, kimsə yerində sürüşmələrə yol veribsə, bu, rəsmi hüquqi və texniki sənədlərdəki göstəricilərlə iddiaçıya məxsus olması təsdiq edilən torpaq sahəsinə dair iddianı rədd etmək üçün əsas ola bilməzdi. Əlavə olara qeyd edilib ki, Reyestr Xidmətinə ilkin müraciət zamanı müəyyən edilmişdir ki, iddiaşının torpağı Cavabdeh1, sonuncunun torpağı isə başqa şəxs tərəfindən zəbt edilmişdir. Torpaq sahibləri özbaşına olaraq torpaq sahələrində öz istədikləri kimi sürüşmələr edibsə, bunun iddiaçının mülkiyyətimdə olan torpağın zəbt edilməsini qanuni hesab etməyə heç kimin, eləcə də məhkəmənin ixtiyarı və hüququ olmamışdır. Rəsmi sənədlərdə koordinatlar məlumdur, yerlərdə ayrı-ayrı şəxslər bu koordinatlardan kənara çıxıb iddiaçının torpağını zəbt ediblərsə, bu zaman mübahisə faktiki yerləşmə ilə deyil, rəsmi sənədlərdəki koordinatlarla həll edilməlidir. Məhkəmələr isə ekspertlərin qanunsuz və əsassız rəyləri ilə belə bir nəticəyə gəlmişlər. Bu isə tam qanunsuz və əsassız qətnamə olmaqla, iddiaçının mülkiyyət hüquqlarımın kobud pozuntusu ilə nəticələnmişdir. Məhkəmə ekspert rəyinə əsasən belə hesab etmişdir ki, yerdə faktiki istifadə göstəriciləri ilə rəsmi sənədlərdəki göstəricilər uyğun gəlmədiyi üçün yeri müəyyən etmək olmaz. Məhkəmə də bu rəylə kifayətlənərək iddianı rədd etmişdir ki, bu halda məhkəmə qətnaməsi qanunsuz olmuşdur. Bundan əlavə, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəs i yoxdur və hər bir rəy digər sübutlarla birlikdə tədqiq edilərək qiymətləndirilməli idi. Lazım olarsa məhkəmə ekspert qarşısında konkret sual qoyaraq onun torpağının rəsmi sənədlərdəki koordinatları müəyyən edilməli və həmin ərazinin kim tərəfindən zəbt edilməsi aydınlaşdırılmalı idi.Lakin məhkəmə bunları etməmişdir. Məhkəmə kollegiyası çəkişmə prinsipini pozmuş, iddiaçının məhkəmədə iştirakını təmin etməmiş, dəlilləri bildirmək, müdafiə etmək, kollegiya tərəfindən əldə edilmiş yeni sənədlərlə tanış olmaq, onlara qarşı dəlil və etirazları, eləcə də apellyasiya şikayətinin dəlillərini bildirmək və müdafiə etmək hüquqlarını pozmuş və buna dair imkanlardan məhrum etmişdir. İş üzrə növbəti dəfə ekspertiza təyin ediləndə növbəti məhkəmə iclasının günü təyin edilməmişdir, işin icraatı dayandırı lmış və bildirmişlər ki, iş ekspertizadan qayıdandan sonra ekspert rəyi göndəriləcək və məhkəmə iclasının vaxtı barədə əlavə bildiriş gələcəkdir. Lakin məhkəmə bu prosesual normaların tələblərini pozaraq, nə ekspertizanın rəyini göndərdi, nə də məhkəmənin yeri və vaxtı barədə məlumat verdi və iki ay sonra iş üzrə məhkəmə iclasının keçirilməsi və qətnamə qəbul edilməsi barədə məlumat əldə edilmişdir. Bundan sonra qətnamənin surəti iki aydan sonra, xx.xx.2024-cü il tarixdə əldə edilmişdir.
28. Kassasiya şikayəti Mülki Məcəllənin 152.1 və 157.2, MPM-in 9, 14.1, 77.1, 88 və 218.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki M əcəlləsi:
30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasland ırılmalıdır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 38.. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılma lıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaş ı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin təl əblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-11/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.