Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2839/2021 24.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili X2, Cavabdeh1 və vəkili X1, Cavabdeh3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3501/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında xxx qəsəbəsində tikilməkdə olan binanın B blokunun, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 102.3 kv.m təşkil edən, 2 otaqlı, 14 saylı mənzilin payçıya verilməsi ilə bağlı 27.07.2012-ci ildə müqavilə bağlanmışdır. Müqavilə üzrə Kooperativ mənzili payçıya təhvil verməyi, payçı isə müəyyən edilmiş ödəniş qrafikinə əsasən payın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Kooperativ (iddiaçı) müqavilə üzrə öhdəliyini yerinə yetirərək mənzili payçıya təhvil vermiş, payçı həmin mənzili qəbul edərək təmir elətdirmiş və hal-hazırda da həmin mənzildə yaşayır. Müqavilə üzrə ödə niş qrafikində kooperativ və payçı (iddiaçı və cavabdeh payın dəyərini 66495 manat müəyyən etmiş, ilkin ödəniş 15000 manat göstərilməklə qalan məbləğin 2015-ci ilin iyun ayına qədər hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər.
2. İş materiallarında olan maliyyə arayışından da görünür ki, cavabdeh 2012-ci ildən 2015-ci ilədək 66495 manat ödəməli olduğu halda 42060 manat ödəniş etmiş və 24435 manat borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Mənzil Tikinti Kooperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanmış 27.07.2012-ci il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 xxxx qəsəbəsində İddiaçı MTK-ya məxsus binanın “B” blokunun 3-cü m ərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 102.3 kv.m təşkil edən 2 otaqlı, 14 saylı mənzildən çıxarılmaları, həmin sahənin boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməsi, sahədən boşaldılmış əmlakların saxlanc şirkətinin saxlanca verilməsi, həmin sahədən istifadəyə dair yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MTK-nın Cavabdeh1 ilə 27.07.2012-ci il tarixdə bağladığı müqaviləyə əsasən xxxx qəsəbəsində İddiaçı MTK-ya məxsus 2 otaqlı 14 saylı mənzilin dəyəri (pay haqqı) olan 66495 manat pul 27.06.2015-ci il tarixinədək Cavabdeh1 tərəfindən İddiaçı MTK-ya ödənilməli idi. Dəfələrlə cavabdehə müraciət edilsə də, mənzilin dəyəri onun tərəfindən bu günədək ödənilməmişdir, ödəniş qrafiki v ə müqavilənin ödəniş şərtləri onun tərəfindən kobudcasına pozulmuşdur. Müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna və kooperativ üzvünün pay haqqını ödəmədiyinə görə İddiaçı MTK əhəmiyyətli ziyana uğramışdır. 22.07.2019-cu il tarixdə Cavabdeh1 “müqavilənin ləğv edilməsi və yaşayış sahəsinin boşaldılması” barədə yazılı bildiriş göndərilərək onunla MTK arasında bağlanmış 27.07.2012-ci il tarixli müqavilənin ləğv edilməsi, xxxx qəsəbəsində İddiaçı MTK-ya məxsus binanın “B” blokunun 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi layihə üzrə 102.3 kv.m təşkil edən 2 otaqlı, 14 saylı mənzilin boşaldılaraq, həmin sahənin boş vəziyyətdə İddiaçı MTK-ya təhvil verilməsi cavabdehə bildirilmişdir. “Azərekspresspoçt” RM-nin 29.07.2019-cu il tarixli aktından göründüyü kimi, cavabdeh həmin bildirişi q əbul etməkdən imtina etmişdir.
5. Sonradan iddiaçı iddia ərizəsinə dəyişiklik barədə məhkəməyə ərizə ünvanlayaraq, rəhbərliyin dəyişilməsi səbəbindən sənədlərin təkrar araşdırılması nəticəsində iddiaçı ilə Cavabdeh1 arasında ödəniş şərtlərinə dair əlavə razılaşma bağlandığı və razılaşmaya əsasən 01.04.2015-ci il tarixdən hesablanmaqla Cavabdeh1 32045 manat pulu ayda 1000 manat olmaqla, 01.12.2017-ci il tarixədək tam ödəməli olduğu qeyd olunmuşdur.Yəni cavabdeh nəinki birinci qrafik üzrə 27.06.2015-ci il tarixinə, həm də 01.12.2017-ci il tarixinə pulu tam şəkildə ödəməmişdir. Bununla da cavabdeh hər iki qrafiki pozmuşdur.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(001)404/2020 saylı qətnaməsi ilə (hakim İ.Əliyev) İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh lər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir.
8. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə oldu ğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə;(MM 421.1) 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o za man əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir;(421.2) 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə.(421.3)
9. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər.
10. Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
11. Maddənin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin tərəflər şəraitin dəyişməsinin qarşısını ala bilməzlər. Bu cür ş əraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır.
12. Məhkəmə müqavilənin ləğv edilməsinin yuxarıda göstərilmiş əsaslar üzrə aşağıdakı ardıcıllıqla yoxlanılmasını məqsədəuyğun hesab edir.
13. Hazırki mübahisədə 1-ci əsasın olmaması mübahisəsizdir, belə ki, tərəflər arasında müqavilənin ləğv və ya dəyişdirilməsi barədə razılıq yoxdur. Mübahisənin mahiyyəti də razılığın əldə edilməməsindən irəli gəlir. 14. 2-ci əsas da yoxdur, belə ki, ləğvetmə, ləğvetmənin baş verdiyi andan sonrası üçün hüquqi nəticə əmələ gətirir. Yəni ləğvetmə, əqd üzrə əmələ gələn hüququ və öhdəliklərə əqdin bağlandığı andan deyil, ləğvetmə hadisəsinin baş verdiyi andan sonrakı zaman üçün xitam verir. Halbuki, iddiaçı müqavilənin ləğv edilməsi nəticəsində tərəflərin müqavilə bağlana nadək olan vəziyyətə,yəni mübahisəli mənzilin ona qaytarılması və mənzillə bağlı ödənişlərin isə cavabdehə qaytarılmasını istəyir. 15. 3-cü əsas da yoxdur, belə ki, müqavilənin bir tərəfi olan iddiaçı artıq üzərinə düşən öhdəliyi icra etmiş,cavabdeh isə,yəni müqavilənin digər tərəfi öhdəliyin icrasından imtina etmir. Məhkəmə çəkişməsi zamanı da iddiaçıya olan borcunu ödəməyə hazır olduğunu bildirmişdir.
16. Bundan başqa, iş materiallarından Mülki Məcəllənin 422.2-ci maddəsində nəzərdə tutulmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları da müəyyən edilmir.
17. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində müqavilənin ləğv edilməsini xahiş etsə də, işin mahiyyətdən görünür ki, faktiki olaraq iddiaçı məhkəmədən cavabdehin öhdəliyinin icrasını gecikdirməsi səbəbi ilə müqavil ədən imtina etməklə müqaviləyə geriyə şamil olunan şəkildə,yəni müqaviləyə bağlandığı andan etibarən xitam verilməsini xahiş edir. Odur ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 447-ci maddəsi təşkil etməlidir.
18. Belə ki, əksi düşünüldüyü təqdirdə, yəni iddiaçının tələbinin sırf müqavilənin ləğv edilməsi kimi qiymətləndirilməsi iddianın mahiyyəti ilə MM-nin 424.4-cü maddəsinin tələbi arasında uyğunsuzluq yaradır.
19. Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
20. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gə lən öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
21. Həmin Məcəllənin 447.3 və 447.3.1-ci maddələrində qeyd olunmuşdur ki, öhdəliyin pozuntusu cüzi olduqda müqavilədən imtina yolverilməzdir.
22. Göründüyü kimi, müqavilədən imtina halı ləğv etmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirildiyi andan etibarən deyil, geriyə şamil olunan şəkildə, müqavilənin bağland ığı andan etibarən əmələ gətirir. Ləğv etmə hallarında ləğv, ləğvetmənin baş verdiyi andan sonrası üçün hüquq münasibətinə xitam verir. Bu səbəblə də ləğvetməyə qədər əmələ gəlmiş hüquq və öhdəliklər öz qüvvəsini saxlayır. Halbuki, müqavilədən imtina halında artıq müqavilə üzrə öhdəliklər başdan etibarən, yəni müqavilənin bağlandığı andan etibarən aradan qalxmış olur. Buna görə də əgər imtina olunan müqavilə üzrə öhdəliklər heç icra olunmamışdırsa, onda imtina ilə birlikdə sözügedən öhdəliklər də xitam olur, əgər imtina olunan müqavilə üzrə öhdəliklər birtərəfli qaydada tam, digər tərəfdən isə qismən icra olunmuşdursa, o halda icra edilən öhdəliklərin geriyə qaytarılması lazım gəlir.
23. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsinin anlayışı ilə bağlı 442-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 və 443.2-ci maddəsində isə qeyd olunmuşdur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
24. İşin mübahisəsiz halıdır ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra etsə də, cavabdeh öz üzərində düşən öhdəliyi lazimi qaydada icra etməmiş və qrafik üzrə aylıq ödənişlərdə gecikmələr etmiş, ümumiyyətlə 3 il (2 015-ci ilin iyun ayınadək) ərzində borcunu tam bağlamalı olduğu halda, hazırki dövrə qədər borcunu tam olaraq iddiaçıya ödəməmişdir.
25. Tərəflərin təqdim etdiyi qəbzlər və maliyyə arayışından da görünür ki, cavabdeh 2012-ci ildən 2015-ci ilədək 66495 manat ödəməli olduğu halda 42060 manat ödəniş etmiş və 24435 manat borcu qalmışdır. Bundan sonra iddiaçı bildirir ki, 01.04.2015-ci ildə müqavilə tərəflərin razılığına əsasən dəyişdirilərək qalıq borc 32045 manat olmaqla yenidən 01.12.2017-ci ilədək ödəniş qrafiki müəyyən edilmiş, həmin qrafik üzrə də cəmi 17240 manat ödəniş etmiş və 14805 manat borcu qalmışdır.
26. Lakin məhkəmə iddiaçının tərəflərin razılaşaraq müqaviləni dəyişdirməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 423.1-ci maddəsində əsasən müqavilənin dəyişdiri lməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
27. Lakin iddiaçı müqavilənin dəyişdirilməsi ilə bağlı tərəflərin razılaşması barədə müqavilə ilə eyni formada bağlanmış hər hansı sübut məhkəməyə təqdim etməmiş, yeni ödəniş qrafiki təqdim etməklə kifayətlənmişdir. İddiaçı təqdim etdiyi maliyyə arayışında cavabdehin müqavilə üzrə bugünədək 62900 manat ödədiyini göstərmiş, cavabdeh isə məhkəməyə təqdim etdiyi etiraz ərizəsində cəmi 64680 manat ödədiyini qeyd etmişdir.
28. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsində pulun tutulması və ya öhdəliyin icrası ilə bağlı tələb olmadığına görə ödənişlərin dəqiq məbləğinin məhkəmə tərəfindən müəyyən edilməsinə zərurət yoxdur. Belə ki, i ddiaçı və cavabdehin ödənilmiş ümumi məbləğlə bağlı hesabları təqribən bir-birinə yaxındır.
29. İş üzrə yekun hüquqi dəyərləndirilmə aparılarsa qeyd olunmalıdır ki, əvvəla iddiaçının müqavilə üzrə ödəniş qrafikində nəzərdə tutulmuş müddət bitdikdən sonra, yəni 27.06.2015-ci ildən etibarən öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Lakin iddiaçı öhdəliyin cavabdeh tərəfindən bütünlüklə icrasını məhkəmə qaydasında tələb etməmiş, əksinə cavabdehin hissə-hissə öhdəliyinin icrası ilə razılaşaraq faktiki olaraq qismən icranı qəbul etmişdir. Cavabdeh isə mənzili təmir elətdirmiş və 7 ildən artıq müddətdir ki, həmin mənzildə yaşayır. Həmin müddət ərzində cavabdeh öhdəliyini qismən icra edərək iddiaçıya az (cuzi) miqdarda, iddiaçının maliyyə arayışında göstərdiklərinə əsasən 3595, cavabdehi n təqdim etdiyi qəbzlərə əsasən isə 1815 manat borcu qalmışdır.
30. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdehin öhdəliyinin pozuntusu hər bir halda (3595 manat və ya 1815 manat olsa belə) cuzi olduğuna görə, müqavilədən imtina edilməsi yolverilməzdir. Eyni zamanda müqavilənin bağlanmasından 7 ildən artıq müddət keçdikdən sonra və həmin dövr ərzində cavabdehlərin mübahisəli mənzili təmir etdirərək orda yaşamalarını nəzərə alınarsa, müqavilədən imtina edilməsi hazırki mübahisəyə adekvat tədbir hesab edilə bilməz. Bu baxımdan iddia bu hissədə əsaslı hesab edilmədiyinə görə rədd edilməlidir.
31. Cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, ərizə əsaslı hesab edilə bilməz.
32. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən ba şqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
33. Bundan başqa, Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həlletməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
34. Odur ki, işin faktiki hallarından görünür ki, iddia ərizəsi məhkəməyə iddia müddəti ötürü lməklə verilməmişdir. Çünki tərəflər arasında olan mübahisə daşınmaz əmlakla bağlı müqavilə öhdəliklərindən irəli gəldiyindən və həmin müqaviləyə əsasən cavabdeh öhdəliyini 2015-ci ilədək icra etməli olduğundan və həmin tarixdən 6 il müddət keçmədiyinə görə iddia müddəti ötürülmüş hesab edilə bilməz.
35. İddia tələbinin cavabdehlərin mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, mənzildən çıxardılmış əmlakların saxlanca verilməsi, mənzildən istifadəyə maneələrin aradan qaldırılması hissələri ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu hissələr tələbin birinci hissəsi ilə bağlı olan törəmə tələblərdir. Bu baxımdan məhkəmə hesab edir ki, bu tələblər iddianın birinci hissəsi olan müqavilənin ləğv edilməsi (və ya müqavilədən imtina edilməsi) tələbi təmin olunduğu təqdir də, bunun nəticəsində yaranacaq törəmə tələblər olduğundan və iddia birinci hissədə əsassız hesab edilərək təmin olunmadığından, bu hissədə də təmin edilə bilməz.
36. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 377.1, 377.2, 386.1, 390.1, 421.1, 421.2, 421.3, 422.1, 422.2, 423.1, 424.4, 442, 443.1, 443.2, 447.1, 447.3.1, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.2, 217.4, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
37. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
38. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3501/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) İddiaçı Mən zil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir.
39. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İş üzrə tərəflər arasında müqavilənin ləğv edilməsi üçün Mülki Məcəllənin 421 və 422-ci maddələrində qeyd edilən əsasların heç biri yoxdur.
40. İş üzrə iddiaçı MMC-nin istinad etdiyi Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzr ə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.
41. Lakin iddianın mahiyyətinə daha çox uyğun gələn Mülki Məcəllənin 447.1-ci maddəsinə görə, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
42. Mülki Məcəllənin 447.3 və 447.3.1-ci maddələrində qeyd olunmuşdur ki, öhdəliyin pozuntusu cüzi olduqda müqaviləd ən imtina yolverilməzdir.
43. Göründüyü kimi, müqavilədən imtina halı ləğv etmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirildiyi andan etibarən deyil, geriyə şamil olunan şəkildə, müqavilənin bağlandığı andan etibarən əmələ gətirir. Ləğv etmə hallarında ləğv, ləğvetmənin baş verdiyi andan sonrası üçün hüquq münasibətinə xitam verir. Bu səbəblə də ləğvetməyə qədər əmələ gəlmiş hüquq və öhdəliklər öz qüvvəsini saxlayır. Halbuki, müqavilədən imtina halında artıq müqavilə üzrə öhdəliklər başdan etibarən, yəni müqavilənin bağlandığı andan etibarən aradan qalxmış olur.
44. İş üzrə iddiaçı MTK müqavilə üzrə öhdəliyini icra etsə də, Cavabdeh1 öz üzərində düşən öhdəliyi lazimi qaydada icra etməmiş və qrafik üzrə aylıq ödənişlərdə gecikmələr etmiş, 3 il ərzində borcunu tam bağlamalı olduğu halda, hazırki dövrə qədər borcunu tam olaraq iddiaçıya ödəməmişdir.
45. İşdə olan qəbzlər və maliyyə arayışından da görünür ki, Cavabdeh1 2012-ci ildən 2015-ci ilədək 66.495 manat ödəməli olduğu halda 42.060 manat ödəniş etmiş və 24.435 manat borcu qalmışdır.
46. İddiaçı MTK bildirmişdir ki, 01.04.2015-ci il tarixdə müqavilə tərəflərin razılığına əsasən dəyişdirilərək qalıq borc 32.045 manat olmaqla yenidən 01.12.2017-ci ilə tarixədək ödəniş qrafiki müəyyən edilmiş, həmin qrafik üzrə də cəmi 17.240 manat ödəniş etmiş və 14.805 manat borcu qalmışdır.
47. Bununla bağlı Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 423.1-ci maddəsində görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqa vilə ilə eyni formada bağlanır.
48. Lakin iddiaçı MTK müqavilənin dəyişdirilməsi ilə bağlı onunla Cavabdeh1 razılaşması barədə müqavilə ilə eyni formada bağlanmış hər hansı sübut məhkəməyə təqdim etməmiş, yeni ödəniş qrafiki təqdim etməklə kifayətlənmişdir.
49. İş üzrə iddiaçı MTK təqdim etdiyi “Maliyyə arayışında” Cavabdeh1 müqavilə üzrə bugünədək 62.900 manat ödədiyini göstərmiş, Cavabdeh1 isə təqdim etdiyi etiraz ərizəsində cəmi 64.680 manat ödədiyini qeyd etmişdir.
50. Bunları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia ərizəsində pulun tutulması və ya öhdəliyin icrası ilə bağlı tələb olmadığına görə ödənişlərin dəqiq məbləğinin məhkəmə tərəfindən müəyyən edilməsinə zərurət yoxdur. Belə ki, iddiaçı MTK və Cav abdeh1 ödənilmiş ümumi məbləğlə bağlı hesabları təqribən bir-birinə yaxındır.
51. Məhkəmə qeyd edir ki, iddiaçı MTK-nın müqavilə üzrə ödəniş qrafikində nəzərdə tutulmuş müddət bitdikdən sonra, yəni 27.06.2015-ci il tarixdən etibarən öhdəliyin icrasını tələb etmək hüququ yaransa da, MTK öhdəliyin Cavabdeh1 tərəfindən bütünlüklə icrasını məhkəmə qaydasında tələb etməmiş, əksinə Cavabdeh1 hissə-hissə öhdəliyinin icrası ilə razılaşaraq faktiki olaraq qismən icranı qəbul etmişdir. Cavabdeh1 isə mənzili təmir elətdirmiş və 7 ildən artıq müddətdir ki, həmin mənzildə ailə üzvləri ilə - iş üzrə digər cavabdehlər ilə birlikdə yaşayır. Həmin müddət ərzində Cavabdeh1 öhdəliyini qismən icra edərək iddiaçı MTK-ya az (cüzi) miqdarda, iddiaçının maliyyə arayışında göstərdiklərinə əsasən 3.595 manat, cav abdehin təqdim etdiyi qəbzlərə əsasən isə 1.815 manat borcu qalmışdır.
52. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh1 öhdəliyinin pozuntusunun cüzi olması əsası ilə müqavilədən imtina edilməsinin yolverilməzliyi ilə bağlı qənaəti düzgündür. Bu qənaət həm də ona görə işin hallarına uyğundur ki, müqavilənin bağlanmasından 7 ildən artıq müddət keçdikdən sonra və həmin dövr ərzində cavabdehlərin mübahisəli mənzili təmir etdirərək orda yaşamaları nəzərə alınarsa, müqavilədən imtina edilməsi ədalətli hesab edilə bilməz.
53. Bu baxımdan iddianı bu hissədə əsassız hesab edərək rədd etmiş Rayon Məhkəməsinin mövqeyi işin hallarına uyğundur.
54. Məhkəmə həmçinin qeyd etmişdir ki, “müqavilənin ləğv edilməsi barədə” tələb əsassız hesab edildiyind ən, ondan törəmə olan digər tələblər, yəni “cavabdehlərin mübahisəli mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılaraq MTK-ya təhvil verilməsi, mənzildən çıxarılmalı olan əmlakların saxlanc şirkətinin saxlancına verilməsi, həmin mənzildən istifadəyə dair yaradılmış maneələrin aradan qaldırılması barədə” tələblər də əsaslı hesab edilə və təmin edilə bilməz.
55. Məhkəmə Cavabdeh1 “iddia müddətinin tətbiq edilməsi barədə” ərizəsinə hüquqi qiymət verərək bildirmişdir ki, iş üzrə tərəflər arasında olan mübahisə daşınmaz əmlakla bağlı müqavilə öhdəliklərindən irəli gəldiyindən və həmin müqaviləyə əsasən Cavabdeh1 öhdəliyini 2015-ci ilədək icra etməli olduğundan və həmin tarixdən 6 il müddət keçmədiyinə görə iddia müddəti ötürülmüş hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəli lləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
56. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
57. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
58. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
59. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.
60. Cavabdeh1 və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
61. Cavabdeh3 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onların izahatları dinlənilməmişdir.
62. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh2 hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədlər i
63. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
64. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu p ozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
65. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
66. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tə tbiq edilən hüquq Mülki Məcəllə
67. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. (maddə 372.1)
68. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. (maddə 372.2)
69. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (maddə 373.2)
70. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. (maddə 377.1)
71. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2)
72. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutu lmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1)
73. Fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. (maddə 390.1)
74. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. (maddə 421.1)
75. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, b unun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (maddə 421.2)
76. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. (maddə 421.3)
77. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlən ən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. (maddə 422.1)
78. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. (maddə 423.1)
79. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. (maddə 424.4)
80. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu i lə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
81. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (maddə 443.1)
82. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. (maddə 443.2)
83. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. (maddə 447.1)
84. Öhdəliyin pozuntusu cüzi olduqda müqavilədən imtina yolverilməzdir. (maddə 447.3.1) Mülki Prossesual Məcəllə
85. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
86. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
87. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
88. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
89. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
90. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
91. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müba hisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
92. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
93. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
94. Yuxarıda g östərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3501/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.