Məhkəmə qərarları › İş №2(102)-4508/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4508/2022

28.11.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4508/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X10 oğlu və X11 qızına (maraqlı şəxs X7) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-4508/2022 ( Açar sözlər: müqavilənin ləğv edilməsi və fərdi yaşayış evinin təhvil verilməsi) Bakı şəhəri, 28 noyabr 2022-ci il Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan tərkibdə, İddiaçı cavabdehlər X10 oğlu və X11 qızına (maraqlı şəxs X7) qarşı müqavilənin ləğv edilməsi və fərdi yaşayış evinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 2(105)-566/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İbayeva X9 rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsində, “Azər siti” marketin arxasında yerləşən 0,02 ha torpaq sahəsini zəbt etmiş, həmin torpaq sahəsində özbaşına fərdi yaşayış inşa edilmiş və bu daşınmaz əmlaklar üzərində iddiaçının hər hansı hüququ dövlət qeydiyyatına alınmamışdır. 2. “Satıcılar” İddiaçı və X16 ilə “alıcılar” X10 oğlu və X11 qızı arasında bağlanmış 01 may 2020-ci il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsindən görünür ki, “satıcılar” İddiaçı və X16 mübahisəli fərdi yaşayış evini 5 0.000 manata “alıcılar” X10 oğlu və İsmail-X3, “alıcılar” isə fərdi yaşayış evinin dəyərinin 10.000 manatını ilkin olaraq ödəməyi, qalan 40.000 manatını isə hər ay 500 manat olmaqla 80 aya, yəni 06 il 08 ay müddətinə ödəməyi öhdəsinə götürmüşlər. Lakin, qanunvericiliyin tələbinə zidd olaraq bağlansa da, 01 may 2020-ci il tarixli müqavilə üzrə razılaşdırılmış məbləğ İddiaçı ödənməmişdir. 3. 04 avqust 2020-ci il tarixli qəbzin surətindən görünür ki, X6 oğlu ona məxsus mübahisəli fərdi yaşayış evini içərisində olan əşyaları ilə birlikdə X5 36000 manata satmışdır.

4. İsmail-Zadə Oktay (Oqtay) Zirəddin (Sədrətdin) oğlu və X11 qızı mübahisəli fərdi yaşayış evində yaşamırlar.

5. Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 01 mart 2022-ci il tarixli, 35 saylı məktubundan görünür ki, Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsində, “Azər siti” marketin arxasında yerləşən 0,02 ha torpaq sahəsinin içərisində inşa edilmiş, ümumi sahəsi 100 kv.m olan bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evinə (bundan sonra - mübahisəli fərdi yaşayış evi) baxış keçirilmiş, qonşularla bağlanmış akta əsasən həmin fərdi yaşayış evində X7, övladı X8 və gəlini X2 yaşayırlar, lakin həmin fərdi yaşayış evi sənədsiz olduğundan kimin sahibliyində olması dəqiq deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər X10 oğlu və X11 qızına qarşı müqavilənin ləğv edilməsi və fərdi yaşayış evinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X10 oğlu və X11 qı zı ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, ona məxsus olan mübahisəli fərdi yaşayış evinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi müvafiq qaydada qeydiyyata alınmadığı üçün tərəflər arasında bağlanmış müqavilə notarial qaydada təsdiqlənməmişdir. Aralarındakı razılaşmaya əsasən cavabdehlər ilkin olaraq 10.000 manat pul vəsaitini beh kimi ödəməklə, qalan 40.000 (qırx min) manat pul vəsaitini isə hər ay 500 manat lmaqla 80 aya, yəni 06 il 08 səkkiz ay müddətinə ödəyəcəkləri barədə öhdəlik götürmüşlər. Lakin 1 ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdehlər beh kimi əvvəl cədən ödənilmiş vəsaitdən başqa pul ödəməmişlər. İddiaçı pulu tələb etdikdə müəyyən müddət vaxt istəsələr də, vədlərinə əməl etməmişlər. Pozulmuş hüququnun başqa cür bərpa olunmayacağını görüb iddiaçı məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.

8. Məhkəmə baxışında iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdehlər X10 oğlu və X11 qızı arasında sadə yazılı formada bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, iddiaçıya məxsus olan mübahisəli fərdi yaşayış evinin cavabdehlər və başqa şəxslər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. İddia tələbinin həcminin a rtırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi İddiaçı yaşadığı evə yaxın ərazidə yerləşir. İddiaçı son vaxtlar qeyd edilən evə əvvəllər tanımadığı şəxslərin girib çıxdıqlarının şahidi olur. Bu səbəbdən də iddiaçı düşünür ki, gələcəkdə xeyrinə məhkəməsi qətnaməsi çıxarsa cavabdehlər qətnamənin icrasına maneələr yaratmaq məqsədi ilə evdə başqa şəxslərin yaşamasına icazə vermişlər.

10. Abşeron rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 16 iyul 2021-ci il tarixli, 2(012)-3088/2021 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia qismən təmin edilmiş, mübahisəli fərdi yaşayış evinin cavabdehlər X10 oğlu, X11 qızı və başqaları tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qət olunmuşdur.

11. Məhkəmə mövqeyini onunla əsaslandırır ki, tərəflər arasında daşnmaz əmlakla bağlı müqavilə qanunvericiliklə daşınmaz əmlakların alqı-satqısı üçün nəzərdə tutulan qaydada bağlanmadığından, yəni daşınmaz əmlaklarla bağlı əqdlərin notariat qaydasında bağlanmalı olmasına əməl edilmədiyindən və göründüyü kimi əmlak özbaşına tikili olduğundan bu qaydaya əməl edilməsi də istisna olunduğundan iddia tələbi müqavilənin ləğvi hissəsində əsassızdır və təmin edilməməlidir. Lakin tərəflər arasında bağlanan həmin müqavilə sübut vasitəsi kimi istifadə oluna bilər. Məhkəmə iddia tələbinin tikilinin boşaldılması hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri cavabdehlər tərəfindən icra edilmədiyindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əsaslı olmaqla təmin edi lməli, iddiaçıya məxsus tikili cavabdehlər və digər şəxslər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

12. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 385.1, 386.1, 389.1, 390.1, 394, 425.1, 442, 448.1, 600.1, 600.4, 601.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir.

13. Birinci instansiya məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(012)3088/2021 nömrəli qərardadı ilə (hakim Cəmilə Səfiyeva) X7 iş üzrə maraqlı şəxs hesab olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs X7 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətna mə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi barədə icra məmuru tərəfindən yaşadığı ünvana bildiriş göndərildikdən sonra məlumatı olmuş və xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə qətnamənin surətini rəsmi qaydada almışdır. Məhkəmə qətnaməsi ilə razı deyildir və qəbul edilmiş qətnamə ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamə hüquq və mənafelərinə toxunmaqla yanaşı, gələcəkdə əldə edəcəyi gözlənilən mülkiyyət hüququnu pozmuşdur. Belə ki, məhkəmə qətnaməsində də qeyd edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş müqavilə əmlak özbaşına tikili olduğundan qanunvericiliklə daşınmaz əmlakın alqı-satqısı üçün nəzərdə tutulan qaydada bağlanmamışdır və bu hal, yəni idd iaçı ilə cavabdeh arasında olan mübahisə ona məlum olmadığından da cavabdeh Oktay İsmayıl-Zadə ilə eyni qaydada 04 avqust 2020-ci il tarixdə müqavilə bağlayaraq mübahisəli fərdi yaşayış evini 36000 manata almış və hazırda da həmin evdə yaşayır. Həmin əmlakın vergisi onun tərəfindən ödənilməklə elektrik sayğacı, həmçinin Masazır Bələdiyyəsinin yer quruluşu planından çıxarışa əsasən yaşadığı ərazi onun adına qeydə alınmışdır. Lakin məhkəmə işə baxarkən onu üçüncü şəxs kimi işə cəlb etməmiş və bununla da onun hüquq və mənafelərinin pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Öz maraqları naminə işə cəlb edilməyini İddiaçı istəməmişdir. Çünki o, evi aldıqdan təxminən 3-4 ay sonra iddiaçı onun yaşadığı evə gələrək cavabdeh Oktay İsmayıl-Zadəni soruşmuş və evin cavabdeh tərəfindən ona satı ldığını bilmişdir. Qətnamədən də göründüyü kimi, iddiaçı özü məhkəmə proseslərində iştirak etməmiş, iddiasının rədd ediləcəyinə əmin olduğundan onun işə cəlb olunmağında maraqlı olmamışdır.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 mart 2022-ci il tarixli, 2(105)-566/2022 nömrəli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və S.A.Qafari) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(012)-3088/2021 saylı qətnaməsi mübahisəli fərdi yaşayış evinin başqaları tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddianın təmin edilməməsi qət olunmuşdir.

17. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı sərəncam hüququ olmadığı halda, özbaşına tikili olan mübahisəli fərdi yaşayış evini 01 may 2020-ci il tarixli sadə yazılı müqavilə əsasında nisyə olaraq Cavabdeh1 və İsmail-X1. Cavabdeh1 isə xx.xx.2020-ci il tarixdə həmin evi X5 36000 manata satmış, lakin qanunvericiliyin tələbinə zidd olaraq bağlansa da, 01 may 2020-ci il tarixli müqavilə üzrə razılaşdırılmış məbləği İddiaçı ödəməmişdir.

18. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək mübahisəli fərdi yaşayış evinin cavabdehlər X10 oğlu, X11 qızı və başqaları tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi nəticəsinə gəlmişdir. Lakin İsmail-Zadə Oktay (Oqtay) Zirəddin (Sədrətdin) oğlu və X11 qızı mübahisəli fərdi yaşayış evində yaşamırlar.

19. Apellyasiya instansiyası məhkəməsi öz mövqey ini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən mübahisəli fərdi yaşayış evinin başqaları tərəfindən də boşaldılaraq İddiaçı təhvil verilməsi nəticəsinə gəlmiş, lakin həmin şəxslərin kimlər olmasını qətnamədə konkret göstərməmişdir.

20. Həmçinin birinci instansiya məhkəməsi İddiaçı hazırki iddianı irəli sürmək hüququnun olmamasını nəzərə almayaraq düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildiyindən təmin oluna bilməz.

21. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il qərarının 6.8-ci bəndinə, MM-in 139.1, 144.1, 144.2, 180.1, 180.2, 180.4, 394, 646-cı maddələr inə, MPM-in 46, 50.1, 54, 88, 384.0.2, 385.1.1-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnamənin əsaslandırıcı hissəsində qeyd etdiyi kimi, apellyasiya instansiya məhkəməsi mübahisəli fərdi yaşayış evinin İddiaçı məxsus olduğunu, həmin evin iddiaçının vəsaiti hesabına tikildiyini və razılaşma əsasında Cavabdeh1 və X11 qızına nisyə satıldığını, qanunvericiliyin tələbinə zidd olaraq bağlansa da, 01 may 2020-ci il tarixli müqavilə üzrə razılaşdırılmış məbləğin İddiaçı ödənmədiyini, həmçinin həmin evin sonuncular tərəfindən qanunsuz olaraq X5 36000 manata satılmış olduğunu da qəbul edir. Lakin fərdi yaşayış evinin X5 36000 manata satılmış olduğu zaman evin iddiaçının hüquqları ilə yüklü olduğu göstərilsə də, əmlakın əsas sahibinə qaytarılması hissəsində iddianı rədd etmişdir. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqısatqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. b) Kassasiya şikayətinə qarşı etirazın dəli lləri

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

27. Maddə 164.1 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

28. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

29. Maddə 180.2. Özbaşına tik inti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 30. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2 Məhkəmə yalnız tərə flərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, bu zaman maddi və prossesual hüquq normalarının tələblərini pozmamışdır.

40. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifad ə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

41. Mülki Məcəllənin 157.2-ci madəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

42. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, "Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz".

43. Məhkəmə kollegiyası qeyd edir ki, bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən q anunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır.

44. İddiaçının mübahisəli tikili üzərində hüquqlarının dövlət reyestrində qeydə alınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən apellyasiya instansiyası məhkəməsi tikilinin kim tərəfindən inşa edilməsindən asılı olmayaraq özbaşına tikili statusunda olmasını nəzərə alaraq iddiaçının cavabdeh kimi göstərilməyən şəxslərə qarşı evdən çıxarılma tələbini irəli sürməyə subyektiv hüququnun olmamasına düzgün hüquqi qiymət vermişdir.

45. Kollegiya qeyd etməyi də zəruri sayır ki, göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola bilər.

46. Belə ki, bu halın mövcudl uğu artıq qanunu pozmaqla özbaşına tikintini aparmış şəxsə növbəti qanunsuzluqlar etməyə, yəni, özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxartmağa və digər bu kimi hərəkətlər etməyə şərait yarada bilər. Ona görə də, bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni, əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalıdır.

47. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbi q etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

48. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-566/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar