Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3570/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh2 vəkili Əhmədov Rəhim Məmmədrza oğlunun iştirakı ilə, Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı X13 cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı “yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsi, mənzildən çıxarma və mənzilin faktiki mülkiyyətə qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 24 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Rzayev, iş 2(001)-3722/2018) iddia təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)-13388/2018) Cavabdeh2 tərəfindən verilmiş apellyasi ya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin mülki iş üzrə qəbul etdiyi 24 iyul 2018-ci il tarixli qətnaməsi qismən, yəni Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən Cavabdeh1 MTK-ya məxsus yaşayış binasının 2-ci girişində, 8-ci mərtəbədə yerləşən, 3 otaqlı, ümumi sahəsi 152,8 kvadrat metr olan, 173 saylı mənzilə dair bağlanmış 29 avqust 2009-cu il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verm işdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh2 vəkili Əhmədov Rəhim Məmmədrza oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Digər ş əxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-et məməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X13 ilə Cavabdeh1 MTK arasında 13 mart 2007-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı Cavabdeh1 MTKBakı şəhər i, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 2-ci girişində, Vİİİ mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 152.8 kv.m olan 3 otaqlı 173 saylı mənzili payçı X11 təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 76400 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MTK-nın 13 mart 2007-ci il tarixli arayışına əsasən X13 tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir. İddiaçı da məhz həmin müqaviləyə istinad edərək, Cavabdeh2 mübahisəli mənzildən çıxarılması və mənzilin onun sahiblik və istifadəsinə verilməsi tələblərini irəli sürmüşdür. Apelyasiya instansiyası məhkəməsi daha sonra qeyd edir ki, mübahisəli mənzil ilk öncə 13 mart 2007-ci il tarixdə X3, sonra onun razılığı ilə iddiaçıya, daha sonra isə X3 və iddiaçı ilə bağlanmış müqavilələr ləğv və ya etibarsız hesab edilmədən 29.08.2009-cu ildə X6, sonradan eyni tarixli sənədlərlə X12 və sonda Cavabdeh2 satılmışdır. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində sübut kimi Azərbaycan Respublikası Prokurorluğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2006-2018-ci il tarixli məktubuna istinad edərək qeyd edir ki, Cavabdeh1, “xxxx” və “xxxxx” tikinti şirkətlərinin vəzifələri şəxsləri tərəfindən saxta sənədlər əsasında mənzillərin satılmaqla vətəndaşların pul vəsaitlərinin tanınması və digər qanunsuzluq faktları üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313, 320.2 və 322.1-ci maddələri ilə cinayət işi istintaq olunur. İstintaq zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MTK-nın rəhbərliyi tərəfindən ünvan 1 ünvanında inşa olunmuş binada yerləşən 3 ot aqlı, 152,8 kv.metr sahəli 173 No-li mənzil ilkin olaraq 13.03.2007-ci il tarixdə X3, faktiki olaraq 2009-cu ilin noyabr ayında X3 tərəfindən X2 sonuncunun adına 13.03.2007-ci il tarixli müqavilə və maliyyə arayışı rəsmiləşdirilmişdir. Bundan başqa, həmin mənzil MTK-nın rəhbərliyi tərəfindən qanunsuz olaraq 29.08.2009-cu ildə X1, sonradan eyni tarixli sənədlərlə sonuncunun adından X8, X8 adından isə Cavabdeh2 adına keçirilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsində X13 ilə Cavabdeh1 MTK ilə bağlanmış müqavilənin bağlanma tarixi ilə bağlı qeyri müəyyənlik həmin müqavilə tarixinin müvafiq sübut əsasında müəyyən edilməsini şərtləndirir. Lakin iddiaçı tərəfindən məhkəməyə onunla Cavabdeh1 MTK arasında bağlanmış müqavilənin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti əlavə olu nmamış, apelyasiya instansiyası məhkəməsi müqavilənin kserosurətdən ibarət olan, lazımi qaydada təsdiq olunmamış surətini sübut kimi qəbul etməklə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Yuxarıda istinad olunan məktubdan məlum olur ki, mübahisəli mənzil 2009-cu ilin noyabr ayında X3 tərəfindən X4, sənədləşmə isə 2 (iki) il 8 (səkkiz) ay əvvələ 13.03.2007ci il tarixə aparılmışdır. (bax iş vərəqə 165) Mülki işdə X9 Cavabdeh1 MTK-ya mübahisəli mənzilə görə pul öd əməsini təsdiq edən müvafiq sənədlərin əsli və ya təsdiq olunmuş surəti də əlavə olunmamışdır. Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 29 avqust 2009-cu il tarixli müqavilənin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti də mülki işə əlavə olunmamış, lakin onun adından Cavabdeh1 MTK-ya 55008 manat pulun ödənilməsini təsdiq edən maliyyə arayışı notariat qaydasında təsdiq edilmişdir. Cavabdeh2 kassasiya şikayətində qeyd etmişdir ki, “apelyasiya instansiyası məhkəməsi həmçinin hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəalarını tətbiq etməli olduğu halda, bunu etməmişdir Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərd ə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. İşin müəyyən edilmiş hallarına görə, mənzil qanuni əsasla və Cavabdeh2 faktiki istifadəsinə verilmişdir və o, ailə üzvləri ilə birlikdə 2009 -cu il tarixdən mənzili təmir etdirərək, orada yaşayır. Cavabdeh2 9 ildir ki, həmin mənzildə yaşayır, mənzilin təmirinə 80.000 manata yaxın xərc çəkmişdir. Belə olan halda, istinad edilən maddi hüquq normasının tələbinə görə, iddiaçının mənzilə dair Cavabdeh2 dair iddia qaldırmaq hüququ aradan qalxır, iddia MMC-yə qarşı irəli sürülməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, işə apelyasiya qaydasında yenidən baxılarkən kassasiya şikayətinin həmin dəlilləri, o cümlədən mübahisəli mənzilin cavabdeh tərəfindən təmir olunaraq, onun uzun müddət ərzində həmin mənzildə yaşaması hüquqi cəhətdən dəyərləndirilməlidir. Kassasiya şikayətində həmçinin qeyd olunur ki, “Məhkəmə tərəfindən mülkiyyətin vicdanlılıqla əldə edilməsi ilə bağlı mülki qanunvericiliyin aşağıdakı tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə görə, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Göründüyü kimi, Cavabdeh2 mənzilə dair müqavilə bağlanan anda və orada yaşadığı müddətdə mənzili özgəninkiləşdirənin, yaxud da İddiaçıanın hüquqları barədə hər hansı şübhə etməmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsinin hüquqi əsasını təşkil edən hallardan birincisi - mənzil üzərində Cavabdeh2 sahibliyinin qanunsuzluğu barədə (apellyasiya məhkəməsinin qətnaməsinin 4-cü səhifəsinin 4-cü abzası) məhkəmənin nəticə si tam əsassızdır və işin müəyyən olunmuş halları və sənədlərlə inkar olunur. Belə ki, qanunsuz sahiblik hüquqi və faktiki əsası olmayan sahiblikdir. Bu halda isə Cavabdeh2 podrat müqaviləsi bağlayaraq dəyərini ödəmiş, həmin mənzil onun faktiki istifadəsinə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlilləri də apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı və hüquqi cəhətdən dəyərləndirilməlidir. Kassasiya şikayətində həmçinin qeyd olunur ki, “Cavabdeh2 mənzili vicdanlı əldə etmiş, ona dair mülki qanunvericiliklə müəyyən edilmiş müqavilə bağlamışdır. Həmin müqavilə etibarsız hesab edilməmişdir və bu gün də qüvvədədir.” Məhkəmə kollegiyası hesab edir ki, şikayətdə qeyd olunan xüsusat yeni apellyasiya baxışı zamanı hüquqi cəhətdən qiymətləndir ilməlidir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual qanun pozuntularına yol vermişdir. Həmin pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il ta rixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3570/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3570/2019
31.05.2019 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver