Məhkəmə qərarları › İş №2(102)-3165/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3165/2023

14.11.2023 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3165/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin dəyişdirilməsi, mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(105)-709/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin hal ları 1. 16 avqust 2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən, ünvan 2 evin, ümumi sahəsi 45,0 kv.metr olan 42 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır.

2. Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət X10 kənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istimar müddəti keçmiş yaşayış evlərinin sökülərək yerində yeni yaşayış binasının tikintisinə (dəyişiklik edilmiş layihəyə) dair verilmiş 08 noyabr 2017-ci il tarixli rəyindən görünür ki, İddiaçı MTK ilə "xxxx" MMC arasında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istimar müddəti keçmiş y aşayış evlərinin sökülərək yerində 4 girişli, 16 mərtəbəli, tikinti sahəsi 3216,9 kv.metr, mənzillərin ümumi sahəsi 23280,4 kv.metr, mənzillərin yaşayış sahəsi 12344,8 kv.metr, mənzillərin sayı 260 ədəd olmaqla yeni binanın tikintisinə icazə verilib.

3. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi X5 Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istimar müddəti keçmiş yaşayış evlərinin sökülərək yerində yeni yaşayış binasının tikintisinə (dəyişiklik edilmiş layihə) dair verilmiş 07 avqust 2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı MTK ilə "xxxx" MMC arasında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istim ar müddəti keçmiş yaşayış evlərinin sökülərək yerində 5 girişli, müxtəlif mərtəbəli, 2 zirzəmi + 13 mərətbədən artıq olmamaq şərti ilə, tikinti sahəsi 2287,2 kv.metr, mənzillərin ümumi sahəsi 18078,8 kv.metr, mənzillərin yaşayış sahəsi 10107,4 kv.metr, mənzillərin sayı 184 ədəd olmaqla yeni binanın tikintisinə icazə verilib.

4. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 08 fevral 2020-ci il tarixli “Əvəzləşdirmə müqaviləsi”nin 1.1-ci bəndinə əsasən, İddiaçı MTK, ünvan 1 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulan binada mülkiyyətçi Cavabdeh məxsus faktiki sahəsi 52 kv.metr olan mənzilin əvəzinə 6 ay müddətində ona 160.000 manat pul verməyi öhdəsinə götürü b. Həmin “müqavilə”nin 1.2-ci bəndinə əsasən, İddiaçı MTK 6 ay müddətində 160.000 manat pulu mülkiyyəlçi Cavabdeh ödəyə bilməyəcəyi halda, ona güzəşli şərtlərlə binanın “C” girişi, 4-cü mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 149.6 kv.metr olan 1 saylı mənzili və 1 maşınlıq dayanacaq yerini verməyi öhdəsinə götürüb. Həmçinin həmin “müqavilə”nin 1.3-cü bəndinə əsasən, mülkiyyətçi Cavabdeh da bu müqavilə ilə ona məxsus olan sözügedən mənzili söküntü üçün İddiaçı MTK-nə təhvil verməyi və bu müqavilədə göstərilən müddətdə, qaydada və ya 6 ay müddətində sonuncu 160.000 manat pulu ona ödəyə bilməyəcəyi halda, yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürüb. 5. 13 iyul 2020-ci il tarixdə İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, İddiaçı MTK ünvan 2 ünvanda yerləşən, ya şayış üçün qəzalı vəziyyətdə olan, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən istismar müddətini keçmiş yaşayış binası sökülüb və bu ərazidə yeni yaşayış binası tikilir. 08 fevral 2020-ci il tarixdə Sizinlə müqavilə bağlanıb, müqavilədə göstərilən şərtlər nəzərə alınmaqla hər iki tərəf qarşılıqlı razılığa gəlib, forsmajor hal kimi qiymətləndirilən pandemiya dövrü bütün dünya iqtisadiyyatına külü miqdarda ziyan vurub, iqtisadi ardıcıllığı pozub və ölkə də dəymiş ziyandan kənarda qalmayıb, dünyada 01 mart 2020-ci il tarixdən pandemiya elan edilib və sərt karantin rejimi tədbiq olunub. Bu səbəbdən də müqavilənin 1.2.3-cü bəndinə uyğun olaraq sözügedən məbləğin ödənilməsini 01 fevral 2021-ci il tarixədək birtərəfli qaydada uzadıb. 6. 10 avqust 2020-c i il tarixdə Cavabdeh tərəfindən İddiaçı MTK-nə ünvanmış etiraz ərizəsindən görünür ki, 08 fevral 2020-ci il tarixdə "xxxx" MTK ilə onun arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən, İddiaçı MTK, ünvan 3n 42 saylı mənzilin əvəzinə ona 6 ay müddətinə 160.000 manat pul ödəməyi öhdəsinə götürüb. Fors-major hadisəsi kimi qiymətləndirilən dünyanı cənginə alan koronovirus (COVİD 19) pandemiyası ilə əlaqədar Bakı şəhərində tətbiq olunmuş karantin rejimi ilə bağlı bildirib ki, karantin rejimi dövründə ayrı-ayrı ölkələrdə, eləcə də Bakı şəhərində digər fəaliyyət növlərindən fərqli olaraq tikinti sektorunun fəaliyyətinə heç bir qadağa qoyulmadığı üçün, hər hansı bir zərərdən söhbət gedə bilməz. Belə ki, sözügedən müqavilədə hər hansı bir müddətdə mənzillə təmin olunacağı göstərilsəydi bunu b əlkə də anlayışlan qəbul etmək olardı. İndiki halda müqavilənin bütün şərtləri qüvvədədir və onun şərtlərinə qeyd şərtsiz əməl olunmalıdır. Lakin, bütün bunlarla yanaşı İddiaçı MTK ilə onun arasında bağlanmış müqavilənin 2.1.1-ci bəndinə əsasən, İddiaçı MTK hər ay ona 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürüb və bu məbləğ 2 ay ödənildikdən sonra heç bir ödəniş olmayıb və bu barədə İddiaçı MTK-nın səlahiyyətli şəxslərinə dəfələrlə müraciət etməsinə baxmayaraq, bu günədək müqavilənin bu şərtlərinə əməl olunmaması davam edir. Ona ünvanlanmış məktubda istinad etdikləri 1.2.3-cü bənd onlar arasında bağlanmış müqavilədə mövcud deyil və İddiaçı MTK təklifdən imtina edib. 7. 17 iyun 2022-ci il tarixdə İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlamış məktubdan görünür ki, 08 fevral 2020-ci il tarix li “Əvəzləşdirmə müqaviləsi”nə əsasən ödəyəcəkləri vəsaitin köçürülməsi üçün 3 gün müddətində Bank hesabı açıb İddiaçı MTKnə təqdim edilməsi Cavabdeh xahiş olunub. Əks təqdirdə müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilib. 8. 21 iyul 2022-ci il tarixdə İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlamış məktubdan görünür ki, 08 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, ödəyəcəkləri vəsaitin köçürülməsi üçün 01 sentyabr 2022-ci il tarixədək Bank hesabı açıb İddiaçı MTK-nə təqdim etməsi Cavabdeh xahiş olunub. 9. 23 iyul 2022-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı MTK-nə ünvanlanmış etiraz ərizəsindən görünür ki, ünvan 3n mülkiyyətində olan 42 saylı mənzilin əvəzinə 6 ay müddətinə 160.000 manat pul vəsaitini müqavilədə göstərilən vaxtdan 2 il müddət keçdikdən sonra təklif etdikləri üçün o, həmin puldan imtina edib və müqavilənin şərtlərinə əsasən, binanın “C” girişi, 4-cü mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 149,6 kv.metr olan 1 saylı mənzilin ona verilməsini İddiaçı MTK-dən tələb edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı MTK (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “müqavilənin ləğv edilməsi və mənzilin əvəzləşdirilməsi” barədə iddia ərizəsi, sonradan isə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 08 fevral 2020-ci il tarixli müqavilənin dəyişdirilərək, cavabdehə ünvan 2 ünvanda İddiaçı MTK tərəfindən inşa edilən yaşayış kompleksindən sahəsi 77 kv.metr olan təmirli mənzilin və ya 160.000 manat pul vəsaitinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

11. İlk iddia onunla əsaslandırılıb ki, iddiaçı, 29 mart 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmiş hüquqi şəxsdir. Nizamnamə şərtlərinə əsasən, iddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri, o cümlədən çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə də məşğul ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında ünvan 2 ünvanda yerləşən köhnə yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və i ctimai obyektlərin tikintisinin layihələndirilməsi barədə 17 aprel 2017-ci il tarixdə müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən, ünvan 2 ünvanda yaşayan sakinlər yaşayış sahələrini sökmək üçün iddiaçıya təhvil verməyi, sonuncu isə müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarında sakinlərə təhvil verdikləri mənzillərin sahəsinin 20 % artıq sahədə mənzillər verməyi, binaların tikintisi başa çatanadək kompensasiya şəklində sakinlərə aylıq 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürüb. Həmçinin, müqavilənin şərtlərinə görə, iddiaçı tərəfindən mənzillər mülkiyyətçilərə təhvil verildiyi vaxtdan kirayə haqqının ödənilməsi dayandırılır. Həmin vaxt bütün sakinlər iddiaçı ilə razılığa gəlib, müqavil ə bağlamağa başlamışlar. Göstərilən ünvanda yaşayan mülkiyyətçilərdən cavabdehlə iddiaçı arasında da 08 fevral 2020-ci il tarixli “Əvəzləşdirilmə müqaviləsi” bağlınıb və həmin müqavilənin şərtinə görə, cavabdeh sahəsi 52 kv.metr olan 42 saylı mənzili sökmək üçün iddiaçıya təhvil verməyi, sonuncu isə 6 ay müddətində mənzilin əvəzinə cavabdehə 160.000 manat pul verməyi, əks halda isə müqavilənin 1.2-ci bəndinə əsasən, 6 ay müddətində 160.000 manat pulu cavabdehə ödəyə bilmədiyi halda, ona güzəştli şərtlərlə binanın “C” girişi, 4-cü mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 149.6 kv.metr olan 1 saylı mənzili və 1 maşınlıq dayanacaq yerini verməyi öhdəsinə götürüb. Hazırda tərəflər arasında bağlanmış 08 fevral 2020-ci il tarixli müqavilənin icrası qeyri-mümkün olduğundan, müqaviləyə məhkəmə qayda sında xitam verilməsi zərurəti yaranıb. Belə ki, müqavilənin 3.1-ci bəndinə əsasən, tərəflər fors-major hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımı qaydada icra olunmamasına görə məsuliyyətdən azad olunurlar. Müqavilənin 3.2-ci bəndinə əsasən tərəflər, onların iradəsindən asılı olmayan, müqavilə imzalandıqda nəzərə alınmayan və müqavilə imzalandıqdan sonra meydana çıxan daşqın, zəlzələ və digər təbiət hadisələri, habelə müharibə, eləcə də qarşısı alınmaz digər təbiət hadisələri fors-major kimi müəyyənləşdirilir. Belə ki, iddiaçı tərəfindən inşa olunan ünvan 2 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binanın layihəsində dəyişikliklər aparıldığından, habelə tərəflər arasında bağlanmış müqavilənin müddəaları nəzərə alınmaqla, fors-major hal kimi qiymətləndirilən dünyada və ölkəd ə baş verən pandemiya şəraiti iddiaçının iqtisadi durumuna ziyan vurduğundan və iqtisadi ardıcıllığı pozduğundan, eləcə də sözügedən ərazidə 16 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulsa da, 9, 10 və 11 mərtəbəli yaşayış binasının tikintisi üçün razılıq əldə olunduğundan və bu səbəbdən də, binada mənzillərin sayı məhdud olduğundan, cavabdehlə bağlanmış müqavilə şərtlərinin icra edilməsi mümkün olmayıb.

12. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi, sonradan isə iddianın tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda inşa olunmuş yaşayış binasının “C” girişi, 4-cü mərtəbəsində yerləşən, 1 saylı, 3 otaqlı mənzili 2 hissəyə bölən sonradan tikilmiş divarın iddiaçının öz hesabına sökülərək, həmin mənzili 08 fevral 2020-ci il tarixli müqavilə şərtlərinə uyğun və həmin tarixdə təqdim olunmuş eskiz layihəsində göstərilən 149.6 kv.metr ölçüdə və müqavilə şərtinə uyğun olaraq həmin binada 1 maşınlıq qaraj yerinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

13. Qarşılıqlı iddia onunla əsaslandırılıb ki, ünvan 2 evin 42 saylı mənzili mülkiyyət hüququ üzrə cavabdehə məxsus olub və həmin mənzilə dair sonuncunun adına Reyestr Xidməti tərəfindən 16 avqust 2017-ci il tarixli Çıxarış verilib. Tərəflər arasında 08 fevral 2020-ci il tarixdə bağlanmış “Əvəzləşdirmə müqaviləsi”nə əsasən, iddiaçı, ünvan 2 ünvanda yerləşən və yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada cavabdehə məxsus faktiki sahəsi 52 kv.metr olan 42 saylı mənzilin əvəzinə ona 6 ay müddətinə 160.000 manat pul ödəməyi öhdəsinə götürüb. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, iddiaçı 6 ay müddətində 160.000 pulu cavabdehə ödəyə bilməyəcəyi halda, ona güzəştli şərtlərlə binanın “C” girişi, 4-cü mərtəbəsindən 3 otaqlı, sahəs 149.6 kv.metr olan 1 saylı mənzili və 1 maşınlıq dayanacaq yerini verməyi öhdəsinə götürüb. Qeyd olunan müqavilə üzrə tərəflərin hüquq və öhdəlikləri müəyyən olunaraq təsdiq olunub. 13 iyul 2020-ci il tarixdə iddiaçı məktubla cavabdehə müraciət edərək, guya fors-major hallarının baş verdiyini, pandemiya səbəbindən müqavilənin 1.2.3.cü bəndinə uyğun olaraq sonuncuya 6 ay müddətində ödəməli olduğu 160.000 manat pulun ödənişinin 01 fevral 2021-ci il tarixədək uzadıldığını bildirib. Lakin, cava bdeh həmin məktuba 10 avqust 2020-ci il tarixdə rəsmi cavab verərək etirazını bildirib və aralarında bağlanmış müqavilənin şərtlərinə qeyd-şərtsiz əməl olunmasını tələb edib. Cavabdehin həmin cavab məktubu ilə müqavilə şərtlərinin qeydşərtsiz yerinə yetirilməli olması tələbinə iddiaçı keçən 2 il müddət ərzində heç bir etiraz etməməklə, onda iddiaçının müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirəcəyinə inam yaradıb. Belə ki, keçən 2 il müddət ərzində iddiaçı tərəfindən cavabdehə hər-hansı bir təklif, etiraz və sair verilməyib. Yalnız, 21 iyul 2022-ci il tarixdə müqavilə bağlanandan 2 il 7 ay keçdikdən sonra iddiaçı cavabdehə məktubla müraciət edərək 08 fevral 2020-ci il tarixli müqaviləyə əsasən ödəyəcəkləri vəsaitin köçürülməsi üçün 01 sentyabr 2022-ci il tarixədək Bank hesab ı açıb ona təqdim etməli olduğunu bildirib. Cavabdeh isə həmin müraciətə cavab olaraq 2 ildən artıq müddətin keçməsini, bu illər ərzində müqavilə ilə şərtləşdirilmiş ödənişin həyata keçirilmədiyini və bununla da iddiaçının üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini qeyd edib və 08 fevral 2020-ci il tarixli müqavilənin şərtlərinə müvafiq olaraq, iddiaçıdan yeni tikilən binanın “C” girişi, 4-cü mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 149.6 kv.metr olan 1 saylı mənzilin ona verilməsini tələb edib. Sözügedən bina artıq tikilib təhvil verilib və 2021-ci ildən sakinlər həmin binada olan mənzillərdə yaşayırlar.

14. Zəngilan Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(034)-489/2022 saylı qətnaməsi ilə (hakim Gülsarə İmanova) ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilərək, tə rəflər arasında bağlanmış 08 fevral 2020-ci il tarixli “Əvəzləşdirmə müqaviləsi”nin dəyişdirilməməsi və həmin müqavilə üzrə nəzərdə tutulan ünvan 2 ünvanda yerləşən Cavabdeh məxsus sahəsi 45 kv.mter olan sökülmüş 42 saylı mənzilin əvəzi olaraq 160.000 manat pul vəsaitinin İddiaçı MTK-dən tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilib.

15. Məhkəmə, gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə də məşğul olur. Azərbaycan Respublikası, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarının icrası ilə əlaqədar Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti ilə onun arasında ünvan 2 ünvanda yerləşən köhnə yaşayış və qeyri-yaşayış tikililərin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisin in layihələndirilməsi barədə 17 aprel 2017-ci il tarixli müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən, ünvan 2 ünvanda yaşayan sakinlər yaşayış sahələrini sökmək üçün iddiaçıya təhvil verməyi, sonuncu isə müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarında sakinlərə təhvil verdikləri mənzillərin sahəsinə 20% artıq sahədə mənzillər verməyi, binaların tikintisi başa çatanadək sakinlərə aylıq 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürüb. Müqavilənin şərtlərindən biri də iddiaçı tərəfindən mənzillər mülkiyyətçilərə təhvil verildiyi vaxtdan kirayə haqqının verilməsinin dayandırılmasıdır. Həmin vaxt binada yaşayan sakinlər iddiaçının irəli sürdüyü təkliflə razılaşıb və onlar arasında müqavilələr bağlan ıb. Lakin, göstərilən ünvanda yaşayan mülkiyyətçilərdən cavabdeh yaşadığı mənzildən çıxmaq istəmir və öz təkliflərini irəli sürərək sahəsi 45 kv.metr olan mənzil üçün 90.000 ABŞ dolları və yaxud sahəsi 149 kv.metr olan mənzil, 1 maşınlıq dayanacaq yeri və ayda 400 manat kirayə haqqı tələb edir. İddiaçı, tez bir vaxtda mənzili boşaltsın deyə cavabdehin şərtlərini qəbul etməyə məcbur olur və onunla 08 fevral 2020-ci il tarixli “Əvəzləşdirmə müqaviləsi” bağlayır. Həmin müqavilənin şərtlərinə əsasən, cavabdehə məxsus sahəsi 45 kv.metr olan 42 saylı mənzilin əvəzinə iddiaçı ona 6 ay müddətində 160.000 manat pulu ödəməyi öhdəsinə götürür. Əks halda müqavilənin 1.2-ci bəndinə əsasən, iddiaçı 6 ay müddətində 160.000 manat pulu cavabdehə ödəyə bilməyəcəyi halda, ona güzəştli şərtlərlə binanın “C” g irişi, 4-cü mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 149.6 kv.metr olan mənzili və 1 maşınlıq dayanacaq yerini verməyi öhdəsinə götürüb.

16. Məhkəmə, ilk və qarşılıqlı iddia tələblərinin dəlillərini araşdırıb qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 08 fevral 2020-ci il tarixli “Əvəzləşdirmə müqaviləsin”də göstərilən və hal-hazırda cavabdehin tələb etdiyi binanın “C” girişi, 4-cü mərtəbəsində, 3 otaqlı, sahəsi 149.6 kv.metr olan mənzil faktiki mövcud deyil və həmin mərtəbədə qeyd olunan ölçüdə mənzil yoxdur.

17. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakları ilə iddiaçının ünvan 2 ünvanda inşa etdiyi binanın “C”girişi, 4-cü mərtəbəsində yerləşən 1 saylı mənzilə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin mərtəbədə sahəsi 149.6 kv.metr olan mənzil yoxdur v ə orada iki mənzilə açılan qapılar vardır. Hər iki mənzil ayrı-ayrı şəxslərə satıldığından mənzillərə daxil olub onlara baxış keçirilməsi mümkün olmayıb. Həmçinin, binanın “C” girişinin 4-cü mərtəbəsinə, habelə həmin girişin digər mərtəbələrinə baxış keçirilərkən sahəsi 149.6 kv.metr olan mənzil aşkar edilməyib, “C” girişinin bütün mərtəbələrində 4-cü mərtəbədə olduğu kimi hər mərtəbədə iki mənzilə qapılar açılıb. Binanın “C” girişi, yəni 3-cü giriş 8 yaşayış mərtəbəsindən, 2 qeyri-yaşayış mərtəbəsindən (1-2 ci mərtəbəsində), 2 yeraltı avtodayanacaq mərtəbəsindən və 1 zirzəmidən ibarətdir. Yerli baxış zamanı tikilinin şəkilləri çəkilib və iddiaçının nümayəndəsi bildirib ki, binanın 3cü girişində yerləşən bütün mənzillər satıldığından, habelə sakinləri tapmaq mümkün olmadığından və mənzillə rin açarları sahiblərində olduğundan, bilavasitə mənzillərə baxış keçirilməsi mümkün olmayıb.

18. Məhkəmə, həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 08 fevral 2020ci il tarixli “Əvəzləşdirmə müqaviləsi”nin icrası texniki baxımdan mümkün deyil. Belə ki, iddiaçı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Əliəşrəf Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən istismar müddəti keçmiş yaşayış evlərinin sökülərək yerində Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət X3 Ekspertiza Baş İdarəsinin 08 noyabr 2017-ci il tarixli rəyinə əsasən, 4 girişli, 16 mərtəbəli, tikinti sahəsi 3216,9 kv.metr, mənzillərin ümumi sahəsi 23280,4 kv.metr, yaşayış sahəsi 12344.8 kv.metr, mənzillərin sayı 260 ədəd olmaqla yeni binanın tikintisinə icazə verilib. Lakin, kö çürmə və tikinti işləri başldıqdan sonra aidiyyəti qurumların tövsiyyəsi ilə layihədə əsaslı dəyişikliklər edilib, yəni yeni inşa edilən binada mərtəbələrin sayı və sahəsi azaldılıb. İnşa olunacaq binanın layihəsi yenidən işlənib hazırlanıb və Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət X4 Ekspertiza Baş İdarəsinin 07 avqust 2019-cu il tarixli rəyinə əsasən, ərazidə tikinti sahəsi 2287,2 kv.metr, mənzillərin ümumi 8078,8 kv.metr, yaşayış sahəsi 10107,4 kv.metr, mənzillərin sayı 184 ədəd olmaqla yeni binanın tikintisinə icazə verilib.

19. Məhkəmə, sözügedən rəyləri işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib müəyyən etmişdir ki, ilk rəydə sözügedən binada inşa ediləcək mənzillərin yaşayış sahəsinin 12344.8 kv.metr, mənzillərin sayının 260 ədəd olduğu q eyd edildiyi halda, sonrakı rəydə mənzillərin yaşayış sahəsinin və sayının azaldılaraq, yaşayış sahəsinin 10107,4 kv.metr, sayının isə 76 ədəd olduğu müəyyən edilib. İşin bu halları məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı da öz təsdiqini tapıb və müəyyən olunub ki, sözügedən ünvanda 16 mərtəbəli binanın əvəzinə, yaşayış sahəsi 8 mərtəbə, qeyriyaşayış sahəsi 2 mərtəbə, avtodayanacaq yeri 2 mərətbə və yeraltı zirzəmi 1 mərtəbə olmaqla yeni bina inşa edilib.

20. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 08 fevral 2020-ci il tarixli “Əvəzləşdirmə müqaviləsin”də iddiaçının sökülən mənzilin əvəzinə cavabdehə pul ödəməsi də nəzərdə tutulub və iddiaçı tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi müraciətlərə baxmayaraq cavabdeh müvafiq Bankda hesab açmaqla hesab nömrəsini iddiaçıya təqdim etməyib. Məhkəmə aradırması zamanı iddiaçı, cavabdehə ünvan 2 ünvanda inşa edilən yaşayış kompleksindən sahəsi 77 kv.metr olan təmirli mənzil və ya 160.000 manat pul təklif edib, lakin cavabdeh bu təkliflərlə razılaşmayıb, əksinə, sözügedən müqavilədə göstərilən binanın “C” girişi, 4-cü mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 149.6 kv.metr olan mənzili 2 ayrı-ayrı mənzilə bölən və sonradan naməlum tarixdə tikilmiş divarın iddiaçının öz hesabına sökülərək, həmin mənzilin müqavilə şərtlərinə uyğun və müqavilə bağlanan tarixdə təqdim olunmuş eskiz layihədə göstərilən 149.6 kv.metr ölçüdə mənzilin və müqavilə şərtlərinə uyğun olaraq həmin binada 1 maşınlıq dayanacaq yerinin ona təhvil verilməsini iddia edir.

21. Məhkəmə, qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə r azılaşmayıb qeyd etmişdir ki, məhkəmə araşdırması və mübahisəli mənzilə yerli baxış zamanı həmin binanın layihəsində və eskizində müvafiq dəyişikliklərin edildiyi və hazırda binanın “C” girişi, 4-cü mərtəbəsində 3 otaqlı, sahəsi 149.6 kv.metr olan 1 saylı mənzil faktiki mövcud olmadığından, qarşılıqılı iddia təmin oluna bilməz.

22. Məhkəmə, eyni zamanda iddiaçının müqavilənin dəyişdirilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 423-cü maddəsinin mənasına görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Hazırkı halda iddiaçı, Qanunun bu tələbinə əməl etmədiyi üçün ilk iddia bu hissədə rədd edilməli və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ünvan 2 ünvanda yerləşən, sahəsi 45 kv.metr olan sökülmüş 42 saylı mənzilin əvəzinə "xxxx" MTK-dən 160.000 manat pul tutulub Cavabdeh verilməlidir.

23. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 157.4, 389.1, 421.1, 421.3, 423-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80 və 88-ci maddələrinə istinad etməklə əsaslandırıb. b) Apellyasiya instansiyası məhkəməsində icraat

24. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qtnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib.

25. Apellyasiya şikayəti onunla əsaslandı rılıb ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edərkən, maddi hüquq normalarının tələblərini pozub və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar tam, hərtərəfli və obyektiv aydınlaşdırmayıb. Müqavilədən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə müqavilə üzrə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin hallarından görünür ki, iddiaçı sözügedən müqavilə üzrə öhdəliklərini vaxtında və lazımı qaydada icra etməyib. Belə ki, t ərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh faktiki sahəsi 52 kv.metr olan mənzilini sökmək üçün iddiaçıya təhvil verdiyi halda, sonuncu müqavilənin şərlərini pozaraq nə 6 ay müddətində 160.000 manat pulu, nə də ki, yeni tikilən binanın “C” bloku, 4-cü mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 149,6 kv.metr olan 1 saylı mənzilini və 1 maşınlıq dayanacaq yerini cavabdehə təhvil verməyib və bununla da sözügedən müqavilənin şərtlərini pozub. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə tam əsassızdır. Belə ki, işə əlavə edilmiş sübutlarla müəyyən olunur ki, binanın layihəsi artıq öncədən təsdiqlənməyə verilib və iddiaçı bu həqiqəti bilərəkdən gizlədib və aldatmaqla cavabdehə yalan vədlər verib. İddiaçı hər dəfə cavabdehə mənzil verəcəyini, əgər verməsə, külli miqda rda pul kompensasiyası ödəyəcəyini vəd edib. Müqaviləni iddiaçının özü tərtib edib və bu yolla cavabdehdən mənzilini əlindən alıb. Lakin, iddiaçı ilk əvvəl həmin pulu cavabdehə vermək fikri olmayıb. Bu baxımdan cavabdehin əmlak hüququ heç bir halda onun iradəsi ziddinə əvəzləşdirilə bilməz. Məhkəmə tərəfindən sadalanan hallar lazımi qaydada araşdırılmayıb və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməyib.

26. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(105)-709/2023 saylı qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Zəngilan Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qətnaməsi ilk iddianın təmin olunan, yəni tərəflər arasında bağlanmış 08 fevral 2020-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş ünvan 4 ünvanda yerləşən cavabdehə məxsus sahəsi 45 kv.metr olan sökülmüş 42 saylı mənzilin əvəzi olaraq 160.000 manat pulun "xxxx" MTK-dən tutulub Cavabdeh xeyrinə ödənilməsi və qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilməklə, ilk iddianın ləğv edilmiş hissəsində rədd olunması və qarşılıqlı iddianın təmin edilərək, ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının “C” girişi, 4-cü mərtəbəsində yerləşən, 1 saylı, 3 otaqlı mənzili 2 hissəyə bölən iddiaçı tərəfindən sonradan tikilmiş divarın onun öz hesabına sökülməsi, həmin mənzilin 08 fevral 2020-ci il tarixli müqavilə şərtlərinə uyğun və həmin tarixdə təqdim olunmuş eskiz layihədə göstərilən 149.6 kv.metr ölçüdə və müqavilə şərti nə uyğun olaraq verilməsi və həmin binada 1 maşınlıq qaraj yerinin Cavabdeh təhvil verilməsi qət edilib.

27. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmayıb və tərəflər arasındakı münasibətə düzgün hüquqi qiymət verilməyib. Belə ki, iddia tələblərinin mahiyyətindən və ifadə tərzindən müəyyən edilir ki, hər iki iddia öhdəliklərin qarşılıqlı icrasından irəli gələn tələblərdir. İşin faktiki halları ilə müəyyən olunur ki, ilk iddiaçı çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğul olan MTK-dir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarının icrası ilə əlaqədar Bakı şəhəri, Nərimanov r ayon İcra Hakimiyyəti ilə iddiaçı arasında sözügedən ünvanda yerləşən köhnə yaşayış və qeyriyaşayış tikililərinin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və ictimai obyektlərin tikintisinin layihələndirilməsi barədə 17 aprel 2017-ci il tarixli müqavilə bağlanıb və həmin müqaviləyə əsasən sözügedən binada yaşayan sakinlər yaşayış sahələrini sökmək üçün iddiaçıya verməyi, iddiaçı isə müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən müddətdə və qaydada ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarından sakinlərə təhvil verdikləri mənzilin sahəsinin 20 % artıq sahədə mənzillər verməyi, binaların tikintisi başa çatanadək sakinlərə aylıq 400 manat kirayə haqqı ödəməyi öhdəsinə götürüb.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, göstərilən ünvanda yaşayan mülkiyyətç ilərdən cavabdehlə iddiaçı arasında 08 fevral 2020-ci il tarixli müqavilə bağlanıb. Həmin müqavilənin şərtlərinə görə iddiaçı cavabdehə məxsus faktiki sahəsi 52 kv.metr olan 42 saylı mənzilin əvəzinə 6 ay müddətində 160.000 manat pulu cavabdehə verməyi, əks halda iddiaçı bu pulu cavabdehə vaxtında ödəyə bilmədiyi halda, ona güzəştli şərtlərlə binanın “C” girişi, 4-cü mərtəbədə yerləşən, 3 otaqlı, sahəsi 149.6 kv.metr olan 1 saylı mənzili və 1 maşınlıq dayanacaq yerini verməyi öhdəsinə götürüb. Cavabdeh isə özünə məxsus mənzili söküntü üçün iddiaçıya təhvil verməyi və müqavilədə göstərilən müddətdə və qaydada və ya 6 ay müddətində 160.000 manat pul ona ödənilmədiyi halda, yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürüb.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdır ıb qeyd etmişdir ki, sözügedən müqavilə ləğv olunmayıb, dəyişdirilməyib və hazırda qüvvədədir və tərəflər arasında həmin müqavilənin icrası ilə bağlı mübahisə yaranıb.

30. Hazırda iddiaçı, müqavilənin icrasının onun tərəfindən yerinə yetirilməməsinin səbəbini fors-major halı ilə əlaqələndirir və bildirir ki, müqavilənin şərtlərinə görə tərəflər fors-major hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımı qaydada icra olunmamasına görə məsuliyyətdən azad olunurlar. Tərəflər, onların iradəsindən asılı olmayan, müqavilə imzalandıqda nəzərə alınmayan və müqavilə imzalandıqdan sonra meydana çıxan daşqın, zəlzələ və digər təbiət hadisələri, habelə müharibə, eləcə də qarşısı alınmaz digər təbiət hadisələri fors-major hadisəsi kimi qiymətləndirilir. İddiaçı, iddiasının əsası kimi həm də ona istinad edir ki, onun tərəfindən inşa olunan sözügedən ərazidə yerləşən çoxmərtəbəli binanın layihəsində dəyişikliklər edilib, ərazidə 16 mərtəbəli binanın tikilməsi nəzərdə tutulsa da, 9, 10, 11 mərtəbəli bina tikilməsi üçün razılıq verilib, həm də dünyada və ölkədə baş vermiş pandemiya şəraiti onun iqtisadi durumuna ziyan vurmaqla yanaşı, iqtisadi ardıcıllığı pozub. Bu səbəbdən də, binada mənzillərin sayı məhdud olduğundan, cavabdehlə bağlanmış müqavilədə göstərilən şərtləri icra etmək mümkün olmayıb.

31. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi verərək, ilk iddiaya erirazını onunla əsaslandırıb ki, iddiaçı tərəfindən sökülən sözügedən mənzil ona məxsus olub və iddiaçı ilə aralarında bağlanmış 08 fevral 2020-ci il tarixli əvəzləşdirmə müqaviləsinə görə, iddiaçı sökülən mənzilin əvəzi nə ona 6 ay müddətinə 160.000 manat pul verməyi, həmin pulu ödəyə bilmədikdə isə 3 otaqlı, sahəsi 149.6 kv.metr olan mənzili və 1 maşınlıq dayanacaq yerini verməyi öhdəsinə götürüb.

32. Məhkəmə kollegiyası işin yuxarıda müəyyən edilmiş hallarına istinad edərək qeyd etmişdir ki, hazırda hər iki tərəf eyni müqavilə tələbindən irəli gələn öhdəlikləri mübahisələndirirlər. Belə ki, iddiaçı müqavilənin icrasının qeyri-mümkünlüyünü fors-major hadisəsi ilə əlaqələndirir, cavabdeh isə əksinə, heç bir fors-major hadisəsinin baş vermədiyini, iddiaçının qərəzli olaraq öz öhdəliyindən yayındığını bildirir.

33. Məhkəmə kollegiyası ilk iddiaçının dəlilləri və bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının tələbində qeyd etdiyi və sözügedən müq avilədə göstərilənləri öz mənafeyi baxımından şərh etməsi müqavilə öhdəliyindən azad olunmasına əsas olacaq fors-major hadisəsi kimi qiymətləndirilə bilməz. Çünki, sözügedən müqavilədə konkret hansı halların fors-major halı olması göstərilib və həmin müqavilədə nəzərdə tutulmayan halları fors-major hadisəsi kimi nəzərə almaq və siyahını genişləndirmək düzgün deyil. Daha sonra, tərəflərin hər biri sözügedən müqavilənin şərtləri ilə razılaşaraq, onu könüllü və iradə ifadələrinə uyğun bağlayıblar və müqavilə şərtlərindən xəbərdar olmaqla daşıyacaqları risklərdən əvvəlcədən məlumatlı olublar.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən edib ki, cavabdeh müqavilə şərtlərinə uyğun olaraq mülkiyyət hüququ ilə özünə məxsus olan mənzili söküntü və yerində hündürm ərtəbəli yaşayış binasının inşası üçün iddiaçıya təhvil verib və hazırkı vaxtadək mülkiyyətindən məhrum olmaqla digəri ilə təmin olunmayıb. İddiaçı isə cavabdehdən sözügedən mənzili təhvil alaraq söküb və yerində hündürmərtəbəli yaşayış binası inşa edib, lakin hazırkı vaxtadək müqavilənin şərtlərini lazımınca yerinə yetirməyib. Belə ki, iddiaçı cavabdehə ödəməli olduğu 160.000 manat pulu vaxtında ödəməyib və müxtəlif arqumentlər irəli sürməklə pulun ödənilməsini uzatmağa çalışıb. Yalnız, 21 iyul 2022-ci il tarixdə müqavilə bağlandıqdan 2 il 7 ay keçdikdən sonra iddiaçı cavabdehə məktubla müraciət edərək, 08 fevral 2020-ci il tarixli müqaviləyə əsasən ödəyəcəkləri vəsaitin köçürülməsi üçün 01 sentyabr 2022-ci il tarixədək Bank hesabı açıb ona təqdim etməli olduğunu bildirib.

35. Cavabdeh id diaçının sözügedən təklifləri ilə razılaşmayıb və həmin müraciətə cavab olaraq 2 ildən artıq müddətin keçməsini, bu illər ərzində müqavilə ilə şərtləşdirilmiş ödənişin həyata keçirilmədiyini və bununla da onun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini nəzərə alaraq müqavilə şərtinin ikinci hissəsinə müraciət edib və sahəsi 149.6 kv.metr olan 3 otaqlı mənzilin və avtomobil dayanacağının ona verilməsini tələb edib.

36. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, işin mübahisə olunmayan hallarına görə, sözügedən hündürmərtəbəli yaşayış binası tam inşa edilərək sakinlərin ixtiyarına verilib və 2021-ci ildən sakinlər köçüb orada yaşamağa başlayıblar. İddiaçı mübahisələndirələn müqavilə şərtlərini birtərəfli qaydada pozmaqla, üzərinə götürdüyü öhdəlikləri icra etməyib və əlavə olaraq tikin ti bazarında öz üstün mövqeyindən çıxış etməklə, şərtləşdirilmiş müddət keçəndən sonra pulun verilməsinə və ya daha az kvadrat metrə malik olan mənzilin cavabdehə verilməsinə nail olmağa çalışır.

37. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən Məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən yaşayış binasında 3 otaqlı, sahəsi 149.6 kv.metr olan mənzil olmasa da, həmin binada iki hissəyə bölünmüş və həmin kvadratı təşkil edən mənzillər mövcuddur. İşin bu halı birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış, həmçinin apellyasiya icraatı zamanı tərəflərin vermiş olduğu izahatlarla da öz təsdiqini tapır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunan, qarşılıqlı iddianın rədd olunan hissələrində ləğv edilməli, həmin hissədə ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir.

38. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 6, 14.1, 390.1, 404.1, 421, 423, 662, 663-cü maddələrinin, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı, (vəkili Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib.

40. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətna məsini ləğv etməklə gəldiyi nəticəni onunla əsaslandırmağa çalışmışdır ki, ilk iddiaçının tələbində qeyd etdiyi və müqavilənin 3.1 və 3.2-ci bəndlərində göstərilənləri öz mənafeyi baxımından şərh etməsi müqavilə öhdəliyindən azad olunmasına əsas olacaq fors-major hadisəsi kimi qiymətləndirilə bilməz. Belə ki, sözügedən müqavilənin 3.2-ci bəndində konkret hansı halların fors-major hallar olması göstərilib və apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə həmin müqavilədə nəzərdə tutulmayan halları fors-major hallar kimi nəzərə almaq və siyahını genişləndirmək düzgün olmazdı. Tərəflərin hər biri 08 fevral 2020-ci il tarixli “Əvəzləşdirmə müqaviləsi”ni razılaşaraq könüllü və iradə ifadələrinə uyğun bağlayıb və müqavilə şərtlərindən xəbərdar olmaqla daşıyacağı risklərdən məlumatlı olubla r. Tərəflər arasında 08 fevral 2020-ci il tarixində “Əvəzləşdirilmə müqaviləsi” bağlanıb və müqavilə şərtlərinə əsasən iddiaçı cavabdehə məxsus faktiki sahəsi 52 kv.metr olan 42 saylı mənzilin əvəzinə 6 ay müddətində 160.000 manat pulu cavabdehə verməyi, müqavilənin 1.2-ci bəndinə əsasən iddiaçı bu pulu vaxtında cavabdehə ödəyə bilməyəcəyi halda, ona güzəştli şərtlərlə binanın “C” bloku, 4-cü mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 149.6 kv.metr olan 1 saylı mənzili və 1 maşınlıq dayanacaq yerini cavabdehə verməyi öhdəsinə götürüb. Qeyd olunan müqavilənin 1.3-cü bəndinə əsasən cavabdeh özünə məxsus olan mənzili söküntü üçün iddiaçıya təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada və ya 6 ay müddətində 160.000 manat pulu ona ödəmədiyi halda, yeni tikilmiş mənzili qəbul etməyi ö hdəsinə götürüb. Kassator, həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilədə 6 ay müddətində 160.000 manat pulun cavabdehə ödənilməsi göstərildiyi halda, bunu görməzdən gəlib və nəticədə ilk iddianı rədd edib. 01 mart 2020-ci il tarixdən ölkə üzrə pandemiya elan olunub və sərt karantin rejimi tədbiq edilib. Bu səbəbdən də müqavilənin 1.2.3-cü bəndinə uyğun olaraq ödəyəcəkləri məbləğ 01 fevral 2021-ci il tarixədək uzadılıb və bununla bağlı müqavilədə göstərildiyi kimi iddiaçı tərəfindən cavabdehə ünvanlamış 21 iyul 2022-ci il tarixli məktubda 08 fevral 2020-ci il tarixli müqaviləyə əsasən ödəyəcəkləri vəsaitin köçürülməsi üçün 01 sentyabr 2022-ci il tarixədək Bank hesabı açıb iddiaçıya təqdim edilməsi xahiş olunsa da, cavabdeh müqavilə şərt lərinə əməl etməkdən yayınıb. Apellyasiya instansiyası məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi üçün mülki iş materiallarında olan sübutları araşdırmayıb və Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş rəylərdə göstərilənləri, həmçinin sözügedən müqavilədən irəli gələn şərtləri nəzərə almayıb. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutlar arasında olan ziddiyyətlərə Mülki Prosessual Məcəllənin 81 və 88-ci maddələrinin tələbləri baxımından aydınlıq gətirməyib və mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edən qanunları deyil, müqavilə üzrə cavabdehin üstünlüyünə istinad etməklə səhvə yol verib. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Cavabdeh (vəkili Vəkil3) kassasiya şikayətinə qarşı etiraz göndərək bild irmişdir ki, Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi X5 Baş İdarəsinin 07 avqust 2019-cu il tarixli rəyinə görə iddiaçı, ünvan 2 yaşayış binasının “C” bloku, 4-cü mərtəbəsində 4 mənzil planlaşdırıldığı halda, mənzilləri təsdiq olunmuş eskiz layihəsi ilə deyil, özbaşına tamamilə başqa ölçülərdə arakəsmə divarlarla bölərək 6 mənzil yaradıb. Həmən sənədlər mülki iş materiallarına əlavə olunub. Bu və digər faktlar barədə xüsusi qərardad çıxarılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə vəsatət verilib, lakin həmin vəsatətə heç bir münasibət bildirilməyib. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

42. Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

43. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Maddə

71. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə

6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır.

45. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

46. Maddə 14.2.1. Mülki h üquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir.

47. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

48. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

49. Maddə 325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.

50. Maddə 328.1. Mülki Məcəllədə göstərilmişdir ki, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan halla rdan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır.

51. Maddə 328.3. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır.

52. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

53. Maddə 390.1. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşd irən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

54. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

55. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

56. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

57. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

58. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

59. Maddə 423.1. Müqavilənin dəyi şdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

60. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

61. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

62. Maddə

662. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır.

63. Maddə

665. Əgər dəyişdirmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, dəyişdirilən mallara mülkiyyət hüququ dəyişdirmə müqaviləsi üzrə alıcı kimi çıxış edən tərəflərə hər iki tərəf müvafiq malları vermək öhdəliklərini icra etdikdən sonra eyni vaxtda keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində ba xır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

73. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddianın təmin olunan hissəsində ləğv edib, həmin hissədə ilk iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mü bahisəyə düzgün tətbiq edib.

74. Ona görə də kassasiya instansiyası məhkəməsi qeyd olunan hissədə əlavə araşdırma aparmağa lüzum görmür və hesab edir ki, bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

75. Lakin, qarşılıqlı iddianın təmin olunan hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə kassasiya instansiyası məhkəməsi razılaşmır və hesab edir ki, məhkəmə bu hissədə iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdımayıb və işə əlavə edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün hüquqi qiymət verməyib.

76. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, ünvan 2 evin, ümumi sahəsi 45,0 kv.metr olan 42 saylı mənzili cavabdehin mülkiyyətində olub və tərəflər arasında bağlanmı ş 08 fevral 2020-ci il tarixli “Əvəzləşdirmə müqaviləsi”nə əsasən iddiaçı, ünvan 4 ünvanda yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulan binada cavabdehə məxsus faktiki sahəsi 52 kv.metr olan mənzilin əvəzinə ona 6 ay müddətində 160.000 manat pul ödəməyi, həmin pulu 6 ay müddətində ödəyə bilmədikdə isə güzəşli şərtlərlə binanın “C” girişi, 4-cü mərtəbəsində yerləşən, 3 otaqlı, sahəsi 149.6 kv.metr olan 1 saylı mənzili və 1 maşınlıq dayanacaq yerini verməyi ona təhvil verməyi öhdəsinə götürüb.

77. Hazırda iddiaçı, onun tərəfindən inşa edilən sözügedən ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının ilkin layihəsində həmin ərazidə 16 mərtəbəli yaşayış binasının tikint isinin nəzərdə tutulduğunu, lakin sonradan həmin binanın layihəsində müvafiq dəyişikliklər edilərək orada 9, 10, 11 mərtəbəli yaşayış binasının inşasına razılıq verildiyini və bu səbəbdən də, binada mənzillərin sayı azaldığı üçün cavabdehlə bağlanmış müqavilənin şərtlərinin icra edilməsinin mümkün olmadığını göstərib, yeni inşa edilmiş binadan sahəsi 77 kv.metr olan təmirli mənzilin və ya 160.000 manat pulun cavabdehə verilməklə müqaviləyə dəyişiklik edilməsini iddia edir.

78. Cavabdeh isə iddiaçı tərəfindən sökülən mənzilin onun mülkiyyətində olduğunu, sonuncu ilə aralarında bağlanmış 08 fevral 2020-ci il tarixli “Əvəzləşdirmə müqaviləsi”nin şərtlərinə əsasən iddiaçının sökülən mənzilin əvəzində ona 6 ay müddətində 160.000 manat pul verməyi, həmin pul vəsaitini 6 ay müddətində ödəyə bil mədikdə isə ona yeni tikilən binadan sahəsi 149.6 kv.metr olan 3 otaqlı mənzil və 1 maşınlıq dayanacaq yeri verməyi öhdəsinə götürdüyünü göstərib, həmin mənzilin və 1 maşınlıq qaraj yerinin ona təhvil verilməsini tələb edir.

79. Əvvəla, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakları ilə cavabdehin iddia etdiyi ünvan 2 binanın “C” girişi, 4-cü mərtəbəsində yerləşən 1 saylı mənzilə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin mərtəbədə sahəsi 149.6 kv.metr olan mənzil yoxdur və həmin mərtəbədə iki mənzilə açılan qapılar vardır. Hər iki mənzil ayrı-ayrı şəxslərə satıldığından mənzillərə daxil olub onlara baxış keçirilməsi mümkün olmayıb. Həmçinin həmin binanın “C” girişi, 4-cü mərtəbəsinə, habelə həmin girişin digər mərtəbələrinə baxış keçirilərkən orada sahəsi 149.6 kv.met r olan mənzil aşkar edilməyib və binanın 4-cü mərtəbəsində olduğu kimi “C” girişinin digər mərtəbələrində də iki mənzilə açılan qapılar vardır. Binanın “C” girişi, yəni 3-cü girişi 8 yaşayış, 2 qeyri-yaşayış mərtəbəsindən (1-2 ci mərtəbəsində), 2 mərtəbəli yeraltı avtodayanacaqdan və 1 zirzəmidən ibarətdir.

80. Digər tərəfdən, işə əlavə edilmiş sözügedən binanın tikintisinə icazə və layihə sənədləri ilə müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Ə.Əlizadə və Qarabağ küçələrinin kəsişməsində yeləşən istismar müddəti keçmiş yaşayış evlərinin sökülərək, yerində inşa ediləcək binanın ilkin layihəsində orada 4 girişli, 16 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulub və həmin layihə Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəf indən təsdiq edilərək, X5 Baş İdarəsinin 08 noyabr 2017-ci il tarixli rəyinə əsasən iddiaçıya, sözügedən ünvanda tikinti sahəsi 3216,9 kv.metr, mənzillərin ümumi sahəsi 23280,4 kv.metr, mənzillərin yaşayış sahəsi 12344,8 kv.metr, mənzillərin sayı 260 ədəd olmaqla yeni yaşayış binasının tikintisinə icazə verilib. Lakin, iddiaçı tərəfindən həmin ünvanda köçürmə və tikinti işlərinə başlandıqdan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tövsiyyəsi ilə sözügedən layihəyə əsaslı dəyişikliklər edilib və yeni inşa edilən binada mərtəbələrin sayı və sahəsi azaldılıb. Belə ki, yeni inşa ediləcək binanın layihəsi yenidən işlənib və Dövlət Ekspertiza Baş İdarəsinin 07 avqust 2019-cu il tarixli rəyi ilə 08 noyabr 2017-ci il tarixli rəyə dəyişiklik edilərək, iddiaçıya tikinti sahəsi 2287,2 kv.m etr, mənzillərin ümumi sahəsi 18078,8 kv.metr, mənzillərin yaşayış sahəsi 10107,4 kv.metr, mənzillərin sayı 184 ədəd olmaqla yeni binanın tikintisinə icazə verilib.

81. Apellyasiya instansiyası məhkəməsi, bir tərəfdən qeyd olunan yaşayış binasında sahəsi 149,6 kv.metr olan 3 otaqlı mənzilin olmadığını müəyyən etdiyi halda, digər tərəfdən həmin binada sonradan iki hissəyə bölünmüş və cavabdehin iddia etdiyi kv.metri təşkil edən mənzillərin olduğunu qeyd etməklə ziddiyyətli nəticəyə gəlib və gəldiyi nəticəni qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə, məsələn: binanın tikintisinə icazə, layihə sənədləri və ya müvafiq ekspertin, mütəxəssisin rəyləri ilə deyil, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış protokolu, habelə apellyasiya i craatı zamanı tərəflərin vermiş olduqları izahatlarla əsaslandırmağa çalışmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin mənasına görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

82. Həmin Məcəllənin 97.1-ci maddəsində göstərilir ki, işə baxılarkən xüsusi bilik tələb edən sualları izah etmək üçün məhkəmə öz təşəbbüsü ilə də ekspertiza təyin etməklə həmin suallara aydınlıq gətirə bilər.

83. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iddia etdiyi sözügedən binanın “C” girişinin 4-cü mərtəbəsində yerləşən 1 saylı mənzilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin binanın nə “C” girişinin 4-cü mərtəbəsində, nə də “C” girişinin digər mərtəbələ rində ümumiyyətlə sahəsi 149,6 kv.metr olan 3 otaqlı mənzil yoxdur, həmin binanın “C” girişinin 4-cü mərtəbəsində iki mənzilə qapı açılıb və hər iki mənzil ayrı-ayrı şəxslərə satıldığı üçün onlara baxış keçirilməsi mümkün olmayıb.

84. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin, o cümlədən cavabdehin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktları, yəni binanın “C” girişinin, 4-cü mətbəsində yerləşən sahəsi 149,6 kv.metr olan mənzilin sonradan iki yerə bölünərək ayrı-ayrı şəxslərə satılmasına dair izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, binanın “C” girişinin, 4-cü mətbəsində, 3 otaqlı, sahəsi 149,6 kv.metr olan mənzilin binanın tikintisinə icazə və layihə sənədlərində nəzərdə tutulub-tutulmadığını, layih ədə həmin mənzilin iki ayrı-ayrı mənzilərə bölünməsinin nəzərdə tutulub-tutulmadığını, bütün bu faktların binanın tikintisinə icazə və layihə sənədlərinə uyğun olub-olmadığını yoxlamadan və xüsusi bilik tələb edən bu suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertizalar keçirib əsaslandırmış rəylər almadan, başqa sözlə işdə bu barədə heç bir mötəbər yazılı sübut olmadığı halda, yalnız cavabdehin irəli sürdüyü arqumentlərlə kifayətlənərək, sözügedən binanın “C” girişi, 4-cü mərtəbəsində yerləşən, 3 otaqlı 1 saylı mənzilin sonradan divarla iki ayrı-ayrı mənzillərə bölməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir.

85. Daha sonra, apellyasiya instansiyası məhkəməsi, sözügedən binanın “C” girişi, 4-cü mərtəbəsində yerləşən 3 otaqlı 1 saylı mənzilin iddiaçı tərəfindən sonradan divarla iki ayrı-ayrı mənzillərə bölündüyü qənaətinə gələrkən, həmin mənzillərin hüquqi vəziyyəti ilə bağlı heç bir araşdırma aparmayıb. Belə ki, həmin mənzillərə dair başqa şəxslərlə müqavilə bağlanıb-bağlanmadığını, nə vaxt bağlandığını, birinci instansiya məhkəməsinin qətnaməsinin həmin şəxslərin maraqlarına toxunub-toxunmadığını aydınlaşdırmadan (iddiaçının nümayəndəsinin izahatı və yerli baxır protokolu ilə sözügedən mənzillərin başqa şəxslərə satılması əvvəlcədən məlum idi), bu barədə zəruri sübutları məhkəməyə təqdim etməyi işdə iştirak edən şəxslərə, o cümlədən iddiaçının nümayəndəsinə təklif etmədən, qarşılıqlı iddianı təmin etməklə əslində işdə iştirak etməyə cəlb olunmamış X11 və X7 hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulmasi ilə nəticələnməklə həll etmişd ir.

86. Belə ki, kassasiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən 29 oktyabr 2020-ci il tarixli, 56 saylı müqaviləyə və ona əlavə edilmiş maliyyə arayışına əsasən, sözügedən binanın “C” girişi, 4-cü mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 75,68 kv.metr olan 1 saylı mənzili 109.736 manata X8, həmin binanın “C” girişi, 4-cü mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 73,17 kv.metr olan 2 saylı mənzili isə əvvəl 09 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə və maliyyə arayışına əsasən X2. X1 razılıq ərizəsinə əsasən 07 fevral 2023-cü il tarixli müqavilə ilə mənzil X7 adına keçirilib və hazırda həmin mənzil sonuncunun xüsusi mülkiyyətindədir.

87. İşin bu halları, işdə iştirak etməyə cəlb olunmayan və məhkəmə aktı maraqlarına toxunan Simarə Məmmədova və Gültəkin Rəhimovanın apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Ali Məhkəmənin sədrinə ünvanladıqları müraciətlərlə, habelə həmin müraciətlərə əlavə edilmiş kassasiya şikayətlərinin və digər sənədlərin surətləri ilə də təsdiq olunur.

88. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, sözügedən binanın 1 saylı mənzilinə dair iddiaçı ilə Simarə Məmmədova arasında, habelə 2 saylı mənzilə dair iddiaçı ilə Gültəkin Rəhimova arasında bağlanmış sözügedən müqavilələr və digər hüquqmüəyyənedici sənədlər ayrıca məhkəmə qaydasında mübahisələndirilmədən, habelə cavabdehə satılmış sözügedən binanın “C” girişi, 4-cü mətbəsində yerləşən 3 otaqlı, sahəsi 149,6 kv.metr olan mənzillə, həmin binanın Simarə Məmmədovaya s atılmış “C” girişi, 4-cü mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 75,68 kv.metr olan 1 saylı mənzilin; həmçinin habelə Gültəkin Rəhimovaya satılmış “C” girişi, 4-cü mərtəbəsində yerləşən, 2 otaqlı, sahəsi 73,17 kv.metr olan 2 saylı mənzilin eyni mənzillər olub-olmadığı aydınlaşdırılmadan, cavabdehin iddia etdiyi mübahisəli 3 otaqlı, sahəsi 149,6 kv.metr olan 1 saylı mənzilin binanın “C” girişi, 4-cü mərtəbəsində yerləşməsi və həmin mənzilin sonradan iddiaçı tərəfindən divarla iki ayrıayrı mənzillərə bölünməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Halbuki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

89. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

90. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

91. Kassasiya instansiyası məhkəməsi eyni zamanda apellyasiya instansiyası məhkəməsinin mübahisəli mənzilin, sonradan divarla iki ayrı-ayrı hissəyə ayrılmış mənzillərlə eyni mənzil olması və sözügedən binada mübahisəli mənzilin mövcudluğuna dair gəldiyi nəticə ilə də razılaşmır.

92. Belə ki, əvvəla cavabdehlə bağlanmış müqavilədə onun iddia etdiyi mənzilin otaqlarının sayı 3, sahəsi isə 149,6 kv.metr göstərildiyi halda, Simarə Məmmədova və Gültəkin Rəhimovaya satılmış mənzillərin otaqlarının sayı 4, sahəsi isə cəmi 148,85 kv.metr göstərilib.

93. Digər tərəfdən, cavabdehin iddiaçıya qarşı 1 maşınlıq dayanacaq yerinin verilməsi tələbinə gəlincə isə kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə belə bir şərt nəzərdə tutulsa da, müqaviləyə 1 maşınlıq dayanacaq yerinin eskizi (sxemi) əlavə olunmayıb və müqavilədə həmin dayanacaq yerinin binanın hansı girişində, hansı mərtəbəsində yerləşməsi göstəri lməyib.

94. Göründüyü kimi, sözügedən mənzillər həm otaqların sayına görə, həm də kv.metrlərinə görə biri-birindən fərqlənir və 1 maşınlıq dayanacaq yerinin dəqiq ünvanı müəyyən edilməyib və apellyasiya instansiyası məhkəməsi bu məsələlərə də aydınlıq gətirməyib.

95. Bundan başqa, ilk iddia ərizəsindən, habelə işdə iştirak edən şəxslərin izahatlarından görünür ki, birinci instansiya məhkəməsində iddiaçı cavabdehə həm də yeni inşa edilmiş yaşayış kompleksindən sahəsi 77 kv.metr olan təmirli mənzil təklif edib, lakin sonuncu bununla razılaşmayaraq qətnamədən apellyasiya şikayəti verib, apellyasviya icraatı mərhələsində isə cavabdeh mənzilin hər kv.metri üçün 3.000 manat ödənilməsi şərti ilə razılığa gələcəyini bildirib, bu məbləğlə isə iddiaçı razılaşmayıb.

96. Mülki Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur.

97. Göstərilənlərə əsasən, işə yenidən apellyasiya qaydasında baxılarkən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi ilk növbədə Simarə Məmmədova və Gültəkin Rəhimovanın mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmələrini müzarkirə etməli, bundan sonra iş üzrə müvafiq ekspertizalar keçirməklə sözügedən mənzillərin eyni mənzillər olubolmadığını, binanın layihəsində ümumiyyətlə “C” girişi, 4-cü mərtəbədə, 3 otaqlı, sahəsi 149,6 kv.metr olan mənzilin, cavabdehin iddia etdiyi arakəsmə divanının, hebalə Simarə Məmmədovaya satılmış 2 otaqlı, sahəsi 75,68 kv.metr olan mənzilin və Gültəkin Rəhimovaya satılmış 2 o taqlı, sahəsi 73,17 kv.metr olan mənzilin nəzərdə tutulubtutulmadığını, 1 maşınlıq dayanacaq yerinin binanın hansı girişində, neçənci mərtəbədə yerləşdiyini aydınlaşdırmalı və həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaqla, görüləcək və yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə işdə iştirak edən şəxsləri qabaqcadan xəbərdar etməlidir.

98. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

99. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində g östərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

100. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu m addələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(105)-709/2023 saylı qətnaməsi qismən - qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar