Məhkəmə qərarları › İş №2(102)-4888/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4888/2021

30.09.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4888/2021 30.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Tağıyev Araz Adil oğlunun, cavabdehin vəkili Muradov Altay Oqtay oğlunun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-100/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsind ən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Tərəflər arasında bağlanmış 18 may 2007-ci il tarixli, 3463 nömrəli müqaviləyə əsasən Satıcı/"xxxx" ASC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M-də yerləşən bina 1, blok 1, mərtəbə 15, 141 nömrəli mənzili Alıcıya (Cavabdeh) satmağı, Alıcı isə mənzilin dəyərini Müqavilə ilə müəyyən edilmiş qaydada Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.3-cü bəndinə görə Alıcı aylıq ödəniş haqqı kimi müəyyənləşdirilmiş 649,96 manat pulu hər ayın 18-nə kimi Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC tərəfindən tərtib edilmiş 19 dekabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “X1” MMC ilə müqavilə bağladığı tarixdən 04.12.2018-ci il tarixinə qədər 90344,44 AZN (doxsan min üç yüz dörd manat 44 qəp.) və ya 139 ay aylıq ödəniş məbləği ödəməli olduğu halda, 26229,96 AZN (iyirmi altı min iki yüz iyirmi doqquz manat 96 qəp.) və ya 40 ay aylıq ödəniş ödəmişdir. Alıcının qrafik üzrə 64114,48 AZN (altmış dörd min yüz on dörd manat 48 qəp.) və ya 99 aylıq ödəniş məbləği və ödədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30.12.2019-cu il tarixli, 25287 saylı və 22.10.2020-ci il tarixli, 9/1720 saylı ekspert rəylərindən görünür ki, cavabdeh tərəfindən iddiaçı ASC-yə edilmiş ödənişlər cəmi 108.786,77 manat, ödənilməmiş qalan borc isə 8.205,73 manat məbl əğindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair" iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M-də yerləşən bina 1, blok 1, mərtəbə 15, 141 nömrəli mənzilin alqı-satqısına dair bağlanmış 17 may 2007-ci il tarixli, 3463 saylı müqavilənin ləğv edilməsi; Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M-də yerləşən bina 1, blok 1, mərtəbə 15, 141 nömrəli mənzilin boşaldılması və mənzilin iddiaçı "xxxx" ASC-yə verilməsi və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması barədə q ətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X1” MMC (hazırda hüquqi varisi "xxxx" ASC) ilə cavabdeh arasında 18 may 2007-ci il tarixli 3463 nömrəli müqavilə (bundan sonra müqavilə) bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə Satıcı/"xxxx" ASC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M-də yerləşən bina 1, blok 1, mərtəbə 15, 141 nömrəli mənzilini (bundan sonra - Mənzil) Alıcıya satmağı, Alıcı isə mənzilin dəyərini Müqavilə ilə müəyyən edilmiş qaydada Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC Müqavilə üzrə öhdəliklərini icra edərək inşa etmiş və cavabdehə təhvil vermişdir. Lakin müqavilənin tələbləri cavabdeh tərəfindən pozulmaqdadır. Belə ki, Müqavilənin 2.2.3-cü bəndinə görə Alıcı aylıq ödəniş haqqı kimi müəyyənləşdirilmiş 649, 96 manat pulu hər ayın 18-nə kimi Satıcıya ödəməlidir. Lakin artıq uzun müddətdir ki, cavabdeh tərəfindən aylıq ödəniş həyata keçirilmir. Bu hal "xxxx" ASC-yə Müqavilənin 2.2.4-cü bəndinə əsasən Müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ verir. Çünki sözügedən bəndə əsasən Alıcı ödəmələri 30 gündən artıq gecikdirdiyi halda Satıcının müqaviləni birtərəfli ləğv etmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Cavabdeh tərəfindən Müqavilədən irəli gələn öhdəliklərin icra olunmaması Müqavilənin əhəmiyyətli dərəcədə pozuntusuna dəlalət edir. İddiaçı müqavilənin icrasından birtərəfli qaydada imtina e tməklə, onun ləğv edilməsi barədə bildirişi cavabdehə ünvanlamış, lakin bunun heç bir nəticəsi olmamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-555/2019) iddia tələbi təmin edilərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M-də yerləşən bina 1, blok 1, mərtəbə 15, 141 nömrəli mənzilin alqı-satqısına dair bağlanmış 17 may 2007-ci il tarixli, 3463 saylı müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M-də yerləşən bina 1, blok 1, mərtəbə 15, 141 nömrəli mənzil boşaldılaraq, iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyə görə alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı al ıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirdiyi halda, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Müqavilənin 2.2.4-cü maddəsinə əsasən “Alıcı” ödəmələri 30 gündən artıq gecikdiyi halda, “Satıcı”nın müqaviləni ləğv etmək səlahiyyəti vardır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2021-ci qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov, iş № 2(103)-100/2021) Cavabdeh apellyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 ya nvar 2019-cu il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və sair tələbləri barədə” iddiasının təmin edilməməsi, iddianın verilməsi üçün iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumunun ASC-nin özünə aid edilməsi, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və bu məqsəd ilə iddiaçı "xxxx" ASC-dən 15 (on beş) manat tutularaq Cavabdeh verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının xərci iddiaçı tərəfə aid edilməsi və bu məqsəd ilə iddiaçı "xxxx" ASC-dən cəmi 300 (üç yüz) manat tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, bank ilə cavabde h arasında 03.08.2007-ci il tarixdə bağlanmış 283AKN/07 saylı “Kredit müqaviləsi” bağlanmışdır. 28.02.2013-cü il tarixdə bağlanmış tələbin güzəşt edilməsi haqqında müqaviləyə əsasən, 57.704,39 manat məbləğində pul Bank tərəfindən iddiaçı ASC-yə ödənilmiş, bununla da, tələb etmə hüququnu Bank tərəfindən iddiaçı ASC-yə ötürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı ASC-yə edilmiş ödənişlər onlar arasında bağlanmış müqavilə ilə razılaşdırılmış müddətin xeyli qabaqlanması ilə həyata keçirilmişdir. Başqa sözlə cavabdeh iddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliyi pozmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" ASC (vəkil Tağıyev Araz Ad il oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-100/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi əsassız olduğundan ləğv edilməsi və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh (vəkil Muradov Altay Oqtay oğlu) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassa siya şikayətinin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2021-ci il tarixli 2(103)-100/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Tağıyev Araz Adil oğlu kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili Muradov Altay Oqtay oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin t am ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkət ləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdi yi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştir ak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsi n. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-100/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar