Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-284/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 və qeyrilərinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəkilin imzası və orderi olduğu halda kassasiya şikayətinin geri qaytarılması ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçı X1 və onun vəkili X4 oğlunun iştirakları ilə, İddiaçı2 və qeyrilərinin Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınmasına, zəbt etdiyi torpaq sahəsi üzərində özbaşına tikdirdiyi kafe və əlavə tikililərin cavabdehin vəsaiti hesabına sökülərək torpaq sahəsindən çıxarılaraq aparılmasına, 6000 manat məbləğində zərərin, 271 manat əlavə xərclərin və 70 manat məhkəmə xərclərinin tutulması tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-139/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçılar İddiaçı2, İddiaçı3, Nümayəndə və X Cavabdeh qarşı cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınmasına, zəbt etdiyi torpaq sahəsi üzərində özbaşına tikdirdiyi kafe və əlavə tikililərin cavabdehin vəsaiti hesabına sökdürülərək torpaq sahəsindən çıxarılaraq aparılmasına, 6000 manat məbləğində zərərin, 271 manat əlavə xərclərin və 70 manat məhkəmə xərclərin in tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-42/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim T.İsmayılov) iddia qismən təmin edilmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən hakimlər M.Əsədli, Ə.Məcidov və A.Mahmudov) Cavabdehov Namizəd oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-42/2019 saylı qətnaməsi İddiaçı2 münasibətdə ləğv edilmiş, iddia ərizəsi İddiaçı2 münasibətdə baxılmamış saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülk i Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-139/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakimlər M.Əsədli, Ə.Məcidov və A.Mahmudov) iddiaçılar İddiaçı3, Nümayəndə və XXtərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-42/2019 saylı qətnаməsi iddiaçılar İddiaçı3, Nümayəndə və Əhədova (Dadaşova) Əzimə Mayıl qızına münasibətdə dəyişdirilmədən saxlanılmış, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(016)-42/2019 saylı qətnaməsindən Cavabdehov Namizəd oğlu tərəfindən verilmiş apelyasiya şikayəti iddiaçılar İddiaçı3, Nümayəndə və XX iddia tələblərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020ci il tarixli, 2(107)-139/2020 saylı qətnam əsindən kassasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermiş və həmin məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2(107)-139/2020 saylı qərardadı ilə (sədrlik edən hakimlər M.Əsədli, Ə.Məcidov və A.Mahmudov) vəsatət təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-139/2020 saylı qərardadı ilə (sədrlik edən hakimlər M.Əsədli, Ə.Məcidov və A.Mahmudov) Cavabdehov Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)-139/2020 saylı qərardadından verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. Şikayətin geri qaytarılması onunla əsaslandırılmışdır ki, kassasiya şikayüəti vəkil tərəfindən imzalanmamışdır. Kassasiya şikayətinin iştirakçılarının izahat ları a) və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun müddətin bərpası barədə vəsatəti əsassız olaraq rədd edilmişdir. İtirilmiş müddət üzrlü hesab edilməli və kassasiya şikayəti baxılması üçün göndərilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Nümayəndə və iddiaçının vəkili X4 oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər iddiaçılar və cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3- cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 67.1 kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 407.3 şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edil məlidir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş s übutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-139/2020 saylı qərardadı ilə Cavabdeh verdiyi kassasiya şikayəti (mülki işin 87ci səhifəsində olan şikayət) vəkilin orderinin və vəkilin imzasının olmaması səbəbindən geri qaytarılmışdır. Lakin işdə olan həmin şikayətdən görünür ki, kassasiya şikayəti Cavabdeh və onun vəkili Vəkil tərəfindən imzalanmışdır. Deməli, şikayətin həmin əsasla geri qaytarılması düzgün olmamışdır. Ona görə məhkəmənin həmin qərardadı ləğv edilməlidir. Məhkəmənin həmin qərardadı qanunsuz hesab olunaraq ləğv edildikdən sonra, cavabdehin müddətin bərpas ı barədə vermiş olduğu vəsatətlə bağlı şikayətinə mahiyyəti üzrə baxılmağa təyin olunmalı idi. Lakin, işə baxmış məhkəmə əslində həmin vəsatətə baxarkən prosessual pozuntuya yol verdiyindən müddətin bərpası ilə bağlı qəbul edilmiş qərardada baxılması mümkün olmur. Beləki, prosessual qanunvericiliyin tələblərinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Yəni qanunverici müəyyən etmişdir ki, müddətin bərpası barədə vəsatət verilərkən qanunla müəyyən edilmiş qaydada tərtib edilən kassasiya şikayəti də təqdim edilməli idi. Müddətin bərpası barədə vəsatətə əlavə edilmiş kassasiya şikayətindən görünür ki, həmin kassasiya şikayəti (mülki işin 67-ci səhifəsi) vəki l tərəfindən tərtib edilməmişdir. Məhkəmə vəsatətə baxmamışdan əvvəl elə həmin əsasla ərizəni geri qaytarmalı idi. Ona görə hazırkı mərhələdə şikayətə (müddətin bərpasından imtina barədə qərardadandan verilmiş) kassasiya icraatında baxılması mümkün deyil. Çünki ilk növbədə vəsatətə əlavə edilmiş şikayətin mümkünlüyü məsələsinə (kassasiya şikayəti geri qaytarılmalı və yaxud vəkil tərəfindən tərtib edilmiş şikayətlə əvəz edilməlidir) baxılmalıdır. Ona görə ki, nəzəri olaraq müddətin ötürülməsi əsaslı hesab olunacağı təqdirdə kassasiya şikayətinə baxılması mərhəlisi başlayır ki, bu mərhələdə vəkil tərəfindən tərtib edilməmiş kassasiya şikayətinə baxılması mümkün olmayacaq. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmaqla apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-139/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş şikayətin (kassasiya şikayətinin, mülki iş səhifə 67) MPM-nin 408-ci maddəsinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.