Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2841/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: vərəsəliyin və evə dair çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 aprel 2025-ci il tarixli, 2(103)1678/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Miras qoyan X25 5 dekabr 1994-cü il tarixdə ölmüşdür.
2. X15 birinci növbə vərəsələri- arvadı X20, oğulları X26, X27, qızları İddiaçıxanım Hacıbaba qızı, X11, X5, X14, X23, X4r.
3. X20 xx.xx.1999-cu il tarixdə, X27 xx.xx.2020-ci il tarixdə, X5 xx.xx.2011-ci il tarixdə ölmüşlər.
4. Miras əmlak Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evindən və həmin ünvanda yerləşən ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsindən ibarətdir. 5. xx.xx.2021-ci il tarixli, 2V-206 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, X12 miras qalmış əmlaka Cavabdeh2 tam miras payı müəyyən edilmişdir.
6. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsində yerləşən ümumi sahə si 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evi və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsinin Cavabdeh2 mülkiyyətinə keçməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli Çıxarış verilmişdir.
7. Hazırkı mübahisədən qabaq tərəflər arasında məhkəmə çəkişmələri olmuşdur. Belə ki, İddiaçı Bakı şəhəri, 7 saylı notariat ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Cavabdeh2, X8, X23, X14, X11, X26) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il tarixdə vəfat etmiş X15 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 10 sot torpaq sahəsinə və bu torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi yaşayış sahəsi 1** kv.m olan daşınmaz əmlak (mənzil) üzrə tam hissə ilə Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli, 2V-206 rey estrli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və həmin daşınmaz əmlaka Cavabdeh2 adına verilmiş dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, onun adına vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmi və Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, 7 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş reyestrdə 2V-206 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında evin və torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarış ləğv edilməsi qət edilmişdir.
8. Bak ı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı və üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı Bakı şəhəri, 7 saylı notariat ofisinə (üçüncü şəxslər Cavabdeh2, X8, X23, X14, X11, X26) qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi və s. tələbinə dair iddiası təmin edilməmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəm ə aktları Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Bakı şəhəri, 7 saylı notariat ofisinə, Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinin 1 saylı Publik Hüquqi şəxsinə və Cavabdeh2 qarşı “irsi transmissiya üzrə vərəsəliyin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il tarixdə X25 vəfat edərkən mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi yaşayış sahəsi 1** kv.m olan daşınmaz əmlaka dair Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli, 2V-206 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsinin və müvafiq daşınmaz əmlaka dair Cavabdeh2 adına verilmi ş dövlət reyestrindən çıxarışın ləğv edilməsi, qanunla müəyyən olunmuş müddət ərzində mirasa faktiki sahiblik etməsini nəzərə alaraq, onun adına (İddiaçı) vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Ailəsi 10 nəfərdən ibarət olmuşdur. X7 (1928-ci il doğumlu) və X3 (1930-cu il doğumlu) 1950-ci ildə nikaha daxil olmuşlar. Bu nikahdan 6 nəfər qız, 2 nəfər oğul övladları dünyaya gəlmişdir. X11 (xx.xx.1961 doğumlu, qeydiyyat ünvanı Bakı şəhəri Şüvəlan qəsəbəsi Füzuli küçəsi ev 50), X16 (xx.xx.1965 doğumlu, Bakı şəhəri Şüvəlan qəsəbəsi Əncirli küçəsi ev 7), X23 (xx.xx.1967 doğumlu, Bakı şəhəri Şüvəlan qə səbəsi Nizami küçəsi ev 32), X27 (xx.xx.1956 doğumlu, vəfat edib), X5 (xx.xx.2011-ci ildə vəfat edib), İddiaçı (xx.xx.1959 doğumlu, Bakı şəhəri Qala qəsəbəsi Sülh küçəsi ev 26), X8 (xx.xx.1958 doğumlu, Bakı şəhəri Şüvəlan qəsəbəsi Nərimanov küçəsi ev 1), X26. X7 xx.xx.1994-cü ildə vəfat etmişdir. X25 vəfat edərkən ünvan 4 ünvanında yaşamışdır. Eyni zamanda, X25 vəfat edərkən mülkiyyətində ünvan 4 ünvanında sot torpaq sahəsində 3 otaqlı, ümumi sahəsi 1** kv.m olan daşınmaz əmlakı (mənzil) olmuşdur. X7 “Əzizbəyovneft” Neft Mədən İdarəsinin 2-ci neft mədənində neftqaz operatoru vəzifəsində çalışmışdır. 1961-ci ildə atasının işlədiyi “Əzizbəyovneft” Neft Mədən İdarəsinin ayırdığı ssuda ilə ünvan 4 ünvanında 9 sot torpaq sahəsində 3 otaqlı, ümumi sahəsi 1** kv.m olan daşınmaz əmlak (mənzil) ata sı tərəfindən tikilmişdir. Müvafiq daşınmaz əmlak (torpaq sahəsi) Əzizbəyov Rayon İcra hakimiyyəti deputatları Sovetinin qərarı ilə ayrılmış və tikilinin tikintisinə icazə verilmişdir. X7 vəfat edərkən müvafiq mənzildə onunla birlikdə o, X3, həyat yoldaşı X38, oğlu X47, qızı X32 yaşamışlar. Atası vəfat etdikdə onun adına olan əmlak ilə bağlı heç bir notariat orqanında vərəsəlik işi açılmamış, vərəsəlik şəhadətnaməsi verilməmişdir. O və anası faktiki olaraq X7nun mülkiyyətində ünvan 4 ünvanında sot torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 1** kv.m olan daşınmaz əmlakı (mənzil) miras olaraq qəbul etmişlər. X3 1999-cı ildə vəfat etmişdir. Anası vəfat edərkən onunla birlikdə ünvan 4 ünvanında sot torpaq sahəsində yerləşən 3 otaqlı mənzildə o, həyat yoldaşı X38, oğlu X47, qızı X32 yaşam ışlar. Onlar bu mənzildə X3nın vəfatından sonra 2015-ci ilədək yaşamışlar. Bu faktı bütün qohumlar və qonşular təsdiq edirlər. Eyni zamanda, bütün kommunal ödənişlər onlar tərəfindən həyata keçirilmişdir. Eyni zamanda, X3 bütün qızızinət əşyalarını ona bağışlamışdır. Bu faktı bütün qohumları təsdiq edirlər. 2022-ci il tarixdə tarixdə mirasın faktiki sahibliyi ilə bağlı ərizə ilə Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət etmişlər. Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin 25 iyul 2022-ci il tarixli cavab məktubunda irsi transmissiya üzrə, yəni xx.xx.1994-cü il tarixdə ölmüş X12 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikasının MM-nin 1252-cimaddəsinə əsasən mərhumun nəvəsi olan Cavabdeh2 tam hissəyə xx.xx.2021-ci il tarixdə 2V-206 reye strli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, vərəsə Cavabdeh2 “vərəsələr” barəsində notariat ofisinə məlumat vermədiyi üçün, həmçinin Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya sistemindən “vərəsələr” barəsində məlumat əldə edilmədiyi üçün, 8 övlad, bir ananın adı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməmişdir. İş materiallarına əlavə edilmiş X6, X13, X2 notarial qaydada təsdiq olunmuş ərizəsi (İddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşaması barədə) təsdiq edir ki, müvafiq mənzildə valideynlərinin son ölüm tarixinə qədər o, müvafiq mənzildə yaşamış, mirası faktiki olaraq qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Elektron Notariat Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarılmış forma 2 saylı arayışdan görünür ki, 7 saylı xüsusi notariat ofisinin notariusu X28 xüsusi qərəzlilik göstərərək bilərəkdən müvafiq arayışı əldə etməmiş, notariusun özünün də qeyd etdiyi kimi mirasa heç bir haqqı çatmayan nəvənin varislər barədə heç bir məlumat verməməsinə əsaslanaraq 6 bacı, 2 qardaşın mirasını aidiyyəti olmayan şəxsin sərəncamına vermişdir. Digər tərəfdən isə 7 saylı xüsusi notariat ofisinin notariusu X17 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 tam hissəyə xx.xx.2021-ci il tarixdə 2V-206 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün istinad etdiyi Azərbaycan Respublikasının MM-nin 1252-ci maddəsinə əsasən vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. Müvafiq iş üzrə isə vərəsəlik vər əsələr müraciət etdikdən sonra açıla bilərdi. İşin hallarından görünür ki, o, qanunla müəyyən olunmuş müddət ərzində mirasa faktiki sahiblik etməklə mirası qəbul etmişdir.
12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, e-2(**3)2406/2024 nömrəli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, 7 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş reyestrdə 2V-206 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evinin və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsinin Cavabdeh2 adına xüsusi mülk iyyət hüququ üzrə qeydə alınmasına dair Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışın ləğv edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, miras qoyan X25 xx.xx.1994-cü il tarixdə ölmüşdür. X15 birinci növbə vərəsələri - arvadı X20, oğulları X26, X27, qızları İddiaçı, X11, X5, X14, X23, X4r. X20 xx.xx.1999-cu il tarixdə, X27 xx.xx.2020-ci il tarixdə, X5 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Miras əmlak Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evindən və həmin ünvanda yerləşən ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsindən ibarətdir. xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadət naməyə əsasən X12 miras qalmış miras əmlaka Cavabdeh2 tam miras payı müəyyən edilmişdir.
14. İddiaçının hazırkı tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə qanun üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə o, atasına çatası miras payından məhrum edilmişdir. İddiaçı atasının ölümündən uzun müddət əvvəl, yəni 2015-ci ilədək fasiləsiz olaraq miras əmlakda yaşamışdır. Miras qoyan X25 xx.xx.1994-cü ildə ölmüşdür. İddiaçı miras qoyan- atası X1 və onun ölümündən sonra əri, uşaqları ilə birlikdə miras əmlakda yaşamış, qanunla nəzərdə tutulmuş qaydada mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə ilə müraciət etməsə də, mübahisəli miras əmlak olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsində yerləşən, ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evini və ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsini miras kimi faktiki qəbul etdiyini nümayiş etdirmiş və həmin mirasın qəbulundan imtina etməmişdir.
15. Bundan başqa, evin təsərrüfat və təmir işləri, o cümlədən, kommunal xərclər üzrə ödənişlər iddiaçı və onun ailə üzvləri tərəfindən həyata keçirilmişdir. Başqa sözlə, iddiaçının mirası qəbul etməsi üçün mütləq notariat ofisinə müraciət etməsi məcburi şərt olmamışdır. Lakin iddiaçının mərhum qardaşı X18 qızı Cavabdeh2 miras əmlakı qəbul edən zaman birinci növbə vərəsələrin olmasına dair notariat ofisinə ərizə verərkən bu barədə məlumat verməmiş, yəni digər vərəsələrin olduğunu gizlətmişdir. Notariat ofisi isə digər vərəsələrin olduğunu müəyyən etmədən miras əmlaka dair yalnız cavabdehin adına “Qan un üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə vermişdir. Bu fakt ünvan 5 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla da təsdiq olunur.
16. Məhkəmə qeyd etmişdir ki, həm iddiaçı iddia ərizəsini əsaslandırarkən, həm notarius vərəsəlik şəhadətnaməsi verərkən qüvvədə olan Mülki Məcəllənin normalarına istinad etsə də, lakin tərəflər arasında yaranmış münasibətlər 1964-cü ildə qəbul edilmiş Mülki Məcəllənin təsir dairəsinə düşür. Belə ki, miras açılan zaman, yəni 1994-cü ildə vərəsəliklə bağlı münasibətləri 2**0-ci ilin sentyabrına 1-dək qüvvədə olan Mülki Məcəllə tənzimləmişdir.
17. Məhkəmə eyni zamanda, iddianın “miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri, 7 saylı notariat kontorunun notariusunun üzərinə vəzifə qoyulması”na dair hissəsini ara şdıraraq qeyd etmişdir ki, iddia tələbi göstərilən hissədə əsassızdır. Çünki, “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi vəzifəsi notariat kontorlarının vəzifələrindən biridir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 129-cu; mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olan Mülki Məcəllənin 527, 528, 532, 552, 554, 561, 562 və 566-cı; hazırda qüvvədə olan Mülki Məcəllənin 337.1 və 337.4-cü; habelə Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1, 217.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətna mə qəbul edilməsini xahiş etmişdir.
20. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müvafiq mənzilə və torpaq sahəsinə mirası faktiki qəbul etmişdir. Belə ki, torpaq sahəsinə dair 7 saylı xüsusi natarat ofisi tərəfindən cavabdehin adına xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında” Şəhadətnamə qeyri qanuni formada verilmişdir və həmin Şəhadətnamə əsassızdır. Cünki, 7 saylı xüsusi notariat ofisinin notariusu ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə fərdi yaşayış evinə dair cavabdehə tam hissəyə xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsi üçün istinad etdiyi Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. Hansı ki, X27 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh, 7 saylı notariat ofisinə vərəsəliyin acılması ilə bağlı xx.xx.2021ci il tarixdə müraciət etmişdir ki, bu da Mülki Məcəllənin 1252-ci maddəsinə ziddir.
21. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ konstitusiya ilə təminat altına alınmış fundamental hüquqlardan biridir və bu hüququn məhdudlaşdırılması və yaxud ondan məhrumetmə legitim və zəruri səbəblərdən irəli gəlməli, məhrumetmə və məhdudlaşdırma qanuni olmalıdır. Lakin iddiaçı tərəfindən iddia ərizəsinə dair təqdim edilmiş hazırkı əsaslar üzrə iddianın təmin edilməsi v ə mübahisəli əmlakın növbəti mərhələ üçün iddiaçının mülkiyyətinə verilməsi cavabdehin qanunla müəyyən edilmiş mülkiyyət hüququndan vəhəmin hüququn predmeti olan əmlakdan əsassız və qanunsuz olaraq məhrum edilməsi ilə nəticələnmişdir. Bu baxımdan hesab edirik ki, mübahisələndirilən qətnamə apellyasiya qaydasında ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. İşdən görünür ki, iddiaçının təqdim etdiyi əsas ondan ibarətdir ki, o, miras qalmış əmlakı miras qoyanlar vəfat etdikdən sonra faktiki olaraq qəbul edərək ona sahiblik etmişdir. Məhkəmə iddianı təmin etməklə həmin əsasları qəbul etmişdir. Lakin işin müəyyən edilmiş və məhkəmə araşdırması zamanı ortaya çıxmış halları iddianın həmin əsasla təmin edilməsini istisna edir. Nəticə etibarilə məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Miras əmlakın faktiki qəbuluna dair qanunvericiliyin göstərişləri, eyni zamanda Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqelər aydın olmaqla qətidir və həmin göstərişlər və hüquqi mövqelərin hər bir mübahisəyə düzgün tətbiqi məhz düzgün qətnamə çıxarılmasına səbəb olmalıdır. Lakin belə görünür ki, məhkəmə ya işin hallarının düzgün müəyyən edilməsində, ya da müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verilməsində çətinlik çəkmişdir. Əks təqdirdə iddianın rədd edilməsinə dair nəticəyə gəlmək əvəzinə, iddianı təmin etməzdi. Yuxarıda qeyd olunduğu kimi qanunvericiliyin göstərişləri və Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqelər ondan ibarətdir ki, miras əmlakın faktiki qəbulu elə formada həyata keçirilməlidir ki, bu digər vərəsələrə və başqa şəxslərə aşkar şəkildə məlum olsun miras faktiki qəbul edən bunu açıq şəkildə göstərsin. Mirasın faktiki qəbulu bir neçə formada təzahür edir və bunlar əmlak sahiblik etmək, yəni əmlakdan istifadə onu saxlamaq, yaxşılaşdırmaq, əmlaka baxmaq və söhbət daşınmaz əmlakdan, xüsusilə də mənzil sahəsindən gedirsə, həmin mənzildə qalmaqda ehtiva olunmalıdır. Lakin hazırkı mübahisə üzrə iddiaçı tərəfindən əmlaka sahiblik edildiyini mübahisəsiz şəkildə təsdiq edən sübutlar mövcud deyil. Bu aşağıdakılarlar əsaslandırılır: Əvvəla, iddiaçı tərəfindən təqdim edilən şahidlər, onunla birbaşa qohumluq münasibətlərində olan şəxslərdir, yalnız bir nəfər şahid iddiaçının qonşusudur ki, həmin şəxs də iddiaçının oğlunun dostdur. Bu baxımdan şahidlərin ifadələrinin mötəbərliyi ciddi şübhə doğ urur, çünki həmin şəxslər iddiaçının xeyrinə maraqlı şəxslər olmaqla onunla yaxın münasibətdədirlər və iddiaçının mənafeyinə uyğun izahat və ifadə verəcəkləri şübhə doğurmur. Nəzərə almaq lazımdır ki, iddiaçının həmin şəxslər qarşısında yaratdığı mənzərə ondan ibarətdir ki, miras əmlaka miras buraxanın qızı olmaqla o, deyil, tamamilə yad adam sahiblik edir, dolayısı ilə miras əmlakı onların əlindən almaq lazımdır. Yəni, şahidlər bu işin tərəfi kimi iddiaçını və onun mərhum qardaşı Abgülü görmürlər, onlar üçün əvvəldən tanıdıqları Xədicəxanım və Abgül var, hazırkı mülkiyyətçini yad adam hesab etməklə yaşayış sahəsinin onlarda qalmasını qəbul etmirlər. Bu kimi fikilərin şahidlərə aşılandığı onların izahatlarından aydın olmaqla bariz şəkildə görsənir. İkincisi, həminşahidlərin obyektiv və tər əfsiz ifadə verməsi mümkün olmamaqla yanaşı, şahidlərin verdiyi ifadələr də qeyri-müəyyən və ziddiyətlidir. Məhkəmə iclas protokollarının diqqətli təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, şahidlər öydərilmiş şəxslərdir. Belə ki, onların istinad etdiyi tarixlər üzrə belə dəqiq və detallı məlumat verməsi üçün həmin şəxslərin fundamental yaddaşa malik olmaları lazımdır. Lakin həmin şəxslərdə bunu müşahidə etmək mümkün olmadı. Üçüncüsü, iddiaçınınmiras əmlakı faktiki qəbul etməsini təsdiq edən digər hər hansı mötəbər sübut təqdim edilməmişdir. Əksinə iddiaçının miras əmlakı qəbul etməsinə dair təqdim etdikləri mənşəyi və mənbəyi məlum olmayan məlumatlar və sənədlərdir ki, həmin hallar iddianın əsasına qoyula bilməz. Dördüncüsü, məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, id diaçı ailəsi ilə birlikdə başqa yaşayış sahəsində yaşamışdır. Dolayısı ilə onun başqa yaşayış sahəsinin olmamasına dair irəli sürdüyü dəlil uydurma olmaqla öz təsdiqini tapmır. Diqqətə çatdırmaq istəyirəm ki, iddiaçının miras əmlakla bağlım iki mülki işdə təqdim etdiyi şahidlərlə yanaşı, iddianın əsasları da dəyişdirilmişdir. Dolayısı ilə iddiaçı məhkəmənin gedişində aşkara çıxan halları ört-basdır etmək üçün hər icraat üzrə yeni şahidlər və xüsusatlara istinad etmişdir. Lakin məhkəmə buna diqqət yetirməmiş və əsassız iddianı təmin etmişdir. Əgər həqiqət də iddiaçımiras əmlakı qəbul etmiş olsaydı, həmin əmlakdan istifadəni təsdiq edəcək cari sənədlər təqdim etməli, eyni zamanda mübahisəli əmlaka dair sənədlər onda olmalı idi. Lakin nə məhkəmə aydınlaşdırmamış, nə də iddiaçı açıqlıq gətirmə mişdir ki, əgər həqiqətən də uzun müddət həmin sahədən istifadə etdiyi halda sahədən istifadəni təsdiq edən sənədlər və əmlaka sahiblik etmişdirsə, əmlaka dair sənədlər niyə iddiaçıda yoxdur. Bu hal iddinın həllində əhəmiyyət kəsb etsə də məhkəmə bunu nəzərə almamışdır. Bundan başqa, məhkəmə araşdırmamışdır ki, əgər həqiqətən də iddiaçı miras əmlakı qəbul etmiş və digər vərəsələr də bununla razılaşmışdırlarsa, niyə o, yaşayış sahəsinə dair sənədləşmə işlərini vaxtında həll etməmişdir. Digər tərəfdən, iddiaçının təqdim etdiyi xüsusatlarda da ziddiyyət mövcuddur. O, iddia edir ki, atası və anası vəfat edərkən orada olmuş, lakin 2015-ci ildə oranı tərk etmiş, 2019-cu ilədək gəlibgetmişdir. İddiaçının niyə belə etdiyini də məhkəmə aydınlaşdırmamışdır. Bundan başqa, iddiaçıtərəfindən miras əmla ka dair sənədləşmə işlərinin aparılması, miras əmlakın qəbulunun təsdiq edilməsinə dair hərəkətlərin vaxtında edilməməsi qanunla müəyyən edilmiş müddət çərçivəsində baş verməmiş, nəticə etibarilə müddət də ötürülmüşdür. Digər tərəfdən, nəzərə alınmalıdır ki, bu ikinci mülki işdir və iddiaçının eyni tələbi üzrə işə artıq məhkəmələr bir dəfə baxıblar. İddiaçının iddiasının təmin edilməsinə dair rayon məhkəməsinin qətnaməsi yuxarı isntansiya məhkəmələri tərəfindən ləğv edilməklə iddianın rədd edilməsinə dair qərar qəbul edilmişdir. Həmin qərarların preyudisiyallığı ilə yanaşı həmin işlər üzrə fərqli izahatların verilməsi, fərqli şahidlərin təqdim edilməsi də məhkəmənin diqqətindən yayınmışdır. Belələliklə, bu və digər işinmüəyyən edilmiş hallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfində n miras əmlakın faktiki qəbul edilməsi öz təsdiqini tapmır, mötəbər və yetərli sübutlar təqdim edilməmişdir, ona görə iddianın təmin edilməsi və işin bu formada həll edilməsi qanunsuz olmuşdur. Bu baxımdan hesab edir ki, məhkəmənin gəldiyi nəticə əsassız olduğundan, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək göstərmişdir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən yekun məhkəmə aktı çıxarılana qədər məhkəmə tərəfindən ciddi prosessual pozuntulara yol verilmiş, ən əsası iddiaçının iddia ərizəsinin tərtibindən, sübutların təqdim edilməsi və digər məsələlər üzrə prosessual qaydalara uyğun davranmamasına şərait yaradılmışdır. İlk növbədə qeyd olunmalıdır ki, idd ia ərizəsi MPMnin 149, 150, 151-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmiş və əsaslandırılmamışdır. Bu hal iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Belə ki, iddia ərizəsində iddiaçının tələbi düzgün müəyyən edilməmiş və irəli sürülən tələblərə dair müvafiq sübutlara istinad olunmamışdır. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsində mübahisə predmet əmlaka dair düzgün olmayan məlumatlar qeyd edilmiş, üstəlik mübahisə predmeti əmlaka dair müvafiq təsdigedici sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. İşin qəribə tərəfi odur ki, məhkəmə iddia ərizəsini icraata qəbul edərkən mübahisələndirilən əmlakın ümumiyyətlə mövcud olub-olmadığını müəyyən etməmiş, işin daha sonrakı mərhələsində belə iddiaçı və yaxud onun vəkili həmin sənədləri məhkəməyə t əqdim etməmişdir. Mülki işin materiallarında mübahisəli sahənin çıxarışı və həmin sahəyə dair vərəsəlik işinin açılmasına dair notariat qovluğu mövcud deyil. Baxmayaraq ki, məhkəmə sonrakı mərhələdə notariat qovluğunun əldə edilməsini təmin edəcəyini bildirsə də, məhkəmə tərəfindən də bu təmin edilməmişdir. Digər tərəfdən məlum deyil ki, mülki icraat qaydasına görə tərəf sübutu məhkəməyə təqdim edə bilmədiyini əsaslandırmamış və yaxud əsaslandıra bilməmişdir, belə olan halda məhkəmə hansı əsasla tərəfin, yəni iddiaçının əvəzindən həmin sübutu əldə etməyə çalışmışdır. Məhkəmə tərəfindən iş icraata qəbul edildikdən və onlar bu barədə məlumat aldıqdan sonra dərhal işin icraata xitam verilməsinə dair yazılı qaydada məhkəməyə müraciət edərək sübutlarını təqdim etdik və iş üzrə ilk iclasda vəsat ətlərini müdafiə edərək göstərdik ki, hazırkı iddia tələbinin məhkəmə icraatı mümkün deyil, iddia icraata götürülməməli idi, götürülmüşdürsə, icraatına xitam verilməlidir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd edilən tələbi üzrə artıq bir dəfə işə baxılmış və kassasiya instansiyası məhkəməsinin yekun qərarı mövcuddur. Həmin qərar üzrə iddiaçının xeyrinə çıxmış qətnamə ləğv edilmiş və iddia tələbləri rədd edilmişdir. Lakin məhkəmə hazırkı iş üzrə vəsatətə əhəmiyyət verməmiş, onu təmin etməmiş, işə baxmağa davam etmiş, nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. İş üzrə tərəflərindən verilmiş apellyasiya şikayətində qeyd edilən məsələni qaldırmışıq və bir daha vurğulamaq istəyirik ki, hazırkı işə məhkəmə tərəfindən baxıla bilməzdi. Onun əlində hazırda eyni məsələ ilə ba ğlı iki qərar mövcuddur, birinci qərarda iddiaçının iddiası rədd edilmiş və gəmin qərar qanuni güvvəsni almışdır, lakin eyni məsələ ilə bağlı ikinci qərarda iddiaçının iddiası qismən təmin edilir. Bu anlaşılmazdır, ən əsası isə qanuni deyil, prosessual qanunvericiliyin tələblərinə də uyğun deyildir. Apellyasiya şikayətləri üzrə mübahisələndirilən qətnamə lazımi qaydada əsaslandırılmamışdır. Qətnamədən müəyyən olunur ki, hakim iş üzə iddiaçının həqiqətə uyğun olmayan izahatına və qondarma şahidlərin ifadələrinə əsaslanmış, onları işin həqiqi halı kimi qəbul edərək qiymət vermiş, lakin cavabdeh tərəfin təqdim etdikləri sübutlara və iddiaya dair təqdim etdikləri etiraza ümumiyyətlə əhəmiyyət verməmişdir. Halbuki iki ildən çoxdur davam edən proses üzrə istənilən məsələyə tam aydınlıq gətirilmə li, bütün dəlillərə hüquqi qiymət verilməli, hər bir məsələ tam və hərtərəfli araşdırılmalıdır. Lakin belə görünür ki, hazırkı iş üzrə məhkəmə eyni məzmunlu əvvəlki iş üzrə hakimin gəldiyi nəticədən özünü asılı hesab etmiş və onun nəticəsinə bağlılığın nümayiş etdirmişdir. Şahid ifadələrində olan kəskin ziddiyətlər və uyğunsuzluqlara şikaytə əlavənin birinci fəslində detallı şəkildə münasibət bildirilmişdir, hazırda yenidən həmin məsələyə toxunmaq istəmirəm. Hesab edirəm ki, şahid ifadələrinə əsaslanmaqla hazırkı iddianın təmin edilməsi kobud qanun pozuntusuna bərabər olmuşdur, çünki şahid ifadələri uydurmadır, şahidlər iddiaçının verdiyi məlumatlar əsasında ifadə vermişlər və hər hansı müstəqil fikirə sahib olmayan şəxslərdir, ən əsası isə onlar işin nəticəsində maraqlı olan şəxslədir. Məhkəmə tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməməsinə dair apellyasiya şikayətində olan mövqeyimizi müdafiə etməklə əlavə olaraq qeyd etməliyik ki, ilk növbədə şahid ifadələrinə tənqidi yanaşmalı olan məhkəmə bunu etməyərək, iddiaçı tərəfindən sübut adı ilə təqdim edilmiş digər sənədləri və yaxud sübutları da qiymətləndirməmiş, onların mənşəyini müəyyən etməmiş, işə aidiyyətini yoxlamamış, hansı informasiya yükü daşıdığını müəyyən etməmiş, nəticə etibarilə məsələyə aid olmayan müəyyən fikir yaratmaq üçün təqdim edilmiş sübutlar qəbul edilməklə işin əsasına qoyulmuşdur. Sübutların mümkünlüyünün yoxlanılmaması, işə aidiyyətinin müəyyən edilməməsi həmin iş üzrə qanuni qətnamənin çıxarılması ilə nəticələnə bilməz. Məhkəmə tərəfindən iş üzrə maddi və prosessual hüquq normalarının tətb iqində də səhvə yol verilmişdir. Düzdür iddiaçı tərəf eyni iddianı iki dəfə verməsinə baxmayaraq iddianın hüquqi əsasını tapmaqda çətinlik çəkir, baxmayaraq ki, peşəkar hüquqi yardımla təmin olunur, eyni səhvlər təkrarlanır və işə aidiyyəti olmayan maddi hüquq normalarına istinad olunur. Lakin çox təəssüflə qeyd olunmalıdır ki, məhkəmə tərəfindən də maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iş üzrə düzgün olmayan maddi hüquq normalarına istinad olunmuş, ən əsası isə iddiaçının tələbinə mübahisənin yarandığının iddia olunduğu vaxtda qüvvədə olan mülki məcəllənin müddəaları düzgün tətbiq edilməklə, iddiaya müddət tətbiq edilməli və onun rədd edilməsinə dair qətnamə çıxarılmamışdır. İddiaçı mirası faktiki qəbul etdiyini iddia etsə də mirasın qəbulu və ona sahibliyin nədə ifadə o lunması açıq şəkildə göstərilməmiş və yaxud bu iddiası lazımi qaydada əsaslandırılmamışdır. İddiaçının dedikləri mülahizədən o tərəfə getmir və hər hansı mötəbər sübutla təsdiq edilmir. Məhkəmə əmlaka dair mübahisəni mülahizə əsasında həll edə bilməz. Ümumilikdə hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən ciddi prosessual pozuntulara yol verilmişdir, işin keçirilməsi, iclas qaydasında əməl olunması, tərəflərin izahatlarının alınması, sübutların tədqiq edilməsi və sair kimi bu tələblərə əməl edilməmiş, iddiaçının izahatı alınmamış, birbaşa çıxışlara keçilmiş, iddiaçıya suallar vermək imkanı təmin olunmamış, nəticə etibarilə ciddi qanun pozuntularına yol verilmişdir. Bu baxımdan çıxarılmış qətnamə qanuni hesab edilə bilməz, qanuni olmayan qətnamə qüvvədə qala bilməz, hüquq yarada bilməz.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 aprel 2025-ci il tarixli, 2(103)1678/2025 nömrəli qətnaməsi ilə (hakimlər Azad İmanov sədrlik edən, məruzəçi, Məmməd Məmmədov və Fuad Talışinski) iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e2(**3)-2406/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir və məhkəmə müəyyən e dilmiş faktlar tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiya iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, iddianın “miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri, 7 saylı notariat kontorunun notariusunun üzərinə vəzifə qoyulmasına dair hissəsinə” münasibətdə qeyd etmişdir ki, iddia tələbi göstərilən hissədə əsassızdır. Belə ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi notariat kontorlarının vəzifələrindən biridir.
26. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məs uliyyətə səbəb olur.
27. Məhkəmə kollegiyası cavabdehin apelliyasiya şikayətinin iddiaçı tərəfindən təqdim edilmiş şahid ifadələrinin mötəbər olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə dinidirilmiş şahidlərin ifadləri işin digər halları ilə təsdiq olunduğundan, apellyasiya şikayətinin qeyd edilən dəlili əsassız olmaqla təmin edilə bilməz.
28. Belə ki, Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə cavab vermək üçün məhkəmə ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birincisi, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikincisi, şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi məhkəmənin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Hazırkı iddia tələbi üzrə dindirilmiş şahidlər yalnız mübahisə predmeti olan əmlakın yerləşdiyi yerə yaxınlıqda yaşamaqla iş üçün əhəmiyyətli olan hallar barədə vermiş olduqları ifadələri işin digər halları ilə də təsdiq olunur.
29. Məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavasində qeyd edilən dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, tərəflərin iştirak etdikləri bundan əvvəlki mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə m üəyyən edilmişdir ki, hazırkı iş üzrə iddia tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olması mübahisəsizdir. İşə baxan məhkəmənin vəzifəsi cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmadığını müəyyən etməkdən ibarətdir.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə tələb vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi olduğundan mirasa sahiblənməklə adına vərəsəlik şəhadətnaməsi və çıxarış verilmiş cavabdeh bu tələbə cavab verməli olan şəxs, yəni cavabdeh ola bilər. Lakin, cavabdeh iş üzrə cavabdeh qismində göstərilməmiş və ona qarşı tələb irəli sürülməmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktlarından göründüyü kimi, tələb düzgün olmayan cavabdehə qarşı yönəlməsi əsası ilə iddia rədd edildiyindən, iddiaçı cavabdehə qa rşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və onun bu huququ məhdudlaşdırıla bilməz.
31. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı iddia tələbinin xahiş etdi hissəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab etmişdir.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tələbin xahiş etdi hissəsinə dəqiqləşdirmə aparılmasını iddiaçıya təklif etməli olduğu halda, bunu etməsə də bu halı prosessual qənaətlilik prinsipi baxımından, həmçinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Belə ki, iddia tələbinin əsaslanıdırıl ması və işin halları tələbin əsası məhz qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsinə dəalət edir.
33. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 129-cu; mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Mülki Məcəllənin 527, 528, 532, 552, 554, 561, 562 və 566-cı; hazırda qüvvədə olan Mülki Məcəllənin 337.1 və 337.4-cü; habelə Mülki Prosessual Məcəllənin 14.2, 88, 119.1, 217.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qər ar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı atasının ölümündən uzun müddət əvvəldən, yəni 2015-ci ilədək fasiləsiz olaraq miras əmlakda yaşamış, bu fakt işin mübahisələndirilməyən halına çevrilmişdir. Məhkəmə bu halı əsaslandıra bilməmiş, eyni zamanda öz qətnaməsində heç bir hüquqi qiymət verməmişdir. Nəinki bu sübuta ümumiyyətlə apellyasiya şikayətimdə qeyd etdiyim dəlillərə qiymət verməmişdir. Qeyd edim ki, Bakı İnzibati Məhkəməsində iş üzrə xx.xx.2024-cü il tarixində iddiaçı tərəfindən təqdim edilən və şəxsən imzalanan etiraz ərizəsində qeyd olunur: “Hörmətli Məhkəmə sözügedən yaşadığım mənzil xx.xx.1993-cü il tarixli Xəzər rayon İcra Hakimiyyəti Başçısının “Vətəndaşın fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” sərəncamı ilə vəfat etmiş həyat yoldaşım X33 ayrılmışdır. Hal-hazırda sərəncam verildiyi dövürdən həmin ünvanda övladlarımla birlikdə yaşayıram. Sözü gedən mənzilin tikintisi ilə bağlı rayon icra hakimiyyətinin memarı tərəfindən təsdiqlənmiş layihədə mövcuddur. Bundan əlavə yaşadığım mənzilin elektrik, qaz sayğacları da mövcuddur ki, hər ay komunalxərclər ödənilir.” Açıq-aşkar göründüyü kimi, iddiaçı özü miras əmlak olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evində yox, vəfat etmiş həyat yoldaşı X33 ayrılmış torpaq sahəsi üzərində inşa edilmiş ünvan 6 ünvanında yerləşən özbaşına tikilidə sərəncam verildiyi dövürdən etibarən övladları ilə birlikdə yaşadığını, yaşadığı mənzilin hər ay komunal xərclər ödədiyini et iraf etmişdir. Qeyd etdiyim etiraz ərizəsini məhkəməyə təqdim etməyimə baxmayaraq, məhkəmə nəinki həmin etiraz ərizəsini nəzərə almamış, hətta iddiaçının “fasiləsiz” olaraq miras əmlakda yaşamağını mübahisələndirilməyən hal kimi qiymətləndirmişdir. Göründüyü kimi, məhkəmənin yanaşması tamamilə qanuna və sübutlara ziddir. Nəzərinizə çatdırıram ki, iddiaçı notariat orqanına müraciət etməyərək qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Həmçinin özünün etiraf etdiyikimi 1993-cü ildən etibarən ünvan 6 ünvanında yaşayaraq mənzilə faktiki sahiblikdə etmədiyini göstərmişdir. Maraqlısı budur ki, iddiaçı özü etiraf edərək 1993-cü ildən etibarən miras əmlakda yox başqa əmlakda yaşadığını qeyd etməyinə baxmayaraq, məhkəmə iddiaçının 2015-ci ildən etibarən fasiləsiz şəkildə miras əmlakda yaşadığını i ddia edir. Bundan əlavə, iş materiallarında olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktub sübut edir ki, ünvan 7 ünvanına xx.xx.1995-ci il tarixdə çəkilmiş və əvvəlcə Məryəm Babayevanın adına rəsmiləşdirilmiş ***-**-** saylı telefon nömrəsi, daha sonra 19.11.2**8-ci ildə vərəsəlik şəhadətnaməsi əsasında X18 adına keçirilmişdir. Bu fakt, bir tərəfdən, Abgül Babayevin həmin əmlakı vərəsəlik yolu ilə qəbul etdiyini və istifadə etdiyini hüquqi və maddi sənədlərlə sübut etdiyi halda, digər tərəfdən, iddiaçının bu ünvanda uzun müddət faktiki yaşaması iddiasının obyektiv heç bir sənədlə, o cümlədən rabitə xidmətləri üzrə müqavilə, ad dəyişiklikləri və ya xidmət haqqı ödənişi ilə təsdiq olunmadığını göstərir. Əks inə, məktubda qeyd edildiyi kimi, telefon xidməti xx.xx.2016-cı il tarixindən borca görə ləğv olunmuşdur. Halbuki, iddiaçı iddia edir ki, o, həmin ünvanda yaşayıb. Bu halda gözlənilən olardı ki, xidmətin istifadəçisi dəyişdirilsin, yəni iddiaçının adına yenidən rəsmiləşdirilsin. Lakin bu baş verməmişdir. Daha önəmlisi, hazırda mübahisəli əmlaka dair 14** manat məbləğində yığılıb qalmış işıq pulu borcu mövcuddur. Əgər iddiaçının iddia etdiyi kimi, o, həmin ünvanda fasiləsiz yaşamış və bu əmlakı faktiki istifadə etmişdisə, bu qədər yüksək məbləğdə borcun yığılması və xidmətlərin kəsilməsi məntiqə uyğun deyil. Bu hallar onu göstərir ki, iddiaçının faktiki istifadə ilə bağlı təqdim etdiyi mövqe yalnız subyektiv mülahizələrə əsaslanır və obyektiv sənədlərlə təsdiq olunmur. Bu sübutlar eyni zama nda, şahid ifadələrinin də reallıqla uyğunlaşmadığını və məhkəmənin həmin ifadələri obyektiv qiymətləndirmədən əsas qərar verməsinin qanuna uyğun olmadığını göstərir. Nə birinci instansiya məhkəməsi, nədə ki, apellyasiya məhkəməsi mərhum atam X18 adına verilmiş 19 noyabr 2**8-ci il tarixli vərəsəlik şəhadətnaməsini də görməzdən gəlmiş və qeyd olunan halı da araşdırmamışdır. Bundan əlavə, mübahisəli əmlaka dair hüquq müəyyənedici sənədlər – yəni, evin çıxarışı və digər mülkiyyət sənədləri mərhum atam X19 olub. Halbuki iddiaçı məhkəmədə təqdim etdiyi ifadələrində guya valideynləri – Hacıbaba Babayev və Məryəm Babayeva rəhmətə gedəndə artıq həmin evdə yaşadığını və onlara özü baxdığını iddia edir. Bu halda haqlı sual yaranır: əgər iddiaçının dediyi kimi, o, valideynlərinin ölümündən əvvəl h əmin evdə yaşayır, onlara baxır və həmin evə faktiki sahiblik edirdisə, nə üçün hüquq müəyyənedici sənədlər məhz Abgül Babayevdə idi? Belə ciddi hüquqi əhəmiyyət kəsb edən bir məsələdə sənədlərin başqa şəxsin əlində olması, iddiaçının əmlak üzərində nə hüquqi, nə də faktiki mülkiyyət iradəsinin olmadığını açıq şəkildə göstərir. Üstəlik, iddiaçının bu sənədlərin mövcudluğuna uzun illər ərzində heç bir hüquqi etiraz etməməsi, onun indiki iddiasının sonradan qurulmuş, sübutlarla dəstəklənməyən mövqe olduğunu göstərir. Daha sonra Cavabdeh2 adına çıxarışın alınması zamanı 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşları dəfələrlə həmin evə baxış keçirmiş, evin şəkillərini çəkmiş, müvafiq rəsmi prosedurları yerinə yetirmişlər. Əgər iddiaçının dediyi kimi, o, həmin dövrdə bu evdə faktiki olaraq yaşayırd ısa, bəs nədən çıxarış verilməsi zamanı evə gələn əməkdaşlara etiraz etməmiş, polisə və ya məhkəməyə rəsmi şəkildə müraciət etməmişdir? Bu isə bir daha göstərir ki, iddiaçının təqdim etdiyi “faktiki istifadə” versiyası real vəziyyəti əks etdirmir. Bundan əlavə, xüsusi olaraq vurğulanmalıdır ki, nə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsi, nə də Bakı Apellyasiya Məhkəməsi iş üzrə mövcud olan notariat sənədləri ilə tanış olmamış, o cümlədən iş materiallarına mülkiyyət hüququnu təsdiq edən çıxarış əlavə edilməmişdir. Belə ki, mülki mübahisənin predmeti olan hüquq münasibətlərinin düzgün hüquqi qiymətləndirilməsi üçün zəruri olan sənədlər – xüsusilə, notariat qaydasında təsdiq olunmuş hüquqi faktları əks etdirən sübutlar – məhkəmələr tərəfindən nə araşdırılmış, nə də hərtərəfli təhlil edilmişdir. Hə mçinin, mənim tərəfimdən bu halların mövcudluğu məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası həmin halları qətnamələrində hüquqi əhəmiyyət kəsb edən amil kimi qiymətləndirməmiş, onların iş üzrə hüquqi nəticələrə təsirini müzakirə etməmişdir. Nəzərinizə onu da çatdırmaq istəyirəm ki, qətnamədə əks olunmuşdur ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, nümayəndəlik tərəfindən iddiaçıya xx.xx.2022- ci il tarixdə verilən arayış Bakı şəhəri, 40 saylı notariat ofisindən qonşular tərəfindən imzalanmış akta əsasən verilmişdir. Aktda göstərilənlərə əsasən Bakı şəhəri, Şüvəlan qəsəbəsi İ.Muradov küçəsi 21 saylı evdə qeydiyyatsız yaşayan iddiaçının mərhum atası X1 və onun ölümündən sonra orada yaşayıb. Qeyd etmək lazımdır ki, məhkəmə tərəfindən sübut kimi qəbul edilən bu akt – yuxarıda da qeyd olunduğu kimi – yalnız bir qonşu və qohumlar tərəfindən imzalanmışdır. Əgər iş materiallarında bu faktı təsdiq edən əlavə sübutlar mövcud deyilsə, sadəcə qonşuların imzası ilə tərtib edilmiş aktın sübut dəyəri hüquqi baxımdan şübhə doğurmalıdır. Sübutların hüquqi qiymətləndirilməsi zamanı əsas prinsiplərdən biri onların etibarlılığı, obyektivliyi və tutarlılığıdır. MPM-in (və ya digər müvafiq qanunvericilik aktlarının) müddəalarına əsasən, istənilən sübut məhkəmənin vicdani əqidəsinə əsasən qiymətləndirilməlidir. Ancaq bu qiymətləndirməfaktların yalnız bir tərəfin təqdim e tdiyi və subyektiv mövqedən çıxış edən şəxslərin (bu halda qonşuların) ifadələrinə və ya imzalarına əsaslanarsa, sübutun obyektivliyi zərbə ala bilər. Əgər akt müvafiq araşdırma olmadan, yalnız şəxsi müşahidələrə əsaslanaraq tərtib edilibsə və bu müşahidələri təsdiq edən maddi, foto-video və ya digər sənədi sübutlar mövcud deyilsə, bu halda aktın sübut qüvvəsi yalnız nisbixarakter daşıyır. Həmçinin, hüquqi nəzəriyyədəvə məhkəmə təcrübəsində formalaşmış mövqeyə görə, tək mənbədən qaynaqlanan sübutlar, xüsusilə də şəxsi münasibətlərin təsiri altında verilmiş ifadələr və ya imzalanmış sənədlər, müstəqil və obyektiv sübut kimi qəbul edilməməlidir. Bu səbəbdən, belə aktın yalnız digər sübutlarla birlikdə təqdim olunması onun hüquqi çəkisini artırar və məhkəmənin obyektiv qərar verməsinə imkan y aradar. Əlavə olaraq qeyd edilməlidir ki, məhkəmə iclasında dindirilmiş şahidlərin akta imza atmış şəxslərlə eyni insanlar olması məsələnin sübut dəyəri baxımından ciddi suallar doğurur. Belə ki, məhkəmədə 4 nəfər şahid ifadə vermişdir və həmin 4 nəfərin 3-ü iddiaçı ilə qohumluq əlaqəsindədir, 1 nəfər qonşu isə iddiaçının oğlu ilə yaxın dostluq münasibətində olan şəxsdir. Bu kimi hallar şahid ifadələrinin obyektivliyini və etibarlılığını şübhə altına alır. Belə ki, şahidlərin ifadələrinin sübut kimi qəbul edilməsi üçün onların ifadələrinin qərəzsiz, obyektiv və iş üzrə tərəflərlə şəxsi maraq və ya münasibət əsasında təhrif edilməmiş olması mühüm əhəmiyyət kəsb edir. Şahidin iş üzrə tərəflərlə yaxın qohumluq və ya dostluq münasibətində olması, onun ifadəsinin qərəzli ola biləcəyi ehtimalı nı doğurur və bu da həmin sübutun müstəqil və obyektiv sübut kimi qəbul edilməsinə əngəl törədə bilər. Bu baxımdan, iddiaçının yaxın çevrəsinə daxil olan şəxslərin ifadələri digər obyektiv sübutlarla dəstəklənmədiyi halda, təkbaşına işin halları üzrə qənaət formalaşdırmaq üçün yetərli hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, hüquqda sübutlar sistemi– müxtəlif və müstəqil mənbələrdən əldə edilmiş məlumatların uyğunluğu və bir-birini təsdiq etməsi üzərində qurulmalıdır. Əks təqdirdə, bu, bir tərəfin maraqları əsasında formalaşdırılmış süni bir sübut mənzərəsi yaradır ki, bu da ədalətli məhkəmə araşdırmasının prinsiplərinə ziddir. Son olaraq vurğulamaq gərəkdirki, şəxsi münasibətlərin təsiri altında verilmiş ifadələrin obyektiv və tərəfsiz sübut kimi qəbul edilməsi yalnız istisna hallard a, onların iş üzrə digər, qərəzsiz sübutlarla təsdiqləndiyi halda mümkündür. Bundan əlavə qətnamədə qeyd edilmişdir ki, evin təsərrüfat və təmir işləri, o cümlədən, kommunal xərclər üzrə ödənişlər iddiaçı və onun ailə üzvləri tərəfindən həyata keçirilmişdir. Başqa sözlə, İddiaçı mirası qəbul etməsi üçün mütləq notariat ofisinə müraciət etməsi məcburi şərt olmamışdır. Təkrar olaraq vurğulanmalıdır ki, işin materialları arasında yuxarıda qeyd olunan halları obyektiv şəkildə təsdiqləyən heç bir maddi və ya digər növ sübut mövcud deyildir. Məhkəmənin gəldiyi nəticə, sadəcə iddiaçının şəxsi izahatına və onunla yaxın qohumluq və ya dostluq münasibətlərində olan şəxslərin verdiyi ifadələrə əsaslanır. Bu isə hüquqi baxımdan yalnız subyektiv mülahizələrə əsaslanan yanaşma hesab edilə bilər. Həqiqət də isə qeyd olunan kommunal xərclər üzrə işıq puluna görə 14** (min dörd yüz) manat məbləğində borcun mövcudluğu göstərir ki, iddiaçının həmin əmlakdan uzun müddət istifadə etməsi və kommunal öhdəlikləri yerinə yetirməsi iddiası həqiqətə uyğun deyil. Əgər iddiaçı doğrudan da uzun müddət ərzində həmin əmlakı idarə edir və xərcləri qarşılayırdısa, bu qədər borcun yaranması izah olunmaz qalır. Bu məqamlar onu göstərir ki,məhkəmə iddiaçının mirası faktiki qəbul etməsi barədə hüquqi nəticəyə gələrkən, iş üzrə maddi və sübutedici halları lazımi şəkildə araşdırmamış, kommunal borc kimi mühüm elementləri nəzərə almadan qətnamə çıxarmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq 01 Sentyabr 2**0-ci il tarixəd ək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
38. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
39. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir.
40. Maddə
552. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
41. Maddə
554. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən hə min müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər.
42. Maddə
561. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
44. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasl a keçir.
45. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
46. Maddə 1159.1, 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar.
47. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
48. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublik asının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyə tli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv ed ilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instans iyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
60. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
61. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdi yini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
62. Belə ki, apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq müəyyən etimişdir ki, miras qoyan X25 xx.xx.1994-cü il tarixdə ölmüşdür. X15 birinci növbə vərəsələri- arvadı X20, oğulları: X26, X27, qızları İddiaçı, X11, X5, X14, X23, X4r.
63. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq həmçinin müəyyən etmişdir ki, X20 xx.xx.1999-cu ildə, X27 xx.xx.2020-ci ildə, X5 xx.xx.2011-ci ildə ölmüşlər. Miras əmlak Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, İ.Muradov küçəsində yerləşən ümumi sahəsi 80.80 kv.m olan 21 nömrəli fərdi yaşayış evindən və həmin ünvanda yerləşən ümumi sahəsi 0.064020 ha olan torpaq sahəsindən ibarət olmuş və həmin miras əmlaka dair notariat orqanı tərəfindən cavabdehin adına xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir.
64. İddiaçının hazırkı tələbi ondan ibarətdir ki, sözügedən miras əmlaka dair cavabdehin adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə rəsmiləşdirilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri pozulmuş və nəticədə o, atasından miras qalmış vərəsəlik payından məhrum olmuşdur.
65. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin irəli sürdüyü arqumentlərlə razılışmayaraq müəyyən etmişdir ki, iddiaçı atasının ölümündən uzun müddət əvvəl, yəni 2015-ci ilədək fasiləsiz olaraq miras əmlakda yaşamışdır. Belə ki, iddiaçı miras qoyanatası X1 və onun ölümündən sonra əri, uşaqları ilə birlikdə miras əmlakda yaşamış və qanunla nəzərdə tutulmuş qaydada mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə ilə müraciət etməsə də, mirası faktiki qəbul etdiyini nümayiş etdirmiş və həmin mirasın qəbulundan imtina etməmişdir.
66. Qanunun tələbinə görə, qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)miras əmlaka bərabər pay hüquqlu birinci növbəli vərəsələr sayılırlar.
67. Belə olan halda kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razalaşmır və hesab edir ki, mərhum X10 miras qalmış sözügedən əmlaka, mərhum X18 qızı olan cavabdehlə yanaşı, iddiaçının da vərəsəlik payları vardır. Lakin, mərhum X18 vərəsəsi sayılan qızı- cavabdeh miras əmlakın qəbulu barədə notariusa ərizə verərək birinci növbəli digər vərəsələrin olmasını gizlədərək bütövlükdə miras əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və həmin Şəhadətnamə əsasında mülkiyyət hüququna dair Çıxarış almış və bununla da yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini pozmuşdur.
68. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələb lərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 aprel 2025-ci il tarixli, 2(103)-1678/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.