Məhkəmə qərarları › İş №2(102)-2843/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2843/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2843/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Siyəzən Rayon Dövlət Notariat Ofisi və Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tutmanın ipoteka predmetinə yönəldilməsi barədə notariusun icra qeydinin etibarsızlığı, kassasiya instansiyası məkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Siyəzən Rayon Dövlət Notariat Ofisi və Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-768/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Borcverən Bank "xxxx" ASC 13 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcalan İddiaçı 60 ay müddətində illik 8 faizlə 250000 manat məbləğində kredit vermişdir. Borcalan həmin kreditdən biznes məqsədilə istifadə etməyi və onu 12 ay güzəşt müddəti daxil olmaqla, 13 may 2024-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit öhdəliyinin təminatı kimi Bank "xxxx" ASC ilə zamin X3 arasında 13 may 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış və bu müqaviləyə görə zamin eyni tarixli kredit müqaviləsi üzrə borcun tam və keyfiyyətli icrası üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

2. AKİADG-00002-15/19A nömrəli, 13 may 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan "xxxx" ASC müqavilənin 1.2-ci bəndində qeyd olunmuş kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14 mart 2019 tarixdə 1 nömrəli reyestr kitabında, 33 nömrəli vərəqində **********40-12301 reyestr, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ASC -yə məxsus Siyəzən şəhərinin Xətai küçəsində 149 saylı ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni ipoteka saxlayan Bank "xxxx" ASC-yə ipotekaya qoymuşdur.

3. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14 may 2019-cu il tarixli çıxarışa əsasən 13 may 2019-cu il tarixli kredit müqaviləsində nəzərdə tutulan öhdəliyin təminatı kimi “ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə Bank "xxxx" ASC qarşısında yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır.

4. Borc haqqında 20 sentyabr 2022-ci il tarixli arayışa əsasən İddiaçı Bank "xxxx" ASC-yə 20 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 253781,02 manat borcu vardır. Eyni zamanda, borcalan kredit borcundan sonuncu dəfə 10 may 2022-ci il tarixdə 5000 manat ödəniş etdikdən sonra bu ödənişləri dayandırmışdır.

5. Bank "xxxx" ASC tərəfindən ipotekaqoyan "xxxx" ASC-yə, zamin X1 və borcalan İddiaçı 22 sentyabr 2022-ci il tarixli bildirişlə məlumat verilərək, banka ödənilməli olan kredit və faiz borclarının ödənilmə müddətləri pozulduğu üçün icranı təmin etmək məqsədilə borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir.

6. Bank "xxxx" ASC tərəfindən İddiaçı məlum ünvanlarına “Atlas Ekspress” poçt xidməti vasitəsilə 22 sentyabr 2022-ci il tarixli, 229161 və 229162 nömrəli xəbərnamələrlə icra qeydi barədə bidirişlər göndərilmişdir. 229161 nömrəli poçt xəbərnaməsi İddiaçı ünvan 2 ünvanında yaşama ması səbəbindən çatdırılmasa da, 229162 nömrəli poçt xəbərnaməsi ilə göndərilmiş digər bildirişin İddiaçı yaşadığı Bakı şəhərinin Nizami rayonundakı İ.Məmmədov küçəsində yerləşən 7 saylı evin 63-cü mənzilində 23 sentyabr 2022-ci il tarixdə təqdim edilməsi təmin edilmişdir.

7. Siyəzən rayon dövlət notariat ofisinin notariusu vəzifəsini icra edən Nümayəndə1 tərəfindən 26 oktyabr 2022-ci il tarixdə reyestrdə 8İ-2175 nömrə ilə qeyd edilmiş icra qeydi verilmişdir. “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” həmin icra qeydinin surətinə əsasən ipoteka saxlayan Bank "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan "xxxx" ASC-yə məxsus ipoteka predmeti olan Siyəzən şəhərinin Xətai küçəsində 149 saylı ünvanda yerləşən əmlaka İddiaçı 238196,40 manat əsas, 3674,80 manat faiz, 11909,82 manat dəbbə pulu olmaqla, cəmi 253781,02 manat borcuna görə tutma yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Siyəzən Rayon Dövlət Notariat Ofisi (bundan sonra “cavabdeh” və ya “Notariat Ofisi”) və Bank "xxxx" ASC-yə (bundan sonra “cavabdeh” və ya “Bank”) qarşı iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi belə əsaslandırılmışdır ki, kredit müqaviləsinin öhdəliyinin icrası iddiaçı tərəfindən mütəmadi icra olunsa da, ölkədə baş vermiş pandemiya nəticəsində müqa vilə öhdəliyi üzrə icra olunacaq işlərdə problemlər yarandığına görə öhdəliyin icrasında müəyyən səbəblərdən dolayı yubanmalar baş vermişdir. Bank tərəfindən 2021-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsində kredit və ipoteka müqaviləsindən irəli gələn mübahisələr üzrə iddia qaldırılmış, məhkəmə gedişi zamanı tərəflər arasında şifahi razılaşma mövcud olduğundan, Bank tərəfindən verilmiş iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri götürülməsi barədə məhkəməyə ərizə ilə müraciət edilmiş, məhkəmə müraciəti təmin etmişdir. Hazırkı vəziyyətdə Notariat Ofisi tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Siyəzən rayon icra və probasiya şöbəsinə 26 oktyabr 2022-ci il tarixli icra qeydi verilmiş, “ünvan 3 ünvanda yerləşən əmlaka tutma yönəldilmiş və bununla bağlı öhd əliyi müəyyən edən müqaviləyə əsasən vaxtında ödənilməmiş 238196,40 manat əsas, 3674,80 manat faiz, 11909,82 dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 253781,02 manat müəyyən edilmişdir.

10. Notariat Ofisi tərəfindən 26 oktyabr 2022-ci il tarixdə verilmiş icra qeydi qanunsuz və əsasız olmaqla, heç bir hüquqi nəticə yaratmır, icra qeydində yazılanlar həqiqəti əks etdirmir. Belə ki, Notariat Ofisi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli icra qeydinin verilməsindən iddiaçı xəbərsiz olmuş, kredit və ipoteka müqaviləsi tərəflərin razılığı və ya məhkəmə qaydasında ləğv edilməmişdir. Notariat Ofisi Bankın təqdim etdiyi sənədləri, mübahisənin olub-olmamasını aydınlaşdırmadan icra qeydi vermişdir. Bankın tələb etdiyi məbləğ qanunsuzdur və qəsdən şişirdilmişdir. Bankın təqdim etdiyi sənədl ər əsasında icra qeydi verilərək, normal məhkəmə araşdırmasına vaxt itirməmək kimi yeni təcrübə formalaşdırılmağa çalışılmışdır. Bank kredit sazişi üzrə məhkəmə münasibətlərindən çəkinərək qanunsuz icra qeydinin verilməsinə nail olmuşdur. Bankla iddiaçı arasında mübahisə olduğundan bu mübahisə yalnız məhkəmə qaydasında öz həllini tapa bilər.

11. Qanunvericilik bəzi tələblər o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qaydada – notarius tərəfindən icra qeydi verilməklə, tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq, belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və bo rclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olmasının notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda mövcud qanunvericiliyə əsasən sadalanan tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktl arın tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsinin olması, habelə bu sənədlər notariat orqanında saxlandığı üçün borclu tərəfindən mübahisələndirildiyi halda sadalanan məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsinin notariat orqanlarının üzərinə düşməsi nəzərə alınmalıdır.

12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 373-cü, “Notariat haqqında” Qanununun 76-cı, maddələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161, 162-ci bəndlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 2-ci bəndinə istinad etmişdir.

13. Birinci i nstansiya məhkəməsində iddiaçı iddia tələbini müdafiə edərək, əlavə olaraq göstərmişdir ki, Bank borcla əlaqədar Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, orada həmin mübahisəyə baxılmış, lakin, həmin ərəfədə bankla danışıqlar aparılması nəticəsində qarşılıqlı razılaşma əldə olunmuşdur. Yəni, indiyə kimi bankdan da onları aldatmaq niyyətlərinin olmaması müşahidə edilmişdir. Bankla razılaşma əsasında hər ay əsas borcdan silinmək şərtilə 3000 və ya 5000 manat vəsait ödəməli olmuşlar. Çünki dəbbə pulu həmin vaxt 50000 manat hesablanmışdı. Bundan əlavə, iddiaçı tərəfindən yenidən ödənişlər edilməyə başlandıqda o, borcun dəbbə və faizdən silinməsini müşahidə etmişdir. Hazırda Bankın marağı ipoteka predmetini onların əlindən almaqdır. İddiaçı 22 sentyabr 2022-ci il tarixli icra qeydi haqqında bildirişi olduğu ünvanda yaşamadığı üçün almamış, bildiriş gəlsə belə, həmin ünvana aparılmışdır. Həmçinin hansısa məqamda hansısa sənədi, o cümlədən məktubu alsa belə, ola bilər, onu oxumamış, içərisində yazılanları bilməmiş və ya fikir verməmiş, icraya yönəldilmə ilə əlaqədar olmasını düşünməmiş, habelə icra qeydinin məhkəmədən kənar aparılmasından məlumatsız olmuşdur.

14. Birinci instansiya məhkəməsində Notariat Ofisinin notariusu vəzifəsini icra edən Nümayəndə1 iddiaya etiraz edərək bildirmişdir ki, tərəfindən 26 oktyabr 2022-ci il tarixdə icra qeydi tərtib edilmiş, Bankın tələbi ilə ipoteka qoyan "xxxx" ASC-yə məxsus ipoteka predmeti olan Siyəzən şəhərinin Xətai küçəsində 149 saylı ünvanda yerləşən əmlaka İddiaçı 238196,40 manat əsas, 3674,80 manat faiz, 11909,82 manat dəbbə pulu olmaqla, cəmi 253781,02 manat borcuna görə tutma yönəldilmişdir. Qeyd olunan icra qeydi tərtib olunarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarına əsasən qeydin mübahisəsiz olmasını təsdiq edən sənədlər də toplanmışdır. Belə ki, notariat ofisinə tutma yönəldilmiş əmlak barədə hüquq müəyyənedici sənəd, daşınmaz əmlakın dövlət reyestr xidmətində dövlət qeydiyyatına alınması barədə arayış, 13 may 2019-cu il tarixli ipoteka müqaviləsi, icra qeydinin tərtib olunması üçün Bankın idarə heyəti tərəfindən səlahiyyətli nümayəndəyə verilmiş etibarnamə, 22 sentyabr 2022-ci il tarixli bildiriş, həmçinin bu bildirişin iddiaçı və "xxxx" ASC-nin nümayəndəsi tərəfindən qəbul olunmasına dair sənədlər təqdim edilmişdir. Bundan əlavə, "xxxx" ASCnin fəaliyyətinin müvəqqəti dayandırılmasına əsas olmuş sənəd olsa belə, bu, tutmanın yönəldilməməsinə əsas verməmişdir. Eyni zamanda iddiaçıya, "xxxx" ASC-yə və Rəhman İsmayılova 26 may 2021-ci il tarixdə verilmiş pretenziya məktubu göndərilmiş, bu məktub da Notariat Ofisinə təqdim edilmişdir. Bank tərəfindən notariat ofisinə təqdim edilmiş maliyyə arayışından da göründüyü kimi iddiaçı tərəfindən kredit ödənişləri 11 iyun 2019-cu il tarixdən etibarən icra edilməyə başlanılsa da, sonuncu ödəniş 10 may 2022-ci il tarixdə 5000 manat həcmində olmuş və bundan sonra dayanmışdır. Həmçinin özü də kredit müqaviləsinin qüvvədə olub-olmaması ilə əlaqədar elektron sistem vasitəsilə müvafiq yoxlama aparmış və icra qeydini vermiş, bu zaman hər hansı bir mübahisəli hal müşahidə etməmişdir. Beləliklə, icra q eydi onun tərəfindən tam qanuna müvafiq tərtib edilmişdir.

15. Siyəzən Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(059)-73/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Bəylər Ələkbərov)

16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunverciliyin tələbinə görə ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlər ipoteka qoyanın və müqavilədə qeyd olunan digər şəxsin ünvanına göndərilməlidir. Təminatlı kredit müqavilələri üzrə icra qeydinin verilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi ilə başlanılır. Hazırki iş üzrə belə bildirişlər 22 sentyabr 2022-ci il tarixdə Bank tərəfindən əsas borcluya, yəni iddiaçıya göndərilmiş, habelə ünvan 4 ünvanına göndərilmiş bildiriş iddiaçının qeyd olunan ünvanda yaşamaması səbəbindən çatdırılmasa da, ünvan 6 saylı evin 63-cü mənzilinə göndərilmiş bildirişin 23 sentyabr 2022-ci il tarixdə iddiaçıya təqdim edilməsi təmin edilmişdir. 17. “İpoteka haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin tələblərindən də aydın olur ki, bildiriş poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra çatdırılmış sayılır, bu hal sonrakı addımların atılmasına imkan verir. Bildirişin alınıbalınmamasından asılı olmayaraq, bu halda bankın icra qeydinin verilməsi üçün notariusa müraciət etmək hüququ yaranmış olur.

18. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən faktiki hallarına əsasən hesab etmişdir ki, mübahisə predmetini təşkil edən icra qeydi qanunvericiliyin tələblərinə uyğun verilmiş, onun etibarsız hesab edilməsi üçün əsaslar yoxdur.

19. Birinci instans iya məhkəməsi eyni zamanda tələb üzrə iddia müddətinin keçməsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə Bank arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri 13 may 2019-cu il tarixdən yaranmış, öhdəliyin icrası müddəti 13 may 2024-cü il kimi müəyyən edilmişdir. İddiaçı tərəfindən kredit ödənişləri 11 iyun 2019-cu il tarixdə başlasa da, ödənişlərin icrası dövründə müəyyən vaxtlarda yubanmalarla fasilələr olmuş, 10 may 2022-ci il tarixdə isə o, kredit borcundan 5000 manat ödəniş etdikdən sonra ödənişlər ümumiyyətlə dayanmış, habelə qeyd olunan tarixdə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə borcunu etiraf etməsini göstərən hərəkətlər etməsi, yəni cavabdeh banka olan borcun qismən ödənilməsi istiqamətində tədbirlər görməsi nəticəsində iddia müddətinin axımı kəsilmiş, axımd a fasilə yaranmışdır. Belə ki, iddiaçı kredit borcundan 10 may 2022-ci il tarixdə 5000 manat ödəniş etdikdən sonra bu ödənişləri dayandırması ilə 3 illik iddia müddətinin axımı əvvəlki qaydada yenidən başlanmış, həmin tarixdən 5 ay 16 gün müddət keçdikdən sonra, yəni 26 oktyabr 2022-ci il tarixdə icra qeydi verilmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh bank arasında mülki mübahisə barəsində mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 372.2, 373.2, 380ci, “İpoteka haqqında” Qanunun 34, 36.2, 37, 38-ci, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin İ, İİ, Vİ hissələri, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 169-1-ci bəndi, Azərbaycan Respublikası Na zirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci bəndinin “b” yarımbəndi, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən göndərilən bildirişlər tərəflərə rəsmi qaydada verilməmişdir. Qətnamədən açıq şəkildə görünür ki, məhkəmə işə səthi baxmış sübutları düzgün qiymə tləndirməmişdir. Məhkəmə baxışı zamanı çəkişmə prinsipi pozulmuş, tərəfindən iş üzrə təqdim edilmiş sübutlar və iş üzrə verdiyi dolğun izahat qəbul edilməmişdir.

23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin olunmuş, Siyəzən rayon Dövlət Notariat Ofisi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin etibarsız hesab edilmişdir. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Lətifə Məmmədova)

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razıla şmayaraq mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən icra qeydinin verilməsi proseduruna riayət olunmamış, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında borcluya və ipoteka qoyana bildiriş təqdim olunmamışdır. Bu halın məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamasına baxmayaraq birinci instansiyada işə baxan məhkəmə səhv nəticəyə gəlmişdir. Mülki işin 81-ci vərəqəsindəki “Atlas Ekspress” sürətli çatdırılma xidmətinin təqdim etdiyi qəbzdə alan qrafasında iddiaçının adı, soyadı və ata adı yazılmış olsa da, xx.xx.2022-ci il tarixli həmin qəbzi imzalayan şəxsin məhz başqa şəxs olması və həmin şəxsin ünvan sahibinə münasibəti məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Halbuki iddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında həmin ünvanda yaşamadığını bildir mişdir. Eyni zamanda ipoteka qoyan "xxxx" ASC-nin hüquqi ünvanına icra qeydi barədə bildiriş xx.xx.2022-ci il tarixdə göndərilsə də, həmin bildirişin müvafiq vəzifəli şəxsinə, özünə və digər şəxsə (tutduğu vəzifə göstərilməklə) verilməsi müəyyən edilmir.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Notariat haqqında” Qanunun 76, 79-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. Bank (vəkil X6) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin lə ğv, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, ona dəfələrlə Bank tərəfindən şifahi və yazılı qaydada xəbərdarlıqlar edilmişdir. Lakin bütün xəbərdarlıqlara baxmayaraq, iddiaçı tərəfindən öhdəliklər icra olunmadığı üçün qanunvericiliyin tələbinə uyğun olaraq ilk öncə yazılı bildirişlər göndərilmiş, daha sonra isə ipoteka predmetinə tutmanın yönəldilməsi, icra qeydinin aparılması üçün notariat orqanına müraciət olunmuş və xx.xx.2022-ci il tarixli 8İ-2175 nömrəli icra qeydi aparılmışdır. Həmçinin iddiaçıya göndərilən bildirişlərdə “İpoteka haqqında” Qanunun tələblərinə riayət olunmuş, əsas, faiz və dəbbə borcunun məbləğ i qeyd olunmuş, icra qeydinin aparılması barədə yazılı qaydada xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən isə obyektiv araşdırılma aparılmadan, iş üzrə sənədlərə düzgün hüquqi qiymət verilmədən əsassız qətnamə çıxarılmışdır. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə işə səthi yanaşmış, yuxarıda qeyd olunan bütün halları araşdırmamış və tərəflərin münasibətini öyrənmədən, çəkişmə prinspinə riayət etmədən qanunvericiliyin tələblərini pozaraq iş üzrə əsassız qətnamə qəbul etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024cü il tarixli, 2(102)-247/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(105)-1165/2 023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

29. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - “Notariat haqqında” Qanunun 76 və 79-cu maddələrinə, Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən ipoteka saxlayan kimi icra qeydinin verilməsi proseduruna riayət olunması, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin borcluya və ipoteka qoyana verilməsi sübuta yetirilməmiş, məhkəmə araşdırmaları nəticəsində bildirişlərin göstərilən şəxslərə çatdırılması müəyyən olunm amışdır ki, bu hallar da icra qeydinin etibarsız sayılmiası üçün əsasdır; - iş üzrə iddianın təmin olunmasına dair qətnamə qəbul edən apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutlara tam və hərtərəfli baxmamış və həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir ki, bu da düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir; - işin mübahisəsiz hallarına görə iddiaçı 13 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bankdan 60 ay müddətinə 250000 manat kredit götürmüş, həmin kredit öhdəliyinin lazımınca və vaxtında icrasının təminatı kimi 13 may 2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-yə məxsus Siyəzən şəhərinin Xətai küçəsi-149 ünvanda yerləşən əmlak kompleksi borc verən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi ipoteka qo yan "xxxx" ASC-nin sədri X2, iddiaçı və ipoteka saxlayan Bankın Xətai filialının müdiri tərəfindən imzalanmışdır; - qanunvericiliyin tələblərinə görə ipoteka predmetinə tutmanını yönəldilməsi haqqında icra qeydinin verilməsi üçün ipoteka saxlayan ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxslərin ünvanına, müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, tarixi, bildirişi verən şəxsin adı və imzası kimi məlumatları özündə əks etdirən rəsmi bildirişlər göndərməlidir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən so nra təqdim olunmuş sayılır; - işdən görünür ki, ipoteka saxlayan Bank tərəfindən ipoteka qoyan ”Siyəzən Aqro” ASC-yə və ipoteka müqaviləsini imzalamış kredit alan iddiaçıya “Atlas ekspress” Sürətli Poçt Xidməti vasitəsilə 22 sentyabr 2022-ci il tarixli rəsmi bidirişlər göndərilmişdir. "xxxx" ASC-yə göndərilmiş bildiriş şəxsiyyəti və vəzifəsi barədə məlumatlar göstərilməyən şəxs tərəfindən 30 sentyabr 2022-ci il tarixdə 229163 nömrəli poçt qəbzinə imza edərək alınmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, "xxxx" ASC-nin ünvanına göndərilmiş həmin bildirişin müəssisənin müvafiq vəzifəli şəxsinə və digər şəxsə (tutduğu vəzifə göstərilməklə) verilməsi müəyyən edilmədiyindən bildiriş göndərilməmiş hesab edilməlidir. Lakin məhkəmə nəzərə almamışdır ki, ipoteka qoyan "xxxx" ASC-nin hazırkı işə cəlb olunmamış, ASC tərəfindən bildirişin ona çatdırılmasının təkzib edilməsi, bu barədə məhkəməyə şikayət verilməsi müəyyən olunmur. Bildiriş ASC-nin rəsmi qeydə alındığı ünvana təqdim edilmişdir. - ipoteka müqaviləsini imzalamış iddiaçıya ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsinə gəldikdə isə işdən görünür ki, 13 may 2019-cu il tarixli ipoteka müqaviləsində iddiaçının həm qeydjiyyatda olduğu, həm də faktiki yaşadığı ünvanlar göstərilmişdir. İpoteka saxlayan Bank tərəfindən “Atlas ekspress” Sürətli Poçt Xidməti vasitəsilə hər iki ünvana – ünvan 9nı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi-53/3 ünvana rəsmi bidirişlər göndərilmiş, iddiaçının qeydiyyatda olduğu ünvanda Həziyeva Nuranə adlı şəxs poçt qəbzinə imza edərək 23 sentyabr 2022-ci il ta rixdə bildirişi almışdır; - apellyasiya məhkəməsi mülki işin 81-ci vərəqəsindəki həmin qəbzdə “alan” qrafasında ad, soyad və ata adı yazılmış olsa da, qəbzi imzalayan şəxsin məhz başqa şəxs olması, həmin şəxsin ünvan sahibinə münasibəti məhkəmə tərəfindən aydınlaşdırılmaması əsası ilə bildirişin iddiaçıya çatdırılmaması qənaətinə gəlmiş, lakin nəzərə almamışdır kı, həmin ünvan iddiaçıya məxsusdur, bu ünvanda kənar şəxslərin yaşaması ehtimalı azdır, qeydiyyatda olduğu ünvanda yaşayan Həziyeva Nuranə adlı şəxs kənar şəxs olmasını sübuta yetirmək cavabdeh tərəfin deyil, ünvan sahibi olan iddiaçının üzərinə düşür; - bildirişi alan şəxsin ünvan sahibi olan iddiaçı ilə münasibətinin aydınlaşdırılmamasını birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas kimi qeyd edən apellyasiya məhk əməsi Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxan məhkəmə olmasını da unutmuş, həmin məsələnin araşdırılmasına cəhd göstərməmiş, məhkəmə iclasında iştirak etmiş iddiaçı bu barədə sorğulanmamışdır; - məhkəmə həmçinin nəzərə almamışdır ki, “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinin tələblərinə görə ipoteka saxlayan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) göndərir, poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. d) Apellyasiya instansiyası məhkəməsin dəki ikinci icraat

30. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-768/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Azər İsmayılov (sədrlik edən və məruzəçi), Rəşadət Ağayev, Ruhiyyə Əsgərova)

31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmetini təşkil edən 26 oktyabr 2022- ci il tarixli icra qeydi qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir və onun etibarsız hesab edilməsi üçün əsaslar yoxdur.

32. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ipoteka saxlayan Bank tərəfindən ipoteka qoyan ”Siyəzən Aqro” ASC-yə və ipoteka müqaviləsini imzalamış iddiaçıya “Atlas ekspress” Sürətli Poçt Xidməti vasitəsilə 22 sentyabr 2022-ci il tarixli rəsmi bidirişlər göndərilmişdir. "xxxx" ASC-yə göndərilmiş bildiriş şəxsiyyəti və vəzifəsi barədə məlumatlar göstərilməyən şəxs tərəfindən 30 sentyabr 2022-ci il tarixdə 229163 nömrəli poçt qəbzinə imza edərək alınmışdır.

33. Apellyasiya instansiyası məhkəməsi iddiaçının "xxxx" ASC-yə və ona göndərilmiş bildirişin müəssisənin müvafiq vəzifəli şəxsinə və digər şəxsə (tutduğu vəzifə göstərilməklə) verilməsi müəyyən edilmədiyindən bildiriş göndərilməmiş hesab edilməsi barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, ipoteka qoyan "xxxx" ASC hazırkı işə cəlb olunmamış, ASC tərəfindən bildirişin ona çatdırılmasının təkzib edilməsi, bu barədə məhkəməyə şikayət verilməsi müəyyən olunmur. Bildiriş ASC-nin rəsmi qeydə alındığı ünvana təqdim edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, qanunvericiliyin tələblərinə görə ipoteka predmetinə tutmanını yönəldilməsi haqqında icra qeydinin verilməsi üçün ipoteka saxlayan ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxslərin ünvanına, müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti, icra olunmalı öhdəlik barədə, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq, tarixi, bildirişi verən şəxsin adı və imzası kimi məlumatları özündə əks etdirən rəsmi bildirişlər göndərməlidir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

35. İpoteka müqaviləsini imzalam ış iddiaçıya ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi məsələsinə gəldikdə isə apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, 13 may 2019-cu il tarixli ipoteka müqaviləsində iddiaçının həm qeydiyyatda olduğu, həm də faktiki yaşadığı ünvanlar göstərilmişdir. İpoteka saxlayan Bank tərəfindən “Atlas ekspress” Sürətli Poçt Xidməti vasitəsilə hər iki ünvana – ünvan 9nı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi53/3 ünvana rəsmi bidirişlər göndərilmiş, iddiaçının qeydiyyatda olduğu ünvanda Həziyeva Nuranə adlı şəxs poçt qəbzinə imza edərək 23 sentyabr 2022-ci il tarixdə bildirişi almışdır. Mülki işin 81-ci vərəqəsindəki qəbzdə olan ünvan iddiaçıya məxsusdur, bu ünvanda kənar şəxslərin yaşaması ehtimalı azdır, qeydiyyatda olduğu ünvanda yaşayan Həziyev a Nuranə adlı şəxsin kənar şəxs olmasını sübuta yetirmək cavabdeh tərəfin deyil, ünvan sahibi olan iddiaçının üzərinə düşür. Odur ki, hazırkı mübahisə üzrə icra qeydinin etibarlılığını şübhə altına alan hal müəyyən edilmir.

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni “Notariat haqqında” Qanununun 76, 79-cu, “İpoteka haqqında” Qanunun 36.1, 36.2, 36.3, 36.3-1, 36.4, 36.5, 36.6, 37.1, 37.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. Şikayət onunla əsaslandırılmışdır ki, iddia çı icra qeydinin verilməsi barədə ümumiyyətlə məlumatsız olmuşam, yaşadığı ünvanda mənzil satılmış, həmin mənzilə bildiriş göndərilsə belə, qəbul etməmiş, tələb olunan borcun məbləği Bank tərəfindən əsassız şişirdilmiş, notarius borcun məbləğinin mübahisəsiz olduğunu araşdırmamış, qanunla müəyyən edilmiş müddətlər nəzərə alınmadan kredit müqaviləsi üzrə icra qeydi verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Bank tərəfindən kassasiya şikayətinə etiraz verilmişdir.

40. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hall arı yoxdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Belə ki, iddiaçı kassasiya şikayətində iddia ərizəsi və apellyasiya şikayətində qeyd edilənləri təkrarlamışdır. Qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiqini tapmır, bu baxımdan şikayət formal xarakter daşıyır. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun müba hisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün ə vvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Maddə

79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. “İpoteka haqqında” Azərbaycan Respublikası nın Qanunu Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aş ağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqlə məklə ərizəçiyə qaytarır. Maddə 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqd a. Maddə 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Maddə 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipot ekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Maddə 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat Bənd

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə bor cluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. P oçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. Bənd

162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısı nda digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. İcra qeydinin aparılacağı müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. 169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı hallarda aparılır: a) ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi b arədə şərtlər ipoteka müqaviləsində nəzərdə tutulduqda; b) ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə; c) ipoteka müqaviləsi dövlət qeydiyyatına və Qanunda nəzərdə tutulmuş hallarda əlavə dövlət qeydiyyatına alındıqda; ç) ipoteka kağızı qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının dövlət qeydiyyatına alındığı müvafiq reyestrdə əlavə dövlət qeydiyyatına alındıqda; d) ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildiriş ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən bi rgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərildikdə və bildiriş müvafiq reyestrdə qeydə alındıqda; e) ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməs i şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkə məsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası mə hkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almış dır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3136-cı bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.

47. İddia tələbi xx.xx.2022-ci il tarixdə verilmiş icra qeydi nin ləğv olunması barədədir. İddiaçı tələbinin əsası kimi icra qeydi verilərkən qanunvericiliyin tələblərinin pozularaq ona məlumat verilməməsinə istinad etmişdir.

48. İşin müəyyən edilmiş hallarına görə isə tələbkar (ipoteka saxlayan) Bank tərəfindən iddiaçıya (borcluya) bildiriş göndərilmiş, həmin bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuş, həmçinin bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmış, notarius qanunvericiliyin tələbinə uyğun olaraq tutmanın yönəldilməsi prosedurunu davam etdirərək icra qeydi vermişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəy ə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarlarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

50. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

51. Kassasiya şikayətinin dəlilləri də iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Həmin dəlillərə də müvafiq olaraq birinci və apellyasiya instansiyaları məhkəmələri qiymət verib və icra qeydinin verilməsi zamanı iddiaçının istinad etdiyi dəlillər təkzib edilməklə qanun pozuntuları aşkar edilməyib. Üstəlik, bu dəlillər kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarında göstərilənlər baxımından da əsaslı sayıla bilməz.

52. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-768/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar