Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2845/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Kassator, Cavabdeh1 və Cavabdeh2 qarşı ilkin, Kassator İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması, yalan əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X6 və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Kassator, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə ilk, Kassator "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin ləğv olun ması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-956/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh Kassator tərəfindən verilmiş kassasiya şikayətinə 12 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Kassator arasında bağlanmış 24 fevral 2014cü il tarixli, №039/F-14 saylı kredit müqaviləsinə əsasən, Kassator illik 7% faiz dərəcəsi ilə 60 ay müddətinə 200.000 manat məbləğində kredit xətti açılmışdır.
2. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı ASC ilə Kassator habelə Cavabdeh1 və Cavabdeh2 arasında 20 fevral 2015-ci il tarixli müvafiq olaraq №039/F-14-02 və №039/F-14-0 3 saylı ipoteka müqavilələri bağlanmışdır.
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 20 fevral 2015-ci il tarixli ipoteka müqavilələrinə əsasən Kassator məxsus ünvan 1i, 74 nömrəli binada yerləşən 86 nömrəli mənzil; Cavabdeh1 məxsus ünvan 2 kəndində xüsusi mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi; Cavabdeh2 məxsus ünvan 1 ünvanında xüsusi mülkiyyətdə olan 0.836 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evi (bazar dəyəri müvafiq olaraq 72.000, 144.000 və 310.000 manat müəyyən edilməklə) ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC (bundan sonra “iddiaçı” və ya “Bank”) cavabdehlər Kassator (borc alan və ipoteka qoyan), Cavabdeh1 və Ca vabdeh2 (ipoteka qoyanlar) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Məhkəməsinə müraciət edərək, cavabdeh Kassator 36,878.39 manat əsas, 1,148.12 manat faiz, 6,106.87 manat cərimə olmaqla, cəmi 44,133.38 manat pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun iddiaçının xeyrinə tutulması, borcun ipoteka predmetlərinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunmuş məbləğ hesabına borcun ödənilməsi, əmlaklar satıldıqdan sonra qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilməsi və boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdı r ki, Bank tərəfindən borcun ödənilməsi ilə əlaqədar cavabdeh Kassator dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları cavabsız qalmışdır.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 421.1, 425.1, 427.3, 428.4, 442, 443.1, 445.2.1, 448, 449, 462.1-ci, “İpoteka haqqında” Qanunun 33, 39.1 və 59.3-cü madələrinə istinad etmişdir.
7. Cavabdeh Kassator (bundan sonra “borcalan” və ya “cavabdeh”) da qarşılıqlı iddia ərizəsi verərək, ilk iddianın cərimə borcunun tələb olunması və onunla bağlanmış ipoteka müqaviləsi üzrə tələb hissəsində rədd olunması, onunla Bank arasında bağlanmış №039/F-14-02 saylı ipo teka müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, borcalan iddia tələbinin cərimənin 6106,87 manat hesablanması hissəsi ilə razı deyil, iddia ərizəsində cərimə məbləğinin hesablanma qaydası, hansı dövrdən və hansı məbləğdən hesablanması müəyyən olunmur. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi iddiaçı Bankla cavabdehlər Kassator, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış ipoteka müqavilələrinə əsasən ümumilikdə 522.000 (72.000+144.000+310.000) manat məbləğində 3 daşınmaz əmlak yüklü edilmişdir. İddiaçının 44.133,38 manat borcun 522.000 manat məbləğində olan 3 daşınmaz əmlaka yönəldilməsi və açıq hərracda satılması, həmin əmlakların satışından əldə edilən məbləğ hesabına borcun ödənilməsi tələbi q ərəzli və qeyri-obyektivdir. Bankla borcalan arasında bağlanmış kredit müqaviləsinin 2.1-ci bəndinə görə, 24 ay güzəşt dövrü verilmiş; 2.4-cü bəndinə görə - verilmiş kreditin və ona hesablanacaq faizlərin vaxtında qaytarılması (öhdəliyin icrası) X7 ilə bağlanmış xx.xx.2014-cü il tarixli 039/F-14-01 saylı sonrakı ipoteka müqaviləsi ilə təmin edilmişdir. Kreditin götürülməsinin səbəbi X7 ilə Cavabdeh1 birgə iş (kommersiya) fəaliyyətindən irəli gəlmişdir. Yəni, onlara məxsus Ağsu rayonunda yerləşən və Cavabdeh1 mülkiyyətində olan, fərdi yaşayış evi kimi sənədləşdirilsə də, ferma kimi fəaliyyət göstərən sahədə mal-qara alınması və saxlanması üçün kredit götürülməsinə zərurət yaranmışdır. Həmin dövrdə X7 dövlət qulluğunda işlədiyindən krediti öz adına götürə bilmədiyi üçün, kredit müqaviləsini borcalanın adına rəsmləşdirilməsini xahiş etmiş, həm də, özünün mülkiyyətində olan evinin kreditin təminatı olaraq sənədləşdirilməsinə razılıq vermişdir. Çünki, alınacaq kredit şəxsən xxxun sahibkarlıq fəaliyyətinə sərf olunacaqdı. xxxla uzun müddət dost münasibətlərində olduğundan, eləcə də onun tabeçiliyində işlədiyinə görə ona inanıb, həmin kredit müqaviləsini borcalan öz adına rəsmiləşdirmişdir. Sonradan həmin şəxsə təcili pul lazım olduğu üçün ipoteka obyekti olan evi satmaq qərarına gəlmiş və qeyd olunan ipoteka müqaviləsinin ləğvi üçün Abşeron rayonu ərazisində yerləşən, oğlu Ziyanın adına olan və eləcə də iş birliyində olduğu Cavabdeh1 adına olan evləri ipoteka ilə yüklü etməyi xahiş etmişdir. Lakin Bankın əməkdaşları bildirmişlər ki, əlavə olaraq Bakı şəhərində yerləşən daşınmaz ə mlaka dair ipoteka müqaviləsi imzalanmasa, xxxun adına olan evə dair ipoteka müqaviləsi ləğv edilməyəcək. Buna görə də, borcalan öz mənzilinin də ipoteka ilə yüklü edilməsinə etiraz etməmişdir. Digər tərəfdən, götürülmüş kredit məbləğinin vaxtlı- vaxtında ödənilməsini nəzərə alaraq və xxxu uzun müddət müsbət və sözünə dürüst şəxs kimi tanıdığına görə heç bir qeyd-şərt qoymadan onun təklifi ilə razılaşmışdır. Son bir neçə ayda isə onunla əlaqələri itmiş, sonuncu daimi yaşamaq üçün xaricə köçdüyü, krediti və ona hesablanmış faizləri ödəmədiyi üçün, Bank tərəfindən borcalana və əmlakları ipoteka ilə yüklü edilmiş sözügedən şəxslərə qarşı məhkəmədə iddia qaldırılmışdır. İpoteka müqaviləsinin ləğv edilməsi ilə bağlı müraciətinə Bank tərəfindən cavab verilməmişdir.
9. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 324.5, 325.1, 425.1 və 425.2-ci maddələrinə istinad edilmişdir.
10. Birinci instansiya məhkəməsi ipoteka predmetlərinin dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə təyin etmişdir.
11. İş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 fevral 2021-ci il tarixli rəyinə əsasən ünvan 1ində yerləşən mənzilin bazar dəyəri 68.000 manat, likvid qiyməti isə 58.000 manat, ünvan 2 kəndində xüsusi mülkiyyətdə olan 0.08 ha torpaq sahəsinin bazar dəyəri 70.000 manat, likvid qiyməti isə 55.000 manat, ünvan 1 ünvanında yerləşən 0.836 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə bazar dəyəri 120.000 manat, likvid qiyməti isə 90.000 manatdır.
12. İşə baxılarkən cavabdeh Kassator vəsatəti təmin edilərək, iş üzrə Bankla borcalan arasında bağlanmış kredit müqavi ləsinin bağlanmasına əsas olmuş qovluğun (dosyenin) Bankdan götürülməsi barədə qərardad qəbul edilmişdir.
13. Bankın nümayəndəsi tələb olunan sənədləri, o cümlədən kreditin verilməsi ilə əlaqədar iddiaçı "xxxx" ASC-nin kredit mütəxəssisinin hazırladığı “Kredit komitəsi üçün memorandum”un təsdiq olunmuş surətini məhkəməyə təqdim etmiş və həmin sənədlər iş materiallarına əlavə olunmuşdur.
14. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-120/21 nömrəli, 07 aprel 2021ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, cavabdeh Kassator iddiaçı "xxxx" ASC-nin xeyrinə 36.878,39 manat əsas borc, 1.148,12 manat faiz borcu, 600 manat cərimə borcu olmaqla, cəmi 38.626,51 manat kredit borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, cavabdeh Kassator məxsus mənzilin ilkin s atış qiymətinin 72.000 manat, Cavabdeh1 məxsus daşınmaz əmlakın ilkin satış qiymətinin 144.000, Cavabdeh2 məxsus əmlakın ilkin satış qiymətinin isə 310.000 manat müəyyən edilməsi, həmin əmlakların açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetlərinin boşaldılaraq iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi qət edilmiş, ilk iddia qalan hissədə, eləcə də qarşılıqlı iddia tələbi təmin olunmamışdır. (hakim Həqiqət Əhmədova)
15. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, borclu Kassator Bankla bağladığı 24 fevral 2014-cü il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məc əllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Kassator öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Birinci instansiya məhkəməsinin mövqeyinə göre cavabdeh Kassator kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmiş, krediti və faizləri ödəməmiş, buna görə də iddiaçıya dəymiş ziyanı ödəməyə borcludur. İpoteka saxlayan Bankın tələbləri həmin kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməli, bununla belə, ipoteka predmetlərinin hərracda ilkin satış qiyməti qiymətləndiricinin rəyinə əsasən deyil, ipoteka müqavilələrində göst ərilmiş qiymətlərə uyğun müəyyən olunmalıdır.
17. Məhkəmə kredit razılaşması üzrə cərimə (dəbbə pulu) borcunu tənasübsüz surətdə yüksək hesab etmiş və belə qənaətə gəlmişdir ki, həmin məbləğ azaldılmalıdır.
18. İddia tələbinin cavabdehlər Kassator, Cavabdeh2 və Cavabdeh1 mənzildən istifadə hüququnun itirilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, nə qədər ki, Bank mənzilin mülkiyyətçisi kimi qeydə alınmamışdır, belə tələb irəli sürməsi üçün əsaslar yoxdur. Buna görə iddia həmin hissələrdə təmin edilməməlidir.
19. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı əsassız hesab edərək, bununla bağlı qeyd etmişdir ki, cavabdeh Kassator ipoteka müqaviləsinin ləğv olunmasını xahiş etsə də, Bankın müqaviləni əhəmiyyətli dərəcədə pozması ilə bağlı məhkəməyə heç bir mötəbə r sübut təqdim etməmişdir. Belə olan halda, qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 279, 295, 296.1, 442, 448.1, 739.1, 739.2, 741-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 47.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Cavabdeh Kassator apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini belə əsaslandırmışdır ki, kreditin götürülmə səbəbi kommersiya fəaliyyətindən irəli gəlmişdir. Qüvvədə olan normativ hüquqi aktların tələbinə əsasən heyvandarlığın inkişafına görə, o cümlədən, güzəştli kreditin verilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığı tələb olunur. Həmin razılığın və kreditin verilməsi üçün əsaslı biznes planı tərtib olunmalı, göstəriləcək fəaliyyətdən əldə olunacaq gəlir hesabına kreditin verilməsi hesabatı təsdiq olunmalı və fəaliyyət göstərəcək yer olmalıdır. Kreditin verilməsi üçün adıçəkilən sənədlər Bankda iş qovluğunda saxlanıldığı üçün həmin sənədlər məhkəmə tərəfindən tələb olunub iş materiallarına əlavə edilsə də, məhkəmə həmin sənədləri dəyərləndirməmişdir. xxx dövlət qulluqçusu olduğu üçün kredit əsas cavabdehin adına götürülmüşdür. Məhz güzəştli şərtlərlə kredit xxx verilmiş və o da, mülkiyyətində olan 1.280.000 manat dəyərində evini ipotekaya qoymuşdur. Bu hal “Kredit Komtəsi üçün Memorandum”d a da qeyd edilib. xxx onun işlədiyi idarənin rəisi olmuşdur.
22. Həmçinin Cavabdeh1 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, faiz borcu yüksək hesablanmış və ona məxsus əmlakın dəyəri çox aşağı qiymətə qiymətləndirilmişdir.
23. İşin apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmə üzrə “Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” Xidmətinin 29 dekabr 2021-ci il tarixli hesabatına əsasən Cavabdeh1 məxsus ünvan 2ndə yerləşən fərdi yaşayış evinin 0,08 ha torpaq sahəsi iləünvan 2 300000 manatdır.
24. Bankın nümayəndəsi apellyasiya baxışında Cavabdeh1 məxsus əmlakın qiymətləndirmə hesabatında müəyyən edilmiş dəyəri ilə razı olduğunu bildirmişdir.
25. İşin apellyasiya icraatı zamanı Azərbayc an Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi müstəqil tələb irəli sürməyən üçün şəxs qismində işə cəlb edilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-414/2021 nömrəli, 30 mart 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Kassator apellyasiya şikayəti rədd, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi sonuncuya məxsus ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 144.000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, həmin ipoteka predmetinin ilkin satış qiyməti 300.000 manat müəyyən edilmiş, qətnamənin qalan hissəsi apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), İl ham Kərimli, Elşən Kazımov)
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ipoteka müqaviləsində və məhkəmə baxışı zamanı əldə olunmuş qiymətləndirici rəyindəki qiymət arasında ziddiyyətləri nəzərə alaraq və obyektivliyi təmin etmək məqsədilə apellyasiya baxışı zamanı yenidən keçirilmiş ekspertiza rəyində əmlakın likvid dəyərinin 300.000 manat olduğu müəyyən edilmiş və iddiaçı tərəf məhkəmə iclasında qiymətləndirici şirkətin hesabatı ilə razı olduqlarını, həmin rəyin onları qane etdiyini və təkrar qiymətləndirmə keçirilməsinə ehtiyac olmadığını bildirmişdir. Buna görə də, qətnamə Cavabdeh1 məxsus ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin müəyyən olunması hissəsində dəyişdirilməli və həmin ipoteka predmetinin ilkin satış qiyməti 300.000 manat müə yyən edilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 apellyasiya şikayətinin digər dəlillərini, həmçinin cavabdeh Kassator apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, həmin dəlillər apellyasiya baxışı zamanı öz təsdiqini tapmadığından rədd olunmalıdır.
29. Apellyasiya instansiyası məhkəməsi borcalanın apellyasiya şikayətinin kreditin faktiki olaraq onun tərəfindən deyil, iş yerində rəhbəri olmuş xxx tərəfindən kommersiya məqsədləri üçün götürülməsi, kredit və ipoteka müqavilələrini xxxun xahişinə əsasən imzalaması (bağlaması), digər ipoteka predmetlərinin borcun ödənilməsi üçün kifayət qədər yetərli olması barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyə görə göstərilən dəlillər ipoteka müqaviləsinin ləğvi üçün əsas deyil dir. Bu dəlillərə birinci instansiya məhkəməsində qarşılıqlı iddia tələbinin əsasları kimi də istinad olunmuş və məhkəmə haqlı olaraq onları əsassız saymış və qarşılıqlı iddianı rədd etmişdir. Qarşılıqlı iddianın məzmunundan da göründüyü kimi, borcalan ipoteka müqaviləsini başqasının mənafeyi üçün bağladığını bildirsə də, müqaviləni könüllü surətdə bağladığını və hər hansı təzyiq, təsir olmadan şəxsən imzaladığını etiraf etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
30. Cavabdeh Kassator (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin olunmamış, ilk iddianın təmin olunmuş hissəsində ləğv edilərək, həmin hissələrdə işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mül ki kollegiyasının 17 oktyabr 2022-ci il tarixli, 2(102)-4249/2022 nömrəli qərarı ilə cavabdeh Kassator kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-414/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmışdır.
32. Ali Məhkəmənin mövqeyi: - bankın ilkin iddia tələbi kredit borcunun tutulması və tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsindən ibarətdir. Kredit müqaviləsi üzrə borcalan, həmçinin ipoteka qoyanlardan biri olan cavabdeh Kassator qarşılıqlı iddia ərizəsi verərək, ilk iddianın cərimə borcunun tələb olunması və onunla bağlanmış ipoteka müqaviləsi üzrə tələb hissəsində rədd olunmasını, onunla Bank arasında bağlanmış ipoteka müqaviləsinin ləğv olunmaql a xitam verilməsini xahiş etmişdir; - qarşılıqlı iddianı təqdim edən şəxsin onu necə adlandırmasından asılı olmayaraq həmin ərizə məzmun baxımından həm cavabdeh Kassator ilkin iddiaya yazılı etirazı, həm də qarşılıqlı iddia ərizəsi olmuşdur; - cavabdeh digər hallarla yanaşı, ərizəsini (etirazını), həmçinin onunla əsaslandırmışdır ki, kreditin götürülməsi səbəbi X7 ilə Cavabdeh1 birgə iş (kommersiya) fəaliyyətindən irəli gəlmişdir. Həmin dövrdə X7 dövlət qulluğunda işlədiyindən krediti öz adına götürə bilmədiyi üçün, kredit müqaviləsini onun adına rəsmləşdirilməsini xahiş etmişdir. Həm də, özünün mülkiyyətində olan evin kreditin təminatı olaraq sənədləşdirilməsinə razılıq vermişdir. Zeynalov Asiflə uzun müddət dost münasibətlərində olduğuna, eləcə də onun tabeçiliyində işlədiyinə görə ona i nanıb, həmin kredit müqaviləsini cavabdeh öz adına rəsmiləşdirmişdir; - göründüyü kimi, etirazın dəlilləri əslində İddiaçı ASC ilə aralarında bağlanmış müqavilənin formal olaraq onun adına sənədləşdirildiyi, kreditin işdə iştirak etməyə cəlb edilməmiş X3 verilməsi olmuşdur. Bu baxımdan, həm etirazın dəlillərinə əsasən, həm də iddia əqdə əsaslandığı üçün işə baxan məhkəmə xidməti vəzifəsinə görə tərəflər arasında etibarlı kredit müqaviləsinin bağlanıb-bağlanmadığını yoxlamalı olmuşdur; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il Qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağ landığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır; - əqdə əsaslanan mübahisəyə baxıldıqda həmin əqdin etibarlı olub-olmaması hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən edilməlidir. Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır; - cavabdeh Kassator qarşılıqlı iddia ərizəsindəki (etirazındakı) dəlilinin qanuni əsasını Mülki Məcəllənin 340.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; - istinad olunan maddənin rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı, subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir; - pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələ b olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır; - başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır; - istinad olunan Qərarın nəticə hissəsində qeyd edilmişdir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq a raşdırılıb hüquqi nəticəyə gəlinməlidir; - birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh etirazlarını əsaslandıran sübut kimi kredit dosyesinin tələb olunması barədə vəsatət vermiş, onun vəsatəti təmin edilmiş və kredit dosyesində olan sənədlərin İddiaçı ASC tərəfindən təsdiq olunmuş surətləri alınaraq iş materiallarına əlavə edilmişdir. Bank tərəfindən qərardadın icrası qaydasında məhkəməyə təqdim edilmiş sənədlərdən biri də kredit müqaviləsinin bağlanması ilə əlaqədar kredit mütəxəssisinin Kredit komitəsi üçün hazırladığı memorandum olmuşdur. Həmin memorandumda kredit sifarişçisi kimi Kassator göstərilsə də, faktiki borcalanın X7 olduğu, sonuncunun dövlət qulluqçusu olduğu üçün krediti Kassator adına götürdüyü, X2 X9 İdarəsində rəis vəzifəsində işlədiyi və aylıq əmək haqqının 5 25 manat olduğu qeyd edilmişdir; - birinci instansiya məhkəməsi öz qərardadı ilə tələb olunaraq iş materiallarına əlavə edilmiş həmin sənədi işdə iştirak edən şəxslərlə birlikdə tədqiq etmədən və mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları baxımından qiymətləndirmədən ilkin iddianın qismən təmin olunması və qarşılıqlı iddianın rədd edilməsi barədə nəticəyə gəlmişdir; - halbuki, Mülki Prosessual Məcəllənin 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verməlidir; - lakin işə baxmış birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin istinad olunan maddələrindən irəli gələn vəzifələrə riayət etməmiş, sübut qismində təqdim edilmiş və işə əlavə olunmuş sənədlərə ümumiyyətlə qiymət verməmişdir; - məhkəmə qarşılıqlı iddianın rədd olunmasını belə əsaslandırmışdır ki, qarşılıqlı iddiaçı cavabdeh İddiaçı ASC-nin müqaviləni əhəmiyyətli dərəcədə pozması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, qarşılıqlı iddia ərizəsində Kassator onunla iddiaçı Bank arasında bağlanmış №039/F-14-02 saylı ipoteka müqaviləsinin ləğv olunmaqla xitam verilməsini xahiş etmişdir. Həmin tələbin qarşılıqlı id dianın dəlilləri ilə müqayisəli dəyərləndirilməsi əsasında sonuncunun müqavilənin ləğv olunmasını, yoxsa ipotekaya xitam verilməsini tələb etdiyini birmənalı müəyyən etmək mümkün deyil; - işə baxan məhkəmə tərəfindən bununla bağlı işdə iştirak edən şəxslərlə müzakirə aparıldığı görünmür. Halbuki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir; - nəzərə alınmalıdır ki, baxılan iş üzrə ipoteka predmetlərinə tutma yönəldilməsi tələbi ipoteka saxl ayanın tələb hüququnun təminatı olduğundan həmin tələblərin qanuni həlli kredit borcunun tutulması barədə əsas tələbə düzgün hüquqi qiymət verilməsindən sonra mümkündür; - Kassator tərəfindən verilmiş və qarşılıqlı iddianın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətinin dəlillərinə əsasən mübahisənin predmeti bölünməz olmuşdur. Belə ki, apellyasiya şikayəti vermiş şəxsin dəlilləri tərəflər arasında etibarlı kredit müqaviləsinin bağlanıb-bağlanmadığının yoxlanılmasından ibarət olmuşdur. Bu baxımdan, qətnamənin qismən yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələbinə uyğun olmamışdır; - həmçinin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə tam razılaşaraq yoxladığı hissədə qətnaməni dəyişdirilmədən saxlamaqla eyni maddi və prosessual hüququ normalarının tələblərini pozmuşdur. - məhkəmə aidiyyətinin pozulması ilə bağlı dəlillər isə əsassızdır, belə ki, hazırkı işin birinci instansiya məhkəməsinin icraatına qəbul edildiyi 19 noyabr 2019-cu il tarixdə Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsi nəzərdə tuturdu ki, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır; - ba xılan işdə cavabdehlərdən ən azı biri fiziki şəxs olmaqla fərdi sahibkar statusu olmadığından mübahisəyə dair hazırkı iddia həmin vaxt qüvvədə olan məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq ümumi məhkəmədə qaldırılmışdır. Birinci instansiya məhkəməsi işi öz icraatına aidiyyət qaydalarına riayət etməklə qəbul etmişdir. Sonradan prosessual qanunvericiliyin dəyişməsi ilə əlaqədar mübahisənin yeni məhkəmə aidiyyətinin müəyyən edilməsi isə məhkəmə tərəfindən işin aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə göndərilməsinə əsas ola bilməzdi. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
33. İşin təkrar apellyasiya baxışı zamanı X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-956/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh (qarşılıqlı iddiaçı) Kassator tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apellyasiya şikayəti isə qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 məxsus ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin144.000,00 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Göradil kəndində xüsusi mülkiyyətdə olan 0.08 ha torpaq sahəsində yerləşən, 389.7 kv.m. ümumi, 191.5 kv.m. yaşayış, 198.2 kv.m. yardımçı, 1-ci literində 13.0 kv.m. qeyri-yaşayış sahəsinin tikintialtı sahədən ibarət daş hasar, 2-ci literində metal qapıdan ibarət 3 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin y erləşdiyi 0.8 ha torpaq sahəsi və həyətyanı tikililərlə birlikdə ilkin satış (likvid) qiymətinin 300.000 (üç yüz min) manat müəyyən edilməsi və qətnamənin qalan hissəsinin apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışinski)
35. Apellyasiya instansiyası kredit müqaviləsinin bağlanması ilə əlaqədar kredit mütəxəssisinin Kredit komitəsi üçün hazırladığı memoranduma əsasən faktiki borcalanın X7 olduğu, sonuncunun dövlət qulluqçusu olduğu üçün krediti Kassator adına götürdüyü, X2 X9 İdarəsində rəis vəzifəsində işlədiyi və aylıq əmək haqqının 525 manat olduğunu müəyyən etmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan kredit mütəxəssisinin Kredit komitəsi üçün hazırladığı yuxarıda qeyd edilən memoranduma əsaslanaraq cavabdeh Kassator ipoteka müqaviləsini başqasının mənafeyi üçün bağladığını bildirsə də, müqaviləni könüllü surətdə bağladığını və hər hansı təzyiq, təsir olmadan şəxsən imzaladığını etiraf etmişdir. Göstərilən bu hal kredit müqaviləsinin etibarsızlığı üçün də əsas deyildir.
37. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, məhkəmə araşdırması zamanı kredit müqaviləsinin başqa əqdi pərdələmək niyyəti ilə bağlanması qeyd olunsa da, pərdələmək məqsədi yaradan hər hansı əqdin mövcud olması, belə əqdin bağlanması iş materialları ilə müəyyən olunmamışdır. Cavabdeh X2 Bankdan kredit götürməsi ilə bağlı isə əqd mövcud olmamış, niyyət xarakteri daşımışdır. Halbuki, başqa şəxslər ar asında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır.
38. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, Kassator ipoteka müqaviləsini başqasının mənafeyi üçün bağladığını bildirsə də, müqaviləni könüllü surətdə bağladığını və hər hansı təzyiq, təsir olmadan şəxsən imzaladığını etiraf etmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, borclu olan cavabdeh Kassator İddiaçı ASC ilə bağladığı 24 fevral 2014-cü il tarixli kredit müqaviləsinin etibarsız sayılması üçün əsaslar yoxdur.
40. Apellyasiya instansiyası məhkəməsi həmçinin, əlavə etmişdir ki, Kassator qarşılıqlı iddia tələbi və apellyasiya şikayətin digə r dəlili də 24 fevral 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdeh Kassator yaranmış öhdəliyinin təminatı kimi İddiaçı ASC ilə ipoteka qoyan Kassator arasında bağlanmış 20 fevral 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi ilə bağlıdır. İpoteka müqaviləsinin ləğv edilməsi ilə bağlı dəlillər 24 fevral 2014-cü il tarixli kredit müqaviləsinin etibarsızlığına söykənmişdir, lakin yuxarıda qeyd edildiyi kimi, kredit müqaviləsinin etibarsızlığına əsas olacaq hallar müəyyən edilməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən hesab etmişdir ki, Kassator 20 fevral 2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi ilə bağlı tələbi və apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir.
42. Cavabdeh1 apellyasiya şikayətinin ipoteka predmetlə rinin ilkin satış qiymətlərinin düzgün müəyyən olunmaması dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, “Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti”nin 29 dekabr 2021-ci il tarixli hesabatına əsasən Cavabdeh1 məxsus Abşeron rayonu, Göradil kəndində yerləşən fərdi yaşayış evinin 0,08 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri 300000 manatdər. Buna görə də qətnamə Cavabdeh1 məxsus ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin müəyyən olunması hissəsində dəyişdirilməli və həmin ipoteka predmetinin ilkin satış qiyməti 300 000 manat müəyyən edilməlidir.
43. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 apellyasiya şikayətinin digər dəlillərini isə əsassız saymışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər i
44. Cavabdeh Kassator (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-956/2023 saylı qətnaməsinin qismən, qarşılıqlı iddia tələbinin təmin olunmaması və ilkin iddia tələbinin İddiaçı ASC tərəfindən cərimə borcunun 600 manat tələb olunmasına və İddiaçı ASC-nin Binəqədi filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 039\F-14-02 №-li İpoteka Müqaviləsi üzrə tələbinə dair təmin olunması hissəsində; eləcə də, İddiaçı ASC-nin Binəqədi filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 039\F-14-02 №-li İpoteka Müqaviləsinin ləğv olunmaqla xitam verilməsinin təmin olunmaması hissəsində ləğv olunması və qarşılıqlı iddia tələbinin təmin olunması, yəni ilkin iddia tələbinin İddiaçı ASC tərəfindən cərimə borcunun 600 manat tələb olunması və İ ddiaçı ASC-nin Binəqədi filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 039\F-14-02 №-li ipoteka müqaviləsi üzrə tələb hissələrində təmin edilməməsi barədə; eləcə də, İddiaçı ASC-nin Binəqədi filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 039\F-14- 02 №-li İpoteka Müqaviləsinin ləğv olunmaqla xitam verilməsinin təmin olunması barədə yeni qərar çıxarılmasını və ya həmin hissədə işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti belə əsaslandırılıb: - apellyasiya instansiyası məhkəməsi Kassator qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində bundan öncə apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası tərəfindən yol verilmiş qanun pozuntularını yenidən təkrarlamışdır. Belə ki, hazı rkı işlə bağlı Kassator tərəfindən ilk dəfə verilmiş kassasiya şikayəti əsasında Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi tamamilə ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir; - Kredit Komitəsi üçün tərtib olunmuş Memorandumun “Sifarişçinin adı” göstərilən bəndinin qarşısında qeyd olunmuş, “Faktiki borcalan X7” və 2.1.-ci bəndinin 1-ci abzasında qeyd olunan “X7 dövlət qulluğçusu olduğu üçün kredit Kassator adına götürülür göstərilsə də, bu halla bağlı Ali Məhkəmənin Qərarında hüquqi dəyərləndirilmə aparılsa da, eləcə də baxılan iş üzrə cavabdeh Kassator qarşılıqlı iddia ərizəsindəki (etirazındakı) dəlilinin qanuni əsasını Mülki Məcəllənin 340.2-ci maddəsini n təşkil etməsi barədə kassasiya instansiyası məhkəməsinin məcburi göstərişi olsa da, hazırkı apellyasiya instansiyası məhkəməsi yenidən və təkrar olaraq, göstərilən maddi hüquq normasının tələblərini pozmuşdur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməmiş və mübahisənin yanlış həllinə səbəb olan qətnamə çıxarılmışdır; - kreditin verilməsinə əsas olmuş Qərarın (eləcə də bütün sənədlərin) təsdiq olunmuş surətlərinin təqdim olunmasına dair vəsatət verilsə də və həmin vəsatət hər 2 instansiya məhkəmələri tərəfindən təmin olunsa da, istər İddiaçı ASC-tərəfindən, istərsə də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tələb olunan sənədlər hal-hazıradək məhkəməyə təqdim olunmamışdır. Yəni, İddiaçı ASC və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi həmin sənədləri məhkəməyə təqdim etməməklə, iş üçün əhəmiyyətli olan halların və faktların tam və bütünlükdə araşdırılmamasına, eləcə də gizlədilməsinə cəhd etmişlər. Bununla da, müqavilə tərəfləri arasında faktiki yaranmış bütün müvafiq hallar, müqaviləyə qədərki münasibətlər və sonrakı hərəkətlər həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış və tərəflərin iradə ifadəsi ağlabatan mühakimə əsasında müəyyənləşdirilməmişdir; - güzəştli kreditin faktiki olaraq X7 tərəfindən götürülməsi və formal olaraq cavabdeh Kassator adına sənədləşdirilməsi; eyni zamanda xx.xx.2014-cü il tarixli, 039/F-14 saylı Kredit müqa vləsinin 2.4-cü bəndi olan borcalana verilmiş kreditin və ona hesablanacaq faizlərin vaxtında qaytarılmasının (öhdəliyin icrası) X7 ilə bağlanmış xx.xx.2014-cü il tarixli 039\F-14-01 saylı sonrakı ipoteka müqaviləsi ilə təmin edilməsi və xx.xx.2014-cü il tarixli 039\F-14-01 saylı İpoteka müqaviləsinə əsasən, X2 mülkiyyətində olan, Bakı şəhəri, X8 küçəsi, 0,02442 ha torpaq sahəsində yerləşən, 3 mərtəbəli, 8 otaqlı, 126, 6 kv.m. yaşayış, 191, 4 köməkçi sahədən ibarət 4 mərtəbəli, 263 saylı fərdi yaşayış evini ipotekaya qoymaqla, yüklü edilməsı faktları, İddiaçı ASC və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinə əvvəlcədən məlum olmasına baxmayaraq və hazırda tələb olunan borcun faktiki olaraq kreditdən faydalanan X7 tərəfindən yüklü edilm iş əmlak hesabına icra olunmaması məsələləri məhkəmə tərəfindən maddi hüquq normasına müvafiq dəyərləndirilməmişdir; - apellyasiya məhkəməsi həqiqəti müəyyən etməklə kredit müqaviləsinin etibarsızlığını üzə çıxarmaq əvəzinə, əksinə, qanunvericiliyin tələbinə görə əhəmiyyətsiz hesab edilən əqdi etbarlı əqd hesab edərək, İddiaçı ASC ilə birgə hərəkət edən X2 qanunsuz hərəkətlərini ört-basdır etməklə, onların hüququna əsassız və qanunsuz üstünlük vermişdir; - apellyasiya məhkəməsi prosessual hüquq normalarının pozuntusuna da yol vermişdir. Belə ki, Kredit Komitəsi üçün tərtib olunmuş Memorandumun “Sifarişçinin adı” göstərilən bəndinin qarşısında qeyd olunmuş, “Faktiki-borcalan X7” və 2.1.-ci bəndinin 1-ci abzasında qeyd olunan “ X7 dövlət qulluqçusu olduğu üçün kredit Kassator adına götürülür ” hissələrinə və xx.xx.2014-cü il tarixli, 039/F-14 saylı, Müqavilənin 2.4-cü bəndinə görə Kassator verilmiş kreditin və ona hesablancaq faizlərin vaxtında qaytarılması (öhdəliyin icrası) X7 ilə bağlanmış xx.xx.2014-cü il tarixli 039\F-14-01 saylı ipoteka müqaviləsi ilə təmin edilməlidir dəlillərinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə göstərilməmiş; həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya h üququdur. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək mə qsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya d igər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Qanun Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti sa tıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022ci il tarixli qərarı...subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikd ə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır.... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanması nda iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadı Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olubolmamasını hər han sı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növləri ndən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olubolmamasını da müəyyən etmiş olur. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmı şdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya eti barsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi hall arın müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü ma ddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qət namə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Kassasiya şikayətində qətnamə qarşılıqlı iddia tələbinin təmin olunmaması və ilkin iddia tələbinin İddiaçı ASC tərəfindən cərimə borcunun 600 manat tələb olunması və İddiaçı ASC-nin Binəqədi filialı arasında bağlanmış xx.xx.2 015-ci il tarixli, 039\F-14-02 №-li İpoteka Müqaviləsi üzrə tələbin təmin olunması hissəsində; eləcə də, İddiaçı ASC-nin Binəqədi filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 039\F-14-02 №-li İpoteka Müqaviləsinin ləğv olunmaqla xitam verilməsinin təmin olunmaması hissəsində mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni həmin hissələrdə yoxlayır.
49. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə m übahisələndirilən hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissələrdə iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 36, 38-41-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
53. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə g əlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları, eləcə də ekspert rəyini MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
54. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
55. Məhkəmə kollegiyası cavabdehin qarşılıqlı iddia ərizəsindəki (etirazındakı) dəlilinin qanuni əsasını Mülki Məcəllənin 340.2-ci maddəsinin təşkil etməsi barədə kassasiya instansiyası məhkəməsinin məcburi göstərişinin apellyasiya məhkəməsi tərəfindən icra edilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh hazırki kassasiya şikayətində həmin kredit müqaviləsi üzrə yaln ız ondan 600 manat cərimə tutulması ilə bağlı ilkin iddianın təmin edilməsi hissəsini mübahisələndirir. Bu da o anlama gəlir ki, iddiaçı ilkin iddia tələbi üzrə kredit müqaviləsinə əsasən ondan tutulan əsas və faiz borcu ilə razılığını bəyan edir. Belə olan halda, kassasiya şikayətinin predmeti olmayan hissənin yoxlanılması istisna olunur.
56. Həmçinin həmin dəlil kassasiya baxışının predmeti olmamaqla yanaşı, həm də ziddiyyətlidir. Belə ki, cavabdeh bir tərəfdən kredit müqaviləsinə MM-in 340-cı maddəsinin tətbiqi barədə kassasiya instansiyası məhkəməsinin məcburi göstərişinə apellyasiya məhkəməsi tərəfindən əməl edilməməsini göstərir, digər tərəfdən ilk iddia tələbinin kredit müqaviləsi üzrə ondan tutulan əsas və faiz borcu hissəsini mübahisələndirməməklə, faktiki olaraq kredit müqavilə sinin qanuniliyini qəbul edir. Halbuki bunlar biri-birini təkzib edən hallardır.
57. İlk iddia tələbi üzrə tələbin ipoteka predmetinə yönəldilməsi və qarşılıqlı iddia üzrə ipoteka müqaviləsinə xitam verilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsini gəldiyi nəticə də əsaslıdır. Belə ipoteka müqaviləsinin ləğvi üçün əsaslar apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyib.
58. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Kassator kassasiya şikayəti təmin edilməs in. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-956/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.