Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2847/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlunun məruzəsi ilə, Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-224/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC və Cavabdeh2 tərəf indən verilmiş kassasiya şikayətlərinə dair işə 25 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 11 iyun 2019-cu il tarixdə saat 16.00 radələrində sürücü Əliyev X5 Nazim Əziz oğluna məxsus İsuzu SAZ NP 37 markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtobusu, adına olan xx.xx.2019-cu il tarixli yol vərəqi əsasında 104 saylı marşrut üzrə Zığ yolu şoşşesi ilə Zeytunluq adlanan ərazidən Naxçıvanski adına hərbi məktəb istiqamətində düzünə hərəkət etdirərək 2-ci dərəcəli yoldan dayanmadan baş yola birbaşa daxil olub istiqaməti üzrə sağa dönərək hərəkətini davam etdirmiş, bu zaman onun idarə etdiyi avtobus həmin vaxtı Hava Limanı tərəfdən Naxçıvanski adına hərbi məktəb istiqamətində baş yolla hərəkətdə olan sürücü X7 adına tərtib edilmiş yol vərəqi əsasında idarə etdiyi texniki cəhətdən saz olan "xxxx" QSC-yə məxsus ** JP *** qeydiyyat nişanlı İsuzu NPR 75 KD Xüs.Təy.Yük avtomobili ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyatı hadisəsi zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəymiş, avtobusda olan sərnişinlərdən X3 və sürücü X2 dərəcəsinə görə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, X8, X1 isə ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid zərər vurulmuşdur. 2. “İsuzu NPR 75K.D” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Sığorta Şirkəti tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək sığortalanmışdır. 3. xx.xx.2019-cu il tarixli sığorta aktından və ona əlavə olunmuş ödəniş tapşırığında n görünür ki, "xxxx" Sığorta Şirkəti tərəfindən dəymiş ziyana görə 1000 manat azadolma məbləği çıxıldıqdan sonra, faydalanan şəxs "xxxx" MMC-nin hesabına 36004 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. 4. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 4868 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir.
5. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqinin xx.xx.2019-cu il tarixli qərarı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli 16650 saylı ekspert rəyi ilə nəzəri hesablama yolu ilə, təqdim edilmiş “X15” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən 2016-cı il buraxılışlı “İsuzu NPR 75K.D” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 15378 manat (dəyişilməli hissələrin qiyməti-10378 manat, təmirbərpa işlərinin qiyməti-5999 manat); dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 12593 manat (dəyişilməli hissələrin qiyməti-7593 manat, təmir-bərpa işlərinin qiyməti-5000 manat) müəyyən edilmişdir.
6. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı və X12 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, hər biri ayrıayrılıqda 200 manat inzibati cərimə edilmişlər. T.Rəhimov həmin qərarı mübahisələndirsə də, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinı dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək olaraq subroqasiya qaydasında iddiaçının xeyrinə 31136 manatın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 məxsus və Cavabdeh1 tərəf indən idarə olunan “İsuzu SAZ NP 37” markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə xx.xx.2019-cu il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış “İsuzu NPR 75K.D” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yolnəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və sürücü Cavabdeh1 yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş zərər aktına əsasən “İsuzu NPR 75K.D” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 37004 manat müəyyən edilm iş, xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 36004 manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxsin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 4868 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Sığortaçı tərəfindən sığortalıya ödənilmiş 31136 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş, lakin cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışlar. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh2 işçisi Cavabdeh1 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazid d əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. 9. xx.xx.2020-ci il tarixli, 9/530 saylı ekspert rəyi ilə nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “İsuzu NPR 75K.D” markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtobusun təmirbərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 28279 manat müəyyən edilmişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 17 sentyabr 2020ci il tarixli 2(011)-1839/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 22411 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 21,30 manat hissəsinin iddiaçı "xxxx" ASC-nin xeyrin ə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 71 manatının Cavabdeh2, 29 manatının iddiaçı "xxxx" ASC-dən tutulub dövlət nəfinə keçirilməsi qət edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla Cavabdeh2 mülkiyyətində olan İsuzu SAZ NP 37 markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtobusun Cavabdeh1 təhkim olunması, yol vərəqəsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2019-cu il tarixdə 104 saylı marşrut üzrə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində “İsuzu NPR 75K.D” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi ziyan vurması, iddiaçı tərəfindən zərərçəkənə 1000 manat azadolma məbləği çıxıldıqdan sonra 3600 4 manat sığorta ödənişinin həyata keçirilməsi, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 4868 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilməsi, ekspert rəyi ilə dəymiş ziyanın 28279 manat olduğu müəyyən edildiyindən iddia tələbi qismən təmin edilərək işçisi Cavabdeh1 vurduğu zərərə görə 22411 manat məbləğində pul vəsaiti işəgötürən Cavabdeh2 alınıb "xxxx" ASC-yə ödənilməli, Cavabdeh1 qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququnun olması Cavabdeh2 izah edilməlidir..
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 936.1, 936.2, 1097.1, 1099.1, 1108.1, 1114.1-ci, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci, Mülki Prosessual Məcəllə nin 14.2, 77.1, 119, 217.4, 220.5-ci maddələrinə, “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qismən təmin edərkən, ekspert rəyinə istinad etmiş, ekspert rəyi ilə qüsur aktı arasında yaranmış fərqin aradan qaldırılması üçün araşdırma aparmamışdır. Ekspert rəy verərkən, nəqliyyat vasitələrinin dəyişdirilmiş ehtiyat hissələrini bazar dəyərindən aşağı qiymətləndirmişdir. Həmçinin təmir-bərpa işlərinin dəyərini də a şağı qiymətləndirmişdir.
15. Qətnamədən həmçinin Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə yerində çəkilmiş şəkillərdən, eləcə də video çəkilişdən görünür ki, evakuatorun qabaq hissəsində yalnız kabinkada içəri batma zədəsi olmuşdur, bu cür zədələnmə isə icbari sığorta tərəfindən ödənilmiş məbləğ təmir bərpa xərclərini tam şəkildə qarşılamasına kifayətdir. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 4868 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Məhkəmə nəzərə almamışdır ki, xx.xx.2020-ci il tarixli, 9/530 saylı eksper t rəyi ilə nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “İsuzu NPR 75 KD” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtobusun təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 28279,0 manat müəyyən edilmişdir. Xətai RPİ-nin müstəntiqinin bir tərəfli və qərəzli qəbul etdiyi qərarının ləğv olunub işə yenidən baxılması üçün Cavabdeh1 Baş Prokurorluğu şikayət vermiş, hazırda araşdırma aparılır. İstintaq dövründə YNH-nə və dəymiş ziyanın qiymətləndirilməsinə görə məhkəmə texniki ekspertiziya aparılmamışdır. “İsuzu NPR 75K.D” markalı **-JP-*** avtomaşınında dəyişdirilmiş ehtiyyat hissələrinin alınmasını təsdiq edən he ç bir çeklər belə istintaq və məhkəmə prosesində təqdim edilməmişdir. Qiymətləndirmə maraqlı tərəfin servisində özlərinin bildiyi kimi uydurma olaraq aparılmış və formal şişirdilmiş qiymətləndirmə aktı təqdim edilmişdir.
17. İş materiallarına əlavə edilmiş “X15” MMC-nin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2019-cu ildə "İsuzu NPR75K" markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, (VİN JAANPR75KF********) yük avtomobilinə ilkin baxış keçirilərək, zərər aktı tərtib edilmişdir. Vizual baxışa əsaslanaraq tərtib olunmuş deffekt Aktının qəzalı avtomobil sökülərək hazırlanacaq Deffekt aktı ilə fərqlənəcəyi ilə bağlı müştəriyə verilmişdir. İlkin baxışa əsaslanaraq qeyd olunan yük avtomobilinə 17616,40 AZN məbləğində ehtiyat hissələrin in və işçiliyin məbləği təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə sözügedən yük avtomobilinin tam şəkildə sökülməsinə və ətraflı baxış keçirilməsinə zərurət yarandığından, yük avtomobili "X15" MMC-nin servisində tam sökülərək yekun qiymətləndirilmə aparılmışdır. Ətraflı qiymətləndirmə zamanı məlum olmuşdur ki, yük avtomobilində ilkin baxışla görünməyən, tam və qismən sıradan çıxmış ehtiyat hissələri də mövcuddur. Həmin yük avtomobilinin qəzadan əvvəlki vəziyyətinə gətirilməsi üçün "X15" MMC tərəfindən verilən ehtiyat hissələri və işçilik haqqına əsaslanan yekun zərər məbləği 43.774,53 AZN təşkil etmişdir. Əlavə məlumat üçün bildiririk ki, "İsuzu NPR75K" markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, (VİN JAANPR75KF********) yük avtomobilinə təyin edilmiş ilkin zərər aktı, avtomobilin ətrafl ı demontaj edilməsindən sonra təqdim edilən yekun zərər aktının təsdiq edilməsi ilə öz qüvvəsini itirir.
18. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-4237/2021 saylı qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/4621 nömrəli ekspert rəyinə əsasən iş materiallarında olan “X15” MMC-nin xx.xx.2019cu il tarixli ziyan aktındakı və "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “İsuzu NPR 75K.D” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14020,0 manat müəyyən edi lmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/8217 nömrəli ekspert rəyinə əsasən, iş materiallarında olan “X15” MMC-nin xx.xx.2019-cu il tarixli ziyan aktındakı və "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “İsuzu NPR 75K.D” markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13926,0 manat müəyyən edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-224/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qətna məsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və A.İmanov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)1839/2020 saylı iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə tutulmalı olan sığorta ödənişi 8058 manat məbləğində müəyyən edilmiş, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 manat (100+100) məbləğində pul vəsaitinin 100 manatının iddiaçı "xxxx" ASC-dən, 100 manatının isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xüsusi hesabına ödənilməsi qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi əlavə e kspertizanın nəticəsi olan xx.xx.2021-ci il tarixli ekspert rəyini mötəbər sübut hesab edərək qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 4868 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənildiyindən ekspert rəyi ilə müəyyən edilmiş məbləğdən ödənilmiş icbari sığorta üzrə ödəniş (13926-4868=9058) çıxılmalı, həmçinin 1000 manat da şərtsiz azadolma məbləği çıxıldıqdan sonra qalan 8058 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1097.1, 1099.1, 1108.1, 1108.2, 1108.3-cü, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci, Mülki Pro sessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsinin yekun qətnamə qəbul edərkən istinad etdiyi və sübut kimi qiymətləndirilən yeganə sənəd hesab olunan əlavə məhkəmə əmtəəşünaslıq ekspertizanın xx.xx.2021-ci il tarixli 9/8217 nömrəli ekspert rəyində "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli qüs ur aktına, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabata, həmçinin təqdim edilmiş video görüntüləri əks etdirən diskə baxış keçirilməklə və həmin halları əlaqəli şəkildə təhlil və tədqiq etməklə yol nəqliyyat hadisəsi nəticəsində 2016-cı il buraxılışlı “İsuzu NPR75K” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş ziyanın müəyyən edilməsi qeyd olunsa da, ekspertiza rəyinin təsviri hissəsindən aydın şəkildə görünür ki, qeyd olunan materialların heç birinə nəzər yetirilməmiş, yalnız “X15” MMC tərəfindən öz qüvvəsini itirmiş, hüquqi əsası olmayan, sübut üçün yararsız və qiymətləndirilməsi əsaslı olmayan xx.xx.2019-cu ildə tərtib olunmuş ilkin zərər aktına əsaslanaraq rəy verilmişdir. Halbuki, “X15” MMC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə ** JP *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin tam şəkildə sökülməyi və ətraflı baxış keçirilməsi zərurəti yarandığından, yük avtomobili "xxxx" MMC-nin servisində tam sökülərək yekun qiymətləndirmə aparılmış və müəyyən olunmuşdur ki, yük avtomobilində ilkin baxışla görülməyən, tam və qismən sıradan çıxmış ehtiyat hissələri də mövcuddur. Həmin yük avtomobilinin qəzadan əvvəlki vəziyyətinə gətirilməsi üçün "xxxx" MMC tərəfindən verilən ehtiyat hissələri və işçilik haqqına əsaslanan yekun zərər məbləği 43 774, 53 AZN təşkil edir. Əlavə məlumat üçün bildirilmişdir ki, “İsuzu NPR75K” markalı, ** JP *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə təyin edilmiş ilkin zərər aktı, (yən i xx.xx.2019-cu ildə tərtib edilmiş zərər aktı) avtomobilin ətraflı demontaj edilməsindən sonra təqdim edilən yekun zərər aktının təsdiq edilməsi ilə öz qüvvəsini itirir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən halı nəzərə almamış və MPM-in 88, 101.2, 103.1-ci maddələrinin tələblərini pozmuşdur.
25. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbi q edilən hüquq Mülki Məcəllə
28. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 936.1 Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
31. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
32. Maddə 936.5 Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (maddə 936.5)
33. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziya n və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
34. Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
35. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
36. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
37. Maddə 1108.1 Ətrafdakılar üç ün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquq i şəxsin öhdəsinə qoyulur.
38. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunu
39. Maddə 37.1 Sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Prossesual Məcəllə
40. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
44. Maddə 416 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğvi Cavabdeh2 isə iddianın təmin edilmiş hiss əsində ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
49. Bundan başqa iddiaçının xx.xx.2021-ci il tarixli 9/8217 nömrəli ekspert rəyininin əsassız olması barədə dəlilinə münasibətdə qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. 50. “X6rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəm ənin fəaliyyətinə kömək edə bilər.
51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-224/2022 nömrəli, 10 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.