Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2847/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin ötürülməsi, müddətin bərpası barədə ərizə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2025-ci il tarixli 2(106)577/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddi açı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə yaranmış və iddiaçı tərəfindən ödənilmiş 23.656,36 manat borca münasibətdə 11.828,18 manat pulun, mediasiya prosesinin keçirilməsi üçün ödədiyi 60 manat və dövlət rüsumu kimi ödədiyi 170 manat pulun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3130/2024 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-577/2025 sa ylı, 13 mart 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir.
5. İddiaçı qətnamədən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, əvvəlki vəkil bağladığı müqavilə üzrə öhdəliklərini icra etməmiş, onu aldatmışdır. Ona görə də vaxtında kassasiya şikayəti verə bilməmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-577/2025 saylı, 31 iyul 2025-ci il tarixli qərardadı ilə (hakimlər X4 - sədrlik edən və məruzəçi, X2 və X3) İddiaçı kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barəd ə ərizəsi təmin edilməmiş, kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
8. Qərardad onunla əsaslandırılmışdır ki, müddətin bərpası barədə ərizə ilə əlaqədar iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-577/2025 saylı, 13 mart 2025-ci il tarixli qətnaməsi xx.xx.2025ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə1 məxsus elektron kabinetə yerləşdirilmiş, iddiaçı tərəfindən kassasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-577/2025 saylı, 13 mart 2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə1 məxsus elektron kabinetə yerləşdirilmiş və bununla da qətnamədən kassasiya şikayəti verilməsi üçün p rosessual müddətin axımı xx.xx.2025-ci il tarixdə başlamış və xx.xx.2025-ci il tarixdə bitmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti xx.xx.2025-ci il tarixdə elektron sistemə yerləşdirilmiş, yəni kassasiya şikayəti qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət bitdikdən 1 ay 23 gün sonra verilmişdir.
9. Məhkəmə kollegiyası iddiaçının ərizəsində qeyd etdiyi halla bağlı qeyd etmişdir ki, bu hal müddətin üzrlü hesab edilməsi üçün əsas kimi qəbul edilə bilməz, çünki “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabi net vasitəsilə həyata keçirildiyindən qətnamə iddiaçının elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirildiyindən MPM-in tələblərinə əsasən müddətdə həmin vaxtdan hesablanmalıdır. Lakin iddiaçı müddətin bitməsindən 2 aya yaxın vaxt keçdikdən sonra kassasiya şikayəti vermişdir. Halbuki iddiaçı əgər onun aldadıldığını iddia edirdisə, vaxtında başqa vəkillə yeni müqavilə bağlamaq yolu ilə kassasiya şikayəti verə bilərdi.
10. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 402.2.3 və 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı (vəkil X5) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 31 iyul 2025-ci il tarixli 2(106)-577/2025 saylı qərardadının ləğv edilməsini və kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılmasını nəzərə alaraq müddətin bərpa edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Apellyasiya Məhkəməsi məhkəməyə təqdim olunan sübutlara düzgün qiymət verməmiş, işin həqiqi hallarına uyğun olaraq tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir və bununla da AR MPM-nin 418-ci maddəsində göstərilmiş əsaslara uyğun olaraq qətnamənin ləğvinə əsas yaratmışdır. Belə ki, İddiaçı tərəfindən kassasiya şikayəti vermək üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili X6 ilə müqavilə bağlanmışdır. Lakin vəkil İlkin Ağazadə məlum olmayan səbəblərə görə müqavilənin şərtlərinə əməl etməmiş və kass asiya şikayəti verməmişdir. Vəkil İlkin Ağazadə İddiaçı ilə əlaqə saxlamamış və kassasiya şikayətinin verilməməsi barədə heç bir məlumat verməmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, vəkil bağladığı müqavilə üzrə öhdəliklərini icra etməmişdir və onu aldatmışdır. İddiaçı məcbur olaraq xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına şikayət etmişdir və hal-hazırda şikayət araşdırılır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
15. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
16. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.
17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
18. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
19. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
20. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (el ektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
21. Maddə 405.0.2 Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
22. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri
23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edil ərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki,...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına al ınmasın.
27. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
28. Hazırkı işdə apellyasiya məhkəməsi kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddətin keçməsinin səbəblərini araşdırmış və işdəki məlumatlar əsasında bu qənaətə gəlmişdir ki, həmin müddətin ötürülməsi üzrlü səbəblərdən baş verməmişdir, iddiaçının bildirdiyi hallar müddətin bərpa olunması üçün əsas təşkil etmir.
29. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki pros essual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin müddətin bərpasına dair ərizənin həlli və şikayətin geri qaytarılması üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən kassatorun dəlillərinin araşdırılması üçün tərəfə lazımi şərait yaradıldığından və onlara hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
31. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və MPM-i n 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2025-ci il tarixli 2(106)577/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.