Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2848/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair ilk, Cavabdehn cavabdeh İddiaçı qarşı “azyaşlı övladları ilə evə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli 2(103)14624/2019 nömrəli qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmlakları ilə birlikdə ünvan 1 ünvanda yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh da qarşılıqlı iddia ərizəsi daha sonra qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, son olaraq məhkəmədən onun azyaşlı övladları – 05.08.2014-cü il təvəllüdlü X1 və 11.07.2017-ci il təvəllüdlü X2 ilə birlikdə mübahisəli evə, yəni xxx evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4132/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh özünə məxsus əmlaklarla birl ikdə ünvan 1 ünvanda yerləşən yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. (hakim Ramil Həsənov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14624/2019 saylı, 16 dekabr 2019-cu iltarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4132/2019 saylı iş üzrə 15 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi) Abiddin Hüseynov, Azad İmanov) Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14624/2019 saylı, 16 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qərara çıxarılmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. Məhkəmə mübahisəli evin yerləşdiyi torpaq sahəsinin qarşılıqlı iddiaçının keçmiş ərinin adına olmasını, 2013-cü ildə gəlin gələrkən evin özbaşına tikili olması, evin tərəflər arasında münasibətlər pozulduqdan sonra ilk iddiaçının adına qeydə alınmasını nəzərə almamış, Mənzil Məcəlləsinin 30-cu maddəsini düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmsinin səbəbl əri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehin vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı İddiaçı iddia tələbinin əsası kimi ünvan 1 ünvanda yerləşən yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmasına, cavabdehin onun oğlu ilə ailə qurandan sonra 2013cü ildən bu evdə yaşamasına, cavabehlə oğlunun nikahının pozulmasına, buna baxmayaraq, cavabdehin hələ də ona məxsus evdə yaşamaqla onun mülkiyyət hüquqlarını pozmasına istinad etmişdir. Tələbin hüquqi əsası kimi ididaçı Mülki Məcəllənin 157.4 və 228-ci maddələrini göstərmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin əsası kimi 2013-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 97 saylı gəlin gəlməsini, köçdüyü vaxt evin özbaşına tikili olması, kommunal xidmətlərin keçmiş həyat yoldaşının adına olmasına istinad etmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən ünvan 1 saylı fərdi yaşayış evinin İddiaçı adına qeydə alınması, ilk iddia üzrə cavabdehin 2013 -cü ildə həmin ev köçməsi, cavabdehin iddiaçının oğlu ilə boşandıqdan sonra iddiaçının ailə üzvlüyündən çıxmasını, eləcə də cavabdehin iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına daxil olmamasını müəyyən edərək, hüquq münasibətlərinin yarandığı dövrdə tətbiq edilməli olan 2009-cu il tarixli Mənzil Məcəlləsinin 30-cu maddəsinə və həmin maddənin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarında şərh olunan hüquqi mövqeyə istinadən ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İlk iddia tələbi üzrə işin apelyasiya instansiyası tərəfindən müəyyən edilən mübahisəsiz halı da ondan ibarətdir ki, hazırki iş üzrə Cavabdeh ilə iddiaçının oğlu xxx arasındakı nikah pozulmuşdur, sözügedən mənzil isə cavabdehin qayınanasının – hazırki iş üzrə iddiaçının mülkiyyətindədir. İddiaçı 2013-cü ildə mübahisəli evə köçüb. Hüquq münasibətlərinin 2013-cü ildən yaranması müəyyən edildiyindən Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisəyə 01 oktyabr 2009-cu ildən qüvvədə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tətbiq edilməsi düzgün omuşdur. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış s ahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respubliksaı Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Hazırki işdə də ilk iddia üzrə cavabdehin iddiaç ının ailə üzvü sırasından çıxması, onun iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin sırasına aid olmaması müəyyən edildiyindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüququ mövqeyi baxımından ilk iddianın təmin edilməsi hissəsində qətnaməni dəyişdirmədən saxlayan apelyasiya instansiyasının gəldiyi nəticə düzgün olmuşdur. Çünki ilk iddianın təmin edilməsi üçün qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş hallarına uyğun gəlir. Qeyd edilən halları Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından apelyasiya instansiyası məhkəməsi qətnamədə şərh edib. Məhkəmə kollegiyası həmin şərhi və dəyərlənrdirməni əsaslı hesab etdiyi üçün onların təkrarən qeyd edilməsinə zərurət görmür. Qarşılıqlı iddia üzrə isə apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən iddiaçı Cavabdeh İddiaçı ailə üzvü sayılmaması, və onun həmin mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun olmamasını müəyyən edərək, qarşılıqlı iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş bu halına istinadən birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın təmin olunmayan hissəsində dəyişdirmədən saxlamaqla da düzgün nəticəyə gəlmişdir. Çünki Cavabdeh qarşılıqlı tələbi ilk iddianın tam təmin edilməsini aradan qaldırmağa yönəlmişdir. Bu o deməkdir ki, ilk və ya qarşılıqlı iddialardan birinin təmin olunması digərinin təmin olunmasını istisna edir. Apelyasiya instansiyası da ilk iddianın təm in olunan hissəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən cavabdehin iddiaçının mənzilindən istifadə hüququ olmamasına istinadən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxladığı üçün elə həmin əsaslar baxımından qarşılıqlı iddianın təmin edilməsi istisna olunur. Apelyasiya instansiyası məhkəməsi işdə olan sübutları da Mülki Prosessual Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mü lki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 dekabr 2019-cu il tarixli, 2(103)14624/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar
Məhkəmə qərarları › İş №2(102)-2848/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2848/2020
29.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver