Məhkəmə qərarları › İş №2(102)-2848/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-2848/2025

25.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2848/2025 25.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinin formasına dair tələblər pozulduqda, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduqda, şikayət verilməsi nəzərdə tutulmayan qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və Vüqar Təvəkgül oğlu Həsənovdan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı “mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 25-ci il 24 iyul tarixli 2(106)647/2025 nömrəli qərardadından cavabdeh (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Hazırki iş üzrə kassasiya şikayətindən görünür ki, kassasiya şikayəti MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, kassasiya şikayətinin “şikayət verən şəxsin tələbi” hissəsində şikayət olunan məhkəmə aktının tarixi göstərilməmiş, yalnız “Şirvan A pellyasiya Məhkəməsinin 2(106)-647/2025 nömrəli qərardadının ləğv olunması” xahiş edilmişdir. MPM-in 407.1.3-cü maddəsinə əsasən, kassasiya şikayətində şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti göstərilməlidir. MPM-yə Əlavə 3-ün “kassasiya şikayəti verən şəxsin tələbi” adlı 9-cu bəndində göstərilmişdir ki, bu hissədə kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir. Həmçinin kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadla şəxsin onun işinə kassasiya instansiyası məhkəməsində baxılma sı məsələsi həll edildiyindən, qanunverici bu hüququn əhəmiyyətini nəzərə alaraq belə qərardadlardan şikayət verilməsi qaydasını müəyyən etmişdir. Qanunun məqsədi kassasiya şikayəti verilməsi mümkün olan məhkəmə aktlarına kassasiya qaydasında baxılması imkanını səmərəli təmin etməkdən ibarətdir. Lakin prosessual qanunvericilikdə məhkəmə aktının özündən kassasiya şikayəti verilməsi nəzərdə tutulmayıbsa, həmin aktdan verilmiş şikayətin qaytarılması və ya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardaddan da şikayət verilə bilməz. Belə şikayətlərə kassasiya qaydasında baxılması MPM-in 402-ci maddəsinin məqsədlərinə cavab vermir və son illərdə kassasiya icraatının hədlərinin məhdudlaşdırılması istiqamətində aparılan qanunvericilik islahatlarına ziddir. Məhkəmə koll egiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdeh tərəfindən yayılan məlumatların şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatlar hesab edilməsi, iddiaçının üzərinə üzr istənilməsi vəzifəsinin qoyulması və mənəvi zərərə görə 10.000 manat məbləğində pul tutulması tələbi qismən təmin edilmiş, cavabdehin üzərinə iddiaçıdan üzr istənilməsi vəzifəsi qoyulmuş, cavabdehdən 1.000 (bir min) manat məbləğində pulun və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiya məhkəməsinin 2025-ci il 3 aprel ta rixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 2025-ci il 27 yanvar tarixli qətnaməsi dəyişdirilmiş, cavabdehdən 3.000 manat məbləğində mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, cavabdeh də qəbul olunmuş qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmışdır. Bu o deməkdir ki, cavabdeh onun tərəfindən iddiaçının şərəf və ləyaqətinə müdaxilə edilməsi, bunun nəticəsində iddiaçıya mənəvi zərər vurulması faktını qəbul etmişdir. Bundan yola çıxmaqla demək olar ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini, mənəvi zərərin məbləğinin müəyyən olunmasına aid (faktiki olaraq zərərin əvəzinin 2.000 manat məbləğdə artırılması) hissədə mübahisələndirir. Başqa sözlə cavab deh tərəfindən qətnamənin mübahisələndirildiyi hissədə iddianın qiyməti 2.000 manat təşkil edir ki, bu da, qanunvericiliklə nəzərdə tutulmuş beş min manatdan az olduğundan, cavabdehin həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. MPM-ə əsasən hazırda apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən 2025-ci il 3 aprel tarixli qətnaməsindən cavabdehin kassasiya şikayəti verməsi nəzərdə tutulmadığından, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə apellyasiya instansiya məhkəməsinin 2025-ci il 24 iyul tarixli qərardadından da kasasiya şikayəti verilə bilməz. Bu səbəbdən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli və iş kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi məsələsinə baxılması üçün apellyasiya i nstansiyası məhkəməsinə göndərilməlidir. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (402.1). Apellyasiya məhkəmələrinin mülki və ko mmersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər (402.2.2). Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilmiş qərardadın MPM-in 402.2ci maddəsində kassasiya şikayəti verilməsi istisna olunan qərardadlara aid olubolmamasını araşdırmalı idi. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və y a vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3cü maddələrini rəhbər tutaraq, qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 24 iyul tarixl i 2(106)647/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar