Məhkəmə qərarları › İş №2(102)-2849/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2849/2020

19.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2849/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçıların vəkili x7, cavabdehlərin qanuni nümayəndəsi x5, vəkili x17 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və x4 cavabdehlər x14 və x8 qanuni nümayəndəsi x9 qarşı “istifadə hüquqlarının tanınması və mənzilə köçürülmə” barədə ilk, iddiaçı x14 və x8 qanuni nümayəndəsi x5 cavabdeh İddiaçı1 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edil məsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.12.2019-cu il tarixli 2(103)-14866/2019 nömrəli qətnaməsindən cavabdehlərin qanuni nümayəndəsi x15 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və x4 cavabdehlər x14 və x8 qanuni nümayəndəsi x9 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 90 saylı evin 35 saylı mənzilinə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1999-cu il tarixdən Bakı şəhəri Xətai rayonu Gen.Mehmandarov küçəsi 90, 35 sayl ı mənzil İddiaçı2 xüsusi mülkiyyətində olmuşdur. 2007-ci il tarixdə oğlu İddiaçı3 Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından Elmar və Ceyhun adlı iki övladları doğulmuşdur. O, nənə olaraq xüsusi mülkiyyətində olan mənzilini 04.08.2015-ci ildə 18 saylı NK-da nəvələrinə bağışlamışdır. Lakin bir müddətdən sonra oğlunun ailəsində müəyyən münaqişələr baş vermiş və oğlu ilə Cavabdeh arasında bağlanmış nikah 2017-ci il tarixdə pozulmuşdur. Bu müddətdə Cavabdeh nəvələri ilə birlikdə xüsusi mülkiyyətində olan mənzildə yaşamamışlar. O, Gürcüstanda olduğu müddətdə Cavabdeh mənzilin açarlarını ələ keçirərək mənzilə yerləşmişdir. Onlar evə qayıdan zaman onları evə buraxmamışdır. Cavabdehnın yeganə niyyəti mənzili ələ keçirmək, onları isə evə buraxmamaq olmuşdur. Buna görə də müqavilənin etibarsız hesab edilməsi tələbinə dar Xətai Rayon Məhkəməsində iddia qaldırsa da, iddiası təmin olunmamışdır. Hazırda Cavabdeh onları evə buraxmadığı üçün hər üçü küçələrdə qalmışlar. Həyat yoldaşı İddiaçı1 İsgəndər oğlu 08.09.2003-cü il tarixdən bu mənzildə rəsmi qeydiyyatdadır. x6 və x8 qanuni nümüyəndəsi x16 cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 90 saylı evin 35 saylı mənzilinə dair istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. x6 və x8 qanuni nümayəndəsi x16 qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, 04.07.2015-ci il tarixdə İddiaçı2 ilə onun arasında “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi” bağlanmış və həmin müqavilə notariusda təsdiq olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı x19 uşaqların adına RX seriyalı ******* nömrəli 09.07.2015-ci il qeydiyyat tarixli Çıxarış verilmişdir. Həmin əmlak bağışlanarkən əvvəlki mülkiyyətçi İddiaçı2 həyat yoldaşı İddiaçı1 da notarial qaydada ərizə verərək əmlakın özgəninkiləşdirilməsinə etiraz etmədiyini bildirmiş və bununla da cavabdehin həmin əmlaka dair hər hansı hüququ qalmamışdır. Qanunvericiliyə görə də babanın nəvəsinə məxsus mənzilə istifadə hüququ müəyyən edilməmişdir. Həmçinin, o da nəzərə alınmalıdır ki, mənzil bağışlandıqdan sonra İddiaçı1 hüquqi əlaqəsi kəsilməklə yanaşı faktiki olaraq da heç bir əlaqəsi qalmamış və o, Gürcüstan Respublikasında özünə məxsus evdə yaşamışdır. Buna baxmayaraq cavabdeh hələ də sözügedən mənzildə formal qeydiyyatdadır, məhz bu səbəbdən onun əvəzindən kommunal xərcləri ödəmək məcburiyyətində qalır, bu isə mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb olur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli 2(011)6064/2019 saylı qətnaməsi ilə ilkin iddia təmin edillmiş, Shamakhı Kurbanovanın (İddiaçı2), İddiaçı1 və İddiaçı3 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 90 saylı evin, 35 saylı mənzilinə istifadə hüquqlarının tanınması və onların həmin mənzilə köçürülməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (Vahid Sadıqov - sədrlik edən və məruzəçi, hakimlər Abiddin Hüseynov, Azad İmanov, iş № 2(103)-14866/2019) 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Xətai Rayon Məhkəməsinin 2(011)-6064/2019 nömrəli, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdehlərin qanuni nümayəndəsi x15 və vəkili x2 şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.12.2019-ci il tarixli 2(103)-14866/2019 nömrəli qətnaməsinin ləğv edilərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasya instansiya məhkəməsi şikayətdə göstərilən və açıq-aydın əsaslandırılmış dəlillər üzrə heç bir araşdırma aparmamış və gəldiyi nəticəsi əsaslandırılmamışdır. Məhkəmələr iddianı təmin edərkən İddiaçı2 münasibətdə qeyd etmişlər ki, mülkiyyətdə olan mənz ili öz nəvələrinə bağışlaması onun həmin mənzildən istifadə hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz. Çünki həmin mənzil iddiaçıların yeganə yaşayış yeri olduğuna görə onlar mənzildən istifadə hüquqlarını itirməmişlər. Bu zaman məhkəmə Mülki Məcəllənin 228.4- cü maddəsinə istinad etmişdir. Lakin məhkəmələr nəzərə almamışdır ki, Mülki Məcəllənin 228.4-cü maddəsində müəyyən edilən imkan mülkiyyətçinin ailə hüquq münasbətlərindən irəli gələn və əqdin bağlanmasından sonra da davam edən yaşayış sahəsindən istifadə hüququnun saxlanmasını ehtiva edir. İddiaçı2 və İddiaçı1 mənzilin hazırkı mülkiyyətçilərinin ailə üzvü statusunda olmadıqları üçün qeyd olunan normanın mübahisəyə tətbiqi mümkün deyildir. Əks yanaşma yəni daşınmaz əmlakı özgəninkiləşdirən şəxsin həmin əmlakdan istifadə hüquq unun hər bir halda saxlanması barədə mövqe əmlakı əldə edənin mülkiyyət hüquqlarının əsassız və qanuna zidd məhdudlaşdırılması ilə nəticələnə bilər. İddiaçı2 2015-ci ildək mənzilin mülkiyyətçisi olduğu üçün onun həmin əmlaka istifadə hüququ yaransa da, bu hüquq mənzil qanunvericiliyi ilə müəyyən edilən yaşayış sahəsindən istifadə hüququ deyil, mülki qanunvericliklə müəyyən edilən sahibin öz əmlakından istifadə hüququ olmuşdur. Bu mənada onun əmlakın mülkiyyətçisi kimi yaranmış istifadə hüququna mənzilin özgəninkiləşdirilməsi ilə xitam verilmişdir. İddiaçı2 notariat qaydasında təsdiq edilmiş müqaviləni imzalamaqla mülkiyyət hüququndan imtina etmiş və əmlakın özgəninkiləşdirməsindən sonra onun istifadə hüququnun saxlanması barədə müqavilədə hər hansı şərt nəzərdə tutulmamışdır. Qanunvericili yin bu tələbi İddiaçı1ya münasibətdə də tətbiq olunmalıdır. Həmin şəxs notariat qaydasında ərizə verərək mülkiyyət hüququndan imtina barədə öhdəlik götürmüşdür. Lakin məhkəmə bu imtinanı məhkəməyə müraciət etmə hüququndan imtina ilə eyniləşdirərək mübahisəyə aidiyyətı olmayan əsaslandırmalar etmişdir. İddiaçıların yeganə yaşayış yeri olduğuna görə mənzildən istifadə hüququnun saxlanması barədə məhkəmənin mövqeyi də heç bir maddi hüquqi əsası olmayan mülahizələrdən ibarətdir. Elə ona görə də məhkəmə bu mövqeyini qeyd edərkən hər hansı maddi hüquq normasına istinad edə bilməmişdir. Məhkəmə mübahisəyə hüquqi qiymət verərkən gah Mülki Məcəllənin normalarına, gah da 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin normalarına istinad etmişdir. Bu isə həmin normaların hüquqi nə ticələrinə görə yolverilməzdir. Məhkəmənin belə qeyri müəyyən mövqedə olması, onun hüquq münasibətlərinin yaranması anını müəyyən edə bilməməsindən irəli gəlmişdir. İddiaçılar məhkəməyə guya onların sözügedən mənzildə yaşamaları ilə bağlı 13.08.2019-cu il tarixli akt təqdim etmişlər. Həmin akt mötəbər sübut hesab edilə bilməz. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin qanuni nümayəndəsi x15, vəkili x3 şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların vəkili x1 şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, mübahisəli mənzili 23.10.2002-ci il tarixdə x11 öz qızı olan İddiaçı2 Sadi qızına bağışlamışdır. Bundan sonra isə mübahisə li mənzil İddiaçı2 tərəfindən oğlu İddiaçı3 uşaqları x10 və x12 04.07.2015-ci il tarixində bağışlanmışdır. Hazırda Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 90 saylı evin 35 saylı mənzilin ½ hissəsi x6, ½ hissəsi isə x8 mülkiyyətindədir. Qurbanova x13 Respublikasının, İddiaçı1 Azərbaycan Respublikasının, İddiaçı3 isə Rusiya Federasiyasının vətəndaşlarıdır. İddiaçıların hər birinin qeyd olunan dövlətlərlə əlaqələrinin və bağlılıqlarının olmasına baxmayaraq, uzun müddət (2003-cü ildən 2018-ci ilədək) əsasən Azərbaycan Respublikasının ərazisində yaşamışlar. Eyni zamanda İddiaçı2 mülkiyyətində olmuş mənzildə onun əri İddiaçı1 bu günədək pasport qeydiyyatındadır. Məhkəmə kollegiyası işin müəyyən olunmuş halları baxımından belə nəticəyə gəmişdir ki, iddiaçıların mübahisəli mənzilə i stifadə hüquqları yaranmışdır. Mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas hesab edilmir. İstifadə hüququ olan şəxs mülkiyyət hüququ keçənədək notarial qaydada təsdiqlənmiş öhdəlik verməsi bu hala istisnalıq yaradır. İddiaçı2 mənzili x14 və x12 bağışlaması onun həmin mənzildən istifadə hüquqlarından imtinası kimi qiymətləndirilə bilməz. Bağışlama müqaviləsində də belə hal nəzərdə tutulmamışdır. Bağışlama müqaviləsi bağlanarkən İddiaçı1 notarial qaydada verdiyi ərizə isə onun mənzilin bağışlanmasına etiraz etməyərək razılıq verməsini və məhz həmin bağışlama ilə bağlı heç bir iddiasının və tələbinin olmadığını göstərir. Həmin razılıq Mülki Məcəllənin 228.4-cü maddəsində nəzərdə tutulmuş istisna halının yaranmasına əsas olan öhd əliyi əhatə etmir. İddiaçı1 mübahisəli mənzil bağışlanarkən notariat qaydada üzərinə həmin mənzilə dair gələcəkdə heç bir iddiasının və tələbinin olmaması barədə öhdəlik götürməsi həmin şəxsin konstitusion hüquq olan mənzil və mülki prosessual hüququ olan məhkəməyə müraciət etmək hüquqlarını məhdudlaşdırdığından, belə imtinanın edilməsi yolverilməzdir. İddiaçı3 Alyroşa oğlunun mənzil mülkiyyətçilərinə münasibətdə ailə üzvü olduğundan, uzun müddət ərzində mütəmadi olaraq həmin mənzildə yaşadığından və həmin mənzilin onun Azərbaycan Respublikası ərazisində yeganə yaşayış yeri olduğundan, İddiaçı3 həmin yaşayış sahəsinə istifadə hüququnun tanınması nəticəsinə gəlmişdir. Kassasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, apelyasiya instan siyası məhkəməsi mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməmşdir. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, mübahisəli mənzili İddiaçı2 bağışlama müqaviləsi əsasında əldə etmiş, həmin mənzil onun və həyat yoldaşının birgə nikah dövründə əldə etmiş olduqları mənzil olmamışdır. Bundan sonra o həmin mənzili öz nəvələri olan cavabdehlərə bağışlamış və mənzil üzərində cavabdehlərin hər birinin payı ½ olmaqla mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı2 mülkiyyət hüququ ilə bağlı qeyd isə reyestrdən silinmişdir. Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İşin halları ilə müəyyən olunur ki, iddiaçılardan İddiaçı2 mənzilin əvvəlki mülkiyyətçisi, Alyşoşa Qurbanov onun həyat yoldaşı, mənzildə qeydiyyatda olan şəxsdir. Digər İddiaçı3 isə Şamaxı və İddiaçı1 oğlu və cavabdehlərin atasıdır. Apelyasiya məhkəməsi ilkin olaraq hər üç iddiaçının mübahisəli mənzildə istifadə hüquqlarının olmasını qeyd edir, bununla bağlı 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə və qüvvədə olan Mülki Məcəllənin 228.1, 228.4, 228.5-ci maddələrinə istinad edir. Lakin mübahisəli mənzilə istifadə hüququ olan şəxslərin həmin tələblə çıxış etmələrinin səbəblərini və birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı əsaslarını aydınlaşdırmır. Bir halda ki, məhkəmə iddiaçıların mübahisəli mənzildə istifadə hüquqlarının mövcud olması və mənzilin özgəninkiləşdirilməsindən sonra istifadə hüquqlarını saxlanması nəticəsinə gəlir, iddiaçılar isə mənzildə istifadə hüquqlarının qalmada davam etməsini göstərirlər, belə olan halda mənzildə istifadə hüququnun tanınmasının tələb edilməsinə və məhkəmələr tərəfindən həmin iddianın təmin olunmasına dair qətnamələr qəbul edilməsi anlaşılan deyildir. Məhkəmə kollegiyası iddiaçılardan İddiaçı2 iddia tələbi ilə bağlı qeyd edir ki, o, mübahisəli mənzilin mülkiyyətçisi olmuş və həmin mənzili müqavilə əsasında cavabdehlərə bağışlamış və onun mülkiyyət hüququnun reyestr qeydi ləğv olunmuş və cavabdehlərin mülkiyyət hüququ qeydə alınmışdır. Həmin vaxtdan etibarən isə Ş.Qurbanvanın mülkiyyət hüququndan irəli gəl ən bütün hüquqlarına o cümlədən istifadə hüququna xitam verilmişdir. Onun yaşayış sahəsindən istifadə etməsinin davam etməsi müəyyən olunaraq, əvvəl malik olduğu hüquqlarının davam etdirməsinin müəyyən olunması işin halları baxımından əhəmiyyətlidir. Digər tərəfdən yeni mülkiyyətçilərlə yeni münasibətlərdən irəli gələn istifadə hüququnun yaranması qüvvədə olan Mənzil məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından yarana bilər və məhz həmin maddənin tələbi nəzərə alınmaqla qiymətləndirmə aparılmalı idi. Lakin apelyasiya məhkəməsi işin göstərilən hallarına qiymət verməmiş və faktiki olaraq mülkiyyətçinin dəyişməsinə baxmayaraq iddiaçının əvvəl əldə etmiş olduğu istifadə hüququnun davam etməsi nəticəsinə gəlmişdir. Bağışlama müqaviləsinin bağlanmasından sonra iddiaçıların cavabdehlər və o nların qanuni nümayəndəsi ilə mübahisəli mənzildə yaşamaları, iddiaçıların göstərdiyi kimi cavabdeh tərəfin mənzili onların razılığı olmadan zəbt etməsi və onlarına mənzildə yaşamağa imkan verməməsinə dair iş üçün əhəmiyyətli olan dəlilləri aydınlaşdırılmamış qalmışdır. Məhkəmələr eyni zamanda iddiaçıların mübahisəli mənzillə bağlılıqlarını saxlaması, İddiaçı2 Gürcüstan Respublikasının, İddiaçı3 Rusiya Federasiyasının vətəndaşları olmaqla mübahisəli mənzilin onların yeganə yaşayış yerləri olmasını işdə olan digər sübutlarla qarşılıqlı yoxlanmasını təmin etməmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı3 (cavabdehlərin atası olması nəzərə alınaraq ailə hüquq münasibətlərindən irəli gələn istifadə hüququ əldə edilməsi yoxlanmaqla) mübahisəli mənzildə istifadə hüququna malik olmaları (qeyd edilməlid ir ki, şəxsin mənzildə qeydiyyatda olması onun həmin mənzildən istifadə hüququna malik olması anlamına gəlmir), mülkiyyətçinin dəyişməsindən sonra bu hüququ saxlamaları, yeni mülkiyyətçilərlə yeni əsaslarla hüquqlar əldə etmələrinin müəyyən edilməsi iş üçün əhəmiyyəti olan hallardır. Məhkəmə kollegiyası göstərilən halların məcmusu olaraq qeyd edir ki, iddiaçıların əvvəlki mülkiyyətçinin mülkiyyət hüququnun qüvvədə olduğu müddətdə mübahisəli mənzildən istifadə hüququ əldə etmələri (İddiaçı1 və İddiaçı3), istifadə hüququnun əldə edilmiş olmasının müəyyən edildiyi, bağışlama müqaviləsinin bağlanmasından sonra onun saxlanmasını (hər üç iddiaçıya münasibətdə) hazırkı işin halları baxımında müəyyən etmək mümkünsüzdür. Qeyd edilməlidir ki, keçmiş mülkiyyətçinin ailə üzvü olmaları və ya həmin mə nzildə qeydiyyatda olmaları özlüyündə həmin şəxslərin mübahisəli mənzildən istifadə hüququ əldə edilməsi üçün əsas yaratmır. Ailə üzvlərinin mübahisəli mənzildən istifadə hüququnun əldə edilməsinin ən vacib əsası mülkiyyətçi ilə birlikdə yaşama ilə şərtləndirilir. Lakin məhkəmələr tərəfindən işin göstərilən halı ümumiyyətlə araşdırılmamışdır. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını arad an qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət b axımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Konstitusiya Məhkəməsi Plenumunun ədalətli məhkəmə araşdırılması ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şik ayəti üzrə 13 iyun 2008-ci il, M.Şahverdiyevanın şikayəti üzrə 23 iyul 2013-cü il tarıxli Qərarları). Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bi r sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətində yuxarıda qeyd edilən Konstitusiya məhkəməsinin qərarlarının tələblərinə əməl etməmiş, mübahisənin tam və obyektiv həlli baxımından apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticələri maddi və prosessual qanunveric iliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edisin. Bakı Apelyasiya Mə hkəməsi Mülki Kollegiyasının 2(103)-14866/19 saylı, 16 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar