Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-285/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdeh və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun ləğv edilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması, istifadə hüququna maneələrin aradan qaldırılaraq mənzilə köçürülməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki K ollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-8362/2019 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu tarixli qətnaməsi ilə İddiaçı ilkin iddiası təmin olunaraq, İddiaçı məxsus X5 nömrəli mənzilindən Cavabdeh istifadə hüququna xitam verilməsi, qətnamə Cavabdeh X5 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması, məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu İddiaçı aid edilməsi, Cavabdeh İddiaçı qarşı “X5 nömrəli mənzilinə istifadə hüququnun tanınması, istifadə hüququna olan maneələrin aradan qaldırılaraq mənzilə köçürülməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, hakimlər İkram Şirinov və Elşən Kazımov) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-8362/2019 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2019-cu tarixli, 2(007)711/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması, istifadə hüququna maneələrin aradan qaldırılaraq mənzilə köçürülməsi” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, Cavabdeh X5 nömrəli mənzilinə köçürülməsi, Cavabdeh iddia tələblərinin qalan hissələrdə rədd edilməsi, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun ləğv edilməsi” tələbinə dair ilkin iddiasının rədd edilməsi, məhkəmə xərclərinin tərəflərə aid edilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsi ilkin iddianı təmin edərkən Cavabdeh uzun müddətdən bəri mübahisəli mənzildə yaşamamasını, onun yaşayış sahəsinin mülkiyyətçisi və keçmiş qayınatası olan İddiaçı ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüq uqu olan şəxslərin dairəsinə daxil olmamasını, iddiaçının keçmiş gəlini olmaqla xx xxxxx 2011-ci il tarixdə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə müvəqqəti qeydiyyata düşməsini, xx xxxxxxx 2017-ci il tarixdə nikahın pozulmasını, hazırda cavabdehin özünə ayrıca yaşayış sahəsi seçərək orada yaşamasını, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun olmamasını, mülkiyyətçi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmayan Cavabdeh qarşı tərəfin xüsusi mülkiyyətində olan mənzildə sadəcə qeydiyyatda olmasının mənzildən istifadə hüququnun saxlanılması üçün əsas olmamasını nəzərə almış və haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin mənzildən istifadə hüququ faktiki olaraq itirilmişdir. Apellyasiya in stansiyası məhkəməsi yanılaraq xx.xx.2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin 68.4-cü maddəsini analogiya qaydasında mövcud münasibətə tətbiq etmişdir. Lakin mövcud münasibətdə Cavabdeh ailə üzvləri siyahısından çıxarkən İddiaçı mülkiyyətçi olmuşdur, kirayəçi deyil. Qanun “yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri” ifadəsindən istifadə edir, mülkiyyətçinin ailə üzvlərindən söhbət getmir. Cavabdeh 2011-ci ildə gəlin köçərkən mənzilin mülkiyyətçisi İddiaçı olmasa da o, evi 2014-cü ildə, yəni Cavabdeh ailə üzvləri siyahısından çıxmasından çox öncə öz adına özəlləşdirmişdir. İddiaçı mülkiyyətçi olmasına Cavabdeh heç bir etiraz etməmiş və hətta razılığını bildirmişdir. Göründüyü kimi, ailə münasibətlərinə son verildiyi zaman artıq İddiaçı mənzilin qanuni mülkiyyətçisi olmuşdur və heç v axt sözügedən mənzilin sosial kirayəçisi olmamışdır. Mənzil Məcəlləsinin 68.4-cü maddəsinin və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirlməsi haqqında” Qanunun 5-ci maddəsinin bu münasibətə tətbiqi qanunsuzdur. Bakı Apellyasiya Məhkəməsinin digər bir əsaslandırması belədir ki, iddia tələbi istifadə hüququnun ləğv edilməsi, məhkəmənin qətnaməsi isə istifadə hüququna xitam verilməsi barədədir. Buna əsaslanaraq ilkin iddia üzrə iddiaçının tələbinin rədd edilməsi absurddur. Hər bir halda birinci instansiya məhkəməsi iddia tələbindən bir qədər kənara çıxsa belə, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxaraq iddiaçının haqlı tələbini təmin edə bilərdi. Cavabdeh iddiaçı ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şə xslərin dairəsinə daxil deyildir, o, sadəcə iddiaçının gəlini kimi müvəqqəti qeydiyyata alınmışdır. O, artıq uzun müddətdir ki, evdən könüllü gedib və başqa yerdə yaşayır. Cavabdehin istifadə hüququ əldə etməsi və sonradan bunun əsasında cavabdehdən pul tələb etməsi niyyəti açıq aşkardır. Cavabdehin niyyəti mənzildə yaşamaq deyildir. Çünki cavabdeh telefon yazışmaları ortaya çıxandan sonra iddiaçıya heç nə demədən könüllü şəkildə özü getmişdir. Onun mənzildə yaşamasına maneə olmamışdır. Cavabdeh cehiz əşyalarını belə tələb edərkən onları naturada deyil, onların dəyərini pul formasında tələb etmişdir, lakin məhkəmə onların naturada ona verilməsi barədə qərar vermişdir. Cavabdehin məqsədi sadəcə istifadə hüququ əldə edərək mülkiyyətçiyə öz hüquqlarını tam şəkildə həyata keçirməsinə maneələr yaradaraq pul tələb etməkdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı mad dəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh xx xxxxx 2011-ci il tarixdə mübahisəli mənzilə gəlin köçmüş, həmin vaxt (hazırda mübahisəli olan hüquq münasibətləri yaranan vaxt) mənzil dövlət fonduna məxsus olmuş, iddiaçı həmin mənzilə qeydiyyata alınmışdır. xx xxx 2014-cü il tarixdə mənzil İddiaçı adına özəlləşdirilmiş, mənzil özəlləşdirilərkən həmin vaxt ailə üzvü kimi mənzildə yaşayan Cavabdeh mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılığı alınmışdır. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli mənzilə iddiaçının ailə üzvü kimi 2011-ci ildə köçdüyündən onun həmin mənzilə istifadə hüququ yaranmış və mənzil 2014-cü ildə İddiaçı adına yüklü qaydada (Cavabdeh razılığı da olmaqla) özəlləşdirilmişdir. Cavabdeh ilə İddiaçı oğlu X5 arasında nikah münasibətlərinə xitam verilsə də, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ saxlanıldığından, onun istifadə hüququnun əlavə olaraq tanınmasına zərurət qalmır, lakin onun bu hüququna əsasən də onun istifadə hüququ olduğu X5 nömrəli mənzilinə köçürülməsi tələbi tam əsaslıdır. İlkin iddia üzrə apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mənzilə istifadə hüququ olduğundan onun istifadə hüququna xitam verilməsi məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən müvafiq kompensasiya verilməsi yolu ilə mümkün olduğundan, hazırki halda isə iddiaçı hər hansı kompensasiya təklif etmədiyindən ilkin iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8362/2019 nömrəli iş üzrə 08 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmaldır. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh mübahisəli mənzilə iddiaçının ailə üzvü kimi 2011-ci ildə köçərək qeydiyyata alındığı zaman mənzil xüsusi mülkiyyətdə olmamışdır. Həmin mənzil 2014-cü ildə İddiaçı adına özəlləşdirilmişdir və özəlləşmə zamanı Cavabdeh mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq ərizəsi də alınmışdır. Cavabdeh ilə İddiaçı oğlu X5 arasında nikah münasibətlərinə xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsi ilə xitam verilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus mənzilə 2011-ci ildə gəlin köçərkən mənzil dövlət mənzil fonduna aid olub və iddiaçı həmin mənzilin kirayəçisi olmuşdur. Həmin dövrdə hazırkı mübahisəyə tətbiq edilə biləcək xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi (53 və 54-cü maddələr) qüvvədən düşdüyündən və xx.xx.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən tərəflər arasında yaranmış münasibətlər mahiyyət etibarilə sosial kirayə müqaviləsindən irəli gələn münasibətlərə uyğun olduğundan bu mübahisəyə də xx.xx.2009-cu ildən qüvvədə olan sosial kirayə müqaviləsinə aid normalar tətbiq edilməsi mümkündür. Buna görə də, İddiaçı mənzili ona sosial kirayə müqaviləs i əsasında verilməsə də, xx.xx.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin oxşar münasibətləri tənzimləyən 68.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən haqlı olaraq müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli mənzilə iddiaçının ailə üzvü kimi 2011-ci ildə köçdüyündən onun həmin mənzilə istifadə hüququ yara nmışdır. Həmin mənzil 2014-cü ildə İddiaçı adına yüklü qaydada (Cavabdeh razılığı da olmaqla) özəlləşdirilmişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülk iyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göstərilən Qanunun 12-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haq qında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli qərarında müəyyən etmişdir ki, mənzilin (evin) mülkiyyətçisi olmayan, lakin özəlləşdirilmə zamanı kirayəçi ilə birlikdə faktiki yaşayan onun ailə üzvlərinin özəlləşdirilən mənzilə əvvəllər əldə olunmuş yaşamaq hüquqları konstitusiya əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən müdafiə olunmalıdır. Lakin hər bir halda bu, mütənasib şəkildə, özəlləşdirilən mənzilin mülkiyyətçisinin mülkiyyət hüquqları nəzərə alınmaqla həyata keçirilməlidir. Belə yanaşma həm konstitusiya prinsiplərinə, həm də “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun məqsədlərinə cavab verir. Azərbaycan Respublikasında Mənzil Fondunun özəlləşdirilməsi haqqında Qanunun 12-ci maddəsi ilə qanunverici cavabdehin özəlləşmiş mənzilə əvvəllər əldə etdiyi və mahiyyətcə məhdud əşya hüququ olan istifadə hüququnu təmin etmək məqsədilə, mənzilin hazırki mülkiyyətçisi kimi iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Konstitusiya məhkəməsinin yuxarıda qeyd olunan qərarında da göstərildiyi kimi, cavabdehin mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılığı həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, iddiaçının mənzilin mülkiyyətçisi kimi mülkiyyət hüququndan onun mənzilə olan istifadə hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib ona etimad göstərərək vermişdir. Bu səbəbdən iddiaçı mənzilə mülkiyyət hüququndan cavabdeh tərəfindən ona göstərilən etimada zidd şəkildə istifadə edərək cavabdehi həmin mənzildən istifad ə hüququndan məhrum edə bilməz. Buna görə də, Cavabdeh ilə İddiaçı oğlu X5 arasında nikah münasibətlərinə xitam verilsə də, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ saxlanılır. Yuxarıda göstərilənlərə əsasən cavabdehin kassasiya şikayətinin mübahisəli evin mülkiyyətdə olması və buna görə də mübahisəyə Mənzil Məcəlləsinin 68-ci maddəsinin düzgün tətbiq edilməməsi barədə dəlillərini məhkəmə əsassız hesab edir. Cavabdehin mənzildən könüllü çıxıb getməsi və başqa yaşayış yerinin olması barədə isə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən iş üçün mühüm əhəmiyyəti olan halları tədqiq edərək, yekun olaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsinin tələbin əsaslı olması barədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara v ə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun olmaqla, qanuni və əsaslıdır. Buna görə də, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)-8362/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-285/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-285/2020
13.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver