Məhkəmə qərarları › İş №2(102)-285/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-285/2022

24.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-285/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürmə 24.02.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdeh1 və cavabdehlərin vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3469/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, mübahisəli mənzil dövlət mənzil fondunun balansındadır. Cavabdehlər hazırda həmin evdə Zəngilan rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışlar. Cavabdeh2 övladı – iş üzrə digər Cavabdeh1 05.11.2013-cü il tarixdə iddiaçı ilə nikaha daxil olmuş və iddiaçı həmin vaxtdan onların məskunlaşdığı mənzilə gəlin köçmüşdür. Onların nikahdan 29.04.2015-ci il təvəllüdlü Ümid adlı övladları olsa da, hazırda münasibətləri pozulmuş və onlar ayrılmışlar. İddiaçı uşağı ilə birlikdə mübahisəli yaşayış sahəsində yaşamış, lakin sonradan tərəflər arasında münasibətlər pisləşdiyi üçün iddiaçı uşağı ilə birlikdə evdən çıxar ılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş 29 aprel 2015-ci il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri, xxx ünvanda yerləşən evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 05 noyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur və birgə nikahlarından 29 aprel 2015-ci il təvəllüdlü X2 anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra cavabdehin məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı xxx ünvanında yerləşən evə gəlin köçmüş və həmin evdə yaşamağa başlamış dır. Ailə həyatının əvvəlki dövrlərində ər-arvad münasibətləri normal olsa da, bir müddət sonra cavabdehlə aralarındakı münasibətlər kəskin hal almağa başlamış. Bu səbəbdən nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh onu yaşadığı xxx ünvanında yerləşən evdən övladı ilə birlikdə qovmuş və evə daxil olmağının qarşısını almaq üçün qapının kilidini dəyişmişdir. Başqa yaşayış yeri olmadığından qohumlarının evində yaşamaq məcburiyyətində qalmışdır. Ona məxsus cehiz əşyaları həmin ünvandadır. Cavabdehlər faktiki olaraq bu cür qanunsuz hərəkətlər nəticəsində son vaxtlara qədər yaşadığı və ona məxsus cehiz əşyalarının yerləşdiyi yaşayış evinə buraxmamaqla faktiki olaraq onun yeganə olan yaşayış yerindən məhrum etməyə çalışırlar. Bununla bağlı o müxtəlif dövlət orqanlarına müraciət etsə də həç bir nəticəsi olmamış, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, özbaşına müdaxiləsinin qarşısı məhkəmə tərəfindən alınmalıdır.

4. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin (hakim İmran Burcayev) 2(008)2492/2019 nömrəli, 31 may 2019-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil Sabunçu rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. İddiaçı Cavabdeh1 keçmiş həyat yoldaşıdır. Cavabdehlər hazırda həmin evdə Zəngilan rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır.

6. Məhkəmə tərəflər arasında mövcud olan kəskin münasibətləri, mübahisəli evin iddi açının qaynanasına ayrılmasını, iddiaçının mübahisəli mənzildə yaşamasının qeyrimümkün olmasını etiraf etməsini nəzərə alaraq hesab etmişdir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

9. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) 2(103)-10934/2019 nömrəli, 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2492/2019 nömrəli, 31 may 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən sax lanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi evin iddiaçının qayınanasına ayrılmasını, tərəflərin kəskin münasibətlərini və bu səbəbdən onların birgə yaşamasının qeyri-mümkün olmasını nəzərə alaraq iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və İ.Xələfov) 2(102)-107/2020 nömrəli, 09 yanvar 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin 22 avqust 2019-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, yalnız iddiaçı və cavabdehlər arasında münasibətlərin kəskin olduğuna istinad edərək iddiaçının yaşadığı evə köçürülməsi barədə iddianın rədd edilməsi barədə gəlinən nəticəyə düzgün deyil.

14. Cavabdehlərlə iddiaçının kəskin münasibətləri sonuncunun yaşayış yerindən məhrum edilməsi üçün əsas hesab edilə bilməz.

27. Həmçinin kassasiya instansiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2-ci maddələrinin kontekstində işin halları müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzə çi), Elnur Həsənov, Fuad Babayev) 2(103)-5073/2019 nömrəli, 01 sentyabr 2020-cu il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2492/2019 saylı, 31 may 2019cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikah 05 noyabr 2013-cü il tarixdə bağlanmışdır. Tərəflərin nikahı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20.05.2019-cu il tarixdə pozulmuşdur. Tərəflərin birgə nikahından X2 29 aprel 2015-ci il tarixdə anadan olmuşdur. Cavabdeh2 1 nəfər ailə üzvü Cavabdeh1 ilə birlikdə ünvan 3 ünvanda Zəngilan rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır.Sabunçu rayon 69 saylı Mənzil Kommunal İstismar Sahəsinin xidməti ərazisində xxxx saylı 2 bina vardır. Binaların ikisi də Sabunçu rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır.

17. Apellyasiya instansiyası məhkəməsi hesab emişdir ki, hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri 05.11.2013-cü il tarixdən başlanmışdır. Həmin tarix isə 2009-cu ildən sonrakı müddətə təsadüf etdiyindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən iddiaçının və onun azyaşlı uşağının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması, habelə yaranmışdırsa itirilib-itirilməməsi məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır.

18. Apellyasiya insta nsiyası işin mübahisəsiz halı olaraq qeyd emişdir ki, mübahisəli mənzil Sabunçu rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olsa da, mənzil Cavabdeh2 sahibliyində və istifadəsində olmuşdur. İddiaçı ilə Cavabdeh1 arasında olan nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20.05.2019-cu il tarixdə pozulmuşdur. Belə olan halda isə Mənzil Məcəlləsinin 30-cu maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən iddiaçının həmin mənzildən istifadə hüququ saxlanıla bilməz. İddiaçının mübahisəli mənzilə dair istifadə hüququ olmadığından onun həmin mənzilə köçürülməsi barədə iddia tələbi də təmin edilə bilməz.

19. Həmçinin apelyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının mübahisəli mənzilə köçürülm əsi təmin edilmədiyindən iddia tələbi birgə nikahlarından olan uşağa münasibətdə də təmin edilə bilməz.

20. Apellyasiya instansiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qərarında şərh olunan göstərişlə (mübahisənin Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməsi) bağlı qeyd etmişdir ki, tərəflər arasında olan ailə münasibətlərinə xitam verildiyindən, iddiaçı cavabdehlərin ailə üzvü olmadığından mübahisəyə Mənzil Məcəlləsinin 68-ci maddəsinin müddəaları tədbiq edilə bilməz.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, Mülki Məcəllənin 27.2-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü və 16 dekabr 2014-cü il tarixli Qərarlarına istinad etmişdir. Kassasiy a instansiyası məhkəməsindəki ikinici icraat

22. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və E.Şamayev) 2(102)-914/2021 nömrəli, 25.01.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsini apellyasiya instansiya məhkəməsinin 01.09.2020-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işə apellyasiya qaydasında təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır.

24. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

25. Belə ki, bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolle giyasının 09 yanvar 2020-ci il tarixli qərarında şərh edilən göstərişə uyğun olaraq mübahisə Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməli, həmin maddənini tətbiq edilib-edilməməsi ilə bağlı hallar müəyyən edilməlidir.

26. Qətnamədən görünür ki, apelyasiya məhkəməsi həmin göstərişə uyğun olaraq hazırki mübahisəyə Mənzil Məcəlləsinin 68-ci maddəsinin deyil, 30-cu maddəsinin tətbiq edilməli olması qənaətinə gələrkən bunu tərəflərin ailə münasibətlərinə xitam verilməsi ilə əsaslandırmışdır.

27. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamışdır. Kollegiya qeyd etmişdir ki, mübahisəyə Mənzil Məcəlləsinin 30 və ya 68-ci maddələrinin tətbiqini şərtləndirən hallar tərəflərin ailə vəziyyətindən deyil, iddiaçının köçmək istədiyi evin statusu ndan asılıdır. Qeyd edilən normaların məzmunundan da görünür ki, Mənzil Məcəlləsinin 30-cu maddəsi mülkiyyətdə olan yaşayış sahəsi, 68-ci maddəsi isə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinə aid münasibətləri nizama salır. Başqa sözlə, qeyd edilən normaların tətbiqi yaşayış sahəsinin statusu ilə şərtlənir, tərəflərin ailə vəziyyət ilə yox.

28. Bundan əlavə, Cavabdeh1 iddiaya etirazında mübahisəli evin qəzalı vəziyyətdə olduğu üçün sökülərək yerində yeni tikilən binadan onlara mənzil verildiyini desə də, işin bu halına dair hər hansı araşdırma aparılmamışdır.

29. İddiaçının köçmək istədiyi evin Sabunçu rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olması müəyyən edilmiş və evin statusu ilə bağlı digər hallar müəyyən edilməmişdir. İddia tələbi ilə bağlı (tə min va ya rədd olunması baxımından) maddi hüquq normasının tətbiqi üçün bu hal mühüm əhəmiyyət daşıyır.

30. Bu baxımdan, məhkəmə kollegiyası tətbiq edilən maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), E.Mehdiyev, R.Həsənov) 2(103)-3469/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli qətnamə ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə tələbi” barədə iddiasının təmin edilməsi, İddiaçı azyaşlı övladı – 29.04.2015-ci il təvəllüdlü X1 il ə birlikdə xxx yerləşən xxx saylı mənzilə köçürülməsi qət edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil dövlət mənzil fondunun balansındadır. Cavabdehlər hazırda həmin evdə Zəngilan rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışlar. Cavabdeh2 övladı – iş üzrə digər Cavabdeh1 05.11.2013-cü il tarixdə iddiaçı ilə nikaha daxil olmuş və iddiaçı həmin mənzilə gəlin köçmüşdür. Onların nikahdan bir övladları olsa da, hazırda münasibətləri pozulmuş və onlar ayrılmışlar. İddiaçı uşağı ilə birlikdə mübahisəli yaşayış sahəsində yaşamış, lakin sonradan tərəflər arasında münasibətlər pisləşdiyi üçün iddiaçı uşağı ilə birlikdə evdən çıxarılmışdır.

33. Məhkəmə qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsi cavabdehlərin mülkiyy əti olmadığından, yəni dövlətin mülkiyyətində olduğundan iş üzrə tərəflər arasında yaranmış bu mülki mübahisə Azərbaycan Respublikasının hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından həll edilməlidir.

34. Həmin Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlər i hesab edilə bilərlər.

35. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyır.

36. Həmin Məcəllənin 107-cı maddəsinə görə, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir.

37. Məcəllənin 70-ci maddəsinə görə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqə ti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur.

38. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

39. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab etmişdir ki, iddiaçının uşağı ilə birlikdə cavabdehlərlə eyni şərtlər ilə mübahisəli yaşayış sahəsindən yararlanmaq hüququ var. Bu baxımdan Məhkəmə hesab edir ki, cavabdehlərin etirazının əsası kimi istinad etdiyi hallar iddiaçının uşağı ilə birlikdə mübahisəli mənzilə köçürülməsinə mane olan hallar deyil.

40. Göstərilənlərə əsasən müəyyən edilmişdir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi səhvdir və işin hallarına uyğun gəlmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraa tı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

41. Cavabdehlər kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər.

42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

44. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

45. Cavabdeh1 və cavabdehlərin vəkili izahat verərək kassasi ya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdilər. Kassasiya baxışının hədləri

46. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

47. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdehlər apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mənzil Məcəlləsi

50. Sosial kirayə müqaviləsi üz rə yaşayış sahəsi kirayəçinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. (maddə 68.1)

51. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləs indən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyır. (maddə 68.2)

52. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. (maddə 70)

53. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. (maddə 107) Mülki Prossesual Məcəllə

54. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

55. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

56. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

57. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

58. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayı r. (maddə 416)

59. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həm in dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3469/2021 nömrəli iş üzrə 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar