Məhkəmə qərarları › İş №2(102)-285/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-285/2023

23.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-285/2023 23.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri yaşayış sahəsindən çıxarılma və əmlakı qanunsuz istifadədən geri tələb olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı sahədən çıxarılma və əmlakı qanunsuz istifadədən geri tələb edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2278/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 19 saylı MİS tərəfindən verilmiş mənzil kirayəçisi haqqında 19009 saylı məlumata əsasən İddiaçı ərizəsi əsasında Salyan yolu, dalan 3, 3 saylı özbaşına tikili olan evə dair xx.xx.2011-ci ildən kommunal xidmətlərini ödəmək məqsədilə 28 saylı forma üzrə arayış tərtib edilmişdir.

2. Mənzil-Kommunal xidməti üçün DĞM seriyalı 346304 nömrəli xx.xx.2011 -ci tarixli mədaxil qəbzinin kserosurətindən görünür ki, Bakı şəhəri, Salyan yolu, dalan 3, ö/t 3A ünvan üzrə kommunal ödənişləri İddiaçı tərəfindən ödənilmişdir.

3. Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yaşayan X1 xx.xx.2020-ci il tarixli ərizəsinin baxılmasına dair Səbail RPİ-nin 8-ci polis sahə müvəkkili tərəfindən tərtib edilmiş arayışdan görünür ki, ərizədə T.Məmmədova Salyan yolu, 3 ünvanında fotoatelye kimi istifadə olunan yerin ona məxsus olduğunu, bacısı vəfat edəndən sonra oranın kimin istifadə etdiyini bilmədiyini qeyd etmişdir. Araşdırma zamanı həmin yerdən Cavabdeh gözəllik salonu kimi işlətməsi müəyyən edilmişdirCavabdeh izahatında göstərmişdir ki, 7-8 ildir ki, həmin obyekti işlədir. Gülnarə Əliyeva adlı qadınla müqaviləsi vardır, lakin həmin qadın 2019-cu ildə vəfat etdiyindən heç kimlə təzə müqavilə bağlaya bilməmişdir.

4. Səbail RPİ-nin 8-ci PB-nin rəisi adına yazılmış İddiaçı izahatlarına görə onun Səbail rayonu, Salyan yolu, 3a ünvanda evləri var, orada ona məxsus şəxsi yeri, qadın atelyesi vardır. Həmin yeri anası və xalası G ülnarə işlədirdilər, sonradan oranı Südabə adlı qadın icarəyə götürüb işlətmişdir. Xalası Gülnarə vəfat etmişdir. Hal-hazırda həmin yeri sənədləşdirib işlətmək istəyir. Lakin xalası qızı Günay ona məxsus olan yerini işlətməyə imkan vermir, heç bir müqavilə olmadan ona məxsus olan yeri icarəyə verərək hər ay oradan 200 manat icarə haqqı alır.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, dalan 3-də istifadədə olan 0,01318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54,8 kv metr yaşayış, 27,9 kv metr köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Maraqlı şəxs1 1/3 hissə, Maraqlı şəxs3 1/3 hissə, Maraqlı şəxs2 1/3 hissə adlarına daş ınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2014-cü il tarixli qətnaməsinə əsaən iddiaçılar Maraqlı şəxs1 və qeyriləri cavabdeh X2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 3, ev 3 ünvanda iddiaçıların qanuni şəxsi mülkiyyətləri hesab olunan birmərtəbəli həyət evlərinin arxa divarına bitişik qanunsuz inşa edilmiş və cavabdeh X2 aid olan özbaşına tikilmiş evin və dərzi dükanının sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə məhkəmənin gəldiyi nəticəyə görə iddiaçı Maraqlı şəxs1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsində yerləşən Maraqlı şəxs1 istifadəsində olan 3 saylı yaşayı ş evinin tikililərinin konstruktiv elementləri üzərində hər hansı nəmlənmə və kiflənmə izlərinin olmadığından, cavabdeh T.Məmmədovanın istifadəsində olan tikilinin həmin 3 saylı evin pəncərələrinin qarşısında yerləşmədiyindən, tədqiq olunan evlərin hər birinə giriş-çıxışın ayrı-ayrı tərəflərdən olduğundan, yəni Maraqlı şəxs1 evin giriş-çıxışı həyətyanı sahəyə açılan qapı vasitəsi ilə olduğundan T.Məmmədovaya məxsus tikilinin mövcudluğu Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və digər sakinlərinin 36 saylı evdən istifadələrinə, evin işıqlanmasına, havalanmasına və ümumiyyətlə onların hər hansı mənafelərinə heç bir məhdudiyyəti və maneəsi yoxdur. Bu səbəbdən məhkəmə iddianın təmin olunması üçün hüquqi əsaslar müəyyən etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiy a məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı sahədən çıxarılması və əmlakı qanunsuz istifadədən geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, boşaldılması və geri tələb edilməsinə dair tələbin yönəldiyi tikili sahəsinin aid olduğu Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən ev ona məxsusdur. Həmin bir otağının küçəyə açılan qapısı vardır və əvvəllər fotoatelye kimi işlədilmiş, son illərdə isə qadın bərbəri salonu kimi istifadə olunur. Əvvəllər həmin sahənin icarə və işlədilməsinə xalası X4 baxırdı. Kirayə haqqı olaraq hər ay ona 300 manat verirdi. X3 vəfatından sonra, onunla işləyən qadın bərbəri Cavabdeh, salonu işlətməkdə davam etmiş, lakin hər dəfə bir bəhanə ilə kirayə haqqını ödəməmi şdir. Salondan çıxmaqdan, oranı boşaltmaqdan da imtina edir. Sonuncunun iradəsinə zidd əmlakından istifadə etməsi kimi qanunsuz özbaşınalığı ilə bağlı şikayətinə Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsində baxılmışdır. Cavabdeh salonla bağlı qeyd etdiklərini izahatında təsdiqləmiş, eyni zamanda salonda tək çalışdığını və çıxmayacağını bildirmişdir. Məsələnin mülki xarakterli olduğu qənaəti ilə polis araşdırmanı dayandırmış, bu barədə arayış vermiş və mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Bundan sonra da cavabdehlə məsələni mübahisəyə çevrilmədən, həll etməyə çalışsa da, nəticəsi olmamışdır. Bu səbəbdən də məsələni məhkəmə qaydasında həll etmək məcburiyyətində qalmışdır.

9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməs i ilə (sədrlik edən hakim Ş.Abdullayev, iş № 2(009)-2313/2020) iddia təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanında yerləşən yaşayış evinin bir hissəsi olan və qadın salonu kimi işlədilən sahədən çıxarılması, həmin sahə boşaldılıb İddiaçı təhvil verilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli ev eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin əmlakla bağlı hər hansı tələb irəli sürməni məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, iddiaçıya hazırki tələblə çıxış etməyə mane deyildir. Məhkəmə qeyd etmişdir ki, mülkiyyətçi olmayan şəxsin əmlak (əşya) hüquqları istənilən şəxsin, o cümlədən mülkiyyətçinin q anunsuz hərəkətlərindən müdafiə edilir. Cavabdeh iddiaçının istifadəsində olan sahənin şifahi qaydada razılaşma əsasında icarəyə götürmüş, həmin razılaşma iddiaçının xalası olan mərhum Gülarə Əliyeva ilə həyata keçirilmişdir. İddiaçının xalası G.Əliyevanın vəfatından sonra cavabdeh əmlakdan istifadə etsə də, əvvəllər icarəçi kimi işlətdiyi əmlaka dair icarə haqqını ödəmir. Tərəflər arasında icarə münasibətinin yaranması hüquqi əsası kimi onlar arasında bağlanılmalı və notariat qaydada təsdiq edilməli olan əqdin mövcudluğunu müəyyən edir. Lakin belə bir müqavilənin bağlanılması müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, cavabdehin iddia etdiyi icarə müqaviləsi özlüyündə etibarlı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə mübahisəli yaşayış sahəsinin qanuni sahibi kimi iddiaçının tələbini əsaslı hesab edir və hesab edir ki, cavabdeh qadın salonu kimi işlətdiyi sahədən çıxarılmalı, həmin sahə boşaldılaraq iddiaçıya təhvil verilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Qətnamədən maraqlarına toxunan üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 birgə apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.

12. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Belə ki, sözügedən əmlak heç vaxt iddiaçıya məxsus olmamış, onun məhkəməyə təqdim etdiyi sənədlər isə saxtadır.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və mə ruzəçi), M.Məmmədov və R.Həsənov, iş № 2(103)-4361/2021) maraqlarına toxunan üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2313/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı ona məxsus Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən mənzilinin bir hissəsi olan və qadın salonu kimi işlədilən sahədən çıxarılması, həmin sahənin boşaldılıb, ona təhvil verilməsi barədə iddia tələbinin rədd olunması qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının Bakı şəhəri, Səbail rayonu, ünvan 4 ünvanında yerləşən yaşayış evinin bir hissəsi olan və qadın salonu kimi işlədilən sahəyə dair onun faktiki sahibliyində o lması barədə iş materiallarında hər hansı sübut olmamış, birinci instansiya məhkəməsi yalnız Səbail RPİ-nin 8-ci PB-nin rəisi adına yazılmış ərizələrə istinad etmişdir ki, həmin ərizələrlə də qeyd olunan ünvana dair iddiaçının faktiki sahibliyi müəyyən edilmir. Bunun əksi olaraq apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, dalan 3-də istifadədə olan 0,01318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54,38 kv metr yaşayış, 27,9 kv metr köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə Maraqlı şəxs1 1/3 hissə, Maraqlı şəxs3 1/3 hissə və Maraqlı şəxs2 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 101 nömrəli reyestr kitabının 9202 nömrəli vərəqində qeydə alınmışdır. Həmçinin apellyasiya baxışı zamanı mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin sahə gözəllik salonu kimi istifadədədir, qeyd edilən sahə i.v. 68-də olan eskiz layihəyə uyğundur. Belə ki, maraqlarına toxunan şəxslərə paylı mülkiyyət hüququ ilə məxsus hissəyə aiddir. İddiaçı Cavabdeh ona məxsus Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən mənzilinin bir hissəsi olan və qadın salonu kimi işlədilən sahədən çıxarılması, həmin sahənin boşaldılıb, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, dalan 3-də istifadədə olan 0,01318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54,38 kv metr yaşayış, 27,9 kv metr köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə Maraqlı şəxs1 1/3 hissə, Maraqlı şəxs3 1/3 hissə və Maraqlı şəxs2 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 101 nömrəli reyestr kitabının 9202 nömrəli vərəqində qeydə alınmışdır və mübahisəli tikilinin işin faktiki halları ilə iddiaçıya aid olması müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4361/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı “sahədən çıxarılma və əmlakı qanunsuz istifadədən geri tələb edilməsi barədə” iddiası ilə bağlı işin təkrarən baxılması üçün apellyasiya instansiyası məhkəməsi nə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-380/2022 saylı, 11 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim Vüqar Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər Əhməd Əhmədovdan və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5361/2021 saylı, 28 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

17. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və ədalət mühakiməsinin çəkişmə, t ərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.

19. İddiaçı Cavabdeh əmlakın qanunsuz istifadəsinə son qoyulmasını və sahədən çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsi onun iddiasını təmin etmiş, qətnamədən cavabdeh deyil, üçüncü şəxslər şikayət vermiş, şikayətlərində isə mübahisəli tikililərin onların mülkiyyətində olan sahənin daxilində yerləşməsini göstərmişlər. Apellyasiya instansiyası məhkəməsi mübahisəli sahənin üçüncü şəxslərin mülkiyyətində olan sahəyə aid olması, texniki sənədlərdə əks etdirilməsini göstərmiş, lakin bu məsələnin həlli üçün xüsusi biliyə malik olan şəxsin rəyinin tələb olunmasını diqqətdən qaçırmışdır.

23. Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixliqanuni qüvvəyə minmiş qətnaməsinə əsasən hazırki iş üzrə 3-cü şəxslər Bakı şəhəri, Səbail rayonu, ünvan 6 ünvana bizim qanuni şəxsi mülkiyyətimiz hesab olunan bir mərtəbəli həyət evinin arxa divarına bitişik qanunsuz inşa edilmiş və cavabdeh X2 (iddiaçının anası) aid 2 otaqlı özbaşına tikilmiş ev və dərzi dükanının (hazırda qadın salonu) sökülməsinə dair qətnamə qəbul edilsin. Lakin onların iddiası rədd olunmuş, müəyyən edilmişdir ki, həmin tikililərin onlara aidiyyatı yoxdur, tikililərin mövcudluğu onların hüquqlarını məhdudlaşdırmır. İşə baxan göstərilən qətnamə ilə müəyyən edilmiş halla rı nəzərə almamaqla səhvə yol vermişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə maraqlarına toxunan üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2313/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

30. Ali Məhkəmənin göstərişlərinə əsasən apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti texniki ekspertizasının 15 iyul 2022-ci il tarixli 10/1856 nömrəli rəyi ilə mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 3, 3 saylı 1 mərtəbəli həyət evinin arxa divarı na bitişik inşa edilmiş X1 istifadəsində və sahibliyində, hazırda isə iddiaçının istifadəsində olan 2 otaqlı özbaşına tikilmiş ev və dərzi dükanının (hazırda qadın salonu kimi istifadə olunan) tikilinin Maraqlı şəxs1 1/3, Maraqlı şəxs3 1/3 və Maraqlı şəxs2 1\3 hissədə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, dalan 3-də, istifadədə olan 0,01318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54,8 kv metr yaşayış, 27,9 kv metr köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinin tərkib hissəsinə aid olmadığı (həmin evin sərhədləri daxilində olmadığı), ayrı tikili olduğu təsdiq olunmuş, əksinə iddiaçının istifadəsində olan sahənin bir hissəsi, yəni sahəsi 11,3 kv metr (4,50x2,50) olan tikilinin faktiki olaraq Maraqlı şəxs1 istifadəsində olduğu müəyyən edilmişdir.

31. Apel lyasiya məhkəməsi hesab etmişdir ki, bu cür vəziyyətdə Maraqlı şəxs1 və övladlarının birgə verdiyi apellyasiya şikayətdə göstərdiyi mübahisəli əmlakın heç vaxt iddiaçıya məxsus olmadığına dair dəlillər öz təsdiqini tapmır, qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, Maraqlı şəxs1 və övladlarına paylı mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evi ilə mübahisəli tikili ayrı-ayrı tikililərdir və onların bu tikiliyə heç bir hüquqları mövcud deyildir, aidiyyatı yoxdur.

32. Həmin fakt qanuni qüvvədə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2014-cü il tarixli, 2(009)-2097/2014 saylı qətnaməsi ilə və həmin iş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının rəyi ilə də təsdiq olunmuşdur. Belə ki, həmin iş də hazırki iş üzrə qətnamədən apellyasiya şikayəti v erən şəxslərin iddiası ilə başlanmış və onların tələbləri Bakı şəhəri, Səbail rayonu, ünvan 6 bir mərtəbəli həyət evinin arxa divarına bitişik qanunsuz inşa edilmiş və cavabdeh X2 (iddiaçının anası) aid 2 otaqlı özbaşına tikilmiş ev və dərzi dükanının (hazırda qadın salonu) sökülməsi ilə bağlı olmuşdur. Demək ki, hər iki iş üzrə mübahisə predmetləri, yəni həmin iş üzrə sökülməsi tələb olunan tikililərlə, hazırda cavabdehin çıxarılması tələb olunan tikililər eynilik təşkil edir. Başqa sözlə, Maraqlı şəxs1 və qeyriləri (qızı və oğlu), həmin iş üzrə özbaşına tikililərin onların hüquqlarını məhdudlaşdırdığından sökülməsini tələb etdikləri halda, indi həmin tikili sahəsinin onlara aid olduğunu iddia edirlər. Bu halın özü də apellyasiya şikayətinin açıq-aşkar əsassız olduğuna dəlalət edir.

33. M əhkəmə iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.3, 152.7, 158.1.2, 158.4, 178.1, 180.1, 180.2, 675, 700.1 və 700.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 385.2 və 420-ci maddələrinə istinat etmişdir. Kassasiya instansiya məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri

34. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs1 (Vəkil2) qətnamədən kassasiya şikayəti vermiş, kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmşidir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək ü çün subyektiv hüququ yoxdur, mübahisəli əmlakın iddiaçıya aidiyyatının olması də təsdiq edilməmişdir.

35. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə qərar çıxarılması xahiş edilmişdir.

36. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xass ələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetm ədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılma yan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1 və 700.2. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə y anaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədə n subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

38. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılm ası zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəlləni n 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, a raşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh X5 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayəti dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu ba xımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər, apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillərə apellyasiya məhkəməsində 2-ci dəfə işə baxılan zaman Ali Məhkəmənin qərarındakı göstərişələrə uyğun Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirməyə zərurət görmür.

43. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxsin kassasiya şikayətinin digər işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmaması barədədir. Bu mə sələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

44. Beləliklə də, məhkəmə kollegiyası hüququ və maraqlarıa toxunan şəxs Cəlilrva Maral Balağa qızının kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə mahiyyəti üzrə düzgündür. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Hüquq və vəzifələrinə toxunan şəxs kimi Maraqlı şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2278/2022 nömrəli iş üzrə 12 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar