Məhkəmə qərarları › İş №2(102)-285/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-285/2024

12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-285/2024 12.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X2 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi, mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5054/2023 nömrəli, 19 sentyabr 2023-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 fevral 2024 -ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Notariatda təsdiq edilmiş və 3M-636 nömrə ilə qeydə alınmış, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) 100000 manat məbləğində pul borc vermiş, borc alan həmin pulu xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 2. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Reyestrdə 3M-636 nömrə ilə qeydə alınmış, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh verilmiş **********30-05301- 093037 reyestr nömrəli, ********** qeydiyyat nö mrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85,8 kv metr olan mənzili (bundan sonra mübahisəli mənzil) İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 136000 manat məbləğində müəyyən edilmişdir.

3. Mülki iş üzrə keçirilmiş qiymətlətdirmə eksperizası rəylərinə görə, «X3 Mərkəzi» MMC-nin xx.xx.2021-ci il tarixli, YD 18 nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85,8 kv metr olan mənzilin bazar dəyəri 159330 manat, likvid dəyəri 145500 manat təşkil etmişdir. 4. "Azprice Group” MMC-nin xx.xx.2021-ci il tarixli, 219 saylı mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85,8 kv metr olan mənzilin bazar dəyəri 153400 manat, likvid dəyəri 142000 manat təşkil etmişdir.

5. Bakı şəhəri, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(005)-59/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 100000 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh arasında bağlanmış 25 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan 100000 (bir yüz min) manat məbləğində borcun iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş mübahisəli mənzilə yönəldilməsinə, həmin mənzil in ən geci bir ay ərzində məcburi qaydada boşaldılmasına, mənzilin açıq hərracdan satılaraq, satışdan əldə edilən pul vəsaiti hesabına kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə əsaslandırmışdır.

8. Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli, ƏEM/M 27-131/23 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən aparılmış hesablamalara və təhlillərə əsasən mübahisəli mənzilin xx.xx.2023-cü il tarixə bazar dəyəri-180000 (bir yüz səksən min) manat, likvid dəyəri- 171000 (bir yüz yetmiş bir min) manat təşkil edir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

9. Bakı şəhəri Nərimanov Ra yon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(005)-245/2023 nömrəli iş üzrə 30 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia tələbi təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının verdiyi kreditin təminatı tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus olan mübahisəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-59/2022 saylı xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi vardır.

11. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymət inə dair ekpert rəyi nəzərə alınmaq 171000 (bir yüz yetmiş bir min) manat müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir.

12. Məhkəmə həmçinin onuda qeyd etmişdir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır.

13. İddia tələbinin "mənzilin boşaldılması" hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə də təmin edilməli, Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85,8 kv metr olan mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia təmin edilməli, 25 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə tutma kredit müqaviləsinin təminatı qismində ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, cavabdehə məxsus mübahisəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – cavabdehə qaytarılmalı, cavabdehə məxsus olan mübahisəli mənzil aç ıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır.

15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 269.7, 317.1, 319.1, 739.1 və 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 33, 34.1, 36.1, 36.3, 36.5, 39.3, 47.4 və 59.3.1, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edib, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiymətinin iş üzrə keçirilmiş məhkəməəmtəəşünasl ıq ekspertizasının nəticəsi olaraq Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli, ƏEM/M27-131/23 nömrəli ekspert rəyində müəyyən edilən məbləğdə, yəni mübahisəli mənzilin likvid dəyərinin – 171000 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir. Mübahisəli mənzilin dəyəri ekspertin müəyyən etdiyi dəyərdən daha yüksək olmuş və ipoteka predmeti olan həmin mənzilin müəyyən olunmuş likvid dəyəri real olmamışdır. Mübahisəli mənzildə cavabdehdən başqa, onun həyat yoldaşı X5, iki azyaşlı uşaqları da yaşayırlar. Həmin mənzilə ədalətsiz qiymətin qoyulması qeyd olunan şəxslərin mənzil hüquqlarının pozulmasına səbəb olur. Belə ki, aşağı qiymət qoyulduğu üçün həmin mənzil çox ucuz qiymətə satılacaq, satışdan əldə olunan vəsaitdən 100000 manat borc, hərracın xərcləri, icra şöbəsinin 7 faiz ic ra ödənişi alındıqdan sonra yerdə qalan məbləğə başqa bir mənzil almaq mümkün olmayacaqdır. Qeyd olunan şəxslərin isə həmin mənzildən başqa heç bir yerdə evləri, mənzilləri və ya yaşamağa başqa yerləri də yoxdur. İpoteka predmeti olan cavabdehə məxsus mübahisəli mənzilə qoyulan qiymət, yəni likvid dəyəri real dəyərindən həddindən artıq aşağı qoyulmuşdur. Belə ki, məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiymətinin iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli, ƏEM/M 27-131/23 nömrəli ekspert rəyində müəyyən edilən məbləğdə, yəni Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85,8 kv metr olan mənzilin likvid dəyərinin – 171000 (yüz yetmiş bir min) manat məbləğində müəyy ən edilməsi qənaətinə gəlmişdir. Halbuki, həmin mənzilin likvid dəyəri ekspertin müəyyən etdiyi dəyərdən çox yüksəkdir. Ekspert tərəfindən ipoteka predmeti olan mənzilə düzgün qiymət qoyulmamışdır. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində həmin ərazidə yerləşən yeni tikililərdəki hazır (tikilməkdə olan və ya tikilməyə başlanan deyil), təmirsiz, boş mənzilin hər kv metr.-i ən azı 2500 (iki min beş yüz) manatdan başlayır və 2500-2800 manat dəyər arası dəyişir. Əgər həmin mənzil təmirlidirsə onda hər kv metr. ən aşağısı 3000 manatdan başlayır. Nəzərə alınsa ki, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10, giriş 1, 48 saylımənzil 85,8 kv metr.lik tam təmirli mənzildir, onda həmin mənzilin bazar dəyəri təqribən 260000 manat, likvid dəyəri ən aşağı 25000 0 (iki yüz əlli min) manatdır. Göründüyü kimi, ekspert həmin ipoteka predmetinin dəyərini 80000 manat aşağı qiymətləndirmişdir. Təyin olunmuş ekspertizanın rəyinə əsasən ipoteka predmeti olan mübahisəli mənzilin likvid dəyərinin həddindən artıq aşağı qoyulması məsələsi tam və obyektiv tədqiq olunmamışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər-Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Elnur Həsənov) 19 sentyabr 2023-cü il tarixli, 2(103)-5054/23 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə qeyd etmişdir ki, Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli, ƏEM/M 27-131/23 nömrəli ekspert rəyində müəyyən edilə n məbləğlə razı olmayan cavabdeh həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəmələrə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

20. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2023-cü il tarixə likvid dəyəri - 171000 (yüz yetmiş bir min) manat müəyyən etməklə düzgün nəticəyə gəlmişdir.

21. Apellyasiya məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

22. Məhkəmə gəldiyi nəticəni “İpoteka haqqında” Qanunun 34.1, 38.2, 39.3, 39.3.3, 41.1, 59.1 və 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

23. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiymətinin iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq Əmlak Ekspert Mərkəzinin xx.xx.2023-cü il tarixli, ƏEM/M 27-131/23 nömrəli ekspert rəyində müəyyən edilən məbləğdə, yəni mübahisəli mənzilin likvid dəyərinin – 171000 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir. Halbuki, həmin mənzilin likvid dəyəri ekspertin müəyyən etdiyi dəyərdən çox yüksəkdir. Ekspert tərəfindən ipoteka predmeti olan mənzilə düzgün qiymət qoyulmamışdır. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində həmin ərazidə yerləşən yeni tikililərdəki hazır (tikilməkdə olan və ya tikilməyə başlanan deyil), təmirsiz, boş mənzilin hər kv metri ən azı 2500 (iki min beş yüz) manatdan başlayır və 2500-2800 manat dəyər arası dəyişir. Əgər həmin mənzil təmirlidirsə onda hər kv metr ən aşağısı 3000 manatdan başlayır. Nəzərə alsaq ki, ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 10, giriş 1, 48 saylı mənzil 85,8 kv metrlik tam təmirli mənzil dir, onda həmin mənzilin bazar dəyəri təqribən 260000 manat, likvid dəyəri ən aşağı 250000 (iki yüz əlli min) manatdır. Göründüyü kimi, ekspert həmin ipoteka predmetinin dəyərini 80000 manat aşağı qiymətləndirmişdir.

25. Aşağı qiymət qoyulduğu üçün həmin mənzil çox ucuz qiymətə satılacaq, satışdan əldə olunan vəsaitdən 100000 manat borc, hərracın xərcləri, icra şöbəsinin 7% icra ödənişi alındıqdan sonra yerdə qalan məbləğə başqa bir mənzil almaq mümkün olmayacaqdır. Qeyd olunan şəxslərin isə həmin mənzildən başqa heç bir yerdə evləri, mənzilləri və ya yaşamağa başqa yerləri də yoxdur.

26. Cavabdeh qeyd etmişdir ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayara q, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır.

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında”Azərbaycan Respublikasının Qanunu

28. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

29. Maddə 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq baza rda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır

30. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi h aqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir

31. Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir

32. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

33. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.

34. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönə ldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülki Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

44. Qa nunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyaçı məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassas iya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Cavabdehin kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman və apellyasiya şikayətin də irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci ma ddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

48. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzg ün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5054/2023 nömrəli iş üzrə 19 sentyabr 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar