Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-285/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İstehdalat Birliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadəyə görə hesablanmış borcun silinməsi, ekspert rəyi, sübut etmə yükü, sübut etmə vasitəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlunun ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4573/2024 nömrəli, 16 sentyabr 2024- cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) borcun silinməsini xahiş etdiyi Bakı şəhəri, ünvan 1 ünvanında quraşdırılmış **********10000 abonent kodlu sayğac iddiaçının atası X1 adına rəsmiləşdirilmişdir. İddiaçının atası X2 02 noyabr 2018-ci ildə vəfat etmişdir.
2. Abonentin saldosuna əsasən iddiaçının 2023-cü ilin mart ayına 6.620,80 manat borcu mövcuddur.
3. Qeyd edilən ünvan üzrə 31 mart 2023-cü il tarixində ******* saylı akt tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, ünvan 1 (abonent kodu: **********10000) ünvanına hesablanmış 6.620,80 ma nat borcun Cavabdeh (bundan sonra “cavabdeh”) tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 (abonent kodu: **********10000) ünvanında yerləşən sayğac iddiaçının hazırda vəfat etmiş atasının adına qeydiyyatdan keçmişdir. İddiaçı bu müddət ərzində mütəmadi olaraq təbii qazdan istifadə ilə əlaqədar ay ərzində yaranmış borcu ödəmişdir. Təxminən bir müddət əvvəl cavabdehin nümayəndələri sayğacı dəyişib yoxlanış keçirən zaman guya sayğaca müdaxilə olunmasını bəhanə edərək cərimə yazmışlar. Halbuki heç bir müdaxilə olmamışdır. İddiaçının təbii qazdan istifadəyə görə heç zaman problemi olmamışdır. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaşanmamışdır.
6. Birinci instansiya məhkəməsi sayğa cdan kənar qazdan qeyri-qanuni istifadə halının olub-olmamasının aydınlaşdırılması məqsədilə məhkəmə-trassoloji ekspertiza təyin etmişdir.
7. Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2024-cü il tarixli ekspert rəyinə əsasən təqdiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1873/2024 nömrəli, 14 may 2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan **********10000 saylı abunə koduna hesablanmış 6.620,80 (altı min altı yüz iyirmi manat səksən qəpik) manat məbləğində cərimə borcu silinmiş, dövlət rüsumu və ekspertiza xərci ilə bağlı məsələlər həll ed ilmişdir. (hakim Aygün Həsənova)
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan 31 mart 2023-cü il tarixli ******* saylı akta əsasən abonentin mənzilində sayğacdan kənar əlavə qaz xəttindən istifadə edildiyi aşkar olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 6.620,80 manat borc tələb edilmişdir. Lakin ekspert rəyinə əsasən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından k ənar qanunsuz xətlə qoşulması halı öz təsdiqini tapmamış, cavabdeh tərəfindən bu halı təsdiq edən hər hansı mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən abonent hesabına 2023-cü ildə hesablanmış 6.620,80 manat məbləğində cərimə qanunsuzdur.
11. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, “Qaz təchizatı haqqında” Qanununa görə abonentin qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqa nının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Abonentin qazın talanmasında təqsirli olması öz təsdiqini tapdıqdan sonra həmin orqan vurulmuş zərəri istehlakçıdan tələb edə bilər. Hazırkı mülki iş üzrə iddiaçıya məxsus ünvanda qazdan sayğacdan kənar qanunsuz istifadə halı əsas gətirilərək akt tərtib edilsə də və həmin akt abonentə təqdim edilsə də, iddiaçı tərəfindən qazın talanması faktı öz təsdiqini tapmadan qaz paylayıcısı yazılmış cəriməni istehlakçıdan tələb etmişdir.
12. Buna görə də birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, bununla da, qa zpaylayıcısı olan istehsalçıya zərər vurması halı sübuta yetirilmədiyindən, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir.
13. Birinci instansiya məhkəməsi məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi tam təmin olunduğundan, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad olunduğundan cavabdehdən 86.21 manat məbləğində dövlət rüsumu, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 64 manat cavabdehdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.
14. Biri nci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 560.1-ci, “Qaz təchizatı haqqında” 8-1, 13-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8 və 4.9-cu bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlm əmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, cavabdehin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, nəzərə almayıb. Mülki iş üzrə ekspertiza keçirilsə də, təhqiqatda cavabdeh tərəf iştirak etməmişdir.
17. Apellyasiya baxışında iddiaçı göstərmişdir ki, iddia tələbində yanlış olaraq 6620,80 manat məbləğində borcun silinməsini tələb etmişdir. Əslində cavabdeh tərəfindən əsassız olaraq ona yazılmış borc 6220,80 manatdır. Silinməsini istədiyi məbləğ 6220,80 manat təşkil edir. Bundan əlavə, onun tərəfindən qazdan sayğacdankənar istifadə olunmayıb.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4573/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən iddiaçının istifadəsində olan **********10000 saylı abunə koduna hesablanmış 6620,80 manat məbləğində cərimə borcunun silinməsi hissəsində (müəyyən edilən məbləğə münasibətdə) dəyişdirilmiş, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan **********10000 saylı abunə koduna hesablanmış 62 20,80 manat məbləğində borcun silinməsi müəyyən edilməklə iddia qismən təmin edilmişdir. (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov, Məmməd Məmmədov)
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş abonent saldosuna əsasən cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq yazılmış borc məbləği 6220,80 manat təşkil edir. Lakin iddiaçı iddia ərizəsində yanlışlığa yol verərək iddia ərizəsində silinməli məbləği 6620,80 manat olaraq qeyd etmiş, birinci instansiya məhkəməsi də bu yalnışlığı gözdən qaçıraraq qətnamədə 6620,80 manat məbləğində borcun cavabdeh tərəfindən silinməsini qət etmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdehin apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakter i daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının pozuntu törətməsi (qazı talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin törədilməsində əsaslı şübhələr müəyyən etsə də, təqdim edilən akta uyğun yaranmış borcla rəsmi tanış edilməsi və xəbərdarlıq edilməsi, müvafiq tədqiqatların aparılması, qərarların qəbul edilməsi və vaxtında tələblərin irəli sürülməsi üçün müvafiq tədbirlər həyata keçirilməmişdir. Mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə icraatı qaydasında mübahisəlidir və müzakirəyə çıxarılan süb utlar təkzibediləndir. Cavabdehin (vəzifəli şəxslərinin) tərtib etdiyi aktların nəticəsiz qalması onların şübhələrdən kənar sübut növü kimi qəbulu üçün əsaslar müəyyən etmir.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, təqdim edilmiş aktlar üzrə peşəkar struktur təsisata malik olan cavabdeh (vəzifəli şəxsləri) tərəfindən mülki mühakimənin əsaslarını təşkil edən istehlakçı tərəfindən yol verilmiş pozuntulara dair sübutetmə vəzifələrinə formal yanaşılmışdır (talama faktı üzrə nəzarəti qanunla həvalə edilmiş müvafiq icra hakimiyyətinə və ya müvafiq hüquq-mühafizə orqanlarına aidiyyəti müraciətlər edilməmişdir). İddiaçının mülki hüquq pozuntusunun mövcudluğu məhz onun və ya digər şəxslərin hüquqazidd hərəkətlərindən (hərəkətsizliyindən) irəli gəlməsi üçün təqsirsizlik prezumpsiya sının mahiyyəti və cavabdehin iddia etdiyi davam edən pozuntuya susması aspektindən anlaşılan deyil. Qeyd edilən müstəvidə mülki münasibətlərin səciyyəsi, deliktin mövcudluğu və onun kim tərəfindən törədilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, bunun səbəbləri və ya digər xüsusatların əsasları mübahisə edilən hissədə müəyyən edilmir.
22. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, apellyasiya şikayətində məbləğ mübahisələndirilməsə də, sübutların qiymətləndirilməsi baxımından birinci instansiya məhkəməsi saldoda əks edilmiş qalıq borca diqqət yetirməyərək iddia tələbin dəqiqləşməsi üzrə izahlar vermədən iddianı tam təmin etdiyindən, iddiaçı isə tutulan məbləğin əslində tələb edilməli olan məbləğlə uyğun gəlməməsini etiraf etdiyindən qətnamə məbləğin müəyyən edil diyi hissədə iddiaçının ərizəsinə və apellyasiya icraatı zamanı müəyyən edilmiş hallara uyğun prosessual əsaslarla dəyişdirilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 560.1, 560.2, 1096.1, 1096.2-ci maddələri ilə əsalandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur. Dəymiş zərərlə bağlı isə məhkəmələr saldo aktları və fotoşəkillərə laqeyd münasibət göstərərək düzgün hüquqi nəticəyə gəlməmişlər. Məhkəmə dəymiş ziyanın müəyyən edi lməsi məqsədi ilə mülki işə əlavə edilmiş saldoya nəzər yetirməmişdir. Halbuki diqqət etməli olsa idi, iddiaçının təbii qazdan istifadə etmədiyini və istifadə edilmiş qaza görə hər hansı məbləğ ödəmədiyi müəyyən edilərdi. İşin halları üzrə mühüm əhəmiyyət kəsb edən abonentin saldosu düzgün və hərtərəfli araşdırılmayıb. Məhkəmə qətnaməsində yalnız keçirilmiş ekspertizanın rəyini nəzərə almışdır. Ekspertizanın nəticəsi ilə çəkilmiş fotoşəkillər isə heç biri uyğunluq təşkil etmir. Bu da onu ifadə etməyə əsas verir ki, məhkəmə qətnaməsi formal mülahizələr əsasında tərtib edilmişdir. Bundan əlavə təqdim edilmiş saldodan aydın olur ki aktlar tərtib edilən dövrdə heç bir qaz sərfiyyatı qeydə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı yazılı etira z daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz tə chizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13 (8-1-ci bənd). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orq anların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “ Qazdan istifadə Qaydaları” Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 6.5-6.7. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalı dır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. L akin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassa siya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
32. İddia tələbi təbii qazdan qanunsuz istifadəyə görə cavabdeh tərəfindən hesablanmış borcun silinməsi barədədir. İddiaçı cavabdeh tərəfindən 31 mart 2023-cü il tarixli akta əsasən hesablanmış borcun qanunsuz olmasına istinad etmişdir.
33. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının sayğacdan kənar (qanunsuz) qazdan istifadə etməsinin məhkəmədə öz təsdiqini tapmamasına, iddia tələbi üzrə sübutetmə yükünün cavabdehin üzərində olması nəzərə alınmaqla, cavabdeh tərəfindən müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən sübut təqdim edilməməsinə, abonentin qazın talanmasında təqsirli olması barədə müvafiq orqanların qərarının olmamasına, bu səbəbdən də iddiaçının cavabdeh qarşısında məsuliyyət daşımamasına istinad edərək iddianın təmin edilməsi nəticəsinə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də bu mövqe ilə razılaşsa da, iddiaçının ərizəsinə əsasən silinməli olan məbləği azaltmışdır.
34. Həmçinin işdən görünür ki, iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə e tməməsi halı ekspert rəyinə əsasən müəyyən edilmişdir.
35. Məhkəmə kollegiyası qeyd edilən əsasla iddia tələbinin təmin edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Çünki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 77.1-ci maddəsinə əsasən aktlar üzrə hesablanmış borc məbləğinin sübuta yetirilməsi cavabdehin üzərinə düşsə də, cavabdeh öz öz etirazını dəlillərini sübuta yetirə bilməmişdir.
37. Bundan əlavə, “Qaz təchizatı haqqında” Qanunun 2022-ci il mayın 1-dən qüvvəyə minmiş 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpay layıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
38. İşdən görünür ki, iddiaçı b arəsində akt 31 mart 2023-cü ildə, yəni “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin qüvvədə olduğu vaxt tərtib olunmuşdur. Həmin aktlar üzrə hesablanmış zərəri tələb etmək üçün cavabdehin təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması isə müəyyən edilməmişdir. Halbuki, akt tərtib edilən zaman qüvvədə olan normanın tələbinə görə cavabdehin təqsirli olmasının təsdiqi üçün səlahiyyətli orqanın və ya məhkəmənin qərarı olmalı idi.
39. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, cavabdeh şikayətində məhkəmələrin abonent saldosuna diqqət yetirməməsini, ekspert rəyinin əsaslı olmamasını qeyd etmişdir.
40. Məhkəmə kollegiyası bu dəlillərlə bağlı onu qeyd edir ki, cavabdeh iddiaçının qaz xəttinə qanunsuz qoşulması halını və təbii qazın talanmasında təqsirli olmasını səlahiyyətli orqanın və ya məhkəmənin qərarına əsasən iddia edə bilər. Başqa sözlə, iddiaçının qaz xəttinə qanunsuz qoşulması və nəticədə təbii qazın talanmasında təqsirli olmasının sübut etmə vasitəsi kimi səlahiyyətli orqanın və ya məhkəmənin qərarı ola bilərdi. Belə bir qərarın olması isə müəyyən edilməyib. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
41. İddianın elə buna görə təmin edilməsi üçün əsaslar olduğu, eləcə də iddianı təmin edən apellyasiya instansiyası məhkəməsi də təkcə ekspert rəyini deyil, işin yuxarıda göstərilən digər hallarına əsasən iddianı təmin etdiyi üçün ekspert rəyinin əsassı z olması, abonent saldosuna və digər sübutlara düzgün qiymət verilməməsi kimi dəlillərin də əhəmiyyəti aradan qalxır.
42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
43. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4573/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.