Məhkəmə qərarları › İş №2(102)-2850/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2850/2022

07.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2850/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququna xitam verilməsi, mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-919/2022 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfində n birgə verilmiş kasasiya şikayəti üzrə işə 07 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Evlənmə haqqında şəhadətnamənin surətinə əsasən X14 ilə X2 nikahları xx.xx.1965-ci ildə rəsmiləşdirilmişdir. xx.xx.1971-ci il tarixli, 93/7958 saylı qərarın surətinə əsasən ev 16, bina 14A, Zavokzalnaya küçəsi 13, məhəllə 859, 2-ci blok, 2-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət olan 45.34 kv.m sahəsi olan mənzil X8 verilmişdir. xx.xx.1971-ci il tarixli, 106516 nömrəli orderin surətinə əsasən ev 16, bina 14A, Zavokzalnaya küçəsi 13, məhəllə 859, 2-ci blok, 2-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət olan 45.34 kv.m sahəsi olan mənzil X8 verilmişdir. 154 nömrəli MKİS tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14A, 16 saylı mənzildə İddiaçı, X11, Məmmədova (Durmuş) Gövhər Afiq qızı xx.xx.1992-ci ildən, X17 və Cavabdeh2 xx.xx.1998-ci ildən qeydiyyatdadılar. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X14 xx.xx.1999-cu il tarixdə vəfat etmiş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən vərəsəsi İddiaçıdır. Doğum haqqında şəhadətnamənin surətinə əsasən X3 X4 birgə nikahlarından xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh2 doğulmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətinə əsasən X11 ilə X15 birgə ərizələri əsasında xx.xx.2019-cu il tarixdə nikahları pozulmuşdur. İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilm əsi barədə ərizə təqdim edərək, cavabdehlər X9 və Cavabdeh2 Bakı şəhəri, Həsənoğlu küçəsi, 14A, mənzil 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14A, 16 nömrəli mənzilinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ilk iddia tələbini onunla əsaslandır mışdır ki, o, xx.xx.1965-ci ildə X14 ilə nikah münasibətlərinə girməklə ailə həyatı qurmuşdur. Bu nikahdan 1967-ci il tarixdə X11 dünyaya gəlmişdir. 1971-ci ilin iyul ayında həyat yoldaşı X8 işlədiyi Xəzər Gəmiçilik İdarəsindən hal-hazırda yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14A ünvanında yerləşən 3 otaqlı 16 saylı mənzil verilmişdir. Mənzilə dair orderə həyat yoldaşının, onun, əvvəlki ərindən doğulmuş qızı X6 və X1nun adları qeyd olunmuşdur. Daha sonra X1 cavabdeh X18 ilə ailə həyatı qurmuşdur. Həm cavabdeh, həm də nəvələri yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14A ünvanında yerləşən 3 otaqlı 16 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata düşmüşlər. X1 uzun illərdir ki, psixi xəstədir. Cavabdeh 2010-cu ildən Türkiyəyə gedib-gəlməyə başl adı və demək olar ki, mütəmadi olaraq hər ay Türkiyəyə səfər edirdi. Cavabdeh Türkiyədə olduğu müddətdə oğluna və nəvələrinə özü baxırdı. 2014-cü ildə cavabdeh birdəfəlik Türkiyəyə köçmüş və uşaqlar onun yanında qalmışdır. 2016-cı ildə cavabdeh qızı Ayanı da oxumaq adı ilə Türkiyəyə aparmışdır. 2019cu ildə ondan xəbərsiz cavabdehlə oğlu aralarında olan nikaha xitam vermişlər. 2021-ci ilin avqust ayında Mənzil İstismar Sahəsinə müraciət edərkən məlum olmuşdur ki, cavabdeh soyadını da dəyişmiş, Durmuş soyadını qəbul etmişdir. 8 ildən sonra bilmişdir ki, cavabdeh Türkiyədə ailə qurmuş, soyadını dəyişmişdir. Cavabdeh oğlu ilə nikah münasibətlərinə xitam verdiyi, başqası ilə ailə qurduğu, başqa soyadı qəbul etdiyi, uzun müddətdir ki, Türkiyədə yaşadığı üçün mənzildən qeydiyyatdan çıxmalıdır. İd diaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh1 X11 ilə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 1993cü ildə Sirac adlı oğlu və 1997-ci il təvllüdlü Ayan adlı qızı anadan olmuşdur. X11 ilə ailə həyatı qurduqdan sonra cehiz əşyaları gəlin köçdüyü ünvan 1 ünvanına aparılmış və həmin evdə cavabdehlə birlikdə yaşamağa başlamışdır. Cavabdeh1 1992-ci ildən ünvan 1 ünvanına qeydiyyatdadır. İddiaçı Cavabdeh2 1997-ci ildən ünvan 1 ünvanına qeydiyyatdadır. Cehiz əşyaları hazırda həmin evdədir. X11 ilə münasibətləri uyğun gəlmədiyindən 2019-cu il tarixdə rəsmi nikah münasibətlərinə xitam verilmişdir. Cavabdeh İddiaçı dəfələrlə ünvan 1 ünvanda yaşadığı üçün sözsöhbətlər yaratmış, açıq-aşkar şəkildə iddiaçı Cavabdeh1 həmin ünvanda yaşamağına mane olmuşdur. İddiaçı Cavabdeh1 məcburiyyət qarşısında övladları ilə birlikdə həmin mənzili tərk etmişdir. Mənzili tərk edən gündən bu günə qədər iddiaçı Cavabdeh1 övladıları ilə birlikdə kirayədə yaşayır. Mübahisəli mənzil üç otaqdan ibarət olmaqla dövlət mənzil fonduna aiddir və mənzilin icarədarları İddiaçıdır. İddiaçı nikaha girməsi ilə əlaqədar rəsmi nikaha daxil olduqdan sonra X11 tərəfindən mübahisəli mənzilə köçürülmüş və onlarla birgə təsərrüfat aparmaqla mənzildə yaşamışdır. Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı özünün razılığı əsasında onun X1 nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçürülmüş və orada yaşamış, bununla da həmin mənzildən istifadə hüququ əldə etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəm əsi) 26 oktyabr 2021-ci il tarixli, 2(005)-4557/2021 saylı qətnaməsi ilə (hakim Vüqar Quliyev) ilkin iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında 16 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı Məmmədova Tamella xx.xx.1965-ci ildə X14 ilə nikah münasibətlərinə girməklə ailə həyatı qurmuşdur. Bu nikahdan 1967-ci il tarixdə X11 dünyaya gəlmişdir. X13 xx.xx.1971-ci il tarixli, 93/7958 saylı qərarı ilə ev 16, bina 14A, Zavokzalnaya küçəsi 13, məhəllə 859, 2-ci blok, 2-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət olan 45.34 kv.m sahəsi olan mənzil (hazırki Bakı şəhəri, Həsənoğlu küçəsi, 14A, mənzil 16) X8 verilmişdir. Daha sonra bu mənzilə dair xx.xx.1971-ci il tarixli, 106516 nömrəli order verilmişdir. İddiaçının X1 cavabdeh X15 birgə nikaha daxil olduqdan sonra cavabdeh Məmmədova Gövhər hazırki mübahisəli evə gəlin köçmüşdür. İddiaçı əri X14 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli şəhadətnamənin surətindən təsdiqlənir ki, vəfat etmiş X7 vərəsəsi İddiaçı olmuşdur. X11 ilə X15 birgə ərizələri əsasında xx.xx.2019-cu il tarixdə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh1 xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Azər baycan Respublikasının hüdudlarını uzunmüddətli tərk etmişdir. İlkin iddia üzrə digər Cavabdeh2 isə anası ilə birlikdə yaşamağa başlamışdır. 429324 seriyalı Türkiyə Cumhurriyətində yaşayış icazəsi sənədinin surətilə də təsdiq olunmuşdur ki, xx.xx.2015-ci ildən o ölkəni tərk etmişdir. Hal-hazırda da Türkiyə Cumhurriyətində təhsil alır. İlkin iddia üzrə cavabdeh X4 hazırki mübahisəli evə gəlin köçdüyü tarix 2009-cu ildən əvvələ təsadüf etdiyindən məhkəmə hüquq münasibətlərinin yaranma tarixinə uyğun iddiaya hüquqi qiymət verilməsini, eyni zamanda ilkin iddia ilə qarşıqlı iddia tələbinin qanuni əsasları eyni hüquq normalarının qarşılıqlı şəkildə təhlil edilməsini şərtləndirdiyindən ilkin və qarşıqlı iddiaya birlikdə hüquqi qiymət verilməsini məqbul hesab edir. İşin hallarından göründüyü kimi ev 16, bina 14A, Zavokzalnaya küçəsi 13, məhəllə 859, 2-ci blok, 2-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət olan 45.34 kv.m sahəsi olan mənzil (hazırki Bakı şəhəri, Həsənoğlu küçəsi, 14A, mənzil 16) mənzilə dair X13 xx.xx.1971-ci il tarixli, 93/7958 saylı qərarı əsasında xx.xx.1971-ci il tarixli, 106516 nömrəli orderlə X8 verildikdən sonra ilkin iddia üzrə cavabdeh X15 mübahisəli evə gəlin köçmüşdür. X11 ilə X15 birgə ərizələri əsasında xx.xx.2019-cu il tarixdə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh1 xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasının hüdudlarını uzunmüddətli tərk etmişdir. X4 evi tərk etməsi halı ölkə hüdudlarından çıxmasını təsdiqləyən “AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarış və onun məhkəmə iclasında təqdim etdiyi C 00475948 nömrəli vətəndaş pasportu əsasında da təsdiqini tapır. O da qeyd edilməlidir ki, ilkin iddia üzrə iddiaçının X1 ilə X15 birgə ərizələri əsasında xx.xx.2019-cu il tarixdə nikahları pozulmuşdur. Digər Cavabdeh2 istifadə hüququna münasbitdə qeyd edilməlidir ki, əvvəlki Mənzil Məcəlləsinin 60-cı maddəsində müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsinin daha uzun müddətdə saxlanması əsasları qeyd edilmişdir. Bu sadalanan hallar sırasında təhsil ilə əlaqədar müvəqqəti başqa yerə getmiş şəxslərin daha uzun müddətə istifadə hüquqnun saxlanması halı nəzərdə tutulmamışdır. Cavabdeh2 A 429324 seriyalı Türkiyə Cumhurriyətində yaşayış icazəsi sənədinin surətindən də göründüyü kimi o, xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək tələbə k imi yaşayış icazəsi olmuşdur. Daha sonra bu müddət artırılmaqla təhsilini davam etdirməkdədir. Qeyd edilən əsaslar belə qənaətə gəlməyə əsas verir ki, digər Cavabdeh2 müvəqqəti başqa yerə getmiş olsa belə onun yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanılmalıdır. Bununla belə o, bu müddətdən artıq müddətə yaşayış yerini tərk etdiyindən istifadə hüququ da itirilməlidir. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14 A, 16 saylı mənzildə faktiki olaraq yaşamalarına dair X20, X12, X10 iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdə tərtib etdikləri akta əsaslanaraq Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında veridyi izahatına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, onların məhkəməyə təqdim et diyi qarşılıqlı iddia ərizəsinin surətindən də göründüyü kimi qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 həmin mənzildə faktiki olaraq yaşamadıqlarını qeyd etmişlər. Digər tərəfdən bu mənzildə yaşadıqları halda mənzilə köçürülmə tələbinin də hüquqi əsası aradan qalxır. Odur ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14 A, 16 saylı mənzildə faktiki olaraq yaşamalarına dair X20, X12, X10 iş materiallarına əlavə edilmiş xx.xx.2021ci il tarixdə tərtib etdikləri aktı məhkəmə inandırıcı sübut kimi qəbul etmir. İlkin iddia üzrə İddiaçı hazırki tələb irəli sürməsi üçün subyektiv hüququna münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2012-ci il tarixli şəhadətnamənin surətindən təsdiqlənir ki, vəfat etmiş X7 vərəsəsi İddiaçı olmu şdur. Bununla da o subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildə qeydiyyatı yalnız həmin şəxslərin hüquqi qeydiyyatını əks etdirir və mülki qanunvericlikdə nəzərdə tutulmuş mülkiyyət hüququnun müdafiəçisi kimi çıxış etməyə qanuni və əsaslı şərait yaratmır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 179.3, 1243.2, 1243.3-cü, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1, 2-ci, 1 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77, 217.1, 217.2, 218.1, 218.3, 220.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan R espublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdehlər birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Rəşad Həsənov, Vahid Sadıqov) 28 yanvar 2022-ci il tarixli, 2(103)-919/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(005)-4557/2021 qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apel yasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi ev 16, bina 14A, Zavokzalnaya küçəsi 13, məhəllə 859, 2-ci blok, 2-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət olan 45.34 kv.m sahəsi olan mənzil (hazırki Bakı şəhəri, Həsənoğlu küçəsi, 14A, mənzil 16) mənzilə dair X13 xx.xx.1971-ci il tarixli, 93/7958 saylı qərarı əsasında xx.xx.1971-ci il tarixli, 106516 nömrəli orderlə X8 verildikdən sonra ilkin iddia üzrə cavabdeh X15 mübahisəli evə gəlin köçmüşdür. X11 ilə X4 birgə ərizələri əsasında xx.xx.2019cu il tarixdə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh1 xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikasının hüdudlarını uzunmüddətli tərk etmişdir. Gövh ər Afiq qızının evi 6 aydan artıq müddətə tərk etməsi halı ölkə hüdudlarından çıxmasını təsdiqləyən “AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarış və onun birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında təqdim etdiyi C 00475948 nömrəli vətəndaş pasportu əsasında da təsdiqini tapır. Cavabdehlərin mübahisəli mənzildə yaşamamasından əlavə, Cavabdeh1 qarşılıqlı iddia ərizəsində və kollegiya iclasında mübahisəli məzildən məcburiyyət nəticəsində getməsini bildirsə də, mənzildən məcburiyyət nəticəsində getməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir. Məhkəmə kollegiyası iş materialları, apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları əsasında və qeyd edilən hüquq normalarına istinadən vurğulayır ki, cavabdehlərin h azırda mübahisəli mənzildə yaşamaması iş materialları ilə öz təsdiqini tapdığından, onların yaşayış sahəsini məcburiyyət təsiri altında tərk etməsi sübuta yetirilmədiyindən cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkilləri Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayəti eyni ilə ap elyasiya şikayətində göstərilmiş formada əsaslandırılmışdır ki, cavabdehlər apelyasiya şikayətində olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.1, 1 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsi 53-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarının pozuntusuna yol verilməsinə istinad etmişlər. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə iddiaçının vəkili Vəkil4 məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsi ni ilk iddia tələbində göstərdiyi xüsusatları vurğulamaqla əsaslandırmış və məhkəmədən kasasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vulki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 114-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsində istifa də hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın ara dan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarı nda əsaslandırılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 60.1. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onlar ın yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri süb utları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayə tin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasi ya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, ilk iddia üzrə cavabdehlər kasasiya şikayətində göstərmiş olduqları xüsusatları yenidən təkrarlamaqla kifayətlənmiş, apelyasiya şikayətində pozuntusuna yol verildiyinə istinad etdiyi normaların pozuntusuna yol verilməsini kasasiya şikayətində də təkrarlamışlar. Kassiya yoxlaması nəticəsində isə apelyasiya kollegiyası tərəfindən istinad edilən normaların pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Belə ki, kasasiya yoxlaması nəticəsində də cavabdehlərin məcburiyyət qarşısında istifadə hüquqlarına xitam verilməsi tələb edilən yaşayış sahəsindən çıxmaları öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bel ə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-919/2022 nömrəli iş üzrə 28 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar