Məhkəmə qərarları › İş №2(102)-2851/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2851/2024

03.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2851/2024 03.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya instansiyasında icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2915/2024 nömrəli, 2 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 02 sentyabr 2024-cü il tarixdə, Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci və apellyasiya instansiyası məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün və xx.xx.2021-ci il təvəllüdlü övladı X1 Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsi, 19 saylı evin 54 saylı mənzilinə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Suraxanı Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2915/2024 nömrəli, 2 may 2024-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, vəsatətlər

4. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

5. Kassasiya baxışı zamanı iddiaçı məhkəməyə həm “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə, həm də yazılı ərizə göndərərək kassasiya şikayətindən imtina etdiyini göstərmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 410.1-ci maddəsinə əsasən, kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.

7. MPM-in 410.2-ci maddəsinə görə məhkəmə bu Məcəllənin 191-ci maddəsi ndə nəzərdə tutulmuş əsaslarla imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və ya qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir.

8. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş kassasiya şikayətindən imtina qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, hazırkı iş üzrə başqa şəxslər tərəfindən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamədən kassasiya şikayəti verilməmişdir. Belə olan halda kassasiya şikayətindən imtina etməsi barədə iddiaçının ərizəsi qəbul edilməli və iş üzrə kassasiya icraatına xitam verilməlidir.

9. Göstərilənlərə əsasən və Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayətindən imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2915/2024 nömrəli, 2 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə kassasiya instansiyasında icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar