Məhkəmə qərarları › İş №2(102)-2852/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2852/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2852/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)782/2020 saylı qətnaməsindən Cavabdeh qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.A.Paşayeva, iş № 2(008)-6007/2019) İddiaçı Cavabdeh qızına qarşı 6500 manat məbləğində pul tələ binə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.N.Sadıqov, İ.Ə.Kərimli və A.N.İmanov) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin olunub Cavabdeh qızından İddiaçı xeyrinə 6000 manat tutulması qət edilmişdir. İşin halları: 2019-cu ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2014-cü il oktyabr ayında N qəsəbəsində anasına məxsus 1000 kv.metr torpaq sahəsini satan Cavabdeh qızı ilə tanış olmasını, torpaq sahəsinə mülkiyyət hüququnu bildirən sənədin olmadığı üçün həmin torpaq sahəsinin satış qiymətini təşkil edən 13.500 manatın 6500 manatını xx xxxxxxx 20 14-cü ildə Cavabdeh verməsini, qalan 7000 manatın isə torpağa dair sənədin hazır olacağı 1-2 aydan sonra ona vermək barədə razılaşmalarını və Cavabdeh aldığı pul məbləğinə dair qəbz verməsini, bundan sonra həmin ərazini traktor vasitəsi ilə təmizlətdirməklə ora su xətti çəkdirməsini, təqribən bir aydan sonra həmin torpaq sahəsinin Cavabdeh anasına deyil, başqa şəxsə məxsus olması barədə tanımadığı şəxs tərəfindən ona məlumat verilməsini, bununla əlaqədar verdiyi pulu tələb etdikdə sonuncunun bundan boyun qaçırmasını əsas göstərməklə Cavabdeh onun xeyrinə 6500 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək hazırkı mübahis əyə əvvəllər baxılmaqla Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı ona və anası N qızına qarşı 6500 manat məbləğində pul tələbinə dair iddiasının qismən – 6000 manat həcmində təmin olunmasını və belə olduqda hazırkı iş üzrə icraatın Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam edilməli olmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin də lillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin məzmunu ondan ibarətdir ki, hazırkı iddia tələbinə eyni əsaslar üzrə eyni tərəflər arasında əvvəllər baxıldığından təkrar baxıla bilməz və iş üzrə icraata həmin səbəbdən xitam verilməlidir. Kassasiya şikayətinə əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, 2017-ci il tarixdə hazırkı iş üz rə İddiaçı Cavabdeh qızı və N qızına qarşı 6500 manat məbləğində pul tələbi ilə məhkəməyə müraciət etmiş və onun tələbi qismən təmin olunmaqla X2 xeyrinə 6000 manat tutulmuş, Cavabdeh münasibətdə iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. Təqdim olunmuş məhkəmə sənədləri belə bir nəticəyə gəlməyə əsas verir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iki dəfə işə baxılmışdır. Həmin fakt iddiaçı tərəfindən təsdiq olunsa da və işə 2017-ci ildə baxılsa da, həmin qətnamənin qanuni qüvvəyə minməsi barədə işdə heç bir sübut yoxdur. Bununla əlaqədar kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı və mübahisə yaradan işin həmin halı yoxlanılmalı və nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar