Məhkəmə qərarları › İş №2(102)-2853/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2853/2021

14.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2853/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6593/2020 nömrəli iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh4 və N oğlu tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 14 aprel 202 1-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: N ünvanında yerləşən ümumi sahəsi 197,6 kv.metr təşkil edən qeyri-yaşayış binası Daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı mülkiyyəti kimi qeydə alınmışdır. 2014-cü ilin yanvar ayında N mülkiyyətində olan qeyri-yaşayış binasının 64 kv. metrdən ibarət hissəsini gələcəkdə, yəni 2014-cü ilin iyul ayından icarə müqaviləsi bağlamaq məqsədi ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 istifadəsinə vermiş, lakin 2014-cü ilin iyul ayından münasibətləri pozulsa da, Cavabdeh1 həmin qeyri-yaşayış binasını başqasından almasını əsas göstərməklə digər cavabdehlərlə birlikdə qeyriyaşayış sahəsindən çıxmaqdan imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində i craat 2019-cu ilin may ayında İddiaçı iddia və dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus qeyri-yaşayış binasının 64 kv. metr hissəsindən 2014-cü ilin iyul ayından 2018-ci ilin dekabr ayına kimi ət satışı mağazası kimi istifadə etmələrinə baxmayaraq ona hər ay ödəməli olduqları 1200 manatı ödəməkdən imtina etməklə ona 64.800 manat məbləğində maddi ziyan vurmalarını, bundan başqa həmin məbləğin ödənilməsini gecikdirdiklərinə görə ona 3200 manat (mərkəzi bankın uçot dərəcəsinə uyğun olaraq) məbləğində maddi, 30.000 manat məbləğində isə mənəvi zərər vurmalarını əsas göstərməklə Süleymanovlardan ona dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5266/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: İ.Ə.Əliyev) iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək cavabdehlərin ona məxsus qeyriyaşayış sahəsindən uzun müddət ərzində ət satışı mağazası kimi istifadə edib faydalanmalarına baxmayaraq əsassız olaraq ona ödəməli olduqları 1200 manat dəyərində aylıq icarə haqqını ödəməməklə ona maddi və mənəvi zərər vurmalarını, lakin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə işə baxılaraq iddianın rədd olunmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13659/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməs i ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) apellyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5266/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 20 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2404/2020 saylı, 08 iyun 2020-ci il tarixli qərarı ilə (hakimlər – E.R.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və A.Ə.Abbasov) kassasiya şikayəti tə min edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 20 noyabr 2019-cu il tarixli, 2(103)-13659/2019 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6593/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5266/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin olunaraq cavabdehlər Cavabdeh1, N oğlu və Cavabdeh4 İddiaçı xeyrinə maddi zərərin əvəzi olaraq 32.400 manatın tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin iddiaçı ilə qohumluq münasibətində olan şahidlərin ifadələrinə istinad olunmaqla çıxarılmasını və qanunun tələblərinə uyğun əsaslandırılmamasını və s. əsas göstərməklə qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilib iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin digər cavabdehlər Cavabdeh4 və N oğlu kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının hərtərəfli və tam araşdırılmamasını, işdəki sübutlara düzgün qiymət verilməməsini, işə ma ddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərərək qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilib iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Qətnamədən eyni zamanda İddiaçı kassasiya şikayəti verərək iddia tələbinin rədd olunmuş hissəsində qətnamənin işdə olan sübutlara düzgün qiymət verilmədən qəbul edilməsini və s. əsas göstərməklə qətnamənin dəyişdirilib iddia tələbinin tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.) Maddə 157.5 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəli r götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Tərəflərin kassasiya şikayətlərində qətnamə cavabdehlər tərəfindən iddianın təmin olunmuş hissəsində, iddiaçı tərəfindən isə iddianın rədd edilmiş hissəsində mübahisələndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehlər iddiaçıya məxsus qeyri-yaşayış binasının 64 kv.metr hissəsində 2014-cü ilin iyul ayından qeyri-qanuni istifadə etməklə həmin sahədə ticarət fəaliyyəti ilə məşğul olmuş və yalnız 2018-ci ilin dekabr ayında məhkəmə qərarı əsasında həmin sahədən çıxarılmışlar. Cavabdehlərin həmin sahədən istifadəsi göstərilən müddət ərzində qanunsuz olduğundan eləcə də, istifadəyə görə idd iaçıya heç bir haqq ödənilmədiyindən, apellyasiya instansiyası məhkəməsi mübahisəli sahənin yerləşdiyi oxşar ticarət obyektlərində hər ay ödənilən 600 manat icarə haqqını əsas götürməklə hesab etmişdir ki, cavabdehlərdən iddiaçıya dəymiş maddi zərərin əvəzi kimi 32.400 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasayd ı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2). Cavabdehlərdən vurduqları zərərə görə göstərilən məbləğdə pul tutulmaqla iddianın qismən təmin olunması tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun olduğundan kollegiya qətnaməni həmin hissədə qanuni və əsaslı sayır, hesab edir ki, cavabdehlərin kassasiya şikayətlərinin təmin edilməsi üçün qanuni əsaslar yoxdur. Cavabdehlərdən maddi ziyana görə daha artıq məbləğdə pulun tutulması üçün əsaslar olmadığından və iddiaçının cavabdehlərin hərəkətləri nəticəsində mənəvi iztirab və sarsıntıya məruz qalması sübuta yetirilmədiyindən, apellyasiya instansiyası məhkəməsi iddianı həmin hissədə əsassız sayaraq rədd etmişdir. Göstərilən vəziyyətdə kollegiya hesab edir ki, iddi açının kassasiya şikayətinin təmin edilməsi üçün də əsaslar yoxdur. Qeyd olunanlarla əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Süleymanov Əkrəm Əjdər oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6593/2020 nömrəli iş üzrə 02 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar