Məhkəmə qərarları › İş №2(102)-2853/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2853/2025

21.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2853/2025 21.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı (3-cü şəxs qismində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X9 Xidmətinin Mil-Qarabağ və X1 İstismarı İdarəsi işə cəlb olunmaqla) cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X9 Xidmətinə qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər - Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı (3-cü şəxs qismində Azərbay can Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X9 Xidmətinin Mil-Qarabağ və X1 İstismarı İdarəsi işə cəlb olunmaqla) cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X9 Xidmətinə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-3335/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı "xxxx" ASC-nin Mil- Qarabağ və X4 İstismarı İdarəsində xx.xx.2008-ci ildən xx.xx.2024 illərdə baş mühəndis vəzifəsində işləyib.

2. Azərbaycan Respublikası Pre zidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli 2356 nömrəli Fərmanına əsasən, "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh publik hüquqi şəxs yardılıb. 3. ”X9 Xidməti” publik hüquqi şəxsin İdarə heyətinin sədri iddiaçıya xx.xx.2024-cü il tarixli 9/05-135 nömrəli yazılı xəbərdarlıq göndərərək bildirmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 001/F nömrəli əmri ilə Cavabdehn təsdiq edilmiş stukturu və ştat cədvəlinə əsasən, onun tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024cü ildən ixtisara düşmüşdür, onunla bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə ə sasən ləğv ediləcək.

4. İddiaçı ilə bağlanmış əmək müqaviləsi “X9 idməti” publik hüquqi şəxsin İdarə heyəti sədrinin xx.xx.2024-cü il tarixli 548 nömrəli əmri ilə ləğv edilib. Əmrdə əsas kimi ştat ixtisarı göstərilib, hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad olunub. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 3-cü şəxs qismində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X9 Xidmətinin Mil-Qarabağ və X1 İstismarı İdarəsi işə cəlb olunmaqla cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X9 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş buraxmaya görə 4800 manat, əmək haqqının az hesablanmasına görə 3644 manat, mediasiya xərcinə görə 50 manat, hüquqi yardıma görə 340 manat, cəmi 8.444 manat, mənəvi zərərə görə 5000 manat, ümumilikdə 13.444 manat pulunu cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi və iddia tələbinin dəqiqləşdirilməsi ilə işin faktiki hallarına istinad edilərək əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixədək idarənin baş mühəndisi vəzifəsində qaldığı halda, X8 xx.xx.2024-cü il tarixdən həmin vəzifəyə təyin edilmiş, halhazıradək işləməkdədir. İddiaçının vəzifə maaşı xx.xx.2024-cü il tarixdən 1600 manat müəyyən edildiyi halda, ona 4 ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək 690 manat əvvəlki vəzifə maaşı hesablanmaqla sonuncu haqq-hesab verilmişdir. 1600 manat - 690 manat x 4 ay = 3644 manat vəsait az hesablanmışdır. Bundan əlavə, iddia çı xx.xx.2024-cü il tarixdən bu günədək, yəni xx.xx.2025-ci il tarixədək, 3 ay məcburi iş buraxmaya görə 3 ay x 1600 manat = 4800 manat vəsaitdən məhrum olmuşdur. Beləliklə, cavabdehin iddiaçıya 8444 manat borcu yaranmışdır.

7. Cavabdehin iddia tələbinə qarşı etirazını bildirərək onunla əsaslandırmışdır ki, Azərbaycan Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanına əsasən tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh yaradılmışdır. X9 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində ) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) - içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Azərbaycan Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2024-cü il 232 nömrəli qərarı ilə Cavabdehn Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Həmin Fərmanın 5.1-ci bəndinə əsasən bu Fərmanın 3-2 hissəsi və 5.3-5. 5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh yaradılmışdır. Qeyd olunan normativ hüquqi aktlardan da göründüyü kimi, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh yaradımışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 001/f nömrəli Əmri ilə Cavabdehn strukturu təsdiq edilmişdir. Təsdiq edilmiş struktur və işçilərin say həddi daxilində Xidmətin strukturuna daxil olan tabeli qurumların-idarə lərin təsdiq edilmiş strukturu və ştat cədvəllərinə əsasən, işçilərin ştat vahidləri ixtisara düşmüşdür. Bu zaman qanunvericilin bütün tələbləri cavabdeh tərəfindən yerinə yetirilməklə, bütün işçilərə qarşı həyata keçirilmişdir. İddiaçı çatası bütün müavinət və kompensasiyalar, son haqq hesab verilməklə bütün tələbləri tamlıqla ödənilmişdir. Məhkəməyə təqdim olunan bank çıxarışlarından da göründüyü kimi, İddiaçı hətta işə gəlmədiyi günlər və aylar üzrə pul məbləğləri ödənilmişdir. İddiaçı Mil-Qarabağ və X6 İstismarı İdarəsində tutduğu baş mühəndis vəzifəsində ixtisara düşəcəyi barədə “xəbərdarlıq” verilməklə, 573 saylı, xx.xx.2024-cü il tarixli əmrlə AR Əmək Məcəlləsinin 70- ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunduqdan sonra ona ödəniləsi bütün pullar ödənilmişdir. Xüsusilə qeyd etmək istərdi ki, İddiaçı ixtisara düşəcəyi barədə “xəbərdarlıq” verilsə də, Mil-Qarabağ və X6 İstismarı İdarəsinin işə davamiyyət-tabel jurnalından da göründüyü kimi, işə gəlməsə də, ona hər ay işə baş mühəndis kimi əmək haqqı hesablanaraq pul məbləğləri verilmişdir. Lakin İddiaçı ara-sıra idarənin inzibati binasına gələrək iş vaxtı idarənin fəaliyyətinə maneəçiliklər törətməklə, işçilər arasında nifaq salmaq, özünü rəhbər kimi aparmaqla əməkdaşlarla kobud-qaba rəftar etməsi onun təsdiq olunmuş yeni strukturda baş mühəndis vəzifəsində qalıb işləməsi rəhbərlik tərəfindən birmənalı qarşılanmamışdır. Belə ki, işlədiyi idarənin əməkdaşları dəfələrlə Azərbaycan Su Ehtiyatları Agentliyinin rəhbərliyinə müraciət edərək, baş mühəndis İddiaçı adi vurma cədvəlini bilmədiyini, kollektor, berma, damm a, kollektorun toxunulmaz məsafəsi nə qədərdir və s. bu kimi adi mühəndisin bilməli olduğu sadə sualları bilməyən şəxsin rəhbər vəzifədə işləməsinə qarşı müraciətləri İddiaçı qurumda rəhbər vəzifədə, baş mühəndis kimi qalıb işləməsinin yolverilməz olduğunu göstərirdi. Hətta işində dönüş yaratmaqla, vəzifə funksiyalarına uyğun işini günün tələblərinə uyğun olaraq qurmasını rəhbərlik tərəfindən xəbərdarlıq edilməklə dəfələrlə bildirilsə də, İddiaçı əksinə idarəyə hərdən gəlməklə idarənin əməkdaşlarının iş fəaliyyətinə maneçiliklər törətmişdir. Bu baxımdan rəhbərlik tərəfindən ona axırıncı xəbərdarlıqla şiddətli töhmət verilməsi məqsədə müvafiq hesab edilmişdir. MilQarabağ və X6 İstismarı İdarəsində baş mühəndis vəzifəsinə təyin olunan X8 uzun müddət həmin vəzifədə işləmişdir. İşlədiyi müddət ərzində özünün iş bacarığı, təhsili, savadı, kollektivdə işgüzar nüfuzu və s. nəzərə alınaraq, o, X7 İdarəsinin rəisi təyin olunmuşdur. Aparılan məlum islahatlardan sonra rəhbərlik tərəfindən qəbul edilən müvafiq göstərişlərə əsasən Əhliman Kərimovun iş bacarığı, fəaliyyəti və kollektivdə qazandığı uğurlar, işgüzar nüfuzu nəzərə alınaraq, yenidən Mil-Qarabağ və X6 İstismarı İdarəsində baş mühəndis vəzifəsinə təyin olunmuşdur. Agentliyin respublika üzrə bütün struktur vahidlərində çevrilmə formasında yenidən təşkili ilə bağlı həmçinin Cavabdehndə də, struktur dəyişikliyi ilə bağlı bütün işçilərə “xəbərdarlıq" verilməklə, yeni ştat cədvəlinə əsasən daha təcrübəli, iş təcrübəsi daha yüksək olan savadlı və kollektivdə nüfuz sahib olan Əhliman Kərimov baş mühəndis vəzifəsinə təyin olunmuşdur. Qeyd olunduğu kimi, İddiaçı keçmiş “Azmelsutəsərrüfat" ASC-nin Mil-Qarabağ və X6 İstismarı İdarəsində baş mühəndis vəzifəsində işlədiyi dövrdə kollektivin nüfuzuna xələl gətirməklə, fasilələrlə işə davamiyyəti, iş vaxtı sərxoş vəziyyətdə işçilərlə münasibətdə özünü mühəndis-rəhbər vəzifənin əməkdaşı kimi əməkdaşlara qarşı kobud-qaba aparması və s bu kimi hallar idarənin inzibati binasında dəfələrlə təkrarlanan xoşagəlməz bu kimi hadisələr onun baş mühəndis kimi fəaliyyətinə xitam verlməklə, işdən azad olunmasına əsaslar yaratmışdır. Cavabdeh tərəfindən iddiaçıya tutduğu baş mühəndis vəzifəsinin ixtisara düşəcəyi barədə “xəbərdarlıq” göndərilməklə, 573 saylı xx.xx.2024-cü il tarixli əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmuşdur. Yuxarıda göstərilənlə rə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Səbail rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli e-2(009)-516/2025 nömrəli qətnaməsi ilə ( hakim Mədinə Bağırova) iddia qismən təmin edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X9 Xidməti publik hüquqi şəxsin 573 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ləğv edilərək İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X9 Xidmətinin Mil-Qarabağ və X1 İstismarı İdarəsində baş mühəndis vəzifəsinə bərpa edilməsi və ona məcburi işə buraxmaya görə əmək haqqı ödənilərək cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X9 Xidməti publik hüquqi şəxsdən İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək haqqında olan fərq 3644 (üç min altı yüz qırx dörd) manat (tutmalar nəzərə alınmaqla), mediasiya xərcinə görə 50 (əlli) manat, hüquqi yardıma görə 340 (üç yüz qırx) manat tutularaq iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, işçi ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən işçiyə əmək stajından asılı olaraq müəyyən olunmuş müddətlərdə əvvəlcədən rəsmi xəbərdarlıq edilməsi, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi, eləcə də xəbərdarlıq müddəti əvəzinə işçiyə onun razılığı ilə işdənçıxarma müavinətini bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verilməsi qayda sını müəyyən etmişdir.

10. Bundan başqa baş mühəndisi İddiaçı ünvanlanmış Ştat vahidinin ixtisara düşməsi barədə 9/05-133 saylı, xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli, 2356 nömrəli Fərmanına əsasən "xxxx"Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024cü il tarixli, 001/F nömrəli əmri ilə Cavabdehn təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən onun tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür.

11. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, yeni şatat cədvəlində “rəhbərlik” bölməsində aylıq vəzifə maaşı 1600 manat olan 1 ştat vahidi “Baş mühəndis” vəzifəsi vardır. Beləliklə iddiaçı ilə bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsiini 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsi üçün əsas olmamışdır.

12. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi, 71.1, 77.1, 77.2, 77.3,77.4, -ci maddəsinə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

13. Cavabdeh təşkilat apellyasiya şikayəti verərək, mübahisəli qətnaməsinin iddianın təmin edilən hissəsini ləğv edilərək və iddia tələbinin tamamilə rədd olmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xidmətin strukturuna daxil olan tabeli qurumların-idarələrin təsdiq edilmiş strukturu və ştat cədvəllərinə əsasən, işçilərin ştat vahidləri ixtisara düşmüşdür. Cavabdeh bildirmişdir ki, İddiaçı çatası bütün müavinət və kompensasiyalar, son haqq hesab verilməklə bütün tələbləri tamlıqla ödənilmişdir. Məhkəməyə təqdim olunan bank çıxarışlarından da göründüyü kimi, İddiaçı hətta işə gəlmədiyi günlər və aylar üzrə əmək haqqı məbləğləri də ödənilmişdir. İddiaçı Mil-Qarabağ və X3 İstismarı İdarəsinin baş mühəndisi vəzifəsində işlədiyi müddətdə dəfələrlə əmək və icra intizam qaydalarını kobud şəkildə pozmuş və bununla bağlı ona ayrı-ayrı vaxtlarda dəfələrlə intizam tənbehləri tətbiq edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3335/2025 nömrəli, 13 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılaraq hesab etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Lakin hüquqi şəxs çevrilmə formasında yenidən təşkil edilərkən iddiaçının tutduğu ştat ixtisar olunmayıb. Belə ki, iddiaçı "xxxx" ASC-nin Mil-Qarabağ və X5 İstismarı İdarəsində baş mühəndis vəzifəsində işləyib.Çevrilməyə qədər hüquqi şəxs də 1 baş mühəndis ştatı mövcud olub. Çevrilmə nəticəsində yeni yaranmış hüquqi şəxsin - Cavabdehn Mil-Qarabağ və X5 İstismarı İdarəsinin xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş ştat cədvəlindən görünür ki, həmin İdarədə 1 baş mühəndis ştatı mövcuddur.

17. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsini və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini qət etməklə düzgün nəticəyə gəlib. Birinci instansiya məhkəməsi xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək əmək haqqında olan fərq kimi 3.644 manat pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlmiş, bu nəticə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12 və 154-cü maddələrinin göstərişlərinə uyğundur. Belə ki, yeni ştat cədvəlinə görə, baş mühə ndisin əmək haqqı 1.600 manat olsa da, 4 ay müddətində iddiaçıya əvvəlki vəzifə maaşı – 690 manat ödənilib, yəni hər ay üzrə 910 manat az əmək haqq ödənilib Bu hesabla iddiaçıya ödənilməyən əmək haqqının məbləği 3.644 manat təşkil edir.

18. Kassator iddia müddətinin keçməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddia müddəti keçməyib. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddədinə görə, işə bərpa barədə tələb üçün iddia müddəti 1 aydır. Əmək müqaviləsinin ləğvi barədə əmr xx.xx.2024-cü ildə verilib, əmrin verildiyi tarixdən 24 gün sonra xx.xx.2025-ci ildə iddiaçı mediasiya təşkilatına müraciət edib.

19. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 70 (“b” bənd), 154, 296, 300 və Mülki Prosessual Məcə lləsinin 119 və 121-ci maddələrinin maddələrinə istinad etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassator şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixindən etibarən işə gəlməmiş və hüquqlarının pozulduğunu iddia etmişdir. Məhkəməyə sübut kimi təqdim etdikləri tabellərdən də göründüyü kimi, iddiaçı qeyd etdikləri tarixdən rəhbərliyə və aidiyyatı şöbələrə məlumat vermədən işə gəlməmişdir. Lakin buna baxmayaraq, iddiaçı məhkəməyə müraciət etmək hüququndan vaxtında istifadə etməyərək əsassız olaraq iddia müddət ini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. İddiaçı hüquqlarının pozulduğunu qəbul etdiyi gün özünün qeyd etdiyinə görə onun yerinə vəzifəyə təyin edilmiş, X2 xx.xx.2024-cü il tarixli əmrinin verildiyi gündür. Belə ki, həmin tarixdən etibarən iddiaçı hüquqlarının pozulduğunu düşünmüş və bir daha işə gəlməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə vaxtında müraciət etməyərək, iddia müddətini ötürmüşdür. Bundan əlavə qeyd etmişlər ki, yeni yaradılmış Agentliyin strukturunda mövcud olan vəzifələrə təyinat Agentliyinin rəhbərliyi ilə işçilər arasında bağlanılmış yeni əmək müqaviləsi ilə rəsmiləşdirilməli olduğundan, işəgötürən isə belə müqav ilənin bağlanılmasında müstəsna səlahiyyətə malik olduğundan, həmçinin əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməz olduğundan, iddiaçının işəgötürənlə onun arasında əmək müqaviləsinin bağlanılmalı olması və onun işlə təmin olunması barədə qeyd etdiyi dəlillər əsassızdır. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsi ərazi aidiyyatı qaydaları pozulmaqla məhkəmənin icraatına qəbul edilmiş və nəticədə qətnamə kobud prosessual pozuntuyla qəbul edilmişdir. Belə ki, X9 Xidməti publik hüquqi şəxsin olduğu yer və hüquqi ünvanı Nəsimi rayonu ərazisi olduğu üçün müvafiq işə Nəsimi rayon Məhkəməsində baxılmalı idi.

22. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddənin 2-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci ma ddəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2 və 418.4cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Əmək Məcəlləsi

24. Maddə 70 “b” bəndi. Əmək müqaviləsi işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən ləğv edilə bilər.

25. Maddə

154. Əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükaf atların və digər ödənclərin məcmusudur.

26. Maddə

300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödəni lməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifa də olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh təşkilat tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qa nuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının işdən azad olunmasının əsası olan Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinin tətbiqinin hüquqi əsası olmamışdır. Çünki, iddiaçının ixtisar olunduğu de yilən ştat vahidi cavabdeh təşkilatda qalmaqda davam edir. Digər tərəfdən isə qeyd edilməlidir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmışdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddədinə görə, işə bərpa barədə tələb üçün iddia müddəti 1 aydır. Əmək müqaviləsinin ləğvi barədə əmr xx.xx.2024-cü ildə verilib, əmrin verildiyi tarixdən 24 gün sonra xx.xx.2025-ci ildə iddiaçı mediasiya təşkilatına müraciət etmişdir. Bu halda isə müddətin ötürülməsi qənətinə gəlmək mümkün deyil.

40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırı lmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

41. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2025-ci il tarixli, 2(103)- 3335/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar