Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2854/2020 30.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC tərəfindən Bakı Apellasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-14709/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin (hakim Rəşad Cavazadə) 2(004)5695/2019 saylı iş üzrə qəb ul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbləri rədd edilmişdir. Bakı Apellasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Elşad Şamayev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləiddiaçı “xxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-nin apelasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC cava bdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2009-cu il tarixdə, A/980 saylı kredit müqaviləsinə əsasən əsas borc 2870,15 ABŞ dollar, faiz üzrə borc 12395,90 ABŞ dolları, ümumilikdə 15266,05 ABŞ dolları məbləğində və 30 manat ödənilmiş dövlət rüsumunun “xxxx” QSC-nin xeyrinə ödənilməsi, kredit borcunun Cavabdeh1 mülkiyyətində olan **-GA-*** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ ELANTRA” markalı minik avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “xxxx” QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbl əğinin cavabdehlərdən tutulub “xxxx” QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ‘‘xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx" ASC ilə “xxxx" QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASCnin problemli aktivlərinin tələb hüququ “xxxx” QSC-yə keçmişdir. “xxxx” QSC ilə “İddiaçı" MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən “xxxx" QSC-yə keçmiş, ‘‘xxxx" ASC-nin pro blemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “İddiaçı" MMC həyata keçirir. Yuxarıda qeyd olunan Xidməti Müqaviləyə Respublikasının Nazirlər Kabinetinin 10 fevral Sərəncamının icrası ilə əlaqədar “xxxx" QSC tərəfindən “xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-AVK-1851 saylı, xx xxxxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən “xxxx" QSC-yə verilmişdir. “xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh1 arasında xx.xx.2009-cu il tarixdə, A/980 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 36 ay müddətinə 16705 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2009-cu il tarixli kassa məxaric orderindən də göründüyü kimi, cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kr edit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan **-GA-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı minik avtomobili (buraxılış ili 2009, Ban - KMHDU41BP9U786372, rəngi - Ağ) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X3 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2009-cu il tarixli, AG seriyalı, 186055 №-li «Girov müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq “xxxx Nərimanov filialı ilə xx.xx.2013-cü il tarixdə Cavabdeh2 ilə Zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşıyır və bu borcun özü nün malik olduğu əmlakı hesabına ödənilməsini öhdəsinə götürür. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan 2870,15 ABŞ dolları məbləğində əsas borc, 12395,90 ABŞ dolları ümumilikdə 15266,05 ABŞ dolları təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: İddiaçı “xxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC kasasiya şikayəti verərək Bakı Apellasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apelasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kasasiya şika yətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi t ərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən, xx.xx.2009-cu il tarixli kredit müqaviləsindən görünür ki, “xxxx” ASC Cavabdeh1 illik 20 faiz olmaqla 36 ay müddətinə ödəmək şərtilə 16705 ABŞ dolları məbləğində kredit vermişdir. xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsindən və Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Girov müqaviləsinin qeydiyyatı haqqınd a şəhadətnaməsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Hyundai Elantra” markalı minik avtomobili Bank qarşısında ipoteka ilə yüklü edilmişdir və həmin müqavilənin qeydiyyatı aparılmışdır. xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bank qarşısında xx.xx.2009-cu il tarixli kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun “xxxx” QSC-yə güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, “xxxx” ASC təhvil-təslim aktları əsasında özünün balansında olan problemli aktivlər üzrə kredit qalığı (əsas borc və faizlər), akkkreditivlər (əsas borc və faizlər), qarantiyalar (əsas borc və faizlə r), borcların təminatı olan girov (ipoteka), zaminlik və sair müqavilələr üzrə borclu şəxslərə qarşı özünün tələb hüquqlarını bu müqaviləyə əsasən “xxxx” QSC-yə güzəşt etmişdir. İş materiallarında olan “xxxx” QSC ilə “İddiaçı" MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən “xxxx" QSC-yə keçmiş, ‘‘xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “İddiaçı" MMC həyata keçirir. xx.xx.2018-ci il tarixli aktdan və ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2009-cu il tarixli, A/980 saylı kredit müqaviləsinə əsasən əsas borc 2870,15 ABŞ dolları, faiz üzrə borc 12395,90 ABŞ dolları olmaqla, ümumilikdə 15266,05 ABŞ dolları məbləğində kredit borcu vardır. Hazırda iddiaçı, qeyd edilən müqavilələrə əsasən cavabdeh borc öhdəliyini vaxtında yerinə ye tirmədiyi üçün tələbdəki pul məbləğlərinin tutulmasını xahiş edir. Cavabdeh isə iddia müddətinin keçməsinə istinad edərək bu barədə birinci instansiya məhkəməsində ərizə vermiş və iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Apelyasiya instansiyası məhkəməsi iddia tələbinin iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçir ərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan yazılı sübutlarla müəyyən edilir ki, «xxxx» ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cü il tarixli, A/980 nömrəli kredit müqaviləsinə əsasən bank ya 24 ay müddətinə, illik 20% olmaqla, 36 ay müddətinə 16705 manat məbləğində kredit vermişdir. “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü m addəsinə uyğun olaraq “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ “xxxx” QSC-yə keçmiş, xx.xx.2018-ci tarixdə hazırkı iş üzrə cavabdehə aid sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (maddə 69.2). Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir (maddə 73.1). Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir (maddə 73.4). İddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (maddə 74.2). Hazırkı iş üzrə Agentliyin təsisçisi “xxxx” QSC-dir və Agentliyin nizamnaməsində Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən “xxxx” QSC-yə keçmiş aktivlərin idarə olunmasına iştirak etmək, o cümlədən məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək funksiyalarını həyata keçirməsi üzrə səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə müvafiq olaraq hüquqi şəxsin nümayəndəsi qanun, hüquqi akt və ya təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri, yaxud da vəkillər ola bilərlər. Agentlik isə göstərilənlər sırasına daxil deyildir. Beləliklə, mülki-prosessual qanunvericiliyə əsasən hazırkı iş üzrə “xxxx” QSC-nin nümayəndəlik səlahiyyətlərinin Agentlik tərəfindən həyata keçirilməsi mümkün deyildir. Həmçinin iş materiallarında “xxxx” QSC ilə Agentlik arasında tələb hüququnun güzəşt edilməsinə dair mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş müqavilə, yaxud tələb hüququnun digər qaydada sonuncuya keçməsi barədə yaxud normativ hüquqi akt yoxdur. MPM-ə müvafiq olaraq hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başla nılır (5.1). İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür (151.1). İddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (maddə 149.1). İddia ərizəsinə nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir (maddə 150.0.3). İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (maddə 152.1.2). Prosessual qanunvericiliyin sadalanan tələblərinə baxmayaraq, birinci instansiya məhkəməsi “xxxx” QSC-ni məhkəmədə təmsil etmək səlahiyyətinə və həmin şəxsə məxsus hüquqları tələb etmək hüququna malik olmaya n Agentliyin adından qaldırmış iddia ərizəsini icraata götürmüş və həmin ərizə əsasında işə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. Apelyasiya instansiyası məhkəməsi bu hala diqqət verməyərk birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayaraq prosessual hüquq normalarının yuxarıda qeyd edilən tələblərini pozmuşdur. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına gönd ərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı “xxxx” QSC onun adından çıxış edən törəmə müəssisəsi olan İddiaçı MMC-ninkasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-14709/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2854/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2854/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver