Məhkəmə qərarları › İş №2(102)-2854/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2854/2022

09.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2854/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-2854/2022 (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən çıxarılma) Bakı şəhəri, 09 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma” barədə ilk, Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” barədə qarşılıqlı iddia t ələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(105)-876/2022 nömrəli qətnaməsindən verilmiş ilk iddia üzrə cavabdehin kassasiya şikayətinə 09 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt şəhəri, X3 İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixli, 34/496 saylı orderlə ünvan 1 (bundan sonra – mübahisəli mənzil) altı nəfər ailə üzü ilə birlikdə ilk iddia üzrə İddiaçı ( bundan sonra – iddiaçı ) verilmişdir.

2. İddiaçı və Cavabdeh (bundan sonra – cavabdeh) mübahisəli mənzildə pasport qeydiyyatındadırlar. 3. 19 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən tə sdiq edilmiş, sahə ustası Gülarə Qüdrətova, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39, mənzil 17-də yaşayan X2, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39, mənzil 5-də yaşayan X5, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39, mənzil 26 da yaşayan X1 tərəfindən tərtib edilərək imzalanmış 28 aprel 2021-ci il tarixli aktda cavabdehin 2006-cı ildə ailə həyatı qurub gəlin köçdükdən sonra mübahisəli mənzildə yaşamadığı göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Sumqayıt şəhər, 18-ci mikrorayon, ev 39-da yerləşən 19 saylı mənzilə istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İd diaçı tələbini onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil 1991-ci ildə 6 nəfər ailə üzvü ilə birlikdə iddiaçıya verilmişdir. 4 otaqdan ibarət olan həmin mənzil halhazırda dövlət fondundadır. 1991-ci ildən həmin mənzilə köçərək orada yaşayırlar. Cavabdeh iddiaçının qızıdır. O, 2006-cı ildə Sahib Dəmirov ilə ailə həyatı quraraq həyat yoldaşına məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 40, mənzil 4-ə gəlin köçmüşdür və 2006-cı ildən mübahisəli mənzildə yaşamır.Cavabdeh mənzildən getdiyi vaxtdan istifadə hüququnu itirmişdir. O, həyat yoldaşına məxsus mənzildə yaşayır və iddiaçının mənzildən istədiyi kimi istifadə etməsinə maneçilik törədir.

6. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, mübahisəli mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil 1991-ci ildə iddiaçıya işlədiyi müəssisədən 4 uşağa görə verilmiş və cavabdehin adı da həmin mənzilə dair verilmiş orderdə olmuşdur. Cavabdeh sözügedən mənzildə 2006-cı ilə kimi daimi olaraq yaşamış və pasport qeydiyyatında olmuş və hazırda da qeydiyyatdadır. Cavabdeh 2006-cı ildə ailə həyatı qurmuş, mübahisəli mənzillə əlaqəni kəsməmişdir. Anası 1993-cü ildə dünyasını dəyişmiş və iddiaçı 2-ci dəfə ailə həyatı qurmuşdur. Lakin analığı olan Solmaz Mikayılova cavabdehlə və onun bacı-qardaşı ilə normal rəftar etməmiş, onları incitmiş və onlar bu əzablara qatlaşaraq həmin mənzildə yaşamışlar. Cavabdehin əmlaklarının bir qismi də həmin mənzildə olmuş, yalnız xx.xx.2021-ci ildə evdə qalan ona məxsus digər əşyaları cavabdehə geri qaytarmışla r. Cavabdeh qaynanasının mülkiyyətində olan özəl mənzilə gəlin köçdüyü üçün həmin mənzilə istifadə hüququ yaranmamışdır. Hazırda isə cavabdehlə həyat yoldaşı arasında münasibətlər pozulmuş və onun qaynanası da cavabdehə mənzilində istifadə hüququ vermək istəmir və ondan mənzildən çıxmasını tələb edir. Cavabdehin isə yaşamağa başqa yeri yoxdur.

8. İddiaçı xx.xx.2021-ci il tarixində məhkəməyə daxil olmuş yazılı etirazında bildirmişdir ki, cavabdeh 2006-cı ildə Sahib Dəmirov ilə ailə həyatı quraraq Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 40, mənzil 4-ə gəlin köçmüşdür və bu günə kimi həmin mənzildə dünyaya gəlmiş övladları və həyat yoldaşı ilə birlikdə yaşayırlar. O, gəlin köçdüyü gündən bütün əşyalarını aparmışdır, mənzildə ona aid olan heç bir əşya yoxdur.

9. Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(060)-6885/2021 nömrəli qətnaməsi ilə (hakim E.Abdullayev) iddiaçının cavabdehə qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilmiş və ilk iddia qalan hissədə təmin edilməmiş, mənzilə köçürülmə tələbinə dair” qarşılıqlı iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən bildirmişdir ki, mübahisəli mənzil 1991-ci ildə order əsasında iddiaçıya verilmiş və cavabdeh iddiaçının ailə üzvü kimi mənzilə istifadə hüququ əldə etmişdir. Mübahisəli mənzil özəlləşdirilməmişdir. Bu səbəbdən mübahisəyə 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəalarına uyğun qiymət verilməlidir.

11. Belə ki, cavabdeh 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və daimi yaşamaq üçün başqa yerə köçmüşdür. Beləliklə onun mübahisəli mənzildən istifadə hüququ həmin tarixdən itirilmişdir. Bu səbəbdən ilkin iddia cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi hissəsində təmin edilməlidir.

12. Məhkəmə iddiaçının cavabdehin mənzildən pasport qeydiyyatından çıxarılması barədə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qeyd edilən məsələ müvafiq qeydiyyatı həyata keçirən dövlət orqanının səlahiyyətində olduğundan iddia həmin hissədə təmin edilə bilməz.

13. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verildiyi üçün onun həmin mənzilə köçürülməsi tələbi əsaslı sayı la və təmin edilə bilməz. Cavabdeh ailə problemlərinin olduğunu, qaynanası tərəfindən hazırkı yaşayış sahəsindən çıxarılma ehtimalının olduğunu bildirsə də, qeyd edilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin həmin dəlilini əsassız hesab edir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.18-ci maddəsinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətna məsinin ləğv olunmasını, ilk iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) 2(105)-396/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (bundan sonra – apellyasiya məhkəməsinin qətnaməsi) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “İddiaçı Cavabdeh qarşı pasport qeydiyyatından çıxarılma tələbi təmin edilməsin” hissəsində ləğv edilərək, iş üzrə həmin hissədə ayrıca qərardad qəbul edilmiş, qətnamə – “Cavabdeh ünvan 1 ünvanına istifadə hüququna xitam verilsin və Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşı lıqlı iddiası təmin edilməsin” hissəsində isə dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və daimi yaşamaq üçün başqa yerə köçmüşdür. Cavabdehin 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurması və daimi yaşamaq üçün başqa yerə, yəni ər evinə köçüb hazırkı vaxta kimi orada yaşaması işin mübahisəsiz halıdır. Həmçinin onun mübahisəli mənzildə heç bir əmlakı mövcud deyildir, uzun müddətdir ki, həmin ünvanla əlaqəsi kəsilmiş, orada yaşamamış, mənzilin təmirində, kommunal xərclərin ödənilməsində iştirakı olmamışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi hissəsində əsas lıdır.

18. Məhkəmə kollegiyası qəbul etdiyi qətnamə ilə bağlı mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) 2(105)-396/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “İddiaçı Cavabdeh qarşı pasport qeydiyyatından çıxarılma tələbi təmin edilməsin” hissəsində ləğv edilərək və mülki iş üzrə həmin his sədə icraata xitam verilmişdir.

20. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tətbiqində səhvə yol vermiş, məhkəmə aidiyyət qaydalarını pozmaqla səlahiyyətinə aid olmayan iddia tələbinə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir.

21. Belə ki, ilk iddianın “Cavabdeh ünvan 1 ünvanına olan pasport qeydiyyatından çıxarılması” hissəsi barədə tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması üçün əsaslar vardır.

22. Məhkəmə qəbul etdiyi qərardadla bağlı öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci, eləcə də Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassas iya şikayətinin dəlilləri

23. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil tərəfindən tərtib olunmuş) apellyasiya intansiya məhkəməsinin qətnaməsinin ləğv etməklə, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassator şikayətini əsaslandırarkən bildirmişdir ki, o mübahisəli mənzildə 1991-ci ildən yaşamış və həmin vaxt qüvvədə olan AR Mənzil Məcəlləsinin 53-54-cü maddəsinə əsasən həmin mənzilə icarədarın ailə üzvü – qızı kimi istifadə hüququ vardır. Lakin apellyasiya instansiyası məhkəməsi yetərincə əsasların olmamasına,onun daimi olaraq başqa yaşayış sahəsinə köçməyinə və adına ayrıca yaşayış sahəsinin olmasına dəlalət edən hər hansı bir sübutun olmamasına baxmayaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qüvvədən düşmüş AR Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə istinad etməklə mənim mənzilə istifadə hüququna xitam vermişdir.

25. O həmçinin bildirmişdir ki, xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddə sində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

26. Kassator şikayətini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53, 54-cü maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. K assasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsi

28. Maddə 60 İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

29. Maddə

87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

30. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün f aktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

38. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut ki mi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

39. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən ilkin iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən kassasiya baxışının predmetini qətnamənin həmin hi ssədə qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 42. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

43. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 yanva r 2022-ci il tarixli, 2(105)-876/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar