Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2854/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X7 və Qarabağ Regional Təhsil İdarəsi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işəbərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində X7 və Qarabağ Regional Təhsil İdarəsi cəlb edilməklə) “işdən çıxmaq barədə ərizənin, əmrin etibarsız hesab edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6102/2023 nömrəli, 15 dekabr 2023- cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Təhsil Nazirinin K-05/2 nömrəli, xx.xx.2017-ci il tarixli əmrinə əsasən, İddiaçı Bərdə rayonu, Gərənə kənd tam orta məktəbinin direktoru ilə bağlanmış əmək müqaviləsi, onun ərizəsi nəzərə alınmaqla, Azər baycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən 03 aprel 2017-ci il tarixdən ləğv edilmiş və o, həmin tarixdən şəhərin A.Mustafayev adına 5 nömrəli tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir.
2. Qarabağ Regional Təhsil İdarəsinin müdiri X12 Regional Təhsil İdarəsinin Bərdə rayonu üzrə təhsil sektoruna ünvanlanmış elektron məktubda göstərilmişdir ki, ümumtəhsil müəssisəsində daimi əsaslarla çalışan ingilis dili müəllimi X7 cari ildə imtahan verərək, 92,5 bal toplamış və iş yerini Bərdə şəhər 5 nömrəli tam orta məktəbə dəyişdirilməsini xahiş etmişdir. Əmin ərizəyə baxılmış və tədrisin qanunamüvafiq təşkili məqsədi ilə 15 sentyabr 2022-ci il tarixdən X2 8 saatlıq dərs yükü ilə həmin məktəbə daimi əsaslarla yerləşdirilməsi məqsədə müvafiq hesab edilmişdir.
3. Həmin məktubun üzərində sektor müdiri Q.Məmmədovun xx.xx.2022-ci il tarixli dərkənarı ilə icra olunması İddiaçı həvalə edilmişdir.
4. Həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qaradağ Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, 01-527/10 saylı eyni məzmunlu, Təhsil İdarəqinin möhürü və müdirinin imzası ilə təqsdiqlənmiş məktubu göndərilmişdir.
5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qaradağ Regional Təhsil İdarəsinin 3-29-38/3-2-04F/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən Bərdə şəhəri Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin direktoru İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Qaradağ Regional İdarəsinə ezam olunmuşdur.
6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qaradağ Regional Təhsil İdarəsinin 3-29-38/3-2-08F/2023 nö mrəli, xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Qaradağ Regional İdarəsinə ezam olunmuş Bərdə şəhəri şəhid Alı adına 5 nömrəli tam orta məktəbin direktoru İddiaçı vaxtından əvvəl xx.xx.2023-cü il tarixdə geri çağrılması və işdə hesab olunması əmr edilmişdir.
7. İddiaçı tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə o, baş-beyin insultu keçirdiyini, səhhətinin işləməyə imkan vermədiyini bildirmiş və xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 3-29/3-1-222K/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinə təqdim etmək üçün verilmiş xx.xx.2023-cü il tarixli tibbi arayışıda qeyd olunmuşdur ki, İddiaçı Zaur oğlu yararlıdır, kardioloji sağlamdır.
10. Şahid Bərdə şəhəri şəhid Alı adına 5 nömrəli tam orta məktəbin direktoru İddiaçı yazdığı izahat və ərizəsində, Bərdə Təhsil sektorunun müdiri Qurban Məmmədov tərəfindən İddiaçı əleyhinə ifadə verməyə məcbur edildiyini, lakin ifadə verməkdən imtina etdiyini, bu halda işin prokurorluğa veriləcəyi və onu işdən çıxaracaqları ilə təhdid edildiyini bildirmişdir.
11. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda qeyd olunmuşdur ki, Elm və Təhsil Nazir liyi Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbilov, İddiaçı işlədiyi müddətlərdə yol verdiyi qanunsuz hərəkətləri barədə Bərdə Rayon Prokurorluğuna müraciət etmişdir. 100c-23 saylı material üzrə İddiaçı əməlində Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuş cinayətlərin, xüsusilə də vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı cinayətlərinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
12. Bərdə Rayon Məhkəməsinin 2(021)-1789/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X3 cavabdeh Qarabağ rayon Təhsil şöbəsinə qarşı “əvvəlki işinə geri qaytarılma” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər i ddiaçıya qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məcbur qalaraq ona qarşı edilən təhdid və hədə-qorxu altında imzaladığı xx.xx.2023-cü il tarixli işdən çıxmasına dair ərizənin və həmin ərizə əsasında Azəraycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-29/-3-1222K/2023 saylı əmrin etibarsız hesab edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerindəki vəzifəsinə - Bərdə rayon şəhid Alı adına 5 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, onun işdən əsassız şəkildə çıxarılması düzgün deyildir. Onun işdən çıxarılma səbəbi Bərdə Təhsil sektorunun inspektoru Kənan Rüstəmovun və sektor müdiri X10 Regional Təhsil idarəsi müdiri Gündüz Əbdülov ilə əvvəlcədən əlbir olaraq saxta sənədlər əsasında ona qarşı qarayaxma kampaniyası başlatmaları olmuşdur. Belə ki, Qurban Məmmədov və Kənan X1 Bərdə rayon şəhid Alı adına 5 saylı tam orta məktəbdə işə götürülməsi ilə bağlı, Şahid xx.xx.2022-ci il tarixdə 3 ədəd məktub vermiş və həmin məktubların arxa üzü möhürlənmişdir. Şahid həmin 3 ədəd məktubu gətirib onun stolunun üzərinə qoyub çıxıb getmişdir. Lakin xx.xx.2023-cü il tarixdə Şahid vasitəsi ilə ona göndərilən məktublardakı sə nədlərin həqiqətə uyğun olmadığı məsələsi ortaya çıxmışdır. Məktəbə yoxlama gəldikdə guya onun tərəfindən Günel Nadirovanın qanunsuz olaraq saxta sənədlər əsasında işə götürülməsi “aşkar edildiyi” üçün hər ikisini işdən azad etmişdilər. O zaman Şahid Bərdə təhsil idarəsinə (Qarabağ Regional Təhsil idarəsi) çağırılaraq, sektor müdiri Qurban Məmmədov ondan izahat alıb və onu məcbur edibdir ki, onun əleyhinə izahat verərək, ona göndərdikləri sənədin saxta olmasının və onun tərəfindən saxta yolla hazırlandığını təsdiq etsin. Ancaq Şahid onun əleyhinə izahat verməkdən imtina etmişdir. Ona qarşı təhdid və böhtan olaraq irəli sürülmüş və saxta olduğu deyilən, Şahid ona göndərilmiş sənədlər elektron imzalıdır. (QR kod əks olunub) Qarabağ Regional Təhsil idarəsinin müdiri Gündüz Əbdülov tərəfindən imzalanmışdır. Lakin hansısa texniki səbəblərdən mövcüd QR kodu oxutmaq hazırda qeyri-mümkündür. Ehtimal ki, Gündüz Əbdülov, Kənan Rüstəmov və Qurban Məmmədov QR kod məsələsini də özlərinə məxsus şəkildə həll ediblər. Gündüz Əbdülov tərəfindən elektron imza ilə imzalanmış və xx.xx.2022-ci il tarixli Qurban Məmmədov tərəfindən dərkənar qoyulmuş həmin sənəddə X2 xx.xx.2022-ci il tarixdən 8 saatlıq dərs yükü ilə 5 saylı orta məktəbdə ingilis dili müəlliməsi olaraq qəbul edilməsi öz əksini tapmışdır. Günel Nadirovanın işə qəbul sənədlərini Gündüz Əbdülov özü asan imza ilə imzalamışdır, ancaq yekunda ona qarşı Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinin tələbləri pozulmaqla (işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin əleyhinə əmək müqavi ləsini ləğv etməyə onu məcbur etmək qadağandır) onunla bağlanmış əmək müqaviləsinə 16.02.023-cü il tarixli 3-29/3-1- 222K/2023 saylı əmrlə əsassız olaraq xitam verilmişdir.
15. Əlavə olaraq bildirir ki, X6 tərəfindən Bərdə Rayon Məhkəməsinə verilmiş “işə bərpaya dair” iddia ərizəsində də açıq bəyan edilir ki, Təhsil şöbəsinin 26 sentybar 2022-ci il tarixli qərarı ilə X14 rayon 38 saylı tam orta məktəbdən Bərdə rayon şəhid Alı adına 5 saylı orta məkətəbə köçürülmüşdür. Onun anası Şahid Bərdə Təhsil sektorunun inspektoru Kənan Rüstəmovla əlaqə saxladıqdan sonra, Kənan Rüstəmov anasına sənədlər vermiş və həmin sənədləri 5 saylı məktəbə çatdırlmasını anasından Kənan Rüstəmov istəmişdir. Anası Şahid həmin sənədləri 5 saylı orta məktəbə çatdırmış, həmin sənədlərin Təhsil şöbəsindən verildiyinə inandıqları üçün 5 saylı orta məktəbə çatdırılmasında problem görməmişdilər. Günel Nadirovanın iddiası əsasında başladılmış mülki məhkəmə icraatında Bərdə Rayon Məhkəməsi onu işə cəlb etmişdir. O zaman o da məhkəməyə onda olan sənədləri təqdim etmişdir. Məhkəmə Q.Məmmədovdan münasibət bildirməsini soruşduqdan sonra bildirmişdir ki, iş üzrə xətşünaslıq ekspertizası təyin edəcəkdir. Bundan sonra növbəti məhkəmə iclasında, yəni xx.xx.2023-cü il tarixində iddiaçı Günel Nadirova nümayəndəsi vasitəsi ilə ona məlum olmayan səbəblərdən iddiasının baxılmamış saxlanılması haqqında ərizə vermişdir. Bərdə Rayon Məhkəməsi iddiaçının ərizəsi əsasında işin baxılmamış saxlanmasına dair qərardad qəbul etmişdir. Onun məhkəməyə təqdim etdiyi sənədlər həmin mülki işin materiallarına əlavə edilmişdir. Bütün b unlar onu deməyə əsas verir ki, onun işdən azad olması tam qanunsuzdur və ona qarşı qəsdən, qərəzli olaraq başladılmış qarayaxma kampaniyasının tam ifadəsidir.
16. Məhkəmənin təşəbbüsü ilə X7 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
17. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafirə edərək həmçinin bildirmişdir ki, bütün hadisələr Günel Nadirovanın məktəbə müəllim kimi köçürülməsi barədə sənədlərin ona göndərilməsi ilə başlamışdır. Müəllim keçirildikdən sonra həmin sənədlərin saxta olduğunu bildirdilər. Göndərilən sənədlər yalnız onların özləri, idarə tərəfindən hazırlana bilərdi. Çünki onlarda qr kod var idi və məktuba “icra edin” dərkənarı qoyulmuşdu. O, həmin göstərişi icra etməyə bilməzdi. Sonradan məhkəmə tərəfindən sənədlərin saxtalığı ilə bağlı ekspertiza keçirilməsi təklif edildikdə iddia ərizəsi geri götürülmüşdür. O, işdən heç vaxt çıxmaq istəməmiş, lakin Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz müəllim ona işdən çıxmaq üçün təzyiq etmişdir. Belə ki, məktəbə yoxlama gəlmiş, onu məktəbdən uzaqlaşdıraraq, 20 günlük təhsil şöbəsinə ezamiyyətə göndərmişlər. O, yoxlama bitdikdən sonra məktəbə geri qayıtmış, bir gün sonra Qarabağ Regional Təhsil İdarəsinin müdiri ona zəng edərək, Təhsil İdarəsinə dəvət etmişdir. Onun otağına getdikdən sonra Gündüz Əbdülov onu təhdid etməyə başlayaraq bildirmişdir ki, ərizəni yazıb işdən çıxmalıdır, əgər ərizəni yazıb işdən çıxmasa, onun barəsində prokurorluğa müraciət ed ərək onu tutduracaq. Ona bildirib ki, o polkovnikdir və istədiyi hər şeyi edə bilər. İdarədə məcbur qalaraq ərizəsini yazmışdır. Ərizəni yazarkən otaqda Tamella müəllimə və Gündüz Əbdülov olub. Tamella müəllimə həmkarlar ittifaqının sədridir. Gündüz Əbdülov ərizəni “səhhətimlə bağlı işdən azad edilməyimi xahiş edirəm” məzmununda yazmağı onu təkid etmişdir. O, mediasiyaya müraciət etdikdən sonra Gündüz Əbdülovun müavini onu çağıraraq, ərizəsini geri götürəcəyi halda digər iki məktəbə direktor təyin etməyi təklif etmişdir. Lakin o, bu təkliflə razılaşmamışdır. Onun baş vermiş hadisələrdə heç bir təqsirinin olmadığını və işdən çıxmaq barədə ərizəsini hədəqorxu təsiri altında yazdığını nəzərə almaqla iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən müstəq il tələb irəli sürməyən üçüncü şəxs Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, onlarda olan məlumata əsasən iddiaçı işdən öz ərizəsi ilə azad edilmişdir. Məktəbdə yoxlama aparılmışdır. O, yoxlama prosesində iştirak etməmiş, sadəcə təhvil-təslim prosesində iştirak etmişdir. O, iddiaçının həmin ərizəni hansı şəkildə yazdığı barədə məlumat verə bilməz. Onlarda olan sənədlərə əsasən iddiaçı 16 fevral 2023-cü il tarixində səhhəti ilə əlaqədar ərizəsini yazaraq, işdən çıxmışdır. İddiaçı Qarabağ Regional Təhsil İdarəsinin əmrinə əsasən 20 gün müddətinə Qarabağ Regional Təhsil İdarəsinə ezam olunmuşdur. Məktəbdə yoxlama yanvar və fevral aylarında aparılmışdır və bu zaman iddiaçı Qarabağ Regional Təhsil İdarəsinə ezam olunmuşdur. Qarabağ Regional Təhsil İdarəsi tərəfindən aşkar edilmişdir ki, X8 test və müsahibə mərhələsində nailiyyət əldə etməməsinə baxmayaraq, məkətəbə müəllim kimi keçirilmişdir. Bu hadisə müəyyən edildikdən sonra X8 işdən azad edilmişdir.
19. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, e-2(005)- 2471/2023 saylı qətnaməsi ilə (hakim X9) iddia təmin edilmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, işçi əmək münasibətlərində daha zəif tərəf olduğundan Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsində göstərilən halların təsiri altında işdən çıxmaq barədə ərizəni yazmasını sübuta yetirməsi, həmin halı birbaşa sübutlarla təsdiq etməsi demək olar ki, mümkünsüzdür. Bu baxımdan müvafiq hal araşdırılarkən tərəflərin münasibəti, işin gedişatı, şahid ifadələri və digər dolayı sübutlar o byektiv, hərtərəfli qiymətləndirilərək məcburiyyət, hədə-qorxu halının olub-olmaması müəyyən edilməlidir.
21. Hazırkı işdə isə məhkəmə yuxarıda qeyd edilən halları və iddiaçının təqdim etdiyi sübutları müqayisəli şəkildə qiymətləndirərək hesab etmişdir ki, iddiaçı işdən çıxmaq barədə ərizəsini öz iradəsi əsasında deyil, baş vermiş hadisələrdən dolayı hədə-qorxu, məcburiyyət təsiri altında iradəsi əleyhinə yazmağa məcbur qalmış və bu fakt məhkəmə gedişatında tədqiq edilmiş sübutlarla, işin halları ilə və məhkəmə iclasında iddiaçının verdiyi izahatlarla öz təsdiqini tapmışdır.
22. Digər tərəfdən, hazırkı mülki iş üzrə hadisələrin xronoloji ardıcıllığı iddiaçının istinad etdiyi halları (hədə-qorxu, məcburiyyət təsirinin mövcudluğunu) bir daha təsdiq etmişdir. Göstərilən hallar tərəflər arasın da qərəzli münasibətin mövcudluğunu, iddiaçının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinin tələbinin pozulması ilə işdən çıxarıldığını, işdən çıxmaq barədə ərizəni könüllü olaraq, öz iradəsi əsasında deyil, hədəqorxu, məcburiyyət təsiri altında iradəsi əleyhinə yazdığını bir daha təsdiq edir. Halbuki əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxarma haqqında ərizənin verilməsi onun öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olsun. Yəni işçi öz təşəbbüsü ilə yalnız iradəsinə uyğun olaraq əmək müqaviləsini ləğv etmək hüququna malikdir və bu, işçinin öz iradəsini ifadə etməsinin birbaşa nəticəsi olmalıdır. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək isə qanunvericiliklə qadağa ndır. İşçinin əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməsi barədə dəlillərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyası nın 35-ci, 71-ci, maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci, 10-cu, 69-cu, 76-cı, 83cü, 300-cü, 310-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü, 339cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü, 77- ci, 106.1-ci, 217-ci maddələrinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü, “N.Məmmədovanın şikayəti üzrə” xx.xx.2006-cı il tarixli və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qət namə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tədqiqatı zamanı iddiaçıya qarşı kim tərəfindən zor işlədilməsi və ya ona hədə qorxu gəlməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. İşə baxan məhkəmə iddiaçının uzun müddət məktəb direktoru vəzifəsində işlədiyini, işəgötürən tərəfindən ona qarşı hər-hansı zor tətbiq edilməsinin mümkünsüzlüyünü nəzərə almalı idi. Məhkəmə iddiaçının formal mülahizələrinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, ona hədə-qorxu gələrək ərizə yazmağa məcbur edilmişdir. Belə ki, iddiaçı tərəfindən əmək funksiyalarını yerinə yetirərkən ciddi qanun pozuntularına yol verməsi aşkar edilmiş, hətta Regional Təhsil İdarəsinin və Təhsil sektorunun adından saxta məktublar tərtib etməsinin və həmin sənədlərlə qanunsuz işə qəbul aparmasının sübut olunması onun ərizəsi əsasında işdən ayrılmasına səbəb olmuşdur. Əks təqdirdə iddiaçıya daha ciddi intizam tənbehi verilə bilərdi. İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə Şahid ərizəsinə qiymət verərkən ərizəni iddiaçının xeyrinə şərh etmişdir. Məhkəmə yalnız iddiaçının izahatlarına əsaslanmış və onun izahatlarını subut kimi qiymətləndirərək iddia tələbini təmin etmişdir. İddiaçı tərəfindən məhkəməyə iddia tələbinin əsasları kimi hər hansı bir sübut təqdim edilməmiş, eyni zamanda məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sübutlara hüquqi qiymət vermədən, formal əsaslarla iddia tələbini təmin etmişdir. Məhkəmə iddiaçıdan ərizə alınarkən ona qarşı zor tətbiq edilməsini, ona hədə-qorxu gəlməsini təsdiq edən subutlar ın iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsini tələb etməmiş, iddiaçıya qarşı “qanunsuz əməllər törədilərkən” iddiaçı tərəfindən Əmək Müfəttişliyinə və ya digər hüquq mühafizə orqanlarına müraciət edilib-edilməməsi araşdırılmamış və qətnamədə bu məsələlərə hüquqi münasibət bildirməmişdir. Məhkəməyə təqdim olunmuş Regional Təhsil İdarəsinin və Bərdə Təhsil sektorunun adından yazılan və saxtalaşdırılan məktublara məhkəmə həqiqi sənəd kimi qiymət vermişdir. Baxmayaraq ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də, həmin məktubların və “Müəllimlərin işə qəbulu üzrə müsabiqə” çıxarışının Günel Nadirovanın adına saxtalaşdıraraq onu işə qəbul etməsi olmuşdur.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103 )-6102/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.V.Abdıyev (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsi adi şəraitdə baş verməmiş, bu proses bir sıra hadisələrlə və tədbirlərlə müşayiət edilmişdir. Bu hadisələr sırasında ilk növbədə X2 ingilis dili müəllimi qismində 8 saatlıq dərs yükü ilə xx.xx.2022-ci il tarixdən iddiaçının direktor olduğu məktəbə köçürülməsi və onun əsas iş yeri kimi təyin edilməsi qeyd edilməlidir. Onlardan da belə qənaətə gəlmək olur ki, iddiaçı tərəfindən yazılmış xx.xx.2023-cü il tar ixli “tutduğu vəzifədən azad edilməsi barədə” ərizə onun tətəfindən yazılmasına və imzalanmasına baxmayaraq, onun öz iradə ifadəsinin deyil, kənar müdaxilə və təsirin nəticəsi olmuşdur. Belə ki, qeyd edilən şəxsin məhz iddiaçı tərəfindən sənədlər saxtalaşdırılmaqla məktəbə işə qəbul edildiyi bildirilir. Apellyasiya şikayətində də bu mövqedən çıxış edilir. Lakin araşdırma nəticəsində iddiaçının X2 məktəbə işə götürülməsi üçün hər hansı sənədin hazırlanmasında, ümumiyyətlə bu prosesdə hər hansı formada iştirak etməsi müəyyən edilmir.
28. Digər tərəfdən qeyd edilən şəxslə bağlı sənədlərin Qarabağ Regional Təhsil İdarəsi tərəfindən göndərilmədiyi də bir mənalı şəkildə öz təsdiqini tapmır. Belə ki, bunun əksi İdarənin cari il verdiyi imtahandan 92,5 bal toplamış X2 iş yerinin iddiaçının direkto r olduğu məktəbə dəyişməsi xahişi ilə bağlı ərizəsinə uyğun olaraq, onun tədrisin qanunamüvafiq təşkili məqsədi ilə xx.xx.2022-ci il tarixdən 8 saatlıq dərs yükü ilə daimi əsaslarla məktəbə yerləşdirilməsinin məqsədəmüvafiq hesab edilməsi (1-ci məktub), habelə onun xx.xx.2022-ci il tarixdən qeyd edilən məktəbə ingilis dili müəllimi köçürülməsi və onun əsas iş yeri təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli məktubları ilə təsdiq edilir (2-ci məktub). Bu məktubların İdarə tərəfindən göndərilmədiyi və İdarənin müdiri Gündüz Əbdülov tərəfindən imzalanmadığı, o cümlədən birinci məktubda olan QR kodun ona hər hansı aidiyyətinin olmadığı iddia edilir. Halbuki, QR koddan başqa 1-ci məktubun üzərində “İddiaçı, icra edin. Sektor müdiri (imza) Q.Məmmədov” yazılıbdır. İkinci məktub isə İdarənin müdiri Gündüz Əbdülov tərəfindən sadə qaydada imzalanmış və idarənin möhürü ilə təsdiq edilmişdir. Məktublar da məktəbə idarə tərəfindən poçt vasitəsi ilə üzərində İdarənin və poçt xidmətinin xx.xx.2022-ci il tarixə aid möhürü olan zərfin içində daxil olmuşdur.
29. Digər tərəfdən İdarənin bu mövqeyinin təsdiq edilməsi istiqamətində nəinki hər hansı sübut təqdim olunmamış, ümumiyyətlə hər hansı tədbir görülməmiş, o cümlədən məktubların üzərində olan həmin sadə imzaların və möhürlərin İdarəyə aid olmamasının müəyyən edilməsi üçün ötən dövrdə müvafiq ekspertizanın keçirilməsi tələb edilməmiş, habelə məktubların hansı qaydada İdarənin adından göndərilməsinin mümkünlüyü araşdırılmamışdır. Halbuki, hüquqi nəticə etibarı ilə söhbət cinayət əməlindən gedir və bu baxımdan İdarə bilavasitə bu məsələ lərin araşdırılmasında, iddia etdiyi saxtakarlığa yol vermiş şəxslərin tam dairəsinin müəyyən edilməsində maraqlı olmalı idi.
30. Nəzərə alınmalıdır ki, X7 nəticədə tutduğu ingilis dili müəllimi vəzifəsindən azad edilmiş və bu barədə əmri Bərdə Rayon Məhkəməsində mübahisələndirərkən öz iddiasında anasının iki dəfə Qarabağ Regional Təhsil idarəsinə müraciət etdiyini və nəticədə idarənin Kənan Rüstəmov adlı əməkdaşının ona sənəd verərək, məktəbə təqdim edilməsini tapşırdığını və sonradan məhz həmin sənədin saxta olduğunun müəyyən edildiyini göstərmişdir. Lakin sonradan qeyd edilən iddia X2 ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Cavabdeh Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi olan X4 da ərizənin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Halbuki, iddianın məzmunundan, o cümlədə n əməkdaşı olduğu İdarənin adının və İdarənin digər əməkdaşı Kənan Rüstəmovun adının hallanmasından tam məlumatlı idi. Lakin İdarənin adının belə bir formada hallanmasına baxmayaraq, həmin icraat çərçivəsində 36-cı bənddə göstərilən tədbirlərin hər hansı birinin həyata keçirilməsinə maraq göstərməmiş, o cümlədən məhkəmə qarşısında aidiyyəti vəsatətlərlə çıxış etməmişdir. Məsələ ilə bağlı iddiaçının direktor olduğu məktəbdə yoxlama aparılsa da, adı çəkilən Kənan Rüstəmovla bağlı hər hansı araşdırma aparılmamışdır.
31. İddiaçı isə onun da həmin işə cəlb edildiyini və məhz onun təqdim etdiyi sənədlər əsasında Bərdə Rayon Məhkəməsinin iş üzrə xəttşünaslıq ekspertizasının keçirilməsi barədə mövqeyindən (həmin iş üzrə mübahisənin mahiyyəti, yəni X2 işdən çıxarılmasının qanuni olub-olmamasının yo xlanılması, birmənalı şəkildə xəttşünaslıq ekspertizasının keçirilməsini şərtləndirirdi) sonra X2 belə bir ərizə ilə məhkəməyə müraciət etdiyini bildirir. Başqa sözlə, İddiaçı həmin icraat çərçivəsində iddiaçının xəttşünaslıq ekspertizasının keçirilməsindən ehtiyatlandığını, cavabdehin isə marağında olmadığını vurğulayır ki, 3637-ci bənddə göstərilənlər də məhz İddiaçı mövqeyinin inandırıcı olduğunu göstərir.
32. Qeyd edilən proseslərin iştirakçısı olan X2 anası, eyni zamanda həmin məktəbin müəllimi olan Şahid hazırki işə şahid qismində cəlb edilməsi barədə verilmiş vəsatət təmin edilsə də, bu şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizələr göndərməklə kifayətlənmişdir. Belə ki, bu şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə həmin məktəbin direktoru olan iddiaçıya ərizə ilə mür aciət edərək, qızı X7 ilə bağlı 3 ədəd sənədin ona İdarənin əməkdaşı Kənan Rüstəmov tərəfindən verildiyini, həmin sənədlərin məktəbə onun tərəfindən aparıldığını və direktor otaqda olmayanda onun stolunun üstünə qoyulduğunu, həmin məktubların həqiqətə uyğun olmadığı ona bildirildikdən sonra isə Qarabağ Regional Təhsil İdarəsinə dəvət edildiyini, orada sektor müdiri Qurban Məmmədov, habelə müdir müavini Anar Məcidov tərəfindən iddiaçının əleyhinə ifadə verməyə məcbur edildiyini, buna cavab olaraq onun həmin şəxslərə haqq adamı olduğunu, heç vaxt yalan məlumat verməyəcəyini bildirdiyini, sonra isə halının pisləşdiyini göstərmiş və ürəyinin dayandığı halda, bunun günahkarının Qurban Məmmədov, Anar Məcidov, Anar Şəfiyev və bir də bunlara tapşırıq verən Gündüz Əbdülov olduğunu qeyd edərək, İd arənin və Sektorun iddiaçıya qarşı ciddi haqsızlıqlar edəcəyi barədə xəbərdarlıq etmişdir.
33. Lakin işə birinci instansiya məhkəməsi tərəfindən baxılan zaman birinci instansiya məhkəməsinə ünvanladığı ərizələrdə həmin ərizələri artıq iddiaçının təsiri altında yazdığını, qızına aid sənədlərin saxta olaraq, hazırlanmasında Gündüz Əbilovun, Qurban Məmmədovun və Kənan Rüstəmovun heç bir əməlinin olmadığını, iddiaçının böyük rolunun olduğunu göstərmişdir. Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli teleqramda isə iddiaçı ilə bağlı eyni mövqedən çıxış etməklə yanaşı, bu dəfə də qızının işə qəbulu ilə bağlı hazırlanmış saxta sənəddə Gündüz Əbilovun, Qurban Məmmədovun və Kənan Rüstəmovun boyük rolunun olduğunu bildirmişdir. Lakin nəticə etibarı ilə nə iş üzrə üçüncü şəxs ola n X7, nədə ki, şahid kimi məhkəmə iclasında iştirakı mümkün hesab edilmiş onun anası Şahid məhkəmə iclaslarına gəlməmişdilər. Halbuki, onların məhkəmə iclasında iştirakını məhz iddiaçı israrla tələb edirdi. Hər bir halda, artıq mübahisənin məhkəmə müstəvisinə çıxdığı və qeyd edilən şəxslərin məhz iddiaçının təsiri altında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələri yazdığını bildirdiyi bir vəziyyətdə onların məhkəmə iclasında iştirak etməsində iddiaçı deyil, onların özləri israrlı olmalıdır. Bu səbəbdən məhkəmə kollegiyası mövcud vəziyyəti üçüncü şəxs X2 və Şahid məhkəmə iclasına gəlməkdən yayınması kimi qiymətləndirir.
34. Məhkəmə kollegiyası o halı da xüsusilə qeyd etmişdir ki, saxta sənədlərlə məktəbə müəllim vəzifəsinə işə qəbul edilməkdə adı hallanan (günahlandırılan) və mə hz bu əsasla tutduğu ingilis dili müəllimi vəzifəsindən azad edilən X7 bundan bir müddət sonra X16 Təhsil İdarəsinin yurisdiksiyasına daxil olan ümumi orta təhsil məktəblərindən birinə ingilis dili müəllimi vəzifəsinə işə qəbul edilmiş və hazırda da işləyir. Bu da öz növbəsində artıq onun məhkəmə iclaslarında iştirak etməsinə, habelə Bərdə Rayon Məhkəməsində qaldırdığı iddiaya sonradan marağının itməsini izah edir.
35. Nəzərə alınmalıdır ki, məhz bu kimi halların araşdırılması məqsədi ilə (əmrdə belə göstərilmişdir) idarənin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək idarəyə ezam olunmuşdur. Həmin əmrin təsviri hissəsində də X7 ilə bağlı sənədlərin saxta olduğunun ilkin araşdırma zamanı aşkar edildiyi göstərilsə də, həmin ilkin araşdırman ın nədən ibarət olması, o cümlədən hansı qaydada həmin sənədlərin saxta olmasının və iddiaçının bu saxtakarlığa aidiyyətinin müəyyən edilməsi açıqlanmamışdır. Nə birinci, nədə ki, apellyasiya instansiya məhkəməsində bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Halbuki, əmrin qəbul edilməsi üçün əsas kimi idarənin sektor müdiri Qurban Məmmədovun təqdimatı və müvafiq izahatlar göstərilmişdir. Nəticədə həmin izahatların məzmunu da məhkəmə üçün qeyri-müəyyən qalmışdır.
36. Bundan başqa həmin əmrin “Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerləşməsi Qaydaları”na zidd olaraq həyata keçirilən müəllim təyinatının araşdırılması barədə olmasına baxmayaraq, məktəbin ümumi fəaliyyəti, o cümlədən İX və Xİ siniflərdə 2020-2022-ci ill ərdə Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrindən yerdəyişmə etmiş şagirdlərin davamiyyəti, habelə şagird qəbulu və yerdəyişməsi və məktəbdə dərnək məşğələlərinin təşkili və aparılması qaydası yoxlanılmışdır. Nəticə etibarı ilə məktəbdə 2022-ci il üzrə işə qəbula dair bütün rəsmiləşdirmə işlərinin araşdırılması barədə əsas tapşırıq arxa planda qalmışdır.
37. Digər tərəfdən həmin əmrə əsasən iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək İdarəyə ezam olunmasının və həmin müddət ərzində direktor vəzifəsinin icrasının İdarənin əməkdaşına həvalə edilməsinin səbəbləri, buna olan zərurət aydın deyil (iddiaçının ezam olunmasının məqsədi, səbəbləri, həmin dövr ərzində hansı işlər görməsi barədə hər hansı məlumat və ya sənəd təqdim edilmir). Hər bir halda, iddiaçının bu pr osesə hər hansı formada maneə ola bilməsi müəyyən edilmir. Əksinə məktəbin fəaliyyəti barədə tam məlumatlı olan 1 nömrəli şəxs olaraq, onun bu prosesdə iştirak etməsi yoxlamanın daha səmərəli aparılmasına, o cümlədən müxtəlif məsələlərə dərhal aydınlıq gətirilməsinə və yaranan sualların yerində cavablandırılmasına xidmət etmiş olardı. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda da onun ezam olunduğu müddətdə İdarəyə çağırış əsasında gəldiyi və vaxtaşırı olaraq yaranan sualları cavablandırdığı göstərilmişdir (Onun ezamiyyət dövründə iş vaxtı ərzində İdarədə olması da müəyyən edilmir. İddiaçının özü də ezamiyyə dövründə işə getmədiyini, evdə olduğunu bildirir. Halbuki, ezamiyyə iddiaçının evdə olmasını və yalnız çağırış əsasında İdarəyə getməsini özündə ehtiva etmir). Lakin yoxlama zamanı aşkar edilmiş hər hansı məsələ, o cümlədən pozuntu ilə bağlı ondan hər hansı izahat alınmamış (bu barədə hər hansı sənəd təqdim edilmir, məhkəmə tərəfindən də belə bir hal müəyyən edilmir) və məsələyə hər hansı aydınlıq gətirilmədən İdarənin xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı ezamiyyə vaxtından əvvəl, yəni xx.xx.2023-cü il tarixində geri çağırılmaqla işdə hesab edilmişdir.
38. Nəzərə alınmalıdır ki, xx.xx.2023-cü il tarixli əmrin iddiaçının səhhətində yaranmış problemlərə hər hansı aidiyyətinin olduğu müəyyən edilmir. Lakin elə həmin günü, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı Elm və Təhsil nazirinin adına ərizə yazaraq, baş-beyin insultu keçirdiyini, səhhətinin işləməyə imkan vermədiyini bildirir və xx.xx.2023cü il tarixdən tutduğu vəzifəd ən azad edilməsini xahiş edir. Ərizəsinə uyğun olaraq da xx.xx.2023-cü il tarixli əmrlə tutduğu vəzifədən azad edilir. Halbuki, baş-beyin insultu keçirlmiş şəxsin sərbəst şəkildə İdarəyə gəlməsi və ərizə yazması fiziki baxımından qeyrimümkündür. Bunu bilmək üçün tibb sahəsində xüsusi biliyə malik olmaq tələb edilmir. Bu hal ərizə yazılan tarixdə də məlum idi. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçı rəsmi olaraq idarəyə ezam olunmuş hesab edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən idarəyə çağırış əsasında gəlib-getmişdir. Belə olan halda, həmin ərəfədə və ya bundan əvvəl onun insult keçirməsi barədə hər hansı məlumat, ən əsası da bu halı təsdiq edən tibbi sənədlər mövcud olmalı idi. Lakin buna aid hər h ansı adi istinad belə olmadan, tam gözlənilməz bir vəziyyətdə iddiaçı baş-beyin insultu keçirdiyini bildirir və məzuniyyət, habelə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müalicə olunmaq hüququndan belə istifadə etməyərək, 6 ilə yaxın müddətdir ki, tutduğu, habelə abadlaşdırılmasında və təmirində iştirak etdiyi məktəbin direktoru vəzifəsindən bir anda imtina edir. Onun bu barədə ərizə ilə müraciət etməsi də xx.xx.2023-cü il tarixli əmrlə müəyyən edilmiş vaxtdan 8 gün tez geri çağırılması barədə xx.xx.2023-cü il tarixli əmrlə üst-üstə düşür. Bu da belə qənaətə gəlməyə əsas verir ki, idarə iddiaçının səhhətində yaranmış hər hansı bir problemin olması barədə məlumatlı olmasa da, onun tutduğu vəzifədən azad edilməsi barədə ərizə verəcəyindən məlumatlı olmuşdur.
39. Məhkəmə kollegiya sı iddiaçının bu ərizəni məsuliyyətdən yayınmaq məqsədi ilə yazması barədə mövqeyi də əsassız və reallığı əks etdirməyən bir mövqe kimi qiymətləndirir. Belə ki, onun barəsində əmr verildikdən 12 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı həkim müayinəsindən keçir, bu zaman onun yararlı, habelə kardioloji sağlam olması müəyyən edildiyindən ona bu halı təsdiq edən tibbi arayış verilir. Bundan bir neçə gün sonra isə mediasiya üçün müraciət edir və mediasiya prosedurunun nəticəsi olaraq, müvafiq ayarış aldıqdan sonra məhkəmədə hazırki iddianı qaldırır. Hər bir halda, həqiqətən də tutduğu vəzifədən azad olunmaq, habelə hər hansı məsuliyyətdən yayınmaq niyyətində olsa idi, ərizə yazdıqdan qısa müddət sonra bu tədbirləri görməzdi.
40. Onun tərəfindən əmək fəaliyyətində ciddi nöqsanlara yol verilməsi iddia edilsə də, bununla bağlı hər hansı tədbir görülməmişdir. Halbuki, onun əməllərində cinayətin əlamətlərinin olması onu öz ərizəsi ilə tutduğu vəzifədən azad olunduğu təqdirdə belə cinayət məsuliyyətindən azad etmir. Qarabağ Regional Təhsil İdarəsi bu barədə məlumatları, habelə sənədləri araşdırılması üçün hüquq mühafizə orqanlarına təqdim etməyə borclu idi. İdarə isə yalnız iddiaçının mediasiya prosesinə cəlb olunması və onun həmin əmri mübahisələndirmək niyyətində olmasını bildikdən sonra iddiaçının məktəb direktoru işlədiyi müddət ərzində yol verdiyi qanunsuz hərəkətləri ilə bağlı Bərdə Rayon Prokurorluğuna müraciət etmişdir. Lakin bu müraciət çərçivəsində hüquqi qiymət verilməsi üçün X7 ilə bağlı məsələyə aid sənədlərin də təqdim edildiyi müəyyən edilmir. Hər bir halda, h əmin müraciət üzrə Bərdə Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində də iddiaçının əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş, xüsusilə də vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı cinayətlərinin tərkib əlamətlərinin olmadığı müəyyən edilmiş və bu səbəbdən xx.xx.2023-cü il tarixli qərarla onun barəsində AR CPMnin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bununla belə, İdarənin müraciətində X5 aid məsələ də öz əksini tapmışdırsa da, Prokurorluq tərəfindən aparılmış araşdırma nəticəsində belə bir hal öz təsdiqini tapmamışdır.
41. Bununla belə, X2 iddiaçının direktor olduğu Bərdə şəhər şəhid Alı adına 5 nömrəli tam orta məktəbinə saxta sənədlər əsasında ingi lis dili müəllimi vəzifəsinə işə qəbul edilməsi məsələsi üzrə hər hansı araşdırma aparılmamış, adları hallanan şəxslərin hər hansı birindən, o cümlədən iddiaçının özündən (belə bir sənədlər təqdim edilmir) izahat alınmamışdır. Bu kimi halların araşdırılması məqsədi ilə məktəbdə yoxlama təşkil edilsə də, iddiaçını ezam etməklə, faktiki olaraq isə həmin prosesdən kənarlaşdırmaqla nəticədə məktəbin bütün fəaliyyəti yoxlanılmışdır. Lakin nə bu yoxlama nəticəsində, nədə ki, İdarənin müraciəti əsasında Bərdə Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində qeyd edilən saxtakarlığa məhz iddiaçı tərəfindən yol verildiyi öz təsdiqini tapmamışdır. Hüquqi nəticə etibarı ilə hansı qaydada və hansı səbəblərdən yalnız 3 aydan sonra müəyyən edilməsi aydın olmayan bu məsələ İdarə tərəfindən q aldırılmış və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun öz ərizəsi ilə xx.xx.2023-cü il tarixdə xitam verildikdən sonra bağlanmışdır. Bu günədək bu əmələ yol vermiş şəxslər müəyyən edilməmiş, X7 isə hazırda da başqa bir məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərir.
42. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, bu əmələ iddiaçı tərəfindən yol verilməsi onun X7 və ya onun anası Şahid ilə sövdələşməsini, onlara bu məsələdə istiqamət verməsini, saxta sənədləri hazırlamasını, bu işə digər şəxsləri cəlb etməsini, həmin sənədləri hansı formada özünə göndərilməsini təşkil etməsini və bu kimi digər hərkətlərin edilməsini özündə ehtiva edir. Lakin belə bir halların mövcudluğu müəyyən edilmir. X7 və ya onun anası Şahid da bununla bağlı hər hansı məlumat verə bilmir, bu işdə nəyi, necə, harda, hansı qaydada iddiaçı tərəfindən görüldüyünü nəinki təsvir edə bilmir, ümumiyyətlə bu barədə hər hansı fikir söyləmirlər. Halbuki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrində və Bərdə Rayon Məhkəməsində qaldırılmış iddiada bu məsələ ilə bağlı İdarənin əməkdaşları tərəfindən görülən tədbirləri təsvir edirlər.
43. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 69-cu maddəsinin 1-ci bəndi, 69-cu maddəsinin 3-cü hissəsi, 69-cu maddəsinin 7-ci hissəsi, 187-ci maddəsinin 1-ci hissəsi, 300-cü maddəsinin 1-ci bəndinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə və işi n yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
47. Maddə 68, 2-ci hissə, “a” bəndi. Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
48. Maddə 69, 1-ci hissə. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 4
9. Maddə 69, 3-cü hissə. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
50. Maddə 69, 7-ci hissə. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
51. Maddə 187, 1-ci hissə. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
52. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Madd ə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməmə lidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrini n, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
61. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, cavabdehin apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermiş dir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
62. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
63. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
65. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən v ə MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6102/2023 nömrəli, 15 dekabr 2023- cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.