Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2855/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:yaşayış sahəsinə köçürülmə) 16.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(105)-3630/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 16 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə İddiaçı məhkəmədə cavab dehlər Cavabdeh2, Cavabdeh1 və üçüncü şəxs X1 qarşı iddia qaldıraraq, onun 05 yanvar 2018-ci il tarixdə doğulmuş oğlu X2 ilə birlikdə xxx küçəsində yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Abşeron Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim C.İ.Səfiyeva) iddia təmin edilərək, iddiaçının azyaşlı övladı 05 yanvar 2018-ci il tarixdə doğulmuş X2 ilə birlikdə cavabdehlərin yaşadıqları xxx küçəsində yerləşən özbaşına tikliyə köçürülməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı 30 mart 2017-ci il tarixdə rəsmi nikah əsasında Cavabdeh1la ailə qurub və onların birgə nikahından 05 yanvar 2018-ci il tarixdə X adl ı bir uşaqları doğulub. Tərəflər 2018-ci ilin noyabr ayınadək Cavabdeh2 məxsus olan xxxx küçəsində yerləşən özbaşına tikilidə yaşayıblar. Sonradan Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulub və onların birgə nikahından doğulmuş X anasının yanında saxlanıması qət edilib. Göründüyü kimi mübahisəli ev öz statusuna görə özbaşına tikilidir və cavabdehlərlə yanaşı iddiaçı da həmin evdə yaşayıb. Bu gün də iddiaçıya məxsus olan cehiz əşyaları həmin evdədir. İddiaçı ailədaxili münaqişə nəticəsində evi tərk etməyə məcbur olub. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 11.5, 27.3, 180.1, 180.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh2 apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.R.Abasov sədrlik edən, məruzəçi, S.A.Qafari və T.Q.Məmmədov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, xxx kəndində yerləşən 0,03 ha yaşayış məntəqəsinin torpaq sahəsi Masazır bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 05 saylı qərarı ilə Cavabdeh2 satılıb. İdd iaçı 30 mart 2017-ci il tarixdə rəsmi nikah əsasında Cavabdeh1la ailə qurub və onların birgə nikahından 05 yanvar 2018-ci il tarixdə X adlı bir uşaqları doğulub. Tərəflər 2018-ci ilin noyabr ayınadək Cavabdeh2 məxsus olan xxx küçəsində yerləşən özbaşına tikilidə yaşayıblar. Sonradan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulub və onların birgə nikahından doğulmuş X anasının yanında saxlanıması qət edilib. 30 oktyabr 2019-cu il tarixdə Reyestr Xidməti tərəfindən sözügedən torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilib. Bundan sonra, 30 oktyabr 2019-cu il tarixli Çıxarışa əsasən xxx kəndində yerləşən 0,03 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. 10 sentyabr 2021 -ci il tarixli Çıxarışa əsasən xxx küçisində 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 199,9 kv.metr olan 49 saylı ev mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. Göründüyü kimi mübahisəli ev Cavabdeh2 məxsusdur və iddiaçının onun oğlu Cavabdeh1la olan nikahına xitam verilib. Başqa sözlə iddiaçı Cavabdeh2 ailə üzvü deyil və onun mübahisəli evə köçürülməsi üçün əsas yoxdur. Ona görə də iddia rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti v erərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Konstitusiyasının 13-cü maddəsinin 1 -ci hissəsinə gör ə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1 -ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, yaş ayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünköçmək istədiyi ün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyəəsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üç ün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, onun evə köçürülməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, xxx kəndində yerləşən 0,03 ha yaşayış məntəqəsinin torpaq sahəsi Masazır bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 05 saylı qərarı ilə Cavabdeh2 satılıb. İddiaçı 30 mart 2017-ci il tarixdə rəsmi nikah əsasında Cavabdeh1la ailə qurub və onların birgə nikahından 05 yanvar 2018-ci il tarixdə X adlı bir uşaqları doğulub. Tərəflər 2018-ci ilin noyabr ayınadək Cavabdeh2 məxsus olan xxx küçəsində yerləşən özbaşına tikilidə yaşayıblar. Sonradan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulub və onların birgə nikahından doğulmuş Salehin anasının yanında saxlanıması qət edilib. 30 oktyabr 2019-cu il tarixdə Reyestr Xidməti tərəfindən sözügedən torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilib. Bundan sonra, 30 oktyabr 2019-cu il tarixli Çıxarışa əsasən xxx kəndində yerləşən 0,03 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. 10 sentyabr 2021-ci il tarixli Çıxarışa əsasən xxx küçisində 0,03 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 199,9 kv.metr olan 49 saylı ev mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. Qanuni qüvvəyə minmiş Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 iddiası əsasında İddiaçı məxsus əmlakın iddiaçıya məxsus evdən çıxarılması qət edilib. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən ilk növbədə hüquqi əsas kimi Mülki Məcəllənin 180.1 və 180.2-ci maddələrinə istinad edərək ona əsaslanmışdır ki, iddiaçının köçmək istədiyi ev özbaşına tikilidir. İddiaçı fərdi yaşayış evinə gəlin köçərkən həmin yaşayış sahəsi bu və ya digər formada iddiaçının, habelə onun ailə üzvlərinin adına dövlət qeydiyyatından keçməyib, bununla da, tərəflərin mübahisəli evdən bərabər surətdə istifadə hüquqları mövcud olub. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmay ıb qeyd etmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçının köçmək istədiyi yaşayış evi özbaşına tikili olmayıb, hələ 2006-cı ildə Masazır Bələdiyyəsindən alınmış yaşayış məntəqəsi torpaqlarında inşa edilib. Yəni torpağın məqsədli təyinatı yaşayış evinin tikintisi üçün olub. Torpağa və üzərində inşa edilmiş yaşayış evinə dair hüquqların gec qeydiyyata alınması həmin evi özbaşına tikili kimi qiymətləndirməyə əsas vermir. Bütün hallarda Cavabdeh2 həmin yaşayış evinə "qanuni gözlənti”si olub. Hazırda həmin qanuni gözlənti artıq baş verib və mübahisəli evə dair Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, başqa sözlə tərəflər yeni hüquqi münasibətə daxil olub. Beləliklə, iddiaçının köçmək istədiyi ev artıq xüsusi mülkiyyətdə olan evdir və həmin evin mülkiyyətçisi iddiaçının keçmiş qaynanasıdır. Göründüyü kimi tərəflər arasındakı mübahisəli hüquq münasibəti 30 mart 2017-ci il tarixdən, yəni iddiaçı rəsmi nikah əsasında Cavabdeh1la ailə qurduğu vaxtdan əmələ gəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərb aycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014 saylı Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinəəsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını vədigər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. İşin tədqiq olunan hallarından görünür ki, daha öncə şərh olunanlara əsasən iddiaçı köçmək istədiyi evin mülkiyyətçisinin ailə üzvü hesab olunmur. Belə ki, iddiaçı Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərində sadalanan şəxslər dairəsinə daxil deyil. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının köçmək istədiyi, cavabdeh mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmadığı kimi, istinad olunan normalar baxımından yanaşdıqda iddiaçının məhz köçmək istədiyi fərdi yaşayış evi ilə bağlı hazıki cavabd ehlərə qarşı iddia qaldırmaq üçün subyektiv hüququnun olması istisna olunur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbi ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, hətta hazırki mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə həll edilmiş olsaydı belə iddia təmin oluna bilməzdi. Belə k, həmin maddəyə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün köçmək istədiyi həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsas ları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin tədqiq olunan faktiki hallarından görünür ki, iddiaçı köçmək istədiyi evi təxminən 2018-ci ilin noyabr ayında keçmiş əri ilə birlikdə tərk edərək kirayədə başqa ünvanda yaşamış, sonradan həmin ünvanı da ailə münaqişəsi zəmnində tərk edərək yaşadığı atası evinə qayıtmışdır. Yəni artıq kifayət qədər müddətdir (təxminən üç il) ki, iddiaçı başqa ünvanda yaşayır və müəyyən müddətə istifadə hüququnun saxlanılması tələbi də öz əhəmiyyətini itirmişdir. Beləliklə, şərh oluna nlara məcmu halda qiymət verərək, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının Cavabdeh2 mülkiyyətində olan yaşayış evindən istifadə hüququ əmələ gəlməyib o, həmin yaşayış evinə tələb etdiyi qaydada köçürülə bilməz və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə qanunsuz olub. Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hü quqlarından ibarətdir. Mülki Məcəlləsinin 152.1 -ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Göründüyü kimi mübahisəli ev Cavabdeh2 xüsusi mülkiyyətindədir, həmçinin iddiaçının onun oğlu Cavabdeh1la olan nikahına xitam verilib. Başqa sözlə iddiaçı Cavabdeh2 ailə üzvü deyil və onun mübahisəli evə köçürülməsi üçün qanuni əsaslar yoxdur. İddiaçı, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdi m etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələbinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İdd iaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(105)-3630/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2855/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2855/2022
16.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver