Məhkəmə qərarları › İş №2(102)-2856/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2856/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2856/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi 05.11.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 noyabr 2023-cü il tarixli, 2(103)324/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bu ndan sonra- iddiaçı) ilə Cavabdeh (bundan sonra- cavabdeh) arasında şifahi formada podrat müqaviləsi bağlanmışdır. Belə ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən cavabdeh iddiaçıya məxsus mənzilə mebel əşyası düzəldib quraşdırmalı idi.

2. Cavabdeh, mebel əşyasını lazım olan materialı iddiaçıdan aldığı vəsait hesabına satın almaqla özünə məxsus sexdə hazırlamış, bunun üçün də iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə pul vəsaiti vermişdir. Cavabdeh iddiaçının mənzilində müəyyən işlər görmüş, iddiaçı qalan məbləği ödəmədiyi üçün cavabdeh razılaşdırılmış işi başa çatdıra bilməmişdir.

3. Abşeron Rayon Polis İdarəsinin 05 may 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarının surətinə əsasən, Cavabdeh izahatında bildirmişdir ki, o, mebel quraşdır ma işləri ilə məşğul olur. İddiaçı onun qohumlarının evində iş görüdüyü vaxtdan, yəni 15 il olar ki tanıyır. 2020-ci ilin avqust ayında iddiaçı ona Bakı şəhəri, Xətai rayonunda yerşələn evinə mebel işini görməsini dedikdə onun evinə baxmış və mebel işlərini 13.000 manata razılaşmışlar. 2020-ci ilin avqust aylnda Abşeron rayonu, Mehdiabad qəsəbəsində iddiaçı ilə görüşmüş və işə başlamaq üçün iddiaçı ona 6.500 manat pul vermişdir. Bundan ay yarım sonra işə başlaya bilməmiş, sonra işə başşlamışdır. Daha sonra, 2020-ci ilin dekabr ayında Abşeron rayonu, Mehdiabad qəsəbəsində iddiaçı ona yenidən 1.000 manat vermiş, daha sonra 500 manat, sonradan isə 300 manat pul vermişdir. Ümumilikdə ona 8.300 manat vermişdir. O da iddiaçının evinə mebel quraşdırmış, qalan pula da materiallar almışdır və hazır da materiallar sexdədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdehə qarşı “beh müqaviləsinin bağlanmış hesab edilməsi, dəymiş maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, beh müqaviləsinin bağlanmış hesab edilməsi, cavabdeh tərəfindən yerinə yetirilməmiş işlər üçün iddiaçı tərəfindən ödənilmiş 5.300 manat beh məbləğinin 2 misli miqdarında, yəni 10.600 manat pulun və 5.300 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırmışdır ki, istehlakçı qismində onunla, cavabdeh-fərdi qaydada mebel düzəldərək icr açı qismində razılığa ğələrək, aralarında xx.xx.2020-cı il tarixli şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin şərtlərinə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonunda yerləşən mənzilə cavabdeh tərəfindən yeni mebel düzəldib quraşdırmalı; həmin işlərin ğörulməsinin ümumi dəyəri 13ö.000 manata razılaşdırılmış; müqavilə bağlandığı zaman ümumi dəyərin 50%-i miqdarında, yəni 6.500 manat beh olaraq cavabdehə ödənilməli; cavabdeh tərəfindən öhdəliklər 1 ay ərzində tam olaraq yerinə yetirilməli və sonra qalan, yəni 6.500 manat ona ödənilməli idi. Müqavilə bağlandığı zaman onun tərəfindən cavabdehə beh olaraq 6.500 manat nağd pul vəsaiti ödənilmiş, lakin, müqavilə bağlandığı vaxtdan 7 ay keçməsinə baxmayaraq cavabdeh tərəfindən hər hansı bir iş görülməmişdir. Mütəmadi olara q cavabdehə edilmiş çoxsaylı müraciətlərdən sonra müəyyən olunmuşdur ki, ona ödənilmiş beh məbləğini özünün məsrəflərinə xərclədiyi üçün işə başlaya bilməmişdir. Odur ki, cavabdehlə aparılmış uzun danışıqlardan sonra ona bildirmişdir ki, əgər beh məbləğinə əlavə olaraq 1.000 manat ödəsə, işləri vaxtında görüb qurtara bilər. O, cavabdehi çoxdan tanıdığı və ona inandığı üçün dekabr ayında, beh məbləğinə əlavə olaraq 1.000 manat da nağd pul vermişdir. Həmin pulu verdikdən sonra cavabdeh evinə bir-iki qapı və plintuslar qoymuşdur. Bundan sonra, cavabdehə 500 manat, sonradan isə yenə də 300 manat pul vermişdir. Ümumilikdə 8.300 manat beh versə də, onun evində gördüyü işlərin qiyməti 3.000 manatdır. Cavabdeh öhdəliyini tam olaraq yerinə yetirmədiyinə ğörə, ona ödədiyi 8.300 manat beh məbləğindən 3.000 manat gördüyü işlərin dəyərini çıxılmaqla, qalan 5.300 manatın ona qaytarılmasını tələb etmişdir. Cavabdeh pulun yaxın zamanlarda qaytaracağını vəd etsə də, hər dəfə müxtəlif bəhanələr gətirməklə, pulun qaytarılmasından yayınmışdır. Ona görə də, Abşeron rayon Polis idarəsinə müraciət etmişdir. Göstərilən faktlar, cavabdeh tərəfindən verilmiş izahatda demək olar ki, tam etiraf edilmişdir. Abşeron rayon Polis İdarəsinin 05 may 2021- ci il tarixli, HK/1-3053 saylı qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüquqnun olması bildirilmişdir.

6. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul eyməmiş və izahatında bildirmişdir ki, əvvəl işlərin görülməsi 12.000 manata razılaşdırılıb. Sonra əlavələr olduğu üçün məbləğ bi r az artmışdır. İddiaçı tərəfindən 5.000 manat əvvəlcə beh verilib. Həmin məbləğə cavabdeh iddiaçı üçün ev qapıları, plintuslar və mebel korpusları yığmışdır. Sonra 2.500 manata yaxın yenidən beh verilib. Həmin məbləğə materiallar alınıb, doğranılıb və hal-hazırda Biləcəri qəsəbəsində yerləşən sexdədir. Yerdə qalan 5.000 manatı iddiaçı verməyib və bildirmişdir ki, onda bu qədər pul yoxdur. Cavabdeh iddiaçıya bildirmişdir ki, qalan 5.000 manatı hissə-hissə versin ki, işləri görüb qurtara bilsin. Lakin iddiaçı yerdə qalan pulu verməmişdir və iş yarımçıq qalmışdır.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(004)1620/2022 saylı (hakim K.Xudiyev) qətnaməsi ilə iddia təmin olunmamışdır.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında podrat münasibətləri olmuşdur. Belə ki, tərəflər arasında razılaşmaya əsasən cavabdeh iddiaçıya məxsus mənzilə mebel əşyası düzəldib quraşdırmalı idi. Həmin işlərin görulməsi 13.000 manata razılaşdırılmışdır. İddiaçı cavabdehə bunun üçün əvvəl 6.500 manat, sonra isə hissə-hissə olmaqla, ümumilikdə 8.300 manat ödəmişdir. Cavabdeh izahatında iddiaçıdan həmin məbləğdə pul almasını qəbul etmişdir. Cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin olunmamalıdır. Tərəflər arasında yazılı formada beh haqqında razılaşma bağlanılmamışdır. Həmçinin, cavabdeh mebel əşyasını lazım olan materialı iddiaçıdan aldığı vəsait hesabına satın almaqla özünə məxsus sexdə hazırlam ışdır. Bunun üçün də iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə pul vəsaiti verilmişdir. Verilmiş pul vəsaiti beh kimi deyil, əşyanın hazırlanması üçün lazım olan materialın alınması üçün verilmişdir. Bu hal həmçinin iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə pul vəsaiti verilməsi ilə də təsdiq edilir. Bu səbəbdən tərəflər arasında beh müqaviləsinin bağlanmış hesab edilə bilməz. Öhdəliyin cavabdehin təqsiri səbəbindən tam yerinə yetirilməməsi işin hallarına əsasən öz təsdiqini tapmamışdır.

9. Cavabdeh iddiaçının mənzilində müəyyən işlər görmüş, iddiaçı qalan məbləği ödəmədiyi üçün cavabdeh razılaşdırılmış işi başa çatdıra bilməmişdir. İddiaçı cavabdehin onun mənzilində görüdüyü işlərinin dəyərinin 3.000 manat təşkil etdiyini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbə r sübut təqdim etməmişdir.

10. Əlavə olaraq, məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, mövcud qanunvericiliyə əsasən iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə, mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

11. Buna əsasən, məhkəmə qeyd etmişdir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərərin tutulması hissəsində təmin olunmamalıdır.

12. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 21, 442, 443.1, 443.2, 491.1, 491.2, 491.3, 1097-ci maddələri nə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli qərarına; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası AliMəhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə verilən pulların beh olması faktı cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatları ilə inkar edilməmiş, əksinə həmin pulların beh olaraq verilməsi öz təsdiqini tapmışdır. Yəni, hazırkı halda, cavabdeh tərəfindən alınan pulların beh olması cavabdehin nümayəndəsi tərəfindən inkar edilməmiş, əksinə etiraf edilmişdir. Bununla yanaşı, hər iki tərəfin, yəni həm iddiaçının, həm də cavabdehin nümayəndəsinin izahatları əsasında heç bir şübhə doğurmadan qəbul etdikləri beh məbləğini, avans ödəniş kimi qəbul etməklə, hakim qətnaməni özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərə əsaslandırmış və bununla da, iddiaçıya qarşı açıq-aşkar qərəzli və ədalətsiz mövqe nümayiş etdirmişdir. Cavabdehin Abşeron rayon Polis İdarəsinə verdiyi izahatında 2022-ci ilin avqust ayında iddiaçıdan 6.500 manat almasını və ay yarım ərzində işə başlaya bilməməsini şəxsən özü açıq-aşkar etiraf etmişdir. Lakin, məhkəmə işin göstərilən halını qərəzli olaraq qəbul etməmiş və tərəflər arasında razılaşdırılmış işlərin hansı müddət ərzində icra olunmasını ümumiyyətlə araşdırmamaqla həmin halı təhrif etmişdir. Bununla yanaşı, həm iddia ərizəsində, həm də tərəflərin nümayəndələrinin məhkəməyə verdiyi izahatlarla təsdiq olunur ki, cavabdeh tərəfindən hal-hazıradək müqavilə öhdəliyi yerinə yetirilməmiş və razılaşdırılmış işlər iddiaçıya təhvil verilməmişdir. Açıq-aşkardır ki, cavabdeh göstərilən işlərin icrasına vaxtında başlamamış və hal-hazıradək də onu tam icra edib başa çatdırmamışdır. Məhkəmə isə cavabdehin formal mülahizəsinə və uydurma fərziyəsinə əsaslanmış-iddiaçı tərəfindən verilmiş pul a tikinti materiallarının alındığı və həmin malların sexdə saxlanıldığı izahatını əsas götürərək, ədalətsiz və əsassız qənaətə gəlmişdir. Digər tərəfdən hamıya bəllidir ki, sexə gəlib ümumilikdə dəyəri 13.000 manat olan mallara görə 8.300 manat (ümumi dəyərin yarısından artıq) beh ödəyən şəxsi açıqaşkar aldadaraq, ona müxtəlif bəhanələr gətirməklə, cəmi 3.000 manat dəyərində iş görülürsə və iki ilə yaxın müddətdir ki, iddiaçının 5.300 manat pul vəsaiti cavabdeh tərəfindən istifadə olunmaqla qaytarılmırsa, bu hal mənəvi sarsıntıya səbəb olan amillərdəndir. Odur ki, şəxs xoş məqsədlər üçün mənzilinin zövqünə uyğun olaraq, daxili qapılar, plintuslar və mətbəx mebeli ilə təchiz edilməsini planlaşdırır və bunun üçün də müəyyən miqdarda ödəniş də edir, lakin qarşı tərəfin hərəkəti (hərəkətsizliy i) ilə şəxsin öz arzusuna çatmaması nəticəsində onun hansı mənəvi iztirablar çəkməsi sübuta ehiyacı olmayan haldır.

15. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz etmiş, iddiaçı tərəfindən 8.300 manat ödənildiyini bildirmiş, lakin 5.800 manat dəyərində işin görülərək təhvil verildiyini, 2.500 dəyərində malın isə yığıldığını və sexdə olduğunu, əlavə ödəniş ediləcəyi halda işin yavaş-yavaş başa çatdırılacağını qeyd etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 09 oktyabr 2023-cü il tarixili, 9/5948 saylı ekspert tədqiqatı ilə, Bakı şəhəri, Xətai rayonunda yerləşən, iddia olunan mənzil üzrə aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 2774,0 manat məbləğində olduğu müəyyən olunmuşdur.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-324/2023 saylı, 27 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər- F.Ş Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov, M.A.Məmmədov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(004)1620/2022 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmış, iddia qismən təmin olunmuş və cavabdehdən yerinə yetirilməmiş işlər üçün maddi ziyana görə 5.300 manat, mənəvi ziyana görə 300 manat, cəmi 5.600 manat pul və saitinin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən beh müqaviləsinin bağlanmış hesab edilməsi və beh müqaviləsindən irəli gələn təfərrüatlar öz təsdiqini tapmasa da, sifarişin icra edilməsi üçün podratçının qüsurlu fəaliyyəti və 8.300 manat məbləğində pul vəsaiti müqabilində sifarişin tam icra edilməməsi sübuta yetirilir. Belə ki, tərəflərin deməsindən asılı olmayaraq, beh müqaviləsi yazılı olmalıdır, hər iki tərəfin verdiyi izahatlar və ekspert rəyi əsasında isə iddiaçı tərəfindən cavabdehə ödənilən 8.300 manat pul vəsaiti müqabilində təqribən 3.000 manat həcmində işin görülməsi təsdiq edilir. Ona görə də, yerinə yetirilməmiş 5.300 manat məbləğində pul vəsaitinin dəymiş maddi zərər kimi cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsində tələb əsaslıdır.

19. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, uzun müddət podratçının qüsurlu (natamam) icrası və qüsurların aradan qaldırmaması nəticəsində cavabdehin maddi zərərə düçar olmaqla mənəvi iztirablar keçirməsi hamıya bəlli olan hal olduğundan, iddiaçının mənəvi zərərə məruz qalması da qismən əsaslıdır.

20. Mənəvi zərərin məbləğ hissəsində tələb mütənasiblik təşkil etməsə də, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hissədə iddianın qismən- 300 manat məbləğində təmin edilməsi ağlabatandır və tərəflərin məlum olmayan maddi vəziyyətinə adekvatdır.

21. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci ins tansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş hallara tam uyğun gəlməmiş, müəyyən edilmiş faktlar və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticə hasil olunmuşdur. Belə ki, tərəflərin izahatları, cavabdehin qismən etirafı ilə, habelə bunları təsdiq edən ekspertiza ilə iddianın əsası qismən təsdiq edilir.

22. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 752.1, 759.2, 762.1, 762.2, 762.3, 762.4, 763.1-ci maddələrinə, habelə MPM-in 77.1, 81,82.1, 106.3-cü maddələrinə istinad edərək əsaslandırmı şdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- iddianın təmin olunmuş hissəsində ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi vurulmuş zərəri mübahisəsiz hal kimi qəbul etməkdə haqlı olmamışdır. Belə ki, vurulmuş maddi ziyanın müəyyən edilməsi, tərəflərin aralarındakı razılaşma, beh, daha sonra isə avans şəklində (müqavilə) iddiaçının cavabdehə verdiyi pul müqabilində müəyyən işlərin, xidmətlərin (mənzildə meb el ləvazimatlarının quraşdırılması) görülməsi ilə bağlı olmuşdur. Tərəflər arasındakı münasibətləri araşdıran məhkəmə kollegiyası haqlı olaraq müəyyən etmişdir ki, bu halda verilmiş pul məbləği beh müqaviləsi kimi qələmə alına bilməz. Məhkəmə vurulmuş maddi ziyanın müəyyənləşdirilməsi üçün ekspertiza təyin etsə də, ekspert yalnız mənzildə quraşdırılmış mebelləri qiymətləndirmişdir. Halbuki, məhkəmədə cavabdehin nümayəndəsi tərəfindən verilmiş izahatda göstərilmişdir ki, verilmiş pulun müqabilində mebel avadanlıqları alınmış və Biləcəri qəsəbəsindəki sexdə saxlanılır və iddiaçının bu haqda məlumatı olmuşdur. Həmin mebel əşyaları sonradan iddiaçı tərəfindən cavabdehlə birgə işləyən usta X2 tərəfindən iddiaçının Xətai rayonunda yerləşən mənzilinə aparılmış və quraşdırılmışdır. Məntiqi baxımın dan belə çıxır ki, iddiaçı həmin pul vəsaitini tələb etməklə bərabər, əvvəlcədən verilmiş pul qarşılığında mənzili üçün hazırlanmış mebel ləvazimatlarını da götürmüşdür. Məhkəmə iddiaçıya maddi ziyanın vurulması hissəsini təmin edərkən yalnız tərəfin verdiyi izahatı əsas götürmüşdür. Məhkəmə tərəflər arasındakı müsanasibətlərə düzgün hüquqi qiymət verməmiş, işin həqiqi və faktiki hallarını tam, dəqiqliklə araşdırmamış, nəticədə maddi hüquq normalarında nəzərdə tutulan müddəalar üzrə səhv nəticəyə gəlmişdir. Mənəvi zərərlə bağlı qeyd edilmişdir ki, mənəvi zərər dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarından məhrum olması, sağlamlığına xəsarət yetirməsi və sair hallarda özünü biruzə verə bilər. Belə bir halın müəyyən edilməsi, aşkarlanması sübuta yetirilmədiyinə baxmayaraq məhkəmə kollegiyası iddiaçıya vurulmuş mənəvi zərər nəticəsinə gəlməkdə səhvə yol vermişdir. Halbuki, hər bir şəxs istinad etdiyi halları sübut etməlidir. Cavabdehin nümayəndəsi tərəfindən sadalanan arqumentlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Halbuki, məhkəmə yerində müayinə etməklə nümayəndə tərəfindən verilmiş izahatı (mebel hissələrinin sexdə olması) subut kimi qəbul edib son nəticəyə gəlməli idi. Yerində müayinə zamanı müəyyən olunmuş hallar protokol qaydasında rəsmiləşdirilir və məhkəmə iclasının davamı kimi qeyd olunur. Təəssüf olsun ki, məhkəmə kollegiyası bu yönümdə heç bir iş görməmiş və nümayəndə tərəfindən verilmiş vəsatəti qəbul etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmi n şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır;

29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən vəvəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərəmüvafiq surətdə hərəkət etməlidir.

30. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər;

31. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarlavə ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

32. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

33. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləş dirilir;

34. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişləhesabına verdiyi pul məbləğidir.

35. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. (Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir – bu hissə münasibətlər yaranandan sonra əlavə edilib).

36. Maddə 491.3. Müqavilə üzrə tərəfi n verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2cimaddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 441.1- 441.4-cü maddələrinə əsasən: Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin özöhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır;

37. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəföz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzininödənilməsi ni tələb edə bilər;

38. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdəhəyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər;

39. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir.

40. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

41. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam ve rilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

42. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

43. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

44. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

45. Ma ddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.

46. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

50. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

51. Maddə 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqdahakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini,nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını,həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığınımüəyyən edir.

52. Maddə 407.2. Kassasiya şikayətində işi n hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddianı- cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 5.300 manat məbləğində pulun tutulması hissəsində qismən təmin etməklə apellyasiya ins tansiyası məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinə əsasən həmin hissədə qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.

57. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən beh müqaviləsinin bağlanmış hesab edilməsi və beh müqaviləsindən irəli gələn təfərrüatlar öz təsdiqini tapmasa da, sifarişin icra edilməsi zamanı cavabdehin qüsurlu fəaliyyəti və iddiaçının ona ödədiyi 8.300 manat pul vəsaiti müqabilində sifarişi tam icra etməməsi, mülki iş materialları ilə istisna olunmur.

58. Apellyasiya instansiyası məhkəməsi, həmçinin tə rəflərin izahatlarını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib qeyd etmişdir ki, beh müqaviləsi yazılı formada bağlanmalıdır, lakin tərəflər arasında belə bir yazılı razılaşma yoxdur. Əksinə, tərəflərin verdikləri izahatlarla, ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə ödənilən 8.300 manat pul vəsaiti müqabilində iddiaçıya məxsus mənzildə təqribən 3.000 manat həcmində işləri görülüb. Bu səbəbdən də iddia- maddi zərərə görə 5.300 manat pul vəsaitinin tutulması hissəsində qismən təmin edilməlidir.

59. Cavabdeh kassasiya şikayətində, iddiaçıya məxsus mənzildə quraşdırılmış mebellərin ekspert tərəfindən düzgün qiymətləndirilmədiyini, onun verdiyi pulun müqabilində mebel avadanlıqlarının alınaraq Biləcəri qəsəbəsində olan sexdə saxlanıldığını, iddi açının bu haqda məlumatlı olduğunu, həmin mebel əşyalarının sonradan iddiaçı tərəfindən cavabdehlə birgə işləyən usta X1 iştirakı ilə onun Xətai rayonunda yerləşən mənzilinə aparılaraq quraşdırıldığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq edəcək işdə heç bir sübut (təhvil-təslim aktı, iddiaçının etirafedici izahatı və sair) yoxdur. Halbuki, MPM-ni 77.1-ci maddəsinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Digər tərəfdən, yuxarıda sadalanan normaların mənasına görə, podrat müqaviləsinə əsasən, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərə kətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmçinin, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək a çıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

61. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, mübahisələndirilən hissədə cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdehin iddiaçı üçün podratı vaxtında, qüsursuz icra etməsi, habelə podratın nəticəsinin şərtləşdirilmiş keyfiyyətə uyğun gəlməsi mülki iş materialları ilə təsdiq olunmadığı üçün, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 5.300 manat pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

62. Kassasiya instansiyası məhkəməsi eyni zamanda qeyd edir ki, iddianın yuxarıda göstərilən məb ləğdə qismən təmin olunması, cavabdehin sonradan öz seçimi ilə qüsurları aradan qaldırmasına və ya işi tam icra edib iddiaçıya təhvil verməsinə, başqa sözlə tərəflərin mübahisə ilə bağlı qarşılıqlı razılığa gəlmələrinə mane olmur.

63. Lakin, kassasiya instansiyası məhkəməsi, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 300 manat pulun tutulması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

64. Belə ki, mənəvi zərər- insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə qeyri-əmlak hüquqlarının pozulması, məhdudlaşdırılması, məhrum edilməsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

65. Mənəvi təzminat (mənəvi zərərə görə ödənilən kompensasiya) isə hüquqa zidd əməl il ə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

66. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir (Mülki Məcəllənin 14.2.6-cı maddəsi).

67. Nəzərə alınmalıdır ki, hər hansı şəxsin hər üzüntü duyduğu bir hadisə zamanı mənəvi təzminat tələb etmə hüququ yaranmır. Yəni hər üzüntü verən hadisə mənəvi təzminat tələbinə əsas vermir.

68. Mənəvi təzminat ödəmək vəzifəsi qan unla müəyyən edilmiş əsaslar və şərtlər əsasında baş verir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

69. Zərərvuran şəxsin hüquqazidd davranışı ilə mənəvi zərər (şəxsi qeyri-əmlak hüquqların pozulması və ya qeyri-maddi nemətlərə qəsd nəticəsində sarsıntı və iztirab keçirməsi) arasında səbəbli əlaqənin mövcudluğu ona dəlalət edir ki, zərərvuranın hüquqa zidd davranışı nəticəsində zərərçəkən hansı fiziki və mənəvi sarsıntılar keçirmişdir.

70. On a görə də hazırkı mübahisəli məsələnin düzgün həlli üçün ilk növbədə iş üzrə tərəflərin qarşılıqlı münasibətlərinin xarakterinə, bu münasibətlərin hansı hüquq normaları ilə tənzimlənməsinə, həmin hüquq münasibətləri ilə bağlı mənəvi zərərin kompensasiyası imkanının qanunvericilikdə nəzərdə tutulub-tutulmamasına aydınlıq gətirilməlidir.

71. Əvvəla, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflər arasında podrat münasibətləri olub və razılaşmaya görə cavabdeh iddiaçıya məxsus mənzilə mebel əşyaları düzəldib quraşdırmalı idi. Tərəflər həmin işlərin görulməsini 13.000 manata razılaşdırılmışlar və iddiaçı bunun üçün cavabdehə əvvəl 6.500 manat, sonra isə hissə-hissə olmaqla, ümumilikdə 8.300 manat pul ödəyib. Cavabdeh isə izahatında iddiaçıdan həmin m əbləğdə pul aldığını inkar etmir.

72. Göründüyü kimi, cavabdeh sözügedən podrat müqaviləsinin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçı ondan mənəvi zərərə görə 5.300 manat pul iddia edir.

73. Yuxarıda sadalanan normaların mənasına görə, müqavilə şərtlərinin hər pozuntusu mənəvi təzminatın ödənilməsi tələbinin irəli sürülməsinə əsas vermir. Ümumi olaraq qeyd edilməlidir ki, müqavilə tərəfinin əsas marağı iqtisadi xarakterli olduğundan mənəvi təzminatın tələb edilməsinə yol verilmir.

74. Nəzərə alınmalıdır ki, müqavilə şərtinin pozulması o zaman mənəvi təzminatın ödənilməsinə əsas ola bilər ki, müqavilənin şərti qeyri-maddi fayda götürməklə (əyləncə və.sair) bağlı olsun və ya mənəvi təzminatın ödənilməsi qanunvercilikdə nəzərdə tutu lsun (istehlakçı və turizm müqavilələrinin pozulması). Müqavilə şərtlərindən kənarda baş verən mənəvi təzminat ödənilməsinə əsas ola biləcək pozuntular isə mülki hüquq pozuntusu hesab olunur.

75. Öhdəliklərin icra edilməməsi o, zaman mənəvi zərərin əsası kimi çıxış edə bilər ki, borclu tərəfindən lazımınca icra edilməyən öhdəlik kreditorun əmlak hüquqlarının pozulması ilə bağlı olmasın. Kreditorun əmlak hüquqlarına təsir edən öhdəliyin lazımınca icra edilməməsi mənəvi zərərə görə kompensasiya tutulmasını istisna edir.

76. Habelə müstəqil iddia olaraq baxılarkən nəzərə alınmalıdır ki, mənəvi zərərə görə məsuliyyət əmlaka vurulmuş zərərin mövcudluğundan asılı deyil.

77. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsinin şərti qeyri-maddi fayda götürməklə bağlı olmadığından, həmin müqavilənin şərtinin cavabdeh tərəfindən pozulması, iddiaçının ondan mənəvi təzminat tələb etməsinə əsas vermir.

78. Apellyasiya instansiyası məhkəməsi, sözügedən müqavilə şərtinin pozulmasına görə cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 300 manat tutarkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini pozub və həmin normaların təfsirində səhvə yol verib.

79. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda mənəvi zərərə görə iddiaçı üçün təyin etdiyi 300 manat təzminatın miqdarını kifayət qədər əsaslandırmayıb. Halbuki, təzminatın miqdarı müəyyən olunarkən ağlabatanlıq və ədalətliliyə dair tələblər gözlənilməklə yanaşı, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və həmin kompensasiya məbl əği iddiaçının bilavasitə keçirdiyi sarsıntıların aradan qaldırılmasına xidmət etməlidir.

80. Hazırkı halda isə cavadehin hərəkətləri nəticəsində iddiaçının hər hansı sarsıntıya məruz qalması mülki materialları ilə istisna olunur. Ona görə də cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- cavabdeh mənəvi zərərə görə 300 manat pulun tutulub iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd olunmalı, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

81. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin e dilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 noyabr 2023-cü il tarixli, 2(103)-324/2023 saylı qətnaməsi qismən- Cavabdeh mənəvi zərərə görə 300 manat pulun tutulub İddiaçı verilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia rədd olunsun. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar