Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4613/2025 19.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1647/2025 saylı xx.xx.2025ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “musiqi əsərlərinin istifadəsinə qadağa qoyulması, ödənilməmiş müəllif qonorarlarının ödənilməsi və kompensasiya” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1647/2025 saylı xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən sorğu daxil olmuş və cavabdehin protokola qeydlərlə bağlı ərizəsinə baxılması üçün mülki işin geri göndərilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdehin protokola verdiyi qeydlərlə bağlı ərizəsinə baxılması üçün mülki iş baxışdan çıxarılaraq həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-4613/2025 saylı mülki iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-4613/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4613/2025
19.11.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver