Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2858/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vicdanlı sahibin əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzini tələb etməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X8, Cavabdeh və onun vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1185/2020 nömrəli iş üzrə 18 sentyabr 2020-ci il tarixl i qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 24 noyabr 1998-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən ünvanndə yeləşən 241a/N sahəsində 18,6 kvadrat metrdən ibarət 1 yaşayış otağı xüsusi mülkiyyət kimi Cavabdeh adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri XDS İcariyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş müqaviləyə əsasən mübahisəli bağ sahəsinin icarədarı Cavabdehdır. Bakı Şin zavodunun Həmkarlar Komitəsi «Şinçi» Bağçılıq cəmiyyəti idarəsi tərəfindən verilmiş, X4, X14 və X7 işt irakı ilə tərtib edilmiş 20.09.1999-cu il tarxli 9 nömrəli aktda qeyd edilmişdir ki, Cavabdeh bağ sahəsini 900 ABŞ dollarına satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan, N saylı bağ evi xüsusi mülkiyyət kimi Cavabdeh adına 02.06.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 150 nömrəli reyestr kitabının 14921 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-251/2018 saylı 24.01.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı qızına qarşı bağ sahəsindən çıxarılma tələbinə dair iddia tələbi təmin edilmiş və İddiaçı 241 a\N saylı bağ sahəsindəki 18,6 kvadrat metrdən ibarət olan 1 yaşayış otağından çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi nin 2(103)-4731/2018 saylı qətnaməsin ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli 2(003)-251/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan, Şinçi bağları 241a\N saylı bağ sahəsinin (yeni nömrə 203) fərdi yaşayış evinə dair iddiaçı ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Cavabdeh 50000 manat məbləğində maddi ziyan və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışd ır ki, ünvan, Şinçi bağları 241a\N saylı bağ sahəsinin (yeni nömrə 203) 05 iyun 1997-ci ilin tarixdə Cavabdeh ilə aralarında bağlanmış şifahi razılaşmaya əsasən 900 ABŞ dolları məbləğində pula almışdır. Bununla bağlı qəbz yazılaraq o, mərhum əri X15, Cavabdeh, şahidlər X11 və X19 imza etmişlər. Cavabdeh evi özəlləşdirdikdən sonra onların adına rəsmiləşdirəcəyinə söz versədə, sonradan öz xətti ilə ərizə yazaraq bağın özəlləşdirilməsi üçün oğlunun razılığının tələb olunduğunu, oğlu həbsdə olduğu üçün onunla görüşə bilmədiyini, 1-2 aydan sonra onunla görüşəcəyini və onları aldatmayacağını bildirmişdir. Cavabdeh 24 noyabr 1998-ci il tarixdə evə dair Qeydiyyat vəsiqəsi aldıqdan sonra sənədin əslini onlara vermiş, sonra alqı-satqı müqaviləsi bağlayacaqlarını bildirmişdir. 2016-cı ildə ərinin vəf atından sonra cavabdeh qeydiyyat vəsiqəsində evin nömrəsini dəyişdirəcəyini bildirərək sənədin əslini ondan almışdır. Bunu cavabdeh Xəzər Rayon Məhkəməsində hakim Z.Axundovanın icraatında olan mülki işə baxılan zaman özü də etiraf etmişdir. ünvan ”Şinçi” bağları massivində 203 nömrəli 600 kvadrat metr torpaq sahəsi və 18 kvadrat metr təmirsiz betondan inşa edilmiş bağ evində 10 iyun 1997-ci il tarixindən ailəsi ilə birlikdə yaşayırlar. Cavabdeh bağ sahəsinin 900 ABŞ dollarına satması barədə 20 sentyabr 1999-cu ildə “Şinçi” bağçılıq yoldaşlığında X4, X14 və X7 iştirakı ilə akt tərtib edilərək təsdiq edilmişdir. Cavabdeh bağ sahəsini idarə etməyi, satmağı və digər səlahiyətləri həyata keçirməyi 04 oktyabr 2000-ci il tarixli etibarnaməyə əsaəsn üç il müddətinə onun ərinə etibar etmişdir. Bu ndan sonra onlar aldıqları bir otaqlı təmirsiz evə bitişik əlavə tikililər inşa etmişlər və evi tam təmir etdirmişlər. Bundan sonra ailəsi üçün torpaq sahəsində əlavə fərdi yaşayış evi inşa etdirmişlər. Aldıqları evə dair əlavə apardıqları tikinti işləri və yeni fərdi yaşayş evi ilə bağlı onlar 50000 manat məbləğində vəsait xərcləmişlər. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-251/2018 nömrəli 24 yanvar 2018-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh məxsus ünvan, Şinçi bağları 241a\N saylı bağ sahəsindəki 18,6 kvadrat metrdən ibarət 1 yaşayış otağından çıxarılması qət edilmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-1354/2018 nömrəli 24 aprel 2018-i il tarixli qətnaməsi ilə cavabdehlər X5 və X9 qarşı birlikdə Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsində yerləşən N saylı bağ evi və həmin bağ e vinin ilə birlikdə, evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin Cavabdeh qaytarılması qət edilmişdir. Bunun nəticəsində onlar torpaq sahəsindən çıxarılmaq məcburiyyətində qalmış, evlərindən məhrum olunmuş və onlara madd ziyan dəymişdir. 2005-ci ilin ilədək qüvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 335.2-ci maddəsinin tələbləritndən çıxış edərək hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Şinçi Bağları 203 nömrəli bağ sahəsində yerləşən evə və torpaq sahəsinə dair onunla Cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, cavabdehdən 50000 manat maddi ziyan və 30 manat dövlət rüsumunun alaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, 1987-ci ildə o, Bakı Şin zavodunda işləmişdir. Həmin ildə zavod tərəfindən işçilərə bağ sahəsi üçün pul ayrılmışdır. 1988-ci ildə torpaq sahəsi verildikdən sonra orada bağ salmış və üç otaqlı ev tikdirmişdir. İddiaçı onun torpaq sahəsini almaq istədiyini bildirmiş, üç ildən sonra satın almaq şərti ilə bağ evini 900 ABŞ dollarına (kiraəyə haqqı) iddiaçıya kirayəyə vermiş və iddiaçının ərinin adına həmin müddətə Notariat Kontrunda təsdiqlənmiş etibarnamə vermişdir. Lakin sonradan cavabdeh bağ evini almaqdan imtina etmiş, bunu isə pulunun olmaması ilə izah etmişdir. Sonradan bağ evinin torpaq sahəsinə dair də mülkiyyət hüququnu təsdiq edən sənəd almış, lakin Zeynfira Babayeva yenə də bağ evini almamışdır. Cava bdeh ailə üzvləri ilə birlikdə ona 23 il ərzində külli miqdarda maddi ziyan vurmuş, 20 il üçün 6000 ABŞ dolları məbləğində kirayə haqqı ödəməmiş, onun əmlakını talan etmiş, meyvə ağaclarını qırıb yerində icazəsiz və qanunsuz ev tikmişlər. Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2019-cu iul tarixli rəyi göstərilən tikinti işlərinin mübahisəli mənzildə aparılması ilə razıdır, lakin həmin tikintilərə çəkblən xərclərin bu günə görə hesablanması ilə razı deyil. Bu səbəbdən də hazırkı iş üzrə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə şahid qismində dindirilmiş X16 göstərmişdir ki, İddiaçı məhrum əri X17 ilə tanış idi. Cavabdehlə aralarında alqı-satqı olduqda Qonsur Babayev ondan şahid kimi imza etməsini xahiş etmiş, o, da imza etmişdir. Şahid qismində dindirilmiş X12 göstərmişdir ki, iddiaçı X2 ilə qonşudur. İddiaçının mərhum əri X15 Cavabdeh 900 ABŞ dolları pul verəndə o da şahidlik etmişdir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışa görə Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsi, N saylı evin 19.05.2017-ci il tarixinə bazar dəyəri 24000 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 17.07.2019-cu il tarixli 10075 nömrəli rəyindən görünür ki, ünvan, Şinçi bağları 241a/N saylı bağ massivində yerləşən fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti işlərinin ümumi dəyəri 17444,0 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınm az Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* çıxarışının surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi N saylı bağ evi tam payla Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan əlyazmanın surətindən görünür ki, Cavabdeh Zirə qəsəbəsində yerləşən bağ sahəsinin satılması ilə bağlı X1 900 ABŞ dolları almış, şahidlər X12, X19 və X15 şahid kimi bunu öz imzaları ilə təsdiq etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (X32) 2(003)-251/2019 saylı, 03.10.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 17444 manat maddi zərər və ödənilmiş 10 manat dövlət rüsumunun tutularaq İddiaçı qızına ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərindən 35 manat Cavabdeh tutularaq Dövlət xəzinədarlığı Agentliyinə keçirilməsi, aparılmış ekspertiz a tədqiqatının dəyərindən 65,00 manat İddiaçı qızından tutularaq Dövlət xəzinədarlığı Agentliyinə keçirilməsi, dövlət rüsumunun 20 manatının İddiaçı qızına aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, 13-cü maddəsinin 1-ci hissəsinə, “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Əlavə Protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 157.7, 157.8, 158.4-cü maddələrinə istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi 241a/N saylı bağ sahəsi cavabeh Cavabdeh məxusdur və həmin bağ sahəsi xüsusi mülkiyyət kimi onun adına daşınmaz əmlakın Dövlət reyestri xidmətində qeydiyyata alınmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, həmin bağ sahəsi 1997-ci ildən faktiki olaraq İddiaçı və onun ailəsinin istifadəsində və sahibliyindədir. Keçən uzun müddət ərzində iddiaçı ailə üzvləri ilə birlikdə həmin bağ sahəsindən maneəsiz istifadə etmiş, abadlıq işləri aparmış, bağ sahəsində əvvəldən olan evdən orada əlavə olaraq öz vəsaiti hesabına başqa bir yaşayış evi də inşa etmişdir. Buna baxmayaraq sözügedən bağ sahəsinin iddiaçıya aid olmasını təsdiq edən hər-hansı hüquq müəyyənedici sənəd mövcud deyildir. İddiaçı mübahisəli bağ sahəsinin cavabdeh tərəfindən 1997-ci il tarixli əlyazma akt əsasında ona satılmasını bildirsə də, 2000-ci il tarixdədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 230-cu mad dəsinə və hazırda qüvvədə olan Mülki Məcəllənin 144-cu maddəsinə əsasən daşınmaz əmlak barədə müqavilələrin notariat qaydada təsdiq edilməsi imperativ şərt kimi nəzərdə tutulmuşdur. Beləki 2000-ci ilə qədər qüvvədə olan 230-cu maddəsinə əsasən tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alğı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları sovetinin İcraiyyə Komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alqı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır. Hal-hazırda qüvvədə olan Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Lakin iş ma teriallarından görünür ki, tərəflər arasında mübahisəli bağ evinin alqı-satqısı barədə notarial qaydada təsdiq edilmiş müqavilə mövcud deyildir. Yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında mübahisə daşınmaz əmlakla bağlı notarial qaydada təsdiqlənmiş müqavilə mövcud olmadığından məhkəmə hesab etmişdir ki, iddia tələbi alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, qanunvericiliklə bağlanma forması imperativ qaydada müəyyən edilmiş müqavilənin, həmin qaydadan kənar məhkəmə qaydasında bağlanmış hesab edilməsi mümkünsüz olmaqla qanunvericiliyin tələblərinə ziddir. İddia tələbinin cavadehdən 50000 manat maddi ziyanın tələb edilməsi hissəsinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə bu hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı qızı 1997-ci il tarixdən mübahisəli mənzildə öz ailə üzvləri ilə birlikdə etirazsız təsərrüfat aparmış, həmin mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsində əlavə olaraq 3 otaqlı ev tikmiş, ümumiyyətlə həmin torapaq sahəsində başqa əlavə tikinti və təmir işləri görmüşdür. Məhkəmə iddiaçının cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşən onun mülkiyyətində olan 1 otaqlı mənzildə aparılmış təmir işlərini, əlavə 3 otaqlı özbaşına mənzilin tikilməsini, əlavə tikinti işlərinin aparılmasına cavadehin etirazının olmamasını, 22 il ərzində ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə təsərrüfat aparmasını nəzərə alaraq hesab etmişdir ki, İddiaçı qızı həmin mübahisəli mənzildə və torpaq sahəsində çəkdiy i xərcləri cavadehdan tələb etmək hüququna malikdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən aparılmış tikintilərə və təmir-bərpa işlərinə cavabdehin bu müddət ərzində hər hansı bir etiraz etmədən şüurlu surətdə yol verməsi iddiaçının həmin sahədən faktiki istifadəsinin və sahibliyinin qəbul edilməsi kimi qiymətləndirilməlidir. Eyni zamanda iddiaçının orada inşa edilmiş yaşayış sahəsini və aparılmış təmir-tikinti işlərini (yəni qanunvericilikdə qeyd edildiyi kimi yaxşılaşdırmanı) həmin bağ sahəsindən ayırması mümkün olmadığından həmin işlərinin dəyərindən artıq olmamaq şərti ilə, çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini cavabdehdən tələb edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavadehdən 17444 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödəni lməlidir. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat “xxxx” MMC tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş rəydən görünür ki, ünvan 1 ünvanda yerləşən bağda aparılmış tikililər də nəzərə alınmaqla 28000 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Anar Tanrıverdiyev sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, cavabdehdən 28000 manat tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin cavabdehd ən iddiaçının xeyrinə 17444 manat məbləğin tutulması hissəsində razılaşmayaraq hesab etmişdir ki, mübahisəli sahədə aparılmış təmir-tikinti işlərinə görə cavabdehin iddiaçıya ödəməli olduğu məbləğ apellyasiya icraatı zamanı verilmiş mütəxəssis rəyində müəyyən edilən məbləğdə, yəni 28000 manat məbləğində olmalıdır. Qalan hissədə məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Cavabdehin mübahisəli evdə iddiaçı tərəfindən aparılan dağıntılarla bağlı ona maddi ziyan vurulmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin ziyan hər hansı sübutla təsdiq edilmədiyindən cavabdehin apellyasiya şikayəti həmin hissədə əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X10) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə ki, istər biıinci instansiya məhkəməsi tərəfindən ödənilməsi qət edilən 17444 manat, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilmiş 28000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi tam qanunsuz və əsasızdır ona görə ki, mübahisəli tikinti işləri 1996-1997-ci illərdə mövcud olan qiymətlər əsasında aparılmış, lakin məhkəmə qətnaməsində istinad etdiyi hesablamalar isə hazırki dövrün qimətləri şişirdilmiş qiymətləri nəzərə alınmışdır. Digər tərəfdən isə nəzərə alınmaıdır ki, qarşı tərəf əslində onun mülkiyyətində olan həm in tikilini yaşamaq üçün 3 illik kirayəyə götürmüş və həmin mənzildə 23 il yaşamışdır. Bu hal 3 illik etibarnaınə ilə rəsmiləşdirilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə daha 20 il bağ evində yaşasa da, kirayə haqqı verməmişdir. İddiaçının özünün qoyduğu şərtə görə, ili 300 dollar olduğu halda, iddiaçının ona 6000 dollar borcu qalır. 23 ildə vurduğu ziyan 100000 manatdan çoxdur. Belə olan halda, əvvəla qanuni əsasla iddiaçının həmin tikintiyə çəkdiyi xərclər 1996-cı ildə mövcud olan tikinti və təmir işlərinin qiymətləri üzrə hesablanmalı və iddiaçının ona olan borcu ilə əvəzləşdirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və onun vəkili X10 məhkəmə kollegiyasının iclası nda kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı və onun vəkili X18 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunm amasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı işdə iddia tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirmir. Qətnamədən şikayət verən cavabdeh iddia tələbinin təmin edilən hissədə qətnaməni mübahisələndirir. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübah isəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, cavabdeh kassasiya şikayətində mübahisəli bağ evinin iddiaçıya satın almaq üçün deyil, kirayəyə verdiyini və iddiaçıdan kirayə haqqı almadığını, iddiaçının ona borcu olduğunu və bu borcun evə çəkilmiş xərclə əvəzləşdiriməli olmasını qeyd etmişdir. Lakin cavabdeh bu dəlili öz təsdiqini tapmır. Belə ki, qanuni qüvvəyə minmiş Xəzər Rayon Məhkəməsinin 24.01.2018-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçı Cavabdeh iddia tələbində cavabdeh İddiaçı evin 900 ABŞ dolları müqabilində satılmasına razılığa gəlməsini, lakin keçən 21 il ərzində alğı-satqının həyata keçirilmədiyini göstərmişdir. Göründüyü kimi, cavabdehin kassasiya şikayətində qeyd etdiyi hallar, evin iddiaçıya kirayəyə verməsi öz təsdiqini tapmır. MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ziyanın məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis rəyində rəy verilən dövr üçün iddiaçının bağ evi üçün sərf etdiyi yaxşılaşdırmaları hesablamaqda haqlı olmuş, ap ellyasiya instansiyası məhkəməsi evlə bağlı ən son qiymətləndirmə olan rəyə istinad etməkdə düzgün qənaətə gəlmiş, sübutların qiymətlənirilməsi zamanı hər hansı prosessual pozuntuya yol verilməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələ rini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1185/2020 nömrəli iş üzrə 18 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.