Məhkəmə qərarları › İş №2(102)-2858/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2858/2022

13.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2858/2022 13.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun əsasları, yaşayış sahəsinə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı (Binəqədi rayon Xocasən Bələdiyyəsi və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilə köçürülmə” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2021-ci il t arixli, 2(103)-10550/2021 nömrəli qətnaməsindən verilmiş iddiaçının kassasiya şikayətinə 13 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13/01 saylı qərarı ilə Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində Binəqədi Rayon İcra Hakimiyyətinin memarlıq xidməti ilə razılaşdırılmış cizgi ilə müəyyənləşdirilmiş ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin (bundan sonra – mübahisəli ev) tikintisi üçün 600 kv.m. torpaq sahəsi alqı-satqı yolu ilə X1 mülkiyyətinə verilmişdir.

2. İddiaçı və cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar.

3. İddiaçı və cavabdehin birgə nikahından xx.xx.2010 -cu il tarixdə X4 (bundan sonra – uşaq) adlı uşaq doğulmuşdur.

4. Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli, 10/05 nömrəli qərarı ilə Xocəsən Bələdiyyəsinin yuxarıda adıçəkilən qərarının 1-ci bəndində “X2” sözləri “X5” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. 5. 24.10.2016-cı il tarixli məhkəmə qərarı ilə iddiaçı və cavabdeh arasında nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özu və uşağın ünvan 1 ünvanında yerləşən mənzilə (bundan sonra – mübahisəli mənzil) köçürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini əsaslandırarkən mübahisəli mənzilin cavabdehlə birgə ni kah dövründə tikilməsinə, həmçinin, özünün və uşağın mübahisəli mənzildə qeydiyyatda olmasına istinad etmişdir.

8. Cavabdeh iddia ərizəsinə yazılı etiraz məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli ev iddiaçının qardaşı X5 tərəfindən tikilmiş və evin bütün sənədləri onun adınadır. Bu mənada iddiaçının hazırki iddia tələbi ilə bağlı subyektiv hüququ və hazırkı cavabdehə qarşı tələbetmə hüququ yoxdur. Cavabdehin qardaşı iddiaçı ilə birbaşa öhdəlik münasibətlərində olmamış və cavabdeh tərəfindən iddiaçının subyektiv hüquqlarının pozulması sübut olunmur. Belə ki, mübahisəli evin mülkiyyətçisi cavabdeh deyil, iddiaçının qayınıdır, gəlin və qayın isə bir-birilərinin ailə üzvü sayılmır və bir-biriləri qarşısında aliment öhdəlikləri daşımırlar.

9. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli baxış iclasında Binəqədi rayon Xocasən Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

10. Məhkəmə tərəfindən cavabdehin əsl cavabdehlə əvəz olunması iddiaçıya təklif olunmuş, lakin iddiaçı razı olmadığından işə irəli sürülmüş tələblər üzrə baxılmışdır.

11. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il, 2(001)4280/2021 nömrəli qətnaməsi (hakim N.X.Nəbizadə) ilə (bundan sonra – birinci instansiya məhkəməsinin qətnaməsi) iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi iş materiallarında olan sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçı və uşağın mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılması tələbi ilə X5 tərəfindən xx.xx.2021-ci ildə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi veri lmişdir. Həmin iddia ərizəsində iddiaçı və uşağın mübahisəli mənzilə qeydiyyata alınmasına səbəb kimi kimi şəxsiyyət vəsiqəsinin alınması göstərilmiş, onların həmin evdə ümumiyyətlə yaşamadıqları bildirilmişdir.

13. Birinci instansiya məhkəməsnin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli mənzilə köçürülməsi hüququnun olmasını iddia etsə də, bununla əlaqədar olan halları sübut etməmişdir. Belə ki, iddiaçı özünün və uşağın mübahisəli mənzildə qeydiyyatda olmasına dair Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışını təqdim etməklə kifayətlənmişdir. Lakin, qeyd etmək gərəkdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yer tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu özlüyündə məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva e tmir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 77.1-ci maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına və Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəmə sinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya icraatında X5 da üçüncü şəxs qismində işə cəlb edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) 2(103)-10550/2021 nömrəli, 21 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (bundan sonra – apellyasiya məhkəməsinin qətnaməsi) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni əsaslandırarkən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, iddiaçı mübahisəli mənzili birgə nikah dövründə tikdiklərini iddia etsə də, bu bar ədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçının həmin mənzildə pasport qeydiyyatında olması və cehiz əşyalarının həmin evdə qalması onun həmin evdən istifadə hüququnu ehtiva etmir.

19. Məhkəmə öz mövqeyini MPM-in 77.1, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək (Vəkil3 tərəfindən tərtib olunmuş) apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilib və işin yenidən baxılması üçün apellyasiya instansiyası m əhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. İddiaçı kassasiya şikayətini əsaslandırarkən mübahisəli mənzilin və üzərində yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqi ilə qeydiyyata alınmadığını, həmçinin onun mübahisəli fərdi yaşayış evinə köçürülməsi ilə bağlı münasibətə Mülki Məcəllənin deyil, qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun hüquqi qiymət verilməli olduğunu qeyd etmişdir.

22. O həmçinin bildirmişdir ki, mübahisəli mənzilə 2015-ci ildə köçən zaman ora yarım tikili vəziyyətində olmuş, sonuncu orada uzun müddət cavabdehlə birgə yaşayaraq təsərrüfat aparmış, bu dövrdə də tikinti başa çatdırılmışdır. Eyni zamanda, Bələdiyyənin xx.xx.2021-ci il tarixli məktubunda X3 mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinatı üzrə torpaq sahəsinin ayrılmasına dair sərəncam, qərar, müqavilə haqqında bələdiyyədə mövcud olan elektron bazada heç bir məlumat aşkar edilmədiyi bildirilsə də məhkəmə bu halları nəzərə almamış, iş üzrə mövcud olan sübutları hərtərəfli araşdırmamışdır.

23. Kassator şikayətini əsaslandırarkən MM-in 11.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2-ci, eləcə də MPM-in 88-ci maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onlar ın mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

26. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

27. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

31. Maddə 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissə sinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı

32. Azərbaycan Respublikası“Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına v ə qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı 33. “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. “““ İkinci (xarici) cəhət hüquqi ixti yar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Kassasiya baxışının hədləri

34. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

35. Hazırkı iş üzrə iddia tələbi bölünməz olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmet ini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

37. İddiaçının hazırki mübahisəyə Mülki Məcəllənin deyil, Mənzil Məcəlləsinin 68ci maddəsinin müddəalarına uyğun qiymət verilməli olması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmək lazımdır ki, Mənzil Məcəlləsinin 68-ci maddəsi ilə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri müəyyən edilmişdir. Mübahisəli ev isə özbaşına tikili olmaqla, sosial kirayə müqaviləsinin predmeti ola bilməz.

38. Digər tərəfdən, tərəflər arasında hüquq münasibətlərinin yaranması qüvvədə olan Mənzil Məcəlləsinin qəbulunadək yarandığından mübahisənin analogiya üzrə də yeni Mənzil Məcəlləsinin müddəalarına uyğun həlli mümkün hesab edilmir. Qeyd edilənləri, habelə cavabdeh tərəfin qanunvericiliyin tələbləri baxımından tikilisinə gözlənilən mülkiyyət hüququnun olması baxımından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq mübahisəni analogiya üzrə Mülki Məcəllənin müddəalarını tətbiq etməklə həll etmişdir.

39. Kassasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin o da qeyd edilməlidir ki, iddiaçı tə rəf həmin yaşayış sahəsinə hüququnun yaranmasına həmin tikilinin cavabdehlə birgə vəsait hesabına tikdiyinə istinad etsə də, bu halı sübut edə bilməmişdir.

40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

41. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(103)10550/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar