Məhkəmə qərarları › İş №2(102)-2859/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2859/2021

31.05.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2859/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının hesablanması» tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və c avabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6347/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı 30.05.2006-cı il tarixdən X6 Kəmərləri İdarəsi-“Azərinəql” İB-də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən, 86/k saylı əmr əsasında 1 aylıq sınaq müddəti ilə Təsərrüfat Sahəsinə 2-ci dərəcəli bağban olaraq qəbul edilmişdir, 12.03.2007-ci il tarixdə 58/k saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən QKX-də NÖC və A üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə keçirilmişdir, 01.07.2009-cu il tarixdə AR Prezidentinin 01.07.200 9-cu il tarixli 366 nömrəli sərəncamına əsasən, “xxxx” QSC ARDNŞ-nin tabeliyinə verilmiş, ARDNŞ-nin 21.07.2009-cu il tarixli 100 saylı əmrləri ilə “xxxxnəql” İB ləğv edilərək onun bazasında Qaz Nəql İdarəsi yaradılmışdır, 01.09.2009-cu il tarixdə Hacıqabul MQKİ ləğv edilərək onun bazasında X6 Kəmərləri Sahəsi yaradılmışdır, İddiaçı 26.10.2009-cu il tarixdə 15/k saylı əmrlə Təsərrüfat Xidmətinə 4-cü dərəcəli dəmirçi çilingər peşəsinə təyin edilmişdir, 17.05.2010-cu il tarixdə 893-K saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilərək işdən azad edilmişdir, 18.05.2010-cu ildə 83/k saylı əmrlə “xxxx” İstehsalat Birliyi HMQKS sahə aparatına 4-cü dərəcəli g özətçi peşəsinə təyin edilmişdir, 13.12.2010-cu il tarixdə sahə aparatına 4-cü dərəcəli təmirçi çilingər peşəsinə təyin edilmişdir, 01.03.2013-cu il tarixdə ARDNŞ-nin 15.01.2013-cü il tarixli 05 saylı əmrinə əsasən “xxxx” İB-nin tərkibində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən HMQKS mövcud təşkilati hüquqi forması saxlanılmaqla ona aid əmlakla birlikdə ARDNŞ-nin Qaz İxrac İdarəsinin tabeliyinə verilmişdir, 03.12.2018-ci il tarixdə 123/k saylı əmrlə yeni ştat cədvəlinə uyğun olaraq sahə aparatında 5-ci dərəcəli təmirçi çilingər peşəsinə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Hacıqabul MQKS-in rəisinə İddiaçı tərəfindən ünvanlanmış 19.06.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı 19.06.2019-cu il tarixdən işdən azad olunmasını xahiş etmişdir. 19.06.2019-cu il tarixli, 48/k saylı əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı və SOCAR “Qaz İxrac” İdarəsi X6 Kəmərləri Sahəsi arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü maddəsi əsasında ləğv edilmişdir. 19.06.2019-cu il tarixli, 2YZ97UD0002X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair Məlumatdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi və İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi 19.06.2019-cu il tarixli 2YZ97UD0002X0 saylı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində q eydiyyata alınmışdır. İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilərək, onun yenidən öz işinə bərpa olunması xahişi ilə işəgötürən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Hacıqabul MQKS-ə 20.06.2019-cu il tarixdə ərizə ilə müraciət etmişdir. SOCAR “Qaz İxrac” İdarəsi X6 Kəmərləri Sahəsi tərəfindən İddiaçı ünvanlanmış 01.07.2019cu il tarixli, NH-01-04/725 saylı məktubdan görünür ki, iddiaçıya işə qəbulla bağlı Socar.az saytına daxil olaraq SOCAR İnsan Resursları Departamentinin vakansiyalar bölməsi üzrə müraciət etməsi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onunla Azərbayc an Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, Hacıqabul MQKS-də tutmuş olduğu peşəyə yenidən qaytarılması və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 19.06.2019-cu il tarixində adı idarədə baş vermiş qanun pozuntusuna görə hallandığından Sahə rəhbərliyinin ona qarşı hədə qorxusu nəticəsində güclü ruhi həyəcan və psixoloji təsir altında işdən çıxma barədə ərizə yazmağa məcbur edilmişdir. Belə ki, rəis onunla X3 birlikdə iş otağına çağırtdırmış, onlara hədə qorxu gəlmiş, işdən könüllü çıxmayacaqları təqdirdə onun tərəfindən işdən qovulacaqlarını və onlara cinayət işi qaldıracağını bildir mişdir. Rəis onların yanında hüquqşünasa və kadrların rəisinə göstəriş vermişdir ki, hər ikisinin ərizəsini alıb yola salsın, həmçinin ona bildirmişlər ki, ərizə verdikdən dərhal sonra işə bərpa barədə müraciət edəcəyi təqdirdə onu işlə təmin edəcəkdir. Həmin vaxt olduqca həyəcanlı olduğundan hadisələrə düzgün reaksiya verə bilməmiş, həmçinin rəisin onun işə bərpa olması barədə vədinə inanmışdır. Nəticədə 19.06.2019-cu il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən Hacıqabul MQKS tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilənləri evdə atasına danışmış, belə qərara gəlmişlər ki, dərhal ərizə yazıb işə bərpa olunsun, bu məqsədlə də həmin günün sabahısı, yəni 20.06.2019-cu il tarixdə Hacıqabul MQKS-nin rəisinə müraciət edib 19.06.2019-cu il tarixdə güclü ruhi həyəcan vəziyyətində və anlaqsız olduğunu əsas gətirərək işə bərpa olunmağını xahiş etmişdir. Hacıqabul MQKS tərəfindən ərizəsinə 01.07.2019-cu il tarixdə cavab verilərək, işə qəbulla bağlı Socar.az saytına daxil olaraq SOCAR İnsan Resursları departamentinin vakansiyalar bölməsi üzrə müraciət edilməsi tövsiyə olunmuşdur, hesab edir ki, Hacıqabul MQKS-nin rəhbərliyi onun Əmək Məcəlləsinin 69.4-cü maddəsinə uyğun olaraq işə bərpa olunmaq hüququnu məhdudlaşdırmışdır, işdən azad edilmə ilə bağlı verilmiş əmr əsassız və qanunsuzdur, işdən çıxmasına işəgötürən tərəfindən məcbur olunmuşdur, onun işdənçıxması barədə verilmiş əmr ləğv edilməli və işə bərpa edilmə ilə bağlı tələbi təmin edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir, öhdəsində 4 nəfər ailə üzvü vardır, ondan baş qa heç kim ailəyə qazanc gətirmir, işdən çıxması onun həyat səviyyəsinə ciddi təsir edər, ailəsinin yaşamasını sual altında qoyar. Cavabdehin nümayəndələri məhkəməyə yazılı iddiaya etiraz ərizələri təqdim edərək iddia tələbini qəbul etməmiş və göstərmişdirlər ki, iddiaçının tələbi əsassızdır, o ərizəni öz iradəsi ilə şəxsən yazmışdır, cavabdeh tərəfindən heç bir məcburetmə hallarından söhbət gedə bilməz, həmçinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tədbirlər görülmüşdür, belə ki, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsinin müvafiq əsasları üzrə əmək məcəlləsində nəzərdə tutulmuş xəbərdarlıq müddətinin məqsədi işçiyə yeni iş axtarmaq üçün şərait yaradılmasından ibarət olduğu h alda, işçinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğvi zamanı nəzərdə tutulmuş xəbərdarlıq müddətinin əsas məqsədi ondan ibarətdir ki, işəgötürən işdən çıxacaq işçinin yerinə yeni işçi tapmaq və onunla əmək müqaviləsi bağlamaq imkanına malik olsun, bu baxımdan, işçi məhz qabaqcadan əmək müqaviləsinin ləğv edilməsi barədə yazılı ərizə verməklə işəgötürənə belə bir imkan yaratmışdır, beləliklə əmək müqaviləsi ləğv edilərkən işçiyə heç bir məcburiyyət göstərilməmişdir, əksinə, o, xəbərdarlıq müddətinin gözlənilməməsi ilə bağlı işəgötürənlə razılığa gəlməyə çalışmış, nəticədə əmək müqaviləsinin mümkün qədər qısa müddətdə ləğv edilməsinə nail olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Şəhriyar Əliyev) 22 avqust 2019-cu il tarixli, 2(011)-6786/2019 saylı qətnaməsi ilə iddia təmin olunmu ş, «Qaz İxrac» İdarəsinin Hacıqabul MQKS-in bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında 48/k saylı 19.06.2019-cu il tarixli əmrin ləğv edilməsi, İddiaçı «Qaz İxrac» İdarəsinin X6 Kəmərləri Sahəsində tutduğu vəzifəyə bərpa olunması və ona 19.06.2019-cu il tarixdən işə bərpa olunduğu günədək əmək haqqı ödənilməsi, həmçinin 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Məhkəmə şahid qismində ifadə vermiş X2 və X1 ifadələrinə istinad edərək hesab etmişdir ki, İddiaçı M.Umbayev ilə birlikdə idarənin inzibati binasında 19.06.2019-cu il tarixdə sonuncunun törətdiyi əməldə aidiyyətinin müəyyən olunmasının aydınlaşdırılması məqsədilə həmin gün işəgötürən tərəfindən çağırılaraq dindirilmiş, bundan sonra dərhal idarənin hüquqşünası Elnur Cəfərovun qəbulunda və kadrlar şöbəsində olmuş, işdən çıxması barədə ərizə ilə cavabdehə müraciət etmiş, 20.06.2019-cu il tarixdə isə iddiaçının atası X4 məsələyə aydınlıq gətirməsi və oğlu İddiaçı işə bərpa olunması məqsədilə inzibati binada idarə rəisinin, sonra isə hüquqşünas E.Cəfərovun qəbulunda olmuşdur. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən hallar tərəflər arasında mübahisələndirilmiş və cavabdeh tərəfindən etiraf edilir. Məhkəmə hesab etmişdir ki, iddiaçının iradə ifadəsində cavabdehin təsiri istisna olunmur, həmçinin 19.06.2019-cu il tarixdə işdən çıxma barədə iddiaçı tərəfindən verilmiş ərizə, onun sərbəst iradə ifadəsinin təcəssümü kimi deyil, iş yerində baş vermiş hadisənin nəticəsi kimi nəzərə alınmalıdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 35, 68.1, 71, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3, 69.7, 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(011)-6786/2019 nömrəli qətnamənin ləğv edərək, iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apelyasiya Məhkəməsinin (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Fuad Talışinski və Ziya Şirinov) 2(103)-6347/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(011)-6786/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Ape llyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, işçi öz təşəbbüsü ilə əmək müqaviləsini ləğv etmək hüququna malikdir. Lakin, bu işçinin öz iradəsini ifadə etməsinin nəticəsi olmalıdır. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək qadağandır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X5 və X1 ifadələrinə istinad edərək məhkəmə kollegiyası iddiaçının göstərdiklərinin təsdiq edildiyi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası tərəfindən həmçinin qeyd edilmişdir ki, işdən çıxma barədə ərizədə yalnız bir cümlə, yəni konkret olaraq iddiaçının 19 iyun 2019-cu il tarixdən işdən azad olunması barədə xahişi göstərilmiş, lakin hansı xüsusi hala görə əmək müqavi ləsinin məhz qeyd edilən tarixdə ləğv olunması barədə hər hansı qeyd olmamışdır. Belə olan halda isə, işə götürənin (cavabdehin) iddiaçının nəyə görə məhz ərizəsində göstərilən günü işdən azad olunmasını tələb etməsini (həqiqi iradə ifadəsini) aydınlaşdırmaması, ən azından müvafiq əmrin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti gözləməməsi anlaşılmaz olmaqla, əsaslandırılmamışdır. İddiaçı ərizədən bir gün sonra, yəni 20 iyun 2019-cu il tarixli digər ərizəsi ilə işəgötürənə müraciət edərək – əvvəlki ərizəni öz sərbəst iradəsi ilə yazmamasını, işləmək istəməsini və s. göstərmişdir. Cavabdehin nümayəndələri bu istiqamətdə hər hansı araşdırmanın aparılmamasını təsdiq etmişdir. Eyni zamanda, iddiaçının izahatından da görünür ki, o, ailəsində yeganə gəlir gətirən olmaqla m addi durumu aşağıdır və onun birdən-birə öz xahişi ilə çıxmasına sağlam məntiqə sığmır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işin faktiki halları və araşdırılmış sübutlardan göründüyü kimi, iddiaçı tərəfindən imzalanmış 19 iyun 2019-cu il tarixli mübahisələndirilən ərizə onun həqiqi iradə ifadəsinin nəticəsi olmamış, ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinin dispozitiv şərtlərinin mahiyyətinə zidd olmaqla, onunla uzlaşmamışdır. Belə olan halda isə, həmin ərizə etibarlı sayıla bilməzdi. Dolayısı ilə, iddiaçının iradəsi əleyhinə «öz təşəbbüsü» adı altında işdən azad edilməsinə nail olunması halı əmək qanunvericiliyinin tələblərinə ziddir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(103)-6347/2020 saylı qətnaməsinin ləğv edil məsi və iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı özü könüllü iradə ifadəsini əks etdirərək ərizə ilə işlədiyi müəssisənin rəhbərliyinə müraciət edərək 19.06.2019-cu il tarixdən işdən azad olunmasını xahiş etmişdir və onun ərizədə hər hansı üzürlü səbəb göstərməməsi onun hüququdur. Bu hal, işçinin işdən azad olunması ilə bağlı əmrin ləğv edilməsinə əsas ola bilməz. Bundan başqa, məhkəmənin işçiyə işdən azad olunması ilə bağlı ərizə yazılmasında işəgötürən tərəfindən təzyiq göstərilməsi və həmin ərizənin onun iradə ifadəsini əks etdirməməsi ilə bağlı gəldiyi nəticə dü zgün deyil. Belə ki, bu nəticəyə gələrkən məhkəmələr şahid qismində dindirilmiş, əvvəllər "Qaz-İxrac" İdarəsində işləmiş, sonradan işində yol verdiyi nöqsanlara görə işdən azad edilmiş və dolayısı ilə əvvəllər işlədiyi müəssisəyə qarşı qərəzli olan şahid X2 və işin nəticəsində maraqlı olan iddiaçının atasının ifadələrinə əsaslanmışlar. Şahid ifadələrindən başqa, həmin halları təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında mövcud deyil. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67ci maddə sinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə

68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə

69. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin maddənin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə ə mək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin maddənin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur. Həmin m addənin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin maddənin 7-ci bəndinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qoxu gələrək yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsa slara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdi yi halları sübut etməlidir. Maddə 220.4 Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apelly asiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər k i, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı apellyasiya məhkəməsi tərəfindən araşdırma tam aparılmayaraq və təqdim edilən sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından düzgün qiymət verilməmiş və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həm in faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işdən çıxma ərizəsini öz iradəsi ilə yazmaması, buna cavabdehin təsirinin olması, iş yerində baş vermiş hadisənin nəticəsi olması barədə qənaətə məhkəmə şahid ifadələri və cavabdehin etirafına istinad etməklə gəlmişdir. Lakin məhkəmə qətnamələrində istinad edilən şahid ifadələri məhkəmə iclas protokolunda göstərilən ifadələrdən fərqlidir. Eyni zamanda, qətnamədə cavabdehin nümayəndəsi H.Məmmədovun adından qeyd edilən “həmin gün şöbədə oğurluq hadisəsi olmuşdur, həmin hadisədən rəhbərlik narahat olmuşdur, iddiaçının iştirakı ehtimal olunduğundan rəis iddiaçını və oğurluq hadisəsi törədən X3 yanına çağırtdırmışdır, onların otaqda nə danışdıqlarından xəbərsizdir, iddiaçı və M.Umbayev rəisin otağından çıxdıqdan sonra onun iş otağına gəlmişlər, ərizə yazaraq işdən çıxacaqlarını ona bildirmişlər, o da onlara demişdir ki, bu barədə kadrlar şöbəsinə müraciət etməlidir, onlar həmin şöbəyə gedərək ərizə vermişlər, onları heç kim buna məcbur etməmişdir, bir gün sonra iddiaçının atası X4 rəisin və onun qəbulunda olmuşdur, oğlunun oğurluq hadisədə heç bir iştirakının olmamasını bildirmiş və xahiş etmişdir ki, onu işdən çıxartmasınlar, hətta qəbulda olarkən atasının halı pisləşmiş, ürəyinin sıxıldığını bildirmişdir, ona yardım etmişlər” məzmunlu izahat verməsi göstərilsə də, məhkəmə iclas protokollarında belə bir izahatın verilməsi görsənmir. Cavabdeh apellyasiya şikayətində bu faktı apellyasiya məhkəməsinin nəzərinə çatdırs a da, apellyasiya məhkəməsi tərəfindən sübutlara qiymət verilərkən nəzərə alınmamış, apellyasiya məhkəməsi də məhkəmə iclas protokoluna uyğun olmayaq şahidlərin ifadələrinə istinad edərək, iddiaçının iddiasında göstərilən faktların təsdiq olunduğu nəticəsinə gəlmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 271.1-ci maddəsinə əsasən məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Həmin maddənin 271.2.9 və271.2.10cu maddəsinə əsasən işdə iştirak edən şəxslərin, nümayəndələrin və vəkillərin ərizələri, vəsatətləri və izahatları, şahidlərin ifadələri protokolda göstərilməlidir. Digər tərəfdən, apellyasiya məhkəməsi şahidlərdən birinin iddiaçının ailə üzvü olmasını, digərinin is ə əvvəllər cavabdeh təşkilatda işləyən şəxs olmasını, onların işin nəticəsində maraqlı olması ilə yanaşı onların ifadələrinin işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamasına da apellyasiya instansiyası məhkəməsi hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işdən çıxma ərizəsində ərizədə göstərilən müddətdə işdən azad edilməsi üçün xüsusi halların göstərilməməsi və bu halın işəgötürən tərəfindən araşdırılmamasının Əmək Məcəlləsinin 69.3-cü hissəsinə uyğun olmaması ilə bağlı qənaəti yanlışdır. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin bütün bəndlərinin təhlili onu deməyə əsas verir ki, həmin maddədə göstərilən təminat, yəni işçinin işdən ərizədə göstərdiyi gün azad edilməsi zamanı xüsusi səbəbin göstərilməsi tələbi işəgö türənin hüquqlarının qorunması məqsədi daşıyır, həmin maddənin 5-ci hissəsində yalnız işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmədiyi göstərilmişdir. Digər hallarda isə, işçinin ərizədə göstərdiyi gün işdən azad edilməsinə qadağa yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ərizəsində əmək müqaviləsinin ləğvi müddətini dəqiq göstərdiyindən həmin ərizənin geri götürülməsi və ya onun etibarsız hesab edilməsi tələbini də Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulan ümumi xəbərdarlıq müddətində deyil, ərizədə göstərilən tarixə kimi irəli sürməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi iddiaçının ailə vəziyyətini nəzərə alaraq onun tərəfindən işdən öz xahişi ilə azad olunması barədə ərizə verilməsinin inandırıcı olmaması və iddiaçının bu hərəkətin hüquqi nəticələri barədə cavabdeh tərəfindən yanıldılması barədə qənaəti işin araşdırılmış hallarına uyğun olmadığı və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta b irmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Cavabdehin kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onları əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam əməl olunmamış, bu hissədə əsasland ırılmış qətnamə qəbul edilməmişdir. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır. Buna görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. İşin yeni apellyasiya baxışı zamanı məhkəmə yuxarıda qeyd olunan bütün halları qanunla müəyyən olunmuş qaydada araşdırmalı, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, mübahisəli hüquq münasibətinə maddi və proses sual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, apellyasiya şikayəti və ona etirazın dəlillərinə müfəssəl qiymət verilməli, gəlinən nəticələr qətnamədə əsaslandırılmalı, araşdırılan sübutlara isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin kassasiya şikayəti qismən təmin edil sin. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6347/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar