Məhkəmə qərarları › İş №2(102)-2859/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2859/2023

12.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2859/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh “xxx” NQÇİ-yə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi, mənəvi zərərin əvəzinin ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi, mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2299/2023 nömrəli, 31 mart 2023-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 12 sentyabr 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2012-ci il tarixdən “xxx” NQÇİ-nin anbar təsərrüfatında 11-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. 2. “Azneft” İB “xxx” NQÇİ-nin 08 sentyabr 2022-ci il tarixli əmrinə əsasən əmək intizamını pozaraq heç bir üzrlü səbəb olmadan xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində iş yerini özbaşına tərk etdiyinə görə İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

3. İddiaçı xx.xx.2022-ci il tarixdə bütün iş günü işə gəlmədiynə görə onunla bağlanmış əmək müqaviləsinə 09 s entyabr 2022-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

4. Mübahisə 09 sentyabr 2022-ci il tarixli əmrin qanuniliyi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh “xxx” NQÇİ-yə (bundan sonra “cavabdeh” və ya “İdarə”) qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, 09 sentyabr 2022-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa olunması, buraxılmış aylar üzrə işə bərpa edilənədək hesablanmaqla əmək haqqının, gecikdirilmiş günlərə görə ümumi əmək haqqının 1% miqdarında pulun və 1000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etm işdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə iddiaçı işdə olduğu zaman saat 11:00 radələrində Şabran rayon Polis şöbəsinə çağırıldığı üçün iş yerini tərk etmək məcburiyyətində qalmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixində də bütün günü polis idarəsində araşdırma aparılmış və təxminən saat 19:00-da sərbəst buraxılmışdır.

7. İddiaçı xx.xx.2022-ci il tarixdə işə qayıdan zaman idarə rəhbərliyinə işdə olmadığı günlər üçün rəsmi sənəd verəcəyini bildirmiş, bunun üçün polis orqanına müraciət etmişdir. İddiaçının üzrlü səbəbdən iş yerini tərk etməsi cavabdeh tərəfindən nəzərə alınmamışdır. Bu da əmrin qanunsuz olmasını göstərir.

8. Cavabdeh iddiaya yazılı etiraz vermiş və nümayəndəsi həmin etirazı məhkəmə baxışında müdafiə etmişdir. Etirazın dəlilləri: - “xxx" NQÇİ-nin İdarə rəhbərliyinin göstərişi ilə İdarənin müvafiq əmri əsasında yaradılmış idarə aparatında və sahələrində işə davamiyyətin, əmək intizamının yoxlanılması və bu sahədə yarana biləcək nöqsanları, mübahisələri aradan qaldırmaq və müvafiq tədbir görülməsi üçün yaradılmış komissiya tərəfindən xx.xx.2022-ci il tarixində saat 11:15-dən 12:00- dək "xxx" NQÇİ-nin inzibati binasında çalışan işçilərin işə davamiyyətə riayət etmələri yoxlanılmışdır. Yoxlama zamanı İdarənin Maddi-texniki təchizat və nəqliyyatın idarəedilməsi xidmətinin 11-ci dərəcəli mühəndisi (təchizat uzrə) İddiaçı iş yerində olmadığı aşkar edilmişdir. Komissiya üzvləri tərəfindən İdarənin inzibati binasında növbədə olan “X10” MMC-nin 13 saylı komandasının mühafizəçisi X4 İddiaçı inzibatı binanı tərk edib-etməməsi barədə soruşulduqda onun verdiyi məlumata görə və idarənin müşahidə kameralarına baxış zamanı İddiaçı xx.xx.2022-ci il tarixində saat 11:00 radələrində inzibati binanı tərk etdiyi müəyyən edilmişdir; - İddiaçı xx.xx.2022-ci il tarixində saat 11:00 radələrində iş yerini rəhbərliyə heç bir məlumat vermədən özbaşına tərk edərək getməsi və iş vaxtının sonunadək iş yerinə qayıtmaması barədə Maddi-texniki təchizat və nəqliyyatın idarəedilməsi xidmətinin rəisi X8 xidməti yazı ilə də rəhbərliyə məlumat vermişdir; - İddiaçı xx.xx.2022-ci tarixində Şabran rayon ərazisində yerləşən otellərin birində hadisə törətməkdə şübhəli şəxs qismində Şabran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılması barədə daxil olan məlumatı araşdırmaq məqsədi ilə idarə rəhbərliyi tərəfindən Şabran rayon Polis Şöbəsin ə xx.xx.2022-ci il tarixli, 01.10/35 nömrəli və xx.xx.2022-ci il tarixli, SOCAR**********31121417X00605 nömrəli məktublar ünvanlanaraq İddiaçı saxlanılması səbəbləri və barəsində görülmüş tədbirlər barədə iş günü ərzində "xxx" NQÇİ-nə məlumat verilməsi xahiş edilmişdir. Şabran rayon Polis Şöbəsi tərəfindən 200-15353-1222 nömrəli, xx.xx.2022-ci il tarixli və 200-15369-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktublarında qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13:02-də X9 DİN-nin 102 məlumat xidmətinə zəng edərək, Şabran rayon Rəhimli kəndinin ərazisində yerləşən "Bağçalı" otelində İddiaçı tərəfindən cinsi təcavüzə məruz qaldığını məlumat vermişdir. İ.Tapdıqova və İddiaçı saat 15 radələrində Şabran RPŞ gətirilmiş və zəruri araşdırma aparıldıqdan sonra hər ikisi təxminən saat 19:00- da sərbəst buraxılmışlar; - bundan əlavə, İddiaçı xx.xx.2022-ci il tarixdə bütün iş günü işə gəlməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində işə gələrək izahat yazmış və izahatında xx.xx.2022-ci tarixdə işdə olduğu vaxt saat 11:00 radələrində Şabran rayonu Polis şöbəsinə çağrıldığı üçün iş yerini tərk etdiyini, icazə almaq üçün idarənin ümumi məsələlər üzrə rəis müavini Tapdıq Qocamanovun iş otağına getməsini, Tapdıq Qocamanovu otaqda görməməsini və idarəni tərk edib polis idarəsinə getdiyini, polis idarəsindən olmadığı günlər barədə müvafiq sənədi bu gün gətirəcəyini, xx.xx.2022-ci il tarixdə də polis idarəsində olduğunu izahatında göstərmişdir. İddiaçı işdə olmadığı günlər üçün rəsmi sənədi xx.xx.2022-ci il nahar fasiləsinədək idarəyə təqdim edəcəyini bildirərək iş yerindən getmiş və iş gününün sonunadək geri qayıtmamışdır; - İddiaçı xx.xx.2022-cu il tarixdə idarəyə gələrək xx.xx.2022-ci il tarixində saat 11:00 radələrindən etibarən və xx.xx.2022-ci il tarixində gün ərzində işdə olmaması barədə heç bir rəsmi sənəd təqdim edə bilməyəcəyini bildirmişdir. İddiaçı iş yerindən çıxmaq üçün icazə məqsədi ilə idarənin umumi məsələlər üzrə rəis müavini T.Qocamanovun iş otağına getməsi müşahidə kameralarında qeydə alınmamış, həmçinin T.Qocamanova bu barədə telefon zəngi telefon yaddaşında aşkarlanmamışdır. İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixdə polis şöbəsinə çağırılmasına faktı da Şabran rayon Polis Şöbəsi tərəfindən göndərilən məktubda da qeyd edilənlərə uyğun gəlmir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 11:00-da Şabran rayon Polis Şöbəsinə çağırıldığını bi ldirsə də, Şabran RPŞnin 200-15353-1222 nömrəli, xx.xx.2022- ci il tarixli və 200-15369-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktublarında dediyinin əsassız olduğu, saat 13:02-də X5 DİN-nin 102 məlumat xidmətinə zəng edərək, Şabran rayon Rəhimli kəndinin ərazisində yerləşən "Bağçalı" otelində İddiaçı tərəfindən cinsi təcavüzə məruz qaldığını məlumat verməsi, saat 15 radələrində Şabran RPŞ-yə gətirilməsi, saat 19 radələrində şöbədən sərbəst buraxıldığı görünür; - xx.xx.2022-ci il tarixli SOCAR**********00040020A00157 saylı əmrlə İddiaçı xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində idarəni özbaşma tərk etməsinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir; - "xxx" NQÇİ-nin rəisi A.Bağırov xx.xx.20 22-ci il tarixdə İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş peşə öhdəliklərini və əmək funksiyalarını kobud şəkildə pozaraq, üzrsüz səbəbdən xx.xx.2022-ci il tarixdə bütün iş günü işə gəlmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilməsinə razılıq verilməsi barədə "xxx" NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinə müraciət etmişdir. "xxx" NQÇİ-nin X11 Heyəti iclasının xx.xx.2022-ci il tarixli protokulu ilə "xxx" NQÇİ-nin müraciətinə baxılmış və İddiaçı xx.xx.2022-ci il tarixdə bütün iş günü işdə olmamasının üzürlü hesab edilə biləcək rəsmi sənədi idarəyə təqdim etmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir; - “xxx” N QÇİ-nin 09 sentyabr № SOCAR**********00070020B00080 nömrəli əmri ilə Maddi-texniki təchizat və nəqliyyatın idarəedilməsi xidmətinin 11-ci dərəcəli mühəndisi (təchizat üzrə) İddiaçı xx.xx.2022-ci il tarixdə heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməklə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, onunla bağlanmış xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin "ç" bəndi ilə həmin Məcəllənin 72-ci maddəsinin "a" bəndinə əsasən 09 sentyabr 2022-ci il tarixdən xitam verilmişdir.

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-164/2023 nömrəli, 11 yanvar 2023-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim İlkin Rüstəmli)

10. Birinci instansiya məhkəməsi iş materiallarında olan sənədlərə əsasən müəyyən etmi şdir ki, iddiaçı maddi-texniki təchizat və nəqliyyatın idarəedilməsi xidmətinin 11-ci dərəcəli mühəndisi vəzifəsinə işə qəbul edilmişdir. Sonra “Azneft” İB-nin “xxx” NQÇinin rəisinin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh təşkilat tərəfindən iddiaçıya “şiddətli töhmət” elan edilmiş, yalnız bütün bu tənbeh növləri nəticə vermədikdən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işdə yol verdiyi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

11. Birinci instansiya məhkəməsi hesab edib ki, işəgötürən işçini iş vaxtı yol verdiyi nöqsanlara görə qanunvericiliyin tələbinə uyğun o laraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Belə ki, iddiaçı 06 sentyabr tarixdə saat 11:00 radələrində iş yerini özbaşına tərk etmiş və eyni zamanda 07 sentyabr 2022-ci il tarixdə də gün ərzində işdə olmamışdır. İddiaçı ərizəsində və izahatında 06 sentyabr tarixdən 08 sentyabr tarixədək polis söbəsində saxlanıldığını bildirsə də, bu halı təsdiq edə biləck mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarında olan Şabran RPŞnin məktubuna əsasən iddiaçı 06 sentyabr 2022-ci il tarixdə saat 15:00 radələrində polis şöbəsinə gətirilmiş və həmin tarixdə saat 19:00-da sərbəst buraxılmışdır. Göründüyü kimi, iddiaçı 06 sentyabr saat 11:00 radələrindən 08 sentyabr tarixinədək üzrlü səbəb olmadan işə gəlməmişdir. Bundan sonra cavabdeh tərəfind ən qanunvericiliyin tələbinə uyğun olaraq Həmkarlar İttifaqına müraciət edilmiş və iclasın razılığı alınaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunmasında hər hansı bir qanun pozuntusuna yol verilməmişdir.

12. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi üçün əsas ola bilməz.

13. Birinci instansiya məhkəməsinin iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərər hissəsi ilə bağlı mövqeyi belə olub ki, iddianın bu hissəsi əsas tələbdən törəmə tələb olub, işə bərpa barəsində iddia tələbindən yaranmışdır. Buna görə də iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərər barədə hissəsi də rədd edilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 72-ci maddəsinin “a” bəndi, 80-ci, 186-cı, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişd ir.

16. Apellyasiya şikayətinin dəlilləri: - işə baxan məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamış, iş üçün mühüm əhəmiyyəti olan işin faktiki hallarını aydınlaşdırmamış, iddiaçının vətəndaşlıq vəzifəsini yerinə yetirməklə əlaqədar pandemiya dövründə işlədiyi İdarəfə baş verən neqativ hallar barədə eşitdiyi məlumatları Ali Orqanlara verdiyinə görə ondan qisas almaq məqsədilə 32 (otuz iki) il ərzində müxtəlif vəzifələrdə qüsursuz işlədiyi İdarənin təzə rəhbərliyi tərəfindən ona qarşı təsir, təzyiq göstərilməsinə, iddiaçının İdarəinin rəhbərliyi tərəfindən təzyiqlərə məruz qalmasına, ona qarşı qərəzçilik edilməsinə, hətta X1 qarşı çıxmağa məcbur edib iddiaçının işdən çıxarılmağı üçün müqavilənin ləğv olunmasına razılıq verilməsinə nail olmalarına məhkəmə düzgün hüquqi qiymət vermə mişdir; - halbuki, iş materiallarından da görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçı işdə olduğu zaman qəflətən qaraciyəri sancdığına görə özünü pis hiss etdiyi üçün idarənin ümumi məsələlər üzrə rəis müavini Tapdıq Qocamanovun iş otağına getmiş, lakin Tapdıq müəllim iş otağında olmadığına görə və qarın nahiyəsi son dərəcə ağır sancdığına görə iş yerinə daha yaxın olan Şabran rayon Xəstəxanasına həkimə getməyi qərarlaşdırmışdır. Xəstəxanaya gedən zaman Rəhimli kəndinin ərazisində qarın nahiyyəsindəki ağrılar kəskinləşdiyi üçün, ağrılara dözə bilmədiyinə görə ilkin yardım almaq üçün Rəhimli kəndində yerləşən yolun üstündə olan “Bağçalı” otelinə getmiş, oteldə personallardan birinin məsləhəti ilə oteldə həkim-massajist vəzifəsində işləyən İlhamə Tapdıqovaya müraciət etmiş, həkim iddiaçıya ilkin yardım göstərib, bundan qısa zaman kəsiyindən sonra müalicə otağına polislər gəlib və “guya həkimə təcavüz etməsi şübhəsi ilə” araşdırma aparmaq üçün iddiaçını Şabran rayon Polis Şöbəsinə aparıblar; - beləcə, xx.xx.2022-ci il tarixdə günorta vaxtından xx.xx.2022-ci il düz günorta saat 12:00-a qədər polis əməkdaşları iddiaçını Şabran rayon Polis Şöbəsinin inzibati binasında əsassız olaraq saxlayıb, həmin günü, yəni 2022-ci ilin sentyabr ayının 6-dan 7-nə keçən gecə iddiaçı Şabran rayon X12 inzibati binasının girişdən sol tərəfdə, növbətçi hissədən sağ tərəfdə olan otaqlarının birində adlarını bilmədiyi üzdən tanıdığı polis işçiləri ilə birlikdə gecələmişdir. xx.xx.2022-ci ildə Şabran rayon Polis Şöbəsindən buraxıldıqdan sonra iddiaçı yaşadığı Siyəzən şəhərinə öz evinə qayıtmış, səhəri günü, yəni xx.xx.2022-ci ildə işə getmişdir; - iş yerində iddiaçıdan xx.xx.2022-ci ildə işə çıxmamağının səbəbi soruşulmuş, iddiaçı polisdə olduğunu bildirmişdir; - xx.xx.2022-ci ildə rəhbərlik iddiaçıdan xx.xx.2022-ci ildə işə çıxmadığına görə arayış gətirməsini tələb etmiş, iddiaçı polisə gedib xx.xx.2022-ci ildən xx.xx.2022-ci il saat 12:00-a qədər Şabran rayon Polis Şöbəsində saxlandığına dair arayış vermələrini xahiş etsə də, X7 06.09-xx.xx.2022-ci il tarixlərdə 2 (iki) gün Polisdə saxlanılmağı barədə sənəd verməmişlər; - bu barədə iddiaçı işlədiyi İdarə rəhbərliyinə məlumat vermiş, lakin sonradan məlum olmuşdur ki, İdarə rəhbərliyi iddiaçı ilə olan əmək müqaviləsini birtərəfli qaydada ləğv edib, iddiaçını əsassız olaraq işdən çıxartmışdır. - məhkəmə iddiaçının şahidlərini məhkəməyə dəvət edib ifadələrinin alınıb iş materiallarına əlavə edilməsi barədə vəsatətini, polis şöbəsində saxlanılmağını müəyyən etmək, həqiqəti üzə çıxarmaq üçün aidiyyəti qurumlara məhkəmə sorğusu verilməsi barədə vəsatətləri təmin etməmiş, sonda iddiaçının ziyanına əsassız qətnamə qəbul etmişdir; - Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qo runan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Buna baxmayaraq, məhkəmə polis tərəfindən əsassız saxlanıldığı üçün iddiaçının öz iradəsindən asılı olmayan üzrlü səbəblərə görə xx.xx.2022-ci ildə işə çıxa bilməməyinə, iş yerində işin, istehsalın pozulması, işəgötürənin və əmək kollektivinin hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə heç bir sübutun cavabdeh tərəfindən məhkəməyə təqdim edilməməsinə düzgün hüquqi qiymət verməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2299/23 nömrəli, 31 mart 2023-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elşən Kazımov)

18. Apellyasiya ins tansiyası məhkəməsi qeyd edib ki, iddiaçı cavabdeh təşkilatın Maddi-texniki təchizat və nəqliyyatın idarəedilməsi xidmətində 11-ci dərəcəli mühəndis (təchizat üzrə) işləyib. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin – cavabdeh təşkilatın rəsinin xx.xx.2022-ci il tarixli əmri ilə həmin tarixdən ləğv edilib. Əsas kimi ona istinad olunub ki, iddiaçı xx.xx.2022-ci il tarixdə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməyib. Hüquqi əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “a” bəndinə istinad olunub. Həmin maddələrə görə, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur və əmək müqaviləsinin işəgöt ürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

19. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, iddiaçı xx.xx.2022-ci il tarixdə bütün iş günü ərzində işə gəlməyib. Bunu iddiaçı özü də etiraf edir. Lakin iddiaçı bildirir ki, həmin gün saat 12-yə qədər polis şöbəsində olub, polis şöbəsindən buraxıldıqdan sonra, yəni saat 12-dən sonra özünü yaxşı hiss etmədiyinə görə evə gedib. Lakin iddiaçının həmin gün polis şöbəsində olduğu təsdiq olunmur. Belə ki, polis şöbəsinin məktubuna əsasən iddiaçı 1 gün əvvəl – xx.xx.2022-ci ildə, saat 19 radələrində polis şöbəsindən sərbəst buraxılıb. O cümlədən iddiaçının həmin gün saat 12-dən sonra xəstəlik səbəbindən işə gələ bilməməsi müəyyən olunmur. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə bütün iş günü ərzində işdə olmamasının üzrlü səbəbdən baş ve rdiyini təsdiq edən sübutları birinci instansiya məhkəməsinə təqdim edə bilməyib.

20. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, iddiaçı 1 gün əvvəl – xx.xx.2022-ci il tarixdə, saat 11:00-da iş yerini özbaşına tərk etdiyinə görə işəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Növbəti gün – xx.xx.2022-ci ildə iddiaçının heç bir üzrlü səbəb olmadan işə gəlməməsinə görə işəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə əmək müqaviləsinin ləğv edilməsi bir xətaya görə bir neçə intizam tənbehinin verilməsi kimi qiymətləndirilə bilməz, çünki iddiaçı həmin pozuntulara fərqli günlərdə yol verib. Ona görə də Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinin tələbi pozulmayıb.

21. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdi r ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb, bu nəticə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “a” bəndinə uyğundur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti belə əsaslandırılıb: - işə baxan apellyasiya məhkəməsi yuxarı instansiya məhkəməsi kimi birinci instansiya məhkəməsi tərəfindən buraxılmış səhvləri aradan qaldırmamış, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilən zaman iddiaçının şəkərli diabet xəstəsi olmasını nəzərə alınmamış, Əmək Məcəlləsinin 76.2-ci maddəsinin tələbləri pozulmuşdur; - apellyasiya məhkəməsi isə işəgötürən tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli əmrin Əmək Məcəlləsinin 76.2-ci maddəsinin tələblərinin pozulması ilə çıxarılmasını düzgün yoxlamamışdır; - cavabdeh tərəfindən Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələri pozulmaqla əmək müqaviləsi ləğv edilmiş və 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət verilmədən iddiaçı ilə əmək münasibətlərinə xitam verilmişdir. Apellyasiya məhkəməsi bu pozuntuya düzgün hüquqi qiymət verməmişdir; - cavabdeh iddiaçının əmək müqaviləsinə əsassız olaraq xitam verilməsi barədə xx.xx.2022-ci ildə əmr qəbul edərkən onun 30 ildən çox “Azneft” İB-də müxtəlif vəzifələrdə qüsursuz işləməsini, bu müddət ərzində heç bir intizam məsuliyyətinə cəlb olunmamağını, ailə vəziyyətini, peşəkarlıq səviyyəsini nəzərə almamışlar. Lakin işə baxan apellyasiya məhkəməsi cavabdeh tərəfindən “Əmək müqaviləsinin ləğv edilməsi barədə” xx.xx.2022-cü il tarixli əmr qəbul edilərkən AR Əmək Məcəlləsinin 186.3-cü maddəsinin tələblərinin pozulmasına düzgün hüquqi qiymət verməmişdir; - xx.xx.2022-ci il saat 12:00-13:00 radələrindən (6-dan 7-nə keçən gecə də daxil olmaqla) xx.xx.2022-ci il saat 12:00-a qədər əsassız olaraq polisdə saxlanıldığına görə işə çıxa bilmədiyi üçün yol verdiyi bir əmək intizamı pozuntusuna görə cavabdeh tərəfindən iddiaçıya iki intizam tənbehi verilmişdir: xx.xx.2022-ci ildə “Sonuncu xəbərdarlıq la şiddətli töhmət”; xx.xx.2022-ci il tarixli Əmrlə “Əmək müqaviləsinin ləğv edilməsi” intizam tənbehi tətbiq edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh kassasiya şikayətinə etiraz vermişdir. Etirazda qeyd edilib ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Buna görə də, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə

72. Aşağıdakı hallar iş çi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Maddə 80, 1-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 186, 2-ci hissə. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi y oxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.

1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

26. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhk əməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

30. İddia tələbi işə bərpa barədədir. İddiaçı onun işdən azad edilməsi barədə əmrin qanunsuz olmasına istinad etmişdir.

31. Belə olan halda, iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qan unvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.

32. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, iddiaçı 06 sentyabr tarixdə saat 11:00 radələrində iş yerini özbaşına tərk etmiş və eyni zamanda 07 sentyabr 2022-ci il tarixdə də gün ərzində işdə olmamış, həmin tarixlərdə polis söbəsində saxlanıldığını bildirsə də, bu halı təsdiq edə biləcək mötəbər sübutları işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim edə bilməmişdir. Əksinə, Şabran RPŞ-nin məktubu ilə iddiaçının dedikləri xüsusatlar təkzib edilmişdir. Bununla da iddiaçının 06 sentyabr saat 11:00 radələrindən 08 sentyabr tarixinədək üzrlü səbəb olmadan işə gəlməməsi müəyyən edilmişdir.

33. Məhkəmələr belə qənaətə gəlib ki iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunmasında hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinə əməl edilmişdir.

34. Məhkəmə kollegiyası gəlinən nəticə razılaşır, buna görə də əlavə şərhə zərurət görmür.

35. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

36. Göründüyü kimi, işə mahiyyəti üzrə baxan məhkəmələr işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişlər. Çünki tətbiq edilən madd i hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir.

37. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

38. Bir intizam pozuntusuna görə cavabdeh tərəfindən iddiaçıya iki intizam tənbehi verilməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bununla bağlı qiymətləndirməsi ilə razılaşır. (bax: 20-ci bənd).

39. Belə ki, müəyyən edilib ki, iddiaçıya 06 sentyabr 2022-ci ildə iş yerini özbaşına tərk etdiyi üçün işəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Növbəti gün – xx.xx.2022-ci ildə heç bir üzrlü səbəb olmadan işə gəlməməsinə görə işəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə xitam verilib.

40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2299/2023 nömrəli, 31 mart 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar