Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2860/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Bakı şəhəri 22 və 26 saylı Notariat Ofislərinə qarş mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, çıxarışın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 22 saylı notariat ofisi və Bakı şəhəri 26 saylı notariat ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxar ışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-562/2025 nömrəli, 2025-ci il 15 may tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. JN-4464D saylı 00500003 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə əksini tapmış məlumata əsasən, Bakı şəhər İH-nin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.1999-cu il tarixli 584 sylı qərarı ilə 0.12 hektar Ləhiş bağ massivində yerləşən 5479 saylı bağ sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Şəhadətnaməyə həyətyanı sahənin qaiməsi (sertifikatı) və verilən torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü, yerləşdiyi yerin sxemi əlavə olunmuşdur.
2. X9 DƏDRX-nın müvafiq ərazi idarələrində İddiaçı təmsil etmək səlahiyyətinin verilməsi barədə xx.xx.2016-ci il tarixli etibarnamə tərtib edilmişdir. 3. ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2016-cı ildə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
4. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini X9 bağışlaması barədə xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsi bağlanmışdır. 5. ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdən X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
6. İddiaçı notarial qaydada imzalanmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə, o, ünvan 1nə dair hüquqlarını Ca vabdeh2 verdiyini, həmin torpaq sahəsi ona aid olmadığı üçün gələcəkdə həmin torpaq sahəsinə qarşı heç bir iddiası və tələbinin olmadığını göstərmişdir.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2476/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, ünvan 1nə dair Cavabdeh2 adına verilmiş RX ******* saylı reyestrdən çıxarış üzrə yüklülük haqqında arayışın verilməsi öhdəliyi DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(103)-2505/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 8. ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin X13 tərəfindən Cavabdeh4 satılması barədə xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi bağlanılmışdır. X1 adından xx.xx.2023-cü il tarixli etibarnamə əsasında X5 imzalamışdır. Həmin torpaq sahəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri 14 saylı Vəkil bürosuna və iddiaçının nümayəndəsi Nümayəndə1 Tofiq oğluna xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktublar ünvanlanmışdır. Həmin məktublarda qeyd edilmişdir ki: - xx.xx.2016-ci il tarixli etibarnamə üzrə İddiaçı səlahiyyətli nümayəndəsi X8 xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciəti əsasında ünvan 3 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Həmin ərizəyə JN-4464D saylı 00500003 kodlu torpağın mülkiyyətə verilm əsinə dair şəhadətnamənin itirildiyi barədə qəzetdə dərc edilmiş elan və Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosundan verilmiş şəhadətnamənin tapılmadığı barədə xx.xx.2016-cı il tarixli 039-9095-126 nömrəli məktub əlavə edilmişdir. - Bakı şəhəri 22 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-259 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli bağışlanma müqaviləsi əsasında sözügedən bağ sahəsi xx.xx.2016cı il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 17 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-186 reyestr nömrəli, xx.xx.2020-ci ıl tarixli bağışlanma müqaviləsi əsasında 5479 saylı bağ sahəsi xx.xx.2020-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 17 saylı notariat ofisindən daxil olmuş xx.xx.2020-ci il tarixli 383 nömrəli məktubda Cavabdeh2 ilə X10 arasın da 4Ə-186 reyestr nömrəsi ilə qeyd olunmuş bağışlanma müqaviləsi ilə rəsmiləşdirildiyi, lakin həmin çıxarışın əldə edilməsi şübhə yaratdığından və texniki pasportun üzərində qeyd edilmiş müqavilə elektron notariat sistemində aşkar edilmədiyindən Cavabdeh2 adına verilmiş çıxarışın özünə qaytarılması və bağışlanma müqaviləsinin ləğv edildiyi qeyd edilmişdir. Məktubda qeyd edilənlər nəzərə alınaraq X6 verilmiş ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmiş, bu barədə dövlət reyestr kitabında müvafiq qeyd aparılmışdır. Sözügüdən bağ sahəsi Cavabdeh2 mülkiyyətində qalmışdır. Daha sonra Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilmiş 4Ə-1120 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Ləhiş bağ sahəsi, 5479 saylı bağ sahəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır, hazırda onun mülkiyyətindədir. 10. xx.xx.2025-ci il tarixli məktubunda əvvəlki məktublarda qeyd edilənlərdən əlavə olaraq qeyd edilmişdir ki, vahid elektron kadastr məlumatlarına əsasən iddia olunan bağ sahəsinə dair keçmiş DTXK tərəfindən verilən JN-4464 saylı şəhadətnamə üzrə olan ərazi sxematik xəritədə nömrə qeyd olunmayan hissədə yerləşir (həmin yerdə 5479 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır). Həmin bağ nömrəsinin həqiqi ərazisi isə qeyd olunan şəhadətnamənin yerləşməsinə uyğun gəlmir. Keçmiş DTXK tərəfindən verilən JN4464 saylı şəhadətnamənin baza məlumatına əsasən cənubunda yerləşən (JN-4463) şəhadətnamə faktiki iddia olunan ərazinin cənubunda dövlət qeydiyyatına alınmışdır (5480 s aylı bağ). DTXK tərəfindən verilən JN-4464 saylı və JN-4463 saylı şəhadətnamələr üzrə olan ərazilər şəhadətnamə üzərində olan stiuasiya planına və naturaya əsasən yanaşı sahələrdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 22 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-259 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiа tələbi onunla əsаslаndırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi JN-4464D saylı, 00500003 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında xx.xx.2016-cı il tarixd ə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı 2024-cü ilin iyul ayında həmin torpaq sahəsinin çıxarışını almaq məqsədi ilə müvafiq ASAN Xidmətə yaxınlaşmış, lakin ASAN Xidmətdə ona şifahi olaraq həmin torpaq sahəsinin artıq ona məxsus olmadığını bildirmişlər. Bundan sonra, 1 saylı Bakı Ərazi İdarəsinə vəkil sorğusu ünvanlanmış və məlum olmuşdur ki, həmin torpaq sahəsi guya bağışlama yolu ilə Cavabdeh2 mülkiyyətinə verilmişdir. Cavabdeh2 və onunla birlikdə daha iki nəfər şəxs 2016-cı ildə Rəfael Quliyevin yaşadığı sözügedən mübahisəli torpaq sahəsində yerləşən evə gələrək onu tam fərqli torpaq sahəsinə aparmış və başqa ərazidə yerləşən torpaq sahəsini göstərərək bu torpaq sahəsinin səhvən Rəfail Quliyevin adına qeydiyyata alındığını, həmin torpağın əslində Cavabdeh2 aid olmasını bildirmiş və nəticədə Rəfael Quliyevdən notariusda ona göstərdikləri torpaq sahəsinə dair heç bir iddiasının olmaması ilə bağlı ərizə verməsini təkidlə xahiş etmişlər. Rəfayıl Quliyev ona göstərilən torpaq sahəsinin onun yaşadığı ünvandan tam kənarda yerləşdiyi və ona aidiyyatı olmadığı üçün bununla razılaşmış və ərizəni notariusda hazır eləmələrini, ərizə hazır olduqda gəlib imza edəcəyini bildirmişdir. Cavabdeh2 və onunla gedən həmin iki şəxs ərizənin hazır olduğunu, gedib imzalamalı olduğunu Rəfayıl Quliyevə bildirmiş və onu da götürərək notariat kontoruna getmişlər. Bu zaman Rəfayıl Quliyevin eynəyi evdə qaldığı üçün həmin sənədi oxumadan onların dediklərinə inanaraq imzalamışdır. Rəfayıl Quliyev həmin torpaq sahəsinin ilk və son mülkiyyətçisidir. Həmin torpaq sahəsinin abadlaşması, bağ halına g ətirilməsi üçün uzun illər əziyyət çəkmişdir. Həmin torpaq sahəsi Rəfayıl Əliyevin mülkiyyətinə verildiyi gündən etibarən və hazırda da onun istifadəsindədir. Bundan əlavə, ömrünün illərini həmin torpaq sahəsinin bağ halına gəlməsi üçün sərf etmiş bir nəfərin həmin bağı tanımadığı, heç vaxt görmədiyi yad bir nəfərə bağışlaması absurddur, belə halın olması mümkün deyil. Rəfayıl Quliyevin hazırda yaşadığı ev həmin torpaq sahəsində yerləşir. Bu torpaq sahəsində istifadə olunmuş işıq, qaz və s. üçün pullar Rəfayıl Quliyev tərəfindən ödənilmişdir. Qanunun tələbinə əsasən Rəfayıl Əliyev tərəfindən həmin mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh2 bağışlanmayıb, onların arasında heç bir bağışlama müqaviləsi tərtib olunmayıb. Rəfayıl Quliyevi aldadaraq ona Cavabdeh2 və digər iki nəfər tərəfin dən imzalatdırılmış sənəd ərizədir. Lakin həmin ərizəni qanunsuz və əsassız olaraq bağışlama müqaviləsi kimi qəbul etmiş reyestr xidməti həmin ərizə əsasında Rəfayıl Quliyevin mülkiyyətində olan torpaq sahəsini Cavabdeh2 adına rəsmiləşdirmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş cavaba əsasən məlum olmuşdur ki, X7 ilə Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixdə bağışlama müqaviləsi bağlanmışdır. Bakı şəhəri 22 saylı notariat kontorundan müvafiq sənədləri əldə etmək mümkün olmamışdır. Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən təstiq edilmiş 4Ə-259 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli bağışlanma müqaviləsi saxtadır, həmin müqavilənin tərtibatından və məzmunundan Rəfayıl Əliyevin məlumatı olmamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
13. İ ddiaçı sonradan iddia tələbini dəyişərək, Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-259 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli bağışlanma müqaviləsinin etibarsız sayılması, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh4 arasında Bakı şəhəri 26 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-1120 reyestr nömrəli alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdeh Bakı şəhəri 22 saylı notariat ofisi xx.xx.2024-cü il tarixli, 254/2024 saylı məktubu ilə birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, həmin notariat ofisində xx.xx.2024-cü il tarixli, 4Ə-259 reyestr nömrəli bağışlama müqaviləsi rəsmiləşdirilməmişdir.
15. Abşero n Rayon Məhkəməsinin 2024-cü il 16 dekabr tarixli, e-2(012)-5285/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim X11).
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsini 2016-cı ildə cavabdehə bağışlayarkən mülki qanunvericilikdə nəzərdə tutulmuş tələblərin pozulması halı baş verməmişdir. İddiaçı onun əqd barədə aldadılması, vacib əhəmiyyətli yanılmanın təsiri altında əqdi imzalamasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, işdə olan İddiaçı DƏDRX-ə göndərdiyi xx.xx.2022-ci il tarixli ərizə iddia tələbindəki dəlilləri tamamilə təkzib edir, belə ki, bu ərizədən görünür ki, iddiaçı ünvan 1nə dair hüquqlarını Cavabdeh2 vermişdir, yəni iddiaçı 2022-ci ildə də mübahisəli əmlakda heç bir hüququnun qalmadığını notarial qaydada təsdiq edilmiş ərizə ilə etiraf etmişdir. Belə olan halda, məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas tapmır.
17. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əqd qanuni olduğundan ondan sonra imzalanmış xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün də heç bir əsas yoxdur.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 339.2, 339.3, 347.1, 347.2 və 347.3-cü; Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 119.1, 217.3 və 217.4-cü; İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə maddi hüquq normalarının tələblərinə riayət etməyərək, mübahisələndirilən bağışlama və alğı- satqı müqavilələrinin ümumiyyətlə mövcud olub-olmamasını aydınlaşdırmadan və müsbət halda onların etibarlılıq şərtlərini yoxlamadan iş üzrə tam, hərtərəfli, obyektiv və ədalətli araşdırma aparılmasını təmin etməmiş, cəmi 2 hazırlıq və 1 baxış iclasları keçirməklə, tələm-tələsik işi yekunlaşdırmışdır. Belə ki, DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixl i vəkil sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda mübahisəli əmlakın cavabdehlərin adına qeydə alınmasına əsas olmuş müvafiq sənədlərin (bağışlama və alğı-satqı müqavilələri) təsdiq olunmuş surətləri təqdim edilməyərək, yalnız məhkəmə sorğusu əsasında verilə bilməsi bildirildiyindən, iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə həmin sənədlərin təqdim olunması üçün iş üzrə cavabdehlər Bakı şəhəri 22 və 26 saylı notariat ofislərinə müvafiq sorğuların göndərilməsi barədə xx.xx.2024-cü il tarixli vəsatətlərlə müraciət edilmiş və məhkəmə bu vəsatətləri təmin etmişdir. Cavabdeh Bakı şəhəri 22 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 254/2024 saylı məktubu ilə məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, həmin notariat ofisində xx.xx.2 024-cü il tarixli, 4Ə-259 reyestr nömrəli bağışlama müqaviləsi rəsmiləşdirilməmişdir. Digər cavabdeh Bakı şəhəri 26 saylı notariat ofisi isə məhkəmənin sorğusuna ümumiyyətlə heç bir cavab verilməmiş, məhkəmə həmin cavabın alınması üçün heç bir tədbir görməmiş, eləcə də qeyd olunan cavabdehin işdə iştirak edib sözügedən məsələyə münasibət bildirməsini təmin etməmişdir. Habelə, həmin alğı-satqı müqaviləsinə dair tələblə bağlı iddiaçının iddia tələbinin həcminin artırılması barədə xx.xx.2024-cü il tarixli ərizəsində mübahisəli əmlakın satıldığı Cavabdeh4 iş üzrə cavabdeh qismində qoyulmasına baxmayaraq, məhkəmə öz qətnaməsində bu şəxsi əsassız olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərmiş və həmin cavabdehin də prosesdə iştirakını təmin etməmişdir. Bundan başqa, mübahisə predmeti olan torpaq sahəsinin müvafiq ilkin sənədlərinin başqa torpaq sahəsi üçün işlənməsi halının mövcud olub-olmaması, həmin ərazilərin üst-üstə düşübdüşməməsinin dəqiqləşdirilməsi ilə bağlı mübahisələndirilən əraziyə DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarının iştirakı ilə baxış keçirilməsi üçün iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli müvafiq vəsatət verilmiş, həmin vəsatət də məhkəmə tərəfindən təmin edilsə də, nə mübahisəli əmlaka baxış keçirilmiş, nə də ən azından reyestr xidmətinin işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilib mübahisə doğuran suallara aydınlıq gətirilməsi təmin edilmişdir. Həmçinin bir halda ki, Bakı şəhəri 22 saylı notariat ofisində mübahisələndirilən bağışlama mü qaviləsinin rəsmiləşdirilmədiyinə dair cavab alınmışdır, müvafiq sorğu verilməklə mübahisəli əmlakın Cavabdeh2 adına qeydə alınmasına əsas olmuş sənədlər daşınmaz əmlakın dövlət reyestr xidmətindən tələb edilib alınmamışdır. Ancaq bütün bunlara baxmayaraq, məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhəri 22 saylı notariat ofisindən həmin notariat ofisində xx.xx.2024-cü il tarixli, 4Ə-259 reyestr nömrəli bağışlama müqaviləsinin rəsmiləşdirilmədiyinə dair xx.xx.2024-cü il tarixli məktubla cavab verildiyi halda, məhkəmə iş üzrə ilk və son baxış iclası olan xx.xx.2024-cü il tarixdə bu cavabı nəzərə almadan, öz qətnaməsində adı çəkilən məktuba ümumiyyətlə istinad etmədən və heç bir hüquqi qiymət vermədən, müşavirəyə gedib qayıtdıqdan sonra naməlum mənbədən əldə etdiyi bağışlama müqaviləsin in təsdiq olunmamış surətini əsas götürməklə iddianı rədd etmişdir. Halbuki, mübahisəli əmlak İddiaçı mülkiyyətinə verildiyi gündən etibarən və hazırda da onun istifadəsindədir. İddiaçı mübahisəli əmlakın Cavabdeh2 bağışlanması barədə hər hansı müqavilə bağlamamış, onu ümumiyyətlə tanımamış, onunla heç bir qohumluq, dostluq və ya digər münasibəti olmamış, cavabdeh özü də məhkəmədə verdiyi izahatında bu halları təsdiq etmişdır. Belə olan təqdirdə, onun həmin əmlakı heç vaxt tanımadığı və görmədiyi yad bir şəxsə bağışlaması absurd olmaqla, mümkün deyildi. Məhkəmənin öz qətnaməsində istinad etdiyi bağışlama müqaviləsinin isə nə vaxt, harada, necə bağlanmasından və müqavilənin məzmunundan İddiaçı məlumatı və xəbəri olmamış, o bu barədə yalnız daşınmaz əmlakın dövlət reyestri xidmətindən vəkil sorğusuna verilən xx.xx.2024-cü il tarixli cavab məktubundan məlumatlı olmuş və ona görə də həmin saxta müqaviləni məhkəmə qaydasında mübahisələndirmişdir. İşə baxan məhkəmə isə şərh olunan halları nəzərə almamış, əgər həqiqətən də var idisə, nədənsə və hansısa naməlum səbəbdən mübahisəli əmlakın cavabdehin adına qeydə alınmasına əsas kimi göstərilən həmin müqavilənin əslini və ya heç olmasa təsdiq edilmiş surətini müvafiq qeydiyyat orqanından tələb edib işə əlavə etməyə maraqlı olmamış, nəticədə işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Bundan əlavə əgər hesab edilsə ki, mübahisələndirilən müqavilə həqiqətən mövcud olmuşdur, bu müqavilənin bağlanması zamanı MM-nin 667.1-ci maddəsində təsbit edilən şərtə də əməl edilmədiyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qeyd e dilən normaya əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Hazırkı halda iddiaçıya mübahisəli əmlaka mülkiyyət hüququ haqqında şəhadətnamə xx.xx.2002-ci il tarixdə verilməklə, bu əmlak mübahisələndirilən müqavilənin bağlanması zamanı (xx.xx.2016) iddiaçı ilə onun həyat yoldaşının ümumi birgə mülkiyyətini təşkil etmiş, ancaq sonuncunun həmin əmlakın bağışlanmasına müvafiq razılığı alınmamışdır. Belə olan halda isə, MM-in 225.6-cı maddəsinə əsasən, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Məhkəmənin qətnamədə iş üzrə gəldiyi əsassız nəticəni əsaslandırmaq üçün istinad etdiyi iddiaçının notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədə mübahisəli əmlaka dair hüquqlarını cavabdehə verməsi və həmin əmlakda heç bir hüququnun qalmadığını etiraf etməsi məsələsinə gəldikdə, iddia ərizəsində də qeyd edildiyi kimi, sözügedən ərizə İddiaçı aldatma yolu ilə alınmışdır. Belə ki, 2022-ci ildə iki nəfər tanımadığı şəxs mübahisəli əmlakın qonşuluğunda yerləşən və iddiaçının həyat yoldaşının adına olan torpaq sahəsində (JN-4463D) olan 5480 saylı bağ evinə gələrək onu tam fərqli torpaq sahəsinə aparmış və başqa ərazidəki sahəni göstərərək bu torpaq sahəsinin guya səhvən İddiaçı adına qey diyyata alındığını, əslində isə həmin torpağın Cavabdeh2 aid olmasını bildirmiş və iddiaçıdan ona göstərdikləri torpaq sahəsinə dair heç bir iddiasının olmaması ilə bağlı notarial təsdiqli ərizə verməsini təkidlə xahiş etmişlər. İddiaçı də ona göstərilən torpaq sahəsi ona məxsus olan mübahisəli əmlakdan tam fərqli ərazidə yerləşdiyi və ona heç bir aidiyyəti olmadığı üçün onlarla razılaşmış, ərizəni notariusda hazır etmələrini, ərizə hazır olduqda gəlib imza edəcəyini demişdir. Daha sonra həmin şəxslər ona ərizənin hazır olduğunu bildirib birlikdə notariat kontoruna getmiş və İddiaçı eynəyi evdə qaldığından həmin ərizənin məzmununu oxumadan onların dediklərinə inanaraq imzalamışdır. Cavabdeh2 də göstərilən xüsusatları məhkəmədə verdiyi izahatında təsdiq etmişdir. İddiaçı aldatma yolu ilə be lə bir ərizənin alınması əslində bir daha mübahisələndirilən bağışlama müqaviləsinin saxta olmasına dəlalət edir. Çünki, əgər iddiaçı ilə cavabdeh arasında həqiqətən də mübahisəli əmlaka dair bu müqavilə bağlanmış olsaydı, onda iddiaçıdan əlavə olaraq həmin ərizənin alınmasına da hər hansı zərurət olmazdı. Digər tərəfdən işdə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2476/2023 nömrəli qərarının təsviri-əsaslandırıcı hissəsində istinad edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda mübahisə predmeti olan bağışlama müqaviləsinin “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara, habelə notariat hərəkətlərinin qeydi üçün reyestrlərə əsasən təsdiqlənməsinin aşkar olunmadığı bildirilmişdir. Beləliklə, işin yuxarıda göstərilən faktiki hallarından göründüyü kimi mübahisələndirilən bağışlama müqaviləsi qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış, zəruri etibarlılıq şərtlərinə cavab verməmiş və qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olmamış, iddiaçının mübahisəli əmlakın cavabdehə bağışlanması ilə bağlı həqiqi iradə ifadəsini özündə əks etdirməmişdir. Odur ki, mübahisəli əmlakın həmin etibarsız müqavilə əsasında cavabdehin adına qeydiyyatı əsassız olmaqla sonradan həmin əsassız qeydiyyatdan doğan alğısatqısı da etibarsız olmuşdur. Belə olan təqdirdə, MM-in 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyi şdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Lakin işə baxan məhkəmə qeyd olunan normanın da tələbini nəzərə almamışdır.
21. İddiaçının nümayəndəsi daha sonra apellyasiya şikayətinə əlavə təqdim edərək DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktublarına istinadən göstərmişdir ki, təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 22 saylı notariat kontorunun xüsusi notariusu Ş.Gülməmmədova tərəfindən İddiaçı adından Cavabdeh2 adına verilmiş və 3 il müddətinə - xx.xx.2019-cu il tarixədək qüvvədə olan 7-E-14/10957 reyestr nömrəli etibarnamə təsdiq edilmişdir. Bu etibarnamə ilə nəzərd ə tutulan səlahiyyətlər əsasında Cavabdeh2 İddiaçı nümayəndəsi kimi xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5479 saylı ünvanda yerləşən 0,12 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmiş, həmin ərizəyə torpağın mülkiyyətə verilməsinə dair JN-4464D KOD 00500003 xx.xx.2002-ci il tarixli şəhadətnamənin itirildiyi barədə qəzetdə dərc edilmiş elan və həmin şəhadətnamənin tapılmadığı barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosunun verdiyi xx.xx.2016-cı il tarixli 039-9095-126 nömrəli məktub əlavə edilmişdir. Torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydə a lınmış, bu barədə RX seriyalı ******* nömrəli müvafiq çıxarış verilmiş və xx.xx.2016-cı il tarixdə torpaq sahəsinin kadastr planı tərtib edilmişdir. xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 22 saylı notariat kontorunun xüsusi notariusu Şövkət Gülməmmədova tərəfindən torpaq sahəsinin İddiaçı adından Cavabdeh2 bağışlanılmasına dair 4Ə-259 reyestr nömrəli müqavilə təsdiq edilmişdir. Bu müqavilə əsasında torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydə alınmış, bu barədə RX seriyalı ******* nömrəli müvafiq çıxarış verilmiş və xx.xx.2016-cı il tarixdə torpaq sahəsinin kadastr planı tərtib edilmişdir. Bakı şəhəri 17 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-186 reyestr nömrəli xx.xx.2020-ci il tarixli bağışlama müqavi ləsi əsasında torpaq sahəsi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X4 (Cavabdeh2 anası) adına qeydiyyata alınmış və bu barədə müvafiq çıxarış verilmiş, lakin sonradan həmin notariat ofisindən daxil olmuş xx.xx.2020-ci il tarixli 383 nömrəli məktuba əsasən bu qeydiyyata əsas olan bağışlama müqaviləsi elektron notariat sistemində aşkar edilmədiyindən ləğv olunduğuna görə, çıxarış da ləğv olunaraq, bu haqda dövlət reyestrində müvafiq qeyd aparılmış və torpaq sahəsi Cavabdeh2 mülkiyyətində qalmışdır. Daha sonra Cavabdeh2 sözügedən əmlak üzərində məhdudiyyət və yüklülüyün olub-olmaması barədə arayışın ("'Forma 1") verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, həmin müraciət xx.xx.2022-ci il tarixli məktubla cavablandırılar aq təmin edilməmişdir. Cavabdeh2 müvafiq iddiası əsasında Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 2476/2023 nömrəli qərarı ilə həmin torpaq sahəsinə dair "Yüklülük haqqında arayış”ın ("Forma 1") verilməsi öhdəliyi cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş, bu qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-2505/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış və 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 26 saylı notariat ofisində torpaq sahəsinin Cavabdeh2 tərəfindən Cavabdeh4 satılmasına dair 4Ə-1120 reyestr nömrəli müqavilə təsdiq edilmişdir. Müqaviləni Cavabdeh2 əvəzinə xx.xx.2023-cü il tarixli müvafiq etibarnamə əsasında nümayəndəsi kimi X5 (Cavabdeh4 keçmiş əri) imzalamışdır. Bu müqavilə əsasında torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə Cavabdeh4 adına qeydə alınmış, bu barədə müvafiq çıxarış verilmiş və xx.xx.2024-cü il tarixdə torpaq sahəsinin kadastr planı tərtib edilmişdir. İşin qeyd edilən faktiki halları ilə bağlı məhkəmə kollegiyasının diqqətinə çatdırılır ki, İddiaçı tərəfindən Cavabdeh2 heç vaxt heç bir etibarnamə verilməmiş və onun adından torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edib daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış almaq tapşırılmamışdır. Eləcə də, torpağın mülkiyyətə verilməsinə dair JN-4464D KOD 00500003 xx.xx.2002-ci il tarixli şəhadətnamə heç vaxt itirilməmiş, həmişə İddiaçı özündə ol muşdur. Öz adından Cavabdeh2 etibarnamə verilməsindən, Cavabdeh2 bu etibarnamə ilə guya onun nümayəndəsi kimi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etməsindən, ərizəyə guya şəhadətnamənin itməsi və tapılmaması barədə elan və məktub əlavə olunmasından və torpaq sahəsinə dair adına çıxarış alınmasından və kadastr planı tərtib edilməsindən xəbəri olmamışdır. Həmçinin, həmin torpaq sahəsinin onun adından Cavabdeh2 bağışlanılmasından da məlumatsız olmuş, o belə bir müqavilənin bağlanılmasında iştirak etməmişdir. Həm onun adından verilmiş etibarnamə, həm də imzalanmış bağışlama müqaviləsi saxta olmaqla, iradə ifadəsini əks etdirməmişdir. Hər iki notariat hərəkəti eyni notariat orqanında - iş üzrə digər cavabdeh olan Bakı şəhəri 22 saylı notariat kontorunda saxta sənədlərin tərtibi yolu ilə həyata keçirilmişdir. Bu faktı həmin notariat ofisinin sonradan məhkəmə və vəkil sorğularına verdiyi cavablar bir daha təsdiq edir. Belə ki, cavabdeh Bakı şəhəri 22 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 254/2024 nömrəli məktubu ilə məhkəmə sorğusuna, xx.xx.2025-ci il tarixli 12/2025 nömrəli məktubu ilə isə vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, həmin notariat ofisində xx.xx.2024-cü il tarixli 4Ə-259 reyestr nömrəli bağışlama müqaviləsi rəsmiləşdirilməmişdir. Bundan başqa, Cavabdeh2 torpaq sahəsini 2016-cı ilin iyulunda saxta bağışlama müqaviləsi yolu ilə ələ keçirdikdən sonra "vicdanlı əldə edən" obrazı yaratmaq üçün həmin əmlakı əvvəlcə 2020-ci ilin sentyabrında öz anasına bağışlayaraq, sonuncunun adına qeydə alınmasına nail olmuş, lakin sonradan həmin müqavilə və çıxarış ləğv edildiyinə görə, bu dəfə 2023-cü ilin dekabr ayında digər Cavabdeh4 satmışdır, hansı ki, əldə edilən məlumata görə, Cavabdeh4 sözügedən torpaq sahəsini Cavabdeh2 adından etibarnamə ilə nümayəndəsi kimi ona satan Mahir Əsədullayevin keçmiş arvadıdır. ƏMDX DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin Cavabdeh2 adına olan çıxarışda göstərilən torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan, yəni torpağın mülkiyyətə verilməsinə dair JN4464D KOD 00500003 xx.xx.2002-ci il tarixli şəhadətnamədə öz əksini tapan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin araşdırılması ilə bağlı xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, əvvəlki vəziyyətdə İddiaçı adına olmuş (hazırda özgəninkiləşdirilmiş) və JN4464 saylı şəhadətnamə üzrə olan 5479 saylı bağ sahəsi digər ərazid ə yerləşməklə, faktiki göstərilən sahəyə aidiyyəti olmamaqla yanaşı, digər bağ sahələrinin yeridir. Torpağın mülkiyyətə verilməsinə dair JN-4464D KOD 00500003 xx.xx.2002-ci il tarixli şəhadətnamədən görünür ki, həmin torpaq sahəsinin qonşuluğunda İddiaçı həyat yoldaşına məxsus JN-4463D, 5480 saylı torpaq sahəsi yerləşir və hazırda naturada olan vəziyyət də məhz bu cürdür. Yəni, JN-4464D və JN-4463D saylı şəhadətnamələr üzrə olan ərazilər həm JN-4464D saylı şəhadətnaməkı situasiya planına, həm də faktiki naturaya əsasən yanaşı torpaq sahələridir. Bu da bir daha mübahisəli əmlakın İddiaçı verilmiş JN-4464D saylı şəhadətnamədən və həmin şəhadətnamədə göstərilən 5479 bağ nömrəsindən sui-istifadə edilməklə qanunsuz olaraq Cavabdeh2 adına qeydə alınmasını, həmçinin sözügedən əmlaka dair hüquqlar ını cavabdehə verməsi və həmin əmlakda heç bir hüququnun qalmadığını etiraf etməsi barədə notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizənin İddiaçı aldatma yolu ilə alındığını təsdiq edən hal kimi çıxış edir.
22. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək iş üzrə iddia ərizəsində alğı-satqı müqavilə ilə bağlı tələbin texniki səhv olaraq “alğı-satqı müqaviləsinin etibarsız sayılması və onun əsasında verilmiş çıxarışın ləğv olunması” əvəzinə, “alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv olunması” kimi qeyd olunduğunu, əslində isə, həm işin faktiki hallarından, həm iddia ərizəsinin əsaslandırıcı hissəsindən, həm də apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, bu tələbin alğı-satqı müqaviləsinin etibarsızlığı barədə olduğu nu, odur ki, iddia tələbini "Bakı şəhəri 22 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-259 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması, Bakı şəhəri 26 saylı notariat ofisində rəsmiləşdirilmiş 4Ə-1120 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv olunması" kimi nəzərə alınmasını xahiş etmişdir.
23. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2025-ci il 15 may tarixli, 2(105)-562/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2(012)-5285/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 arasında bağlan dığı göstərilən xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinin və Cavabdeh2 ilə Cavabdeh4 arasında Bakı şəhəri 26 saylı notariat ofisində rəsmiləşdirilmiş 4Ə-1120 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və alğı-satqı müqaviləsi əsasında Cavabdeh4 adına verilmiş qeydiyyat nömrəsi ********** olan xx.xx.2024-cü il tarixli çıxarışın ləğv edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh4 İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakimlər – Zahid Məmmədov (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov və İlqar Dəmirov).
24. Apelyasiya instansiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yuxa rıda istinad edilən JN-4464D saylı şəhadətnamə əsasında Ləhiş bağ massivində yerləşən 5479 saylı 0.12 ha torpaq (bağ) sahəsinin iddiaçının mülkiyyətində və hazırda da faktiki istifadəsində olması, iddiaçının 2024-cü iyul ayında həmin torpaq sahəsinə çıxarış almaq üçün müraciətindən sonra 5479 saylı torpaq sahəsi ilə bağlı 2016-cı ildən başlayaraq bir sıra notariat və daşınmaz əmlakın qeydiyyatı əməliyyatlarının aparılması işin mübahisəsiz hallarıdır.
25. İddiaçının xx.xx.2016-cı il tarixli bağışlanma müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin yuxarıda istinad edilən 149.2-ci maddəsi ilə birgə götürülmüş 337.1-ci maddəsi təşkil edir.
26. İddiaçıya məxsus olan torpaq sahəsinə dair JN-4464D saylı şəhadətnamə əsasında ilkin olaraq Cavabdeh2 öz adına d aşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsi əsasında hazırda faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsindən fərqli sahədə yerləşən torpaq sahəsinə dair aparılmış qeydiyyatın əsassız olması həmin notariat ofisində xx.xx.2024-cü il tarixli, 4Ə-259 reyestr nömrəli bağışlama müqaviləsinin rəsmiləşdirilməməsi ilə bağlı 22 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 254/2024 saylı məktubu, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli tarixli məktubları və Cavabdeh2 özünün birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verilmiş izahatları ilə öz təsdiqini tapmışdır.
27. Belə ki, birinci instansiya məhkəməsinin i clasında Cavabdeh2 iddiaçı ilə heç bir qohumluq əlaqəsinin olmadığını bildirmiş, torpağı ona atasının bağışladığını, atası ilə notariusa getdiyini və bağışlama müqaviləsi əsasında DƏDRX-dən çıxarış aldığını bildirmişdir. 2021-ci ildə torpaq sahəsini satmaq istədikdə sata bilməmiş, sonra Bakı İnzibati Məhkəməsində iddiası təmin edildikdən sonra iddiaçını tapmış, torpaq sahəsini göstərib, mövcud vəziyyəti izah etmiş, iddiaçı torpaqla bağlı heç bir əlaqəsi, iddiası olmadığını bildirdikdən sonra bu barədə ərizə yazmışdır (xx.xx.2024-cü il tarixli iclas protokolu, iş materialları: səhifə 65).
28. Cavabdeh2 məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında apellyasiya şikayətinə münasibətdə öz izahatında bildirmişdir ki, “...atası 2020-ci ildə ölüb. Torpaq sahəsini ona atası almışdı, ona görə də müqaviləni oxumamışdır. Sadəcə imzalamışdır. Atasının torpaq sahəsini kimdən aldığını bilmir. Amma qiyməti təxmini olaraq, 20.000 manatdan çoxdur. Torpaq sahəsini satan gənc adam idi, təxmini 35-36 yaşları olardı. 2016-cı ildə notariusa gedərkən torpaq sahəsini satan adam iddiaçı deyildi. İddiaçı yaşlı adamdı, torpaq sahəsini satan adam isə cavan idi. Cəmi bir dəfə notariusa və bir dəfə də reyestr xidmətinə getmişdir. 2016-cı ildə bağışlama müqaviləsi bağlanan zaman iddiaçı orada olmayıb, həmçinin iddiaçının adından ona etibarnamə verilməsi barədə də məlumatı olmayıb”. Cavabdeh2 verilmiş suallara cavab kimi əlavə olaraq bildirmişdir ki, “...atası ona bu torpaq sahəsini 2016-cı ilin yay aylarında almışdır. Həmin vaxt üç nəfər - atası, o özü və torpaq sahəsini satan adam Nərimanov r ayonu ərazisində yerləşən notariat kontoruna getmişlər və o sənədləri imzalamışdır. Həmin torpaq sahəsinə daim gediş-gəliş olmuş və ora həmişə nəzarət etmişlər. Bir müddət sonra banka borcu olduğu üçün bu torpaq sahəsini anasının adına keçirtmək istəmiş, lakin mümkün olmamışdır. Bunun səbəbini öyrənən zaman, onlara bağışlama müqaviləsində problem olduğunu bildirmişlər və o da bundan sonra gedib iddiaçını axtarıb tapmış, iddiaçı ilə söhbət edərək vəziyyəti izah etmişdir. Daha sonra onu istifadələrində olan torpaq sahəsinə aparmış və bura dair heç bir iddiasının və tələbinin olmamasına dair ərizə verməklə kömək edilməsini xahiş etmişdir. İddiaçı da razılaşmış və 2022-ci ildə notariat kontoruna getmişlər. İddiaçı notariusda torpaq sahəsinə dair heç bir iddia və tələbinin olmaması barədə əri zə vermişdir. Sonra da 2024-cü ildə tanışı vasitəsi ilə torpaq sahəsini Cavabdeh4 satmışdır”.
29. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi idarəsinin iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda əvvəlki məktublarda qeyd edilənlərdən əlavə olaraq bildirilmişdir ki, vahid elektron kadastr məlumatlarına əsasən iddia olunan bağ sahəsinə dair keçmiş DTXK tərəfindən verilən JN4464 saylı şəhadətnamə üzrə olan ərazi sxematik xəritədə nömrə qeyd olunmayan hissədə yerləşir (həmin yerdə 5479 saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır). Həmin bağ nömrəsinin həqiqi ərazisi isə qeyd olunan şəhadətnamənin yerləşməsinə uyğun gəlmir. Keçmiş DTXK tərəfindən verilən JN-4464 saylı şəhadətnamənin baza məlumat ına əsasən cənubunda yerləşən (JN-4463) şəhadətnamə faktiki iddia olunan ərazinin cənubunda dövlət qeydiyyatına alınmışdır (5480 saylı bağ). DTXK tərəfindən verilən JN-4464 saylı və JN-4463 saylı şəhadətnamələr üzrə olan ərazilər şəhadətnamə üzərində olan stiuasiya planına və naturaya əsasən yanaşı sahələrdir.
30. Məhkəmə kollegiyası bildirib ki, işin yuxarıda qeyd edilən hallarından və cavabdehin özünün izahatından göründüyü kimi İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixdə 22 saylı notariat ofisində bağışlama müqaviləsi bağlanmamışdır. Lakin sonuncu həmin müqavilə əsasında iddiaçıya məxsus JN-4464D saylı şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində 5479 saylı bağ sahəsi kimi digər torpaq sahəsini öz adına qeydiyyata aldırdığından və həmin müqavilə fiziki olaraq daş ınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas olmuş sənəd kimi mövcud olduğundan iddiaçının həmin müqavilənin etibarsızlığının tanınmasında hüquqi marağı mövcuddur. Belə ki, iddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı verdiyi izahatında hazırkı iddianın təmin ediləcəyi halda iddiaçının daşınmaz əmlakın dövlət reyestrində öz adına olan xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəsi üzrə RX seriyalı ******* nömrəli müvafiq çıxarışda faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının düzgün qeyd olunması barədə reyestr orqanına müraciət edərək öz mülkiyyət hüququnun düzgün qeydə alınmasının təmin olunmasını xahiş edəcəyini bildirmiş, onun adına olan JN-4464D saylı şəhadətnamə əsasında Cavabdeh2 daha sonra isə digər Cavabdeh4 adına qeydiyyata alınmış, fak tiki olaraq başqa ərazidə yerləşən torpaq sahəsinə dair hərhansı bir iddialarının olmadığını bildirmişdir.
31. İşin yuxarıda qeyd edilən halları və Cavabdeh2 öz izahatında qeyd edilən hallar da iddiaçı tərəfindən notarial qaydada imzalanmış və DƏDRX-nə ünvanlanmış xx.xx.2022ci il tarixli ərizənin onun mülkiyyətində və faktiki istifadəsində olan Sabunçu rayonu, Ləhiş bağ ərazisi, 5479 saylı bağ sahəsinə dair hüquqların Cavabdeh2 ötürülməsi, yaxud mövcud olmayan hər-hansı əqdin sonradan bəyənilməsi kimi qiymətləndirilməsinin mümkün olmaması nəticəsinə gəlməyə də əsas verir.
32. Buna görə də məhkəmə kollegiyası hesab edib ki, iddiaçının xx.xx.2024-cü il tarixli, 4Ə-259 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsızlığına dair dəlilləri iş materialları ilə öz təsdiqini tapdığından təmin olu nmalıdır.
33. İddia tələbinin Bakı şəhəri 26 saylı notariat ofisində rəsmiləşdirilmiş 4Ə-1120 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv olunmasına dair hissəsinə gəldikdə isə, kollegiya iddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsinə təqdim edilmiş iddia ərizəsinə əlavəsinin və apellyasiya şikayətinin müvafiq dəlilləri ilə razılaşaraq qeyd edib ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi əsasında öz adına qeydiyyata alınmış, faktiki olaraq iddiaçıya məxsus torpaq sahəsindən fərqli ərazidə yerləşən torpaq sahəsinin qeydiyyatı ilə bağlı hüquqi problemlərin mövcud olduğunu bildiyindən əvvəlcə anasının adına bağışlamaq yolu ilə özgəninkiləşdirmək, daha sonra yuxarıda göstərilən səbəblərdən bu mümkün olmadıqda isə alğı-satqı müqaviləsi ilə öz dostu X5 vasitəsi ilə digər Cavabdeh4 adına özgəninkiləşdirməklə hüquqdan sui-istifadə etməklə vicdanlı alıcı görüntüsü yaratmaq niyyətində olmuşdur.
34. Belə ki, apellyasiya şikayətində xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanması zamanı etibarnamə əsasında satıcı Rəfail Əliyevi təmsil edən X2 Cavabdeh4 keçmiş əri olması ilə bağlı dəlillərinin araşdırılması məqsədi ilə verilmiş suallara cavab olaraq cavabdeh Rəfail Əliyev xx.xx.2025-ci il tarixli iclasda Cavabdeh4 Mahir Əsədullayevin keçmiş arvadı olması barədə məlumatının olmadığını bildirsə də, xx.xx.2025-ci il tarixli iclasda bildirmişdir ki, “Mahir Əsədullayevlə təxminən 2011-2012-ci ildən etibarən dostluq edirlər. Bir yerdə idman zalına gedirdilər. Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra Reyestr Xidməti “Forma-1” arayışını verdikdən sonra torpaq sahəsini satmaq istədiyini ətrafında olan hamıya və bir neçə vasitəçiyə bildirmiş, o ərəfələrdə dostu Mahir qayınatasının torpaq sahəsi axtardığını və bu ərazini ona sata biləcəyini təklif etmişdir. O da işləri çox olduğundan ona etibarnamə vermiş və dostu Mahir Əsədullayev torpaq sahəsini satmışdır. Cavabdeh4 görməmişdir. Mahir ilə tanışlığı yaranan vaxtlardan o Ülviyyədən artıq boşanmışdı.
35. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 izahatındakı bir sıra ziddiyyətli hallar, eyni zamanda iş materiallarında olan və əldə edilmiş digər sübutlar, habelə lazımi qaydada məlumatlandırılmasına, iş üzrə zəruri sənədlərin təqdim olunmasına və məhkəmə iclaslarının dəfələrlə təxirə salınması na baxmayaraq digər Cavabdeh4 məhkəmə iclaslarında iştirak etməməsi və öz dəlillərni irəli sürməməsi həqiqətən də xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin formal olaraq, vicdanlı alıcı görüntüsü yaratmaq məqsədi ilə bağlanması qənaətinə gəlməyə əsas verir.
36. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaqda davam edərək bildirib ki, Cavabdeh2 tərəfindən X3 bütün səlahiyyətləri, o cümlədən notariat kontorunda onu təmsil etmək, adına olan daşınmaz əmlakı satmaq səlahiyyətini verdiyi və xx.xx.2023-cü il tarixli alğısatqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı onu təmsil etmək üçün istifadə edilmiş etibarnamə sonuncuya hələ müvafiq torpaq sahəsi ilə bağlı yüklülük haqqında arayışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması tələbinə dair iş Bakı İnzibati Məhkəmə sinin icraatında olduğu dövrdə, yəni xx.xx.2023-cü il tarixdə verilmişdir. Qeyd edilən iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından sonra isə - xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahəsi ilə bağlı məhdudiyyət və yüklülüyün qeydə alınmaması ilə bağlı arayış verildikdən sonra torpaq sahəsi xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsi əsasında Cavabdeh4 satılmış, həmin müqaviləni alıcı qismində sonuncu, satıcı kimi isə Cavabdeh2 əvəzinə X5 imzalamışdır.
37. Qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsinin xx.xx.2024-cü il tarixdə iddia ərizəsini icraata qəbul etsə də, birinci instansiya məhkəməsi MPM-in tələblərini pozaraq Cavabdeh4 cavabdeh qismində deyil, onu öz qətnaməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürmə yən üçüncü şəxs kimi göstərmiş və prosesdə iştirakını təmin etməmişdir. Halbuki alğı-satqı müqaviləsinin ləğvi və ya etibarsızlığı kimi qoyulmasından asılı olmayaraq həmin tələb müqavilə tərəfinə qarşı verilmişsə, o cavabdeh hesab olunur. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
38. Cavabdeh4 məhkəmə kollegiyasının iclaslarında iştirak tməyərək iddia tələbinə dair hər-hansı etiraz irəli sürməməsi, cavabdeh Rəfail Əliyevin isə alğı-satqı müqaviləsinin etibarsızlığı və alıcı Cavabdeh4 ilə onu təmsil edən Əsədullayev Mahir arasındakı münasibətlərə dair ziddiyyətli izahatları ilə əlaqədar məhkəmə kollegiyası tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə iş üzrə Cavabdeh4 “Qohumluq məlumatl arı” bölməsinə baxış keçirilmiş, onun həyat yoldaşının xx.xx.1981-ci il təvəllüdlü X5 olması, xx.xx.2011 və xx.xx.2016-cı il təvəllüdlü hər iki uşağının ata adının “Mahir” olması barədə məlumatların mövcudluğu müəyyən edilmişdir. Bununla belə iş materiallarına əlavə edilmiş Cavabdeh4 məxsus xx.xx.2016-cı il tarixdə verilmiş AZE******** saylı şəxsiyyət vəsiqəsinin surətində onun ailə vəziyyəti “subay” kimi qeyd edilmişdir.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməli olması nəticəsinə gəlib və göstərib ki, həmin müqavilə üzrə müvafiq torpaq sahəsinin Cavabdeh2 adına qeydə alınmasına əsas olmuş bağışlama müqaviləsi yuxarıda qeyd edilən səbəblərdən etibarsız hesab edilməli oldu ğundan, habelə müqavilənin cavabdehin öz dostu olan Mahir Əsədullayev ilə sonuncunun keçmiş həyat yoldaşı (iddiaçının nümayəndəsinin və Cavabdeh2 bildirdiyinə görə) olan Cavabdeh4 arasında bağlanılması, məhkəmə iclaslarının dəfələrlə təxirə salınmasına baxmayaraq ona qarşı irəli sürülmüş kifayət qədər əlverişsiz hüquqi nəticələrə səbəb ola biləcək iddia tələbinə dair Cavabdeh4, habelə cavabdeh Rəfail Əliyev tərəfindən hər hansı dəlillərin (torpaq sahəsinin faktiki olaraq Cavabdeh4 sahibliyinə və istifadəsinə verilməsi, həmin torpaq sahəsində hər-hansı tikinti işlərinin aparılması və s.) irəli sürülməməsi həmin əqdin tərəflər arasında ona uyğun real hüquqi nəticələr yaratmaq niyyəti olmadan, formal olaraq görünüş üçün bağlanması nəticəsinə gəlməyə əsas verir. Mülki Məcəllənin yuxarıda istin ad edilən 340.1-ci maddəsinin tələblərinə əsasən isə ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd uydurma əqd hesab olunur və uydurma əqd əhəmiyyətsizdir.
40. Kollegiya həmçinin qeyd edib ki, yuxarıda göstərilən səbəblərdən xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməli olduğundan qeydiyyat üçün müvafiq hüquqi əsas aradan qalxdığından həmin müqavilə əsasında Ləhiş bağ sahəsi, 5479 saylı bağ sahəsi ilə bağlı Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyesterində aparılmış qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarış da ləğv edilməlidir.
41. Kollegiya həmçinin qeyd edib ki, iddiaçının tələblərinin əsaslılığının təsdiqi baxımından əhəmiyyətli hesab edilsə də, iddiaçının bağışlama və alğı-satqı müqavilələrinin etibarsızlığına dair tələbi məhz yuxarıda qeyd olunan əsaslarla təmin edilməli olduğundan prosessual qənaət prinsipi baxımından apellyasiya şikayətinin digər dəlillərinin, o cümlədən 5479 saylı bağ sahəsinin iddiaçının həyat yoldaşı ilə birgə nikah dövründə əldə edilməsi, həyat yoldaşına məxsus olan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinin onun torpaq sahəsi ilə qonşuluqda yerləşməsi ilə bağlı dəlillərin əlavə araşdırılması zəruri hesab edilməmişdir.
42. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 149.2, 152.1, 178.1, 181.4, 182.1, 324.1, 324.2, 331.1, 334.1, 334.2, 337.1, 337.2, 337.4, 337.5, 340, 394, 404, 405.1, 567, 646.1, 646.2, 666.1 və 666.2-ci; “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 35 və 43-cü; Mülki Prosessual Məcəlləsi nin 14.2, 47.1, 50.1, 50.3, 77.1, 88, 217, 372.1, 372.6, 372.7 və 384.0.2-ci maddələrinə həmçinin Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli, B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli, T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
43. Cavabdehlər Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirməmiş, Mülki və Mülki Prosessual Məcəllənin tələblərini pozmaqla qanunsuz qətnamə qəbul etmişdir. Əqdin etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir. İddiaçı özü notarial qaydada ərizə verərək mübahisə predmeti olan ərazi barədə heç bir tələbinin və şikayətinin olmadığını, gələcəkdə də olmayacağını bəyan etmişdir. Bu ərizə onun iradə ifadəsini aydın şəkildə göstərir. Apellyasiya instansiyası məhkəməsi sübutların tam və obyektiv araşdırılmasını təmin etməmiş, faktiki hallar lazımi dərəcədə qiymətləndirilmədən qətnamə çıxarmışdır. Bağışlama xx.xx.2016-cı il tarixli müqavilə ilə notariat qaydasında rəsmiləşdirilmiş, Mülki Məcəllənin 666-674-cü maddələrinin tələblərinə əməl olunmuşdur. Müqavilə notariat kontorunun möhürü və imzası ilə təsdiqlənmiş, bir nüsxəs i DƏDRX-yə qeydiyyat üçün göndərilmişdir. Apellyasiya məhkəməsi əsassız olaraq “Elektron notariat” sistemində məlumatın olmamasını müqavilənin mövcudluğuna şübhə kimi qiymətləndirmişdir. Halbuki, həmin sistem 2021-ci ildə yaradılmış, 2016-cı ildə isə fəaliyyət göstərməmişdir. Bu səbəbdən, müqavilənin elektron bazada olmaması onun mövcudluğunu inkar etmir. Notariusun cavab məktubu bağışlama müqaviləsinin bağlanmadığını deyil, yalnız sənədin əldə edilməsinin mümkün olmadığını göstərir. Bundan əlavə, xx.xx.2016 və xx.xx.2016 tarixlərində tərəflər arasında etibarnamə və bağışlama müqaviləsi bağlanmış, xx.xx.2022ci ildə iddiaçı yenidən notarial qaydada həmin əmlaka dair iddia irəli sürməyəcəyini bəyan etmişdir. Tərəflər arasında üç dəfə notarial hərəkət aparıldığı halda, “aldanma” arqumenti mən tiqsiz və əsassızdır. İddiaçının bağışlama müqaviləsindəki imzasına dair şübhə yarandığı halda, məhkəmə MPM-in 97-ci maddəsinə uyğun olaraq xətşünaslıq ekspertizası təyin etməli idi. Ekspertiza keçirilmədən müqavilənin saxtalığı barədə nəticəyə gəlmək qanunsuzdur. Məhkəmə bağışlama müqaviləsinin bağlanması zamanı həyat yoldaşının razılığı alınmadığını əsas gətirmiş, lakin həmin şəxs şahid və ya üçüncü şəxs qismində işə cəlb edilməmişdir. Onun dindirilməsi barədə vəsatət verilmədiyindən, bu arqument hüquqi əsas sayılmır. İddiaçı öz ərizəsində konkret əraziyə dair iddiasının olmadığını bəyan etmişdir. Notariusun vəzifəsi sənədin hüquqi nəticələrini izah etməkdən ibarət olduğuna görə, iddiaçının “yanılma” bəhanəsi əsassızdır. Apellyasiya məhkəməsi MPM-in 53-cü maddəsinin tələblərini pozaraq, iddiaçının apellyasiya mərhələsində iddianın əsasını və predmetini dəyişməsinə yol vermiş, bu halda öz səlahiyyətlərini aşmışdır. Məhkəmə qərarında Rafael Əliyevin guya iddiaçının eynəyinin evdə qaldığı üçün ərizəni oxumadan imzalaması barədə ifadə verdiyi göstərilmiş, lakin belə izahat faktiki sənədlərlə təsdiq olunmamışdır. Çıxarışlardan görünür ki, Rafael Əliyevə məxsus 5479 saylı torpaq sahəsi və Rafael Quliyevə məxsus 5471 saylı torpaq sahəsi fərqli ünvanlarda yerləşir. Çıxarış tarixləri də fərqlidir (2016 və 2018), bu da iddiaçının tələbinin əsassızlığını göstərir. Bakı İnzibati Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərarları ilə xx.xx.2016 tarixli bağışlama müqaviləsinin mövcudluğu və qüvvədə olması təsdiqlənmişdir. Müqavilənin “Elektron notariat” sistemində qeydiyyatının ol maması cavabdehin məsuliyyətinə aid edilə bilməz, çünki qanunvericilikdə belə öhdəlik nəzərdə tutulmamışdır. Məhkəmə bağışlama müqaviləsini yalnız formal baxımdan qiymətləndirmiş, tərəflərin real iradəsini və əməliyyatın iqtisadi məzmununu nəzərə almamışdır.
45. Cavabdeh4 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi 22 saylı notariat ofisinin xx.xx.2024 və xx.xx.2025 tarixli məktublarına əsasən xx.xx.2016-cı il tarixli, 4Ə-259 nömrəli bağışlama müqaviləsinin rəsmiləşdirilmədiyi qənaətinə gəlmişdir. Lakin “Notariat haqqında” Qanuna əsasən, fəaliyyətinə xitam verilmiş xüsusi notariusun sənədl əri dövlət notariat arxivinə təhvil verilməlidir və yalnız həmin arxivdən sorğu ilə sənədin mövcudluğu müəyyən edilə bilər. Belə sorğu aparılmadığından 22 saylı notariat ofisinin məktubları sübutların mümkünlük tələbinə cavab vermir və onların əsasında müqavilənin etibarsız sayılması qanunsuzdur. Məhkəmə bağışlama müqaviləsində iddiaçının “oxudum, razıyam” qeydləri və imzanın ona məxsus olub-olmamasını məhkəmə-xətşünaslıq ekspertizası təyin etmədən şübhə altına almışdır. Halbuki, MPM-in 97.1-ci maddəsinə əsasən, belə hallarda məhkəmə öz təşəbbüsü ilə ekspertiza təyin etməlidir. Ekspertiza keçirilmədən iradə ifadəsinin mövcudluğu barədə nəticə çıxarılması əsassızdır. İddiaçı həmin ərizədə Sabunçu rayonu, Ləhiş bağ ərazisində yerləşən, 5479 nömrəli və **********28 reyestr nömrəli torpaq sa həsinə dair hüquqlarını cavabdehə verdiyini və gələcəkdə bu əmlaka dair iddiasının olmayacağını bəyan etmişdir. Bu, onun məhz mübahisəli torpaq sahəsinə dair iradə ifadəsi kimi qiymətləndirilməli, həmin ərizənin başqa torpaq sahəsinə aid olması barədə iddia ağlabatan hesab edilməməlidir.
47. Hüquq nəzəriyyəsinə görə, sonradan verilən razılıq əqdi geriyə təsir qüvvəsi ilə etibarlı edir. İddiaçının davranışı və uzunmüddətli etirazsızlığı da bağışlama müqaviləsini qəbul etdiyini göstərir. Apellyasiya məhkəməsi bu əqdi etibarsız saymaqla iddia tələbindən kənara çıxmışdır. İddiaçı birinci instansiyada bu barədə iddia qaldırmamış, hazırlıq iclası bitənədək iddianın əsas və predmetini dəyişməmişdir. Məhkəmə Cavabdeh4 öz təşəbbüsü ilə cavabdeh kimi cəlb etməklə səlahiyyət hüdudlarını aşmışdır. Cav abdeh4 əmlakı dövlət reyestrinin qeydinə etibar edərək əldə etmiş, qeydiyyatın səhv olduğunu bilməmiş və bilməyə də borclu olmamışdır. O, “vicdanlı əldə edən” statusuna malikdir. Apellyasiya məhkəməsinin onun məhkəmə iclaslarında iştirak etməməsi faktına əsasən “vicdansız əldə edən” olması barədə nəticəsi qanunsuzdur və MPM-də belə əsaslandırma nəzərdə tutulmamışdır. Qətnamədə cavabdehin izahatındakı konkret ziddiyyətlər və onun vicdansız əldə edən olmasını sübut edən faktlar göstərilməmiş, nəticə ümumi və əsaslandırılmamış formada ifadə edilmişdir. İddiaçı reyestr göstəricilərinin (koordinatların) yanlış olduğunu sübut etməmiş, texniki səhvin düzəlişi barədə məhkəmə qərarı təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.2 və 16.6-cı maddələrinə əsasən, dövlət rey estrinin qeydləri doğru sayılır, əks sübut olmadıqca onların həqiqiliyi prezumpsiyası qüvvədə qalır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. İddiaçı kassasiya şikayətlərinə qarşı yazılı etiraz verərək kassasiya şikayətlərinin təmin edilməməsi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
49. Maddə
14. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
50. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgə r düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər.
51. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
52. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
53. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edi lə bilər.
54. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.
55. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
56. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
57. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
58. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
59. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir.
60. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
61. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
62. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
63. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
64. Maddə
340. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
65. Maddə
394. Bir tər əfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
66. Maddə
404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
67. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predm etinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
68. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
69. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
70. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq sur ətdə tətbiq edilir.
71. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
72. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
73. Maddə
35. Notariuslar və notariat hərəkətləri aparan digər vəzi fəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Maddə
43. Notariusun və notariat hərəkətini aparan digər vəzifəli şəxsin apardıqları bütün notariat hərəkətləri notariat re yestrində qeyd edilməli və hər bir hərəkətə müstəqil nömrə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
77. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
78. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
79. Maddə 407.2. Kass asiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
80. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
81. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 8
2. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
83. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
84. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
85. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
86. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı rədd edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı təmin etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya in stansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
87. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
88. Cavabdeh2 bağışlama müqaviləsinin etibarsız sayılmasının qanunsuz olması barədə dəlilləri əsassızdır. Belə ki, hər hansı əqdin qurucu elementi, əqdin iştirakçılarının niyyəti, hüquq və vəzifələrin yaranmasına, dəyişdirilməsinə və xitamına yönələn iradəsidir. Bu cür iradə ifadəsi onların niyyəti və motivindən formalaşır. Niyyət, tərəflərin müqavilə bağlamaqda hansı məqsəd güddüklərini göstərir. Motiv isə, bu niyyəti doğuran daxili səbəblərdir. Bağışlama əqdində mülkiyyətçi əşyaya mülkiyyət hüququnu başqasına əvəzsiz olaraq verir və bunun qarşılığında hər hansı mənfəət güdmür. Bir qayda olaraq, b ağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Hər bir halda bağışlama yardım etmə niyyəti, səxavətlilik, təşəkkür etmək və s. kimi motivlərlə müşayiət olunur.
89. Apelyasiya instansiyası məhkəməsi də mübahisələndirilən bağışlama müqaviləsinin etibarlılığı ilə bağlı tərəflərin dəlillərini təhlil edərkən haqlı olaraq bağışlayan şəxs İddiaçılə hədiyyə edilən şəxs Cavabdeh2 arasında olan münasibətləri araşdırmış, onların arasında bağışlama müqaviləsinin formalaşmasına zəmin yaradan (əsas verən) hər hansı münasibətin (motivin) olmadığını müəyyən etmişdir (bu qərarın 27-ci paraqrafı).
90. Həmçinin apelyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus olan torpaq sahəsinə dair JN-4464D saylı şəhadətnamə əsasında il kin olaraq Cavabdeh2 öz adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsi əsasında hazırda faktiki olaraq iddiaçının istifadəsində olan torpaq sahəsindən fərqli sahədə yerləşən torpaq sahəsinə dair aparılmış qeydiyyatın əsassız olmasını təsdiq edən sübutlar kimi - həmin notariat ofisində xx.xx.2024-cü il tarixli, 4Ə-259 reyestr nömrəli bağışlama müqaviləsinin rəsmiləşdirilməməsi ilə bağlı 22 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 254/2024 saylı məktubuna, DƏDKR X19 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli tarixli məktubları və Cavabdeh2 özünün birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verilmiş izahatlarına istinad etmişdir (bu qərarın 28-ci paraqrafı).
91. Cavabdeh2 məhkəmə tərəfindən müəyyən edilən bu halları təkzib edən hər hansı sübutu təqdim etməmişdir.
92. Məlumdur ki, qanunvericilikdə bağışlama müqaviləsinin real və konsensual formaları vardır. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir (MM-in 666.1-ci maddəsi). Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur (MM-in 668.1.5-ci maddəsi).
93. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən bağışlama müqaviləsinin predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur və hazı rda da iddiaçının istifadəsindədir.
94. Apellyasiya məhkəməsinin bağışlama müqaviləsini etibarsız saymaqla iddia tələbindən kənara çıxması barədə dəlil də əsassızdır. Çünki iddiaçı birinci instansiya məhkəməsində tələbini “bağışlama müqaviləsinin etibarsız sayılması, alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv olunması” kimi ifadə etmişdir. Həmin tələbdə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh4 arasında rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin ləğvi tələb edilməsinə baxmayaraq, bu tələb irəli sürülərkən (mülki işin 1-ci cildinin 81-83-cü vərəqləri) tələbin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 337-ci maddəsinə istinad olunmuş, işin faktik halları da müqavilənin ləğvinə deyil, müqavilənin etibarsızlığına dair dispozisiya şərtlərinə uyğun izah ol unmuşdur. Birinci instansiya məhkəməsində proses iştirakçılarının çəkişməsinin məzmun və əsasını da müqavilənin etibarsızlığı ilə bağlı müzakirələr təşkil etmiş, eyni zamanda məhkəmə də tədqiqatı predmet olaraq müqavilənin etibarsızlığı istiqamətində aparmışdır. Başqa sözlə, birinci instansiya məhkəməsində tərəflər alğı-satqı müqaviləsi ilə bağlı mübahisənin predmetini, həmin müqavilənin etibarsız sayılması barədə tələb kimi qəbul ediblər. Bu halda, apelyasiya instansiyası məhkəməsində iddiaçı tərəfin iddia tələbinin xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması kimi oxunması barədə ərizə verməsi, iddia tələbinin dəyişdirilməsi kimi qiymətləndirilə bilməz. Bu, apelyasiya instansiyası məhkəməsində, birinci instansiya məhkəməsində araşdırmanın əsasını təşkil etmiş pre dmetdən fərqli predmetin seçilməsinə yönələn prosessual hərəkət deyil.
95. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
96. Kassasiya şikayətlərinin digər dəlilləri mahiyyət etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kass asiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
97. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
98. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 15 may tarixli 2(105)-562/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.