Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2862/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi, əcnəbilərin torpağa mülkiyyət hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliyinin icra olunması, yaşayış evinin və torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin təqdim edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyas ının 16 mart 2023-cü il tarixli, 2(105)-550/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Alıcı İddiaçı ilə satıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 136 saylı satış müqaviləsinə əsasən, satıcı Abşeron rayonu Saray qəsəbəsi “Villa Badam” şəhərciyi A tipli 43 saylı villanı alıcıya satır, satıcı həmçinin villanın dəyəri 100 faiz ödənildiyi təqdirdə sahəsi əvvəlcədən razılaşdırılmış torpaq sahəsinin alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Villanın ümumi qiyməti 229792 ABŞ dolları müəyyən edilir. Torpaq sahəsinin ölçüsü 0,0958 ha təşkil edir.
2. Həmçinin müqavilənin 5.1-ci bəndinə görə, alıcı bu müqaviləyə əsasən, villanın dəyərini villa təhvil verilmə tarixindən əvvəl ödəməyi öhdəsinə götürür. Alıcı villanın üzərində öz mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı bütün xərcləri öz üzərinə götürür. Satıcı isə villanın üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün bütün tələb olunan sənədləri alıcıya təhvil vermək və bu sənədlərin əldə olunması üçün zəruri xərcləri ödəməyi öz üzərinə götürür.
3. Müqavilə üzrə alınmış villanın dəyəri alıcı tərəfindən ödənilmiş və bu barədə MMC tərəfindən borcun olmamasına dair maliyyə arayışı verilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********87 saylı məktubuna əsasən, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, A t ipli ünvanda yerləşən 43 nömrəli fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı xx.xx.2022-ci il tarixli müraciətə baxılmış, müraciətə əlavə edilmiş sənədlər əsasında fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Tələb olunan əsaslar üzrə fərdi yaşayış evi və torpaq sahəsinə dair notarial müqavilə və texniki sənədlər Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunla müəyyən edilmiş qaydada baxılacaqdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh yaxud MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında y erləşən villa tipli fərdi yaşayış evinin və evin yerləşdiyi, ona aid 0.0958 ha torpaq sahəsinin (tikintialtı və həyətyanı torpaq sahəsi) daşınmaz əmlakın dövlət reyestri qurumunun ərazi orqanında iddiaçının adına (ƏP:PTUR U13059374, xx.xx.2016, Antalya; FİN:d/t: xx.xx.1997) qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, sözügedən müqavilə qiyməti iddiaçı tərəfindən tam şəkildə ödənilmiş, bu barədə cavabdeh tərəfindən iddiaçıya maliyyə arayışı təqdim olunmuşdur. Hal-hazırda, iddiaçı həmin evi təmir edib oraya köçərək yaşamasa da, faktiki sahibi və qanuni istifadəçisi hesab olunur. Evin g iriş-çıxış qapısının açarları iddiaçıda olmaqla, 2019-2021-ci illər üçün kommunal xərclər ödənilmiş və bununla bağlı ödənişi təsdiq edən möhürlü qaimə də təqdim olunmuşdur. Evin tikilisi iki mərtəbədən ibarət olmaqla sahəsi 287.24 kv.m-dir. Tikintialtı və həyətyanı torpaq sahəsi ilə birlikdə (iddiaçıya məxsus ümumi torpaq sahəsi 0.0958 ha-dır, tikintialtı sahə bu sahənin içindədir) ev ümumi mühafizə olunan böyük bir məhəllənin tərkib hissəsində olmaqla həmin məhəllənin həyətində yerləşən villalardan biridir. İddiaçı sözügedən yaşayış evini ərazi üzrə daşınmaz əmlakın dövlət kadastrı və reyestri orqanında qeydiyyata aldırmaq və hüququnu tanıtdırmaq niyyətindədir. Bununla bağlı iddiaçı bir neçə dəfə cavabdeh şirkətə və rəhbərliyinə şifahi müraciətlər və xahişlər etmiş, lakin bir ildən çoxd ur ki, cavabdeh evlə bağlı mülkiyyət hüququnun rəsmiləşdirilməsi və qeydiyyatı üçün zəruri sənədlərin təqdim olunması ilə bağlı üzərinə götürdüyü öhdəliyə müxtəlif bəhanələr gətirərək əməl etmir. MMC rəhbərliyi yaşayış evini əvvəlcə özləri qeydiyyata aldıracağını, daha sonra isə qeydiyyat üçün tələb olunan sənədləri təqdim edəcəklərini dəfələrlə bildirsə də, məsələ hələ də həllini tapmamışdır. Hətta, bununla bağlı iddiaçı 2021-ci ilin oktyabr ayında şirkətin direktoru qanuni təmsilçisi X1 3 ay müddətində sənədləşdirilmə aparılması və tamamlanması üçün etibarnamə də vermişdir. Lakin bu müddət ərzində də evin sənədləşdirilməsi həyata keçirilməmişdir. Bu ilin mart ayında iddiaçı nümayəndə vasitəsilə ilkin olaraq 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edib qeydiyyat üçün tələb olunan sənədlə rin nədən ibarət olmasını aydınlaşdırmağa çalışmış, lakin 4 saylı Abşeron Ərazi İdarəsi iddiaçının malik olduğu sənədlərin (müqavilə və maliyyə arayışı) yetərli olmadığını bildirmişdir. Bu isə o deməkdir ki, cavabdeh şirkət lazımi sənədləri təqdim etməlidir ki, iddiaçı sənədləşdirməni qanunvericiliyə müvafiq qaydada özü həyata keçirsin. Lakin cavabdeh sənədləşdirilmə ilə bağlı müqavilə öhdəliyini icra etmir. 2022-ci ilin may ayında iddiaçı cavabdeh şirkətə yazılı ərizə ilə müraciət edərək, daşınmaz əmlakın (villanın) ilkin dövlət qeydiyyatının aidiyyəti ərazi qurumunda aparılması üçün tələb olunan sənədlərin ərizə alındığı zamandan hesablanmaqla 10 gün müddətində nümayəndəyə təqdim edilməsini xahiş etmiş, müraciəti xx.xx.2022-ci il tarixli cavab məktubu ilə cavablandıran şirkət sözügedən y aşayış kompleksində yerləşən A43 nömrəli fərdi yaşayış evinin iddiaçıya məxsus olduğunu təsdiq etsə də bildirmişdir ki, müəyyən səbəblərə görə villaya çıxarışın verilməsi prosesi xx.xx.2022-ci il tarixinə qədər başa çatacaqdır. Göründüyü kimi, cavabdeh şirkət “müəyyən səbəblər”in nədən ibarət olmasını açıqlamamışdır.
7. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə təqdim etməmişdir.
8. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(012)-3898/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia təmin edilərək, ünvan 2 ünvanında yerləşən villa tipli fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0958 ha torpaq sahəsinin (tikintialtı və həyətyanı torpaq s ahəsi) daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına (ƏP:PTUR U13059374, xx.xx.2016, Antalya; FİN:d/t: xx.xx.1997) qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MMC-yə həvalə edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi iddiaçının hazırki iddianı verməyə subyektiv hüququnu araşdıraraq müəyyən etmişdir ki, əcnəbi vətəndaş olan iddiaçının Azərbaycan Respublikası ərazisində yerləşən daşınmaz əmlakı olmaqla, həmin fərdi yaşayış evi onun faktiki sahiblik və istifadəsindədir. Bu səbəbdən də, iddiaçı həmin yaşayış sahəsinə dair zəruri sənədlərin ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə Azərbaycan Respublikasının məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdı r ki, sözügedən yaşayış sahəsi hazırda, iddiaçının qanuni istifadəsində və sahibliyindədir ki, bu, mülki iş materiallarına əlavə olunmuş cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə də öz təsdiqini tapmışdır. Lakin müqaviləyə əsasən, ödəniş edildikdən sonra villanın və mülkiyyət hüquqlarının qeydə alınması üçün zəruri sənədlərin təhvil verilməsi öhdəliyini öz üzərinə götürmüş cavabdeh villanı təhvil vermiş olmasına baxmayaraq, sənədləri təqdim etməmiş, hətta xx.xx.2022-ci il tarixli məktubunda xx.xx.2022-ci il tarixədək təhvil verəcəyi vədini vermiş olsa da, öhdəliyinə riayət etməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən, cavabdeh-satıcı villanın üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün bütün tələb olunan sənədləri alıcıya təhvil verməyi və b u sənədlərin əldə olunması üçün zəruri xərcləri ödəməyi öz üzərinə götürmüşdür.
11. Məhkəmə Mülki Məcəllənin 567, 568.1 və 568.2-ci maddələrinə istinad edərək bildirmişdir ki, qanunun tələblərindən də göründüyü kimi, hazırki iş üzrə cavabdeh müqavilə üzrə iddiaçı tərəfindən alınmış villanı təhvil verməsinə baxmayaraq, villaya dair bütün zəruri sənədləri təhvil verməmişdir. Bu səbəbdən də iddiaçının iddia tələbləri əsaslı olduğundan təmin edilməli, mübahisəli fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0958 ha torpaq sahəsinin (tikintialtı və həyətyanı torpaq sahəsi) daşınmaz əmlakın dövlət reyestri qurumunun ərazi orqanında iddiaçının adına (ƏP:PTUR U13059374, xx.xx.2016, Antalya; FİN:d/t: xx.xx.1997) qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyi cavabdehin üzəri nə qoyulmalıdır.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 152.1, 152.2, 152.3, 157.8, 385.1, 389.1, 399.1, 442, 448.1, 567, 568.1, 568.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 119.1, 124.1, 217.3, 217.4, 439.1, 443.0.1-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin 5.1-ci bəndinə əsasən villanın ilkin hüquqi qeydiyyatı üçün zəruri olan və onda olan bütün sənədləri alıcıya təqdim etmişdir. Həmin sənə dlər borcun olmamasına dair maliyyə arayışı, alğı-satqı müqaviləsi və evin sxemindən ibarədir. İddiaçının iddia etdiyi və zəruri olan digər sənədləri cavabdeh təqdim edə bilmir. Çünki həmin sənədlərin nədən ibarət olması məlum deyildir. 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubundan da göründüyü kimi qeydiyyat orqanı hüquqların qeydiyyata alınmasından imtina etmiş və iddiaçıdan fərdi yaşayış evi və torpaq sahəsinə dair notarial müqavilə və texniki sənədlərin təqdim edilməsini tələb etmişdir. Qeyd olunmalıdır ki, fərdi yaşayış evi iddiaçıya alğı-satqı müqaviləsi əsasında satılmışdır. Həmin alğı-satqı müqaviləsi də iddiaçıya təqdim edilmişdir. Torpaq sahəsinə dair notariat qaydada müqavilənin isə iddiaçıya təqdim edilməsi mümkün deyil ona görə ki, iddiaçı əcnəbi dir və qanunvericiliyin tələblərinə görə əcnəbi mülkiyyətinə torpaq sahəsi əldə edə bilməz.
15. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(105)-550/2023 nömrəli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Almaz Süleymanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələrdir və bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh müqavilə üzrə iddiaçı tərəfindən alınmış villanı təhvil verməsinə baxmayaraq, həmin villaya dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması üçün zəruri olan sənədlərin təhvil verilməsi öhdəliyini yerinə yetirməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin “iddiaçının əcnəbi olması və qanunvericiliyin tələblərinə görə əcnəbinin mülkiyyətinə torpaq sahəsinin verilə bilməməsi” dəlili ilə bağlı qeyd etmişdir ki, cavabdehin qeyd etdiyi dəlil hazırki mübahisənin predmeti deyildir. Cavabdehin vəzifəsi satdığı əmlakın üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün bütün tələb olunan sənədləri alıcıya təhvil verməkdən ibarətdir.
18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 399.1, 442, 448.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6, 372.7, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə kollegiyası Mülki Məcəllənin 442-ci maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Məhkəmə cavabdeh tərəfindən üzərinə düşən öhdəliklərin pozulması qənaətinə gəlsə də, bunun nədən ibarət olmasını və konkret olaraq nədə ifadə olunmasını əsaslandırmamışdır. Bu isə apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi qənaətinə gəlməyə əsas v erir.
21. Həmçinin, qanun torpaq sahəsi üzərində əcnəbinin yalnız icarə hüquqlarının qeydiyyata alınmasına icazə verir. İşə baxan apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu dəlilinə hər hansı hüquqi qiymət verməmiş və faktiki olaraq cavabdehin üzərinə qanunla icra edilməsi mümkün olmayan öhdəliyin icrasını həvalə etmişdir.
22. Digər tərəfdən, məhkəmə qətnaməsində cavabdehin üzərinə zəruri sənədlərin təqdim edilməsi vəzifəsinin icrasını qoysa da, həmin zəruri sənədlərin nədən ibarət olmasını göstərməmişdir. Məhkəmə işə baxarkən iddiaçının aldığı fərdi yaşayış evinin hüquqi qeydiyyatdan keçirmək üçün zəruri olan sənədlərin həqiqətən də cavabdehdə olubolmamasını və cavabdehin həmin sənədləri qərəzli olaraq təqdim edib-etməməsini müəyyən etməmişdir.
23. Bundan əlavə, məhkəmə i ş üzrə təqdim olunmuş sübutları düzgün araşdırmamışdır. Belə ki, iddiaçıya aldığı evin ilkin hüquqi qeydiyyatdan keçirilməsindən imtina olunmuşdur. İddiaçı hüquqları qeydə almaqdan imtina edən orqanın hərəkətlərini mübahisələndirmək əvəzinə cavabdehə qarşı iddia qaldırmışdır. Halbuki, zəruri olan bütün sənədlər qeydiyyat orqanına təqdim olunmuşdur və qeydiyyat orqanı zəruri olan sənədlər var idisə, öz xidməti vəzifəsinə görə onları özü əldə etməli idi. Lakin qeydiyyat orqanı olan 4 saylı Abşeron rayon Ərazi İdarəsi əsassız olaraq iddiaçıya imtina etmiş, iddiaçı isə heç bir əsas olmadan məlum olmayan zəruri sənədləri cavabdehdən tələb etməyə başlamışdır. İşin bu faktiki halları məhkəmə kollegiyası tərəfindən araşdırılmamış və təqdim olunmuş sübutlar müqayisəli şəkildə qiymətləndirilməmişdir.
24. Kassator şikayətini Azəbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 389.1, 399.1, 442-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.3, 49.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 71, 80-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh müəssisə inşaat şirkəti olaraq, sözügedən müqaviləyə əsasən, daşınmaz əmlakın rəsmiləşmə işlərində ona köməklik etməlidir. Bu, cavabdehin müqavilə üzrə öhdəliyidir. Daşınmaz əmlakın reyestrində evə hüququnun qeydiyyatı üçün tələb olunan sənədlərin verilməsi cavabdehin müqavilə öhdəlikləri ilə ehtiva olunur. Bununla belə, müqavilədə xüsusi bənd də vardır ki, cavabdeh rəsmiləşmə işləri ilə bağlı müvafiq sənədləri iddiaçıya təqdim etməlidir.
26. Həmçinin, iddiaçıya aydındır ki, mülkiyyət hüquqları ilə xarici ölkə vətəndaşlarının adına Azərbaycan Respublikasında torpaq sənədləşdirilmir. Belə ki, Azərbaycanda onun qohumları olduğundan ona aid müvafiq torpaq sahəsi hissəsini burada yaşayan qohumlarından birinin adına qeydiyyata alması mümkündür. Bundan əlavə, cavabdeh onunla müqavilə bağlayarkən iddiaçının xarici ölkə vətəndaşı olduğunu bilirdi. Əgər hər hansı bir problem olacaqdırsa, bu barədə onu məlumatlandırmalı idi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə
14. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplər inə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
30. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
33. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
34. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan so nra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
35. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
36. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk d airəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
38. Maddə 48, 3-cü hissə. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
39. Maddə 49, 4-cü hissə. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun
40. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunma sına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barə də məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən bax ılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsini n qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırılması barədə prosessual hüquq normalarına əməl olunmadığına görə məhkəmənin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.
51. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları bu qərarın 1-4-cü paraqraflarında göstərilmişdir.
52. İddiaçının tələbi bir-biri ilə bağlı olan iki hissədən ibarətdir:
1. Villa tipli fərdi yaşayış evi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması;
2. Evin yerləşdiyi, ona aid 0.0958 ha torpaq sahəsinin üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması.
53. Tərəflər arasında yaranmış mübahisə müqavilə öhdəliklərinin icrası üzrə yaranmışdır.
54. Məhkəmə kollegiyası qeyd edir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
55. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
56. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəml iyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
57. Baxılan iş üzrə tərəflərin arasında bağlanmış müqavilənin 5.1-ci bəndində, cavabdeh satıcı olaraq iddiaçıya tikiləcək villanın üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün bütün tələb olunan sənədləri iddiaçıya təhvil vermək və bu sənədlərin əldə olunması üçün zəruri xərcləri ödəmək barədə öhdəlik götürmüşdür.
58. İddiaçı bu şərtin cavabdeh tərəfindən icra olunmasını tələb etmək hüququna malikdir. Lakin iddiaçı müqavilə əsasında ona satılmış evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün məhz hansı sənədlərin verilməli olduğunu dəqiq göstərməmiş, birinci instansiya məhk əməsi də məhz hansı sənədlərin verilməli olduğunu qətnamədə göstərmədən, ümumi məzmunda «fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0958 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini» qət etmişdir.
59. Baxılan iş üzrə qətnamədə fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatının aparılması üçün məhz hansı sənədlərin cavabdeh tərəfindən verilməli olduğu göstərilməli idi. Bu, hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarında izah etmişdir ki, məhkəmələr hər hansı məsələyə baxarkən nəzərə almalıdırlar ki, hüquqi müəyyənlik prinsi pi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
60. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün zəruri olan əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddəsində konkret olaraq müəyyən edilmiş dir. Buna görə də məhkəmə iddia ərizəsində ümumi şəkildə “qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin verilməsi” kimi ifadə olunmuş iddia tələbini dəqiqləşdirmək üçün işin hallarını tərəflərlə müzakirə edib, tərəflər arasında bağlanmış müqavilənin sözügedən şərti ilə cavabdehin məhz hansı sənədləri vermək öhdəliyi yarandığnı müəyyən etməli, iddiaçıya hansı sənədlərin verildiyini, hansılarının çatışmadığını aydınlaşdırmalı, bundan asılı olaraq cavabdehin üzərinə məhz hansı sənədləri vermək öhdəliyi qoyduğunu göstərməli idi.
61. Bu həm də ona görə zəruri idi ki, məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxara bilə r ki, bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə və gələcəkdə icra edilməsində ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, məhkəmə qərarı birmənalı və aydın qəbul edilməlidir ki, gələcəkdə onun praktiki cəhətdən icrası mümkün olsun. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
62. Bundan başqa, məhkəmə iddia tələbini “evin yerləşdiyi, ona aid 0.0958 ha torpaq sahəsinin üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində də təmin etmişdir.
63. İddianın bu hissəsi ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının bu tələbi də cavabdehlə bağlanmış müqavilə şərtinə əsaslanır. Belə ki, müqavilədə əksini tapmış şərtə əsasən, cavabdeh həmçinin sahəsi əvvəlcədən razılaşdırılmış torpaq sahəsinin də alıcının mülkyyətinə verilməsini öhdəsinə götürmüşdür.
64. Lakin cavabdeh bu şərtin icra edilməsinin mümkün olmadığını bildirir və mövqeyini onunla izah edir ki, iddiaçı əcnəbi olduğuna görə, Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən onun mülkiyyətinə torpaq sahəsinin verilməsi mümkün deyildir.
65. Həqiqətən də Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü hissəsi və 49-cu maddəsinin 4-cü hissələri baxımından qanunun tələbi ondan ibarətdir ki, əcnəbilər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Əcnəbi fiziki şəxsin mülkiyyətinə torpaq sahəsinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçməsi mümkündür. Lakin bu halda əcnəbi şəxs mülkiyyət hüququnu bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirməldir. Əks təqdirdə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.
66. Göründüyü kimi cavabdehin etiraz dəlili açıq-aşkar əsassız deyildir və işin mahiyyəti üzrə həllinə bilavasitə təsdiq edən haldır. Bu halda məhkəmə cavabdehin bu dəlilini araşdırmalı idi.
67. Torpaq sahəsi ilə bağlı iddia tələbini təmin edərkən bu cür araşdırma aparılması həm də ona görə zəruri idi ki, yuxarıda qeyd olunduğu kimi bu tələb tərəflərin arasında bağlanmış əqdə əsaslan an tələbdir.
68. Əqdə əsaslanan tələblərdə məhkəmə ilk nöbədə həmin əqdin etibarlı olubolmadığını təsbit etməlidir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
69. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
70. Lakin apelyasiya instansiyası məhkəməsi cavabdehin Torpaq Məcəlləsinin 48-ci maddəsinə istinadən irəli sürdüyü dəlili, əqdin torpaq sahəsinin alıcının mülkiyyətinə verilməsinə dair hissəsinin etibarlılığı baxımından araşdırmamışdır.
71. Qeyd olunmalıdır ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
72. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərin ə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
73. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
74. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
75. Lakin qanunverici tərəflərin mülki hüquqla rını iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri əsasında həyata keçirməsini də, müəyyən qanuni hədlərlə məhdudlaşdırmışdır. Belə ki, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və məhz qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (MM 6.2-ci maddə). Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər (MM 6.3-cü maddə).
76. Göründüyü kimi, qanunverici mülki hüquq subyektləri arasında onların sərbəstliyi əsasında bağlanmış, lakin qanunvericiliyə zidd olmayan müqavilə şərtlərini etibarlı şərtlər kimi qəbul ed ir.
77. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılıb və qərar qəbul edilmiş olsun. Mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir.
78. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
79. Məhkəmə kollegiyası qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007ci il tarixli Qərarları).
80. Hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaları nəzərə almayaraq bütün faktların hə rtərəfli tədqiqini aparmadan, təqdim edilən sübutlara hüquqi qiymət vermədən nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət etməmiş, çəkişmə prinsipinin təmin edilməsinə dair vəzifələrini yerinə yetirməmiş, bununla da Mülki Prosessual Məcəllənin 9, 14, 88, 217.4, 372.7 və 387.1-ci maddələrinin tələblərinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
81. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
82. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları arad an qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
83. Məhkəmə kollegiyası qeyd edir ki, kassatorun “iddiaçıya aldığı evin ilkin hüquqi qeydiyyatdan keçirilməsindən imtina olunmuşdur, iddiaçı hüquqları qeydə almaqdan imtina edən orqanın hərəkətlərini mübahisələndirmək əvəzinə cavabdehə qarşı iddia qaldırmışdır” dəlili əsassızdır. Çünki verilmiş iddia tələbi cavabdehlə bağlanmış müqavilə öhdəliyinin icra olunası barədədir.
84. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsa sən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(105)-550/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.