Məhkəmə qərarları › İş №2(102)-2863/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2863/2020

29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2863/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili xxx oğlunun, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı eyni tələbə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleg iyasının xx xxxxxx 2019cu il tarixli, 2(103)-13189/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili xxx oğlu, habelə Cavabdeh və vəkilləri xxx oğlu və X3 tərəfindən ayrı-ayrılığında verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 47000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 141000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ver ilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)-5721/2018 nömrəli qətnaməsi ilə (N.Ə.Misirzadə) ilkin iddia qismən təmin olunmuş, 44558,41 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, həmçinin qarşılıqlı iddianın təmin olunmaması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)287/2019 nömrəli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov - sədrlik edən və məruzəçi, X.Ə.Əliyev və F.Ş.Talışinski) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilk iddiaya dair hissədə ləğv olunmuş, İddiaçı Cavabdeh qarşı “pul” təl əbinə dair ilk iddia ərizəsi əsassız olduğundan rədd edilmiş, qətnamə apellyasiya şikayətinə əsasən qalan hissədə (qarşılıqlı iddianın təmin olunmaması hissədə) dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-5393/2019 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-287/2019 nömrəli qətnaməsi qismən - İddiaçı Cavabdeh qarşı “47000 manat pul tələbinə dair” ilk iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.N.Sadıqov - sədrlik edən və məruzəçi, A.Q.Hüseynov və A.N.İmanov) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13189/2019 nömrəli qətnaməsi ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(011)5721/2018 nömrəli qətnaməsinin 44558,41 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh 27218,41 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, mağaza avadanlıqlarının və onların hissələrinin isə Cavabdeh və İddiaçı arasında bərabər şəkildə naturada bölünməsi qət edilmişdir. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və vəkili xxx oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2 019-cu il tarixli, 2(103)-13189/2019 nömrəli qətnaməsinin qismən, mağaza avadanlıqları və onların hissələrinin naturada bölünməsi hissəsində ləğv edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və vəkili xxx oğlu kassasiya şikayəti və sonradan vəkili xxx oğlu vasitəsi ilə kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13189/2019 nömrəli qətnaməsinin ləğv edilərək, apellyasiya instansiyası məhkəməsində müəyyən edilən hallar və sübutlar əsasında iddia tələbinin tamamilə rədd edilməsi baərdə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni çıxararkən cavabdehin bölgü zamanı avadanlıqların bölünməsindən imtina etdiyini, 2 ildən artıq müddətdə özündə saxlayaraq istifadə etdiyini, 2 ildən artıq müddətdə özündə saxlayaraq istifadə etdiyini, bu müddət ərzində avadanlıqların qiymətdən düşərək yararsız hala düşdüyünü, məhkəmə prosesi zamanı avadanlıqların dəyərinin qiymətləndirilməsində ilkin məhkəməyə təqdim edilmiş siyahı ilə tam uyğunsuzluğunu nəzərə almamış, düzgün olmayan nəticəyə gəlmişdir. Cavabdehin kassasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, apellyasiya intansiyası məhkəməsi Ali Məhkəmənin iş üzrə çıxardığı qərarda müəyyən etdiyi göstərişləri tam icra etməmiş, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün bütün tədbirləri görməmiş, sübutları düzgün qiymətləndirməmiş, cavabdehin qarşılıqlı iddiasına hüquqi qiymət verilməmişdir. Cavabdeh tərəfindən iddiaçı tərəfindən 80000 manat pul vəsaitinin qoyuluşunu həyata keçirdiyinə dair bir xüsusat bildirilməmiş, mübahisəyə aidiyyəti olmayan maddi hüquq normalarını tətbiq etmiş, iş üzrə məhkəmə-əmtəəyşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilməsinə zərurət yarandığı halda, bunu etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsi, cavabdeh tərəfin kassasiya şikayətinin isə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkil i xxx oğlu kassasiya şikayətini müdafiə edərək, təmin edilməsi, iddiaçının tərəfin kassasiya şikayətinin isə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallar ında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı Cavabdeh qarşılıqlı iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməsə də, sonuncu tərəfindən apellyasiya şikayəti verilməmiş və sonrakı mərhələlərdə apellyasiya və kassasiya şikayətinin predmetini yalnız ilkin iddia tələbləri üzrə qəbul edilmiş qətnamələr təşkil etmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin qanuniliyinin yoxlanılması hazı rki kassasiya şikayətinin predmetini təşkil etmir və bununla bağlı onun kassasiya şikayətinin dəlilinə hüquqi qiymət verilə bilməz. İddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında “xxx” adlı uşaq geyimləri və ləvazimatları mağazasının açılması və birgə fəaliyyətə başlanılması barədə şifahi razılığın əldə olunması, bu məqsədlə iddiaçı tərəfindən 80000 manat, cavabdeh tərəfindən isə 51000 manat pul vəsaitinin qoyulması, mağazanın açılışının xx xxxxxx 2013-cü il tarixdə baş verməsi, tərəflərin hər birinin mağazanın fəaliyyəti dövründə ən azı 72000 manat (iddiaçı 72450 manat, cavabdeh 72250 manat - pul formasında, aylıq gəlirlər) gəlir əldə etmələri işin mübahisə olunmayan hallarıdır. Mötəbərliyini tərəflər mübahisələndirmədiklər i xx xxxxxx 2018-ci il tarixli aktın kserosurətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixə kompüter üzrə mal qalığı 167116,83 manat təşkil etmişdir. Tərəflərin izahatından aydın olur ki, xx xxxxxx 2018-ci il tarixli akt tərtib olunduqdan sonra kreditor borcları ödəmək üçün mağazanın daha bir müddət fəaliyyət göstərməsi və yalnız bundan sonra real bölgü aparılması barədə razılıq əldə olunmuşdur. Bu səbəbdən mağaza fəaliyyətini davam etdirmiş, lakin sonrakı fəaliyyətində iddiaçının qızı xxx iştirak etməmiş (işləməmiş), mağazanı Cavabdeh iddiaçı tərəfin nəzarəti və iştirakı olmadan özü tək işlətmişdir. Tərəflər arasında mal bölgüsü 2018-ci il aprelin 16-dan mayın 25-dək aparılmışdır. İddiaçı, cavabdehin bildirməsinə istinad edərək, birinci instansiya məhkəməsində xx xxxxxx 2018-ci il tarixl i akt tərtib edilərkən mağazanın 36000 manat, apellyasiya baxışı zamanı isə təxminən 34000-36000 manat civarında kreditor borcu olduğunu qeyd etmişdir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsində mağazanın kredit borcunun 40000 manat, apellyasiya baxışı zamanı isə 46000 manat təşkil etdiyini qeyd etmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh mağazanın kredit borcunun daha artıq məbləğdə olduğunu iddia etsə də, bunu təsdiq edəcək hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçı isə borcun 36000 manat məbləğində olmasını mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi, mağazanın kreditor borcunun 36000 manat məbləğində olmasını əsaslı hesab etmiş və qeyd etmişdir ki, cavabdeh borcun daha yüksək məbləğdə olmasını iddia etdiyi üçün, bu halı sübut etmək yükü onun üzərinə düş ür. xx xxxxxx 2018-ci il tarixli akta əsasən mal qalığı 167116,83 manat, kreditor borc isə 36000 manat təşkil etmiş və bölgüyə düşən malın dəyəri 131116,83 manat olmuşdur (167116,8336000=131116,83). Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında birgə fəaliyyət və s. barədə yazılı müqavilə bağlanmasa da, Mülki Məcəllənin 425-ci maddəsinin tələbləri nəzərə alınmaqla, oxşar münasibətləri tənzimləyən cəmiyyətdə təşəkkül tapmış işgüzar adətlər onu deməyə əsas verir ki, tam ortaqlıqdan çıxmış iştirakçıya şərikli kapitaldakı payına uyğun ortaqlıq əmlakı hissəsinin dəyəri ödənilməli, çıxan iştirakçıya ortaqlıq əmlakından çatası hissə və ya onun dəyərinin çıxdığı məqamda tərtib edilən balans üzrə müəyənləşdərilməlidir. Qeyd olunanlara əsasən, 131116,83 manat məbləğdən 80000 manat iddiaç ının, 51000 manat isə cavabdehin qoyduğu vəsait çıxıldıqda 116,83 manat qalır. Qalan bu məbləğ tərəflər arasında bərabər böülndükdə 58,41 manat qalır. Alınan məbləğin üzərinə iddiaçının qoyduğu 80000 manatı gəldikdə 80058,41 manat alınır. İş materiallarında olan iddiaçı tərəfindən sonradan cavabdehə ünvanlanmış xx xxxx 2018-ci il və xx xxxx 2018-ci il tarixli bildirişlərdən görünürki, iddiaçı mal qalığının bölgüsü zamanı onun payına düşən 56500 manatlıq malın yalnız 1830 manat hissəsi ilə əlaqədar pretenziya irəli sürmüşdür. 1830 manatlıq malın götürülməməsi cavabdeh tərəfindən də təsdiq edilmişdir. Belə olan halda, 80058,41 manat məbləğ ilə iddiaçıya düşən paydan qalan 1830 manat birlikdə 81888,41 manat edir. Həmin məbləğdən iddiaçının götürdüyü 54670 manat çıxıldıqda 27218,41 manat qalır ki, apellyasiya instansiyası məhkəməsi həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyt etmişdir ki, mağazada quraşdırılmış avadanlığın dəyərinin 35.000 manat olması işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən təqdim olunmuş “xxxx” MMC-nin hesabatı ilə xx xxxxxx 2019-cu il tarixə mağaza avadanlıqları və onların hissələrinin bazar dəyərinin 4200 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı bu qiymətləndirmə ilə razılaşmadığını bildirmişdir. Apellyasiya məhkəməsi mağazada quraşdırılmış avandanlıqlar real vəziyyətdə mövcud olmasını, həmin avadanlıqların, yəni stellajlar, şkaflar və s. fərdi-müəyyən əşyalar olmaqla (bu avadanlıqlar məxsusi olaraq həmin mağaza üçün hazırlanıb quraşdırıldığından fərdi-müəyyən xüsusiy yətlərə malikdir), keçən müddət ərzində onların dəyərinin azalmasını və hazırda bu avadanlıqların 35000 manat dəyərində olması, bu əsasla da cavabdehdən iddiaçının xeyrinə həmin vəsaitin yarı hissəsinin tutulmasının qanuni, eyni zamanda ədalətli bölgü prinsipinə uyğun gələ bilməməsini nəzərə alaraq, onların tərəflər arasında bərabər şəkildə naturada bölünməsini qət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavdə sayılır. Həmin Məcəllənin 390.1 və 390.4-cü maddələrinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq su rətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin həlli sübutların qiymətləndirilməsində asılı olmuş və apellyasiya instansiyası bununla bağlı prosessual hüquq nomalarını pozmamış, tərəflərin təqdim etdikləri sübutlar əsasında qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara oby ektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutla rın araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gəl ərək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinin tələblərini pozaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə verdiyi göstərişləri tam icra etməməsi, iş üzrə zəruri ekspertizaların keçirilməməsinə dair cavabdeh tərəfin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiy ası məhkəməsi əvvəlki qərarında işdə iştirak edən şəxslərin, o cümlədən cavabdehin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirilməsini, tərəflərin tam ortaqlığına əsaslanan dükanın nə vaxtdan fəaliyyətə başlamasını, iddiaçının ortaqlıqda iştirakdan nə vaxtdan imtina etməsini dəqiqləşdirilməsini, tərəflərin dükanda şərikli kapitalının miqdarını, tərkibini, eləcə də hər bir iştirakçının şərikli kapitaldakı payının miqdarını müəyyən edilməsini, vergi ödəycisi kimi cavabdehin bu barədə vergi orqanına təqdim etdiyi hesabatları məhkəməyə təqdim etməyi ona təklif edilməsini, zərurət yarandığı halda iş üzrə müvafiq ekspertizalar keçirib iddiaçının tam ortaqlıqdan çıxdığı vaxt dükanda olan qalıq malların t ərkibini, dəyərini, həmçinin orada olan avadanlıqların ötən 5 il müddət ərzində amortizasiya və köhnəlmə əmsallarını da nəzərə almaqla hazırki real bazar qiymətlərini müəyyən edilməsini, xx xxxxxx 2018-ci il tarixli aktı tərtib etmiş, imzalamış şəxsləri, yəni xxx, xxx və xxxi şahid qismində məhkəmə iclasına dəvət edib dinlənilməsini zəruri bilmişdir. Həmçinin Ali Məhkəmə qərarında göstərmişdir ki, “dükanda olan qalıq mallarının dəyəri xx xxxxxx 2018-ci il tarixdə müəyyən edildiyi və bu barədə cavabdehin özünün iştirakı ilə müvafiq akt tərtib edildiyi halda, qalıq mallarının dəyərinin sayılmasının bir neçə ay davam etməklə xx xxx 2018-ci il tarixədək uzanması və bu müddət ərzində bəzi malların satılması nəticədə malların qalıq dəyərinin, eləcə də kredit borcunun məbləğinin azalması və sair inandırıcı, ağlabatan görünmür və işdə, bu halları təsdiq edən heç bir mötəbər yazılı sübut yoxdur. Eyni zamanda dükanın kredit borcunun 46859 manat civarında olması mülki iş materilları ilə təsdiq olunmur, apellyasiya instansiyası məhkəməsi bu məbləği hansı sübuta əsasən müəyyən etməsini qətnamədə göstərməyib. Əksinə, iddiaçının etirafına görə, dükanın kredit borcu 36.000 manat, dükanda cavabdeh tərəfindən quraşdırılmış avadanlıqların dəyəri isə 35.000 manat civarında olmuşdur… Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, cavabdehin öz vəzifəsini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə iddiaçı ilə aralarında olan razılaşmanın şərtlərinə müvafiq surətdə hərəkət etməməsini, eləcə də cavabdehin özünün də bəyənib imzaladığı akta görə xx xxxxxx 2018-ci il tarixdə dükanda olan qalıq mallarının dəyərinin 167116,83 manat, orada olan avadanlıqların dəyərinin isə cavabdehin etirafına görə 35000 manat, dükanın kredit borcunun iddiaçının etirafına görə 36000 manat təşkil etməsini, qanuna görə tam ortaqlıqdan çıxmış iştirakçıya şərikli kapitaldakı payına uyğun ortaqlıq əmlakı hissəsinin dəyərinin ödənilməli olmasını, həmçinin çıxan iştirakçıya ortaqlıq əmlakından çatası hissə və ya onun dəyərinin çıxdığı məqamda tərtib edilən balans üzrə müəyənləşdərilməsini və beləliklə də, iddiaçının ilkin ödədiyi 80000 manat da nəzərə alınmaqla, ona çatası qalıq mallarının dəyərinin 44558,41 manat təşkil etməsini nəzərə almadan və bu barədə işə əlavə edilmiş sübutlara obyektiv hüquqi qiymət vermədən, ilk iddia ərizəsini mübahisələndirilən hissədə rədd etməklə, əslində qeyd olunan məbləğdə dükanda qalan qalıq malları cavabdehin xeyrinə güzəştə getmişdir.” İş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya məhkəməsinin irəli sürdüyü göstərişələr uyğun araşdırma aparılaraq, təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir. Lakin göstərişlərin bir hissəsinin icra edilməməsi qəbul edilmiş qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflərlə dükanın fəaliyyəti ilə bağlı vergi orqanlarından sübutlar təqdim olunmamış, təqdim edilən sənədlərin mötəbərliyinə isə şübhə olmuşdur. Məhz bu əsasla apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsinə dair cavabdeh tərəfin vəsatəti təmin edilməmişdir. Həm iddiaçının, hə m də cavabdehin kassasiya şikayətinin digər dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər işin faktiki hallarının müəyyən olunmasına aiddir və bu halların araşdırılması prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə daxil deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin 407.1. 4, 408.1.5 və 416-cı maddələrinə əsasən, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya-hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131ci maddəsinin məzmununa uyğun olmazdı (“B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respu blikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarı və s.) Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Hər iki tərəfin kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsa s deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili xxx oğlu, habelə Cavabdeh və vəkilləri xxx oğlu və X3 tərəfindən ayrıayrılığında verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)13189/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar