Məhkəmə qərarları › İş №2(102)-2864/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2864/2020

22.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2864/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi, İddiaçı xxx qızının, vəkili Vəkil və cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı xxx qızının Cavabdeh qarşı “mənzilə köçürülmə və yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2019-cu il tarixli 2(103)-15068/2019 nömrəli qətnaməsindən iddiaçı xxx qızı və vəkili Vəkil tərə findən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xxx qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən mübahisəli mənzilə köçürülməsi və yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim K.Əsədov) 17 oktyabr 2019-cu il tarixli 2(002)-2324/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov - sədrlik edən və məruzəçi, E.Nəbiyev, A.Hüseyn) 17 dekabr 2019-cu il tarixli 2(103)-15068/2019 nömrəli qətnaməsi ilə iddiaçı xxx qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(0 02)-2324/2019 saylı mülki iş üzrə qəbul etdiyi 17 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xxx qızı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2019-cu il tarixli 2(103)-15068/2019 nömrəli qətnaməsinin ləğv edilərək mülki işə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı bütün faktiki hallar araşdırılmamış və sübutlara obyektiv qiymət verilməmişdir. Məhkəmə iclasları məhdud sayda keçirilmiş, ədalətli məhkəmə araşdırılması hüququ təmin edilməmiş, bir sıra prosessual məsələlərin həll edilməsi unudulmuşdur. İş materiall arında nümayəndə və vəkilin məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməməsi barədə məlumat olduğu halda buna əhəmiyyət verilməmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələbləri aşkarcasına pozulmuşdur. Məhkəmə baxışının zaman etibarı məhdudluğu baxımından digər bir prosessual tələb təmin edilməmiş, Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinin tələbi pozulmuşdur.İş materialları ilə sübut olunur ki, iddiaçı 01.10.2009-cu ildən sonra da 2017-ci ilin əvvəllərinə kimi mübahisəli mənzildə mülkiyyətçi ilə birlikdə onun oğlunun arvadı qismində yaşamış və ümumi təsərrüfat aparmışlar. 01.10.2009-cu il tarixdə yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsi ilə yaşayış evinin tərkib hissəsindən istifadənin yeni hüquqi əsası Məcəllənin 30.4-cü maddəsi fəaliyyətə başlamışdır. H əmin hüquqi əsas isə yaşayış evinin tərkib hissəsindən istifadəçi üçün belə bir hüququn əldə edilməsini iddia edən şəxsdən mülkiyyətçi ilə müqavilə bağlamağı tələb etmir. Onun mülkiyyətçiyə (ərinin anasına) məxsus olan evdə digər qohum qismində (bu işdə Səxavətin arvadı qismində) yaşamağı gələcəkdə mülkiyyətçinin keçmiş ailə üzvü kimi yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ əldə etməyinə imkan verir. İddiaçının 2009-cu ilin oktyabr ayının 1-dən sonra 2017ci ilin əvvəllərinə kimi mübahisəli mənzildə yaşadığına, həmin mənzildən istifadə etdiyinə görə bu faktın özü mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq olunmasına əsas verir. 2009-cu ilin oktyabr ayının 1-dən sonra deyil, həmin tarixdən əvvəl mübahisəli mənzildə yaşamasın a görə ona münasibətdə Mənzil Məcəlləsinin 30.4cü maddəsinin tətbiqindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasında əksini tapmış bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Bu mövqe Azərbaycan Respubliası Konstitusiya Məhkəməsi Plenumunun 28.01.2014-cü il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanunun bəzi müddəalarının şərh olunmasına dair” qərarında da öz ifadəsini tapmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, kassasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini etiraz edərək, kassasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdehə işin baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarına görə mübahisə predmeti olan ünvaninda cavabdehin atasının mülkiyyətində olub, 2007-ci ildə cavabdehin atası vəfat etdikdən sonra vərəsəlik qaydasında cavabdehin anası X1 mülkiyyətinə keçib və hal-hazırda da onun mülkiyyətindədir. İddiaçı xxx qızı 16.06.2005-ci il tarixdə Cavabdeh ilə faktiki nikah münasibətlərinə daxil olmuş və həmin mənzilə gəlin köçmüşdür. Həmin münasibətlərdən 10.12.2006-cı il təvəllüdlü Yusif Məmmədov və 24.05.2012-ci il təv əllüdlü Siyasət Məmmədov anadan olmuşdur. 24.05.2016-cı il tarixdə tərəflər rəsmi nikah bağlamışlar. Kürdəmir Rayon Məhkəməsinin 03.06.2019-cu il tarixli 2(041)-296/2019 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaqlar anaları xxx qızının yanında saxlanılmışlar. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki,iddiaçı tərəfindən mübahisəli mənzilə istifadə hüququnun tanınması tələbi irəli sürülsə də, iddia ərizəsində mənzilin mülkiyyətçisi olan X3 cavabdeh kimi göstərilməmişdir. Ona görə də, həmin hissədə iddia buna cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür. Həmçinin mənzilə köçürülmə tələbinə dair qeyd edilmişdir ki, bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli mənzilə istifadə hü ququ mövcud olmalıdır ki, köçürülmə üçün əsas olsun. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarına qiymət verərək, haqlı olaraq qeyd etmişdir ki, iddiaçının 2005-ci ildə mübahisəli mənzilə köçdüyündən, yəni tərəflər arasında hüquq münasibətlərinin 2000-ci il sentyabrın 1-dən sonra, eyni zamanda hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən (01.10.2009) əvvəl yarandığından iddiaçının mübahisəli mənzildən istifadə hüquqlarının yaranıb-yaranmadığı məsələsi Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayı ş binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmaya n uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı ya rdım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifa də hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun tanınması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. İddiaçı isə mübahisəli mənzilin əvvəlki və hazırkı mülkiyyətçisinin qeyd olunan ailə üzvləri sırasına daxil deyil və onun istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə yazılı bağlanan və notariat qaydasında təsdiqlənən razılaşma olmalıdır. Hazırkı işdə isə müəyyən edildi ki, belə razılaşma mövcud deyildir. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzilə dair istifadə hüququ əmələ gəlməmiş və onun mübahisəli mənzilə köçürülməsi üçün əsaslar mövcud deyildir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edi r ki, iş üzrə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələblərinin pozulması müəyyən edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də, iddiaçının 01.10.2009-cu il tarixdən qüvvədə olan yeni Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etməsi düzgün deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hall arını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə instansiyası tərəfindən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ vi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı xxx qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2019-cu il tarixli 2(103)15068/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar