Məhkəmə qərarları › İş №2(102)-2865/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2865/2024

26.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2865/2024 26.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakim Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), X9, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyun 2024-cü il tarixli 2(103)-2980/2024 nömrəli qətna məsindən İddiaçı kassasiya şikayətinə 26 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh (bundan sonra “cavabdeh” və ya “Agentlik”) ilə İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən, işçi 1 ay sınaq müddəti olmaqla 3 ay müddətinə (xx.xx.2021-ci il tarixindən işə başlamaqla) X3 İnzibati heyətində mütəxəssis (kadr işləri üzrə) vəzifəsinə müvəqqəti təyin edilmişdir.

2. Agentliyin xx.xx.2023 nömrəli, 3-17-4/3-2-1980/2023 nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

3. Mübahisə əmrin qanuniliyi bağlı yaranmı şdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin 3-17-4/3-2- 1980/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, onun X4 inzibati heyətində mütəxəssis vəzifəsinə bərpa olunması, cavabdehdən xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günədək 1.600 manat aylıq əmək haqqı hesabı ilə məcburi iş buraxma müddəti üçün əmək haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında iddiaçının Agentliyin X3 İnzibati Heyətinə mütəxəssis vəzifəsinə qəbul edilməyi ilə bağlı xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2022-ci il tarixədək 1 il 6 ay 1 gün müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır və iddiaçı inzibati heyətə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. Həmin müqaviləyə dəfələrlə dəyişikliklər edilmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixli dəyişikliyə əsasən, əmək haqqının məbləği xx.xx.2023-cü il tarixdən etibarən 1.600 manat müəyyən edilmişdir. Son zamanlar Agentlikdə işçilərlə imzalanan müqavilələrin müddətinin bitməsini əsas gətirərək əmək müqavilələrinə xitam verilmişdir. Belə ki, rəhbərlik tərəfindən müvafiq sənədlərin hazırlanması üçün iddiaçıya müraciət edildikdə, iddiaçı sərt reaksiya vermiş və işin icrasından imtina etmişdir. Rəhbərliklə aralarında yaranmış fikir ayrılığından dolayı cavabdehin iddiaçıya qarşı qərəzli münasibəti üzündən müəssisə rəhbəri səlahiyyətindən sui-istifadə edərək hüquq pozuntu suna yol vermişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının birbaşa rəhbəri daxili telefon ilə əlaqə saxlayaraq əmək müqaviləsinin müddətinin bitdiyini əsas gətirməklə iddiaçıya əmək müqaviləsinə xitam verildiyini bildirilmişdir.

6. Məsələ ilə bağlı araşdırma apardığında iddiaçıya məlum olmuşdur ki, cavabdehlə bağladığı müqaviləyə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “b” bəndi ilə xitam verilmiş, lakin bu günədək əmrin surəti ona təqdim edilməmişdir. Göründüyü kimi əmək müqaviləsi xx.xx.2021-xx.xx.2022-ci il tarixləri, yəni 1 il 6 ay 1 gün müddətinə bağlanmışdır. xx.xx.2022-ci il tarixdə tərəflər əmək müqaviləsinə xitam vermədiyi üçün əmək müqaviləsi ilkin müddət üçün uzadılmış hesab edilməlidir. Lakin cavabdeh qanunvericiliyi pozaraq əmək müqaviləsinin 1 i l tamamında, yəni müddəti bitməmiş əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə əmək müqaviləsinə xitam vermişdir. Halbuki, cavabdeh ilə iddiaçı arasında imzalanan əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmiş olacaqdı.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 45 və 73-cü maddələrinin müvafiq hissə və bəndlərinə istinad etmişdir.

8. Birinci instansiya məhkəmsində cavabdehin nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, bütün qanunauyğun tələblər yerinə yetirilmiş, qanun pozuntusuna yol verilməmişdir. İddiaçı ilə müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmış, işə çıxma tarixi xx.xx.2021-ci il tarixi olmaqla 1 ay sınaq müddəti ilə 3 aylıq bağlanmışdır. Hər dəfə müqavilə 3 aylıq uzadılmışdır. Nəticədə sonuncu müqavilə xx.xx.2023-cü il tarixdə bitmiş, iddi açı öncədən xəbərdar olunmaqla, Əmək Məcəlləsi 68-ci maddəsinin İİ hissəsinin “b” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir.

9. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-950/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş Agentliyin iddiaçı barəsində qəbul edilmiş “əmək müqaviləsinə xitam verilməsi haqqında” 3-17- 4/3-2-1980/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, iddiaçının X1 X5 mütəxəssis vəzifəsinə bərpa olunması, cavabdehdən xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günədək 1.600 manat aylıq əmək haqqı hesabı ilə məcburi iş buraxma müddəti üçün əmək haqqının tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Etibar Mustafayev)

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Agentliyin X3 İnzibati Heyətində mütəxəssis vəzifəsinə qəbul edilmiş, işə xx.xx.2021-ci il tarixdən başlanmış, əmək müqaviləsinin müddəti, 1 ayı sınaq müddəti olmaqla 3 ay müddətinə bağlanmışdır, əmək haqqı üzrə aylıq vəzifə maaşı ştat cədvəli üzrə təyin edilmişdir. Həmin müqavilə üzrə əmək münasibətləri davam edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2023-cü ildə daxil edilərək, orta aylıq əmək haqqı 800 manat, xx.xx.2023-cü il tarixdə daxil edilmiş məlumatlarda isə orta aylıq əmək haqqının məbləği 1600 manat qeyd olunmuşdur. Hər iki bildirişdə müqavilənin müddətinin qurtardığı tarix xx.xx.2022-ci il göstərilmişdir. Göründü yü kimi müqavilənin müddətinin qurtardığı tarix xx.xx.2022-ci il göstərilsə də, ən azından xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində əmək müqaviləsinə dəyişikliklər edilmişdir.

11. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin məzmunundan, Agentliyin nizamnaməsində göstərilən fəaliyyət istiqamətindən görünür ki, iddiaçının tutduğu vəzifə daimi xarakterə malik olmuşdur və işin bu halı cavabdeh tərəfindən mübahisələndirilmir.

12. Cavabdeh tərəfin “müqaviləni hər dəfə 3 ay uzadaraq, nəticədə sonuncu müqavilənin xx.xx.2023-cü il tarixdə bitməsi” ilə bağlı arqumentinə münasibətdə məhkəmə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağl ı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 5.1-ci bəndinə əsasən “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə məlumatların ilkin və ya əvvəlki dəyişiklikdən sonra sonuncu redaksiyası avtomatik rejimdə göstərilir və dəyişikliklər edilən məlumatlar əvvəlki məlumatların əvəzinə bildirişə daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində olan əmək müqaviləsinə edilmiş dəyişikliklər (xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə daxil edilmiş) nəzərə alındıqda əmək müqaviləsi üzrə işə başlama tarixi xx.xx.20 21-ci il, müqavilə müddətinin qurtardığı tarix isə xx.xx.2022-ci il olduğuna görə müqavilənin 1 il 6 ay 1 gün müddətinə bağlanması müəyyən olunur.

13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə xx.xx.2022-ci il tarixdə tərəflər əmək müqaviləsinə xitam vermədiyi üçün əmək müqaviləsi Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Lakin cavabdeh əmək qanunvericiliyinin tələblərini pozaraq əmək müqaviləsinin 1 il tamamında, yəni müddəti bitməmiş əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə əmək müqaviləsinə xitam vermişdir. Halbuki cavabdehlə iddiaçı arasında imzalanan əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək olması nəzərə alınmalı idi. Odur ki, 3-174/3-2-1980/2023 saylı, xx.xx.2023-cü il tarixli əmr qanunsuz hesab edilməlidi r.

14. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.

15. Bu nöqteyi nəzərdən birinci instansiya məhkəməsi cavabdehin dəlilləri ilə razılaşmayaraq hesab etmişdir ki, əmək müqaviləsinin hər dəfə 3 ay olmaqla uzadılaraq müqavilənin xx.xx.2023-cü il tarixdə bitməli olması ilə bağlı qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” dey iləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının əmək müqaviləsinə edilmiş dəyişikliklərdə müqavilə üzrə işə başlama tarixi xx.xx.2021-ci il, müqavilə müddətinin qurtardığı tarix isə xx.xx.2022-ci il olduğu halda müqavilənin müddətinin bitmə tarixinin xx.xx.2023-cü il tarixi müəyyən edilməsi işçinin iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin mülahizəsinə əsasən müəyyən edildiyi daha inandırıcı görünür.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 42, 45, 46, 47, 49, 68, 70, 73, 172, 300-ci maddələrinin müvafiq hissə bəndləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi Qaydaları”nın 2.2, 5.1, 5.2-ci bəndləri, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayətin verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mülki işi lazımi qaydada araşdırmamış, maddi hüquq normalarını pozmaqla kobud nöqsanlara yol vermiş və iddiaçının tələblərinə uyğunlaşdırmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, tərəflər arasındakı əmək müqaviləsi 3 ay müddətinə bağlanmış, 9 dəfə isə həmin müqavilənin müddəti daha 3 ay olmaqla uzadılmışdır. Tərəflər arasındakı son bir ildə (xx.xx.2022-xx.xx.2023) baş verən müqavilə müddətinin hər dəfə 3 ay olmaqla uzadılması barədə ƏMAS-da məlumat yoxdur. Bu hala səbəb odur ki, Agentlikdə işçilərlə adətən 3 ay olmaqla müddətli əmək müqaviləsi bağlanır və hamısının 3 ay olmaqla uzadılması barədə əmək müqaviləsinə dəyişiklik edilməsi bildirişinin ƏMAS-a yerləşdirilməsi fiziki cəhətdən qeyri-mümkündür. Bundan əlavə, qanunvericilik bu hala qiymət vermişdir: belə ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinə müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçı təklif olunmuş şərtlərlə (3 aylıq əmək müqaviləsi bağlanmasını) müqavilə bağlamaya da bilərdi. Həmin qurumda işləyən işçilər sərbəst şəkildə müqavilənin müddətli və ya müddətsiz olmasını seçə bilirlər. Agentlikdə çalışan hər hansı əməkdaş məcburi şəkildə müddətli əmək müqaviləsi bağlamağa məcbur edilmir. İşə qəbul olunmaq üçün işçilər qarşısında yalnız müddətli əmək müqaviləsi bağlanılması şərti qoyulmur və hər hansı hüquq bərabərliyinin pozulmasından söhbət gedə bilməz.

19. Apellyasiya baxışında cavabdehin nümayəndəsi əlavə olaraq bildirmişdir ki, iddiaçının təqdim etdiyi 1 il 6 ay 1 günə dair elektron sistemdən çıx arış, elektron qaydada avtomatik 3 ayların toplanılmaqla yazılışıdır. Təmsil etdiyi təşkilat işçilərlə 3 aylıq olmaqla əmək müqavilələri bağlayır. Kompüter 3 ayları avtomatik olaraq 1 il 6 ay fomasında hesablayır. İddiaçı apellyasiya şikayətinə etirazında müqavilənin əvvəlki səhifələrini də onun tərəfindən imzalanmalı olduğunu qeyd etmişdir. Müqavilə iki nüsxədə tərtib olunur və imzalandıqdan sonra tərəflərə verilir. Müqavilənin əvvəlki səhifələrinin dəyişdirilməsi sənəd saxtalaşdırılmasıdır. Cavabdeh tərəfindən bu cür əməlin törədilməsi yolverilməz haldır və mümkün deyil. İddiaçı müqavilənin 3 aylıq deyil, 1 il 6 aylıq olduğunu iddia edirsə, imzalanmış, 1 il 6 aylıq müddətdə bağlanmış müqavilə təqdim etsin. İddiaçı kadrlar şöbəsində işləyib və 3 aylıq müqaviləyə qol çəkdiyini bilirdi. O nlarda bütün əməkdaşlarla müqavilələr standart olaraq 3 aylıq müddətə bağlanılır. Bununla bağlı bir neçə müqavilə təqdim edə bilər.

20. İddiaçı apellyasiya şikayətinə etiraz vermiş və etirazını onunla əsaslandrımışdır ki, cavabdeh birinci instansiya məhkəməsinə kağız daşıyıcı formasında 3 ay müddətinə imzalanan əmək müqaviləsi təqdim etmişdir, lakin iddiaçı 3 ay müddətində heç bir müqaviləyə imza çəkməmiş, imza, təqdim olunan daşıyıcının yalnız son səhifəsindədir. İddiaçı uzun illərdir ki, kadrlar şöbəsinin müdiri vəzifəsində çalışırdı və əmək müqavilələri işlərində dərindən biliyə sahibdir, kağız daşıyıcıda imzalar hər vərəqdə soyadla bərəbər imzalanmalıdır. Cavabdehin təqdim etdiyi kağız daşıyıcıda yalnız son səhifədə imzasının olması iddiaçının yalnız daşıyıcının son səhifəni təsdiq etd iyi anlamına gəlir və bildirdiyi kimi, xx.xx.2021-ci il tarixdə müqavilə 3 ay deyil, 1 il 6 ay 1 gün müddətinə imzalanmışdır. Cavabdeh onu nəzərə ala bilməmişdir ki, tərəflər istəsə də EMAS sistemində müqaviləyə müdaxilə etmək mümkün deyil. Cavabdeh tərəfindən təqdim olunmuş kağız daşıyıcı heç bir alt sistemdə qeyd olunmayıb və imzalananda nüsxəsi belə iddiaçıya təqdim edilməmişdir, təqdim olunma barədə təhvil təslim sənədinin olmaması buna sübutdur.

21. Apellyasiya baxışında iddiaçı apellyasiya şikayətinə qarşı etirazında əlavə olaraq göstərmişdir ki, cavabdehin nümayəndəsinin təqdim etdiyi çıxarış əmək müqaviləsi bildirişidir. Lakin sistemdə 3 aylıq müqavilə yoxdur. Müqavilə kağız daşıyıcıda olduğu üçün hər səhifəsində onun imzası olmalıdır. Ona müddətli və ya müddətsiz əmək müqaviləsini n bağlanılması ilə bağlı hər hansı seçim verilməmişdir.

22. Cavabdeh tərəfindən apellyasiya baxışına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildiriş”ləri təqdim edilmişdir.

23. İddiaçı cavabdehin verdiyi sübutların qəbul edilməməsi barədə elektron məhkəmə informasiya sistemi vasitəsilə etiraz vermişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2980/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Akif İsgəndərov)

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bundan əlavə, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunaraq yazılı formada bağlanır və tərəflərin imzası (möhürü) ilə təsdiq edilir. Müqavilənin bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

26. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş əmək müqaviləsindən fərqli olaraq, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsi tərəflərin imzası (möhürü) ilə təsdiq edilmiş, həmin müqaviləyə əsasən iddiaçı 1 ay sınaq müddəti olmaqla 3 ay müddətinə (xx.xx.2021-ci il tarixindən işə başlamaqla) X3 İnzibati heyətində mütəxəssis (kadr işləri üzrə) vəzifəsinə müvəqqəti təyin edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı kadr işləri üzrə mütəxəssis vəzifəsində çalışdığı və özünün bildirdiyinə görə uzun müddət bu sahədə işlədiyinə görə əmək müqavilələri işlərində dərindən biliyə sahib olduğu üçün, onunla bağlanmış əmək müqaviləsinin hansı müddətə bağlanıldığı, müddətli əmək müqaviləsinə xitam verilməsi qaydaları barədə məlumatlı olmaması inandırıcı deyil. Əmək müqaviləsinin iddiaçının iradəsinə zidd olaraq müddətli bağlanması da iş materialları ilə təsdiq edilmir. Həmçinin iddiaçı əmək müqaviləsinin ka ğız daşıyıcıda olduğu üçün hər səhifəsində onun imzasının olmalı olduğunu bildirsə də, əmək qanunvericiliyində belə tələb nəzərdə tutulmamışdır.

28. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildiriş”lərinə əsasən xx.xx.2021-ci il tarixində əmək müqaviləsi hər dəfə 3 ay müddətinə uzadılmaqla sonuncu dəfə xx.xx.2023-cü il tarixində 3 ay müddətinə uzadılmış, müddət bitdikdən sonrakı bir həftə keçməmiş xx.xx.2023-cü il tarixində müddətin qurtarması əsası ilə əmək müqaviləsinə cavabdehin əmri ilə xitam verilmiş, tərəflər arasında əmək münasibətləri fasiləsiz olaraq 5 il artıq müddətə davam etməmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 7, 11, 42, 44, 45, 47, 68, 73 və 300-cü maddələrinin müvafiq bənd və hissələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər

30. İddiaçı (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəflərin müqavilə bağlayarkən həqiqi ifadələrinin olmağını araşdırsın. Lakin apelly asiya instansiyası məhkəməsi belə bir araşdırma aparmadan qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ƏMAS elektron sistemindən çap olunmuş sonuncu Əmək Müqaviləsində açıq şəkildə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddətinin 12 oktyabr 2022-ci il tarixdə bitməsinə baxmayaraq, əmək münasibətləri faktiki olaraq, 12 oktyabr 2023-cü il tarixədək davam etmişdir. Yəni 12 oktyabr 2022-ci il tarixdə müqavilə tərəflərindən heç biri əmək münasibətlərinə son verilməsi təşəbbüsünü göstərməmişlər. Belə olan halda, cavabdeh tərəfindən müqavilənin müddətinin məhz 12 oktyabr 2023-cü il tarixində bitmiş hesab olunması əsaslı hesab edilə bilməz. Həmçinin cavabdeh tərəf Binəqədi Rayon Məhkəməsində iddiaçı tərəfindən təqdim olunan əmək müqaviləsində ziddiyyətlə rin olduğunu etiraf etmiş və bu halların aradan qaldırılması üçün müraciətin olunduğunu vurğulamışdır. Cavabdeh tərəf iddia etmişdir ki, iddiaçının təqdim etdiyi əmək müqaviləsində müqavilənin müddəti yazılan 1 il 6 ay ifadəsi işlədiyi dövrün cəmlənməsidir. Əsas diqqət tələb edən məqam odur ki, cavabdeh heç bir əsasla bunu sübuta yetirə bilmir, sadəcə mülahizələrlə çıxış edir. Cavabdehin iddia etdiyi kimi olmuş olsaydı, müqavilədə qeyd olunardı ki, işçi 1 il 6 ay müddətində müəssisədə işləmişdir, lakin müqavilədə açıq aşkar qeyd olunub: “müqavilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1 il 6 ay 1 gün müddətinə bağlanmışdır.” İddiaçı EMAS elektron sistemində həmin müqaviləni elektron imzası ilə imzalamış, Agentliyinin sədri iddiaçının məhkəməyə təqdim etdiyi müqaviləni təsdiql əmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 42 (1-ci hissə). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə

45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və y a göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 46 (1-ci hissə). Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Maddə 46 (6-cı hissə). Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsin ə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Maddə

47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçk ili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə 49 (1-ci hissə). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ndən sonra hüquqi qüvvəyə minir. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətlə ri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 300. (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsi nə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” Bənd 2.1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edi lməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. Bənd 5.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə uyğun olaraq tərəflərin razılığı ilə əmək müqaviləsində dəyişiklik edildikdə, “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə məlumatların ilkin və ya əvvəlki dəyişiklikdən sonra sonuncu redaksiyası avtomatik rejimdə göstərilir və dəyişikliklər edilən məlumatlar əvvəlki məlumatların əvəzinə bildirişə daxil edilir. Bənd 5.2. Əmək müqaviləsində göstərilən, lakin “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqa viləsi bildirişi”nə daxil edilməyən məlumat və şərtlərlə bağlı əmək müqaviləsində dəyişikliklər edildikdə, “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə müvafiq sahədə bununla bağlı əvvəlki və dəyişiklik edilən məlumat və şərtlər daxil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiy a instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və y a nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahi dliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

38. İddia tələbi işə bərpa barədədir. İddiaçı onun işdən azad edilməsi bar ədə əmrin qanunsuz olmasına istinad etmişdir.

39. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.

40. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə iddiaçının əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmiş və bu, əmək qanunvercilyilini tələblərinə uyğun olmuşdur.

41. Məhkəmə kollegiyası gəlinən nəticə ilə razılaşır, buna görə də əlavə şərhə zərurət görməyərək onu da qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin İ hissəsinə görə Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

43. Kassasiya şikayətinin dəlillərinə, o cümlədən əmək müqaviləsinin müddətsiz hesab edilməsi barədə dəlilə gəldikdə, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə bağlanmış müqavilənin fasiləsiz olaraq 5 il davam etməsini müəyyən etməyib.

44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellya siya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2980/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar