Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2866/2023 26.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsız hesab edilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X10 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 mart 2023-cü il tarixli, 2(105)-753/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. M übahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. "xxxx" MMC tərəfindən tərtib edilmiş Hərrac təşkilatının hərracın yekunları barədə 77/01 saylı protokoluna əsasən, 24 oktyabr 2012-ci il tarixdə saat 15:00-da X11 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, 1601 bağ evinə dair hərrac keçirilmiş, hərraca çıxarılan bağ evinin satış qiyməti 25500 manat müəyyən olunmuşdur. Hərracda Cavabdeh2 ASC qalib gəlmişdir. 3. 24.10.2012-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh2 ASC X11 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, 1601 bağ evini 25500 manat ödəməklə hərracdan almışdır.
4. Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 1601 B nömrəli yaşayış evi xüsusi mülkiyyət hüq uqu üzrə Cavabdeh2 ASC-nin adına xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. 5. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X8 vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, 9-cu mkr, ev 29/26, mənzil 20 və X1 nizamnamə kapitalının məbləği 20 manat nizamnamə kapitalındakı faizi 100% olan paydan ibarətdir. 6. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağı küçəsində yerləşən 1601 B nömrəli yaşayış evini 35000 manata Cavabdeh2 ASC-dən almışdır.
7. Sumqayıt şəhəri, Novxanı bağı küçəsində yerləşən 1601 B nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında bağlanmış ünvan 1 ünvanındakı bağ evinin alqı-satqısı ilə bağlı ünvan 2ariusu X23 tərəfindən təsdiq olunmuş (Reyestr nömrəsi 4Ə-792) xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında Cavabdeh1 Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, mübahisələndirilən bağ sahəsinin cavabde hin qanunsuz sahibliyindən alınaraq iddiaçının sahibliyinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X8 adına qeydiyyata alınmış birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, Novxanı bag massivi, ərazisində yerləşən 1601b saylı bağ evi təxminən 2007-ci il tarixdə “Çinar” X5 götürməli olduğu kredit vəsaiti ilə əlaqədar Cavabdeh2 ASC-də ipoteka ilə yüklü edilmişdir. Həyat yoldaşı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə mərhum həyat yoldaşı X8 qanuni vərəsəsi olmağı ilə bağlı ona şəhadətnamə verilmişdir. Qeyd etdiyi bağ sahəsində 1993-cü ildən etibarən mərhum həyat yoldaşı ilə onun birgə razılığı əsasında həyat yoldaşın ın qardaşı X3 rayonundan məcburi köçkün olduqları üçün öz ailəsi ilə məskunlaşmışlar və mərhum həyat yoldaşı vəfat etdikdən sonra da onların orada yaşamaqlarına mane olmamışdır. Onun ümumiyyətlə bankın bağ evini öz adına rəsmiləşdirməsindən və ya satışa çıxartmaq niyyətinin olmasından məlumatı olmamışdır. Bir müddət keçdikdən sonra, təxminən 2022ci ilin avqust ayının ortalarında bağ evinin banka olan borcunu ödəyərək, haqqı olan əmlakı geri qaytarmaq məqsədilə bankla əlaqə saxlayaraq danışıqlar aparmaq qərarına gəlmiş və bağ evinin bank tərəfindən satıldığını öyrənmişdir. Araşdırdıqdan sonra ona məlum olmuşdur ki, mərhum həyat yoldaşının qeyd olunan bağda yaşayan qardaşı X12 oğlu X28 və Cavabdeh1 ona yanlış məlumat verməklə bankla gizli əlaqəyə girərək, özlərini mərhum həyat yoldaşının q anuni varisləri kimi təqdim edərək, həmin bağ evini 2022-ci ilin iyun ayının əvvəllərində 35000 manata satın almışlar. Bundan sonra o, cavabdehlərlə əlaqə saxlayaraq, onun etibarından sui-istifadə etdiklərini, onu aldatdıqlarını, bağ evini ona geri qaytarmaqlarını bildirsə də, həmin bağ evini ona 105000 manata geri qaytaracaqlarını bildirdilər. Mərhum həyat yoldaşının qardaşının övladları onun haqqı olan əmlakı ələ keçirmək məqsədilə onun cavabdehlərə olan inam və etibarından sui istifadə etmişlər. Çünki, onlar həmin bağda yaşadıqları üçün bankla bağlı gələn müraciətləri ona təqdim etməli idilər. Onların həmin bağda yaşamaqları bankın rəsmi müraciətlərinin ona gəlib çatmasına mane olmuşdur. Həmin bağ evində ona və ailəsinə, övladlarına məxsus şəxşi əşyalar, ev və məişət əşyaları hələ də qa lmaqdadır. Lakin, buna baxmayaraq iddiaçının onlara inamından, həm də dövlətlərinin onlara göstərdiyi qayğı və humanizmdən suiistifadə edərək, onun haqqı olan əmlakını ələ keçirmişlər. Əgər onlar ona bankın bağ evini satışa çıxarmaq fikrinin olduğunu bildirsəydilər, o, həmin bağ evini özü alardı. Bu həm də onun birgə nikah dövründə əldə etmiş olduğu üçün, eyni zamanda mərhum həyat yoldaşının qanuni varisi olduğu üçün haqqı idi. Həmçinin, qeyd olunan bağ evinə verilmiş çıxarışda faktiki tikili ərazi və torpaq sahəsi öz əksini tapmır. Həmin bağ evi 12 sot topaq sahəsinin içərisində 900 kv.metr tikili sahədən ibarətdir. Yəni həmin bağ evini onlar aldıqdan sonra orada uzun müddət tikinti işləri həyata keçirmişdirlər və sonradan məcburi köçkünləri orada yerləşdirdiklərinə görə həm təmiri, həm d ə faktiki sahə üzrə sənədləşmə işlərini həyata keçirə bilməmişdirlər. Hazırda bağ evini ələ keçirən şəxslərin də elə bu diqqətini çəkmişdir. Real dəyərindən dəfələrlə ucuz qiymətə bank tərəfindən təklif olunan bağ evini ona yalan məlumat verməklə əldə edərək, gələcəkdə dəfələrlə baha qiymətə satışa çıxarmaqla külli miqdarda gəlir əldə etmək məqsədləri olduğundan, bu əməllərini ondan gizli həyata keçirmişlər. Bundan başqa, bank özü də bağ evini hazırda əldə edən şəxslərə 35000 manata satmaqla əsl haqqı olan sahibinə satdığını düşünmüşdür. Bu xüsusatları mərhum həyat yoldaşının qardaşı X21, bacıları X14, X24, X4, onların həyat yoldaşları X9, X15, X16 və X6 da təsdiq edə bilərlər.
10. Cavabdeh1 iddiaya etiraz edərək bildirmişdir ki, hal-hazırda da sözügedən daşınmaz əmlak onun mülkiyyətində v ə istifadəsindədir. O, ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Yuxarıda göstərilən əmlakı o, bankdan kredit götürərək və qohumlarından borc alaraq əldə etmişdir. Onların 2007-ci il tarixində Cavabdeh2 ASC-dəki ipotekaya dair mübahisələrinin onunla heç bir əlaqəsi yoxdur. Belə ki, keçən müddət ərzində Cavabdeh2 qanuni olaraq həmin fərdi yaşayış evini balansına keçirmiş və bankın mülkiyyətində olan daşınmaz əmlaka dair istənilən sərəncamı vermək hüququna sahib olmuşdur. Nəticədə, onlar alqı-satqı yolu ilə, tam qanuni olaraq, vicdanlı vətəndaş kimi həmin əmlakı əldə etmişdirlər.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi bildirmişdir ki, bank mübahisəli mənzili həmin mənzildə yaşayan şəxslərə satmışdır. Bu zaman hər hansı qanun pozuntusuna yol ver ilməmişdir. Məlumatı var ki, ilk olaraq bağ mərhumun oğluna təklif olunmuşdur. Lakin sonradan həmin şəxs bağın alınması üçün müraciət etməmişdir. Bank bağı satarkən alıcının X8 vərəsəsi olmadığını bilmişdir. İddia ərizəsi banka daxil olduqda tərəflər qohum olduğu halda hazırki mübahisənin yaranma səbəbi onlara məlum olmamışdır. Belə ki, mübahisələndirilən alqısatqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun qaydada bağlanmışdır.
12. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 dekabr 2022-ci il tarixli, 2(060)-6095/2022 nömrəli qətnaməsi ilə (hakim: G.Tanrıverdiyeva) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 oğu ilə Cavabdeh2 ASC arasında Sumqayıt şəhəri, Novxanı bağı küçəsində yerləşən 1601 B nömrəli yaşayış evinə dair bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi müqavilə azadlığı prinsipinə uyğun qaydada bağlanmaqla həmin müqavilənin bağlanması zamanı daşınmaz əmlakın alqı-satqısına dair qaydalara riayət edilmişdir. Eyni zamanda iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
14. Həmçinin, məhkəmə qeyd etmişdir ki, cavabdeh bankın nümayəndəsi məhkəmə iclasında alqı-satqı müqaviləsinin hər hansı yanılma nəticəsində deyil, qanunvericiliyinin tələblərinə uyğun olmaqla, müqavilə bağlanarkən əmlakın C.İbadovun vərəsəsi olmayan İbadov Taleh Bəxtiyar oğluna satıldığını bilərək bağlanmışdır.
15. Bundan başqa, məhkəmə Cavabdeh1 Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmla kın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması edilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız edilməsi ilə əlaqədar olduğundan və həmin hissədə iddia tələbi təmin edilmədiyindən çıxarışın ləğvi hissəsində də iddianın təmin edilməsi üçün hər hansı əsas yoxdur.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 146.1, 146.2, 329.1, 337.1, 337.3, 337.4, 347, 390.1, 394, 567-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.1, 14.2, 77.1, 77.3, 78.2, 119.1ci maddələrinə istinad etməklə əsaslandırm ışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə hüquqlardan sui-istifadə hallarını araşdırmadan birtərəfli qərar qəbul etmişdir. Həmçinin, bank əmlakı hərrac vasitəsilə əldə etsə də, 10 il ərzində həmin əmlakın satışını həyata keçirə bilməmişdir. Belə ki, Sumqayıt Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən məcburi köçkünlərin bağ evindən çıxardılması və bağ evinin banka təhvil verilməsi mümkün olmamışdır. Ona görə də bank bağ evini orada məskunlaşan şəxslərə satmaq məcburiyyətində olmuşd ur. Bununla bağlı məhkəmədə Cavabdeh2 ASC-nin səlahiyyətli nümayəndəsinə müvafiq sual verilsə də, qətnamədə öz əksini tapmamışdır. Dəyəri dəfələrlə baha olan bağ evinin, 35000 manata bağ evində məskunlaşan şəxslərə satılmasının əsas səbəbi həmin şəxslərin oradan çıxarılmasının qanuni yolla mümkün olmaması olmuşdur. Əgər bank məskunlaşan məcburi köçkünləri bağ evindən çıxarda bilsə idi, həmin bağ evini dəfələrlə baha qiymətə sata bilərdi. Həmçinin, bank tərəfindən həmin şəxslərə bağ evinin satılması həmin şəxslərin özlərini əvvəlki mülkiyyətçinin varisi kimi təqdim etmələri olmuşdur. Bank da öz növbəsində hesab edib ki, əgər bu şəxslər əvvəlki mülkiyyətçinin varisidirlərsə, məcburi köçkün olduqları üçün onların həmin bağ evindən çıxarılması hec bir halda mümkün olmayacaq və ona görə də bank öz xərcini geri qaytarmaq üçün, bağ evini həmin şəxslərə satmağa məcbur olmuşdur. Beləliklə, iddiaçının haqqı olan əmlakın bağ evində məskunlaşan qohumları tərəfindən bu şəkildə əldə olunması həmin şəxslərin əsassız varlanmasına səbəb olmuşdur. Məhkəmə prosesi zamanı zəruri araşdırma həyata keçirilmədən, hazırlıq iclası bir neçə dəfə təxirə salınaraq, yeganə baxış iclasında yekun məhkəmə qərarı qəbul olunmuşdur. Məhkəməyə təqdim olunmuş iddia ərizəsi və digər sübutlarda bildirilmişdir ki, cavabdehin qardaşının həyat yoldaşı X19 da Cavabdeh2 ASC-də işləyir və bağ evinin cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmaqla əldə olunmasında mühüm rol oynamışdır. Lakin, bu hal da məhkəmə tərəfindən lazımı qaydada araşdırılmamışdır. Məhkəmə əhəmiyyətli yanılma halını yalnız bankın nümayəndəsinə alqı-satqı müqaviləsinin qanuni və ya qanunsuz olaraq bağlanıb-bağlanmaması barədə suallar verməklə kifayətlənmişdir. Təbii ki alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əsasən bağlanmışdır. Yəni notarial qaydada alqı-satqı müqaviləsi bağlanmış, ödəniş bank hesabına ödənilmiş və bunun nəticəsində də çıxarış alınmışdır. Belə bir müqavilənin bağlanma formasına qanunsuz bağlanmış müqavilə kimi yanaşmaq olmaz. Ona görə də bankın səlahiyyətli nümayəndəsi məhkəmə prosesi zamanı müqavilənin qanuni, yəni qanunvericiliyin tələblərinə əsasən bağlandığını qeyd etmişdir. Məhkəmə isə alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə bağlı bankın səlahiyyətli nümayəndəsinin mövqeyi barədə, yanılma barədə heç bir sual verməmiş və bu halı aydınlaşdırmağa çalışmamışdır. Lakin iddianın mahiyy ətindən görünür ki, iddia alqı-satqı müqaviləsinin prosedur baxımından qanunsuz bağlanmasının mübahisələndirilməsinə deyil, alqı-satqı müqaviləsi bağlananadək cavabdeh tərəfindən iddiaçının hüquqlarından sui-istifadə edilməsi ilə iddiaçının üstünlük hüququnun ələ keçirilməsi yolu ilə əmlakın əldə olunmasının nəticələrinin ləğv olunması tələbinə yönəldilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 27 mart 2023-cü il tarixli, 2(105)-753/2023 nömrəli qətnaməsi ilə (hakimlər: Z.Məmmədov (sədrlik edən və məruzəçi), İ.Dəmirov və F.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Məhkəmə kollegiyasının mövqeyinə görə iş materiallarında ol an sənədlərlə müəyyən olunur ki, Cavabdeh1 oğu ilə Cavabdeh2 ASC arasında Sumqayıt şəhəri, Novxanı bağı küçəsində yerləşən 1601 B nömrəli yaşayış evinə dair bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi müqavilə azadlığı prinsipinə uyğun qaydada bağlanmaqla həmin müqavilənin bağlanması zamanı daşınmaz əmlakın alqı-satqısına dair qaydalara riayət edilmişdir.
21. İddiaçının apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı cavabdeh bankın mübahisələndirilən müqaviləni bağlayarkən yanıldığını, Cavabdeh1 özünü banka X8 qanuni varisi kimi təqdim edərək müqavilə bağlanmasına nail olduğunu bildirmişdir.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə İddiaçı apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübut etməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, alqısatqı müqaviləsinin bağlanması zamanı heç bir pozuntuya yol verilməmişdir, müqavilə hər hansı yanılma nəticəsində deyil, qanunvericiliyinin tələblərinə uyğun olmaqla bağlanmışdır.
23. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 146.1, 146.2, 329.1, 337.1, 337.3, 337.4, 347, 390.1, 394, 567-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 77.3, 78.2, 217.4, 372.6, 372.7, 384.0.1, 385.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işin halları hərtərəfli və tam şəkildə obyektiv araşdırılmamış, maraqlı tərəfin tələbi üzrə ehtimal əsasında qərəzli qərar qəbul olunmuşdur. Birinci instansiya məhkəməsi açıq-aydın birtərəfli mövqe nümayiş etdirərək, alqı-satqı müqaviləsinin mübahisələndirilməsi ilə bağlı əsaslı faktların olub-olmamasına dair müvafiq tədbirlər həyata keçirməli olduğu halda, yalnız tərəflər arasında bağlnamış alqı-satqı müqaviləsinin prosedur baxımından qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmasını araşdırmış və buna uyğun da yekun qərar qəbul etmişdir. Apellyasiya prosesi zaman ı da işin halları araşdırılmadan qiymət verilmişdir. Belə ki, qətnamədə iddiaçının öz tələblərini sübut edə bilmədiyi qeyd olunsa da, iş üzrə şahid ifadələrindən görünür ki, iddiaçının tələbləri və hüquqlarının pozulması şahid ifadələri ilə tam sübuta yetirilmişdir.
26. Həmçinin, hal-hazırda Nərimanov Rayon Məhkəməsində hazırki mübahisə obyekti ilə bağlı daha öncədən olmuş hərrac və onun nəticələrinin etibarsızlığı və bankın adına artıq rəsmiləşdirilmiş olan çıxarışın ləğvi tələbi ilə məhkəmə araşdırılması baxılmaqdadır. İddianın təmini hazırkı iddia mübahisəsini həll etmiş olacaqdır.Yəni, hərrac və onun nəticələri etibarsız hesab olunarsa hazırkı iş üzrə çıxarışlar da avtomatik ləğv ediləcəkdir.
27. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 339, 560, 1091.1-ci, Mülki Prosessual Məcəlləsinin 77.1, 104.1, 106.1, 385-ci maddələrinə və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında xx.xx.2004cü il tarixli 298 saylı Sərəncamın 2-ci bəndinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
30. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır.
31. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir.
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 337.3. Əhə miyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
34. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
35. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
36. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri alt ında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
37. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
38. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya b axışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Mübahisəyə mahiyyəti üzrə baxmış məhkəmələr işin hallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, Cavabdeh2 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız sayılması, habelə bu əqd əsasında aparılmış reyestr qeydinin ləğv edilməsi üçün əsaslar mövcud deyil.
48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
49. Məhkəmə tərkibi onu da nəzərə alır ki, qanunvericiliyə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu h üquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir (§ 29-31).
50. Baxılan işdə məhkəmələr müəyyən etmişlər ki, mübahisəli bağ evinə dair dövlət reyestrində Cavabdeh1 adına aparılmış mülkiyyət qeydi onunla Cavabdeh2 ASC arasında bağlanmış, notarial qaydada təsdiqlənmiş xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanmışdır. Həmin müqavilənin bağlandığı tarixdə daşınmaz əmlakın dövlət reyestrindəki (xx.xx.2012-ci il tarixli) qeydə əsasən satıcı Cavabdeh2 ASC əşyanın mülkiyyətçisi olmaqla ona sərəncam vermək səlahiyyətinə malik olmuşdur.
51. Belə olan halda hazırkı iddia tələblərinin təmin edilməsi üçün qanuni əsasların olmaması barədə qənaət qanunvericiliyə uyğundur.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hall arının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 mart 2023-cü il tarixli, 2(105)-753/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.