Məhkəmə qərarları › İş №2(102)-2868/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2868/2022

31.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2868/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2868/2022 (Açar sözlər: fərdi yaşayış evinə köçürülmə, iddianın hüquqi əsası) Bakı şəhəri, 31 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)8273/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qətnaməsindən Cav abdeh kassasiya şikayətinə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanda yerləşən mənzil özbaşına tikilidir. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılması”na dair 26 dekabr 2013-cü il tarixli hesabat cədvəlinə əsasən, İddiaçı2 istifadəsində olan həmin evin inventar dəyəri 51.945 manatdır. Həmin ünvan üzrə istifadə edilən kommunal xidmətə görə ödənişlər 2017-2019-cu illərdə abonent İddiaçı2 tərəfindən ödənilib.

3. İddiaçı1 26 mart 2020-ci il tarixli notarial qaydada təsdiq edilməyən “mənzilin alqı-satqı” müqaviləsi kimi tərtib edilmiş sənə də əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən yaşayış evini 43.000 manata X1. Sənəddə qeyd edilənlərə əsasən mənzilin boşaldılması günü 30 mart 2020-ci ildir, alıcı tərəfindən verilən behin məbləği 7.000 manatdır, qeydiyyatdan çıxanadək satış pulundan 36000 manat saxlanılır. Qalıq məbləğ 36.000 manat 20 iyul 2020-ci il tarixdə veriləcək. Sənədi həmçinin vasitəçi Fazil Heydərov, şahidlər Elman İbadov, X10 və X7 da imzalayıblar. Sənəddə göstərilən ev boşaldılaraq Elman Adıgözəlova təhvil verilib.

4. X8 da öz növbəsində 16 iyun 2020-ci il tarixli notarial qaydada təsdiq edilməyən “mənzilin alqı-satqı” müqaviləsi kimi tərtib edilmiş sənədə əsasən qeyd edilən evi 55.000 manata Cavabdeh satmışdır. Sənədi vasitəçi Araz Xanbiyev, şahidlər Fazil Heydərov, Xəy al Məmmədov və Möhkəm Heydərov da şahid kimi imzalayıblar. Sənəddə qeyd edilən ev Cavabdeh təhvil verilib. Cavabdeh evdə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra “iddiaçılar”) Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı Binəqədi Rayon Məhkəməsində iddia qaldıraraq, onların Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 1 zal, dəhliz, 3 otaq, 1 mətbəx və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş ediblər.

6. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçılar 2013-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini X4 47.000 manat qarşılığında satın alıblar. Elə həmin ildən də 2020 -ci il tarixə kimi sözügedən ünvanda övladları ilə birlikdə yaşayıblar. Bütün bunlar qonşular tərəfindən imzalanmış aktda da öz əksini tapmışdır. "xxxx" MMC tərəfindən 26 dekabr 2013-cü il tarixdə verilmiş hesab cədvəlindən də göründüyü kimi mübahisəli fərdi yaşayış evinin istifadəçisi qismində İddiaçı2dır.

7. Ötən ilin mart ayında iddiaçılar evi təmir etdirmək məqsədi ilə evin əşyaları ilə birlikdə evdən çıxıblar. Bir müddət sonra iddiaçılar evə gəldikdə evdə Cavabdeh Fərqan oğlunun olduğunu görüblər. İddiaçılar cavabdehə həmin evin onlara məxsus olduğunu bildirsələr də, cavabdeh sözügedən mübahisəli fərdi yaşayış evini 55.000 manat qarşılığında satın aldığını bildirib. Sözügedən məsələ ilə bağlı iddiaçılar dərhal polisə müraciət etsələr də, bir nəticəsi olmayıb, iş mülki xarakterli old uğundan şifahi şəkildə məhkəməyə müraciət etmələri tövsiyyə edilib.

8. İddiaçılar öz iradələrindən aslı olmayan səbəblərdən 7 ildir ki, yaşadıqları, öz vəsaitləri hesabına əldə etdikləri evdən istifadə etmək hüququndan məhrum olublar.

9. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 11.1-ci, Mənzil Məclləsinin 68.1 və 68.2-ci maddələrinə istinad ediblər.

10. Cavabdeh iddaya yazılı etiraz vermiş və etirazını məhkəmədə də müdafiə etmişdir. Etirazın dəlilləri: - cavabdeh ev almaq niyyəti ilə uzun müddət idi ki, ev axtarırdı. Bununla bağlı ev alqı-satqısı ilə məşğul olan şəxslərə müraciət edib, ona bildiriblər ki, Elman Adıgözəlov adında şəxs özünə məxsus olan evi satır. Cavabdeh də gedib evə baxmışdır. Həmin evdə Elman və ailəsi yaşayırdılar. Əvvəl evin qiyməti baha olduğu üçün a lmaq istəməmiş, lakin, sonra özündə olan pulu və avtomobilini verərək ümumilikdə 55.000 manata evi almış və ay yarımdan sonra ailəsi ilə birlikdə köçüb həmin evdə yaşamağa başlamışdır. Hazırda da həmin evdə yaşayır; - bir müddət sonra iddiaçının qayınanası və qohumu cavabdehin aldığı evə gəlib bildiriblər ki, ev iddiaçının və iddiaçı evi heç kimə satmayıb; - iddiaçının Elmanla arasında olan 7.000 manat söhbətindən cavabdehin xəbəri olmamışdır. Həmin məsələni cavabdeh sonradan öyrənmişdir. Evin kimə məxsus olmasını cavabdeh heç kimdən maraqlanmamışdır. Həmin evdə Elman öz ailəsi ilə birlikdə qalırdı. Cavabdehi Elmanla ev sahibi kimi ev alqı-satqısı ilə məşğul olan şəxslər tanış edib; - cavabdehin iddiaçılarla hər hansı bir problemi yoxdur. Belə ki, cavabdeh iddiaçıların mübahisəli evin əvvə lki sahibləri olduğunu artıq bilir. Hazırki mübahisənin yaranma səbəbi ondan ibarətdir ki, X8 ilə iddiaçılar arasında mübahisəli evin alqı-satqısı ilə bağlı razılıq olmuş və ev iddiaçılar tərəfindən Elmana satılmışdır. Lakin, Elman evin dəyərini iddiaçılara tam ödəməmiş, onları aldatmışdır. Hazırda iddiaçılar Elmandan pullarının qalan hissəsini ala bilmədiklərinə görə hazırki iddia ilə məhkəməyə müraciət etmişlər;- nəzərə alınmalıdır ki, cavabdeh mübahisəli evin dəyərini tam ödəyərək X3 almışdır. Belə olan halda isə iddiaçılarla X8 arasında olan mübahisələrin cavabdehə hər hansı aidiyyəti olmamalı və onun hüquqlarını pozmamalıdır. İddiaçılar razılaşdıqları məbləğdə pulun qalan hissəsini X3 tələb etmək əvəzinə, evi cavabdehdən tələb edirlər. Bu isə ədalətsizlikdir, çünki cavabdehin qeyd olu nan məsələlərdə hər hansı bir təqsiri yoxdur. Cavabdeh sadəcə evin dəyərini ödəməklə həmin evə sahiblik hüququ qazanmışdır.

11. Birinci instansiya məhkəməsində iddiaçı tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 bildirmişdir ki, mübahisə predmeti olan evi o, tikmiş və 2013-cü ildə Əliyulla adlı şəxsə satmışdır. Hətta evi satandan sonra 6 ay da həmin evdə qalmağa davam etmişdir. 6 aydan sonra evi Əliyullaya verib yaxınlıqda başqa ev alaraq oraya köçmüşdür. Əliyulla ona evin pulunun hamısını tam ödəmişdir. Ev sənədsiz evdir. 2020-ci ilə kimi Əliyulla həmin evdə yaşamışdır. Sonra Əliyulla demişdir ki, evi satıb köçmək istəyir. Sonra da Əliyulla köçmüşdür. Kommunal xidmətlə bağlı bir-iki sənəd onun adına olduğundan bir gün Cavabdeh adlı şəxs gəlib demişdir ki, mü bahisə predmeti olan evi o alıb, həmin sənədlərin onun adına keçirilməsini xahiş etmişdir. Cavabdeh evi kimdən almasını bilmir. Evin çıxarışı yox idi. Əliyulla evdən köçəndə 2020-ci il idi, dəqiq tarixi isə xatırlamır.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2571)-2021 saylı, 02 iyun 2021-ci il qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Fərid Hətəmzadə)

13. Birinci instansiya məhkəməsi tərəflərin izahatı, şahid ifadəsi və iş materiallarına əsasən müəyyən etmişdir ki, mübahisəli ev iddiaçılar tərəfindən 2013-cü ildə alınmış və onlar uşaqları ilə birlikdə 2020- ci ilin mart ayına qədər həmin evdə yaşamışlar. Daha sonra həmin ev İddiaçı1 tərəfindən 26 mart 2020-ci il tarixdə 43.000 manata X2, sonuncu tərəfindən iddiaçıya 17.000 manat ödənilmiş və iddiaçılar uşaqları ilə birli kdə həmin evdən çıxmışlar. Həmin ev dövlət reyestrində qeydiyyata alınmadığından həmin evin alqı-satqısı 26 mart 2020-ci il tarixdə sadə yazılı formada rəsmiləşdirilmişdir. Bundan sonra isə mübahisəli ev 16 iyun 2020-ci il tarixdə X8 tərəfindən 55.000 manata hazırki iş üzrə cavabdehə satılmış və həmin evin alqı-satqısı sadə yazılı formada rəsmiləşdirilmişdir. 02 noyabr 2020-ci il tarixdə İddiaçı1 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək, 20 iyul 2020-ci il tarixdə özünə məxsus fərdi tikilini X6 43.000 manata satdığını, ilkin olaraq 17.000 manat pulun ödənildiyini, qalan pulunu bu günə kimi ala bilmədiyini, hazırda Elman Adıgözəlovun evi başqa şəxsə sataraq pulunu mənimsədiyini bildirmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölmə sinin 18 aprel 2021-ci il tarixli qərarı ilə İddiaçı1 ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırda isə iddiaçılar evi təmir etdirmək məqsədi ilə evdən əşyaları ilə birlikdə çıxdıqlarını, qayıtdıqlarında isə evlərinin cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini, öz iradələrindən asılı olmayaraq evlərindən istifadə etmək hüquqlarından məhrum olduqlarını bildirərək, mübahisəli evə köçürülmələrini xahiş edirlər, cavabdeh isə mübahisəli evi X3 dəyərini ödəməklə aldığını və həmin evin qanuni sahibi olduğunu bildirərək iddianı qəbul etmir. Hazırda qeyd edilən tikili cavabdeh və ailəsinin istifadəsindədir.

14. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qeyd ed ib ki, iddiaçılar evi təmir etdirmək məqsədi ilə evdən əşyaları ilə birlikdə çıxdıqlarını, qayıtdıqlarında isə evlərinin cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini və öz iradələrindən asılı olmayaraq evlərindən istifadə etmək hüquqlarından məhrum olduqlarını bildirsələr də, qeyd edilən hallar iş materialları ilə təkzib olunmuşdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisəli ev rəsmi reyestrdə qeydə alınmadığına görə onun alqı-satqısının qanunvericiliyə uyğun olaraq notarial formada rəsmiləşdirilməsi qeyri-mümkün olmuşdur. Bu səbəbdən mübahisəli evin alqı-satqısına dair İddiaçı1 ilə X8 arasında razılıq əldə edilmiş və razılıq sadə yazılı formada rəsmiləşdirilmiş, həmin razılığa əsasən onların arasında öhdəlik münasibətləri yaranmış və iddiaçılar üzərlərinə düşən öhdəliyi ic ra edərək, başqa sözlə öz iradə ifadələrini əks etdirməklə əşyaları ilə birlikdə evdən çıxmışlar. Bundan əlavə, iddiaçı Məmmədov X5 Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayətlə müraciət edərək, evi satdığını, lakin pulunu tam ala bilmədiyini qeyd etmişdir. İş üzrə şahid isə ifadəsində bildirmişdir ki, 2020-ci ildə iddiaçı ona evi satmaq istədiyini bildirmiş və həmin ildə evdən köçmüşdür. Göründüyü kimi, iddiaçılar evdən evi təmir etdirmək məqsədi ilə deyil, məhz evi satdıqlarına görə evi boşaldaraq çıxmışlar.

15. Birinci instansiya məhkəməsi göstərib ki, İddiaçı2 nümayəndəsi (vəkili) məhkəmə iclasında ona verilmiş suala cavab olaraq, İddiaçı1 ilə X8 arasında razılaşmanın olmasına baxmayaraq alqı-satqının olmadığını bildirsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə t əqdim edə bilməmiş, əksi isə iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə iddia tələbini əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməlidir.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 11.1, 152.1, 152.3, 180.1, 180.2, 385.1, 386.1-ci maddələri, “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiyası Qanununun 13.1-cü maddəsi, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə” 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 103)-8273/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən 1 zal, dəhliz, 3 otaq, 1 mətbəx və sanitar qovşaqdan ibarət fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Vəfadddin İbayev, Şeyda Məhərrəmova)

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamayaraq qeyd edib ki, mübahisəli ev özbaşına tikinti olmaqla, qanunsuz olaraq bu məqsədlə ayrılmamış torpaq sahəsində inşa edilmişdir. Həmin evdən və onun yerləşdiyi torpaq sahəsindən iddiaçılar 2013-2020-ci illər ərzində fasiləsiz yaşamaqla istifadə etmiş, kommunal xidmətlərin haqqını ödəmişlər. İddiaçılar həmin evi satmaq barədə razılığa gəldiklərini, lakin alqı-satqının baş tutmadığını bildirmişlər. Cavabdeh isə həmin evi alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsdən aldığını bildirmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 144.1, 180.1, 180.2 və 337.1-ci maddələrinə istinadən vurğulayıb ki, qeyd edilən normaların təhlili onu göstərir ki, mülki qanunvericilik daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair münasibətləri dəqiq tənzimləyir və bunun həyata keçirilməsinin imperativ qaydalarını müəyyən edir. Bu qaydaları pozmaqla daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair əqdin isə etibarsız olduğunu müəyyən edir. Belə olduğu halda, birinci instansiya məhkəməsinin tərəflə r arasında yaranmış münasibətləri tənzimləyən hüquq normalarının mövcud olmaması və bu səbəbdən qanunun analogiyası əsasında oxşar hüquq münasibətlərini tənzimləyən normaları tətbiq etməklə hazırkı mübahisənin həll edilməli olması barədə mövqeyi əsassızdır. İş materialları ilə müəyyən edildiyi kimi, iddiaçılar və cavabdeh mübahisəli özbaşına tikili üzərində mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmaqla sərəncam vermiş, yəni iddiaçılar həmin tikilini satmış, cavabdeh isə onu üçüncü şəxsdən almışdır.

21. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, həmin alqı-satqı müqavilələri özlüyündə etibarsız olmuşdur və tərəflər üçün hər hansı öhdəliklər, o cümlədən iddiaçılar üçün yaşadıqları həmin tikilini tərk edərək onu cavabdehə təhvil vermə k öhdəliyi yaratmamışdır. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçılar uzun illər yaşadıqları zəbt edilmiş torpaq sahəsində inşa edilən qanunsuz tikiliyə sahiblikdən buna heç bir hüquqi əsas olmadan məhrum edilmişlər

22. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 144.1, 166.3, 180.1, 180.2, 337.1cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri: - məhkəmə Mülki Məcəllənin 166.3-cü maddəsinə istinad edərkən səhv nəticəyə gəlmişdir. Belə ki, qanunun qeyd edilən normasına əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Mübahisənin predmeti torpaq sahəsi ilə bağlı deyildir və yaşayış evinə köçürülmə ilə bağlıdır ki, bu halda da qanunun qeyd edilən normasının bu hüquq münasibətərinə və mübahisəyə tətbiq edilməsi təmamilə yol verilməz və əsassızdır; - məhkəmə Qətnamənin 5-ci səhifəsinin son abzasında qeyd edir ki, iddiaçılar özləri həmin evin satılmasına razılıq vermiş və öz razılıqları ilə evi tərk edərək əşyaları ilə birlikdə evdən çıxmışlar. Daha sonra həmin evə görə 17.000 manat məbləğində pul almışlar. Belə olan halda iddiaçılar həmin evdən yaşamaq hüquqlarından, eləcə də faktiki sahiblik hüquqlarından könüllü şəkildə imtina etmişlər.Yalniz bundan sonra ev təmir edilərək cavabdeh tərəfindən əldə edilmiş və həmin mənzildə yaşamağa davam edərək sahiblik etməyə başlamışlar. məhkəmə kollegiyası Mülki Məcəllənin 166.3-cü maddəsini qərəzli olaraq iddiaçının xeyrinə mübahisəyə tətbiq etmişdir. b)

25. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmi ş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldi yi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardad ını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cüml ədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (v ə ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən mübahisələndirildiyindən, kollegiya qətnaməni həmin hissədə yoxlayır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

30. İşin müəyyən edilmiş hallarına görə mübahisəli ev iddiaçılar tərəfindən 2013-cü ildə alınmış və onlar uşaqları ilə birlikdə 2020-ci ilin mart ayına qədər həmin evdə yaşamışlar. Daha sonra həmin ev İddiaçı1 tərəfindən 26 mart 2020-ci il tarixdə 43.000 manata X2, sonuncu tərəfindən iddiaçıya 17.000 manat ödənilmiş və iddiaçılar uşaqları ilə birlikdə həmin evdən çıxmışlar. 16 iyun 2020-ci il tarixdə isə qeyd edilən evi X8 55.000 manata hazırki iş üzrə cavabdehə satmış və həmin evin alqı-satqısı sadə yazılı formada rəsmiləşdirilmişdir. Hazırda qeyd edilən tikili cavabdeh və ailəsinin istifadəsindədir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında (istər iddiaçı ilə E.Adıgğzəlov, istərsə də sonuncu ilə cavabdeh arasında) bağlanmış müqavilələrin etibarsız əqd olması barədə apellyasiya məhkəməsini gəldiyi nəticə əsaslı olsa da, iddianın qeyd edilən əsasla təmin edilməsi düzgün olmamamışdır.

32. Çünki işin müəyyən edilmiş hallarına əsasən iddiaçılar qeyd edilən evin faktiki sahibi olmuş və onlar evin sahibliyindən pul müqabilində Elman Adıgözəlovun xeyrinə imtina ediblər, sonuncu da eyni qaydada aldığı pulun əvəzində evi cavabdehdən aldığı pulun əvəzində cavabdehin sahibliyinə verib.

33. Məhkəmə kollegiyası iddianın təmini əsası kimi apellyasiya məhkəməsinin Mülki Məcəllənin 166.3-cü maddəsinə istinad etməsini işin müəyyən edilmiş hallarına uyğun hesab etmir. Belə ki, həmin normanın ikinci cümləsinə görə torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Hazırki işdə (tələb torpaqla deyil, üzərindəki evlə bağlı olsa da) iddiaçının sahiblikdən özbaşına məhrumedilməsi halı müəyyən edilməyib, əksinə, işin müəyyən edilən halı ondan ibarətdir ki, sahib olan iddiaçı aldığı pul müqabilində özü könüllü olaraq sahibliyindən imtina edib. Belə olan halda da, iddianın sahiblikdən özbaşına məhrumedilmə əsası ilə təmin edilməsi istisna edilir.

34. Bundan başqa, Mülki Məcllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcllənin 560.3.4-cü maddəsinə görə isə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir. Nəzəra alınsa ki, hətta iddiaçılar da qeyd edilən evə pul müqabilində 2013-cü ildə sahiblənib, sonradan E.Adıgözəlov pul müqabilində iddiaçıların sahibi olduğu evə sonuncuların razılığı sahibl ənib, belə olan halda cavabdehin də eyni hala güvənərək E.Adıgözəlova verdiyi pul əvəzində evə sahiblənməsinə qarşı iddiaçıların bu iddiası hüquqdan sui-istifadədir.

35. Apellyasiya məhkəməsi isə işin müəyyən edilmiş bu hallarına qiymət verməmiş, üstəlik, Mülki Məcəllənin 166.3-cü maddəsinə istinad etməklə hüququn tətbiqində də səhvə yol vermişdir.

36. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edir və belə nəticəyə gəlir ki, qətnamə ləğv edilməlidir. Buna baxmayaraq, məhkəmə kollegiyası işin yeni apellyasiya baxışına qaytarılmasına zərurət görmür. Çünki qeyd edilən hallar hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası işi apellyasiya baxışına göndərmədən bunu iddianın təmin edilməməli olması üçün əsas hesab edir.

37. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçıların evə köçürülmə tələbi təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8273/2021 nömrəli, 18 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” barədə idda tələbi təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar