Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2868/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Edrees Ali X5 cavabdeh X2 və digərlərinə qarşı qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: müddətin bərpası barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4636/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından üçüncü şəxs Əliyev Elçin Məhəmmədəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Edrees Ali X6 (bundan sonra–iddiaçı) cavabdeh X2 (bundan sonra–cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 94 saylı bağ evindən (bundan sonra-mübahisə predmeti olan bağ evi) və həmin bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 vətəndaşı olan iddiaçının keçmiş tanışı olan cavabdeh onun razılığı və icazəsi olmadan, ondan xəbərsiz mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan bağ evinə qanunsuz olaraq daxil olmuş və həmin bağ evində olan əmlaklarını talamışdır. Bu barədə iddiaçı özü bağ evinə quraşdırdığı video-müşahidə kamerası vasitəsi lə xəbər tutmuşdur. Baş vermiş hadisə ilə bağlı polis əməkdaşları ilə birlikdə bağ evinə baxış keçirilən zaman cavabdeh bağ evindən çıxsa da həyətdə yerləşən köməkçi tikilidən çıxmayacağını bildirmiş, bu addımını iddiaçı ilə aralarında guya mövcud olan razılaşma ilə əlaqədar iddiaçının ona təzminat ödəməli olması ilə əsaslandırmışdır. Cavabdehin bağ evindən çıxmamaqda məqsədi həmin əmlakı mənimsəmək olmuşdur.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra– birinci instansiya məhkəməsi) xx.xx.2021-ci il tarixli, 2(008)-5720/2021 nömrəli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia təmin edilmiş, cavabdehin mübahisə predmeti olan bağ evindən və həmin bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması qət edilmişdir.
4. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya mə hkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonraapellyasiya instansiyası məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(103)-767/2022 nömrəli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra– birinci instansiya məhkəməsi) xx.xx.2021-ci il tarixli, 2(008)-5720/2021 nömrəli qətnaməsi qismən, yəni cavabdehin mübahisə predmeti olan bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə iddianın rədd edilməsi qət edilmişdir.
6. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin iddianın rədd olunan hissəsində ləğv edilib, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra –kassasiya instansiyası məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(102)1533/2023 saylı qərarı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), Ə.Xıdırov və E.Vəliyeva) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-767/2022 nömrəli qətnaməsi cavabdehin mübahisə predmeti olan bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılmasının rədd edilməsi hissəsində ləğv edilmiş və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmış dır.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-4636/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri, Sabunçu Rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5720/2021 nömrəli qətnaməsinin qismən– “cavabdeh X1 ünvan 1 ünvanında yerləşən bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması” hissəsində ləğv edilmiş, həmin hissədə iddianın təmin edilməsi, cavabdehin ünvan 1 ünvanında yerləşən bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması qət edilmişdir.
9. Üçüncü şəxs (bundan sonra-üçüncü şəxs) Əliyev Elçin Məhəmmədəli oğlunun vəkili Nümayəndə2 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edərək, mübahisə predmeti olan bağ evinin yerləş diyi torpaq sahəsindən cavabdehin çıxarılması hissəsində iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4636/2023 saylı qərardadı ilə (hakimlər G.Axundova (sədrlik edən və məruzəçi), F.Babayev və C.Musayeva) üçüncü şəxsin verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına üçüncü şəxsin vəkilinin orderi əlavə olunsa da, etibarnamə əlavə edilməmişdir.
12. Üçüncü şəxsin vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə habelə kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmi şdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4636/2023 saylı qərardadı ilə buraxılmış prosessual müddətin bərpa edilərək, mülki işin baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1918/2024 saylı qərardadı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Hüseynov və A.Abbasov) üçüncü şəxsin kassasiya şikayəti dövlət rüsumunun müəyyən olunmuş məbləğdə ödənilməməsinə görə qeyri-mümkün hesab edilərək, mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
15. Bundan sonra üçüncü şəxsin vəkili və nümayəndəsi Nümayəndə2 yenidən kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4636/2023 saylı qərardadı ilə üçüncü şəxsin kassasiya şikayəti elektron qaydada imzalanmadığından geri qaytarılmışdır.
17. Daha sonra üçüncü şəxsin vəkili və nümayəndəsi Nümayəndə2 yenidən kassasiya şikayəti və prosessual müddətin bərpasına barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4636/2023 saylı qərardadı ilə üçüncü şəxsin müddətin bərpası barədə ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 may 2024-cü il tarixli, 2(103)-4636/2023 saylı qərar dadı ilə həmin məhkəmənin 11 sentyabr 2023-cü il tarixli, 2(103)-4636/2023 saylı qətnaməsindən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış və qərardadda göstərilən nöqsanların aradan qaldırılması üçün 10 gün müddət müəyyən olunmuşdur.
20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, sözügedən qərardadın surəti üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 elektron kabinetinə 21 may 2024-cü il tarixdə yerləşdirilmişdir. Belə olan halda üçüncü şəxs tərəfindən sözügedən qətnamədən kassasiya şikayətinin verilməsi üçün müddət 31 may 2024-cü il tarixədək müəyyən olunmuşdur. Lakin kassasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə isə üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 məxsus elektron kabinetdə 04 iyun 2024cü il tarixdə yerləşdirilmişdir.
21. Ona görə də məhkəmə kollegiyası qeyd etmişdir ki, üçüncü şəxs tərəfindən sözügedən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddət üzrsüz səbəblərdən ötürülmüşdür.
22. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini MPM-in 128.1, 133.1, 405.0.1, 408.1.4-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının tamamilə ləğv edərək, qətnamədən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, for mal da olsa, buraxılmış prosessual müddətin ötürüldüyünü apellyasiya instansiyası məhkəməsi hesab edə biləcəyini güman edərək məhkəmə sistemində “buraxılmış prosessual müddətin bərpası haqqında” ərizə blankı doldurularaq kassasiya şikayətinə əlavə edilmişdir. Lakin bu dəfə də qanuni əsas olmadan və əvvəlki qərardadlar nəzərə alınmadan müddətin bərpasından imtina olunaraq kassasiya şikayətinin geri qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərardad qəbul olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
30. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
31. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə q urtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
32. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmişmüddət keçdikdə, prossesual hərəkətləri etmək hüququ keçmiş olur.
33. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 405.0.1. Qətnamədən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində verilə bilər.
37. Maddə 407.2. Kassasi ya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şi kayətində qərardad üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. Üçüncü şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
45. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 may 2024-cü il tarixli, 2(103)-4636/2023 saylı qərardadı ilə həmin məhkəmənin 11 sentyabr 2023-cü il tarixli, 2(103)-4636/2023 saylı qətnaməsindən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış və qərardadda göstərilən nöqsanların aradan qaldırılması üçün 10 gün müddət müəyyən olunmuşdur.
46. Bundan sonra, sözügedən qərardadın surəti üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 elektron kabinetinə 21 may 2024-cü il tarixdə yerləşdirilmişdir. Belə olan halda üçünc ü şəxs tərəfindən sözügedən qətnamədən kassasiya şikayətinin verilməsi üçün müddət 31 may 2024-cü il tarixədək müəyyən olunmuşdur. Lakin kassasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 məxsus elektron kabinetdə 04 iyun 2024-cü il tarixdə yerləşdirilmişdir.
47. Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinin mənasına görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
48. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, üçüncü şəxs sözügedən qətnamədən kassasiya şikayətinin verilməsi üçün məhkəmənin müəyyən etdiyi prosessual mü ddəti üzrsüz səbəblərdən ötürdüyündən, müddətin bərpası barədə ərizəni rədd edib, kassasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, üçüncü şəxsin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
49. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: Üçüncü şəxs Əliyev Elçin Məhəmmədəli oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 iyun 2024-cü il tarixli, 2(103)-4636/2023 saylı qərardadı dəyişdirilmədən saxla