Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2869/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2869/2022 (Açar sözlər: əmrin ləğv olunması, işə bərpa, və məcburi işburaxma ilə bağlı ödənilməmiş əmək haqqının verilməsi tələbləri) Bakı şəhəri, 29 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1306/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qay dasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) və Cavabdeh MMC (bundan sonra cavabdeh) arasında 01 mart 2019-cu il tarixdə əmək müqaviləsi bağlanılmış, müqaviləyə əsasən, sürücü-satış təmsilçisi vəzifəsinə qəbul edilmiş, ona 400 manat əmək haqqı təyin edilmiş, əmək haqqı və digər ödənişlərin "xxxx" ASC-dəki bank hesabına köçürülməsi nəzərdə tutulmuşdur.
2. İddiaçı uzun müddət üzrsüz səbəbdən işə gəlmədiyi, işə gəlməməyi barədə məlumat vermədiyi və iş fəaliyyəti dövründə yol verdiyi mənimsəmə faktlarına görə 01 iyun 2021-ci il tarixdən 31/21 nömrəli əmr əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. Əmək müqaviləsinə xitam verilən günədək ödənilməli olan son haqq-hesab məbləği işə çıxmadığı günlərə görə ödənilən əmək haqqı ilə əvəzləşdirilmişdir.
3. İddiaçı “Covid-19” infeksiyası ilə əlaqədar 30 mart 2021-ci il tarixdən 08 aprel 2021-ci il tarixədək stasionar müalicədə olmuşdur. 4. 15 may 2021-ci il tarixdə Cavabdeh MMC-nin direktoru, baş mühasibi və bölgə müdiri tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, iddiaçı sonuncu dəfə 2021-ci ilin mart ayının sonlarında işdə olmuşlar. O gündən bəri heç bir üzrlü səbəb olmadan işə çıxmamışlar. Buna görə dəfələrlə şifahi xəbərdarlıq olmuş və işə çıxmamaları barədə MMC-yə yaxınlaşaraq izahat yazmaları tələb olunmuşdur. Eyni zamanda, ünvanlarına xəbərdarlıq bildirişi göndərilmiş, lakin ünvanlarında qapı bağlı olduğundan bildiriş geri qaytarılmışdır.
5. Gəncə şəhər Baş Polis İdarəsinin İst intaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı K.Abdullayev tərəfindən qəbul edilmiş 01 iyul 2021-ci il tarixli “materialın aidiyyət üzrə göndərilməsi haqqında” qərarına əsasən, cavabdeh Gəncə şəhər BPİ-yə ərizə ilə müraciət edərək MMC-nin Gəncə 1 saylı firma mağazasında satış təmsilçisi vəzifəsində işləyən iddiaçının 6057,41 manat pulu dükanlardan qəbul edərək firma mağazasına ödəmədiklərini bildirmiş, material 05 iyun 2021-ci il tarixdə K.Abdullayevin icraatına yönəlmiş, izahatlar alınmış, materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulmuş mənimsəmə və israf etmə cinayətinin tərkib əlamətləri olub-olmamasının müəyyən edilməsi üçün araşdırmanın davam etdirilməsi ilə bağlı material Gəncə şəhər Prokurorluğuna göndərilmişdir. 6. 16 iyun 2 021-ci il tarixli, ******* nömrəli “inzibati xəta haqqında” protokola və 25 iyun 2021-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında” qərara əsasən, X1 və İddiaçı əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsinə qanun pozuntusuna yol verildiyinə görə Cavabdeh MMC-nin direktoru X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə protokol tərtib edilmiş, həmin protokol əsasında İ.E.Qurbanov barəsində 1400 manat inzibati cərimə miqdarında inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
7. İddiaçı "xxxx" ASC-dəki hesabına 24 aprel 2019-cu il tarixdən başlayaraq 21 may 2021-ci il tarixədək müxtəlif məbləğlərdə pul vəsaitləri mədaxil edilmiş, sonuncu ödənişin təyinatı kimi aprel ayının əmək haqqı qeyd olunmuşdur.
8. Gəncə şəhər prokur orluğunun 11 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə cavabdehin müraciəti əsasında prokurorluqda aparılan araşdırma zamanı iddiaçının 6057,41 manat borcu olması yaxud mənimsəmə faktı cavabdehin rəhbərliyinin lazımi sənədləri təqdim etməməsi səbəbindən öz təsdiqini tapmamış, cinayət hadisəsinin olması sübuta yetirilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, əksinə həmin qərarla Cavabdeh MMC tərəfindən lazımi sənədlərin təqdim olunmama məsələsinin, həmçinin həmin müəssisə tərəfindən vergidən yayınma hallarının olub-olmaması faktının aydınlaşdırılması üçün müvafiq vergi orqanına məlumat verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəs i, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş 01 iyun 2021ci il tarixli əmrin ləğv olunması, işə bərpa olunması və məcburi işburaxma ilə bağlı ödənilməmiş əmək haqqının, 01 mart 2019-cu il tarixdən 01 iyun 2021-ci il tarixədək onun adına olan əmək haqqı kartına köçürülmüş, onun tərəfindən alınmamış 11279 manat məbləğin, habelə iş ili üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın hesablanaraq cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 01 mart 2019-cu il tarixdə Cavabdeh MMC-də satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsində əmək haqqının kart vasitəsilə bank hesabına köçürülməsi qeyd olunsa da, işə başladığı vaxtdan iddiaçıya əmək haqqı kartı verilməmiş, bildirilmişdir ki, kart işçi işdən çıxanda ona təqdim olunur, həmin vaxtadək karta daxil olan pul yığılır. İşlədiyi dövrdə iddiaçıya əmək haqqı qismində əlbəəl müxtəlif məbləğdə pullar verilmişdir. Cavabdehin bölgə müdiri Çingiz Əkbərov 2021-ci ilin may ayının əvvəllərində iddiaçını yanına çağıraraq ona işinə davam etməsi üçün Gəncə Asan Xidmət Mərkəzində 20000 manat borc müqaviləsi bağlamalı olduğunu demiş, iddiaçı isə buna etiraz etmişdir. İddiaçı ilə birlikdə satış üzrə nümayəndə işləyən Avazov Sənan, Hacıyev Orxan, Həsənov Xəyal və Rzayev Cavid adlı şəxslər ayrıayrılıqda Çingiz Əkbərovla 20000 manat borca dair müqavilə bağlamışlar. İddiaçı isə bölgə müdirinin göstərişinə tabe olmadığı ndan artıq həmin müəssisədə işləyə bilməyəcəyini anlayıb 11 may 2021-ci il tarixdə işdən azad olunmasına dair ərizə ilə Çingiz Əhmədova müraciət etmişdir. Lakin, sonuncu onun ərizəsini qəbul etməmişdir. Elə həmin gün iddiaçı elektron poçt vasitəsi ilə Əmək Müfəttişliyinə müraciət etsə də, 16 may 2021-ci il tarixli müvafiq cavab məktubunda müraciətin anonim kimi qeydə alındığı, buna görə də ərizəyə baxılmadığı qeyd olunmuşdur. Halbuki iddiaçı müraciətində işdən çıxmaq istədiyini, lakin cavabdeh tərəfdən buna maneə törədildiyini, həmçinin əmək haqqı kartının əlindən alındığını göstərmişdir. Bundan sonra 01 iyun 2021-ci il tarixdə cavabdeh iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam vermişdir. İddiaçı 30 mart 2021-ci il tarixdən 08 aprel 2021-ci il tarixədək işə gedə bilməmiş, buna səbəb isə “Covid-19” infeksiyasına yoluxması olmuşdur. Bu barədə tibbi arayışı cavabdehə təqdim etmək istəsə də, cavabdehin əməkdaşları arayışı qəbul etməmişdirlər. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək işdən azad edilməsi ilə bağlı əmrin surətinin, əmrin verilməsinə əsas olmuş sənədlərin surətlərinin ona təqdim edilməsini xahiş etmiş, ərizə 12 iyun 2021-ci il tarixdə cavabdehə çatmasına baxmayaraq, bugünədək cavablandırılmamışdır. Bundan başqa, əmək haqqı kartı işçiyə şirkət tərəfindən təqdim olunur. Belə olan halda kartı təqdim etməsini cavabdeh sübut etməlidir. İddiaçıya əmək haqqı kartı təqdim edilməmiş, işə başladığı tarixdən işdən azad edildiyi tarixədək həmin karta ümumilikdə 11279 manat mədaxil edilmiş, həmin pul iddiaçı tərəfindən nağdlaşdırılmamış, istifadə edilməmişdir. Buna görə də, həmin pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, iddiaçı işlədiyi müddətdə məzuniyyət hüququndan istifadə etməmişdir. Qanunvericiliyin tələblərinə əsasən, istifadə olunmamış əmək məzuniyyətinin pulla əvəzi işəgötürən tərəfindən işçiyə təqdim edilməlidir.
11. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı cavabdehin Gəncə şəhərində yerləşən firma mağazasında əmək funksiyalarını icra etmişdir. Gəncə şəhəri üzrə yoxlanış zamanı həmin şəxsin fəaliyyətində cinayət tərkibli fakt olan mənimsəmə aşkar edilmişdir. Bununla bağlı aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edilmişdir. Hal-hazırda materiallar araşdırma ap arılması üçün aidiyyəti prokurorluq orqanına təqdim edilmişdir. İddiaçının işdən azad edilməsinə səbəblərdən biri onun heç bir üzrlü səbəb təqdim etmədən 2021-ci ilin mart ayından etibarən işə gəlməməsi olmuşdur. Bununla bağlı onun yaşadığı ünvana məktub ünvanlanaraq məlumat verməsi tələb olunmuş, lakin məktub ona çatmadan geri qaytarılmış, cavabdehin əməkdaşları tərəfindən bu barədə akt tərtib olunmuşdur. İşdən azad edildikdən sonra iddiaçı X3 şikayətlə müraciət etmiş, aparılmış araşdırma zamanı iddiaçıya işdən çıxarılma zamanı son haqq-hesab ödənilmədiyi üçün cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin maddənin sanksiyası həddində inzibat cərimə təyin edilmişdir. Əgər iddiaçı işdən aza d edilən zaman hər-hansı qanun pozuntusu olsaydı cavabdeh barəsində başqa maddələrlə də protokol tərtib edilərdi. İddiaçı aprel ayı ərzində işə gəlməməsinə baxmayaraq, ona əmək haqqı ödənilmiş, buna görə də, ona ödənilməli son haqq-hesab aprel ayı üzrə ödənilmiş əmək haqqı ilə əvəzləşdirilmişdir. Cavabdeh bu hərəkətinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş olsa da, faktiki olaraq iddiaçıya son haqq-hesab qismində ödəniş edilmişdir. İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə onun adına "xxxx" ASC-də hesab açılmış, həmin bankın plastik kartı əmək haqqı kartı kimi iddiaçıya təqdim edilmiş, müntəzəm olaraq əmək haqqı ödənişləri həmin karta mədaxil edilmişdir. Əmək haqqı kartı məlumatları şəxsi xarakter daşıyır. K art iddiaçının özünə təqdim edilmişdir. İddiaçının 2 il ərzində əmək haqqı kartı olmadan işləməsi ağlabatan deyildir. Digər tərəfdən, iddiaçı ona aid əmək haqqı kartındakı pul vəsaitindən mobil tətbiq vasitəsi ilə də istifadə edə bilərdi.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim E.M.Mustafayev) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-5803/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
13. İddia tələbinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və məcburi işburaxma ilə əlaqədar əmək haqqının ödənilməsi hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 01 iyun 2021-ci il tarixli, 31/21 nömrəli əmrdə iddiaçının işdən azad edilməsinin 2 səbəbi göstərilmiş, bunlardan biri üzrsüz səbəbdən işə gəlmə mə, digəri isə iş fəaliyyəti dövründə yol verdiyi mənimsəmə faktları olmuşdur. İddiaçının mart ayının sonlarından işə çıxmaması həm tibbi vərəqədən, həm də cavabdeh tərəfindən təqdim olunmuş aktdan öz təsdiqini tapır. İddiaçının nümayəndəsi izahatında iddiaçının 11 may 2021-ci il tarixdə işdən azad edilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etməsini bildirmiş, lakin buna dair hər-hansı sübut məhkəməyə təqdim olunmamışdır. Əmrdə göstərilən digər məsələ isə hazırda prokurorluq orqanı tərəfindən araşdırma mərhələsindədir. 14. 01 iyun 2021-ci il tarixli əmrdə göstərilən səbəblərdən ən azı birinin mövcud olması işçi ilə işəgötürən arasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi üçün əsasdır və bu əsasların mövcud olması sübuta yetirildiyində n məhkəmə hesab etmişdir ki, iddia əmrin ləğv olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində rədd edilməlidir.
15. Digər tərəfdən, məhkəmə iddiaçının əmək haqqı kartına köçürülmüş pulların cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və istifadə olunmamış əmək məzuniyyətinin pulla əvəzi ilə son haqq-hesabın ödənilməsi ilə bağlı hesab etmişdir ki, iddiaçının 2021-ci ilin mart ayının sonundan işə çıxmaması sübuta yetirilmiş, cavabdeh iddiaçıya son haqqhesab və məzuniyyət pulunun düzgün hesablanmaması ilə bağlı inzibati məsuliyyətə cəlb olunsa da, bank hesabından çıxarış məlumatlarında işə çıxmadığı aprel ayının əmək haqqı qismində iddiaçının hesabına pul köçürülmüşdür. Digər tərəfdən, əmək haqqı kartının iddiaçıya təqdim edilməməsi ilə bağlı da məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia bu hissələrdə də rədd edilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci, Mülki Prosessual Məcəllənin 14.2, 80,81, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən nəticəyə gəlinərkən nəinki maddi hüquq normaları pozulmuş, hətta maddi hüquq normasının tələblərinə göz yummaqla ümumiyyətlə qanunvericiliyin tələblərini kənara qoyub şəxsi mülahizələrindən çıxış etmiş, prosessual hüquq normasının tələbl ərindən kənara çıxmışdır. O, işə xx.xx.2021-ci il tarixdən sonra çıxa bilməmişdir. İşəgötürən həmin tarixdən işə çıxmadığını görsə də, məhz həmin tarixə kimi işə çıxmasını, həmin tarixdən sonra çıxmamasını, bununla bağlı müvafiq sübutları və davamiyyət kitabını sübut qismində təqdim etməmişdir. Onun işə çıxmamağına səbəb məhz işəgötürənin yerli bölgə müdiri Çingiz Əkbərov olmuşdur.
19. İşin apellyasiya baxışı zamanı Gəncə şəhər prokurorluğunun 11 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1306/2022 saylı mül ki iş üzrə 02 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin olunması, 31/21 saylı, 01 iyun 2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə əmri ləğv edilsin, İddiaçı əvvəlki işinə bərpa edilsin, ona məcburi işburaxma müddəti üçün əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qənaəti ilə razışmayaraq, hesab etmişdir ki, cavabdeh tərəfindən təqdim edilən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması açıq-aşkar təsdiq olunmur. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır.
22. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmiş, ancaq Əmək Məcəlləsinin 76-cı maddəsinin tələbləri pozularaq əmrin məzmununda iddiaçının uzun müddət üzrsüz səbəbdən işə gəlmədiyi, işə gəlmədiyi barədə məlumat vermədiyi və iş fəaliyyəti dövründə yol verdiyi mənimsəmə faktlarına görə işdən azad edilməsi göstərilmişdir.
23. İddiaçının üzrlü səbəb olmadan işə gəlməməsi əsası kimi əmək müqaviləsi nə xitam verilməsi üçün mötəbər sübutlar olmalıdır. İşdə yalnız cavabdeh tərəfin direktor, baş mühasib və bölgə müdiri kimi göstərilən şəxslərin tərtib etdiyi 15 may 2021-ci il tarixli aktı mövcuddur. Bu akt qeyd olunan əsasla iddiaçının işdən azad edilməsi üçün mötəbər sübut və yetərli ola bilməzdi. Çünki, cavabdeh tərəfin işdə bilavasitə maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İşdə olan digər sübutlarla təkzib edilir.
24. Əksinə, iddiaçının apellyasiya şikayətində göstərdikləri iş materialları və apellyasiya baxışı zamanı təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ilə tam təsdiq olunur. Belə ki, cavabdeh Cəmiyyətin bölgə müdirinin 20000(iyirmi min) manat məbləğində yalan əqd bağlamalı olduğunu tələb etdikdən sonra iddiaçı 11 may 2021-ci tarixdən işdən a zad edilməsinə dair ərizə ilə müraciət etsə də, əmək müqaviləsinin ləğv edilməsi bu əsasla rəsmiləşdirilməmişdir. Bu fakt əmək müfəttişliyinin iddiaçıya göndərdiyi həmin məktubla da birbaşa təsdiq olunur. Eyni zamanda cavabdehin müraciəti əsasında Gəncə şəhər prokurorluğunda aparılan araşdırma zamanı cavabdeh Cəmiyyətin bölgə müdiri vəzifəsində işləyən Çingiz Əsgərov iddiaçının məhz 2021-ci ilin may ayının əvvəllərində işdən çıxmaq istədiyini ona bildirdiyini təsdiq etmiş, 2021-ci ilin mart ayının axırlarından işə gəlməməsi barədə heç bir məlumat verməmişdir. Demək, cavabdeh tərəf 11 may 2021-ci il tarixdən sonra həm də iddiaçını qəsdən işə buraxmamaqla bu əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün “əsas” yaradaraq bu istəyini 01 iyun 2021-ci ildə reallaşdırmışdır. Əlbəttə ki, bu yolve rilməzdir.
25. Qeyd olunduğu kimi, iddiaçının nümayəndəsi və vəkili tərəfindən apellyasiya baxışı zamanı təqdim edilmiş Gəncə şəhər prokurorluğunun 11 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, cavabdehin müraciəti əsasında prokurorluqda aparılan araşdırma zamanı iddiaçının 6057,41 manat borcu olması yaxud mənimsəmə faktı cavabdehin rəhbərliyinin lazımi sənədləri təqdim etməməsi səbəbindən öz təsdiqini tapmamış, cinayət hadisəsinin olması sübuta yetirilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, əksinə həmin qərarla Cavabdeh MMC tərəfindən lazımi sənədlərin təqdim olunmama məsələsinin, həmçinin həmin müəssisə tərəfindən vergidən yayınma hallarının olub-olmaması faktının aydınlaşdırılması üçün müvafiq vergi orqanına məlumat verilməsi qərara alınmışdır. Başqa sözlə cinayət təqibi üzrə araşdırma zamanı işə əlavə edilmiş aktda(bax.i.v.36)olan məlumatların doğruluğu və aktdakı imzanın iddiaçıya məxsus olması yoxlanıla bilərdi, lakin lazımi sənədlərin əsli prokurorluğa təqdim edilmədiyindən bunun yoxlanılması da mümkün olmamışdır. Demək, cavabdehin mübahisələndirilən əmrdə iddiaçının iş fəaliyyəti dövründə yol verdiyi mənimsəmə faktlarına yol verməsi arqumenti də öz təsdiqini tapmamışdır. Göründüyü kimi, iddiaçının bu əsasa görə də əmək müqaviləsinin ləğv edilməsi üçün onun ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşməli, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahən gi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.
26. Lakin cavabdeh tərəfindən iddiaçının ümumiyyətlə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair, eləcə də 72-ci maddədə nəzərdə tutulan şərtləri pozmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir.
27. Mübahisələndirilən xx.xx.2021-ci il tarixli 31/21 saylı əmrdə Əmək Məcəlləsinin 70ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır.
28. Göstərilənlərdən əlavə, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi xəbərdarlıq müddətini 1 ay müəyyən edib. Bu müddətin axımı işçi tərəfindən əmək müqaviləsinin ləğvi barədə ərizənin verilməsi ilə başlayır. Əgər işçi əmək münasibətini dayandırmaq istədiyi günü ərizədə göstərmək istəyirsə bunu yalnız xəbərdarlıq müddətinin (bir ayın) daxilində göstərə bilər. Əmək Məcəlləsi işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verməyib. Əgər işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verilsə istənilən işçi ərizə yazaraq 2 ay, 3 ay və s. müddətdən sonra əmək müqaviləsinin ləğv edilməsini tələb edə bilər. Əgər işçinin əmək münasibətini dayandırmaq istədiyi gün xəbərdarlıq müddətindən (1 aydan) kənardadırsa ərizə həmin günə aid hissədə etibarsız sayılır və hesab olunur ki, işçi ərizədə əmək münasibətini dayandırmaq istədiyi günü göstərməyib. Bu halda 1 ay bitən kimi əmək müqavi ləsi ləğv edilmiş sayılır. Hazırki iş üzrə iddiaçının hansı tarixdə ərizə yazdığı və öz təşəbbüsü ilə hansı tarixdən işdən çıxmaq istəməsinə dair işə əmək müfəttişliyinin ona elektron qaydada ünvanladığı məktubda məlumatlar mövcuddur, cavabdeh tərəf də məhkəməyə hər hansı bir sübut təqdim etməsə də, prorkuroluqda aparılan araşdırma zamanı iddiaçının 2021-ci ilin may ayında belə bir müraciətinin olduğunu təsdiq etmişlər. Demək, mübahisəli hal həm də odur ki, iddiaçının hansı tarixdə ərizə yazdığı, hansı tarixdən əmək müqaviləsinin ləğv edilməsini istədiyi, əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydaları barədə Əmək Məcəlləsinin tələblərinin düzgün yerinə yetirilibyetirilməməsi də aydınlaşdırılmalı idi. Bu halları sübut etmək yükü isə artıq işəgötürən olaraq cavabdeh tərəfin üzə rinə düşürdü. Lakin cavabdeh tərəf bu hallara dair heç bir sübut təqdim etməmişdir.
29. Bununla yanaşı, bəzən belə mübahisələrin həlli zamanı "əmək müqaviləsinin ləğv edilməsi" anlayışı ilə "əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirilməsi" anlayışı səhvən eyniləşdirilir. İşçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda müqaviləni işçi ləğv edir, işəgötürən isə ləğvi rəsmiləşdirir (Əmək Məcəlləsi, maddə 83. hissə 1). İşçi əmək müqaviləsinin tərəfi kimi həmin müqaviləni ləğv etmək hüququna malikdir, bu hüququnu həyala keçirmək üçün müqavilənin digər tərəfinin (işəgötürənin) əmrindən asılı deyil, sadəcə xəbərdarlıq müddətinə (1 aya) əməl etməlidir. Ancaq hazırki mübahisənin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, əmək müqaviləsinin ləğv edilməsini işçi olan iddiaçı öz təşə bbüsü ilə tələb edir, ancaq cavabdeh olan işəgötürən isə nəinki bunu təmin etmir, həm də buna hər vəchlə maneə olmağa çalışaraq(iddiaçının prokurorluqda verdiyi izahata görə Çingiz Əsgərovun onun ərizəsinin cırıb atmış və.s) qanunsuz və əsassız olaraq öz təşəbbüsü ilə, özü də əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə iddiaçı ilə əmək müqaviləsini ləğv edilməsinə çalışmış və buna da nail olmuşdur. Lakin Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndi bunu yəni,... hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməyi qadağan edir. Bu halın özü də iddianın təmin edilməsinin müstəqil əsası kimi çıxış edə bilərdi.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 68.1, 68.2, 69.1,69.2, 69.3, 69.5, 69.7, 70, 71, 72, 76, 83.1, 83.2, 135 və 144-cü maddələrin 2-ci hissəsi, 172 və 300-cü maddələrinə, istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı üzrlü səbəbdən tam iş günü işə gəlməmişdir. İş vaxtı Əmək Məcəlləsinə əsasən 8 saatdır. İddiaçı ilə cavabdeh arasında bağlanan müqavilədə də bu öz əksini tapmışdır. İddiaçı mart ayının sonlarından dəfələrlə bu hərəkətləri etmişdir. Son dəfə may ayının əvvəllərində işə gəlmiş və şifahi olaraq heç bir ərizə təqdim etmədən işdən çıxmaq istədiyini bildirmiş və özbaşına olaraq işi tərk etmişdir. Bundan sonra iddiaçının ünvanına xəbərdarlıq bildirişi göndərilmiş və cavabdeh təşkilata yaxınlaşaraq izahat yazması tələb edilmişdir. Xəbərdarlıq bildirişi geri qaytarıldığından xx.xx.2021- ci il tarixli AKT tərtib olunmuşdur. Bundan sonra da iddiaçı işə çıxmamışdır. Son olaraq işəgötürən xx.xx.2021-ci il tarixdə Azərbayacn Respublikası Əmək Məcəlləsinin 70 Ç bəndi ƏMR qəbul etmişdir. Əmr qəbul olunan tarixədək uzun müddət tam iş günləri işə gəlməmişdir və gəlməməsi barədə lıcç bir ərizə təqdim etməmişdir.
33. İddiaçı cavabdeh təşkilatın bölgə müdirinə məlumat verdiyini, lakin həmin ərizənin cırılıb atıldığını bildirmişdir. Əgər iddiaçı belə hal ilə qarşılaşmışdırsa həmin ərizəni poçt vasitəsilə göndərmək imkanından məhrum olmamı şdır. Halbuki iddiaçı X3 şikayət edə bilirdisə deməli belə bir ərizəni poçt vasitəsilə göndərmək üçün kifayət qədər hüquqi savadı mövcud olmuşdur. Digər tərəfdən həmin ərizə təqdim olunub qəbul olunsa belə Azərbaycan Respublikası Əmək Məcəlbsinin69-cu maddəsinə əsasən işçi bir ay ərzində işə çıxmalı idi. Yəni 2021 -ci ilin may ayının əvvəllərində belə bir ərizə təqdim olunsa idi. Onda iyun ayının əvvəllərinə kimi işə çıxmalı idi. Lakin mövcud sübutlardan və iddiaçının izahatından məlum olur işci, iddiaçı özbaşına olaraq işə çıxmamağa başlamışdır. İddiaçı Ərizə təqdim etməsi barədə də hər-hansısa sübut (yazışma) təqdim etməmişdir. İşəgötürənin qeyd edilən balda vəzifəsi işçinin ünvanına xəbərdarlıq bildirişinin göndərilməsindən və Aktın tərtib edilməsindən ibarətdir. Məhkəmə bu iki sənədə mötəbər sənəd kimi yanaşmır.
34. İşçinin işdən çıxarılmasının digər bir əsası isə Gəncə şəhəri üzrə yoxlanış zamanı həmin şəxsin fəaliyyətində cinayət tərkibli fakt olan mənimsəmə aşkar edilmişdir. Bununla bağlı tərəflər arasında AKT tərtib olunmuşdur. Həmin AKT iddiaçı tərəfindən nə birinci instansiya məhkəməsində, nə də ki Prokurorluq orqanında mübahisləndirilməmişdir. Yəni həmin aktın əslinin təqdim olunmasına baxmayaraq həmin sənəd ekspertizadan keçirilməmişdir. Bu onu sübut edir ki, iddiaçı həmin AKTa özü imza çəkmişdir. Prokurorluq orqanı sadəcə olaraq Cavabdeh MMC tərəfindən əlavə sənədlərin mövcud imzalarla əlaqələri təsdiq edən sənədlərin təqdim edilməməsinə görə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı qəbul etmişdir. Amma fakt öz faktlığında qalmışdır. Yəni, idd iaçı cavabdeh təşkilata zərər vurmuşdur. Həmin AKT öz hüquqi qüvvəsini saxlamış, etibarsız hesab edilməsi barədə iddiaçı tərəfindən heç bir addım atılmamışdır. Göründüyü kimi iddiaçının işdən çıxarılması üçün Azərbaycan Respublikası Əmək Məcəlbsinin 72-ci maddəsinin a; c və f bəndinin əlamətləri mövcuddur. Bütün bu əsaslar əsasında işçini Əmək Məcələsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən çıxarmaq mümkündür. Məhkəmə bu əsasları və işəgötürən təşkilatın sənədlərini nəzərə almadan öz mülahizələrinə əsaslanıb iddianı təmin etmişdir.
35. Məhkəmə mövcud sübutlara hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən mənimsəmə faktının etirafi barədə AKT, xx.xx.2021 -ci il tarixli AKT, xəbərdarlıq bildirişinə hüquqi qiymət verməyərək əsassız olaraq onları mötəbər sübut kimi nəzərə almamışdır. Məhkəmənin qətnamə çıxarmaq üçün əsaslandığı sənəd Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardır ki, həmin qərarda qeyd edilən mübahisəni həll edəcək hər hansısa bir sənədə istinad edilməmişdir. Eyni zamanda həmin qərarda predyusial qüvvəyə milik olan heç bir fakt mövcud deyildir. Əksinə, iddiaçı X3 öz şikayətini bildirmişdir. X2 aidiyyatı üzrə araşdırma aparılmış və yalnız işdən çıxarılma zamanı son haqq-hesab ödənilmədiyi üçün cavabdeh Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol veriən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsinə görə cərimə olunmuşdur. Əgər iddiaçının işdən çıxarılması zama nı hər-hansısa qanını pozuntusu mövcud olsa idi bu zaman cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə görə cərimə oluna bilərdi. X2 araşdırma zamanı mövcud sənədlər həmin orqana təqdim olunmuşdur. Lakin yalnız bir maddə ilə inzibati cərimə olunmuşdur. Bu isə onu göstərir ki, iddiaçının işdən çıxarılması zamanı heç bir qanun pozuntusu mövcud olmamışdır. Məhkəmə həmin qərarı nəzərə almamışdır. Bu isə məhkəmə qətnaməsinin qanuni və əsaslı olma tələblərini pozmuş və nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
37. Maddə 68.2 Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsasıdır.
38. Maddə 69.1 İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
39. Maddə 69.2 Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
40. Maddə 69.5 İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
41. Maddə 69.7 İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
42. Maddə 70 “ç” bəndi: İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
43. Maddə 71.2 Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
44. Maddə 71.3 İşəgötürən bu Məcəllənin 7 0-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
45. Maddə 72- “a” bəndi: Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
46. Maddə
76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
47. Maddə 83.1 Əgər işçi ilə bağlan mış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
48. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmə k haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
49. Maddə 135.2 İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
50. Maddə 144.2 Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
51. Maddə 172.4 İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir.
52. Maddə 300.1 Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edil məsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanı lır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya məhkəməsi həmin qənaətlə razılaşır.
62. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
63. Ona görə də kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1306/2022 nömrəli, 02 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.