Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2869/2025 24.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, əmlakın qanunsuz sahiblikdən qaytarılması, mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 may 2025-ci il tarixli 2(103)-2362/2025 saylı qətna məsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 24 sentyabr 2025-ci ildə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, ev 2 ünvanında yerləşən 20 saylı mənzil satıcı X1 ilə alıcı İddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı satılmış və mənzil xx.xx.2022-ci il tarixindən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçmişdir.
2. Hazırda mənzil cavabdehlərin faktiki sahibliyindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onların ailə üz vlərinin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, mənzilin cavabdehlər tərəfindən boşaldılmaqla, iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, iddiaçı mənzili aldıqdan sonra mənzillə bağlı istifadə hüquqlarını həyata keçirmək istədikdə maneələrlə rastlaşmışdır. Belə ki, iddiaçıya mənzili satan şəxsin qohumları, həmin evdən çıxmaq istəmirlər. Həmin şəxslər mənzildə qeydiyyatsız yaşayırlar. İddiaçı onlardan mənzilin boşaldılmasını tələb etsə də, cavabdehlər bundan imtina edirlər.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-25/2025 saylı, 24 yanvar 2025ci il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia təmin olunmuşdur.
6. Bakı Apelly asiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1153/2024 saylı qətnaməsi ilə tərəflər arasında baxılmış mülki mübahisə üzrə İddiaçı vicdanlı alıcı qismində tanınmışdır. Hansı ki, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-3170/2024 saylı qərarı ilə qüvvədə saxlanılmışdır.
7. Məhkəmə mövqeyini belə əsaslandırılmışdır ki, satıcı X1 ilə alıcı İddiaçı arasında mübahisəli mənzilə dair xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və sonuncunun mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində qeydə alınmışdır. Onunla satıcı arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı tələbi təmin edilməmiş, İddiaçı vicdanlı alıcı kimi hüquqları qorunmuşdur. Miras əmlakdakı pa ydan məhrum olan vərəsələrə isə onların hüququnu pozmuş şəxsə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Odur ki, mülkiyyət hüququnun müdafiəsi və satıcının üçüncü şəxslərin hüquqlarından azad əşya vermək vəzifəsi baxımından məhkəmə o qənaətə gəlmişdir ki, cavabdehlərin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan əmlakdan istifadəsi qanunsuzdur və mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etməkdə haqlıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.2, 152.5, 157.2, 157.4, 228.4, 567, 572.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olun masını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərar qəbul etsə, AR Ali Məhkəməsini qərarı və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədən düşmüş hesab ediləcəkdir və bunun nəticəsində cari iş üzrə icraatın dayandırılması və yekun məhkəmə aktının qəbul edilməsinin gözlənilməsi zərurəti yaranmışdır. Hesab edir ki, Binəqədi Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən qəbul ediləcək qərardadı-qərarı gözləməli və iş üzrə cavabdehlərin mülkiyyət hüquqlarını pozan qətnamə qəbul etməməli idi.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2362/2025 nömrəli, 26 may 2025-ci il tarixli qətnaməsi ilə (ha kimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), K.H.Əkbərov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yuxarıda qeyd olunan məhkəmə aktı ilə İddiaçı vicdanlı alıcı qismində tanınması ilə bağlı məsələlərə faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktı ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur.
13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin hazırkı işdə preyudisiallığı qəbul edilmiş məhkəmə qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etməsinə baxmayara q birinci instansiya məhkəməsinin həmin orqanlar tərəfindən qəbul ediləcək qərarı gözləmədən işə baxması, icraatı dayandırmamaması barədə dəlili üzrə qeyd etmişdir ki, apellyasiya baxışı zamanı şikayətinin (əlavə kassasiya şikayətinin) Ali Məhkəmənin Plenumunun, yaxud Kontitusiya Məhkəməsi Plenumunun icraatına daxil olması müəyyən edilməmişdir. Əksinə, apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-3170/2024 saylı qərarından verdiyi əlavə kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırm ışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cari iş ilə əlaqədar Cavabdeh2 mübahisə predmetini təşkil edən mənzil barəsində mülkiyyət hüquqlarını bərpa edilməsi ehtimalı mövcuddur. Belə ki, Konstitusiya Məhkəməsi Cavabdeh2 şikayəti üzrə işi araşdırır. Həmin iş üzrə Konstitusiya Məhkəməsi qərar qəbul etsə, AR Ali Məhkəməsinin qərarı və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədən düşmüş hesab ediləcəkdir və bunun nəticəsində cari iş üzrə icraatın dayandırı lması və yekun məhkəmə aktının qəbul edilməsinin gözlənilməsi zərurəti yaranmışdır. Odur ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi AR Konstitusiya Məhkəməsi tərəfindən qəbul ediləcək qərardadı və ya qərarı gözləməli və iş üzrə cavabdehlərin mülkiyyət hüquqlarını pozan qətnamə qəbul etməməli idi.
17. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, AR Mülki Məcəlləsinin 152.1-152.5, 157.1-ci maddələri, “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Avropa Konvensiyasına dair 1-ci əlavə protokolun 1-ci maddəsinin, həmçinin AR Mülki Prosessual Məcəlləsinin 14.2, 217, 218, 254.1.4-cü maddələrinin tələblərinin pozulduğu göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 19. 13-cü maddə İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
21. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə s ahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1 Kassa siya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Haz ırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
28. Kassasiya şikayətində cavabdeh tərəfindən mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsas ola biləcək hər hansı pozuntu qeyd edilməmişdir.
29. Cavabdehin tərəflər arasında baxılmış əvvəlki mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-3170/2024 saylı qərarından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verilməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Bu normanın dispozisiya şərtindən göründüyü kimi, prosessual qanunvericilikdə icraatın dayandırılmasına əsas kimi digər “məhkəmə icraatı qaydasında baxılan”, yəni artıq icraatda olan iş nəzərdə tutulur.
30. Cavabdeh tərəfindən nə apellyasiya, nə də kassasiya şikayətinə Azərbaycan Respublikası Konstitusiya Məhkə məsi tərəfindən şikayətin icraata götürülməsi barədə sübut əlavə edilmədiyindən apellyasiya məhkəməsi tərəfindən icraatın dayandırılması üçün qanuni əsas olmamışdır.
31. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2362/2025 nömrəli, 26 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.