Məhkəmə qərarları › İş №2(102)-287/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-287/2024

17.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-287/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zəbt edilmiş torpaq sahəsinin qanuni istifadəyə qaytarılması, mülkiyyət hüququnun müdafiəsi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya iddiası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin Cavabdeh qarşı qanunsuz zəbt edilmiş bələdiyyə torpağının geri qaytarılması tələbinə dair mülki iş üz rə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1688/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2024- cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 31 yanvar tarixli Qərarı ilə Cavabdeh (bundan sonra – cavabdeh) və onun ailə üzvlərinin mülkiyyətinə Ağastafa rayonu, Həsənsu kəndi ərazisində 0,72 ha torpaq sahəsi verilmişdir. 2. 23.06.2022-ci il tarixdə Ağstafa rayonu, Həsənsu kəndində yerləşən 0.147240 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehin və ailə üzvlərinin adına ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Cavabdehə məxs us torpaq sahəsinin qonşuluğunda Həsənsu Bələdiyyəsinin (bundan sonra – iddiaçı) mülkiyyətində olan torpaq sahəsi yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı məhkəməyə müraciət edərək tərəfindən Ağstafa rayonu Həsənsu kənd ərazisində yerləşən mülkiyyətində olan qanunsuz zəbt edilmiş torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh mülkiyyətində olan JN 261 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə pay (üzüm bağı) torpaq sahəsinin kənarında yerləşən 104,2 metr uzunluğunda və 3,50 metr enində Həsənsu bələdiyyəsinin mülkiyyətində olan kənd sakinlərinin və eyni zamanda kənd təsərrüfatı texnikalarının gediş-gəli şi üçün istifadə olunan yolun bir hissəsini qanunsuz zəbt edərək qeyri-qanuni istifadə edir. Cavabdeh ona torpaq sahəsinin ayrılması üçün bələdiyyəyə müraciət etməmiş və bələdiyyə tərəfindən torpağın cavabdehə verilməsi barədə qərar qəbul edilməmişdir. Habelə torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsi ilə əldə olunmamışdır. Beləliklə, cavabdeh heç bir hüquqi əsas olmadan bələdiyyə torpağından qanunsuz istifadə edərək, zəbt etmişdir. Cavabdehə rəsmi qaydada müraciət edərək qanunsuz zəbt etdiyi torpaq sahəsinin zəbtdən azad edilməsi tələb edilmişdir. Lakin, cavabdeh torpaq sahəsinin zəbtdən azad edilməsindən imtina edərək həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Cavabdehin bu cür qanunsuz əməli kənd sakinləri tərəfindən haqlı narazılığa səbəb olmuşdur. Sakinlərin narazılığı nın əsas səbəbi isə ondan ibarətdir ki, həmin qanunsuz zəbt edilmiş torpaq sahəsinin bir hissəsi yolun payına düşdüyündən hazırda həmin yoldan istifadə mümkün deyildir. Hazırki vəziyyətdə yol dar olduğundan kənd təsərüffatı texnikası ilə yolda təmir bərpa işləri aparılması mümkünsüzdür.

6. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, əlavə olaraq qeyd etmişdir ki, o heç bir toqpağı zəbt etməmiş, həmin torpaq ona ölçülüb verilmişdir. Bələdiyyə həmin ərazidə yol çəkmək üçün bağlarsovet hökümətindən salınmış üzüm ağaclarının kəsilməsinə etiraz etmişdir. Həmçinin kənd sakinlərinin də zəbt torpaqları vardır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir.

7. Cavabdehin vəsatətinə əsasən məhkəmə -tikinti texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/109 nömrəli ekspert rəyinə əsasən Cavabdeh faktiki istifadəsi kimi təqdim etdiyi torpaq sahəsi 1979,0 kv.m təşkil edir. Həsənsu kəndinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsi ilə faktiki istifadə vəziyyəti arasında konfiqurasiya fərqləri olmasına baxmayaraq, TEKUİS (X1 informasiya Sistemi) məlumat bazasında Cavabdeh mülkiyyətində olan 0,15 ha torpaq sahəsi öz əksini tapmışdır. Cavabdeh mülkiyyətindən artıq olan, lakin istifadəsində olan torpaq sahəsinin 562,0 kv.m qədər hissəsi TEKUİS məlumat bazasında bələdiyyə mülkiyyəti kimi işlənmişdir.

8. Ağstafa Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(015)-18/2023 nömrəli iş üzrə 28 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia təmin edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Hazırda həmin torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz zəbt edilmişdir. Odur ki, cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsi boşaldılaraq aidiyyatı üzrə geri-iddiaçının sərəncamına qaytarılmalıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, 152.1 və 157.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5 və 111-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikasının Qanunun 4.0.1 və 16.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Mə cəlləsinin 119.1 və 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən ekspert qarşısında qoyulan hər iki sualın cavabı konkret olaraq verilməmişdir. Ekspert yalnız ƏMDX-nin yanında DƏDK və RPHŞ-in 15 saylı Tovuz Ərazi İdarəsinin göndərdiyi cavabı qeyd etmişdir və orada göstərilir ki, TEKUÍS-də həmin torpaq sahəsi yuxarıdakı kimi qeyd edilmişdir. Bu məlumat hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Ekspert rəyində 2-ci suala ümumiyyətlə cava b verilməmişdir. Bu isə torpaq sahəsi üzərində mükiyyət hüququnu təsdiq edən sənəd deyildir və sübutedici sənəd kimi götürülə bilməz. Belə ki, məhkəmə hüquqmüəyyənedici sənədlə sübut etməli idi ki, onun istifadəsində olan torpaq sahəsinin bir hissəsi Həsənsu bələdiyyəsinə məxsusdur. Bundan sonra isə həmin torpaq sahəsinin boşaldılması barədə qərar qəbul etməli idi. Belə bir sənəd olmadığı üçün məhkəmə məlumatı əsas götürərək zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə qərar qəbul etmişdir. Həsənsu bələdiyyəsinə verilmiş Dövlət Akt-nın planına baxdıqda da aydın görünür ki, bələdiyyə torpağı ilə onu istifadəsində olan torpaq sahələri ayrı-ayrı yerlərdir və üst-üstə düşmürlər.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104) -1688/2023 nömrəli iş üzrə 12 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fikrət Mehdiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlərin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onun iddiası hüquqdan sui -istifadə ilə əlaqədar deyildir.

15. Məhkəmə kollegiyası ekspertiza rəyini əsaslı hesab edərək qeyd etmişdir ki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına istinad edilmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, 29-cu maddəsinin 3-cü bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 84, 111-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 4.0.1, 16.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kass asiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil Müşafiq oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Şikayət apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə tərəfindən ekspert qarşısında qoyulan hər iki sualın cavabı konkret olaraq verilməmişdir.

19. Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası fəaliyyəti haqqında qanunun 13-cü maddəsinə görə ekspert təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy verməyə borcludur. Bu isə torpaq sahəsi üzərində mükiyyət hüququnu təsdiq edən sənəd deyildir və subutedici sə nəd kimi götürülə bilməz. Belə ki, məhkəmə hüquqmüəyyənedici sənədlə sübut etməli idi ki, onun istifadəsində olan torpaq sahəsinin bir hissəsi Həsənsu bələdiyyəsinə məxsusdur. Bundan sonra isə həmin torpaq sahəsinin boşaldılması barədə qərar qəbul etməli idi. Belə bir sənəd olmadığı üçün məhkəmə məlumatı əsas götürərək zəbt edilmiş torpaq sahəsinin boşaldılması barədə qərar qəbul etmişdir. Həsənsu bələdiyyəsinə verilmiş “Dövlət Aktı”nın planına baxdıqda da aydın görünür ki, bələdiyyə torpağı ilə onun istifadəsində olan torpaq sahələri ayrı-ayrı yerlərdir və üst-üstə düşmürlər. Ekpertiza rəyində də bu öz əksini tapmışdır. Eyni zamanda bildirir ki, həmin bağlar sovetlər dövründən salınmış bağlardır. 1998-ci ildən mülkiyyətinə verilən pay torpağı (bələdiyyə hələ fəaliyyət göstərmirdi), ölçülü b-biçilib mülkiyyətinə veriləndən müxtəlif illərdə 3(üç) dəfə yoxlamalar aparılmışdır, həmin dövrdən hazırkı vaxtadək, heç bir artıq torpaq sahəsi zəbt etmə müəyyən edilməmişdir. Ona verilən Dövlət Aktının plan, ölçülərində üzüm bağının kənarında qorunma zolağı qeyd edilmişdir. Uzun müddətdir ki, üzüm bağı dövlət tərəfindən onun istifadəsinə verilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası.

21. Maddə

13. Bənd İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə

29. Bənd İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sah ib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

25. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

26. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını t əyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı ha llar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması.

29. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, icazə verilmir Azərbaycan Respublikası Torpaq Məcəlləsi

30. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

31. Maddə 84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

32. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

33. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)

34. Maddə

1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qə rəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülm üş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məh kəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosess ual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

46. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, işin məhkəmələr tərəfindən araşdırılmış halları ilə bələdiyyə torpaqlarına aid 562,0 ha torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz zəbt edilməsi və hazırda da oradan istifadə edilməsi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək rəyin dəqiq və müfəssəl tərtib edilməsi, eyni zamanda həmin rəydə bütün ölçülərin dəqiqliklə göstərilməsini qeyd etmişdir. Habelə, göstərmişdir ki, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto mater ialları və elektron baza məlumatlarına istinad edilmişdir.

47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1688/2023 nömrəli, 12 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar