Məhkəmə qərarları › İş №2(102)-2870/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2870/2024

22.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2870/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı, mənzilə istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin və razılıq ərizəsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət və istifadə hüququnun ta nınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1414/2024 nömrəli, 6 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1982-ci il tarixdə X11 ilə rəsmi nikaha daxil olmuşdur.

2. Orconikidze rayon XDS İK-nin (indiki Suraxanı rayon İcra Hakimiyyəti) xx.xx.1988ci il tarixli, 12 saylı qərarının orderində X7 adına Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, D y/s, 10 saylı evin, 28 saylı kooperativ dair verilmiş və ailə üzvlərinin arvadı - İddiaçı, qızı - X12 və qızı - X13 olduğu qeyd edilmişdir.

3. İddiaçı adından Bakı şəhəri 24 nömrəli notariat kontoruna ünvanlanmış xx.xx.1992-ci il tarixli ərizəyə əsasən onun həyat yoldaşı X10 məxsus mənzilin qayınanası X5 məxsus mənzillə dəyişdirilməsinə etirazı olmamışdır.

4. X11 və X8 arasında bağlanmış xx.xx.1992-ci il tarixli dəyişdirmə müqaviləsinə əsasən X10 məxsus Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, D y/s, 10 saylı evin, 28 saylı kooperativ mənzili X5 məxsus ünvan 2 ünvanında yerləşən mənzillə dəyişdirilmişdir. 5. 20.09.2011-ci il tarixdə Qasımova Tahirə vəfat etmişdir. Ondan miras qalmış ünvan 3 ünvanında yerləşən mənzil üzərində mərhumun oğlu olan vərəsələri Vaqif Qasımov və Cavabdeh hər birinə 1/2 payda vərəsəlik hüququ tanınmışdır.

6. X11 və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli miras payın bağışlanması müqaviləsində X7 Bakı şəhəri 37 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 2V-24 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qan un üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum anaları X2 miras qalmış ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 42.62 m2, 3 otaqlı mənzildən özünə düşən 1/2 payını qardaşı Cavabdeh bağışlamış olduğu qeyd edilmişdir.

7. İddiaçı X11 tərəfindən Cavabdeh qarşı qaldırılmış “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsindən görünmüşdür ki, xx.xx.2021-ci ildə ünvan 3 ünvanında 37 saylı notariat kontorunda onunla Cavabdeh arasında bağlanmış miras payın bağışlanması müqaviləsinin və həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiаçı cavabdehə (üçüncü şəxs Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxs inin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri 24 saylı dövlət notariat ofisində bağlanmış xx.xx.1992-ci il tarixli dəyişmə müqaviləsinin və həmin notariat işinin içərisində olan, onun adından verilmiş razılıq ərizəsinin etibarsız sayılması, cavabdehin adına olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, D y/s, 10 saylı evin, 28 saylı mənzilinə dair verilmiş çıxarışın ləğv edilməsi, həmin mənzilə mülkiyyət və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, “D” y/s, 10 saylı evin, 28 saylı mənzili 30/4429 saylı, xx.xx.1992-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X3 şəxsi mülkiyyətində olmuş və ailə üzvləri ilə birlikdə bu rada pasport qeydiyyatında olmuşdur. X3 mülkiyyətində olmuş yuxarıda qeyd olunan yaşayış sahəsi 18 dekabr 1992-ci il tarixli dəyişmə müqaviləsinə əsasən Bakı şəhəri 24 saylı dövlət notariat ofisində qaynanası X4 şəxsi mülkiyyətində olan X.Məmmədov küçəsi 2 “a” saylı evin 4 saylı mənzili ilə dəyişdirilmişdir. Lakin bu dəyişmədən o, 2021-ci ilin aprel-iyun aylarında xəbər tutmuşdur. Dəyişdirilmiş bu mənzil Bakı şəhəri 40 saylı dövlət notariat ofisində 22 yanvar 2004-cü il tarixdə 224872 №-li alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, “D” Y/S, 10 saylı evin, 28 saylı mənzili qaynanısının vəfatından sonra vərəsəlik hüquqi ilə tam olaraq 1/2 hissədə X7 və 1/2 hissədə Cavabdeh adlarına keçmişdir. 27 aprel 2021-ci il tarixdə ən nə hayət ki, Cavabdeh həyat yoldaşının (iddiaçının) yaşlı, köməksiz olmasından, istifadə edərək guya ki, doğma qardaşı kimi ona inanmasını israr edərək aldatmış və ona Bakı şəhəri 37 saylı dövlət notariat ofisində ərizə və miras payın bağışlanması barədə müqaviləni imzalatmağa nail olmuşdur. Beləliklə, Cavabdeh çoxdan arzuladığı məkirli siyasətinə nail olmuşdur. Onun Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, “D” Y/S, 10 saylı evin, 28 saylı mənzilinin qaynanası X4 şəxsi mülkiyyətində olan X.Məmmədov küçəsi 2 “a” saylı evin 4 saylı mənzili ilə dəyişdirilməsindən məlumatı olmamış, Bakı şəhəri 24 saylı dövlət notariat ofisində 18 dekabr 1992-ci il tarixli dəyişmə müqaviləsinə onun onun adımdan verilmiş razılıq ərizəsindəki imza saxtalaşdırılmışdır.

10. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı mənzillərin dəyişdirilməsi müqaviləsinə verdiyi razılıq ərizəsinin saxtalaşdırılması ilə bağlı heç bir sübut təqdim edə bilmədiyindən onun mövqeyi tamamilə əsassızdır. İddiaçının mübahisələndirdiyi əqd 1992-ci il tarixdə bağlanmışdır. Müqavilə tərəflərindən biri iddiaçının əri olduğundan və onlar həmin tarixdən indiyədək biryerdə yaşadığından 30 il öncə bağlanılmış həmin müqavilədən indiyədək məlumatsız olması mümkün deyildir. Bununla da iddiaçı dəyişmə müqaviləsini mübahisələndirmək üçün Mülki Məcəllə ilə müəyyən edilmiş 1 illik müddəti ötürmüşdür və o bu hüququnu itirmişdir. Bundan başqa iddiaçı xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsinin etibarlılığını da şübhə altına almışdır. Birincisi, bağışlanmanın mübahisələndirilməsi üçün iddiaçının subyektiv hüququ yoxdur. Digər tərəfdən, belə mübahisələndirmə onun qardaşı tərəfindən artıq irəli sürülmüş müvafiq iddia tələbi üzrə digər bir məhkəmə mübahisəsinin predmeti olmuşdur.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 4/1515 nömrəli ekspert rəyindən görünmüşdür ki, ekspertizaya təqdim edilmiş X6 adından 24 saylı notariat kontoruna ünvanlanmış xx.xx.1992-ci il tarixli ərizənin sonundakı imza İddiaçı tərəfindən yox, başqası tərəfindən icra edilmişdir.

12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)358/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X11 və X9 arasında Bakı şəhəri 24 nömrəli dövlət notariat kontorunda bağlanmış xx.xx.1992-ci il tarixli dəyişdirmə müqaviləsinin və bu müqavilənin bağlanması üçün İddiaçı adından verilmiş razılıq ərizəsinin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən mənzilin üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 110 manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim S.Miriyeva).

13. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının adından imzalanmış xx.xx.1992-ci il tarixli həmin razılıq ərizəsindəki imza onun tərəfindən icra olunmamışdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası nəticəsində verilmiş ekspert rəyində ərizənin sonundakı imzanın İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir.

14. Məhkəmə hesab etmişdir ki, mübahisəli dəyişdirmə müqaviləsi iddiaçının razılığı olmadan bağlandığından bu müqavilənin etibarsız hesab edilməsi üçün əsas vardır. Lakin işin xüsusi halı ondan ibarətdir ki, iddiaçının mübahisələndirdiyi dəyişdirmə müqaviləsi 1992-ci ildə bağlanmışdır, yəni iddiaçı bu müqavilənin bağlanmasından 30 ilə yaxın müddət keçdikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı mübahisəyə iddia müddətinin tətbiqi məsələsinin həlli mübahisəli müqavilənin bağlanmasından neçə il keçməsindən yox, iddiaçının mübahisəli mənzillə bağlı hüququnun pozulduğunu hansı vaxtdan bildiyi və ya bilməli olmasından asılıdır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, yalnız müqavilənin 30 il bundan əvvəl bağlanmış olması faktı əsasında iddiaçının bu müddət ərzində hüquqlarının pozulduğunu mütləq bildiyi və ya bilməli olduğu ehtimal edilə, bu ehtimal əsasında iddia müddətinin ötürüldüyü nəticəsinə gəlinə bilməz.

15. Məhkəmə hesab etmişdir ki, hazırkı işin halları baxımından iddiaçı mübahisəli mənzilin 1992-ci il tarixli dəyişdirmə müqaviləsindən həqiqətən 2021-ci ildə miras payın bağışlanması məsələsi ortaya çıxanadək məlumatsız ola bilərdi. Ona görə ki, hər iki tərəf mübahisələndirmədən qəbul edir ki, dəyişdirmə müqaviləsinin bağlandığı 1992-ci ildən əvvəl və müqavilənin bağlanmasından sonra da həmin mənzildə cavabdeh yaşamışdır. Cavabdeh hazırda da həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Yəni müqavil ənin bağlanmasından keçən 30 il ərzində mübahisəli mənzil üzərində mülkiyyət hüququ ilə bağlı belə müqavilənin bağlanmasından məlumatsız olan iddiaçını şübhələndirəcək heç bir hadisə baş verməmiş, hadisələr eyni axarda davam etmişdir. Eyni səbəbdən bu müqavilədən məlumatsız olan iddiaçı qayınanası öldüyü vaxt ərinə mübahisəli mənzildən miras pay düşdüyünü də güman edə bilməzdi, çünki dəyişdirmə müqaviləsindən məlumatsız olan iddiaçı üçün o mənzil qayınanasının yox, ərininin mülkiyyətində idi.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının aradan keçən 30 il müddətində mübahisəli dəyişdirmə müqaviləsinin mövcudluğunu bildiyi və ya bilməli olduğunu hesab etmək mümkün deyil. Əksinə, arvadına məlumat verib onun razılığını almaq əvəzinə onun imzasını saxtalaşdırmağı seçən üçüncü şəxs Vaqif Qasımovun uzun illər ərzində iddiaçıya bu məsələdən bəhs etməkdən çəkindiyini, mənzildən istifadə edən şəxs heç vaxt dəyişmədiyindən iddiaçının mənzilin mülkiyyətçisinin kimliyi ilə bağlı şübhəyə düşməsinə, dolayısı ilə bu məsələnin ər-arvad arasında müzakirə edilməsinə ağlabatan əsas olmadığını hesab etmək mümkündür. Digər tərəfdən iddiaçının bu iddia ərizəsi ilə məhkəməyə məhz 2022-ci ildə müraciət etməsi də təsadüfi görünmür. Belə ki, 2021-ci ilə qədər mənzilin mülkiyyətçisi iddiaçının 2011-ci ildə vəfat etmiş qayınanası Tahirə Qasımova olmuşdur. Mərhumdan miras qalan mübahisəli mənzil üzərində iki oğlunun miras payları 2021-ci ildə müəyyən edilmiş, iddiaçının əri öz payını həmin ildə cavabdehə bağışlamış, növbəti 2022-ci ildə bu bağışlamanın etibarsızlığını mübahisələndirmişdir.

17. Məhkəmə iddi a tələbini mənzil üzərində istifadə və mülkiyyət hüququnun tanınması hissələrində əsassız hesab etmişdir. Belə ki, iddiaçının özünün mənzil üzərində qeydə alınmış mülkiyyət hüququ heç vaxt olmamış, o sadəcə olaraq ərinin adına qeydə alınmış mənzil birgə nikah dövründə alındığına görə mənzilin gözlənilən birgə mülkiyyətçisi olmuşdur. Hazırki qətnamənin qanuni qüvvəyə minməsi ilə həmin vəziyyət bərpa ediləcəyindən iddiaçı mənzil üzərində birgə nikah dövründə əldə edilmiş əmlak kimi payının müəyyən edilməsini gələcəkdə tələb edə bilər. Bu halda istifadə hüququnun tanınmasına isə heç bir zərurət yoxdur.

18. Məhkəmə mövqeyini Azərbaycan SSR-in Mülki Məcəlləsinin(xx.xx.1965-ci ildə qüvvəyə minmiş) 44, 73, 77, 78, 230, 244-cü, Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin (Azərbaycan SSR- nin 1969-cu il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş) 23, 25-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119, 217.2, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı iddiaya baxarkən iddiaçının vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində dəyişdirilmiş 4 saylı mənzilinin Bakı şəhəri 40 saylı dövlət notariat ofisində xx.xx.2004-cü il tarixdə 224872 nömrəli alqı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirildiyini qeyd etmişdir. Məhkəmə isə həmin faktla bağlı heç bir araşdırma aparmamışdır. Əgər araşdırma aparılmış olsaydı müəyyən edilərdi ki, 2004-cü ildə sözügedən mənzillər mülkiyyətində olduğu üçün və iddiaçı ilə ərinin birgə nikah dövründə əldə edilmiş mənzil statusunda olduğu üçün həmin mənzil özgəninkiləşdirilən zaman iddiaçının razılıq ərizəsi tələb olunmalı idi. İddiaçı 2004-cü ildə dəyişmə müqaviləsindən xəbərdar olmuşdur. Nəzərə alınsa ki, iddiaçı iddia ərizəsində mənzilin 2004-cü ildə satılmasını fakt kimi qeyd etmişdir, deməli həmin vaxt ərinin mülkiyyətində olan mənzilin özgəninkilədirilməsinə razılığı olmuşdur. Lakin məhkəmə öz qətnaməsində bu halı ümumiyyətlə, araşdırmamış, hüquqi qiymət verməmişdir. İş üzrə iddia müddət i tətbiq edilməli olduğu halda məhkəmə iddiaçının hüquqlarının pozulduğunu bilməli olduğu və bildiyi anı düzgün müəyyənləşdirməmişdir. İddia müddəti ilə bağlı arqumentlərə xələl gətirmədən, məsələnin mahiyyətinin hüquqi aspektləri ilə bağlı qeyd edilməlidir ki, imza saxtalaşdırıldığı iddia edilən 1992-ci il tarixli əqdin bu iş üzrə cavabdehə heç bir hüquqi aidiyyəti yoxdur. Həmin əqd iddiaçının əri və ərinin anası arasında bağlanmışdır. O, hüquqi baxımdan mənzilə hüququnu vərəsəlik əsasında əldə etmişdir. Bu vərəsəlik üzrə keçidin qanuniliyi isə başqa bir məhkəmə aktı ilə yoxlanılmış və təsdiq edilmişdir. Bu isə o deməkdir ki, bu iş üzrə cavabdeh o ola bilməz. Məhkəmənin işin bu təməl halını belə düzgün təhlil etməməsi, ümumiyyətlə, nəzərə almaması qətnamənin ləğvi üçün özözlüyündə bir əsa sdır. 1992-ci il tarixli dəyişdirmə müqaviləsi əslində onun 1987-ci ildə öz qaynatasının ilkin vəsaitləri ilə aldığı mənzili, qardaşı Qasımov Vaqif faktiki olaraq onunla dəyişdirmək əvəzinə öz anası ilə dəyişdirmişdir. Belə ki, kirayədə qalmamaq üçün həmin evi öz həyat yoldaşının atasının vəsaitləri (o vaxtki 5000 manat) hesabına ilkin ödənişini edib satın almışdır. Sonrakı müddət ərzində də təbii ki, evin bütün qiymətini tam öz vəsaitləri hesabına ödəmişdir. İddiaçılar bu evə bir manat belə vermələri barədə hər hansı sübut təqdim etməmişlərdir. Əlavə olaraq da iddiaçının əri anasına məxsus həmin mənzilin qarajını, Nardaran qəsəbəsindəki bağı və nəqliyyat vasitəsini də təxminən o vaxtlarda özününkiləşdirir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1414/2024 nömrəli mülki iş üzrə 6 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Abdıyev (sədrlik edən və məruzəçi), X.Sarıyev və F.Qasımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin “iddianın qismən təmin və rədd edilən” hissələrində ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddiaçının cavabdehə qarşı “müqavilənın və razılıq ərizəsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkiyyət və istifadə hüququnun tanınması” tələbinə dair iddiasını rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayət inin dəlillərini nəzərə alaraq vurğulamışdır ki, iddiaçı 1982-ci il tarixdən bu günədək cavabdehin qardaşı (üçüncü şəxslə) ilə rəsmi nikahda və etibarlı ailə münasibətlərindədir. Onların faktiki olaraq ayrılması və birgə təsərrüfat aparmaması müəyyən edilməmişdir. Onlar məhkəmə iclaslarına da birgə gəlir və eyni mövqedən çıxış edirlər. Bu baxımdan iddiaçının 1992-ci ildə bağlanmış dəyişdirmə müqaviləsi barədə məlumatsız olması nəinki ağlabatan və inandırıcı deyil, ümumiyyətlə istisna olunmur. Hər bir halda bu müqavilə formal olaraq bağlanmamış, real olaraq icra edilmiş və nəticədə iddiaçı ailə üzvləri ilə birlikdə dəyişdirilmiş, yəni 4 saylı mənzilə daşınmış, 28 saylı mənzildə isə onun qaynanası ilə cavabdeh yaşamışdır. Lakin cavabdehin 28 saylı mənzildə yaşadığı 30 ildən artıq müddət ərzi ndə iddiaçının bu halın aradan qaldırılması, o cümlədən mənzilin onlara qaytarılması ilə bağlı ərinə və ya cavabdehə hər hansı formada pretenziya etməsi, bu zəmində aralarında mübahisənin yaranması müəyyən edilməmişdir. Halbuki, iddiaçının hazırkı mövqeyi ötən 30 il ərzində onun bu məsələyə aydınlıq gətirilməsi üçün tədbirlər görməməsini, ən azı 4 saylı mənzilə köçmələrinin səbəblərini araşdırmamasını və 28 saylı mənzilin hüquqi müqəddəratı, o cümlədən onların mülkiyyətində qalıb-qalmaması ilə maraqlanmamasını birmənalı şəkildə istisna etmişdir. Başqa sözlə hazırkı mövqedən çıxış edən iddiaçı onların mülkiyyətində olmasını bildiyi halda 30 ildən artıq müddət ərzində cavabdehin bu mənzildə yaşamasına sadəcə olaraq imkan verməzdi.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddiaçı tə rəfindən mübahisələndirilən dəyişdirmə müqaviləsinin tərəfi olmamış və həmin müqavilə əsasında mənzilin mülkiyyətçisinə çevrilməmişdir. Bu müqavilənin bir tərəfi - Tahirə Qasımova 2021- ci ildə vəfat etmiş, digər tərəfi - Vagif Qasımov isə ümumiyyətlə cavabdeh qismində müəyyən edilməmiş, məhkəmə tərəfindən yalnız üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bu mənzil cavabdehin mülkiyyətinə yalnız 2021-ci ildə, vərəsəlik qaydasında və bağışlama müqaviləsinə əsasən keçmişdir. Bu baxımdan cavabdeh hüquqi nəticə etibarı ilə bu iddiaya cavab verməli olan şəxs deyil.

24. Məhkəmə kollegiyası hər bir halda qeyd etmişdir ki, hazırkı mövqe, o cümlədən iddiaçının mübahisəli mənzilin onun ərinin mülkiyyətindən çıxmasını bildiyi və bilməli olduğu müddət iddianın iddia müddəti tətbiq edilməklə də rədd e dilməsi üçün əsas yaradır və bunun üçün cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə hər hansı zərurət yoxdur. Belə ki, mübahisəli hüquq münasibətlərinin 1992-ci ildə yaranması hazırki mübahisəyə xx.xx.2000-ci il tarixədək qüvvədə olan SSR Mülki Məcəlləsinin aidiyyəti normalarının tətbiq edilməsini şərtləndirir. Həmin qanunvericiliyə əsasən isə iddia müddəti cavabdeh tərəfindən bu barədə hər hansı ərizə verilmədən, məhkəmə tərəfindən tətbiq edilmişdir. Bu da öz növbəsində birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqi ilə bağlı mövqeyinin də əsassız olduğunu təsdiq etmişdir.

25. Məhkəmə mövqeyini xx.xx.1965-ci il tarixdə qüvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR-nin Mülki Məcəlləsinin 44, 73, 77, 78, 244-cü, Azərbaycan SSR-ni n 1969-cu il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2000-ci il tarixdə qüvvədən düşmüş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinin 23, 25-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2, 217.3, 217.4, 384, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar edilməsini xahiş etmişdir.

27. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində formal olaraq mövcud olan müqavilənin, sanki real nəticələrinin olması görüntüsünü yaratmağa çalışmı şdır. Belə ki, reallıqda dəyişdirmə faktiki olaraq həyata keçirilməmişdir. Yəni nə iddiaçı, nə də ki, onun ailə üzvlər 4 saylı mənzilə köçməmişlər, əvvəldən qaynanasının xəstə olması səbəbindən onunla birlikdə orada yaşamışlar. Eyni zamanda formal müqavilədən sonra qaynanası da “adına keçən” 28 saylı mənzilə də köçməmiş, əksinə elə 4 saylı mənzildə ölənə kimi qalmaqda davam etmişdir. Bundan əlavə cavabdeh və ailə üzvləri kirayədə qaldıqları üçün və iddiaçı və ailə üzvlərinin evlər boş olduğundan onların orada yaşamasına icazə vermişdirlər. Bu hadisələr müqavilənin bağlanma tarixindən əvvəl olmuşdur. Göründüyü kimi nə iddiaçı faktiki olaraq 4 saylı mənzilə köçmüş, nə də iddiaçının qaynanası 28 saylı mənzilə köçmüşdür, eləcə də heç vaxt 28 saylı mənzildə cavabdehlə birlikdə yaşamamışdır. Lak in bunun əksinə məhkəmə məlum olmayan sənədlərdən iddiaçının qaynanasının guya cavabdehlə birlikdə 28 saylı mənzildə yaşamasını mübahisəli qətnaməsində qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsinin işə mahiyyəti üzrə baxmaq və araşdırmaq səlahiyyətinin olmasına, iddiaçı və həyat yoldaşı tərəfindən “dəyişdirmə müqaviləsi”ndən xəbərlərinin olmaması barədə fikrilərin səsləndirilməsinə, eləcə də iş materiallarında artıq saxta imza olan sənədin olmasına baxmayaraq hər hansı tədbir görməmiş, digər sənədlərin həqiqi olub-olmamasını araşdırmaq zərurəti belə duymamışdır. Halbuki araşdırma aparılsa real olaraq həmin müqavilədən nə iddiaçının, nə onun ərinin, nə də mərhum qaynanasının, bir sözlə cavabdehdən başqa heç kimin, xəbərinin olmamasını aşkar edə bilər, həqiqəti müəyyən etməklə ədaləti qərar qəbul edə bilərdi. Əlavə olaraq qeyd edilmişdir ki, əqdlərin etibarsızlığı halında həmin etibarsızlıq nəticəsində əqdin tərəfləri deyil, əqddən iştirakdan kənar qalmış üçüncü şəxslərin iradəsi zədələnir. Çünki həmin əqdin iştirakçıları bağlandığı andan onun etibarsız olduğundan xəbərdar olurlar. Bu mənada hüquqdan sui-istifadə bilavasitə əqdin tərəflərinə aid olur. Hazırkı vəziyyətdə dəyişmə müqaviləsinin formal subyekti olmamasına baxmayaraq, Cavabdeh müqavilənin birbaşa iştirakçısı, əqdin faktiki tərəfidir. İddia müddəti ilə bağlı qeyd edilmişdir ki, dəyişmə müqaviləsinin real olaraq baş tutmaması və iddiaçı ilə üçüncü şəxsin etibarlı ailə münasibətlərinin davam etdirilməsi səbəbindən müddət keçməmişdir.

28. İddiaçı şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 26 (İ), 71 (İ), 125 (Vİİ),129 (İİİ), 149.7-ci, Mülki Məcəlləsinin 7, 16, 379.5, 384.0.4 və 560-cı, “İnsan Hüquqlarınınvə Əsas X1 Konvensiya”nın 6 və 13-cü, Mülki Prosessual Məcəlləsinin 14, 54, 217.2, 387, 390-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq xx.xx.1965-ci il tarixdə qüvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR-nin Mülki Məcəlləsi

30. Maddə

44. Etibarsız əqd üzrə tərəflərdən hər biri, əqd üzrə alınmış bütün şeyləri digər tərəfə qaytarmağa borcludur, alınmış şeyləri eyni ilə qaytarmaq mümkün olmadıqda, qanunda əqdin etibarsızlığının sair nəticələri nəzərdə tutulmamışsa, onların dəyərini pulla ödəməlidir.

31. Maddə

73. Hüququ pozulmuş şə xsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir;

32. Maddə

77. İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur;

33. Maddə

78. İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir;

34. Maddə

244. Dəyişmə müqaviləsinə əsasən, tərəflər arasında bir əmlak digəri ilə dəyişdirilir. Dəyişmə müqaviləsinə, alqı-satqı müqaviləsinə dair müvafiq qaydalar tətbiq edilir. Dəyişmə müqaviləsinin hər bir iştirakçısı, dəyişdirdiyi əmlakın satıcısı, ald ığı əmlakın isə alıcısı hesab olunur. Dəyişmə müqaviləsində tərəflərdən biri və ya hər ikisi dövlət təşkilatı olduqda, həmin müqavilə ancaq SSR İttifaqı və ya Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilmiş hallarda bağlana bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasi bətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyasının məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla MPM-in 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikd ə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1414/2024 saylı, 6 aprel 2024-cü il t arixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar